Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə9/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   5   6   7   8   9   10   11   12   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Müqəddimə
haqqında mühüm məlumatlar verilmiş, uşaq və yeniyetmələrə fərdi yanaşma tərzi konkret nümunələrlə göstərilmişdir. Kitabda əksini tapan uşaqlıq və yeniyetməlik dövrlərinə aid olan psixoloji aspekli müxtəlif baxışlar oxucunun bu mövzular ətrafında daha geniş məlumata sahib olmasına kömək edir. Bundan əlavə, yeniyetməlik dövrünə keçiddə baş verən psixoloji problemlər, habelə bu sahədə yaranmış çatışmazlıqlar haqqında elmi əsərlər yazmış bir çox alimlərin nəzəriyyələrindən, tədqiqatlarından bəhrələnərək gəldiyim müəyyən qənaətlər də kitabda öz əksini tapmışdır. Uzun illər ərzində pedaqoji və psixoloji‐sosial sahədə fəaliyyətimdən və elmi araşdırmalarımdan əldə etdiyim nəticələri də bu kitabda sizlərlə paylaşmışam.
Həmcinin insanların psixi sağlamlığının formalaşdırılması, qorunması və möhkəmləndirilməsi, müəyyən psixi xəstəliklərin qarşısının alınması yollarını da kitabda qeyd etməyə çalışmışam. Təlim və tərbiyəyə ayrılmış fəsillər valideynlər və müəllimlər üçün xüsusilə faydalı ola bilər. Kitabın bu hissəsində ailə‐uşaq tərbiyəsində valideynin məsuliyyəti xüsusilə ön plana çəkilmişdir.
Şərq və Qərb, eləcə də Azərbaycan psixoloq alimlərinin müxtəlif mövzulardakı fikirlərinin müqayisəli şəkildə qeyd olunması ilə kitab daha dəyərli hala gəlmişdir.
Kitabın hazırlanmasında dünya şöhrətli müxtəlif psixoloq alimlərin kitablarından da istifadə edilmişdir. Türkiyənin İstanbul Universitetinin müəllimlərindən dosent Gül Şendilin “Çocuk, Ergen və Anne Baba”, dosent Tevfika Tunaboylu İkizin “Psikanaliz Konuşmaları”, İnönü Universitetinin müəllimlərindən dosent Alim Kayanın “Eğitim Psikolojisi” və Jean Piajenin “Child Conception of the World” kitablarından istifadə edilmişdir. Bu əsərdə, əsasən, Azərbaycan, Türkiyə və Qərb alimlərinin (Ş. Dədəyev, R.
Əliyev, M. Həmzəyev, Ə. Ağayev, S. Seyidov, Ə. Əlizadə, K.Kərimov, Ə. Bayramov, B. Əliyev, Ə.Qədirov, İ. E. Özgüven, M. Bozdağ, E. Güngör, J. Piaje, B. Rogers, S. E. Taylor, D. Sears, V. Quinn, P. Rice və s.) uşaq və yeniyetmələrin inkişaf dövrləri ilə bağlı apardıqları araşdırmalara istinad edilmişdir. Onu da xatırladaq ki, kitabda istifadə olunan qaynaqların və ədəbiyyatların real həyatda olan psixoloji problemlərin həlli istiqamətində daha dolğun və aydın, eləcə də dəyərli fikirlərin formalaşmasındakı rolu təkzibedilməzdir.
Burada yer alan mövzuların qabaqcıl ölkələrin aparıcı psixoloqlarının təcrübə və nəzəriyyələrinə əsaslanması ümid etməyə əsas verir ki, kitab cəmiyyətimizdə gedən dünyaya inteqrasiya prosesinə öz müsbət bəhrəsini verəcək və onun inkişaf etmiş cəmiyyətlər sırasına daxil olması üçün daha yaxından köməklik göstərəcəkdir.
Bu vəsait valideynlər, tərbiyəçilər, psixoloqlar, ali məktəb tələbələri və ümumiyyətlə, geniş oxucu kütləsi üçün dəyərli bir qaynaqdır.
Kitab həm də yeni ailə həyatı quran, yeni övlad sahibi olan gənclərə övlad böyütməkdə “Yol xəritəsi” olma kimi istiqamətləndirici funksiyanı yerinə yetirə bilər.
Kitabın ərsəyə gəlməsində dəyərli məsləhət və tövsiyələri ilə köməklik göstərən Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdiri, filologiya elmləri doktoru, prof. Akif Hüseynliyə, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, psixologiya elmləri doktoru, prof. Ramiz Əliyevə, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ümumi psixologiya kafedrasının müdiri prof. Əbdül Əlizadəyə, psixologiya elmləri doktoru, prof. Kərim Kərimova, İstanbul Universiteti psixologiya fakultəsi, inkişaf psixologiyası bölməsinin rəhbəri, psixoloq dos. dr. Gül Şəndilə və İstanbul Universiteti ədəbiyyat bölməsi, psixoloq dos. dr. Tevfika Tunaboyluya təşəkkürlərimi bildirirəm. Qafqaz Universitetinin müəllim və əməkdaşlarından ‐ Rəfiqə Zeynalovaya, Nailə Əsgərə, Ceyhun Mikayılova, Sahib Kazımova, Heydər Abdullayevə, Azadə Həşimovaya, Reyhanə Səlimovaya, Afər İbrahimova və aşağıda adları çəkilən bir qrup tələbə heyətinə ‐ Anar Məhərrəmliyə, Aytən Əhmədovaya, Ayaz Əsədova, Qafur Abbasova, Çingiz İbrahimova, Bahar Mustafayevaya, Elçin İbrahimova, Nəzərli Turala, Azər Məhərrəmova, Əhməd Əhmədova, Qiyas Hüseynova, Fuad Məmmədova, Könül Hacıyevaya, Nailə Mehdiyevaya, Şahnaz Qocayevaya, Tünzalə Əliyevaya, Xalid Nuriyevə, Elvin Rəhimova, Xədicə İsmayılovaya, Kəmalə Soltanovaya, Təranə Nərimanovaya, Güllü Bayramovaya, Xəyyam Namazova, Yasəmən Səfərliyə və Qədir Zeynalova kitabın hazırlanması və tərtibatındakı yardımlarına görə, eləcə də kitabın rəsm işlərində göstərdiyi köməkliyə görə Qafqaz Universitetinin tələbəsi Zaur Abbasova öz dərin təşəkkürlərimi bildirirəm.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin