Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim


Səmərəli qidalanmaın islami prinsipləri



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   ...   18   19   20   21   22   23   24   25   26

Səmərəli qidalanmaın islami prinsipləri 
 
Müasir  elmdə  əsas  tutulan  səmərəli  qidalanmanın 
prinsipləri  14  əsr  öncə  Islamda  təlqin  olunan 
buyuruqlarda və Peyğəmbərimizin (s.ə.v.) hədislərində 
deyilmişdir.  Hədislərdə  qidalanma  haqqında  çox  dərin 
elmi  əsası  olan,  lakin  14  əsr  öncə  insanlara  izah 
edilməsi  qeyri-mümkün  olan  fikirlər  günah  və  savab
halal və haram baxımından söylənilmişdir:  
“Acmamış süfrəyə oturmayın”,  
“Çox yemək pis şeydir”,  
“Ümmətim üçün ən çox qorxduğum şeylər köklük, 
çox yatmaq və tənbəllikdir”,  
“Yeməyi  qəbul  etməzdən  əvvəl  və  sonra  əlləri 
yuduqda yeməyə xeyir-dua verilir”,  
“Qonşusu ac olan dindar doyunca yeməz”,  
“Insan  oğlunun  mədəsini  doldurmasından  daha 
zərərli  bir  şey  yoxdur.  Adəm  nəslinə  belini 
doğruldacaq  bir  tikə  loxma  bəsdir.  Əgər  çox  lazım 
olarsa, onda mədənin üçdə birini yemək, üçdə birini su 
və üçdə birini tənəffüs üçün ayırın”. 
“Üç şey rədd olunmaz – biri süd, biri yumurta, biri 
də  yağ”.  Bu  yağ  yerdən  çıxan  yağdır,  yəni  bitki 
yağıdır. 
əl-Muminun surəsində buyurulur: “Sina dağından 
çıxan  bir  ağac  da  yaratdıq  ki,  o  yeyənlər  üçün 
zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ 
bitirər”. (əl-Muminun, 23/20). 
Peyğəmbərimiz  (s.ə.v.)  də  bu  xüsusda  “Zeytun 
yağı yeyin və ömür sürün” kəlamını buyurmuşdur. 
“Kişi  həzm  edəməyəcəyi  qədər  yeyərsə,  zərər 
görər. Süfrədən doymadan qalxmaq lazımdır”.  

 
350 
Yeməyi aramla yemək, xırda tikələr şəklində ağıza 
qoyub  lazımınca  çeynəməklə  doyumluq  hiss  etmək 
mümkündür.  Bu  zaman  qida  yaxşı  həzm  olunur. 
Bəziləri  belə  hesab  edirlər  ki,  düzgün  qidalanma  daha 
çox  və  dadlı  yeməklər  qəbul  edilməsinə  əsaslanır. 
Yağlı, şirin və unlu məmulatla qidalanmaqla kökəlmək 
insan orqanizminə ziyandır. 
əl-Əraf  surəsi  31-ci  ayədə  buyurulur:  “…yeyin-
için,  lakin  israf  etməyin,  çünki  Allah  israf  edənləri 
sevməz”,  kəlamı  da  səmərəli  qidalanmaya  bir 
nəsihətdir.  
Kök  bir  adama  işarə  ilə  Peyğəmbərimiz  (s.ə.v.) 
buyurmuşdur:  
“Kaş  ki,  qarnın  belə  kök  olmayaydı,  sənin  üçün 
daha xeyirli olardı”.  
“Çox  yeməklə  sağlıq  və  sağlam  olmaq  bir  arada 
ola bilməz”.  
“Mədəni  yemək  və  içməklə  tikəbasa  doldurmaq-
dan çəkinin. Çünki belə yemək bədəni pozar, xəstəliyə 
səbəb  olar.  Eyni  zamanda  Allah piylənmiş  kök bədəni 
olanları sevməz”. 
Bir başqa hədisdə buyurmuşdur:  
“Çox  yeyib-içməklə  qəlblərinizi  öldürməyin.  Zira 
qəlb  bir  əkin  tarlası  kimidir,  çox  su  basınca  toxumu 
kəsər və çürüdər”.  
“Qəlbin daralması toxluqdandır”. Həzrəti Ömər də 
köklüyə qarşı belə deyir:  
“Kökəlməkdən  çəkinin.  Çünki  köklük  vücudu 
boğur, xəstəlik gətirir”. 
Müasir dövrdə insanların rahatsızlığına səbəb olan 
amillər  –  yağlı  diyet,  duzlu  diyet  və  köklükdür.  Insan 
həmişə  öz  qidasına  fikir  verməli,  nə  yediyini,  necə 

 
351 
yediyini və nə üçün yediyini dərk etməlidir. 
Əbəsə surəsi 24-32-ci ayələrdə buyurulur: “Insan 
hələ  bir  yeməyinə  baxsın  (görsün  ki,  ona  necə  ruzi 
verdik).  Həqiqətən,  biz  yağıĢı  bol  yağdırdıq.  Sonra 
yeri  yardıq.  Belə  ki,  orada  dən  (dənli  bitkilər)  gö-
yərtdik:  üzüm  və  yonca;  zeytun  və  xurma  bağları; 
ağacları  bir-birinə  sarmaĢan  bağçalar;  növbənöv 
meyvələr və ot, ələf yetiĢdirdik. (Bütün bunlar) sizin 
və heyvanlarınızın istifadəsi üçündür!”. 
“Qurani-Kərim”-in  ayələrində  qida  məhsulları  və 
qidalanma 
haqqındakı 
buyuruqlar 
müasir 
elmi 
tədqiqatlarla  hələ  tam  açılmamışdır.  Ona  görə  də  bir 
kiçik  yazıda  onların  dəryada  bir  damcısını  izah  etmək 
baxımından  öz  bildiklərimizi  oxuculara  çatdırmaq 
istədik. Əgər səhvə yol vermişiksə, Allah-Təala bizi öz 
dərgahında bağışlasın və günahımızdan keçsin. 
Bu mövzuda yazımı Ulu Peyğəmbərimizin (s.ə.v.) 
bir hədisi ilə qutarmaq istərdim:  
“Hər  şeyin  gözəlliyi  vardır.  Dünyada  sağlamlığın 
gözəlliyi  dörd  şeydir.  Az  danışmaq,  az  yatmaq,  az 
yemək, az cinsi yaxınlıq etməkdir” 
 
Səmərəli qidalanmanın müasir prinsipləri 
 
Insanın yaşadığı yerdən və yediyi xörəklərdən asılı 
olmayaraq  ərzaq  məhsullarının  tərkibindəki  qidalı 
maddələr  insanın  həyat  fəaliyyəti  üçün  enerjinin, 
orqanizmdəki  toxumaların  inkişafı  və  bərpasında  üzvi 
materialın,  maddələr  mübadiləsinin  tənzimlənməsində 
bioloji fəal maddələrin mənbəyi hesab edilir. Bunlarsız 
həyat  ola  bilməz.  Çünki  orqanizmdə  gedən  proseslərə 
daim enerji və materiya sərf edilir. Enerji, orqanizmdə 
karbohidratlar, yağlar və zülallar oksidləşdikdə yaranır, 

 
352 
bunları əmələ gətirən isə maddələrdir. Bu maddələrdən 
başqa  orqanizmə  vitaminlər  və  mineral  duzlar, 
sellüloza,  ekstraktiv  və  başqa  dad  və  tamverici 
maddələr lazımdır. 
Gün  ərzində  qəbul  ediləcək  qida  payının  enerji 
dəyərini  və  keyfiyyət  tərkibini  işin  xarakterindən, 
insanın  yaşından,  bədənin  uzunluğundan  və  kütlə-
sindən,  orqanizmin  fizioloji  vəziyyətindən  (hamiləlik, 
uşaq  əmizdirmək),  iqlim  şəraitindən  və  başqa 
amillərdən  asılı  olaraq  təyin  edirlər.  Sağlam,  səmərəli 
qidalanma  üçün  əsas  şərtlərdən  biri  orqanizmə  lazım 
olan  qida  maddələrinin  optimal  miqdarda  və  vaxtlı-
vaxtında qəbul edilməsidir. 
Insan  nə  üçün  yediyini, hansı məhsulları  nə qədər 
və  necə  yeməyi  mütləq  bilməlidir.  Eyni  tərkibli  qida 
məhsulları ilə hər gün qidalanmaq orqanizmə ziyandır, 
çünki bu zaman qidada bir qrup maddələr çoxluq təşkil 
edir, digərləri isə çatışmır. 
Bəziləri  belə  hesab  edirlər  ki,  düzgün  qidalanma 
daha çox və dadlı yeməklər qəbul edilməsinə əsaslanır. 
Əslində isə belə deyil. Bunun üçün səmərəli qidalanma 
prinsiplərini,  iqlim  şəraitini  və  əməyin  xarakterindən 
asılı olaraq enerji sərfini nəzərə almaq lazımdır. 
Müxtəlif  qida  məhsulları  ilə  insan  minə  qədər 
maddə  qəbul  edir,  bunlardan  100-ə  qədəri  orqanizmin 
normal  həyat  fəaliyyəti  üçün  vacibdir.  Zülal,  yağ, 
karbohidrat,  su  və  mineral  maddələrlə  yanaşı  bir  çox 
əvəzedilməz  amillər  vardır.  Bunlara  əvəzedilməz 
aminturşuları,  polidoymamış  yağ  turşuları,  ballast 
karbohidratlar,  makro-,  mikro-  və  ultramikroelement-
lər,  vitaminlər,  vitaminəbənzər  maddələr,  bir  çox 
bioloji  fəal  maddələr  aiddir.  Bu  maddələrin  gündəlik 

 
353 
qida  rasionunda  çatışmaması  insanın  sağlamlığına 
mənfi təsir göstərir. Bunların miqdarı heyvanat və bitki 
mənşəli  məhsullarda  müxtəlifdir.  Ona  görə  də  qida 
rasionunun  kaloriliyi,  mənimsənilməsi  və  orqanizmə 
xeyri onun tərkibindən asılıdır. 
Qidalılıq və enerji dəyəri həm də məhsulun dad və 
tamlılıq  məziyyətlərindən  asılıdır.  Xeyirli  qida 
məmnuniyyətlə  yeyilməlidir.  Ona  görə  də  səmərəli 
qidalanmanın  ümumi  prinsipləri  ilə  yanaşı  milli 
ənənələr də nəzərə alınmalıdır. 
Qida  normaları  və  qidalanmanın  səmərəliliyi 
nəzərə alınmaqla əsasən 7 şərtə əməl olunmalıdır: 
B i r i n c i   Ģ ə r t . Qida ilə orqanizmə daxil olan 
enerji  ilə  orqanizmin  sərf  etdiyi  enerji  arasındakı 
bərabərlik,  başqa  sözlə  enerji  balansı.  Əgər  insan 
orqanizminə  qida  maddələri  ilə  sərf  etdiyi  enerjidən 
artıq enerji daxil olursa, kökəlmə baş verir və maddələr 
mübadiləsi  pozulur.  Əksinə,  sərf  etdiyindən  az  daxil 
olursa,  insan  arıqlayır.  Yaşlı  insan  bədəninin  stabil 
çəkidə  qalması  səmərəli  qidalanmanın  bu  “qızıl  qay-
dası”-na  əməl  olunduğunu  göstərir.  Bu  cəhətdən 
Azərbaycan  xalqının  öz  xüsusiyyətləri  vardır.  Gündə 
üç  dəfə  qida  qəbulu,  müxtəlif  ərzaq  məhsulları  ilə 
qidalanmaq xalqımıza xas olan adətdir. 
Qeyd etmək lazımdır ki, islam dininə əsasən insanın 
doyumdan  artıq  yeməsi  və  acmamış  qida  qəbul  etməsi 
günah  hesab  edilir.  Bu,  Azərbaycan  xalqı üçün  səmərəli 
qidalanmanın birinci prinsipinin əsasını təşkil edir. 
Qida  ilə  qəbul  olunan  1  q  zülal  orqanizmdə 
oksidləşdikdə  4,0  kkal  (16,7  kCoul),  1  q  karbohidrat 
3,75  kkal  (15,7  kCoul),  1  q  yağ  isə  9,0  kkal  (37,7 
kCoul) enerji verir. Əgər sutkalıq qida rasionunda 80,0 

 
354 
q zülal, 80,0 q yağ və 500,0 q karbohidrat olarsa, onda 
belə  rasionun  ümumi  enerji  dəyəri  2915  kkal  və  ya 
12196  kCoul  olur  (1  kkal  =  4,186  kCoul).  Qidanın 
tərkibini  bilməklə  onun  enerji  dəyərini  hesablamaq 
olar. 
100  q  müxtəlif  ərzaq  məhsulları  aşağıdakı 
miqdarda kkal ilə enerji verir: 
 
Çovdar çörəyi - 170  
Bişmiş kartof - 82 
Buğda çörəyi - 240    
Alma - 39 
Pirojna - 320-570   
Bişmiş mal əti - 254 
Şəkər - 379   
 
1 ədəd yumurta - 63 
Süd - 59 
 
 
Bişmiş treska - 78 
Inək yağı - 749 
 
Pivə - 40-50 
Günəbaxan yağı - 899 
Turş şərab - 65-71 
 
Əsas  enerji  balansında  sakit  həyat  tərzi  keçirən 
insanlar  üçün  enerji  itkisi  gündə  kişilər  üçün  1600, 
qadınlar  üçün  1400  kkal-dır.  Bundan  başqa  müxtəlif 
fiziki aktivlikdə enerji itkisi də müxtəlifdir. 
 1  saatda  kütləsi  60  kq  olan  orta  yaşlı  adam  üçün 
enerji itkisi kkal ilə aşağıdakı kimidir. 
Yuxuda olarkən - 50                   Laboratoriyada  ayaq 
Yuxulamadan uzanarkən – 65    üstə işlədikdə-150-170 
Bərkdən oxuyarkən - 100 
     Sakit yeridikdə -190 
Laboratoriyada oturan  
     Bərk yeridikdə - 300 
yerdə işlədikdə -110                Qaçdıqda - 360 
Ev işləri gördükdə - 120-140      Üzdükdə - 180-400 
 
Insanın  qida  ilə  qəbul  etdiyi  enerji  onun  işinə, 
həyat tərzinə uyğun olmalıdır. Nə qədər enerji orqaniz-
mə daxil olursa, bir o qədər də enerji sərf olunmalıdır. 

 
355 
I k i n c i   Ģ ə r t .  Orqanizmin  tələbinə  uyğun 
olaraq  qidanın  keyfiyyətcə  tam  dəyərli  olması.  Başqa 
sözlə, 
gündəlik 
qida 
rasionunda 
bütün 
qida 
maddələrinin  –  zülalların,  yağların,  karbohidratların, 
vitaminlərin  və  mineral  maddələrin  həm  kəmiyyət  və 
həm də keyfiyyətcə olması. 
Qidanın keyfiyyət tərkibi dedikdə onun tərkibində 
orqanizmə  lazım  olan  bütün  maddələrin  olması  və 
bunların optimal tarazlığı nəzərdə tutulur. 
Orta  yaşlı  adam  üçün  lazım  olan  əsas  qida 
maddələrinin  q-la  miqdarı  aşağıdakı  kimidir:  zülal  – 
85;  yağ  –  102;  həzm  olunan  karbohidratlar  –  382;  o 
cümlədən mono- və dişəkərlər – 100; mineral maddələr 
(mq-la):  kalsium  –  800;  fosfor  –  1200-1500;  maqne-
zium  –  400;  dəmir  –  14-15;  vitaminlər  (mq-la):  B
1
 
(timain)  –  1,7;  B
2
  (riboflavin)  –  2,0;  PP  (nikotin 
turşusu,  niasin)  –  19;  B
6
  (piridoksin)  –  20;  B
12
 
(sianokobalmin)  –  3  mkq;  C  (askorbin  turşusu)  –  70 
mq; B
9
 (fol turşusu, folasin) – 200 mkq; E (tokoferol) – 
10 mq və  ya 15  BV; A (retinol) – 1600 mkq; D  – 2,5 
mkq və ya 100 BV. 
Vətənimizdə  meyvə-tərəvəz  bolluğu  qidamızın 
mineral  və  vitamin  tərkibinin  zənginləşməsinə  imkan 
verir.  Bununla  yanaşı  gündəlik  istehlak  olunan  zülal-
ların  tərkibində  mütləq  8  əvəzedilməz  aminturşuları 
ideal aminturşuları şkalasına uyğun olmalıdır. 
Əvəzedilməz  aminturşular  ət,  süd,  yumurta 
zülallarında  vardır.  Qida  ilə  orqanizmə  daxil  olan 
yağların tərkibində həm doymamış və həm də doymuş 
yağ turşuları vardır. Əgər orta hesabla gündə 100 q yağ 
qəbul ediriksə, onun tərkibində doymamış yağ turşuları 
daha  çox  olan  bitki  yağlarının  miqdarı  ən  azı  30  q 

 
356 
olmalıdır. Ümumiyyətlə, yağlarla orqanizmə gündə 2-6 
q  polidoymamış  yağ  turşularından  linol,  linolen  və 
araxidon turşuları daxil olmalıdır. 
Azərbaycan milli kulinariyasında bitki yağları çox 
az  istifadə  olunur.  Lakin  bir  çox  kulinar  məmulatları, 
milli  xörəklərimiz  və  Azərbaycan  şirniyyatı,  qoz, 
fındıq,  badam  ləpəsi  əlavə  edilməklə  hazırlanır.  Bun-
ların  tərkibindəki  yağlar  (45-60%)  polidoymamış  yağ 
turşuları  ilə  zəngindir  və  bu  baxımdan  orqanizmə 
xeyirlidir. 
Gündəlik qida ilə qəbul olunan karbohidratlar 365-
400  q  təşkil  edir.  Bunun  50-100  q  şəkərin,  10-15  q 
ballast  karbohidratların,  o  cümlədən  6-10  q  sellülo-
zanın, 5-6 q pektin maddələrinin payına düşməlidir. 
Qida  maddələrinin  qəbulu,  onların  keyfiyyət  və 
kəmiyyətcə miqdarı  insanın  yaşından,  cinsindən,  əmə-
yin  xarakterindən,  iqlim  şəraitindən  və  başqa  amillər-
dən asılıdır. 
Ü ç ü n c ü   Ģ ə r t .   Müxtəlif  çeşidli  ərzaq 
məhsullarından  və  emal  üsullarından  istifadə  etməklə 
qidanın  tərkibini  zənginləşdirmək. 
Bu  prinsipə 
Azərbaycan milli kulinariyası tam uyğun gəlir. 
Milli xörəklərimizin əksəriyyəti ət və ət məhsulları 
ilə  hazırlanır.  Bunlara  əsasən  qoyun  əti,  nisbətən  az 
mal əti, ev və ov quşları və balıq daxildir. Ət müxtəlif 
formada,  ən  çox  qızardılmış  və  pörtlədilmiş  şəkildə 
istehlak edilir. Azərbaycanlılar ət qiyməsindən (döyül-
müş  ətdən)  hazırlanan  xörəklərə  daha  çox  meyl 
göstərirlər. 
Kulinariyamız  tərəvəz  bolluğu  ilə  məşhurdur. 
Müxtəlif  göyərtilər,  badımcan,  pomidor,  şirin  istiot 
(bibər),  kələm,  paxla;  meyvələrdən  alma,  heyva, 

 
357 
qurudulmuş  ərik  və  kişmiş  ilə  hazırlanan  milli 
xörəklərimiz  zəngin  kimyəvi  tərkibə  malik  olmaqla 
orqanizm üçün faydalıdır. 
Qafqazın başqa xalqlarının kulinariyasından fərqli 
olaraq  Azərbaycan  kulinariyasında  müxtəlif  ətirli 
göyərti,  ədviyyat  və  tamlı  qatmalar  çox  işlədilir.  Bu 
onunla  əlaqədardır  ki,  hələ  qədim  zamanlarda  Şərq 
ölkələrindən  Avropaya  ədviyyat  Azərbaycan  ərazisin-
dən  keçirilərək  aparılmışdır  və  bunlar  söz  yox  ki,  o 
dövrdən  milli  kulinariya  məhsullarının  tərkibinə  daxil 
olmuşdur.  Məs.,  darçın,  badyan,  qara  və  ətirli  istiot, 
mixək, muskat cövüzü, hil, zəncəfil, sarıkök və s. 
Xörəklərimizdə müxtəlif tamlı qatmalardan (abqo-
ra,  narşərab,  albuxara, qora,  nar,  alçaşərab,  əzgilşərab, 
limon,  qaysı,  lavaşana,  sumaq,  zoğal  axtası,  alça 
turşusu  və  s.),  ədviyyələrdən  istifadə  olunması  onlara 
xoşa  gələn  dad  və  ətir  verməklə  yanaşı,  həm  də  bitki 
mənşəli  bioloji  aktiv  maddələrlə  onları  zənginləşdirir. 
Ədviyyələr  və  tamlı  qatmalar  iştahanın  artmasına  və 
qidanın  yaxşı  mənimsənilməsinə  müsbət  təsir  edir. 
Iştaha  isə  səmərəli  qidalanmanın  və  sağlamlığın 
açarıdır. 
D ö r d ü n c ü   Ģ ə r t .  Qidanı  düzgün  bişirmək, 
ona  xoşagələn  dad  və  ətir,  cəlbedici  xarici  görünüş 
verməklə  iştahanın  artmasını  və  qidanın  mənimsənil-
məsini  təmin  etmək.  Bu  prinsipə  müvafiq  olaraq 
Azərbaycan  kulinariyasında  xörəklərin  hazırlanmasına 
ciddi  fikir  verilir.  Burada  pörtmək  və  bişirmək, 
qovurmaq  və  qızartmaq,  yarımhazır  bişirmək və  dəmə 
qoymaq,  müxtəlif  kombinələşmiş  emal  üsullarından 
istifadə  edilir.  Qidanın  xoşagələn  dada  və  ətrə  malik 
olması  ədviyyələrin  və  tamlı  qatmaların  geniş  istifadə 

 
358 
edilməsini nəzərdə tutur. 
Azərbaycan kulinariyası xörəklərini süfrəyə verər-
kən  onları  zövqlə  tərtibə  salır,  xoş  görünüş  verirlər. 
Xörəyi  tərtibə  saldıqda  onun  hansı  qabda  süfrəyə 
verilməsi böyük əhəmiyyət kəsb edir. Gözəl qab-qacaq 
içərisində  zövqlə  tərtibə  salınmış  yemək  süfrəyə 
cəlbedici görünüş verir, bu da öz növbəsində iştahanın 
artmasına  və  qəbul  edilən  qidanın  həzminə  və 
mənimsənilməsinə müsbət təsir göstərir. 
B e Ģ i n c i   Ģ ə r t .  Qida  qəbulu  rejiminə  əməl 
olunması.  Ancaq  müəyyən  saatlarda  yemək  və  yeyilə-
cək  qidanı  hər  dəfəyə  düzgün  bölüşdürməklə  qidalan-
ma rejiminə əməl olunması sağlamlığın rəhnidir. 
Nəzərə  alınmalıdır  ki,  qidalanma  rejimi  xalqın 
həyat  tərzi,  yaşadığı  iqlim  şəraitindən  asılıdır.  Azər-
baycanlılar gündə 3 dəfə – səhər yeməyi, nahar və şam 
yeməyi –  qida  qəbul  edirlər.  Lakin  bəzi  alimlər gündə 
4-6  dəfə  qidalanmanın  tərəfdarıdırlar.  Belə  güman 
edirlər ki, az miqdarda, lakin tez-tez qida qəbulu insanı 
kökəlməyə qoymur. 
Qidalanma  rejimi  dedikdə  qidanın  müəyyən 
saatlarda  yeyilməsi  və  gün  ərzində  yeyiləcək  qidanın 
bütün  günə  düzgün  bölüşdürülməsi  başa  düşülür. 
Qidanın  ancaq  müəyyən  saatlarda  yeyilməsi  iştahanın 
yaxşılaşmasına  və  qidanın  həzm  olunmasına  kömək 
edir.  Qida  qəbulu  arasındakı  fasilə  5  saatdan  artıq 
olmamalıdır.  Qida  qəbulu  gecikdikdə  beyin  qabığının 
oyanması  zəifləyir,  əmək  qabiliyyəti  azalır,  həzm 
vəzilərinin  ahəngdar  fəaliyyəti  pozulur.  4  saatdan  bir, 
gündə  dörd  dəfə  yeyilən  qida  daha  yaxşı  həzm  olunur 
və əmək qabiliyyəti saxlanılır. 
 

 
359 
Qidalanma  rejiminin  də  öz  növbəsində  4  prinsipi 
vardır: 
1.  Günün  eyni  vaxtında  qida  qəbulu.  Üç  dəfə  – 
səhər saat 9-da, günorta saat 14-də və axşam saat 19-da 
qida qəbul edilir. 
2.  Gün  ərzində  qidanın  düzgün  bölünməsi.  Bu, 
insanın  həyat  tərzindən,  iş  üslubundan  və  gündə  neçə 
dəfə  qida  qəbul  etməsindən  asılı  olaraq  miqdarca 
bölünür. 
3. Hər dəfə qida qəbulunda səmərəli qidalanmanın 
təşkili. Başqa sözlə, çalışmaq lazımdır ki, səhər, nahar 
və  şam  yeməyinin  tərkibində  zülal,  karbohidrat,  yağ, 
mineral maddə və vitaminlər mütləq olsun. Bu baxım-
dan azərbaycanlılar səhər pendir, qaymaq, süd, yumur-
ta və s. məhsullarla qidalanırlar. Nahar və şam yeməyi 
üçün  ət,  toyuq,  balıq  və  süd  məhsullarından,  kartof, 
tərəvəz əlavə etməklə qidalı xörəklər hazırlayırlar. 
4.  Qida  payının  gün  ərzində  fizioloji  cəhətdən 
bölünməsi.  Qida  qəbulu  arasında  müəyyən  fasilənin 
olması. 
Səhər  yeməyi  –  sutkalıq  qidanın  kalori  cəhətdən 
20-dən  30%-ə  qədərini  təşkil  edir.  Səhər  çox  dadlı 
yeməklər – xörəklərdən  nümrü  qayqanaq,  ballı qayqa-
naq, südlü düyü sıyığı, həlimaşı və s. bu kimi xörəklər 
yemək, isti çay, kakao və qəhvə içmək yaxşıdır. 
Ikinci  qəlyanaltı  və  ya  ikinci  səhər  yeməyi 
sutkalıq  qida  payının  10-dan  25%-ə  qədərini  təşkil 
edir.  Bu  zaman  salat,  buterbrot,  çayla  peçenye  və  s. 
yemək olar. 
Nahar  –  bir  qayda  olaraq  sutkalıq  qida  payının 
40-50%-ni  təşkil  edir.  Iş  günü  qurtardıqdan  sonra 
nahar  etmək  məqsədəuyğundur.  Naharda  xörəkləri 

 
360 
aşağıdakı  ardıcıllıqla  yemək  məsləhətdir:  soyuq 
qəlyanaltı,  duru  (sulu)  isti  xörək,  quru  (ikinci)  isti 
xörək və şirin təam. 
Duru  xörək  ət,  düyü,  yarma  və  ya  makarondan 
hazırlandıqda, quru xörək ev və ov quşlarından, balıq-
dan  hazırlanmalı,  yanında  tərəvəz  və  kartofdan  qarnir 
verilməlidir.  Əksinə,  duru  xörək  kartof  və  ya 
tərəvəzdən  hazırlandıqda  quru  xörək  üçün  yarma  və 
makarondan qarnir (löküt) verilməlidir. 
Insan  naharda  quru  xörək  yedikdən  sonra  doyur, 
lakin  xörəklərdən  sonra  şirin  təam  yedikdə  fizioloji 
cəhətdən  daha  çox  ləzzət  almış  olur.  I.N.Pavlov  bu 
barədə yazır: “Qidaya tələb nəticəsində məmnuniyyətlə 
başlanmış  yemək,  məmnuniyyətlə  də  qurtarmalıdır, 
tələbin  ödənilməsinə  baxmayaraq  bu  tələbin  son 
obyekti  özünə  qətiyyən  həzm  işi  tələb  etməyən  şəkər 
olmalıdır”. Bu baxımdan hələ qədimdən Azərbaycanda 
nahar  və  şam  yeməyi  şərbət  və  ya  şirniyyatla  başa 
çatdırılır. 
ġam yeməyi – yüngül olmalı və sutkalıq kalorinin 
ən çoxu 15-20%-ni təşkil etməlidir. Şam  yeməyi asan 
həzm  olunan  və  sinir  sistemini  oyatmayan  karbohid-
ratlı-südlü yeməkdən ibarət olub yatmazdan ən azı 1,5-
2 saat əvvəl qəbul olunmalıdır. 
A l t ı n c ı   Ģ ə r t .   Yeyinti  məhsullarını  qəbul 
etdikdə,  daşıdıqda,  saxladıqda  və  bişirdikdə  sanitariya 
qaydalarına  əməl  etmək,  qidanı  zərərsizləşdirmək, 
bununla  da  qida  ilə  zəhərlənmənin  və  infeksiyanın 
qarşısının  alınmasını  təmin  etmək.  Bu  prinsipə  əməl 
olunması  əvvəla  Azərbaycan  kulinariyasında  istifadə 
olunan qab-qacaqdan başlanır. 
 

 
361 
Azərbaycanın  milli  xörəkləri  qədimdən  mis 
qazanlarda  hazırlanır.  Indi  yenə  də  Azərbaycanın  bir 
çox  rayonlarında  və  kənd  yerlərində  xörəyi  mis 
qazanlarda  bişirirlər. Bu  zaman xörək daha  dadlı  olur. 
Bəzi  milli  xörəkləri  mis  qazan  olmadan  hazırlamaq 
mümkün  deyildir.  Keçmişdə  olduğu  kimi  indi  də  mis 
qazanları  və  qabları  vaxtaşırı  qalaylayırlar  ki,  xörəyə 
və  eləcə  də  orqanizmə  həddindən  artıq  mis  düşməsin. 
Çünki  qida  məhsullarında  misin  miqdarı  5-8  mq/kq-
dan  çox  olmamalıdır,  qalayın  isə  120-150  mq/kq-a 
qədər olmasına standart üzrə yol verilir. 
Milli xörəklərin bir qismi, məsələn, piti aşxana və 
restoranlarda  xüsusi  gil  qablarda  (piti  qablarında) 
bişirilir və onun içərisində də süfrəyə verilir. 
Müasir  dövrdə  qidanın  zərərsizləşdirilməsi  böyük 
əhəmiyyət  kəsb  edir.  Ekoloji  vəziyyətin  pisləşməsi, 
meyvə-tərəvəzin  yetişdirilməsində  gübrələrdən  və 
müxtəlif  pestisidlərdən  istifadə  olunması  onların 
tərkibində  nitratların  və  nitritlərin,  ksenobiotiklərin 
normadan  çox  olmasına  səbəb  olur.  Bütün  bunlar 
müasir qidalanmada nəzərə alınmalıdır. 
Y e d d i n c i   Ģ ə r t .   Qəbul  olunmuş  qida 
insanda  doyma  hissi  yaratmalıdır.  Bu  qidanın  zəngin 
tərkibə  malik  olmasından  asılıdır.  Lakin  bəzən  insan 
lazımi qədər qida qəbul etməsinə baxmayaraq doymaq 
bilmir.  Bu,  əsasən  zülal  və  yağla  kasıb  olan  xörəklə 
qidalandıqda,  eləcə  də  tələsik  yedikdə  müşahidə 
olunur.  Ona  görə  qəbul  edilən  qida  aramla  yeyilməli, 
yaxşı çeynənməlidir. 
Qida  qəbulu  səhər  yeməyində  30-35  dəq,  nahar 
yeməyində  45-50  dəq,  şam  yeməyində  35-40  dəq 
müddətində başa çatmalıdır. Qəlyanaltı və quru (ikinci) 

 
362 
xörəklər  yeyildikdə  arabir  mineral  su,  spirtsiz  içki, 
meyvə  şirəsi  və  kəmşirin  şərbət  içilməlidir.  Uzun 
müddət  süfrə  arxasında  oturmaq,  3-4  saat  müddətində 
aramsız qida qəbulu orqanizm üçün ziyandır. 
Yapon 
alimlərinin 
apardıqları 
tədqiqatlar 
nəticəsində  müəyyən  edilmişdir  ki,  uzunömürlülüyün 
və sağlamlığın əsas sirri aşağıdakılardan ibarətdir: 
1. Gündəlik qidada daha çox təzə tərəvəzin olması 
və onların çiy şəkildə qəbulu. Daha çox  yerkökü, kahı 
və göyərti tərəvəzləri yemək məsləhət görülür. 
2. Yağlar orqanizm üçün lazımdır, lakin daha çox 
günəbaxan, 
qarğıdalı 
və 
zeytun 
yağı 
yemək 
məsləhətdir.  Çünki  həmin  yağlarda  polidoymamış  yağ 
turşuları  daha  çoxdur.  Inək  yağını  (kərə  yağını)  isə 
məhdud  şəkildə,  çox  az  yemək  lazımdır.  Ət  və  pendir 
də çox az, minimum miqdarda yeyilməlidir. 
3. Hər gün səhər gimnastikası ilə məşğul olmaq və 
hər  gün  bir  neçə  saat  şəhər  kənarında,  eləcə  də  ağac, 
kol və ot çox olan parklarda gəzmək lazımdır. 
4.  Emosiyalara  uymamaq,  hər  xırda  şey  üçün 
hirslənməmək,  həmişə  gülərüz  olmaqla,  fərəh  hissi  ilə 
yaşamaq  lazımdır.  Müəyyən  edilmişdir  ki,  insan  kədər-
ləndikdə,  orqanizmin  immun  sistemi  infeksion  xəstəlik-
lərə qarşı müqavimət yaradan hüceyrələri əmələ gətirmir. 
5.  Insan  normal  şəraitdə  və  müddətdə  yatmalıdır. 
Yuxu ürəyin ritmini nizamlayır, arterial təzyiqi azaldır, 
hormonal  ifrazat  sisteminin  fəaliyyətini  yaxşılaşdırır. 
Yaralar da yuxuda yaxşı sağalır. 
6.  Yaşadığınız  evin  havasını  tez-tez  dəyişin,  hətta 
bir az soyuqdan üşümək orqanizm üçün xeyirlidir. 
7.  Az  yeyin.  100  ildən  çox  yaşayan  insanlar 
həmişə az yemişlər, doymamış süfrədən qalxırlar. 

 
363 
8.  Gülmək  vacibdir.  Insan  gülərkən  nəinki  üzün 
əzələləri,  hətta  qarın,  diafraqma  və  digər  əzələlər  də 
hərəkətə 
gəlir, 
toxumalardakı 
oksigen 
ehtiyatı 
təzələnir,  ağciyər  və  bronxların  fəaliyyəti  yaxşılaşır, 
nəfəs yolları təmizlənir. 
Göründüyü  kimi,  yapon  uzunömürlülüyündə  heç 
bir sirr və mürəkkəblik yoxdur. Bunu gündəlik həyatda 
yerinə  yetirmək  hər  adam  üçün  çox  asandır.  Lakin 
nəzərə almaq lazımdır ki, insan orqanizmi çox mürək-
kəb  bir  sistemdir.  Insan  orqanizmində  daima  müxtəlif 
proseslər  gedir.  Bu  proseslər  əsasən  yeyilən  qidanın 
tərkibi, onun həzmi və mənimsənilməsi ilə bağlıdır. 
Orqanizmdə qarşılıqlı asılılıq mövcuddur. Insan nə 
qədər  çox  yeyirsə,  bir  o  qədər  də  orqanizmdə  toksiki 
tullantılar  toplanır  və  bədənin  kütləsi  artır.  Bununla 
bərabər müxtəlif xəstəliklərə tutulmaq ehtimalı da artır. 
Nə  yemək  lazımdır  ki,  hər  hansı  xəstəliyin,  o 
cümlədən xərçəngin qarşısı alınsın: 
1.  Əsasən  təzə  meyvə-tərəvəz  yemək  lazımdır. 
Sutkalıq qida rasionunda onların miqdarı bütün qidanın 
70%-ə qədərini təşkil etməlidir. 
2.  Qidanı  ağızda  yaxşı  çeynəmək  lazımdır.  3  növ 
həzm  mövcuddur:  ağızın  tüpürcəyi  ilə,  mədədə  və 
bağırsaqda. Qida ağızda 30-36 dəfə, ət və balıq isə 46-
48  dəfə  çeynənməlidir.  Çeynənilən  qida  ağızda  qatı 
kisel vəziyyətində olmalıdır. 
3.  Qidanın  tərkibində  sellüloza  lazımi  qədər  ol-
malıdır. Bu zaman qida mədə-bağırsaq sistemində yax-
şı hərəkət edir. Insulin və xolesterinin əmələ gəlməsini 
aşağı  salır,  şəkərin  yağa  çevrilməsinin  qarşısını  alır. 
Qida  ilə  hər  gün  2-5  q  sellüloza,  hemisellüloza  və 
pektin qəbul edilməlidir. 

 
364 
4.  Qida  təbii  halda  C,  E  və  A  (beta  karotin) 
vitaminləri  və  mikroelementlərlə  –  kalsium,  kalium, 
dəmir, mis, selen, sink, yod və s. ilə zəngin olmalıdır. 
5.  Qida  insana  fərəh  və  sevinc  gətirməli,  orqa-
nizmə  xoş  təsir  göstərməli  və  insana  ağırlıq  vermə-
məlidir. 
6. Bir dəfəyə  yeyilən qida az və çox olmamalıdır. 
Hər  bir  insanın  yumruğu  onun  ürəyinin  ölçüsüdür, 
əllərinizin  barmaqları  ilə  əmələ  gətirdiyiniz  çökək 
forma isə sizin mədənizin ölçüsüdür, onu çox da dartıb 
uzatmayın. 
7.  Yeməyi  həmişə  eyni  vaxtda  yemək  lazımdır. 
Əgər  iştahanız  olmasa  bir  vaxt  yeməyi  buraxa  bilər, 
əvəzində  təmiz  çiy  su  və  ya  C,  E  və  A  vitamini  ilə 
zəngin  olan  yarpaqların  dəmlənməsindən  alınan  suyu 
içmək  lazımdır.  Su  da  qida  maddəsidir.  Orqanizmin 
səmərəli  qidasını  9  əsas  maddə  təşkil  edir:  amintur-
şuları  (zülal  əmələ  gətirmək  üçün),  yağ  turşuları 
(yağlar  yox),  üzvi  karbohidratlar,  vitaminlər,  mineral 
duzlar, sellüloza, su, üzvi turşular və fermentlər. Bütün 
ərzaq malları içərisində yalnız meyvə və tərəvəzlərdə – 
günəbaxanda,  qozmeyvəlilərin  ləpəsində,  göyərtilərdə, 
kökü  yeyilən  bitkilərdə  və  dərman  bitkilərində  həmin 
doqquz əsas maddə vardır. 
8.  Yağın  artıq  miqdarı  orqanizmdə  yağ  əmələ 
gətirir.  Lakin  doymamış  yağ  turşuları  orqanizm  üçün 
vacibdir.  Bunlar  isə  bitki  yağlarında,  qoz  və  fındıqda, 
günəbaxanda və bitki toxumlarında vardır. 
9.  Karbohidratlar  əsas  enerji  mənbəyidir.  Lakin 
süni şəkər dişləri xarab edir, artıq miqdarı orqanizmdə 
yağa  çevrilir.  Karbohidratların  ən  yaxşı  mənbəyi  şirin 
meyvələr, göyərti və tərəvəzlərdir. 

 
365 
Ingiltərədə  həkim-tədqiqatçı  Burnet  hesab  edir  ki, 
süd  vəzilərinin  xərçəngi,  skleroz  və  ürək  infarktı  artıq 
miqdarda yağ, şəkər və şirniyyat yeməklə əlaqədardır. 
Yapon alimi professor Katsudzo Nişi qeyd edir ki, 
şəkərin normadan artıq miqdarda qəbulu qanda şəkərlə 
spirt  arasındakı  bərabərliyi  pozur,  bizim  qlomusu
1
 
atroflaşdırır,  dişləri,  dayaq-hərəkətedici  aparatı  və 
tükləri korlayır. 
10.  Vitaminlər,  mineral  duzlar,  sellüloza  hər  gün 
daima  lazımdır.  Vitaminlər  enerji  vermir  və  qurucu 
material  deyildir,  lakin  onlar  orqanizmdə  gedən  bütün 
həyati  proseslərdə  iştirak  edirlər.  Bu  proses  mineral 
duzlara və sellülozaya da aiddir. 
11.  Əgər  siz  bişirilmiş,  qızardılmış  və  pörtülmüş 
qidanı  çox  sevirsinizsə,  onda  qidanı  düzgün  bişirmək 
lazımdır.  Qidanı  yalnız  buxarda  və  ya  qızdırıcı şkafda 
(elektriklə  qızdırılan)  bişirmək  lazımdır.  Lakin  heç 
vaxt yaddan çıxarmayın ki, meyvə təzə və çiy halda, ya 
da  təzə  hazırlanmış  şirə  halında  yeyilməlidir  (qəbul 
edilməlidir).  Heç  vaxt  onları  bişirməyin.  Əgər 
bişirilmiş  bir  qida  məhsulu  yeyirsinizsə,  onu  çiy 
meyvə-tərəvəzlə qəbul edin. Nəzərə almaq lazımdır ki, 
çiy qida bişmişdən 3 dəfə çox olmalıdır. 
Tədqiqatlar göstərir ki, çox kasıblar və milyonerlər 
pis  qidalanır.  Birincilərin  gündəlik  qidasında  orqaniz-
min  böyüməsi,  bərpası,  müalicəsi  və  bağırsaqların  tə-
mizlənməsi üçün lazım komponentlər çatışmır. Milyo-
nerlərin  qidasında  isə  yağ,  zülal  və  karbohidratlar 
çoxluq təşkil etdiyindən maddələr mübadiləsi pozulur. 
                                                 
1
 Гломус – екстремал, стресс вя йа садяжя хястялик щалында 
ганын щярякятини низама салан апаратдыр. 

 
366 
Səmərəli  qidalanma  və  tam  dəyərli  qida  haqqında 
aşağıdakıları bilmək vacibdir: 
1.  Insan  üçün  yarayan  ən  əlverişli  qida  –  “canlı”, 
enerjili  və  təbii  meyvə,  tərəvəz,  göyərti,  qoz-fındıq, 
günəbaxan, yeyilən köklərdir. 
2.  Daha  az  yarayan  qida  (çətin  mənimsənilən, 
insan  fiziologiyasına  uyğun  olmayan)  –  bişirilmiş, 
süni, yağlı və ətli qidadır. 
3.  Insan  orqanizmi  üçün  həyat  enerjisinin  başlıca 
mənbəyi  zülal  və  yağ  deyil,  karbohidratdır.  Bu 
karbohidratın  əsas  mənbəyi  isə  meyvə,  tərəvəz,  quru 
meyvə,  bal,  qoz-fındıq,  günəbaxan,  göyərti,  yeyilən 
köklərdir. 
4.  Canlı  orqanizmdə  hər  şey  qarşılıqlı  çevrilir  və 
qarşılıqlı  əvəz  edilir:  karbohidratlardan  yağ  və  zülal 
əmələ  gəlir,  yağlardan  karbohidrat  və  s.  əmələ  gəlir. 
Ona görə də bitki mənşəli qida qəbul etməklə insan öz 
orqanizmini bütün lazımi maddələrlə təmin edə bilər. 
5.  Insan  orqanizmində  proteinlər  (zülallar) 
heyvanat zülallarından (ət, balıq, yumurta, pendir, süd) 
deyil, aminturşularından formalaşır. 
6.  Aminturşuları  yalnız  bitkilərin  tərkibində  olur. 
“Insan  heyvanat  mənşəli  qidasız  yaşaya  bilməz”  fikri 
çox  səhvdir.  Ot  yeyən  heyvanlar  (inək,  keçi,  qoyun, 
dovşan, quşlar) bəs haradan zülal sintez edirlər. 
7.  Insanların  qidasında  həmişə  bütün  əvəzedilməz 
aminturşuları  ilə  zəngin  məhsul  olmalıdır.  Bunlara 
kələm,  yerkökü,  xiyar,  pomidor,  badımcan,  kartof, 
bütün  qozmeyvəlilər,  günəbaxan  və  qabaq  toxumu, 
küncüt,  yerfındığı,  paxla  (soya),  paxlalılar  (əsasən 
sütül  yetişkənlikdə)  aiddir.  Bütün  bu  məhsullar 
orqanizmi  tam  dəyərli  zülalla  təmin  edir.  Lakin 

 
367 
bunlardan qozmeyvəlilər, günəbaxan, paxlalılar zülalla 
yanaşı  yağla  da  zəngindir.  Baxmayaraq  ki,  bu  məh-
sullardakı  yağ  doymamış  yağ  turşuları  ilə  zəngin  yağ-
lardır,  onlar  qidanın  həzmini,  xüsusən  zülalların 
mənimsənilməsini 
ləngidir. 
Ona 
görə 
də 
bu 
məhsullardan  gündə  100  q-dan  çox  yeyilməməlidir  və 
əsasən  tərkibi  mikroelementlər  və  vitaminlərlə  zəngin 
olan göyərti,  şalğam,  yerkökü,  kələm  yarpağı,  kahı  ilə 
birlikdə yeyilməlidir. 
8.  Heyvani  zülalların  (ət,  balıq,  quş,  qaraciyər, 
böyrək,  süd,  pendir,  kəsmik)  həzm  olunması  və 
mənimsənilməsi  orqanizmdə  daha  çox  C  vitamini 
olmasını tələb edir. Odur ki, aşağıdakı  qaydalara əməl 
olunmalıdır. 
 8.1.  Süd  və  kəsmik  istisna  olmaqla,  heyvanat 
məhsullarını həftədə 1-2 dəfə qəbul etmək lazımdır. 
8.2. Əti tərkibi C vitamini ilə zəngin olan salatlarla 
birlikdə yemək lazımdır. 
8.3.
 
Tərəvəzləri həmişə zülallı qidadan 3 dəfə çox 
yemək lazımdır. 
Yadda  saxlayın  ki,  C  vitamininə  gündəlik  tələbi 
ödəmək  üçün  2  ədəd  portağal,  1  ədəd  limon  və  1 
stəkan alma şirəsi içmək kifayətdir. 
9.  Turşudulmuş  süd  (qatıq,  kefir)  və  kəsmik  hər 
gün qəbul edilməlidir. Onları ayrıca və  ya azacıq bitki 
yağı əlavə etməklə yemək olar. Turşudulmuş süd məh-
sullarının  pəhrizi  və  müalicəvi  əhəmiyyəti  də  vardır. 
Bu  məhsullardakı  süd  turşusu  mədə-bağırsaqda  olan 
çürüdücü mikroorqanizmləri məhv edir. 
10.  Mikroelementlər  və  vitaminlər  meyvə-tərə-
vəzin tərkibində, təbii halda daha yaxşı mənimsənilir. 
11. Bişirilmiş, qızardılmış və pörtülmüş tərəvəzlər 

 
368 
də  ət  kimi  orqanizmə  ziyandır. Onlar  turşuluğu  artırır, 
mədədə  turşu-qələvi  tarazlığını  pozur  və  orqanizmdə 
xəstəlik  törədən  mikroorqanizmlərin  inkişaf  etməsinə 
kömək  edən  seliyin  əmələ  gəlməsinə  səbəb  olur. 
Bişmiş  məhsulların  tərkibində  vitaminlər və  mikroele-
mentlər,  fermentlər  olmadığından  insan  orqanizmini 
həyat  enerjisi  ilə  təmin  edə  bilməz.  Bütün  süni 
məhsullarda,  tibbi  preparatlarda  fermentlər  yoxdur. 
Fermentsiz isə həyat ola bilməz. 
12.  Dərmanları,  süni  preparatları,  sintetik  qida 
əlavələrini  yalnız  məcburi  hallarda  qida  rasionuna 
əlavə etmək olar. 
Beləliklə,  səmərəli  qidalanmada  son  illərin  elmi 
nəaliyyətlərinə  əsasən  yuxarıda  qeyd  edilən  şərtlərə 
əməl  olunarsa,  insan  özünü  həmişə  sağlam,  gümrah 
hiss  edər  və  iş  qabiliyyəti  artar.  Çünki  sağlam  və 
səmərəli qidalanma həyatın əsas amilidir. 
Azərbaycan  uzun  ömürlülər  diyarıdır.  Alimlər 
bunu  ilk  növbədə  əlverişli  iqlim  şəraiti,  xalqın  həyat 
tərzi  və  hər  şeydən  əvvəl  sağlam  və  zəngin  tərkibli 
qida məhsulları və səmərəli qidalanma ilə izah edirlər. 
Bütün 
bunlar 
insanın 
həyat 
fəaliyyətinə, 
iş 
qabiliyyətinə 
müsbət 
təsir 
edən 
və 
ələlxüsus 
uzunömürlülüyü müəyyən edən amillərdir. 
 
 

 
369 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin