Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə7/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   2   3   4   5   6   7   8   9   10   ...   141
sitologiya

Xüsusiyyətlər

Prokariot

Eukariot

Nüvə zarı

Yox

Var

Xromosom

Tək,sirkulyar DNT

Çox, 2qat zəncirli DNT

Sitoplazmatik orqanellər

Sadəcə ribosom

Var

Hüceyrə skeleti

Yox

Var

Homoloq xromosom

Yox

Var


HİSSƏ 2

EUKARİOT HÜCEYRƏLƏR

2.1. Eukariot hüceyrələrin ümumi quruluşu
Eukariotların arkelərlə daha çox ortaq xüsusiyyətləri vardır və bu səbəbdən arkelərlə bərabər Neomura kladı adlanan bir bölgüdə qruplandırılırlar. Klad – müassir bioloji sistematikada sahə anlayışında istifadə edilən bir termindir. Neomura isə arxelərin və eukariotların həyatlarını birləşdirən bir sahədir. Ilk dəfə 2002-ci ildə Cavalier – Smit tərəfindən arkelərin eukariotlara daha yaxın olduqlarını bildirmək üçün istifadə edilmişdir.

Eukariot (Eukaryota) hüceyrələrinin əsas xüsusiyyətləri irsiyyət maddəsinin DNT-nin nüvə içərisində olması və zarla əhatə olunaraq sitoplazmadan ayrılmasıdır (şəkil 2.1.). Eukariot sözü yunanca “eu”- doğru, həqiqət; “ karyon”-nüvə sözündən götürülmüşdür. Nüvə zarı sonrakı bölümlərdə daha da ətraflı öyrəniləcək. Ancaq onu qeyd etmək lazımdır ki, nüvə zarı bir-birinə paralel olan və üzərində məsamələri olan 2 zardan ( daxili və xarici ) ibarətdir. Nüvənin içərisini nukleoplazma deyilən və sitoplazmadan fərqli üzvi molekullardan ibarət bir maddə doldurur. Nüvədə qorunan eukariot hüceyrə DNT-si zəncirvari quruluşdadır. Nüvədəki DNT histon adlanan kiçik molekullu zülallarla bərabər xromatin adlanan maddədən ibarətdir. Xromatinlər isə hüceyrə bölünməsi zamanı yoğunlaşaraq xromosom adlanan sapvari cisimləri əmələ gətirirlər. Nüvənin içərisində bir və ya bir neçə ədəd nüvəcik olur.

Bir eukariot hüceyrənin quruluşunu sistematik olaraq şəkil 2.2-də göstərildiyi kimi hissələrə ayırmaq mümkündür. Nüvənin xaricində eukariot hüceyrədə yaxşı inkişaf etmiş orqanellər olur. Bunlar hüceyrənin skelet sistemini təşkil edən mirotübüllər, mikrofilamentlər və ara filamentləri ilə birlikdə hüceyrəvi enerjini təmin edən orqanellər ( mitoxondri və bitkilərdə xloroplast ) və sitoplazmatik vakuollar sistemini əmələ gətirən və depo vəzifəsini görən (endoplazmatik retikulum və holci cismi ) orqanellərdir.

Həmçinin eukariot hüceyrələrin sitoplazmasında lizosom və peroksisom kimi həzm etmə və müdafiə xüsusiyyəti daşıyan orqanellər də vardır. Bundan başqa təkcə heyvan hüceyrələrində rast gəlinən sentriollar da hüceyrə orqanelləri sayıla bilər. Bu tip hüceyrə daxili mürəkkəb quruluşlar prokariotlarda rast gəlinmir.

Eukariot hüceyrələrdə ən çox rast gəlinən orqanellər ribosomlardır. RNT növləri ilə bərabər zülal sintezini həyata keçirən ribosomlar prokariot hüceyrələrin də tək orqanelidir.Eukariot hüceyrələrin ribosomları prokariotlara nisbətən daha böyükdürlər.

Hüceyrə





Protoplast Hüceyrə səthi quruluş


















Sitoplazmatik Qlikokaliks

zar
Protoplazma Erqast maddələr






Nüvə Sitoplazma




Sitoplazmatik Sitoplazmatik matriks





vakuollar sistemi Həqiqi sitoplazma Sitoplazmatik orqanellər

(sitozol) - Ribosom



  • Mitoxondri

  • Plastidlər

  • Lizosom

  • Peroksisom

  • Sentrosom

  • Mikrotübüllər

  • Mikrofilamentlər

  • Ara filamentləri

Şəkil 2.2. Eukariot hüceyrə quruluşunun sistematik olaraq hissələrə ayrılması.


Sitoplazma hüceyrənin olduğu mühitdən plazma zarı, hüceyrə zarı və ya və ya plazmolemma adlanan bir zarla ayrılmışdır. Plazma zarı da prokariot hüceyrə zarı və eukariot hüceyrənin zarlı orqanellərindəki zarlı quruluşları kimi lipoprotein quruluşundadır.

Eukariot hüceyrələr bütün orqanizmlərdə gözə çarpan bir müxtəliflik göstərirlər. Bu baxımnan hüceyrə forması və ölçüsü dəyişə bilir, ancaq eukariot bir hüceyrənin ümumi xüsusiyyətləri eynidir. Eukariot hüceyrələr ən azından nüvə və sitoplazmaları ilə fərqlənirlər. Ümumiyyətlə, hüveyrədə sadəcə bir nüvə olur (mononuklear). Bəzi hallarda hüceyrədə birdən çox nüvə rast gəlinir. Iki nüvəli hüceyrələrə binuklear, ikidən çox nüvə olan hüceyrələrə polinuklear hüceyrələr adı verilir. Birdən artıq nüvəsi olan hüceyrələrin nüvələri ölçülərinə görə eyni olsalar da, Parameciumda ( infuzor tərlikdə ) nüvənin ölçüsü fərqli olur.

Həm bitki, həm də heyvan hüceyrəsində yuxarıda sadalanan bütün orqanellər olmasına baxmayaraq, xloroplastlar sadəcə bitki hüceyrəsində, sentrosomlar da sadəcə heyvan hüceyrəsində rast gəlinir. Bundan başqa bitki hüceyrəsində sellüloza tərkibli qılaf olduğu halda, heyvan hüceyrələrində buna rast gəlinmir. Heyvan hüceyrəsində rast gəlinən qlikokaliks qatı oliqosaxaridlərdən əmələ gəlmişdir.

Ümumiyyətlə, eukariot hüceyrələrin şəkli toxumanın funksiyasına uyğundur. Əzələ hüceyrələri, sinir hüceyrələri və epitel hüceyrələri kimi hüceyrələrin şəkli müəyyəndir və funksiyaları ilə bağlıdır (şəkil 2.3). Ancaq amöblərin və ağ qan hüceyrələrinin bəlli bir şəkli yoxdur (şəkil 2.4). Hər iki hüceyrə normal halda kürə şəklindədir. Hər iki hüceyrə normal halda kürəvi quruluşa malikkən mühitə qida verilməsi (amöbdə) və ya yad bir orqanizmin vücuda daxil olması (leykositlərdə) halında yalançı ayaqlar (psevdopodilər) çıxararaq amöbvari hərəkət edə bilirlər. Hüceyrənin forması bir növ hüceyrə səthinin deformasiyasına, qonşu hüceyrələrin mexaniki təsirinə, hüceyrə zarının sərtliyinə və hüceyrə skeletinin quruluşuna bağlıdır.

Hüceyrənin ölçüsü də çox heterogendir. Bitki və heyvan hüceyrələri arasında sadəcə yumurta hüceyrələri gözlə görünə biləcək qədər böyükdür. Məsələn, dəvəquşu yumurtasının ölçüsü 7,5 sm-dir. Yumurta hüceyrəsinin böyük olmasının səbəbi yumurtanın sitoplazmasında qida maddəsinin (vitellüs) artıq olmasından irəli gəlir. Bəzi qanqlion hüceyrələrinin aksonları 1,5 m və bitkilərdə sklerenxima lifləri metrlərcə uzunluğunda olurlar. Bunlar istisna olmaqla hüceyrələr çox kiçikdir və ancaq mikroskop altında görünə bilirlər. Hüceyrələrin ölçüləri təqribən 3-4 mk-a qədərdir. Hüceyrənin böyüklüyü orqana xasdır və orqanın böyüklüyü ilə əlaqədar deyil. Məsələn, siçanın qaraciyər hüceyrəsinin böyüklüyü ilə filin qaraciyər hüceyrəsinin böyüklüyü demək olar ki, eynidir. Filin qaraciyərinin daha böyük olmasının səbəbi hüceyrə sayının artıq olmasından irəli gəlir.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin