Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə11/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   7   8   9   10   11   12   13   14   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Dos. Dr. Tevfika Tunaboylu‐İkiz
İstanbul Universiteti Ədəbiyyat bölümü
10 mart, 2009
Kitab haqqında
Sağlam cƏmiyyƏ yolu
sağlam uşaq böyütmƏkdƏn keçir…
Uşaqlar bir yandan şəxsiyyət olmaq üçün bütün potensiallarını ortaya çıxarmağa çalışarkən, bir yandan da içində yaşadıqları cəmiyyətin mənəvi dəyərlərini və ənənələrini öyrənməkdədirlər. Onların göstərdikləri fərdi inkişaf səyləri ilə ictimai tələblər arasında müxtəlif problemlərin meydana çıxdığı istisna deyil. Məhz bu baxımdan, başda valideynlər olmaq şərti ilə tərbiyəçilərin, təlimatçıların və əlaqədar təşkilatların üzərinə ciddi bir məsuliyyətin düşdüyünü unutmamaq lazımdır. Bu məqamda bir Çin atalar sözünü xatırlamaq yerinə düşər: ʺUşağın təlim və tərbiyəsi doğumundan 20 il əvvəl başlayırʺ… Bu söz, sağlam uşaq böyütmək üçün əvvəlcə valideynlərin və cəmiyyətin şüurlandırılmasının vacibliyini vurğulayır. Həqiqətən də, uşaqların keçirdikləri yaş dövrünə uyğun inkişaf xüsusiyyətlərini, onların ehtiyac və qabiliyyətlərini bilən həssas valideyn və təlimatçılar olmalıdır ki, bir tərəfdən uşaqların sağlam böyüməsinə, digər tərəfdən də sağlam bir cəmiyyətin formalaşmasına xidmət etsinlər.
“Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri” kitabı tam bu məqsədə xidmət edəcək, uşaq və gənclərin inkişaf xüsusiyyətlərini, yaşadıqları problemləri və onların səbəblərini, həlli yollarını ortaya qoyacaq və bu problemlərdən böyüklərin xəbərdar olmasını təmin edə biləcək səviyyədə hazırlanmış qiymətli bir materialdır. Bu kitabın başda valideynlər və təlimatçılar olmaq şərti ilə, mövzuyla əlaqədar bütün təşkilatların uşaq və gəncləri başa düşmələrinə köməkçi olacağına inanıram.
Hüseyn Xəlilov bu mövzuda yazılmış bir çox mənbələrə müraciət etmişdir. Onun müəllifi olduğu “Uşaq və yeniyetmələrin inkişafının sosialpsixoloji məsələləri” kitabı, eyni zamanda, təhsil sahəsində yetişən şagird və tələbələr üçün də əhatəli bir mənbə olacaq və bu sahədə mövcud olan boşluğu dolduracaqdır. Hüseyn Xəlilovu göstərdiyi bu əvəzsiz xidmətinə görə səmimi qəlbdən təbrik edirəm.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin