H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI


Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri



Yüklə 5,34 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix01.01.2017
ölçüsü5,34 Mb.
#4145
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Raps (Brassica na-
pus L. ssp. oleifera Metzg.
)  kələmkimilər  (Brassicaceae)  fəsiləsinə 
daxil
dir.  Yabanı  halda  məlum  deyildir.  Mədəni  halda  iki  forması  – 

79 
 
payızlıq (biennis) və yazlıq (annua) formaları məlumdur. Rusiya əra-
zi
sində payızlıq rapsın sortları becərilir. 
Payızlıq  raps  iqlim  amillərinə  tələbkardır.  Şaxtaya  davamlılığı 
çox deyil (-8-10 
0
C). 
Yaxşı inkişaf etmiş mil kök sistemi var. Göv-
dəsi  yaxşı budaqlanır, hündürlüyü 100-130 sm - ə çatır. Yarpaqları 

ıq-yaşıl rəngli, ağ örtüklüdür, saplaqlı və oturaqdır. Çiçəkləri sal-
xımvari, ləçəkləri açıq-sarı rənglidir. Toxumları qının içərisində qara, 
açıq-boz və tünd-şabalıdı rəngdədir. Toxumunun 1000 ədədinin küt-
ləsi 3-7 qramdır 
(r
əngli şəkil 14-15). 
Raps uzun gün bitkisidir. Çıxışdan budaqlanmaya qədər 30- 40 
gün  keçir.  Yazlıq  rapsın  vegetasiya  müddəti  90-110  gündür.  Tərki-
bində 30- 40 % (toxumunda) yağ var. Toxumları 1-3 
0
C-
də cücərmə 
qabiliyyətinə malikdir. Çıxışları – 3-5 
0
C şaxtaya dözür. Nəmlik se-
vən bitkidir. 
Payızlıq rapsın vegetasiya müddəti 290-320 gündür. Tərkibində 
40-
50% yağ vardır. Çıxışdan 15-16 gün sonra budaqlanma başlayır. 
Çiçəkləmə 25-30 gün davam edir, çiçəkləmənin axırından yetişməyə 
qədər isə 25-30 gün keçir. Bir ton raps toxumu torpaqdan 60 kq azot, 
24 kq fosfor
42 kq kalium elementi aparır. 
Növbəli əkində yeri. Rapsın becərilmə texnologiyası buğdanın 
becərmə texnologiyasına yaxındır. Növbəli əkində rapsı kartofdan və 
otlardan sonra heriyə yerləşdirirlər və yüksək normada üzvi və mine-
ral gübrələr tətbiq edilir. 
T
oxum üçün payızlıq rapsı mülayim (mötədil) iqlimli zonalarda 
ancaq  payızda,  yaşıl  kütlə  almaq  üçün  isə  payızda,  erkən  yazda  və 
yayda səpirlər. 
Becərilməsi.  Torpağın  becərilməsi  üzləmədən,  əsas  şumdan  və 
səpin qabağı becərmədən ibarətdir. Səpin adi cərgəvi üsulla aparılır. 
Raps toxumları adi cərgəvi üsulla səpildikdə hektara 4-15 kq, gencər-
gəli üsulla (45-60 sm) əkildikdə isə 4-8 kq normasında səpilir. Toxu-
mun basdırılma dərinliyi 2- 3 sm-dir.     
Çıxış alınandan 50-60 gün sonra bitkinin boyu 50- 60 sm-ə çatır 
və birinci biçin aparılır. İkinci biçin birincidən 45-50 gün sonra yer 
səthindən 10-12 sm hündürlüyündə yerinə yetirilir. Birinci biçindən 
sonra 50- 
60 kq təsiredici maddə hesabı ilə azotla yemləmə verilir.   

80 
 
 
Alaq otlarına qarşı 25 %-li treflan herbisidini hektara 3 litr hesa-
bı ilə səpinqabağı kultivasiya altına verirlər. Zərərvericilərə qarşı 0,2- 
0,3  kq  metafos  çilənir.  Çiçəkləmə  dövründə  tarlanı  dərmanlamaq 
olmaz, ona görə ki, bal arılarını məhv edə bilərik. Rapsın meyvələri-
nin yetişməsi tədrici olduğundan qını asan partlayır.  
Rapsın əvvəlki səpin işləri yüksək məhsuldar, xüsusilə tərkibin-
də eruk turşusu və qlükozinolatlar az olan sortlar olmadığından ləng 
gedirdi. Hazırda isə seleksiyaçılar tərkibində daha çox linol turşusu 
və  daha  az  linolen  (5%-ə  qədər)  olan  sortlar  yaradılması  istiqamə-
tində iş aparırlar. Alimlər linolun linolenə nisbətinin 3-4:1 nisbətində 
olmasını arzu edirlər. 
Seleksiyaçılar  rapsın  aqrotexnikasına  da  daha  çox  diqqət  yeti-
rirlər. Məsələn AFR-də rapsın orta gecyetişən və orta  yetişən alçaq 
boylu (130 sm-
ə qədər) 6 ədəd çiçəkdaşıyan budağı olan, 80 sm-lik 
hissədən budaqlanan, orta hesabla 54 qın (qoza) 27 toxum (kütləsi 5 
qram) və hektardan 3,64 ton məhsul verən sortların alınması üzərində 
işləyirlər  (Qeyd  edək ki, hazırda bu bitkinin boyu orta hesabla 180 
sm-
dir). Belə hesab edilir ki, alçaq boylu bitkilər yatmaya davamlı-
dır, xəstəliklərə az  yoluxur, müntəzəm (bərabər-eyni vaxtda) çiçək-
ləyir və mexaniki yığıma daha yararlıdır. 
Seleksiya işləri 3 istiqamətdə aparılır: 
1.
 
Qid
a  kimi  istifadə  etmək  üçün  (xüsusən  marqarin  istehsalı 
üçün) tərkibində yağın miqdarı çox, linolen və eruk turşusunun miq-
darı az olan sortların yaradılması; 
2.
 
Texniki məqsədlər üçün istifadə ediləcək (tərkibində eruk tur-
şusunun artıqlığına yol vermək olar) sortların yaradılması; 
3.
 
Yüksək  məhsuldar  yemlik  sortların  (yaşıl  kütləsinin  zülalı 
çox, xardal yağı qlükozidləri az olan) yaradılması. 
Məhsul  yığımı.  Rapsın  yığımı  xüsusi  diqqət  tələb  edir.  Çünki 
ye
tişdikdə  qınlar  açılır  və  toxumlar  tökülür.  Payızlıq  raps  2  fazalı 
üsulla yığılır. Yığımı bir başa tam yetişmə dövründə taxılyığan kom-
baynla aparmaq o
lar. İsti havalarda yığım hissə - hissə aparılır. To-
xum
lar yığılıb təmizləndikdən sonra nəmliyi 8-9%-ə çatdıqda saxlan-
maya verilir. 
 

81 
 
1. 10. YAZLIQ RAPS ( KOLZA) 
 
Xalq  təsərrüfatı  əhəmiyyəti.  Yazlıq  raps  payızlıq  raps  qədər 
əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45 % yarım-
quruyan (yod ədəi 101) yağ, 21 % zülal və 17-18 %-ə qədər karbo-
hid
ratlar vardır. 
Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. 
Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər 
sənaye sahələrində işlənir.  
Tərkibində  eruk
 
(35-
40  %)  və  linolen  (10-13%)  turşuları  çox 
oldu
ğuna görə qidalılıq dəyəri çox aşağıdır. 
Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyə-
tinə  görə  fərqlənir  və  qida  sənayesində  və  sənayenin  digər  sahə-
lərində geniş istifadə olunur. 
Yazlıq rapsın jmıxının tərkibində çoxlu (38-40 %-ə qədər) amin 
turşuları ilə balanslaşdırılmış şəkildə zülal vardır. 
Tərkibində lizinin  miqdarı 6,1%-ə çatır. Lakin onun yemlik də-
yəri aşağıdır. Tərkibində 6 %-ə qədər zərərli qlükozidlər vardır ki, bu 
da  ona  acı  dad  verir.  Bu  qlükozidlər  qalxanvarı  vəzin  fəaliyyətinə 
(xü
susən  donuzlarda  və  quşlarda)  əks  təsir  göstərir.  Ona  görə  də 
onunla  qidalandırma  kiçik  dozalarda  və  xüsusi  işlənmələrdən  sonra 
aparılmalıdır. Tərkibində eruk turşuları və qlükozidlər  az olan sort-
ları heyvan orqanizminə əks təsir göstərmir. 
Yazlıq rapsın yaşıl kütləsi yem məqsədi ilə geniş istifadə olunur. 
Onun tərkibində 4,9-5,1 % zülal vardır ki, bu da qarğıdalı və günə-
baxanın yaşıl kütləsində olduğundan 2 dəfə çoxdur. Yazlıq raps yaxşı 
bal verən bitkidir. 
Tarixi,  becərilmə  rayonları  və  məhsuldarlığı.  Yazlıq  rapsın 
vətəni  Avropa  hesab  edilir.  Kanadada,  Çində,  Hindistanda, Pakis-
tanda geniş becərilir və payızlıq rapsdan çox yer tutur. 
Rusiyada yazlıq raps əkinləri 100 min hektara yaxındır. O mər-
kəzi qaratorpaq zonada, Volqaboyunda, Tatarıstanda, Başqırdıstanda 
və Qərbi və Şərqi Sibirdə becərilir. Məhsuldarlığı payızlıq rapsa nis-
bətən aşağıdır. Hektardan orta hesabla 1,1-1,8 ton toxum, 25-40 ton 
(bəzən 57,5 ton ) yaşıl kütlə verir. 

82 
 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Yazlıq  raps  (kolza) 
(Brassica napus oleifera annua Metzg.) 
kələmkimilər (Brassicaceae) 
fəsiləsinə daxil olan birillik ot tipli bitkidir. 1,5-1,8 m  hündürlükdə 
dikduran gövdəsi vardır. Yarpaqları payızlıq rapsa nisbətən zəif inki-
şaf  etmişdir.  Aşağı  yarpaqları  iri,  lirəşəkilli  lələklərə  ayrılmış,  sap-
laqlı, yuxarı yarpaqları bütöv, uzunsov, lansetşəkillidirlər. Gövdə və 
yarpaq
ları qalın mum örtüyü ilə örtülmüşdür. Yarpaq ayası alt tərəf-
dən  tüklüdür.  Çiçəkləri  sarı,  çiçək  qrupu  salxımdır.  Raps  öz-özünü 
tozlayandır, ancaq çarpaz tozlanmada mümkündür. Meyvəsi 5-10 sm 
uzun
luğunda ensiz, düz, nazik, uzun buruncuqlu hamar qındır. Yetiş-
dik
də  çartlayır.  Toxumu  xırda,  qara  və  ya  qəhvəyi  rəngli,  üzəri 
hamardır.  1000  toxumun  kütləsi  2,6-5,0 qr-dır.  Bir  meyvədə  18-30 
ədəd toxum olur 
(r
əngli şəkil 16). 
Yazlıq rapsın vegetasiya müddəti 95-100 gündür. Səpildikdən 5-
6 gün sonra cücərti verir. Birinci 20-30 gün gövdəsi yavaş böyüyür. 
Bu vaxt çoxda böyük olmayan rozet yarpaqlar əmələ gətirir. Cücər-
tilər alındıqdan 35-50 gün sonra çiçəkləmə başlayır və çiçəkləmə 20-
35 gün bəzən daha çox davam edir. 
Yazlıq raps soyuğa davamlı bitkidir. Onun toxumları 1-3 
0
C-
də 
cücərməyə başlayır. Müntəzəm çıxışlar isə (5-7 gündən sonra) 9-12 
0
C- 
də alınır. Cücərtilər -3,   -5 
0
C , yaşlı bitkilər isə -8 
0
C şaxtaya dö-
zə  bilir.  Vegetativ  kütləsinin  böyüməsi  üçün  18-20 
0
C  istilik  tələb 
olunur. Çiçəkləmə və toxumların yetişməsi dövründə 23-25 
0
C tem-
pe
ratur  əlverişlidir.  Vegetasiya  ərzində  orta  sutkalıq  temperaturun 
cəmi 1700-2100 
0
C - dir.  
Yazlıq raps nəmlik sevəndir. Ən çox suyu qönçələmə və çiçək-
ləmə fazasında sərt edir. Bu dövrdə havaların quraq keçməsi toxum 
məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 
Yazlıq raps bitmə şəraitinə (torpağa) az tələbkardır. Onu müxtə-
lif    torpaq   tiplərində,  hətta  əhəng  verilməklə  turş  podzollu  torpaq-
larda  da  becərmək  olar.  Uzun  gün  bitkisidir.  Yazlıq  raps  (kolza) 
məhsuldarlığına və yağlılığına görə payızlıq rapsdan geri qalır. 
Sortları.  Dən  üçün    tərkibində  eruk    turşusu  olmayan    sortlar 
Ku
banskiy, Evvin (ETYBİ-da seleksiya yolu ilə alınmışdır) eruk tur-

83 
 
şusu az olan sortları: Maryanovskiy, Ukrainskiy (Ukrayna k/t Akade-
miyasında alınmışdır) və b.  sortları becə-rilir. 
Becərilmə texnologiyası və yığımı. Növbəli əkində yeri.  Yazlıq 
raps üçün ən yaxşı sələflər - qara herik, heriyə əkilmiş taxıllar, yaşıl 
yem üçün paxlalı otların qarışığı, dənli paxlalılar və qarğıdalıdır. Onu 
kələmkimilər  (Brassicaceae)  fəsiləsinə  daxil  olan  bitkilərdən  sonra 
yerləşdirmək olmaz. Yazlıq raps öz tarlasına ən azı 4-5 ildən sonra 
qaytarılmalıdır. 
Gübrələnməsi. Yazlıq raps üzvi və mineral gübrələrə həssasdır. 
Peyin ( hektara 20-
30  ton)  yaxşı  olar  ki,  sələf  bitkisi  və  ya  herik 
altına verilsin. Əsas şum altına (dondurma və ya herik şumu altına) 
hektara 40-
60  kq  təsiredici  maddə  hesabı  ilə  fosforlu  və  kaliumlu 
gübrələr verilir. Azotlu gübrələr isə (N
60  -90
) yazda səpin qabağı kul-
tivasiya altına verilir. Tam mineral gübrələrlə yanaşı podzol torpaq-
lara əhəng, qumsal və meşə torpaqlarına  isə kükürd verilməlidir. 
Torpağın  əsas  becərilməsi.  Yazlıq  raps  üçün  torpağın  əsas 
becərilməsi konkret iqlim şəraitində yazlıq taxıl bitkiləri üçün torpaq 
becərmədə  olduğu  kimidir.  Taxıllar  yığıldıqdan  sonra  torpaq  20-22 
sm dərinlikdə şumlanır. Çoxillik alaqlar basmış sahələrdə isə bir qə-
dər dərin 30-32 sm şum aparılır. Şumun dərinliyi əkin qatının qalınlı-
ğından asılı olaraq müəyyən edilir. 
Nəmliyi toplamaq üçün qışda sahəyə qar yığılır (toplanır). Yastı-
kəsənlərlə torpaq becərmədə qışa qalmış kövşənlikdə mütləq herbi-
sidlər tətbiq edilməlidir.  
Torpağın  səpin  qabağı  becərilməsi.  Yazda torpaq quruyan 
kimi dondurma şumu  BZSS-1,0 markalı dişli mala ilə iki iz mala-
lanır.  Yastıkəsənlə  şumlanmış  sahədə  isə  iynədişli  BİA-3  markalı 
ma
la tətbiq edilir. Yaxşı cücərtilər əldə etmək üçün sahə hamarlan-
malıdır. Bu məqsədlə AKP-2,5 aqreqatı tətbiq edilir. O həm torpağı 
yumşaldır həm hamarlayır, həm də vərdənələyir. Səpin qabağı kulti-
vasiya üçün USMK-
5,4  tətbiq  edilir.  Səpin  qabağı  kultivasiyanın 
dərinliyi 5-7 sm olmalıdır. Kultivasiyadan sonra quru torpaqlar hal-
qa
lı vərdənə ilə  vərdənələnməlidir.   
Səpin qabağı kultivasiya ilə birlikdə 60-90 kq azot gübrəsi, həm-
çinin treflan (0,8- 1 kq/ha t.e.m) herbisidi verilir. 

84 
 
Səpin. Səpin üçün cücərmə qabiliyyəti 85 və 80 % olan 1-ci - 2-
ci sinif toxumlar istifadə edilir. Səpin qabağı toxumlar TMTD (80%-
li) 65%-li fentiuram- 
molibdatla  və  ya  fentiuramla  (3  kq  /ton)  dər-
man
lanır. 
Yazlıq  raps  erkən  səpilir.  Alaqlı  sahələrdə  səpin  bir  qədər  gec 
aparılır. Belə sahələrdə əvvəlcə kultivasiya aparılır. Sonra isə toxum 
səpilir. Başdan-başa və gencərgəli (45 sm) səpin aparmaq olar. Səpin 
norması gencərgəli üsulda 6-8 kq/ha, başdan-başa cərgəvi səpində isə 
9-12 kq/ha-
dır. Səpin dərinliyi 3-5 sm götürülür. Səpindən sonra sahə 
halqalı (dişli) vərdənə ilə vərdənələnir. 
Əkinə  qulluq.  Alaqlarla  mübarizə  üçün  cücərtilərə  4-5  həqiqi 
yar
paq fazasında dişli mala çəkilir. Bu iş günün ikinci yarısında apa-
rılmalıdır ki, bitkilər az zədələnsin vegetasiya ərzində cərgə araları 2-
3 dəfə 5-6 və 6-8 sm dərinlikdə kultivasiya edilir. Kultivatorla xüsusi 
qurğular qoşulur ki, cücərtilərin üstünə torpaq tökülməsin.  
Zərərvericilərlə  mübarizə  işinə  xüsusi  fikir  verilməlidir.  Bu  iş 
pa
yızlıq rapsda olduğu kimi aparılır. 
Məhsul yığımı. Yazlıq raps  da payızlıq raps kimi  yığılır. İki yı-
ğım üsulu – birbaşa kombaynla və iki fazalı yığım tətbiq olunur. Bu 
işdə  taxıl biçənlərdən və taxıl kombaynından istifadə olunur. 
 
  1. 11. 
TURPƏNG 
 
Xalq  təsərrüfat  əhəmiyyəti.  Turpəng  toxumlarında  33-42% 
yarımquruyan  yağ  (yod  ədədi 110-111)  vardır.  Bu  yağ  xüsusiyyət-
lərinə  görə  raps  yağına  yaxındır.  Amma  tərkibindəki  eruk  turşusu 
onun qidalılıq dəyərini azaldır. Qida məqsədi ilə saflaşdırılmış yağı 
və ya tərkibində eruk turşusu az olan sortlardan alınan yağlar istifadə 
edilir.  Belə  yağlar  yüksək  dad  keyfiyyətinə  malik  olurlar.  Turpəng 
yağı sənayenin müxtəlif sahələrində texniki məqsədlər üçün istifadə 
ed
ilir. Ondan sabunbişirmədə, lak - boyaq sahəsində metallurgiyada 
və başqa sahələrdə istifadə olunur.  
Jmıxın tərkibində 40 % -ə qədər tam keyfiyyətli zülal vardır ki, 
bu da heyvandarlıqda yaxşı konsentrat yem kimi istifadə olunur. Bu 

85 
 
jmıxla  heyvanları  kiçik  dozalarda  yemləyirlər.  Çünki,  onun  tərki-
bində  heyvan  orqanizmi  üçün  zərərli  olan  qlükozidlər  vardır.  Yem 
məqsədi  ilə  turpəngin  yaşıl  kütləsi  istifadə  edilir.  Yaxşı  balverən 
bitkidir. Toxumu asan töküldüyünə görə tarlada çoxlu cücərtilər əmə-
lə gətirir. Ona görə də yaxşı sələf bitkisi hesab olunur. Lakin alaqlara 
qarşı  yüksək  və  müasir  aqrotexniki  qaydalarla  mübarizə  aparılarsa 
turpəng yazlıq tarla bitkiləri üçün sələf ola bilər. 
Tarixi, yayılması, məhsuldarlığı. Turpəng bütün yer kürəsində 
yayılmış alaq bitkisi formasından mədəni hala keçirilmişdir. Turpəng  
Əfqanıstanda, Pakistanda, qərbi Çində, İranda və Türkiyədə qədim-
dən  məlum  idi.  Rusiyada  turpəngi  XIX  əsrdə  səpməyə  başlamışlar. 
Hazırda  onu  Ukraynada,  Zaqafqaziyada  və  bir  neçə  başqa  region-
larda b
ecərirlər.  Onu Sibirdə, Qazaxıstanda, Belorusda və Rusiyanın 
Şimal hissəsində  də becərmək olar. Turpəngin orta toxum məhsul-
dar
lığı  1,2-1,8  ton/ha,  toxumçuluq  təsərrüfatlarında  isə  2,0-2,5 
ton/ha-
dır. 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Turpəngin  mədəni 
halda  yazlıq  (Brassica campestris L.)  və  payızlıq    (Brassica rapa 
oleifera D. C.) 
formaları vardır. Kələmkimilər (Brassicaceae) fəsilə-
sinə daxildir  0,5-1 metr hündürlükdə budaqlanan, dikduran gövdəli 
birillik ot bitkisidir. Gövdəsi çılpaqdır, zəif mum  örtüklə örtülü və 
təkcə aşağı hissədə tüklüdür. Aşağıdakı yarpaqları saplaqlı lirəşəkilli-
lələkvarı kəsilmiş aşağı hissədən tüklü, yuxarı və orta yarpaqları otu-
raq,  tam  kənarlı,  çılpaq,  tərs  ovalşəkillidir.  Çiçəkləri  sarı  rənglidir. 
Çiçək qrupu salxımdır. Çarpaz tozlanır. Meyvəsi 3-5  sm uzunluqda 
qındır. Çiçək oxuna iti bucaq altında birləşir 
(r
əngli şəkil 17).
  
Meyvənin üzəri hamar və ya zəif qabarıq, ensiz uzun buruncuq-
lu
dur. Toxumu şarşəkilli boz örtüklü qəhvəyi rənglidir. Səthi iri tor-
şəkillidir. 1000 toxumun kütləsi 2-3 qr-dır. 
Rusiya ərazisində ən çox yazlıq turpəng yayılmışdır. Vegetasiya 
müddəti 75-90 gündür. Səpildikdən 6-7 gün sonra cücərti verir. Sə-
pin
dən 30-45 gün sonra çiçəkləyir və çiçəkləməsi 20-35 gün davam 
edir. Turpəng obliqat çarpaz tozlanan  (rapsdan fərqli olaraq) bitkidir. 
Turpəng cücərmə şəraitinə o qədərdə tələbat göstərməyən soyu-
ğadavamlı,  nəmliksevən  bitkidir.  Toxumları  1-3 
0
C-
də  cücərməyə 

86 
 
başlayır. 9-10 
0
C-
də isə daha müntəzəm çıxışlar alınır. Vegetativ küt-
ləsinin  böyüməsi  üçün  yaxşı  temperatur  15-20 
0
C,  çiçəkləmə  və 
toxu
mun yetişməsi üçün isə 22-23 
0
C-
dir. Cücərtiləri - 5, - 8 
0
C şax-
ta
ya  dözə  bilərlər.  Vegetasiya  dövründə  orta  sutkalıq  temperaturun 
cəmi  1600-1900 
0
C  olmalıdır.  Soyuğadavamlı,  payızlıq  forması  isə 
qışadavamlı bitkidir (rapsa nisbətən). Turpəngin vegetasiya müddəti  
rapsa  nisbətən  10-15  gün  qısa  olduğu  üçün  onu  daha  şimal  rayon-
larda becərmək olar. 
Turpəng  nəmliksevən  bitki  olduğundan  vegetasiya  müddətində 
nəmliyin  çatışmazlığına  pis  münasibət  göstərir.  Çiçəkləmə  və  dən 
dol
ma vaxtı quraqlığın olması toxumları cılız olmasına səbəb olur və 
məhsuldarlığa pis təsir edir. 
Turpəng bitkisi torpağa o qədər də tələbkar deyildir. O, demək 
olar ki, bütün torpaq tiplərində, o cümlədən ağır gilli torpaqlarda da 
becərilə bilər. Çürüntüsü olmayan qumlu torpaqlar onun üçün yarar-
sız hesab edilir. 
Payızlıq turpəng bioloji xüsusiyyətlərinə görə yazlıq turpəngdən 
az fərqlənir. Qışa daha davamlıdır. Vegetasiya müddəti 275-310 gü-
nə bərabərdir. 
Sortları.  Payızlıq  turpəngin  rayonlaşdırılmış  sortlarına  misal 
olaraq izumrudnaya (1982-
ci  ildən  rayonlaşdırılıb)  və  Vesnyanka 
(1983-
cü ildən rayon. lıb) Yazlıq turpəngin isə 1985-ci ildən rayon-
laşdırılmış  Evvis  sortunu  göstərmək  olar  .  Bu  sortlar  ÜETYBİ-də 
seleksiya yolu 
ilə alınmışdır. 
Becərilmə texnologiyası və yığım.  Payızlıq və yazlıq turpəngin 
becərilmə aqrotexnikası və  yığımı payızlıq və  yazlıq rapsda olduğu 
kimidir. Lakin onu qeyd etmək lazımdır ki, rapsa nisbətən turpəngin 
toxumları xırdadır. Ona görə də onları 2-3 sm dərinliyində basdırır-
lar. Səpin norması hektara 8-9 kq, səpin  üsulu isə cərgəvidir. 
 
1. 12. SARZON  
 
Əhəmiyyəti.  Sarzon (yazlıq  turpəng)  Brassica campestris L. 
y
ağlı bitki kimi becərilir. Hindistanda 2 növmüxtəlifliyi məlumdur: 
qəhvəyi  sarzon  (dichotoma)  və  sarı  sarzon  (sarson).  Toxumlarının 

87 
 
tərkibində 35-48% yağ vardır. Yağı ərzaq kimi və dərini silmək üçün 
istifadə edilir. Kamfora yağı ilə qarışığı dərman kimi istifadə olunur. 
Jmıxı heyvan yemi kimi, cavan  yarpaqları isə tərəvəz kimi istifadə 
olunur. 
Mənşəyi  və  yayılması.  Bu  bitkinin  Əfqanıstan  və  Hindistanın 
Pəncab ştatından introduksiya olunduğu və bura uyğunlaşdığı güman 
edilir. 
Hazırda sarzon Hindistanın ən vacib yağlı bitkisidir. Musson ya-
ğışları  dövründə  başqa  bitkilərlə  (buğda  və  ya  arpa)  qarışıq  halda 
səpilir. 
Botaniki təsviri. Sarzon bitkisi raps bitkisinə və yaxud Əfqanıs-
tan  turpənginə  oxşar  bitkidir.  Bitki  hündürboylu  deyil,  yarpaqları 
aşağı hissədə yerləşmiş, gövdəsi tükcüklü olur 
(r
əngli şəkil 18).
 
Qınları düz, yastı, içərisində 1-2 ədəd sarı və ya qəhvəyi rəngli, 
hamar toxumları olur. Toxumları seliklənmir. Çiçəkləri öz-özünə ste-
ril
dir. Sarı sarzon özünün gövdəyə sarılmış yarpaqları ilə göy xardal 
və rapsdan asanlıqla seçilir. 
Hindistanda  yağlı  bitki  kimi  sarzonun  “torya”  adlı  (Brassica 
campestris var. toria) 
növ müxtəlifliyi də yayılmışdır. Sarı sarzondan 
fərqli olaraq torya növ müxtəlifliyinin toxumları qısa, xırda, qəhvəyi 
rəngli olur və tərkibində 46%-ə qədər yağ olur. 
 
1. 13. 
YAĞÇİÇƏYİ 
 
Xalq təsərrüfat əhəmiyyəti. Yağçiçəyindən  alınan  yağ texniki 
məqsədlər üçün istifadə edilir. Sənayenin lak-boya, sabunbişirmə və 
s. sahələrində istifadə edilir. Onun qidalılıq dəyəri o qədər də yüksək 
deyildir. Lakin, bəzi yerlərdə əhali yağçiçəyi yağını yüksək qiymət-
ləndirərək istifadə edir. Yağçiçəyindən alınan jmıx qüvvəli yem kimi 
istifadə  olunur.  Yağçiçəyindən  əldə  olunan  jmıxın  100 kq-da 115 
yem vahidi vardır. Jmıxın 1 kq-da 270 qr. həzm olunan protein var-
dır. Vegetasiya müddəti qısa olduğu üçün şaxta vurmuş payızlıq bit-
ki
lərin  yerində  təkrar  səpin  aparmaq,  seyrəkliyi  aradan  qaldırmaq 
üçün, bəzi rayonlarda isə kövşənlik əkinlərdə istifadə oluna bilər.  

88 
 
Botaniki xüsusiyyətləri. Mədəni şəkildə yağçiçəyinin iki növü-
nə  rast  gəlinir:  1)  Yazlıq  yağçiçəyi  (Camelina sativa Crantz),  2) 
Payızlıq  yağçiçəyi  (Camelina silvestris Waller). Yazlıq  yağçiçəyi 
daha geniş yayılmışdır. Hündürlüyü 80 sm-ə qədər olan birillik bitki-
dir.  Gövdəsi  nazik,  budaqlanandır.  Yarpaqları  lansetşəkilli,  gödək 
saplaqlı  demək  olar  ki,  oturaq,  kənarları  zəif  dişlidir.  Çiçək  qrupu 
sal
xım, çiçəkləri xırda, sarımtıl rənglidir. Meyvəsi armudşəkilli, qınlı 
qutucuqdur. Yetişdikdə iki hissəyə ayrılır. Toxumları xırdadır. Uza-
dılmış ovalşəkilli, qəhvəyi-qırmızı rənglidir. 1000 toxumunun kütləsi 
1,0-1,5 qr-
dır 
(r
əngli şəkil 19).
 
Toxumunun tərkibində 26-46%-ə qə-
dər yağ olur.  
Yayılması. Yazlıq yağçiçəyi əsasən qərbi və şərqi Sibirdə, Bol-
qa
rıstanda,  Volqaboyunda  və  Qazaxıstanda  geniş  yayılmışdır.  Pa-
yızlıq  yağçiçəyi  də  Volqaboyunda  az  miqdarda  becərilir  ki,  onun 
məhsuldarlığı  yazlıq  yağçiçəyindən  yüksək  olur.  Yağçiçəyi  hektar-
dan 6-
8 sent, yüksək aqrotexniki şəraitdə isə 10-12 sent toxum məh-
sulu verir. 
Yüklə 5,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin