Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim


yaratdıq  ki,  onlardan  hansının  daha  gözəl  əməl



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   ...   18   19   20   21   22   23   24   25   26

yaratdıq  ki,  onlardan  hansının  daha  gözəl  əməl 
sahibi  olduğunu  yoxlayıb  ayırd  edək”.  (əl-Kəhf, 

 
306 
18/7). 
Deməli, “Qurani-Kərim” izah edir, bizi başa salır, 
köməklik  göstərir  ki,  biz  həyatda  atdığımız  hər  bir 
addım  üçün  özümüz  cavabdeh  olaq.  Ona  görə  də 
“Qurani-Kərim”  –  dən  şərab  haqqında  deyilən  bütün 
buyruqlar  insanı  öz  seçiminə  buraxır.  Əgər  bizlərdən 
kimsə  şeytanın  fitnəsinə  davam  gətirməyib  şəraba 
qurşanırsa, nə olacaq? Bu barədə “Qurani-Kərim” – də 
belə buyrulur: 
“Hər  kəs  üçün  etdiyi  əməllərə  görə  dərəcələr 
(müxtəlif  mükafatlar  və  cəzalar)  vardır.  Rəbbin 
onların  nə  etdiklərindən  qafil  deyildir!”  (əl-Ənam, 
6/132). 
Lakin Peyğəmbərimizin (s.ə.v.) hədislərində şərəb 
içilməsi  haqqında  daha  kəskin  və  qəti  qadağalar 
qoyulmuşdur.  
 
ġərab haqqında hədislər 
 
Şərab  haqqında  Muhəmməd  Peyğəmbərin  (s.ə.v.) 
və imamların bir çox hədisləri vardır. 
İbni  Tariq  Həzrəti  Peyğəmbərdən  (s.ə.v.)  şərab 
haqqında soruşdu: 
Həzrəti Peyğəmbər (s.ə.v.) onu çəkindirdi. 
O dedi: “Dərman üçün istehsal edirəm”. 
Həzrəti  Peyğəmbər  (s.ə.v.)  buyurdu:  “Şərab 
dərman deyil dərddir.” 
Həzrəti Peyğəmbər  –  in (s.ə.v.) Ģərab haqqında 
hədisləri.  
“Allah Təala şərabı, onu istehsal edəni, hazırlaya-
nı, istehlak edəni, təklif edəni, satanı,  alanı, qiymətin-
dən  istifadə  edəni,  daşıyanı  və  yiyələnən  şəxsi 
lənətləndirmişdir.”  

 
307 
“Şərab  içənin  ürəyindən  iman  işığı  məhv  olub 
gedər.” 
“Şərabla  iman  bir  yerə  yığışmaz,  şərab  içənin 
qəlbində iman olmaz.” 
“Qəlbində  Allahın  bir  kəlamı  ya  ayəsi  olan  şəxs 
şərab içməklə onu bulandırsa, qiyamət günündə Quran 
ona qarşı duracaqdır.” 
“İnsan  nə  qədər  ki,  şərab  içməyibdir  dinin  qapısı 
onun üzünə açıq olar, şərab içəndən sonra Allah onun 
örtüyünü yırtar, şeytan onun dostu, gözü və qulağı olar, 
onu pisliklərə yönəldib yaxşılıqlardan çəkindirər.” 
“Şərabxorun  sözünü  təsdiq  etməyin,  elçi 
göndərdikdə  ona  qız  verməyin,  xəstələndikdə  onu 
yoluxmayın,  öldükdə  dəfnində  iştirak  etməyin,  ona 
əmanət tapşırmayın, ona bir əmanət tapşırılan şey itib – 
batsa,  Allah  onun  əvəzini  verməyəcəkdir,  onu  bir  işə 
qəbul etməyin. Çünki, Allah Quranda buyurmuşdur ki, 
öz  mallarınızı  səfehlərə  (kəmağıllara)  tapşırmayın, 
şərabxor isə daha səfehdir.” 
“Allah  şərabxora  salam  verən,  onunla  kef  -  əhval 
edən və görüşən şəxsin 40 illik əməlini məhv edər.” 
 “Yəhudi  və  xristiana  salam  verin,  lakin  şərab 
içənə  salam  verməyin  və  əgər  o,  sizə  salam  versə, 
salamını almayın.” 
 “Yəhudi  və  xristianla  qonşu  olmaq  şərabxorla 
qonşu olmaqdan yaxşıdır. Şərabxorla dostluq etməyin, 
onunla dostluq etmək peşmançılıq gətirər.” 
“Namazı  yüngül  sayan  şəxs  mənimlə  deyildir, 
Allaha  and  olsun  o,  Kövsər  bulağında  mənə 
qoşulmayacaqdır, həmçinin şərab içən şəxs də məndən 
deyildir.  And  olsun  Allaha  ki,  o  da  Kövsər  bulağında 
mənə qoşulmayacaqdır.” 

 
308 
“Allaha,  qiyamət  gününə  inanan  şəxs  ortasında 
şərab olan süfrənin başında oturmaz.” 
“Bir azacıq (qaşıq) belə şərab içən şəxsə - ona 80 
zərbə şallaq vurun.” 
“Şərab içən şəxsə şallaq vurun, əgər bir daha etsə, 
yenə şallaq vurun, əgər dördüncü dəfə olaraq içsə, onu 
öldürün.” 
“Şərabxor  Allahın  rəhmətindən  uzaqdır.  O 
bütpərəstlər  kimidir,  qiyamət  günündə  Firon  və 
Hamunla məşhur olacaqdır (məhşərə gələcəkdir).” 
“And olsun məni haqq olaraq göndərənə, şərabxor 
susuz  öləcək,  qəbirdə  də  yanğın  olacaq,  qiyamət 
günündə  isə  susuz  qalxacaq  və  min  ilə  kimi  su  deyib 
bağıracaq.” 
“And olsun məni haqq olaraq göndərənə, şərabxor 
qara  üzlə,  göyərmiş  gözlə,  əyri  dodaqla  qiyamətə 
gələcəkdir.  Ağzının  suyu  ayaqlarına  axan  bir  halda 
gələcək, onu görən napak biləcəkdir.” 
“Şərabxor  qəbirdən  duranda  alnında  yazılmış 
olacaqdır ki: “Allahın rəhmətindən uzaq düşmüşdür”. 
“Mənim  şəfaətim  sərxoş  şəxsə  yetişməz.  And 
olsun 
Allaha 
o, 
Kövsər 
bulağında 
mənə 
qoşulmayacaq.” 
“Allah  qiyamət  günü  4  dəstəyə  baxmayacaq. 
Valideynlərə ağ (nankor) olana, minnət vurana, qəza – 
qədəri yalan hesab edənə və şərabxora.” 
“Allah şərabxora 360 növ əzab verər.” 
“Şərab  bütün  pisliklərin  köküdür;  şərab  içənin 
namazı 40 gün qəbul olunmaz. Şərab içmiş halda ölsə, 
cahiliyyət dövrü ölüsü kimi hesab olar.” 
“Sərxoş  halda  yatan  şəxs,  yatdığı  gecə  şeytanın 
gəlini olacaqdır.” 

 
309 
“Dörd şeydən biri hər hansı bir evə daxil olsa, o ev 
birtəhər xarab olar və bərəkətlə belə düzəlməz. O dörd 
şey  bunlardan  ibarətdir:  xəyanət,  oğurluq,  içki  içmək 
və zina (pis işlə məşğul olmaq).” 
“Allah  şərab  içən  şəxsin  namazını  40  gecə  qəbul 
etməz,  əgər  tövbə  etsə,  3  dəfəyə  kimi  tövbəsini  qəbul 
edər, əgər 4 – cü dəfə içsə, Allah haqlıdır ki, onu xibal 
arxından suvarsın. Soruşuldu ki, xibal necə bir arxdır? 
Buyurdu:  Cəhənnəm  əhlinin  irin  –  çirklərindən 
ibarətdir.” 
“Ey  İbni  Məsud!  Məni  haqq  olaraq  göndərən 
Allaha  and  olsun;  bir  zaman  gələr  ki,  camaat  şərabı 
halal bilər və ona “nəbiz” deyərlər. Allahın, mələklərin 
və  insanların  lənəti  onlara  olsun,  mən  onlara  qarşı 
nifrət edirəm, onlar məndən uzaqdırlar.” 
“Şərab  pisliklərin  kökü  və  ən  böyük  günahdır. 
Şərab içən şəxs ola bilər ki, anasına, bibisinə, xalasına 
da belə təcavüz (cinsi yaxınlıq) etsin.” 
“Şərabdan çəkinin ki, ondan başqa günahlar əmələ 
gələr, necə ki, ağacdan ağac göyərər.” 
“Şərab  günahlara  batmağa  amil  olan,  pisliklərin 
qaynağı və çirkin işlərin açarıdır.” 
“Şərab içənlə oturub durmayın, onların xəstələrini 
yoluxmayın,  cənazələrini  müşayiət  etməyin,  ölülərinə 
namaz qılmayın, onlar cəhənnəmin itləridirlər. Necə ki, 
Allah  Qurani  Kərim  –  də  buyurub:  “Rədd  olun, 
mənimlə danışmayın”.” 
ġərab haqqında imamların hədisləri. 
Həzrət Əli (ə) buyurub: 
“Şərabxor Allahla bütpərəst kimi görüşər. Hücrub-
nu  Ədiy  soruşdu:  Ya  Əmirəl  –  möminin  şərabxor 
kimdir?  Həzrət  buyurdu:  Əlinə  şərab  keçdikdə  şərab 

 
310 
içən şəxsə deyilir. 
Həzrət  Əlidən  (ə)  soruşuldu  ki,  şərab  içmək,  zina 
etmək  və  oğurluqdan  pisdirmi?  Həzrət  buyurdu:  Bəli, 
şərab  içən  həm  zina  edər  və  həm  də  oğurluq,  həm 
adam öldürər və həm də namazı tərk edər. 
İmam Riza (ə) buyurub: 
“Allah  hər  bir  peyğəmbəri  məbus  etdikdə 
(göndərdikdə)  şərabı  haram  etmiş  və  ona  etiraf 
etdirmişdir ki, Allah hər nə istəsə onu edər.” 
Həzrət İmam Sadiq (ə) buyurub: 
“Şərabxorla  bir  yerdə  oturmayın,  ona  görə  ki, 
Allahın  lənəti  gələndə  orada  olan  bütün  şəxsləri  əhatə 
edər.” 
“Dörd  dəstə  cənnətə  daxil  olmayacaqlar:  1  – 
Cadugarlıqla  məşğul  olan;  2  –  Münafiqlər;  3  – 
Şərabxor; 4 – Söz gəzdirən.” 
Müfəzzəl  deyir  ki,  Həzrəti  İmam  Sadiqdən  (ə) 
soruşdum  ki,  nə  üçün  şərab  haram  olmuşdur:  İmam 
Sadiq (ə) buyurdu:  
“Allah Təala şərabı bir sıra pozğunluqlar və mənfi 
təsirlərinə  görə  haram  etmişdir,  ona  görə  ki,  şərab 
içmək  azğınlığa  çəkər  və  insanlığı  aradan  aparar. 
Comərdliyi  yox  edər,  insanı  günaha  batmağa,  qan 
tökməyə və zina etməyə vadar edər. İnsan sərxoş olan 
vaxt ola bilər ki, bilməyərəkdən öz məhrəm adamlarına 
təcavüz  (cinsi  yaxınlıq)  etsin  və  nəhayət  şərab  adamı 
bütün bədbəxtliklərə salar.” 
Bir  şəxs  İmam  Sadiqdən  (ə)  soruşdu:  “Şərab 
içmək pisdirmi, yoxsa namaz qılmamaq?” İmam Sadiq 
(ə) Həzrətləri buyurdu: 
“Şərab  içən  namaz  qılmayandan  daha  pisdir, 
bilirsən  niyə?  O  şəxs  dedi:  Bilmirəm.  İmam  buyurdu: 

 
311 
O  şəxsdə  elə  vəziyyət  irəli  gəlir  ki,  nə  böyük  Allahı 
tanıyır və nə də bilir ki, onu kim yaradıbdır.” 
Həzrəti İmam Sadiq (ə) buyurub: 
“Allah  Təala  bütün  pisliklərə  qıfıl  vurmuşdur. 
Şərab isə bu qıfılların açarıdır.” 
“Üç  dəstə  cənnətə  daxil  olmayacaqlar:  1  –  Qan 
tökən; 2 – Şərab içən; 3 – Söz gəzdirən.” 
Həzrət İmam Baqir (ə) buyurub: 
“Allah  şərab  içənin  namazını  qırx  gün  qəbul 
etməz. Bu qırx gündə namazını tərk etmiş olsa, namazı 
tərk etdiyinə görə əzabı iki qat artar.”  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
312 
S I Q A R E T I N     Z Ə R Ə R L Ə R I     H A Q Q I N D A  
 
 
1.  Siqaret  tütün  bitkisinin  (Nicotina  tabacum
qurudulmuş  olan  yarpaqlarından  hazırlanır.  Tütün 
müxtəlif vasitələrlə, yəni burunotu ilə, trubka ilə çəkilə 
bilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə 
də  tütünün  yarpaqlarından  hazırlanmış  uzun  və  qalın 
siqarlardan  istifadə  olunsun,  bütün  bunlar  nikotinin 
insan  orqanizminə  göstərdiyi  zərərli  təsirin  qarşısını 
ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı 
çəkilməyənidir.  Bir  sözlə,  insan  orqanizmi  üçün  ən 
zərərli  olan  şey,  heç  şübhəsiz  ki,  siqaret  çəkmək 
vərdişidir. 
2.  Siqaretin  tüstüsündə  4000-ə  qədər  kimyəvi 
maddənin  olduğu  müəyyənləşdirilmişdir.  Gördüyünüz 
kimi, siqaretin tüstüsündəki 4000-ə qədər mövcud olan 
maddənin  heç  birinin  insan  orqanizminə  bir  faydası 
yoxdur  və  bunların  hamısı  zərərlidir.  Bunlardan  ən 
zərərli  olanları  isə  nikotin,  qətran,  karbon  monoksid 
(CO) 
və 
xərçəng 
yarada 
bilən 
(kanserogen) 
maddələrdən ibarətdir. 
Nikotindən tibbi məqsədlər  üçün  istifadə  olunmur 
və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək 
dərəcədə  təsirlidir.  Əgər  100-120  mq  miqdarında 
nikotin  hər  hansı  bir  şəxsin  damarına  vurularsa,  bu, 
həmin  şəxsin  ölümünə  səbəb  ola  bilər.  Burada  məsə-
lənin maraqlı cəhəti həmin həcmdə olan, yəni 100-120 
mq miqdarındakı nikotinin iki qutu siqaretdə olmasıdır. 
Məlumdur  ki,  gündə  iki  qutu  siqaret  çəkən 
insanlar  çoxdur.  Onlar  bəs  nə  üçün  zəhərlənmirlər?  – 
deyə soruşula bilər. Buna cavab olaraq onu göstərmək 

 
313 
lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş 
zəhərlənir.  Siqaret  çəkənlərin  birdən-birə  zəhərlənərək 
ölməmələrinin  səbəbi  isə  onların  siqareti  yandıraraq 
çəkmələridir.  Daha  doğrusu,  siqaret  yandırılarkən, 
siqaretdəki  nikotin  havaya  yayılır  və  yalnız  nikotinin 
müəyyən  bir  hissəsi  insan  orqanizminə  keçir.  Sadəcə 
bir siqaret çəkən hər hansı bir şəxsin orqanizminə 1,2-2 
mq miqdarında nikotin keçə bilir. 
3.  Nikotin  böyrəküstü  vəzilərdən  adrenalin  və 
noradrenalin  hormonlarının  ifraz  olunmasına  səbəb 
olur.  Belə  bir  vəziyyət  isə  bir  müddətdən  sonra  mədə 
yarasının  yaranmasına  gətirib  çıxardır.  Bundan  başqa, 
siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və bunun 
nəticəsində isə qan təzyiqi yüksəlir. 
4.  Davamlı  olaraq  siqaret  çəkən  adamlar  bir 
müddət siqaret çəkmədikdə, bu zaman əl və ayaqlarına 
az  qan  gedir  və  həmin  orqanlarda  temperatur  aşağı 
düşür.  Belə  vaxtlarda  yalnız siqaret  çəkildikdən  15-20 
dəqiqə  sonra  əl  və  ayaqlardakı  temperatur  normal 
səviyyəsinə çatır. 
5.  Nikotinin  mərkəzi  sinir  sisteminə  təsiri 
nəticəsində  qusma,  baş  gicəllənməsi  kimi  hallar 
meydana gələ bilir. 
6.  Əgər  bir  şəxsin  damarına  2  mq  nikotin 
vurulursa  (bu,  təqribən  yalnız  bir  siqaretin  çəkilməsi 
ilə orqanizmə qəbul olunan miqdardır), bu zaman ürək 
bir dəqiqə ərzində 15 dəfə daha çox döyünür. Ürəkdən 
vurulan qanın həcmi 10 litr olduğu halda, 12 litrə qədər 
artır. Belə bir halda siqaret çəkən şəxsin ürəyi, yerində 
sakit  bir  vəziyyətdə  oturduğu  və  ya  dayandığına 
baxmayaraq, sanki şəxs ağır bir iş görürmüş kimi daha 
çox işləyir. Buraya bir şeyi də əlavə etmək lazımdır ki, 

 
314 
əvvəllər infarkt keçirmiş şəxslərdə ürək ağrıları siqaret 
çəkməklə yenidən başlaya bilir. 
7. Göründüyü kimi, nikotin sakitləşdirici bir vasitə 
deyil, əksinə orqanizmi yoran bir maddədir. 
8.  Uzun  illər  boyu  siqaret  çəkənlərdə  müxtəlif 
xəstəliklər  özünü  göstərə  bilir.  Belə  xəstəliklərdən 
aşağıda qısaca bəhs olunur. 
 
Siqaretin həzm sistemi ilə əlaqədar zərərləri 
 
1. Siqaret çəkmək iştahanı pozur. 
2. Həzm prosesini çətinləşdirir. 
3. Dişləri saraldır. 
4. Mədə yarasına səbəb olur. 
5.  Dodaq,  dil  və  yemək  borusu  xərçənglərinə 
səbəb olur. 
 
Siqaretin tənəffüs sistemi ilə əlaqədar zərərləri 
 
1.
 
Öskürdür və bəlğəm əmələ gətirir. 
2.
 
Xroniki bronxitə və emfizemaya səbəb olur. 
3.
 
Qırtlaq  və  ağciyər  xərçəngləri  siqaret  çəkənlər 
arasında daha çox müşahidə edilir. 
4.
 
Ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ 
gəlməsinin 90%-nin səbəbi siqaretdir. 
 
Siqaretin qan dövranı sistemi ilə əlaqədar zərərləri 
 
1.
 
Damar  divarlarının  elastikliyinin  azalmasına 
səbəb olur (Ateroskleroz). 
2.
 
Qol  və  qıç  damarlarında  tıxanmalar  əmələ 
gətirir.  Qanqren  olur.  Əl  və  ayaqların  kəsilməsinə, 
şikəstliyə gətirib çıxardır. 

 
315 
3.
 
Beyni  qidalandıran  damarlarda  da  elastikliyin 
azalmasına  səbəb  olur.  Iflicolma  (insult)  hadisələri 
meydana gələ bilir. 
4.
 
Ürək  xəstəliklərinin,  xüsusilə  də  ürək  əzələsi 
infarktının  əmələ  gəlməsinə  zəmin  yaradır.  Miokard 
infarktı bu gün ölkəmizdə və bütün dünyada ölümə ən 
çox səbəb  olan xəstəliklərdən biridir.  Siqaret çəkənlər 
arasında  çəkməyənlərlə  müqayisədə  həm  infarkt,  həm 
də  infarktdan  ölüm  hadisələri  10  dəfə  çox  müşahidə 
edilir. 
 
 
Siqaretin digər zərərləri 
 
1.
 
Hafizə  zəifləyir.  Ona  görə  ki,  damarlarda 
kirəclənmə (arteriyoskleroz) baş verir. 
2.
 
Əhvali-ruhiyyə  pozulur,  yuxusuzluq  əmələ 
gəlir. 
3.
 
Dəridə qırışlar yaranır. 
4.
 
Hamilə  qadınların  hələ  doğulmamış  uşaqları 
ana  bətnində  zərər  çəkir:  cılız,  zəif  uşaqların  doğumu, 
hətta ölü doğum ehtimalı artır. 
5.
 
Uşağını  əmizdirən  analarda  nikotin  ana  südü 
vasitəsilə  körpəyə  keçir  və  bunun  ona  mənfi  təsirləri 
olur. 
6.
 
Siqaret  çəkənlərin 
yanında  oturanlar  da 
siqaretdən  zərər  çəkir.  Evdə  siqaret  çəkən  bir  ata  öz 
uşaqlarını da zəhərləyir. 
7.
 
Siqaret  çəkməyin  zərərləri,  şübhəsiz  ki,  burada 
göstərilənlərdən  daha  çoxdur.  Indiyə  qədər  siqaret 
çəkməyin  faydasını  heç  kim  görməmişdir.  Nəticə 
olaraq da aşağıdakıları söyləmək istəyirik: 
Siqaret çəkməyə  vərdiş  etməyənlər  heç  bir zaman 
bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarını 

 
316 
axtarsınlar. 
Bir  tək  siqaret  belə  ürək  ağrılarını  sürətləndirmək 
üçün  kifayətdir.  Siqaret  çəkən  şəxsin  orqanizmi,  heç 
bir  iş  görmədən  belə  yorulur.  Bununla  birlikdə, 
əvvəldən  infarkt  xəstəliyi  keçirənlərin  ürək  ağrıları 
siqaret çəkdikdən sonra yenidən başlaya bilir. 
 
Siqaret çəkənin gücü, qüvvəti azalır 
 
Siqaret  çəkən  bir  şəxsin  yaşa  dolduqca  müxtəlif 
xəstəliklərə  tutulması  işin  yalnız  bir  tərəfidir.  Burada 
məsələyə  bir  də  başqa  bir  cəhətdən  baxmaq  lazımdır. 
Məsələn,  eyni  yaşda  olan  iki  şəxsi  müqayisə  edək. 
Onlar  hər  ikisi  istər  fiziki,  istərsə  də  digər  potensial 
imkanlarına  görə  eyni  bir  səviyyədə  olsunlar.  Bunlar-
dan siqaret çəkən şəxs siqaret çəkməyənlə müqayisədə 
gücdə,  qüvvətdə,  müxtəlif  atletik  hərəkətlərdə, hər  cür 
iş  görməkdə  daima  geri  qalacaqdır.  Ona  görə  ki, 
siqaret  orqanizmin  hər  cür  məhsuldarlığını  20% 
nisbətində aşağı salır. 
Bir  sözlə,  insanın  gücünü,  qüvvətini  azaldan  bir 
maddəyə  gənclərin  böyük  həvəs  göstərməsini  heç  cür 
izah etmək mümkün deyildir. 
 
Siqaret əleyhinə kompaniya 
 
Siqaretin insan səhhətinə olan zərərli təsirləri başa 
düşüldükdən  sonra,  başda  ABŞ  olmaqla,  bir  çox  qərb 
ölkələrində  siqaret  çəkməyin  əleyhinə  böyük  bir 
təbliğat  kompaniyası  başladılmışdır.  Məsələn,  30  il 
əvvəl  Amerikada  siqaret  reklamları  televiziya 
verilişlərindən  çıxarılmış  və  siqaret  qutularının  üstünə 
“Siqaret  çəkmək  səhhətiniz  üçün  zərərlidir!”  cümləsi 
yazılmışdır.  Bu  cür  təbliğat  vasitələrinin  təsiri  zaman 

 
317 
keçdikcə özünü göstərmişdir. Bu gün Amerika xalqının 
əksəriyyətinin  siqaret  çəkmədiyi  müəyyənləşdiril-
mişdir.  Ölkəmizdə  də  siqaret  əleyhinə,  kifayət  dərə-
cədə olmasa da, bəzi tədbirlər həyata keçirilməyə baş-
lanmışdır.  Məsələn,  siqaret  çəkməyənlər  üçün  qatarda 
ayrıca  vaqon  ayrılması,  təyyarədə  də  onlara  ayrıca  bir 
yer  verilməsi  bu  baxımdan  təqdirəlayiqdir.  Bundan 
başqa,  siqaret  qutularının  üstündə  “Səhiyyə  Nazirliyi 
xəbərdarlıq  edir.  Siqaret  çəkmək  səhhətiniz  üçün 
zərərlidir!”  cümləsi  yazılmışdır.  Arzumuz  bu  cür 
tədbirlərin daha da genişləndirilməsindən ibarətdir. 
Gündə sadəcə bir qutumu siqaret çəkirsiniz? Bir il 
müddətində  həmin  qutuların  kiçik  bir  təpə  əmələ 
gətirdiyini  heç  ağlınıza  gətirdinizmi?  Yanıb  kül  olan 
pullarınızı, 
vaxtsız 
itirilən 
sağlamlığınızı 
heç 
düşündünüzmü? 
 
Siqaret və qadın 
 
Dünyada  işləyən  qadınlar  və  tələbələr  arasında 
siqaret çəkmək vərdişinin getdikcə  yayılmaqda olduğu 
özünü göstərir. Halbuki, bu vərdiş qadınlar üçün baha 
başa  gəlir.  Beləliklə,  siqaret  çəkməyin  qadınlara  gös-
tərdiyi  mənfi  təsirləri  aşağıdakı  kimi  yekunlaşdırmaq 
mümkündür. 
1.  Qadın  orqanizmi  siqaretin  mənfi  təsirlərinə 
kişilərinkindən  daha  həssasdır.  Eyni  vəziyyət  içki 
düşgünlərində də özünü göstərir. Kişilər arasındakı içki 
düşgünlərinin  qaraciyər  serrozuna  tutulma  riski  hər 
gün  132  q  təmiz  alkoqol  qəbul  edildikdə  baş  verir. 
Qadınlarda  isə  eyni  risk  gündə  yalnız  52  q  alkoqol 
qəbul  etməklə  də  meydana  gələ  bilir.  Eyni  bir  şəkildə 
içki  içən  və  siqaret  çəkən  qadınların  kişilərlə 

 
318 
müqayisədə xərçəng xəstəliyinə  tutulma  ehtimalı daha 
böyükdür. 
2.  Siqaret  çəkən  qadın  öz  səhhətinə  zərər  verdiyi 
kimi,  hamilə  olduğu  zaman  hələ  anadan  olmamış 
uşağının  da  zəhərli  bir  təsirə  məruz  qalmasına  səbəb 
olur. 
17000  uşaq  üzərində  aparılan  tədqiqatlar  siqaret 
çəkən  bir  ananın  uşağının  müxtəlif  mənfi  təsirlərə 
məruz  qaldığını  göstərmişdir.  Ortaya  çıxan  nəticə 
həqiqətən qorxuducudur. 
Hamiləliyin dördüncü ayından etibarən hər gün 10 
ədəd siqaret çəkən anaların uşaqlarında doğum zamanı 
ölüm  nisbətinin  30%-lik  bir  rəqəm  miqdarında  artdığı 
müşahidə  edilmişdir.  Bundan  başqa,  siqaret  çəkən 
anaların dünyaya gətirdikləri uşaqların normaldan daha 
az  bir çəkidə  olduğu,  belə analarda  düşük və  ölü  uşaq 
doğma ehtimalının da daha böyük olduğu qəbul edilir. 
Bütün  bunlarla  birlikdə,  ananın  siqaret-  çəkmə  vərdişi 
uşağının  şikəst  və  fiziki  cəhətdən  qüsurlu  olaraq 
doğulma ehtimalını da artırır. 
3.  Sadəcə  siqaret  çəkən  deyil,  siqaret  çəkilən 
otaqda  olan  bir  qadın  da  olduğu  yerdə  tüstülü  havanı 
tənəffüs  etməklə  özünə  zərər  verir.  Bir  sözlə,  siqaret 
çəkən  bir  qadının  doğum  əsnasında  da  bir  çox  başqa 
problemləri ola bilir. 
4.  Evdə  siqaret  çəkən  bir  qadın  evində  ağır  bir 
havanın  əmələ  gəlməsinə  səbəb  olur.  Əgər  körpə 
uşaqlar  belə  bir  evdə  qalırlarsa,  tənəffüs  yolları 
xəstəliklərinə daha tez tutulurlar. Şübhəsiz ki, eyni bir 
vəziyyətin  ortaya  çıxmasında  siqaret  çəkən  kişinin  də 
təqsiri vardır. 
5.  Siqaret  çəkən  bir  qadın  uşağına  yalnız  hamilə 

 
319 
olduğu 
zaman 
deyil, 
doğumdan 
sonra 
onu 
əmizdirdikdə  də  ziyan  verir.  Ona  görə  ki,  siqaretdəki 
zərərli  bir  maddə  olan  nikotin  ana  südü  vasitəsilə 
uşağın orqanizminə daxil olur. 
 
Siqaret haqqında dini hökm 
 
Din  alimlərimiz  siqaret  çəkmək  barəsində  açıq  və 
qəti  hökmlər  olmadığına  görə,  içki  kimi  bu  pis  vərdiş 
haqqında  müəyyən  bir  söz  söyləyə  bilməmişdirlər. 
Buna  baxmayaraq,  müqəddəs  dinimizin  siqaret 
çəkməyə də yaxşı gözlə baxmadığı aydındır. 
Məlumdur ki, insan bədəni Yaradan tərəfindən ona 
bir  nemət  olaraq  verilmişdir.  Hər  bir  kəs  bu  gözəl 
nemətdən  necə  istifadə  edəcəyi  barədə  hesabat 
verəcəyini yaxşı bilməlidir. Nikotin də insan orqanizmi 
üçün zərərli olan maddələrdən biri olduğuna görə, hər 
hansı  bir  siqaret  çəkənin  bu  baxımdan  məsuliyyət 
daşıdığı  aydındır.  Bundan  başqa,  məsələnin  bir  də 
maddi  tərəfi  vardır.  Hər  şeydən  əvvəl,  siqaret  olduqca 
yüksək  bir  qiymətə  satılır.  Bu  hesab  hər  ay  müəyyən 
bir məbləğdə olur ki, həmin pul da zəruri ehtiyaclardan 
kəsilərək  siqaretə  verilir.  Bu  da,  şübhəsiz  ki,  Quran 
ayələrindən  birində  deyilən  “…Yeyiniz,  içiniz,  israf 
etməyiniz. Çünki (Allah) israf edənləri sevməz!” (əl-
Əraf, 7/31) fikri ilə ziddiyyət təşkil edir. 
Bundan  əlavə,  Peyğəmbərimiz  (s.ə.v.)  müxtəlif 
hədisi-şəriflərində insan səhhətinin qiyməti üzərində də 
dayanmışdır. Məsələn: 
1.  “Insanların  çoxunun  başa  düşmədiyi  və 
qiymətini  düzgün  təqdir  etmədiyi  iki  nemət  vardır: 
bədənin sağlamlığı və boş vaxt”. 
2.  “Iman  müstəsna  olmaqla,  heç  bir  kimsəyə 

 
320 
sağlamlıqdan daha xeyirli bir nemət verilməmişdir”. 
3.  “Alahın  qulu  qiyamət  günündə,  dörd  şeydən 
hesabat  vermədikcə,  Hüzuru-Rəbbil-Aləmindən  ayrıla 
bilməz:  bunlardan  birincisi,  öz  ömrü  barədə  hesaba-
tıdır.  Yəni  ömrünü  nəyə  həsr  etdiyini  göstərməlidir. 
Ikincisi, elmindən və elmi ilə nə iş gördüyündən hesa-
bat  verməlidir.  Üçüncüsü,  malını  nəyə  sərf  etdiyini, 
dördüncüsü isə canına necə baxdığını söyləməlidir”. 
4.  “Sağlamlıq  qaydalarına  riayət  edərək  qüvvətli 
olan  mömin  həmin  qaydalara  əməl  etmədiyi  üçün 
gücsüz  və  zəif  düşmüş  mömindən  Allah  qarşısında 
daha xeyirli və daha sevimlidir”. 
Hədisi-şəriflərdən  də  göründüyü  kimi,  hər  bir 
insan  öz  səhhətini  qorumalıdır.  Daha  doğrusu,  hər  bir 
şəxs orqanizmi zəhərləndirən və ona pis təsir edən hər 
şeydən  çəkinmək  məcburiyyətindədir.  Siqaret  və 
papiros da, şübhəsiz ki, bu hökmün xaricində deyildir. 
Peyğəmbərimiz  (s.ə.v.)  başqa  bir  hədisi-şərifində 
də buyurmuşdur: “Müsəlman əlindən və dilindən digər 
müsəlmanların  incimədiyi  bir  insandır”.  Belə  ki, 
şəhərlərarası  avtobuslarda  və  yaxud  ümumi  bir  yığın-
caqda siqaret çəkən bir şəxs digər siqaret çəkməyənləri 
də  müəyyən  bir  dərəcədə  zəhərləyir.  Bu,  onun  siqaret 
çəkməyən  digər  mömin  qardaş  və  bacılarına  əziyyət 
verməsi  deyil,  bəs  nədir?  Qul  haqqının  axirətdə 
hesabını verməyin ən çətin bir iş olduğu isə hamımıza 
yaxşı məlumdur. 
Burada  Türkiyə  Diyanət  Işləri  Başqanlığı  Din 
Işləri Yüksək Kurulunun bir qərarını verərək mövzunu 
bitirmək  istəyirik:  “Siqaret  və  ya  papiros  çəkməyin 
qırtlaq, eləcə də ağciyər xərçəngi başda olmaq üzrə bir 
çox  digər  xəstəliklərə  səbəb  olduğu  mütəxəssislər 

 
321 
tərəfindən  müəyyənləşdirilmişdir.  Bundan  başqa, 
dinimiz də hər hansı bir şəxsin özünə və başqa birisinə 
zərər,  yaxud  əziyyət  verməsini,  eləcə  də  israfçılığı 
haram etmişdir. Bəzi din alimləri siqaret və ya papiros 
çəkməyin  istər  çəkənə,  istərsə  də  ətrafdakılara  olan 
zərərini,  əziyyətini,  eləcə  də  israfçılığı  nəzərə  alaraq, 
onun  haram  olduğunu  söyləmişdirlər.  Siqaret  çəkmək 
haqqında  dinimizdə  qəti  bir  hökm  olmadığından,  bəzi 
alimlər  onu  “məkruh”  hesab  etmişlər.  Buna  görə  də 
siqaret  çəkməyin  ən  azından  məkruh  olduğuna  heç 
şübhə  yoxdur.  Istifadə  edilməsi  haram  və  ya  məkruh 
olan bir şeyin satışı da eyni dərəcəyə aid olur”. 
Unutmayın  ki,  yalnız  özünüzü  deyil,  ailənizi, 
birlikdə  çalışdığınız  iş  yoldaşlarınızı  və  hətta  eyni  bir 
avtobusda  sizinlə  birlikdə  yol  gedən  vətəndaşları  belə 
siqaretin tüstüsü ilə zəhərləyirsiniz. Bir sözlə, başqala-
rının  haqqını  əlindən  alırsınız.  Siz  heç  siqareti 
tərgitməyi düşündünüzmü? 
 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin