Gələcəyin Durumu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

A
VROPA
: AB planlaşdırır ki bioyanacaqlar 2020-ci ilədək onun yanacaqlarının 10%-ini təşkil 
edəcək   və   region   İstixana   Qazlarının   emissiyasını   1990-ci   ildəkindən   ən   az   20% 
azaldacaq.   ABŞ-AB   sammitində,  2015-ci   ilədək  12   karbon-sorma-və-saxlama   nümayiş 
zavodları   şəbəkəsi   təsis   etmək   planlaşdırılıb.   2030-cu   ilədək   küləyin   Avropa   elektrik 
enerjisiinin 23%-ini istehsal etməsi gözlənilir. Avropanın Rusiya enerjisindən asılılığının 
artması Rusiyanın əlində yeni bir diplomatik alətə çevrilir. İsveç 2020-ci ilədək mədən 
yanacaqlarından   azad   iqtisadiyyata   malik   ölkəyə   çevrilməyi   hədəfə   alıb.   Almaniya 
dünyanın günəş elektrik enerjisinin  yarısını  istehsal  edir, Avropanın ən böyük biodizel 
isehsalçısıdır   və   2020-ci   ilədək   CO
2
  emissiyalarını   40%   azaltmağı   planlaşdırır.   Bu   da 
Almaniyanı dünyanın ən qənaətcil enerji istifadəçisinə çevirəcək.
 
L
ATİN
  A
MERİKASI
:  Braziliya etil spirtinin istehsalı üzrə dünya lideridir; 2006-cı ildə ölkədə 
alınan maşınların 70%-i qıvraq tipli yanacaqla işləyən nəqliyyat vasitələri olub; 2010-cu 
ildə ölkənin etil spirtinin ixracından əldə etdiyi gəlir 1.3 milyard dollara çata bilər. Boliviya 
və Venesuela öz neft və qaz sənayelərini milliləödirməyə davam edirlər. Meksika üz təbii 
qazının xarici investisiyalar tərəfindən inkişaf etdirilməsini istəmir, amma eyni zamanda 
bunu özünün etməsi üçün kifayət qədər maliyyəyə sahib deyil. Venesuelanın ağır neft 
ehtiyatları   bu   günün   texnologiyalarından   istifadə   edə   və   bununla   Səudiyyə 
Ərəbistanındakı ehtiyatlardan da çox ehtiyatlara sahib ola bilər.
 
Ş
İMALİ
 A
MERİKA
15-illik avtomobil dövriyyəsini nəzərə alsaq, 2012-ci ilədək ABŞ-dakı yeni 
avtomobillərin yarısı benzinsiz işləməlidir ki, növbəti 20-30 il üçün Yaxın Şərq neft asılılığı 
azalsın. Bu da  elastiki yanacaqla işləyən qoşula bilən hibridlər vasitəsilə həyata keçirilə 
bilər.   Kosmik   günəş   enerjisi   dünyadakı   elektrik   maşınlarının   yanacağa   olan   tələbatını 
bütünlüklə   ödəyə   bilər.   Atom   (nüvə)   enerjisi   ABŞ-ın   CO
2  
emissiya   edən   elektrik 
stansiyalarını   əvəz   etməsi   üçün   təqribən   350   atom   (nüvə)   elektrik   stansiyaları   inşa 
edilməlidir – 15 il ərzində hər 2-3 həftədə bir ABŞ Enerji Departamenti belə hesab edir ki, 

nəqliyyat   vasitələri   qoşula   bilən   hibrid   elektrikləri   olsaydı,   “baza”   elektrik   enerjisinin 
istehsalı   və   ötürücülük   imkanları   ölkənin   220   milyon   nəqliyyat   vasitəsinin   84%-ini 
yanacaqla təmin edə bilərdi. Hal-hazırda ABÖ-da yol tıxaclarında il ərzində 2.3 milyard 
qallon   qaz   sərf   olunur.   ABŞ   nümayiş   məqsədli   “emissiyasız”   kömürlə   işləyən   elektrik 
stansiyası və karbonu soran və istixana qazlarının qarşısını almaqla hidrogen istehsal 
edən   qurğu   inşa   etməyi   planlaşdırır.   ABŞ-da   benzin   vergisi   Avropada   olduğundan 
təqribən 1/7 dəfə çoxdur.
 
Qrafik 13. Beynəlxalq Əsas Enerji Təchizatı
 
 
Mənbə: Beynəlxalq Enerji Agentliyi, Əsas Beynəlxalq Enerji Statistik Məlumatları, 2006
 
14. 
Elmi və texnoloji nailiyyətlər insanların vəziyyətinin yaxşılaşdırılması üçün 
necə sürətləndirilməlidir?
Son 25 ildə elm və texnologiyanın müstəsna təsirləri növbəti 25 ildə baş verəcək təsirlərlə 
müqayisədə cüzi görünəcək. Yeniliklərin sürətini tezləşdirən amillər özləri yüksək sürətlə 
dəyişirlər.   “İntel”   şirkəti   ilk   proqramlaşdırıla   bilən  və  saniyədə  trilyon  əməliyyat   həyata 
keçirən 1 teraflopluq çiplər işləyib hazırlayıb. Beyin-kompüter qarşılıqlı əlaqəsi indi fikirləri 
proqramlı   şəkildə   hərəkət   etdirir,   nanohissəciklər   və   fibra   liflər   sinir   böyüməsini 
stimullaşdırır və mini-biokompüterlər xüsusi fərdi hüceyrələri müalicə etməyə kömək edir. 
Fotonlar yavaşıyıb və sürətlənib, yetkin gövdə hüceyrələrinin zədələnmiş toxumanı bərpa 
etmə qabiliyyəti aşağı düşüb; bərk nümunənin içərisində gizlənmiş tək elektronun zəif 
maqnetik siqnalları aşkar olunub; tək-molekullu kanal uzunluğuna malik üzvi tranzistorlar 
artıq gözə görünürlər; mikrobial yanacaq elementi nümayiş etdirilib.  
Elm və texnologiyanın imkanlarını sürətləndirməklə insanların inana biləcəyindən daha 
çox   şeyləri   mümkünləşdirmək   olar;   insanın   həyat   şəraitini   yaxşılaşdırmaq   üçün   elmi 
irəliləyişlərin   tətbiq   olunması   imkanları   da   davamlı   şəkildə   əldən   buraxılır.   Proqram 
təminatını yaratmaq üçün kod xətlərindən istifadə olunurdusa, genetik kodlardan da yeni 
həyat formaları yaratmaq üçün istifadə olunur. Süni orqanlar 3-ölçülü prototiplərə bənzər 
Digər
Nüvə
Hidro
Kömür
Qaz
Neft

şəkildə hazırlana bilər; cərrahiyyə robotları artıq Maqnetik Rezonans Təsvirlərinə uyğun 
gəlir və tibbi problemlərə görə məsuliyyət daşıyan hüceyrəvi və irsi anomaliyalar müəyyən 
olunur   və  onların  müalicəsi   layihələşdirilir.   Telefonlar  üçün   10  qiqabaytlıq  bərk  disklər 
tezliklə mümkün olacaq. Genetik cəhətdən modifikasiya edilmiş viruslar özlərini elektrik 
keçiriciliyinə malik metallarla örtərək öz-özlərinə batareya elementlərinə çevrilən nano-
naqillər əmələ gətirirlər. Milyonlarla insan xərçəng xəstəliyinin dərmanını tapmaq üçün öz 
kompüterlərinin   ehtiyat   yaddaşını   könüllü   şəkildə   verirlər.   Nanotexnologiya, 
bilotexnologiya,   informasiya   texnologiyası   və   təfəkkür   elmləri   arasında   gələcəkdə 
müştərək   fəaliyyət   sivilizasiyanın   perspektivlərini   dəyişəcək.   Bizə   irəliləyişləri   izləmək 
üçün   qlobal   məlumat   sistemi   lazımdır   ki,   siyasətçilər   və   ictimaiyyət   yeni   elm   və 
texnologiyanın   potensial   nəticələrini   anlasın.   Elm   və   texnologiyanın   sürətlənməsi   və 
qloballaşmasından irəli gələn risklər çox böyükdür (kompakt disk versiyasının 3.5-ci Fəsli, 
2025-ci   il   üçün   Qlobal   Elm   və   Texnologiya   Ssenarilərinə   baxın)   və   gələcəkdə   əxlaqi 
məsələlərə səbəb ola bilər. Məsələn, bizim özümüzü klonlaşdırmağa, minlərlə yeni həyat 
növü yaratmağa və əsaslı tədqiqatlarda elmi suverenitet tələb etməyə haqqımız varmı? 
(Kompakt   disk   versiyasının   4-cü   Fəsli,   Elm   və   Texnologiyanın   İdarəolunması 
Məsələlərinə baxın).
“Lux Research” araşdırma şirkətinin verdiyi məlumata əsasən, 2006-cı ildə nanotexnoloji 
tədqiqat   və   təkmilləşdirməyə   12.4   milyard   dollar   sərmayə   qoyulub   və   nanotexnoloji 
məhsullar 50 milyard dollardan çox qiymətə satılıb, beynəlxalq patent fondları 31% artıb 
və ABŞ və Yaponiyada özəl sektorlar tədqiqat və təkmilləşdirmə xərclərində hökuməti 
geridə qoyub. Hər halda, nanotexnoloji mühitin sağlamlığa təsirinin tədqiq olunması geniş 
yayılıb,   bu   da   tənzimləyən   istehsalı   dəyişəcək   standartlara   gətirib   çıxaracaq.   Yeni 
avtomatik   nano-miqyaslı   standart   bloklar,   elementlər   və   qurğular   üçün   elmi   plan 
hazırlanır. Qan hüceyrələri ölçüsündə olan nanorobotlar bir vaxt müayinə və müalicə və 
daxili VR təsvirlərini çəkmək üçün insan bədəninə daxil ola bilərlər. Daha uzun müddət 
üçün   kvant   fenomeni   və   qarışıqlıq   yaradan   vasitələr   tədqiq   olunur.   Kvant   fizikləri 
teleportlaşan fərdi fotonları təcrübədən keçirir və orjinalın 2 demək olar ki eyni surətini 
teleportlaşdıran   üsul   nümayiş   etdirirlər.   Astronomlar,   cazibə   qüvvəsinə   əks   olaraq 
kosmoloji qüvvə olan qaranlıq enerjisinin imkanlarını tədqiq edirlər.  
 
14-cü   Çağırışa   o   vaxt   ciddiliklə   cavab   veriləcək   ki,   ictimai   tələblər   üçün   tədqiqat   və 
təkmilləşdirmə xərcləri, digər məqsədlər üçün edilmiş xərclərə bərabər olacaq və tədqiqat 
və təkmilləşdirmə prioritetləri sistemində və qanunvericilikdə istifadə üçün dünya elm və 
texnologiya   biliklərini   əlaqələndirəcək,   beynəlxalq   elm   və   texnologiya   təşkilatı   təsis 
olunacaq. Belə bir sistem riskləri, imkanları və müştərək əsaslı məsələlərə dair fərziyyələri 
aydgnlaşdırmaq   məqsədilə   dünya   biliklərinin   istifadəçi   üçün   rahat   şəkildə   toplamaqla 
siyasi və mətbuat qərar qəbul edicilərini daha elm və texnologiya fəhmli edə bilər. Bu 
sistem   həmçinin,   bionanotexnologiya   kimi   mübahisəli   sahələrin   şəffaf   beynəlxalq   elmi 
qiymətləndirilməsini asanlaşdıra və onların mümkün və arzu olunduqları yerlərdə onların 
insanın   həyat   şəraitini   necə   yaxşılaşdıracağını   aydınlaşdıra   bilər.   Hal-hazırda 
Akademiyalararası   Panel   –   dünyadakı   90   elmi   akademiyaların   şəbəkəsi   elm   və 
texnologiya   məlumatlarına   çıxışı   və   əməkdaşlığı   artırır;   hər   kəs,   tətbiqi   elmin   insanın 
həyat şəraitini yaxşılaşdırmaq məqsədilə mənbələndiyi, günü-gündən genişlənən biliklər 
məcmusunu   təmin   etmək   üçün   yeni   nəzəri   prinsiplərin   əsas   tədqiqat   və 
təkmilləşdirilməsini dəstəkləməlidir.      
 

R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
 
A
FRİKA
: Afrikada elm və texnologiya maliyyələşdirilməsi hələ də ÜDM-nin 1%-dən azdır. 
2007-ci   ilin   oktyabrında   Afrika   Elm   və   Texnologiya   stratgiyaları   liderlərinin   Misirdə 
keçirilən görüşünün nəticələri, Afrikanın İnkişafı üçün Yeni Əməkdaşlığın strategiyaları və 
elm   üzərində   işlərini,   texnologiyanı   və   milli   qərar   qəbul   edicilik   prosesi   üçün   yenilik 
göstəricilərini   qidalandırmalıdır.   Elmi   Birliklərin   Beynəlxalq   Şurası   Afrikada   diqqəti 
sağlamlığa   və   insanların   rifahına,   çirklənmə   və   meşəsizləşmə   kimi   təhlükələrə,   sabit 
enerjiyə və qlobal iqlim dəyişikliyinə yönəldən idarə təsis etmişdir.
 
A
SİYA
 

 O
KEANİYA
Hal-hazırda Çin Yaponiyanı ötərək dünyada ikinci ən böyük tədqiqat və 
təkmilləşdirmə   sistemidir   və   2010-cu   ilədək   dünyanın   tədqiqat   və   təkmlləşdirmə 
xərclərinin 23%-ini təşkil edir. ABŞ-dan sonra Çin dünyada nanotexnologiya haqqında 
maddələrini buraxan ikinci ən böyük ölkədir. Yaponiya isə üçüncü yerdədir. Çin Nigeriya 
üçün peyk layihələşdirib və havaya buraxıb və Venesuela üçün də birini layihələşdirməyi 
və havaya buraxmağı planlaşdırır. Hindistanın Banqalor şəhərində ABŞ-ın Silikon Valli 
rayonundakından daha çox İT mühəndisi var. Yaponiya kosmik günəş peyklərinin inşa 
edilməsi və saxlanılmasının təcrübi üsulu kimi ilk sınaq Furoşiki peykini havaya buraxıb.  
 
A
VROPA
: Tibbi-, bioloji-, və neyrotexnologiyada irəliləyişlər Avropada yaşlanan cəmiyyətlə 
olan problemlərin bir çoxunu azalda bilər. Avropada, əsasən Almaniyada bir çox tədqiqat 
institutları,   kompüterləşdirilmiş   protezlərə   və   beyin-kompüter   interfeyslərinə   malik   Süni 
Görmə   Sistemləri   üzərində   işləyirlər.   AB   2010-cu   ilədək   tədqiqat   və   təkmilləşdirmə 
xərclərini ÜDM-nin 3%-dək artırmağı və daha 700 000 tədqiqatçı cəlb etməyi planlaşdırır. 
500 000-dən çox  alim  son 15 il  ərzində Rusiyanı  tərk  edib;  Rusiya indi nanotexnoloji 
tədqiqat və təkmilləşdirməyə böyük sərmayələr qoyur.   Sloveniya hökuməti şəffaflığı və 
ictimai anlaşmanı artırmaq üçün öz tədqiqat proqramını şərhlər üçün açıq elan edib. 
 
L
ATİN
  A
MERİKASI
:  Region ÜDM-nin orta hesabla 0.4%-ini elm və texnologiyanın inkişafına 
sərf edir, lakin 2010-cu ilədək bu göstəricini 3%-ə qədər artırmağı planlaşdırır. Region 
həmçinin öz uzunmüddətli dövlət-özəl tədqiqat və təkmilləşdirmə əməkdaşlığını, regional 
tədqiqat   şəbəkələrini,   milli   strateji   tədqiqat   və   təkmilləşdirmə   planlaşdırmasını,   əsaslı 
tədqiqatları, fayda və risklər üzrə elm və texnologiya məlumatlılığnı və yerli tədqiqat və 
təkmilləşdirməyə qoyulan özəl sərmayə qoymaq stimulunu inkişaf etdirməlidir.  
 
Ş
İMALİ
  Amerika:   Massaçusets   Texnologiya   İnstitutu   pulsuz   onlayn   elm   və   texnologiya 
kursları təklif edir. Milli Elmlər Akademiyasının verdiyi məlumata əsasən, hal-hazırda ABŞ 
ixrac etdiyindən daha çox yüksək-texnologiyaya malik məhsulları idxal edir. Saf enerji 
texnoloji innovasiyaları sürətlənməkdə davam edir – 2006-cı ildə 4000 ABŞ əlaqəli patent 
olmuşdur.   ABŞ   Patentlər   İdarəsi   ictimai   şərhlərin   edilməsi   üçün   patent   ərizələrini 
internetdə   yerləşdirməyi   planlaşdırır.   Elm   və   Texnologiya   üzrə   təhsil   alan   tələbələrin 
sayının   azalması,   dini   fundamentalist   siyasətlər   və   digər   siyasi   nəzər   nöqtələrinin 
mövcudluğu ABŞ elminin davamlı uğuruna potensial təhlükələrdir. Mükafatlar bəşəriyyətə 
xeyir verən texnologiyanın yayılmasını sürətləndirə bilər. Məsələn, Kaliforniya ştatı, San 
Xose Texnoloji Muzeyinin təsis etdiyi Texnologiya Mükafatg və ya ildə milyonlarla ton 
karbon qazının təmizlənməsinə səbəb olan Rizard Brensonun təsis etdiyi mükafat ya da 
Massaçusets Texnologiya İnstitutunun həyata keçirdiyi robot yarışları.     
 
Qrafik  14. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında və Əməkdaşlıq edən Qeyri-Üzv 
Ölkələrdə Gözlənilən Tədqiqat və Təkmilləşdirmə xərcləri (ÜDM-nin faizi)

Mənbə:  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Məlumatlar bülleteni, 2007 – İqtisadi, 
Ekoloji və Sosial Statistik göstəricilər
 
15. 
Etik düşüncələri qlobal qərarlarla daha mütəmadi surətdə necə 
birləşdirməli?
Qeyri-əxlaqi   qərarlar   kütləvi   informasiya   vasitələrinin,   bloqların,   mobil   telefon 
kameralarının,   etik   komissiyaların   və   “Transparency   İnternational”   kimi   təşkilatların 
vasitəsilə geniş şəkildə ifşa edilir. Bununla belə mənasız xəbərlər və əyləncələr beynimizi 
əxlaqsız davranışlarla doldurur, halbuki 1 trilyon dollar rüşvətə, 2 trilyon dollar mütəşəkkil 
cinayətkarlığa xərclənir və terrorizmin yayılmaması üçün qlobal əxlaqi rəhbərliyə böyük 
ehtiyac var. Dəyərləndirmələrə əsasən, 30 münaqişədə 300 000 uşaq əsgər, cinsi qul, 
hambal və gözətçi işləyir. Braziliyanın QİÇS-ə dair qərarları kimi daha çox əxlaqi qərarlar 
necə möhkəmləndirilə bilər? Və ya CO
2
-nin emissiyasını azaltmaq üçün yaranan ABŞ-Çin 
ittifaqı kimi ittifaqlar necə təşviq oluna bilər?
Dini dünyagörüşünə əsaslanan ictimai əxlaq günü-gündən artan ateizmin təsirinə məruz 
qalır.   Bu   da   qərar   qəbul   etmə   prosesinin   əxlaqi   özülü   haqqında   qeyri-müəyyənliklərə 
səbəb olur. Həyat quruluşunun dəyişmə sürəti bir çox insanların və institutların qavrama 
bacarıqlarından xaric olduğu üçün əxlaqi qeyri-müəyyənliklərə gətirb çıxarır. Bizim genetik 
kodları yenidən yazmaqla minlərlə yeni həyat formaları yaratmağa və ya özümüzü və 
gələcək nəsilləri genetik şəkildə dəyişməyə haqqımız varmı? İnsanların texnologiya ilə 
birləşməsi   nə   dərəcədə   doğrudur?   Azad   sorğunun   dəstəklənməsi   və   nəzərəçarpacaq 
dərəcədə qəza halı yarada biləcək məlumatlara çıxışın təmin olunması arasında baıans 
mövcuddurmu?   Texniki   vasitələr   terrorizmin   elektronik   faşizmə   gətirib   çıxarmasının 
qarşısını   ala  bilərmi?  Mütəxəssislər belə  bir fərziyyə  irəli sürür  ki,   dünya “spesifikliyə” 
doğru  hərəkət  edir  –  bu  düvrdə  texnoloji  dəyişkliklər  elə  çox   sürətlə   baş  verir  və   elə 
mühüm əhəmiyyət kəsb edir ki, biz məsələn bugün 2025-ci ildən o tərəfə həyatın necə 
olacağı haqda təsəvvürlərə malik olmaq iqtidarında deyilik. 
 
Qlobalizasiya və qabaqcıl texnologiya çox az insana, əvvəlkindən daha az vaxt ərzində və 
daha   zox   ziyan   vurmağa   imkan   verir.   Nəticə   etibarilə   hər   bir   insanın   rifahı,   hamını 
maraqlandırmalıdır.   Bu   cür   bayağılıqlar   yenilik   deyil,   lakin   onların   nəticələrinin 
uğursuzluğu gələcəkdə keçmişdəkindən tamamilə fərqli olacaq. Yeni texnologiyalar da 
həmçinin   çox   az   insana,   əvvəlkindən   daha   çox   kömək   etməyə   imkan   verir.   BMT-nin 
F
ai
z
База
 
ВК
MED
НК
Baza
YK
MED
AK

Korrupsiya əleyhinə Konvensiyanın Tərəfləri müqaviləni həyata keçirməyə başlayıblar və 
Dünya Bankı milli anti-korrupsiya dəstələrini gücləndirməyə kömək edir. QHT-lərin, qlobal 
mətbuatın və özünütəşkil İnternet bloqlarının yayılması şəffaflıq üçün yeni qüvvələrdir. Bu 
qüvvələr hakimiyyətdən sui-istifadəyə dair nəzarəti həyata keçirir. 16 000-dən çox İSO 
standartları   arasında   müştərək   fəaliyyət   dünyada   verilən   qərarların   əxlaqiliyini/etikliyini 
artırır.
 
Dünya Bankı qeyri-etki şirkətlərin və fərdlərin siyahısını hazırlayır və yaxşə idarəçiliyin 
göstəricilərini işləyib hazırlayır. Ümumi əxlaq əmsalları, yeni jurnallar, vətəndaş cəmiyyəti 
forumları və dinlərarası dialoqlar qərar qəbul etmə prosesində qlobal etikaya müraciət 
edirlər. Sorğu keçirilmiş 14 ölkədən 9-u silah ticarətinə vergi tətbiq olunmasını və ya neftin  
BMT-nin   daha   effektiv   şəkildə   fəaliyyət   göstərmə   qabiliyyətinə   yardım   etməsini 
dəstəkləyiblər. BMT əxlaqi mülahizələri qlobal qərarlara qoşmaq üçün təsis olunmuş əsas 
qlobal   orqandır.   2000-dən   çox   ticarət   müəssisəsi   qərar   qəbul  etmə   prosesində   qlobal 
əxlaqi   prinsiplərdən   istifadə   etmək   üçün   BMT-nin   Qlobal   Müqaviləsinə   qoşulublar. 
Beynəlxalq Cinayət Məhkəməsi siyasi liderləri məhkəmə məsuliyyətinə cəlb edib.  
 
Qərar qəbul etmə prsoesində qlobal əxlaqa dair kollektiv məsuliyyət təzə-təzə yaransa 
da, getdikcə artır. Təəssüflər olsun ki, mənəvi üstünlük tələb edən dinlər və ideologiyalar 
“biz-onlar” ayrı-seçkiliyinə səbəb olur. Qlobal Çağırışların təmin edilməsi üçün zəruri olan 
milli,   institusional,   dini   və   ideoloji   çərçivələr   boyu   əməkdaşlıq   şəraitində   fəaliyyət 
göstərmək üçün mənəvi iradə qlobal etikanın qəbul edilməsini və reallaşdırılmasını tələb 
edir. 
 
Millətlərarası korporasiyalar, hökumətlər və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə digər 
14   Qlobal   Çağırışa   cavab   verməklə   biz   qlobal   qərar   qəbul   etmə   prosesinə   əxlaqi 
mülahizələri   də   əlavə   etmiş   oluruq.   Bəzi   fərdlər   İnternet   vasitəsilə   müxtəlif   əxlaqi 
məsələlər   ətrafında   birləşirlər.   Digərləri   açıq-aydın   şəkildə   universal   İnsan   Haqları 
Bəyannaməsi,   YUNESKO-nun   Universal   Əxlaqi   Prinsiplər   Layihəsi,   Qlobal   İdarəetmə 
Komissiyası   və   Qlobal   Əxlaqi   Prinsiplər   İnstitutu   kimi   qlobal   əxlaqi   prinsipləri   inkişaf 
etdirməyə  çalışırlar.  Uğurlu  əxlaqi  məcəllələr  ataların  verdiyi  xeyir-duaların   yox,  sosial 
yekdilliyin məhsuludur. Uşaqları məsuliyyətli vətəndaşlar olmaları üçün maarifləndirmək 
böyüklərə və bu yolla bütün əhaliyə təsir edəcək. 
 
Qlobal  əxlaqi  prinsiplər  təkcə  əsas  dini  adətlərə   müvafiq  olmaqla   kifayətlənməməli  və 
həmçinin həm möminlər, həm də mömin olmayanları bütün bəşəriyyətlə “birgə olmaq” 
hissi yaradan yeni bir ittifaqda birləşdirməlidir ki, biz gələcək nəsillərin maraqları üçün 
hərəkət edək. Stereotiplər bu şəkildə aparılmalıdır: Mənim üçün, sənin üçün və dünya 
üçün. Biz lobbiçiliyi nəzarətdə saxlamalı, tamahkarlığı və eqositiyi azaltmalı, hörmət və 
vicdanı təşviq etməli, əxlaqi meyarların əsasını qoymaq üçün valideynlərin rəhbərliyini 
artırmalı, sorğu azadlığı qarşısında duran sərhədləri azaltmalı, qanuni hakimiyyətə qarşı 
hörməti   təşviq   etməli,   təqlid   modellərinin   təsirinin   müəyyən   olunmasını   və   uğurunu 
dəstəkləməli,   daha   ziyalı   bir   dünya   üçün   səmərəli   qlobal   maariflənmə   strategiyaları 
həyata   keçirməli,   insanların   davranışlarını   inandıqları   dəyərlərlə   uyğunlaşdırmalı   və 
Olimpiya   oyunları   əhval-ruhiyyəsini   yaymalıyıq.   Beynəlxalq   sazişlərin   bütün   millətlər 
arasında bərabər şəkildə tətbiq olunması da daxil olmaqla, BMT kimi çoxtərəfli orqana 
nəzarət   üçün   səlahiyyət   verən   beynəlxalq   davranış   məcəlləsinin   yaranması   ilə 
nəticələnən   qlobal   prosesə   balanılmalıdır.   Vaxtın   boş   yerə   sərf   olunması   qeyri-əxlaqi 
yanaşmaların başlıca əlamətidir.
 

15-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, korrupsiya 50% azalacaq, əxlaqi biznes 
standartları   beynəlxalq   səviyyədə   tanınacaq   və   müntəzəm   olaraq   yoxlanılacaq,   bütün 
tələbələr   məsuliyyətli   vətənda.   olmaq   üçün   maarifləndiriləcəklər   və   qlobal   əxlaqi 
prinsiplərin dini və milliyyəti aşacağı haqqgnda ümumi bir fikir formalaşacaq.    
 
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
 
A
FRİKA
: Mənəvi üsyanların vəziyyəti dəyişməsinə qədər Zimbabve hələ nə qədər ziyan 
çəkəcək? Keniyanın xəzinəsindən ölkənin ÜDM-sinin 20%-nə bərabər məbləğdə pul qarət 
olunub.   “Transparency   İnternational”   təşkilatının   verdiyi   məlumata   əsasən   ən   aşağı 
səviyyəli   hökumətlər   Afrikadadır.   1999-cu   ildə   əsası   qoyulmuş   Afrika   Biznes   Əxlaqi 
Prinsipləri Şəbəkəsi  2006-cı ildən Afrika Biznes Əxlaqi Prinsipləri Jurnalını nəşr etməyə 
başlayıb. 
 
A
SİYA
 

 O
KEANİYA
: İraqda təqribən 3500 korrupsiya halı qeydə alınıb. Bunlardan 780 hal 
məhkəməyə   təqdim   olunub,   lakin   50-dən   də   azı   cinayət   məsuliyyətinə   cəlb   olunub. 
Asiyanın   sürətli   urbanizasiyası   qərarların   o   qədər   sürətlə   verilməsinə   səbəb   olur   ki, 
onların əxlaqi nəticələrini nəzərə almağa çox az vaxt qalır. Bəziləri ümumi qlobal əxlaqi 
prinsiplərin mövcudluğuna inanmır və onları yaratmağın qərbsayağı anlayışlar olduğunu 
iddia edirlər. 
 
A
VROPA
: AB ksenofobiya və rasizmi qanuna zidd davranışlar elan edib. Vittenberq Mərkəzi 
qlobal   əxlaqi   prinsiplərin   gələcəkdə   təsir   edəcəyi   5   sahəni   müəyyən   edib:   sabitlik   və 
qlobal   idarəetmə,   korporativ   vətəndaşlıq   və   yeni   ittifaqlar,   qloballaşma   və   beynəlxalq 
təşkilatlar,   anti-korrupsiya   və   bütövlüyün   idarəedilməsi   və   mədəniyyətlərarası 
mühakimələr. 
 
L
ATİN
  A
MERİKASI
:  Fərdiyyətçiliyin   artan   təsirlərini   balanslaşdırmaq   üçün   təhsilin,   KİV-in, 
ekoloji əxlaqi prinsiplərin, insan haqlarınının, demokratiyanın, bərabər hüquqlu inkişafın, 
azlıqların müdafiəsinin, şüurlu dərrakənin, xoşbəxtliyin, sosial məsuliyyətin və həmrəyliyin 
gücləndirilməsinə ehtiyac var. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin