H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 5,34 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix01.01.2017
ölçüsü5,34 Mb.
#4145
1   2   3   4   5   6   7   8   9   ...   19

Əkinlərə qulluq. Əkinə qulluq işləri alaqların vurulması və cər-
gə aralarının yumşaldılmasından ibarətdir. Torpağı alaqlardan təmiz 
və yumşaq saxlamaq lazımdır. 
Suvarma şəraitində yerfındığı vegetasiya müddətində hər 10-15 
gündən bir suvarılmalıdır. Vegetasiya ərzində 6-8 dəfə suvarma apa-
rılır. Bir qayda olaraq 2-3  yarpaq, qönçələmə-çiçəkləmə  fazalarının 
başlanğıcında və meyvə əmələ gəlməyə başladıqdan sonra payıza qə-
dər ayda 2 dəfə suvarılır. Suvarmadan sonra torpaq yumşaldılmalıdır. 
Cərgə araları pambıq və ya qarğıdalı becərən kultivatorlarla becəril-
məlidir. 1-ci becərmə 10-12 sm, 2- ci 8-10 sm, 3-cü 6-8 sm dərinlik-
də  aparılır.  Yerfındığı  yetişdirməkdə  mühüm  qulluq  işlərindən  biri 
ko
lun üstünə torpaq tökülməsidir. Bunun üçün cərgələr kultivatorla 

41 
 
yumşaldılır,  bitkiləri  əl  ilə  cərgə  aralarına  doğru  aralayır  və  kolun 
ortasına doğru 3-5 sm qaınlığında yumşaq və mütləq rütubətli torpaq 
tökülür. Dibdoldurma o qədər də əhəmiyyət vermir. Torpaq tökülmə-
si məhsulu artırır və sağlam paxlalar alınır.  
Məhsulun yığılması. Payızda temperatur 12 
0
C- 
dən aşağı düş-
dük
də  məhsul  yığımına  başlanılır.  Yığımın  vaxtı,  paxlaların  yaxşı 
dol
ması, nüvələrin bərkliyi, paxlanın səthində gözə çarpan torun ol-
ması və paxlanın sarı rəng alması ilə təyin olunur. Məhsul tez yetişən 
sortlar əkildikdə 3-4 aydan, gec yetişən sortlar əkildikdə isə 5-6 ay-
dan sonra əllə və ya xüsusi kombaynlarla (AP-70 markalı yerfındığı 
yığan maşınla) yığılır. 1-2 və 4 cərgəli araxis qazan qurğular da möv-
cuddur.  
Yığılmış  paxla  40 
0
C-
də  5-7  sm  qatda  sərilib  qurudulmalıdır. 
Qurut
ma  bir  neçə  həftə  davam  edir.  Qurudulduqdan  sonra  paxlalar 
əllə  və  ya  sadə  qurğularla  ayrılır.  Tam  qurumamış  paxlaların  quru-
dul
ması davam etdirilir. Paxladan və torpaqdan təmizlənmiş toxum-
larda nəmlik 8%-dən çox olmamalıdır.  
Yerüstü  hissə  (bəlim)  tayaya  vurularaq  yem  kimi  istifadə  edil-
məlidir.  
1. 4. KÜNCÜT 
 
Xalq təsərrüfatı əhəmiyyəti. Küncüt bitkisi tərkibindəki yağın 
miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 
16,2-
18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağ-
ları  içərisində  ən  keyfiyyətli  yağlar  sırasına  daxil  olub,  öz  qidalılıq 
dəyərinə görə zeytun yağına bərabərdir. Sarı rəngli, iysizdir. Ondan 
konserv və şirniyyat məmulatlarının hazırlanmasında, tibdə, kopirov-
ka kağızı və sabun istehsalında istifadə olunur.  
Toxumlarından konfet, şərq şirniyyatları və qabığı təmizlənmiş-
lərdən  halva  hazırlanır.  Soyuq  üsulla  yağ  alındıqdan  sonra  jmıxın 
tərkibində 8% yağ və 40% zülal olur ki, bu da qənnadı sənayesində 
istifadəyə  yararlıdır.  İsti  üsulla  alınan  jmıx  heyvandarlıqda  konsen-
tran
tlı yemdir. Bir sentner jmıx 132 yem vahidinə bərabərdir. Onun 
vegetativ orqanlarından, çiçəklərindən alınan xüsusi maddədən ətriy-
yat sənayesində istifadə edilir. 

42 
 
Yunan alimi (tarixçi) Ksenof
ont deyirdi ki, döyüşçülər özlərini 
qorumaq üçün bədənlərinə küncut yağı sürtürdülər. 
Mənşəyi.  Küncüt  qədim  bitkidir.  Əsas  küncüt  becərən  ölkələr 
Hindistan,  Çin,  Birma,  Pakistan,  Koreya,  Yaponiya,  Əfqanıstan, 
Mek
sika  və  Amerikadır.  Küncüt  cinsinin  inkişaf  mərkəzi  tropik  və 
subtropik  Afrika  hesab  edilir.  Ən  çox  yayılmış  növlər    Qvineya  və 
Hindistanda rast gəlinir. Hindistanın ən qədim əlyazmalarında küncüt 
becərilməsinə  dair  qeydlərə  rast  gəlinir.  Küncüt  və  ya  sezam  çox 
qədim yağlı bitkidir. Bu növ yabanı halda mövcud deyildir. Arxeo-
loqlar  Misir piramidalarında və  Hindistanın qədimi şərq kəndlərində 
qazıntılar zamanı küncüt toxumlarına rast gəlirdilər. Ən geniş yayıl-
mış hipotezlərdən biri budur ki, Hindistana küncüt cənubi Afrikadan 
dəniz yolu ilə gətirilmişdir. O vaxt ki, dəniz səyyahları küncütü qida 
kimi  istifadə  edirlərmiş.  Hazırda  Hindistanda  küncüt  yağlı  bitkilər 
içərisində araxis  və rapsdan sonra üçüncü yeri tutur. Küncüt Hindis-
tandan Çinə, Yaponiyaya, Amerikaya və Avropaya yayılmışdır. Kün-
cüt 
Rusiyaya  XVIII  əsrin  axırlarında  gəlib  çıxmışdır.  1777-ci  ildə 
Astraxan quberniyasında onun ilk səpinləri aparılmışdır. Bu toxumlar 
Buxaradan gətirilmişdir. Orta Asiya respublikalarında da küncüt çox 
qədimdən becərilir ki, bu da Pakistan və Hindistanla bağlıdır. 
Yayılması.  Dünyada küncüt bitkisinin əkin sahəsi 6 mil. hektara 
yaxındır. Ən çox əkinləri Hindistanda (2 mil ha-dan artıq) Myanma-
da,  Sudanda, Çində, Meksikada, Kolumbiyada, Venesuelada, Niger-
də və Efiopiyadadır. 
Küncüt yer kürəsinin tropik, subtropik və möhtədil iqlimli ölkə-
lərin  cənub  hissələrində  becərilir.  Hindistanda  dəniz  səviyyəsindən  
1200  m  yüksəklikdə,  il  ərzində  500  mm-dən  artıq  yağıntı  düşən 
yerlərində  becərilir.  Tez-tez  küncütü  başqa  bitkilərdə  qarışıq  da 
səpilir. Qərbi Afrika ölkələrində onu çox nəmlik olan yerlərdə becə-
rirlər. Kubada (qərb hissəsində) küncütü tütün plantasiyalarında əkib 
becərirlər.  Küncüt  əkinləri  Özbəkistan,  Türkmənistan  və  Tacikis-
tanda da çoxdur.  
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Küncüt (Sesamum in-
dicum L.) 
küncütkimilər (Pedaliaceae) fəsiləsinə daxildir. Sesamum 
cin
sinin 19 növü vardır. Küncütün gövdəsi 80-110 sm hündürlüyün-

43 
 
də olub dik durandır. Mil kökü 1 metrə qədər dərinə gedir, yan kök-
lər isə çox budaqlanan olub ətrafa yayılır 
(r
əngli şəkil 5-6).
  
Yarpaq saplaqları uzundur, yarpaq ayası bütöv və bölünmüş, kə-
nar
ları isə tam və ya dişli olur. Çiçəkləri zəngə oxşayır yarpaq qoltu-
ğunda 1-2 ədəd olurlar. Çiçək tacının rəngi ağ, çəhrayı və bənövşəyi 
olur. Öz-
özünə tozlanan bitkidir. 
Meyvəsi uzun 4 və  ya 8 üzlü qutudur. Qutunun uzunluğu 3- 4 
sm, bir bitkidə 100-150 qutu olur. Yetişən zaman qutusu aralanır. Bir 
qutuda 70-
80 toxum olur. Toxumlar xırda, yastı, rəngi ağ, boz, qonur 
və qara olur. Min ədədinin kütləsi 3-5 qr. arasında dəyişir. 
 
Küncüt işıq və istilik sevən qısa gün bitkisidir. Toxumları 15-18 
0
C-
də cücərir. 1
0
C şaxtada məhv olur. İnkişafı üçün ən yaxşı tempe-
ratur 25-30 
0
C- dir. Temperaturun 12 
0
C-
yə enməsi bitkinin inkişafını 
dayandırır. Nəmliyə və qida elementlərinə tələbi yüksəkdir. Küncüt 
bitkisi  cücərmə  və  intensiv  böyümə  vaxtları  nəmliyə  çox  tələbkar 
olur. 
Qranulometrik  tərkibi  yüngül  münbit  torpaqlarda  küncüt  yaxşı 
inkişaf edir. Ağır gilli, bataqlı, şoran torpaqlarda, eyni zamanda qay-
saq əmələ gətirən torpaqlarda da bu bitki yaxşı inkişaf etmir.  
İlk çıxışlardan bir ay müddətinə küncüt zəif, çiçəkləmə dövrün-
dən isə sürətlə böyüməyə başlayır. Vegetasiya müddəti 90-120 gün 
arasında dəyişir.  
Sortları.  Küncüt  sortları  vegetasiya  müddətinin  uzunluğuna, 
məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sort-
ları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək 
keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becə-
rirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) 
doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edirlər. 
Becərilməsi. Küncütün cücərtiləri nisbətən zəif böyüyür və alaq 
otlarından  çox  zərər  çəkir.  Odur  ki,  bitki  üçün  alaqlardan  təmiz  və 
münbit  tarlalar  ayrılmalıdır.  Növbəli  əkində  küncüt  üçün  ən  yaxşı 
sələflər payızlıq buğda, qarğıdalı və dənli-paxlalı bitkilərdir. Tarlanı 
gec  azad  etdiyindən  küncüt  özü  payızlıq  taxıllar  üçün  sələf  ola 
bilməz. Növbəli əkində küncüt öz yerinə 6-7 ildən sonra qaytarılma-
lıdır.  

44 
 
Küncüt qida maddələrinə tələbkardır. Əkinlərin hər hektarına 10 
ton peyin, 30 kq azot, 30 kq fosfor və 30 kq kalium gübrələri verilir.  
Əsas şumun dərinliyi 25-27 sm olur. Qış-yaz dövründə torpaqda 
nəmlik ehtiyatı yaratmaq və alaqlarla mübarizə aparmaq üçün lazımi 
becərmə işləri (mala, kultivasiya) aparılır. Yazda 2-3 dəfə, 8-10 sm 
dərinlikdə 1-ci kultivasiya, sonrakılar dayaz olmaqla aparılır.  
Səpin torpağın üst qatında gündəlik temperatur 15-16 
0
C olduq-
da  aparılır.  Bu  may  ayının  əvvəlinə  təsadüf  edir.  Küncütün  səpini 
taxılsəpən maşınlarla cərgəvi üsulla (45-70 sm)  aparılır. Səpin nor-
ma
sı hektara 5- 8 kq olur. Toxumun basdırılma dərinliyi 2-3 sm-ə bə-
ra
bərdir. Səpindən sonra sahə kipləşdirilir və alaqlara qarşı mübarizə 
tədbirləri  həyata  keçirilir.  3-4  dəfə  cərgəarası  becərmə  aparılır.  İki 
dəfə  suvarma  (qönçələmə  və  kütləvi  çiçəkləmədən  sonra)  aparılır. 
Suvar
ma norması hektara 800-1000 m
3
-dir.  
Məhsulun yığılması.  Küncütün məhsulunu hissə-hissə yığırlar. 
Yeti
şən  zaman  toxumlar  tökülür.  Aşağıdakı  qutular  (karobkalar) 
qonu
rlaşanda otbiçən maşınlarla biçilir və xırmanda qurudulur. Bitki-
lər  və  toxum  qutuları  quruduqca  kombaynla  döyülür.  Döyülmüş 
toxum
lar  çeşidlənib  təmizlənir  və  qurudulur.  Saxlanan  toxumların 
nəmliyi 9-10% olmalıdır. Xüsusi yığım maşınlarının olmaması səbə-
bin
dən və yetişdikdə qutucuqların açılıb toxumların tökülməsi üzün-
dən əkin sahələrinin artması ləngiyir. Toxumun məhsuldarlığı dəmyə 
şəraitində  hektardan  1,0-1,2  ton,  suvarma  şəraitində  isə  1,8-2,0 
ton/ha təşkil edir.  
1. 5. SOYA  
Əhəmiyyəti.  Soya hərtərəfli istifadə  olunan qiymətli bitkidir. 
D
ənində yağ çox olduğuna görə yağlı bitkilər qrupuna, zülal çox ol-
du
ğuna görə isə paxlalı bitkilər qrupuna aid edilir. Dəninin tərkibində 
25-
27% yağ, 33-45% zülal (bəzi sortlarda hətta zülal 52%), 25-27% 
sulu 
karbonlar vardır.  
Soya bec
ərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki 
yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. 
Soya d
ənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbə-
t
ən isə 4 dəfə çoxdur. Soyanı ərzaq, yem və texniki məqsədlər üçün 

45 
 
bec
ərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qən-
nadı məmulatı, konserv və başqa məhsullar alınır.  
Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Ey-
ni zamanda lak boyaq s
ənayesində də istifadə olunur. Dünyada bitki 
yağının  istehsalına  görə  soya  birinci  yer  tutur.  Onun  payına  40%, 
gün
əbaxanın payına isə 18-20% düşür. 
Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalı-
nın  amin  turşularının  tərkibinə  görə  heyvan mənşəli  zülala  yaxın 
olması  və  insan orqanizmi tərəfindən  asanlıqla  mənimsənilməsidir. 
Soyanın  tərkibində  lizin, triptofan və  metionin  kimi  amin  turşuları 
vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya 
ununda 27 qram lizin vardır.  
Soya unu v
ə  jmıxı  heyvanlar üçün çox dəyərli  yemdir.  Jmıxda 
47%-
ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 
1,31-1,47 yem vahidi, 275-338 qram h
əzm olunan protein olur. Ümu-
miyy
ətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı 
yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğı-
dalı  və  sorqo ilə  qarışıq  əkilir.  Soyanın  100  kq  yaşıl  kütləsində  21 
yem vahidi, 3,5 kq h
əzm olunan zülal vardır. Gövdəsinin (samanının) 
100 kq-
da  32  yem  vahidi,  5,3  kq  zülal  vardır  ki,  xırda  davarlar 
(qoyunlar) t
ərəfindən  yaxşı  yeyilir. Ot üçün biçilmiş kütləsinin 100 
kq-
da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar, 
7,2%  kül,  22,3%  sellüloz  vardır.  Soya  qiymətli  yaşıl  gübrə  və  əla 
s
ələf  bitkisidir.  
T
arixi,  yayılması  və  məhsuldarlığı.  Soyanın  vətəni cənubi-
şərqi Asiya hesab olunur. O, çinlilərə  bizim eradan 6 min il əvvəl 
m
əlum olub. Sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və 
İndoneziyada  becərilmişdir.  Avropada  nisbətən gec, XVIII əsrdə 
bec
ərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı 
q
ədimdən becəriblər.  
Əkin sahəsinə görə dənli-paxlalı bitkilər içərisində soya dünyada 
birinci yeri tutur. Dünya 
əkinçilik sistemində soyanın əkin sahəsi 67 
mln. hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soya-
nın əkin sahəsi ABŞ-da 30 mln., Çində 15 mln., Braziliyada 3,0 mln. 
hektardır.  Bu  bitki  Hindistanda,  Yaponiyada,  Vyetnamda,  İndone-

46 
 
ziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada, 
Ukraynada, Rusiyada, Moldov
ada, Şimali Qafqazda, Gürcüstanda və 
Az
ərbaycanda da becərilir. Dünya üzrə  orta məhsuldarlığı  14-15 
sentnerdir.  
Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1 mln. hektar, məhsuldar-
lığı  isə  orta  hesabla  10  sentner  olmuşdur.  Qabaqcıl  təsərrüfatlarda 
suvarma şəraitində dən məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məh-
suldarlığı isə 250-300 sentner olmuşdur.  
2013-cü ild
ə Azərbaycanda paxlalıların  əkin sahəsi  12729 ha 
ol
muş,  ümumi  yığımı  25326  ton,  məhsuldarlığı  isə  19,9 s/ha təşkil 
etmişdir.  
Botaniki t
əsviri. Soya  (Glicine) cinsi 40-dan artıq növü əhatə 
edir.  Onlardan  yalnız  mədəni soya –  Glicine hispida  adlanan növü 
geniş miqyasda becərilir 
(r
əngli şəkil 7).
 
Qalanları  yarımmədəni və 
yabanı  formada  bəzi ölkələrdə  əkilir, yaxud mədəni  növün  qarışığı 
kimi t
əsadüf edilir. Mədəni  soya  növü  aşağıda  xarakterizə  edilən 
coğrafi-ekoloji yarımnövlərə ayrılır.  
Hindistan  yarımnövü  –  kolu 200 sm hündürlüyündə, gövdəsi 
qüvv
əli budaqlanandır. Çiçəkləri xırda, paxlaları orta irilikdə, toxum-
ları xırdadır. Sortları nisbətən gecyetişəndir.  
Çin  yarımnövü  –  kolu 100-150 sm hündürlüyündə, gövdəsi 
nazik, yaxşı budaqlanan və zəif sarmaşandır. Ancaq yerə yatmağa da 
meyllidir. Yarpaqları nazik və zərifdir. Çiçəkləri orta irilikdə, mavi 
r
əngli, paxlaları orta irilikdə və xırdadır. Hər paxlada 2-3 toxum olur. 
Toxumları  xırda,  yastıdır.  Ancaq  hind  yarımnövünün  toxumlarına 
nisb
ətən iridir. 1000 ədəd toxumunun kütləsi 70-130 qramdır. Bütün 
sortları gecyetişəndir.  
Mancuriya yarımnövü – kolu 60-90 sm hündürlüyündə, gövdəsi 
orta d
ərəcədə budaqlanandır, nisbətən yoğundur. Sarmaşma qabiliy-
y
ətinə  malik deyildir, ancaq yerə  də  yatmır.  Yarpaqları  yuxarıdakı 
yarımnövlərin  yarpaqlarına  nisbətən iri və  qabadır.  Çiçək  salxımı 
qısa,  az  çiçəklidir.  Paxlaları  orta  uzunluqda  –  4-4,8  sm,  toxumları 
orta irilikd
ə, şişkindir. Toxum qılafı əksər sortlarında sarı rənglidir. 
1000 
ədəd toxumunun kütləsi 120-230  qramdır.  Orta  müddətdə 

47 
 
yetişəndir. Dənində olan yağın miqdarına görə bütün yarımnövlərdən 
üstündür.  
Yaponiya yarımnövü – kolu 60-100 sm hündürlüyündə, gövdəsi 
orta d
ərəcədə  budaqlanan,  yoğun,  qabadır.  Yarpaqları  və  çiçəkləri 
iridir. Çiç
ək salxımı uzun, çoxçiçəkli, paxlaları iri və orta irilikdədir. 
Toxumları iri, kürəşəkilli, azacıq yastıdır. 1000 ədəd toxumunun küt-
l
əsi orta hesabla 300 qramdır. Bu yarımnövün bütün sortları zülalla 
z
əngindir. Hündür gövdəli sortları gec, alçaq gövdəliləri tez yetişir.  
Bioloji xüsusiyy
ətləri. Soya istilik və rütubət sevən bitkidir. Çi-
ç
əkləmə və yetişmə dövründə daha yüksək yəni 18-25 
0
C temperatur 
t
ələb edir. Toxumlar 6-8 
0
C temperaturda cüc
ərir. Soyanın cücərtisi –
2-5 
0

ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə 
v
ə  dəndolma  fazasında  ən çox su tələb edir. Transpirasiya əmsalı 
600-
ə  yaxındır.  Səmərəli  temperaturun  miqdarı  sortdan,  yetişmə 
müdd
ətindən  asılı  olaraq  1700 
0
C  -  d
ən 3200 
0
C  -y
ə  qədər dəyişir. 
Çiç
əkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər 
davam ed
ə  bilir.  Soya  qısa  gün  bitkisidir.  Şoran  və  şorakət torpaq-
lardan  başqa  digər torpaqlar soya üçün əlverişlidir.  Əsasən su ilə 
yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı boz-qonur torpaqlar və s. 
soya üçün yararlıdır. Soya neytral (pH-6,5-7,0) reaksiyalı torpaqlarda 
daha yaxşı inkişaf edir.  
Növb
əli əkində yeri. Növbəli əkində soyanı dənli- taxıl, qarğı-
da
lı  və  pambıq  bitkisindən sonra becərmək  olar.  Soyanı,  soyadan, 
gün
əbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem ot-
la
rından sonra əkmək olmaz. 
Torpağın becərilməsi. Sələf dənli - taxıl bitkiləri olarsa məhsul 
yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənilməlidir. 
Birinci üzl
əməni 6-8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı 
üzl
əyicilərlə üzləmək, əgər ehtiyac varsa 2-ci üzləməni BDT-2,5 və 
BDT-
3 markalı ağır diskli üzləyicilərlə 10-12 sm dərinlikdə aparırlar. 
Üzl
əmədən 10-15 gün sonra sahə ПЯ-5-35 markalı kotanla 28-30 sm 
d
ərinlikdə şumlanmalıdır. 
Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və 
bundan sonra 
əkin qatı dərinliyində (25-27 sm) şumlanmalıdır. 

48 
 
Yazda torpaq VP-8, VPN-
5,6 markalı hamarlayıcılarla və ya tə-
s
ərrüfatın  özündə  hazırlanan  alətlər ilə  səthdən  hamarlanmalıdır. 
Alaqlar göründükd
ə  6-8 sm dərinlikdə  kultivasiya çəkilməlidir. Sə-
pin
ə  1 həftə  qalmış  təsiredici maddə  hesabı  ilə  1,2-1,5 kq treflan 
herbisidi 200-
300 litr suya qarışdıraraq POU, ON-400 və ya OBT-1 
yerüstü çil
əyicilərlə  çilənməli və  başdan-başa  becərən kultivatorla, 
suvarılmamış sahələrdə isə BDT-2,5 və ya BDT–3 markalı üzləyici-
l
ərlə 8-10 sm dərinlikdə torpağa qarışdırılmalıdır.  
Gübr
ələnməsi. Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə 

əyyən edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək 
üçün 142 kq N, 32 kq P
2
O
5
, 35 kq K
2
O m
ənimsəyir (1 tonla 82 kq N, 
26 kq P
2
O
5
, 47 kq K
2
O). Əsas şum altına P
2
O
5
 60-90 kq, K
2
O 30-45 
kq verilm
əlidir. Azot gübrəsinin 30%-i səpinqabağı,  qalan  hissəsi 
yeml
əmə  şəklində  2 dəfəyə, o cümlədən 40%-i  çıxış  alınandan  2-3 
h
əftə sonra, 30%-i isə paxla əmələgəlmə və dəndolma dövründə ve-
rilm
əlidir. Gübrələr RUM-5  İ;  RMQ-4  markalı  gübrə  səpən  maşın-
larla veril
ə bilər. 
Toxumun s
əpinə hazırlanması. Səpin üçün 1-ci sinfə aid olan 
sort toxumlar götürülm
əlidir. Səpindən  əvvəl toxum rizotorfinlə 
(nitragin) hektarlıq toxuma 200 qram hesabı ilə işlənməlidir. Həmin 
miqdar rizotorfin 1-2 litr suda h
əll edilərək toxuma çilənməlidir. 
Bakterioz, kök çürüm
əsi, aminomikoz, fuzarioz  xəstəliklərinə qarşı 
mübariz
ə məqsədi üçün səpinə ən azı 3-4 həftə qalmış 1 ton toxuma 
1-2 kq 70%-
li taciqran işlənilməlidir.  
M
əftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentiuramın tət-
biqi  yaxşı  nəticə  verir. 60%-li fentiuramdan 1 ton toxuma 4-6 kq 
işlətmək məsləhət görülür. 
 Toxu
m  PSQİ-5, PS-10,  «Mobitoks»  maşınlarında  yarımquru 
üsulla d
ərmanlana bilər.  
S
əpin müddəti, üsulu və norması. Səpin əkin qatında tempera-
tur 10-12 
0
C  olduqda  aparılır.  Toxumlar  arat  olunmuş  sahələrə  sə-
pilir. S
əpin SZSŞ-3,6; SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparı-
lır. Soya gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 45-60 sm və 70 
sm olmaqla s
əpilə bilər. Mütləq kütlədən asılı olaraq hektara 50-90 
kq (400-600 min 
ədəd) cücərə bilən toxum səpilməlidir.  

49 
 
Əkinə  qulluq.  Arat olunmayan yerlərdə  səpindən sonra dərhal 
suvarma  aparılmalıdır.  Torpağın  su-hava xassələrini  yaxşılaşdırmaq 
üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu 
mala il
ə malalayırlar. Vegetasiya dövründə cargəaraları 2 dəfə KRN-
4,2 markalı kultivatorla yumşaldılmalıdır.  
Tor g
ənəciyinə  və  yarpaqyeyən həşəratlara  qarşı  vegetasiya 
müdd
ətində karbofosun 30%-li emulsiyası ilə hektara 1,0-1,5 kq, fos-
famidl
ə  (Bİ-58) 1 kq normada çiləmə  aparılır.  Çiçəkləmədən sonra 
çil
əmə kükürd tozu ilə əvəz edilir. 
Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 
4 d
əfə  suvarılmalıdır.  Birinci  suvarma  budaqlanma,  2-ci suvarma 
çiç
əklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə 
v
ə  4-cü suvarma dən  dolmağa  başladıqda  keçirilməlidir. Suvarma 
yağış  yağdırma üsulu ilə hektara 500-600 m
3
, şırımlarla infiltrasiya 
yolu il
ə 700-800 m
3
 
su normasında keçirilir.  
M
əhsulun yığılması. Yetişərkən soya paxlası açılmır ona  görə 
d
ə  dən itkisi az olur. Dən məqsədi ilə  əkdikdə  soya  tam  yetişmə 
fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların 
saralmağa  başladığı  dövrdə  dəndə  14-16% nəmlik olduqda SK-5 
Niva, SK-4A, SKD-5P, SKD-
5M, “Sibiryak” kombaynları ilə yığıl-
malıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizam-
lan
malıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka 
arasında  məsafə  CK-  4A, CK-5 kombaynlarda girəcəkdə  40 mm, 
çıxacaqda 28 mm-dən  az  olmamalıdır.  Barabanın  dövrlər  sayı  də-
qiq
ədə 400-500 -ə endirilməlidir. 
Yetişməni sürətləndirmək məqsədilə  gecyetişən sortlar əkilən 
sah
ələrdə  desikasiya  aparılır.  Bu  məqsədlə  dəndə  nəmlik 40-45% 
olduqda maqnezium - 
xlorat preparatının 20 kq-ı suya qarışdırılaraq 
sah
əyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya 
aparılmır.  
Yığılmış toxumda nəmlik 14% -dən çox olarsa asfalt meydança-
da gün
əş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.  
Yüklə 5,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin