Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə8/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   4   5   6   7   8   9   10   11   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Giriş


İnsan dünyaya gəldikdən sonra rəngi rəngdən seçdiyi, atanı, ananı tanıdığı, heyvanları fərqləndirdiyi andan müxtəlif psixoloji problemlərlə qarşılaşır. Amma uşaqlıqda valideynlərimiz bizləri inandırmağa çalışır ki, belə bir problem yoxdur, hər şey qaydasındadır. Biz böyüdükdən sonra psixi, yaxud psixoloji xəstəliyimizi dilə gətirməkdən çəkinirik. Ətrafdakıların tənəsindən qorxuruq. Çünki əksəriyyətimizdə bu cür fikir formalaşıb ki, psixoloqa müraciət edənlər dəlidirlər, onlardan uzaq durmaq lazımdır.
İnsanların bu cür tənələrdən çəkinərək psixoloqlara müraciət etməmələri onlarda olan problemləri azaltmır, əksinə günü‐gündən daha da dərinləşdirir və sonu heç də ürəkaçan olmayan ciddi fəsadlara gətirib çıxara bilir. Bu isə biz psixoloqları narahat edir, bizi düşünməyə vadar edir. Allah insanı insana yardım etmək, xeyirxah əlini uzatmaq üçün yaradıb. İnsanlar psixologiya elminin köməkliyi ilə bu cür bəlalardan yaxa qurtarmağa çalışırlar. Biz psixoloqlar real həyatda baş verən çətinlikləri, problemləri, bu problemlərin necə və nədən qaynaqlandığını araşdırıb qruplaşdıraraq vaxtında həll olunması üçün ehtiyacı olanlara planlar qurmağa kömək etməyə çalışırıq. Bütün bunların sonunda bir də öz işimizlə, təcrübəmizlə insanlarda psixologiyaya qarşı formalaşan yanlış təsəvvürləri aradan qaldıraraq onlara yaxından köməklik göstərə bilərik.
Məhz bunları nəzərə alaraq, bu kitabın yazılmasına ehtiyac olduğuna, onun insanlara fayda verəcəyinə inanaraq gələcəkdə cəmiyyətimizə sağlam şəxsiyyət və övlad bəxş etmək üçün dəyərli bir vəsait kimi istifadə edildiyi zaman vaxtın boşa getməyəcəyinə əmin olmaq istərdik.
2 downloaded from KitabYurdu.orgdownloaded from KitabYurdu.az

MüqƏddimƏ


Hörmətli oxucular!
Yaşamaq, araşdırmaq, öyrənmək və gördüklərimizi, öyrəndiklərimizi başqaları ilə paylaşmaq özümüzə baxan yönü ilə insanlığımızın, daha geniş mənası ilə insan olmağımızın gərəyi və təbii nəticəsi, cəmiyyət həyatına baxan yönü ilə isə vətəndaşlıq borcumuzdur. Əgər bizdən əvvəlki nəsillər bu ali məqsədə, ülvi qayəyə laqeyd yanaşsaydılar onda nə bugünkü sosialelmi nailiyyətlər, nə də inkişaf etmiş insan cəmiyyətləri olmazdı, hər yeni doğulan nəsil özündən əvvəlkilərin keçdiyi mərhələləri yenidən qət etmə zərurəti ilə qarşılaşar və insanlar illərin, əsrlərin ötüb keçməsinə baxmayaraq müəyyən bir sərhəddən sonra bir qarış belə irəli gedə bilməzdilər. Bu prinsip bizi əhatə edən fiziki aləmlə əlaqədar elmlərə aid olduğu kimi, daxili‐ruhi aləmimizlə əlaqədar elmlərdə də eynidir. Çünki insan kainatın kiçildilmiş bir nümunəsi olduğu kimi kainat da sanki böyüdülmüş bir insandır.
İnsanın daxili, hissi‐mənəvi aləminə müəyyən məhdud bir dairədə qiymət verən və bir əsrə yaxın hökm sürən məqsədli məlum idealogiya bir çox sahədə olduğu kimi psixologiya sahəsində də düşünən beyinləri müəyyən bir çərçivəyə almış, bu çərçivənin kənarındakı yeniliklərə qapılarını bağlamışdı. Odur ki, uzun illər başqa ölkələrdə bu sahədə aparılan tədqiqatlardan, əldə olunan elmi nailiyyətlərdən demək olar ki, uzaq qalmışıq. Son illərdə bu qaynaqlardan istifadə etmə ənənəsi başlasa da, hələ bu istiqamətdə görüləcək çox işlər var.
1991‐ci ilin 18 oktyabrında ölkəmiz öz tarixi müstəqilliyinə qovuşdu. Müstəqillik dövrünün ilk illərində çox ağır sınaqlarla üz‐üzə qalan Azərbaycan cəmiyyətində yeni psixoloji problemlər meydana gəlməyə başladı. Ölkədə gedən uzunmüddətli müharibə, keçid dövrünün acınacaqlı problemləri, müstəqillikdən sonra Azərbaycanın dünyaya inteqrasiyası və bu inteqrasiya ilə əlaqədar, sərhədlərin dünyaya açılması, dünyada gedən sü‐
rətli qloballaşmanın mənfi təsirləri cəmiyyətimizdə yeni problemlərin yaranmasına gətirib çıxardı. İctimai‐siyasi şəraitin dəyişməsi ilə cəmiyyətdə problemlərin mahiyyəti dəyişdi.
Psixoloji problemlərin artdığı bir dövrdə psixologiya elminə olan ehtiyac daha da artmışdır. Əgər ana dilimizdə bu elm sahəsinin müxtəlif problemləri ilə bağlı kitab və jurnallar çap edilməsə, bu təlabat ödənilməyəcək və nəticədə yaxın gələcəkdə yeni sosial‐psixoloji çətinliklər meydana gələcəkdir.
Bütün bunları nəzərə alaraq, içimdəki böyük narahatlıq bizdə milli psixologiya elmimizin yeni problemlərinin araşdırılması və yenidən işlənilməsi fikrini meydana gətirdi. Əlinizdəki bu kitab məhz o fikir və düşüncələrin məhsuludur.
Bu kitabın yazılmasında ən ümdə məqsədlərdən biri, bəlkə də birincisi, maarifləndirmə missiyasını üzərimizə götürərək, valideyn və övlad arasında ünsiyyətin möhkəmləndirilməsi üçün düzgün tərbiyə üsullarının, uşaq və yeniyetmələrdə müşahidə olunan davranış pozuntularının, onların yaranma səbəblərinin, cəmiyyətdə baş verən sosial‐psixoloji problemlərin və onların ailə quruluşuna, ailələrin idarəetmə sisteminə mənfi təsirlərinin üzə çıxarılması və Azərbaycan cəmiyyətinə təqdim olunmasıdır. Məhz bu məqsədlə elmi araşdırma aparmaq üçün 2008‐ci ildə İstanbul şəhərinə getdim. Bir çox universitetlərin (İstanbul, Fateh, Yeddi Təpə və s.) uşaq və yeniyetmələrlə bağlı kafedra və laboratoriyalarında oldum. Burada Qərb ölkələrinin, həmçinin də Türkiyənin özünün bu sahədə çalışan psixoloqlarının tədqiqat işləri və təcrübələri ilə tanış olmaq imkanı qazandım. Geri döndükdən sonra əldə etdiyim bilik və təcrübələrin toplanması və mövzu ilə bağlı öz fikirlərimin də əlavə edilməsi ilə bu kitab ərsəyə gəldi.
Təqdim olunan “Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri” kitabı cəmiyyətimizdə uşaq və yeniyetmə problemlərini psixoloji konteksdə araşdıran bir əsər səciyyəsi daşıyır. Kitabda işıqlandırılmış məsələlər öz aktuallığı ilə müasir dövrümüzdə uşaqların tərbiyyəsində qarşıya çıxan bir çox problemlərin həllində əsas istiqamətləndirici funksiyanı yerinə yetirə bilər. Əsərdə uşaqlıq və yeniyetməlik dövrü ayrı‐ayrı mərhələlərə bölünmüş, hər mərhələ üçün xarakterik olan problemlər və onların həlli yolları qeyd edilmişdir. Bundan başqa, Jan Piajenin Koqnitiv inkişaf dövrləri haqqında nəzəriyyəsi, uşaqların yuxulara baxışı, formal əməliyyat mərhələləri, uşaqların əşyalara aid edilən şüurluluq hissi, eləcə də uşaq təlimi, təlim nümunələri, uşaqlıq dövrü davranış problemləri, uşaq və yeniyetmələrdə davranış pozuntuları, diqqət çatışmazlığı və hiperaktiv uşaqlar

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin