Gələcəyin Durumu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   2   3   4   5   6   7   8   9   ...   15

L
ATİN
  A
MERİKASI
:  2050-ci ilədək əhalinin cari 550 milyondan təqribən 800 milyona qədər 
artması və 2030-cu ilədək əhalinin 85%-nin şəhərli olması gözlənilir. Bu da şəhərə və 
kənd təsərrüfatına kütləvi infrastruktur sərmayələrinin qoyulmasını tələb edəcək. BMT-nin 
azaldılmış dəyərləndirmələrinə görə region əhalisinin yaş medianı 2050-ci ilədək təqribən 
20 il arta bilər. Miqrasiya siyasətləri əhalinin məkani bölüşdürülməsi üçün müvazinət amili 
kimi qəbul oluna bilər. Böyük gəlir boşluqları siyasi iğtişaşlara səbəb ola bilər.    
Ş
İMALİ
 A
MERİKA
ABŞ-da yeni immiqrasiya siyasətlərinə ehtiyac var. ABŞ-da hər il təqribən 
100 milyard dollarlıq qida istifadə edilir. Biotexnologiya və nanotexnologiya təzəcə tibbə 
təsir etməyə başlayır; nəticə etibarilə yaxın 25-50 il ərzində insan ömrünün uzadılmasında 
əsaslı irəliləyişlər labüddür. Biliyin (elmin) və təcrübənin xeyri üçün “birdəfəlik” istifadənin 
azaldılması əhali-resurs balansını dəyişə bilər.
Qrafik 4. Qida ehtiyatı (kalori/həcm)
Mənbə: Ümumdünya Ehtiyatlar İnstitutu, Minilliyin Layihəsinin dəyərləndirmələri ilə
4. 
Avtoritar rejimlərdən həqiqi demokratiyayа necə keçməli?
Demokratiyanın   ölçülməsinə   dair   beynəlxalq   konsensusun   mövcud   olmadığına 
baxmayaraq, belə bir mürəkkəb anlayış mövcuddur ki, demokratiya məsul vətəndaşlar və 
qayğıkeş   hökumət   arasında   siyasi   proseslərdə   iştiraka   təşviq   edən   və   əsas   haqlara 
təminat   verən   qarşılıqlı   bir   əlaqədir.   Bu   cür   əlaqə   dünyada   artmaqda   və   inkişaf 
etməkdədir. “Freedom House”-un verdiyi məlumata əsasən, müstəqil dövlətlərin sayı son 
30 il ərzində 46-dan 90-a qalxıb. Bu da dünya əhalisinin 46%-i deməkdir. Son bir neçə il 
ərzində ölkələrin 64%-i seçki sisteminə malik demokratik ölkələrə çevriliblər. Demokratik 
Baza
 YK
AK
A
d
a
m
b
a
şı
n
a
 d
ü
şə
n
 k
a
lo
ri

ölkələrin bir-birilə vuruşmaq niyyətləri olmadığından və humanitar böhranlar demokratik 
rejimlərdən   çox   avtoritar   rejimlər   üçün   xarakterik   olduğundan,   demokratiyaya   doğru 
meyylər milli dövlətlər arasında daha dinc gələcəyə gətirib çıxarmalıdır.
Qismən müstəqil olan ölkələrin sayı 49-dan 59-a qalxdığı bir dövrdə, 2.4 milyard insan 
avtoritar rejimə malik  45 ölkədə  yaşayır.  Təqribən 5.4 milyard  insanın azad mətbuata 
çıxışı yoxdur və 2006-cı ildə 80-dan çox jurnalist qətlə yetirilib. Bununla belə vətəndaş 
cəmiyyətinin   böyüməsi,   demokratiya   tərəfdarları   olan   şəxslərin   mətbuata   çıxışı, 
uzunmüddətli   iqtisadi   sabitlik,   diqqətin   vətəndaş   iştirakına   yönəlməsi,   şəffaf   məhkəmə 
sistemi,   İnternetə   çıxışı   olan   elektron   hökumət,   artan   savadlılıq,   idarəetməni 
qiymətləndirmə   sistemlərinin   keyfiyyətinin   artırılması,   beynəlxalq   müstəqillik,   və   qlobal 
şüurun inkişafı avtoritar rejimdən daha demokratik rejimə keçidə kömək olur. Baxmayaraq 
ki yaxşı hakimiyyətdən asılı olan inkişaf məqsədli yardımlar bir çox ölkələrə kömək olub, 
xalis demokratiyaya o vaxt nail olunacaq ki, əhali – xarici iştirakçılar yox - hökumətdən 
hesabat   verməsini   tələb   edəcəklər.   Müflis   olmuş   ölkələrə   və   ya   ölkədaxil   regionlara 
yardım   göstərmək   üçün   beynəlxalq   protokollara   və   ölkə   öz   vətəndaşlarına   və   ya 
digərlərinə qarşı böyük təhlükə yaratdığı zaman müdaxilə prosedurlarına ehtiyac var.  
Dünya   Bankının   hakimiyyət   göstəriciləri   azad   mətbuat,   şəffaf   və   effektiv   hökumət, 
həmçinin   demokratik   məsuliyyət   (hesabatlılıq)   və   rüşvətxorluq   az   yayılmış   hökumət 
arasındakı qarşılıqlı əlaqələri göstərir. Bankın dəyərləndirmələrinə görə hakimiyyətdə bir 
standart siyasi təmayülün inkişafı adambaşına düşən gəlirin üçqat artması ilə nəticələnə 
bilər. Bankın dəyərləndirmələrinə əsasən 2006-cı ildə ödənilmiş siyasi rüşvətlərin məbləği 
1 trilyon dolları keçib. Bu da dünyadakı bütün hərbi büdcələrə bərabərdir. Anti-korruspiya 
normalarının təsis olunmasında əldə olunan irəliləyişlərə baxmayaraq, sorğu keçirilmiş 
163   ölkədən   71-ində   korrupsiyanın   sürətlə   artdığı   məlum   olub.   Dünya   Bankının   yeni 
yardım   proqramları   və   BMT-nin   Korrupsiyaya   qarşı   Konvensiyası   artan   siyasi 
rüşvətxorluğun   qarşısının   alınmasında   atılmış   ilk   addımlardır.   Həmçinin   İnternet 
vətəndaşların   ictimai   məsələlər   üzrə   elektron   çıxış   imkanlarının   təmin   olunması   üçün 
imkanları artırır.
Hakimiyyətlərin   öz   vətəndaşlarına   qarşı   daha   təltəlhesab,   şəffaf   və   qayğıkeş   olmaları 
gözlənilir.   Bununla   belə,   demokratik   elektron   hökumətlərin   internetə   çıxışa   tələbi   var. 
Dünya əhalisinin çoxunun internetə çıxışı olmasa da, 100 dollarlıq portativ kompüterlərin 
uğuru kasıb ölkələrdə bu vəziyyəti dəyişə bilər.
İnternet   milliyətindən   və   dilindən   asılı   olmayaraq   insanlara   ümumi   ideallar,   ənənəvi 
institusional idarənin müstəqilliyi ideyası ətrafında birləşərək gələcəyi inkişaf etdirməyə 
imkan verir.  Dünyanın müxtəlif hissələrində baş qaldıran haqsızlıq həll yollarını tapmaq 
üçün yerli, regional və ya beynəlxalq idarə sistemlərinə təzyiq göstərən milyonlarla insanı 
əhatə edir. Bu misilsiz sosial qüvvə vətəndaşların siyasi proseslərdəki rolunu yeniləndirir 
və  institutları, siyasət quruculuğunu və hakimiyyəti dəyişir. Bununla belə informasiyanın 
idarə   olunmasının   qarşısının   alınması   üsullarının   inkişafı,   həmçinin   informasiya 
ötürülməsi   azadlığının   artması,   davamlı   demokratik   həmrəyliyin   meydana   gəlməsində 
mühüm   rol   oynayacaq.   Mütəşəkkil   cinayətkarlıq,   seçkilərin   nəticələrinin   gizli   şəkildə 
dəyişdirilməsi   üsullarına,   informasiya   müharibəsinə,   və   fərdlərin   kütləvi   qırğın   silahları 
düzəltmək və onlardan istifadə etmək potensialına bu gün kifayət qədər diqqət ayrılmır. 
Bu da demokratiyanın gələcəyinin təmin olunacağını şübhə altına salır. Demokratiyaya 
qarşı yönələn bu təhlükələrin birləşəcəyini düşünmək belə qorxuncdur, lakin əks-tədbirlər 
nə qədər tez işlənib hazırlansa və həyata keçirilsə, bir o qədər yaxşı olar.

4-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, bu təhlükələri aradan qaldırmaq üçün 
strategiyalar   mövcud   olacaq,   dünyanın   10%-dən   azı   qeyri-demokratik   ölkələrdə 
yaşayacaq,   silahlı   münaqişələrin   sayı   (ildə   1,   000   və   daha   çox   ölümlə   nəticələnən) 
yarıbayarı azalacaq və çox demokratik ölkələrdə çox seçkilərdə seçicilərin iştirakı 60%-i 
ötüb keçəcək.   
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
A
FRİKA
: Bir neçə il demokratik irəliləyişlərdən sonra 2006-cı ildə sub-Sahara Afrikası əldə 
etdiyi   irəliləyişlərdən   daha   çox   geriləmələrə   məruz   qaldı.   Freedom   House-un 
dəyərləndirmələrinə   əsasən   regionda   olan   48   ölkədən   11-i   “müstəqil”,   22-si   “qismən 
müstəqil”,   15-i   isə   “müstəqil   deyil”.   2007-ci   ildə   Afrika   birliyi   tərəfindən   qəbul   edilmiş 
Demokratiya, Seçkilər və İdarəetməyə dair Xartiya Afrika hökumtələrinin cavab verməli 
olduqları demokratik standartları müəyyən edir və onların uğurunu qiymtələndirmək üçün 
struktur   hazırlayır.   2007-ci   ildə   Afrikada   15-dən   çox   seçki   həyata   keçiriləcək.   Afrika 
ölkələri birliyi yaratmağa və Pan-Afrikan Parlamentinə qanunverici hakimiyyət verməyə 
dair təkliflər irəli sürülüb.
A
SİYA
 

  O
KEANİYA
:  Hindistan   dünyada   ən   böyük   demokratik   ölkədir,   Çində   isə 
deomkratiyanın   elementləri   peyda   olmağa   başlayır.   Freedom   House-un 
dəyərləndirmələrinə   əsasən   Asiyada   olan   39   ölkənin   16-sı   “müstəqil”,   12-si   “qismən 
müstəqil” və 11-i isə “müstəqil deyil”. 2006-cı ildə region əhalisinin yalnız 70%-inin azad 
mətbuata çıxışı var. ASEAN (Cənubi-Şərqi Asiya ölkələri Assosiasiyası) inteqrasiyaya və 
demokratiyaya təkan vermək üçün (AB-dəki kimi) yeni Xartiya hazırlayır. Baxmayaraq ki 6 
“qismən müstəqil” və 11 “müstəqil olmayan” ölkəsi olan Yaxın Şərqdə İsrail “müstəqil” 
dəyərləndirilən yeganə ölkədir, Yaxın Şərqdə bir çox ölkələrdə qadınların səs vermək və 
vəzifə tutmaq haqları üzrə inkişafa nail olunub.   
A
VROPA
:  AB, siyasət quruculuğunda ictimai iştiraka görə birinci yerdə gedir. AB-yə daxil 
olan 27 ölkənin hamısı “müstəqil” qiymətləndirilib. Lakin yeni üzvlər olan Rumıniya və 
Bolqarıstanda hələ də mətbuat azadlığının inkişafına ehtiyac var. Hal-hazırda AB-də 7 
milyon  qeyri-qanuni  mühacir  mövcuddur.     Hər   il  əlavə   olaraq   500,  000  mühacir  gəlir. 
Beynəlxalq miqrasiya və mühacirlərin inteqrasiyası üzrə qanuni sistemi möhkəmləndirmək 
üçün yeni normaların işlənib hazırlanması nəzərdə tutulub. Sovet İttifaqı və Mərkəzi və 
Şərqi Avropa ölkələrindən (AB-yə daxil olmayan) 4-ü “müstəqil”, 8-i “qismən müstəqil” və 
7-si “müstəqil” kimi qiymətləndirilib. Bu ölkələrdən bəzilərində mütləqiyyətə, korrupsiyaya 
doğru tendensiyalar və mütərəqqi institutların çatışmamazlığı demokratizasiya prosesinə 
mane olur.  
L
ATİN
  A
MERİKASI
:  Latın   Amerikası   dünyada   qeyri-bərabərsizliyin   ən   yüksək   dərəcəsinə 
malikdir, və burada yerləşən bir çox ölkələr korrupsiya və vətəndaş azadlıqlarının azlığı ilə 
üzləşirlər. Lakin 2006-cı ildə bir çox rəqabətli və ədalətli seçkilər həyata keçirilib. Azad 
bazara malik demokratik ölkələr sosial ədalətlilik və bərabərlik istiqamətində kifayət qədər 
inkişaf etmədikləri üçün, yeni və günü-gündən artan mütləq populist liderlər dəstək alıblar 
və   sənayenin   milliləşdirilməsini   genişləndirirlər.   Region   ölkələrinin   daha   güclü 
inteqrasiyası demokratiyanın möhkəmləndirilməsinə (AB-də olduğu kimi), ticarətin inkişaf 
etdirilməsinə,   və   korrupsiya   və   mütləqiyətlərə   qarşı   mübarizə   aparmağa   kömək   edə 
bilərdi.     
Ş
İMALİ
  A
MERİKA
:  Milli   Təhlükəsizlik   üzrə   51   saylı   Prezident   Direktivi   və   Vətənpərvərlik 
haqqında   Akt   ABŞ-da   demokratiyanın   gələcək   səhhəti   barədə   maraqların   baş 
qaldırmasına   səbəb   olub.   Çünki   burada   güclü   lobbilər,   geniş   şəkildə   korrupsiya   və 

mətbuatın mərkəzləşdirilməsi hökm sürür.   Regionun iqtisadi və siyasi azadlıqları bütün 
dünyadan   mühacirləri   bura   cəlb   edir.   Kanada   hələ   də   demokratik   islahatların 
çatışmamazlığından   əziyyət   çəkir.   Burada   senat   hələ   də   seçkilər   yolu   ilə   seçilmir   və 
qadınlar   və   azlıqlar   Parlamentdə   az   təmsil   olunur.   Nümayəndəli   demokratyaya   qarşı 
İnternet yolu ilə birbaşa səsvermə barədə müzakirələr aparılır.
Qrafik 5. Azadlıq üzrə Qlobal Tendensiyalar
Mənbə: Dünyada Azadlıq, 2007, Freedom House

5. 
Siyasi qərarların qəbul edilməsini qlobal uzunmüddətli perspektivlərə 
(strategiyaya) qarşı həssaslığını nеcə аrtırmаlı?
İqlim dəyişikliyinin və qlobal qarşılıqlı asılılğın maliyyə və yoluxucu xəstəliklər kimi digər 
formalarının geniş  şəkildə tanınması möhkəm qlobal sistemlərə olan  ehtiyacı nümayiş 
etdirir.   İqlim   dəyişikliklərinin   və   maliyyə   zəncirləri   və   yoluxucu   xəstəliklər   kimi   qlobal 
qarşılıqlı   asılılığın   digər   formalarının   geniş   şəkildə   qeydə   alınması,   qlobal   sistemlərin 
davamlılığa - sunami kimi təbii fəlakətləri, su çatışmamazlığı səbəbilə baş vermiş kütləvi 
köçləri,   uzunmüddətli   elektrik   və   ya   İnternet   kəsilmələrini,   maliyyə   böhranlarını   və 
münaqişələri qabaqcadan görmə, onlara cavab vermə və onlardan sonra bərpa olunma 
qabiliyyətinə - olan ehtiyacını nümayiş etdirir. Yeni texnoloji və sosial yeniliklər çox vaxt 
siyasət qurucularının əldən buraxdıqları imkanları təqdim edir. Hər bir ölkənin gələcəyi 
araşdırma statusu və müvafiq strateji qurumun potensialı müəyyən olunmalı, lazımi olan 
yerlərdə   yeniləndirilməli,   BMT-nin   Katibliyi   və   ÜST   və   Dünya   Bankı   kimi   beynəlxalq 
orqanlar   da   daxil   olmaqla   dünyadakı   bənzər   vahidlərlə   əlaqələndirilməlidirlər.   Ən 
mükəmməl   təcrübələr   bölüşdürülməli,   araşdırma   müqayisə   edilməli,   fərziyyələr 
təsdiqlənməli, və uzunmüddətli anlayışlar elan olunmalıdır. Bu istiqamətdə ilkin addımlar 
YUNİDO, AB, və beynəlxalq futurist təşkilatları tərəfindən atılıb. Gələcəyin araşdırılmasını 
qərar qəbul etmə prosesi ilə daha   yaxşı əlaqələndirilməsi üsullarının siyahısını əlavə 
edilmiş CD versiyasının 11-ci Fəslində tapmaq olar. 
Daha gələcək-yönümlü qlobal-fikirli siyasətçiləri seçmək üçün bizə daha gələcək-yönümlü 
təhsilli   ictimaiyyət   lazımdır.   Ozon   qatının   deşilməsinin   proqnozlaşdırılması   Monreal 
Protokolunda vaxtında verilmiş qərarların əks olunmasına gətirib çıxardı. KQB-nin insan 
haqlarını proqnozlaşdırması yenidənqurmaya gətirib çıxardı. Əhalinin proqnozlaşdırılması 
ailə planlaşdırılmasına gətirib çıxardı. “Səssiz bahar”, “Artımın hüdudları” kimi kitablarda 
verilən proqnozlar bir çox ekoloji mühafizə proqramlarına təkan verdi. Cari problemlərin 
gündəlik çətinliklərinə gəldikdə bunun miqyasını daha yaxşı anlamaq üçün vaxtı rəqabət 
amilinə çevirmək gərəkdir. Korporativ iştirakçılar korporativ liderləri öz diqqətlərini növbəti 
rübün nəticələrini təkmilləşdirəcək işlər üzərində cəmləşdirməyə məcbur edərək tez fayda 
əldə etmək istəyirlər; hökumət başçıları hakimiyyəti əldə saxlamaq üçün təcili məsələlərə 
üstünlük verirlər; daha uzun müddəti işdə rəhbər tutan QHT liderləri çox zaman bu kimi 
yanaşmanı vahid məsələ baxımından tətbiq etməyə meyl edirlər; beynəlxalq təşkilatların 
rəhbərləri də fikrin bir məsələ üzərində cəmləşməsinə meyl göstərirlər və qlobal miqyasda 
bir-birindən   asılı   olan   bir   neçə   məsələnin   aradan   qaldırılması   müşküllüyü   onların   işini 
ağırlaşdıra   bilər;   xəbərlər   sahəsinin   icraçı   şəxslərinin   fəaliyyəti   isə   gündəlik   vaxt 
çərçivəsinə   və   insanların   diqqətinin   hər   bir   anın   neqativ   hadisələrlə   dolu   hissələrinə 
yönəltmək   ehtiyacına   əsaslanırlar.   Nəticədə,   qərar   qəbul   edicilər   qlobal   uzunmüddətli 
perspektivləri müzakirə etmək üçün bir balaca təzyiq hiss edirlər.
Bununla   belə,   bir   vaxtlar   qeyri-mümkün   görünən   aya   enmək   və   ya   çiçək   xəstəliyinin 
qarşısını   almaq   kimi   uzunmüddətli   məqsədlərə   nail   olunması   bir   çox   insanları   eqoist, 
qısa-müddətli maraqlardan yan keçərək böyük nailiyyətlər əldə etməyə ilhamlandırdı. Bu 
cür   gələcək   nailiyyətlərin   beynəlxalq   səviyyədə   qiymətləndirilmələrini   kompakt   disk 
versiyasının   7-ci   Fəslində   tapmaq   olar.   2015-ci   il   üçün   BMT-nin   Minilliyin   İnkişafı 
Məqsədləri   beynəlxalq   əməkdaşlığı   və   gücləndirilmiş   həssaslığı   qlobal   uzunmüddətli 
perpsektivlər üzərində cəmləşdirərək inkişaf meyarlarına çevriliblər. Beynəlxalq vasitəçilər 
hər gün uzunmüddətli və qlobal təsəvvürləri əks etdirəcək razılaşmalar əldə etmək üçün 
mübarizə aparırlar. Sürətli dəyişikliyin uzunmüddətli perspektivlər tələb etdiyi fikrini qəbul 
edənlərin sayı günbəgün artır.

Milli qanunvericilik orqanları Finlandiya kimi daimi “Gələcək Komitələri” təsis edə bilər; 
Gələcək   üzrə   Beynəlxalq   Komitə   qlobal   gələcəyin   araşdırılmasını   siyasət   yazarların 
üzərində cəmləşdirə bilər; hökumətlər, qlobal uzunmüddətli təsəvvürlərə təkan verəcək 
icraedici məlumat idarəetmə sistemləri və alətlər panelinə malik proqram təminatından 
istifadə etməklə strategiyanı koordinasiya etmək üçün yüksək dərəcədə rəhbərlik edilən 
gələcəyə-yönəlmiş   idarələrarası   komandalar   təsis   edə   bilər.   Bir   çox   ölkələr   tərəfindən 
həyata   keçirilən   proqnozların   araşdırılması   davamlı   olaraq   yeniləndirilməli, 
təkmilləşdirilməli   və   digər   milli   uzunmüddətli   cəhdlərlə   qarşılıqlı   şəkildə   həyata 
keçirilməlidir.  
Hökumət   büdcələrindən   edilən   5-10   illik   ayırmalar   elə   düşünülməlidir   ki,   5-10   illik 
ssenarilər  və   strategiyaların   icra  olunması   üçün  yetərli  olsun.   Qərar  qəbul  edənlər  və 
strateji məşvərətçilər gələcəyin araşdırılmasının sistematik və müştərək şəkildə istifadə 
edilməsinə dair təlim keçməlidirlər.  Onların tədqiqatlarının uzunmüddətli nəticələrinə aid 
elmi rəyləri bölüşmək və təsdiqləmək üçün sistem yaradılmalıdır. Bu Fəsildə göstərilən 15 
Qlobal Çağırışdan hər biri və 8 Minilliyin İnkişafı Məqsədləri,   xüsusi bir məqsədə nail 
olmaq  üçün  resurslarını  və bacarıqlarını  ayırmaq  istəyində  olan  hökumətlərdən,  QHT-
lərdən, universitetlərdən və beynəlxalq təşkilatlardan ibarət transinstitusional koalisiyalar 
üçün əsas rolu oynaya bilər. Dünya o qədər mürəkkəbləşib ki, milli dövlət ierarxiyalarının 
onu   təkbaşına   idarə   etməsi   qeyri-mümkündür;   qlobal   uzunmüddətli   qərar   qəbul   etmə 
proseslərini daha yaxşı idarə etmək üçün yeni idarəetmə tendensiyaları meydana gəlir.
Qlobal Gələcəyin Durumu İndeksi (2-ci Fəslə baxın) qlobal çağırışların inkişafı ilə əlaqəli 
olan göstəricilərə əsaslandığı üçün, 10 illik müsbət proqnozlara əsasən güman etmək olar 
ki, qərar qəbul etmə prosesi qlobal uzunmüddətli perspektivləri günü-gündən daha çox 
şəkildə nəzərə alır. Əgər milli GDİ-lər qərar qəbul edicilərin işini qiymətləndirmək üçün 
tərtib və istifadə olunsaydı, qərar qəbul edicilər daha uzunmüddətli strategiyaları izləməyə 
meylli olardılar. Dünya Bankı kredit qərarlarından bundan istifadə edə bilərdi. 
Gələcək   konsepsiyaları   üzrə   istiqamətlərin   və   üsulların   sayını   və   keyfiyyətini   artırmaq 
cəhdləri,   dəstəklənilməli,   həmçinin   gələcək   metodologiyalarına   malik   standart   təhsil 
planlarının   gələcəyə-yönəlmiş   təlimatlara   kömək   edəcək   öyrətmə   texnikalarına 
çevrilməlidir. Məlumat vasitələri və reklam şirkətləri ictimaiyyətə daha gələcək-yönümlü 
olmağa kömək etmək üçün stereotiplər yarada bilərlər .Mükafatlar qlobal uzunmüddətli 
qərar   qəbul   etmə   prosesinin   ən   yaxşı   nümunələrinin   araşdırılması   üçün   təqdim 
olunmalıdır.
Biz   həmçinin   gələcəyin   araşdırılması   vasitəsilə   məlumatlandırılmış   müştərək   siyasət 
quruculuğu prosesi təsis etməli, proqnozlaşdırma və strategiyaların təhlilində daha asan 
istifadə üçün məlumatlar bazası təşkil etməli və strateji əməliyyat formatında qeydlərin 
aparılması üçün proqram təminatı işləyib hazırlamalıyıq.  
5-ci  Çağırışa o  vaxt  ciddiliklə cavab veriləcək ki,  proqnozlaşdırma funksiyaları bir çox 
təşkilatların   və   hökumətlərin   bir   hissəsinə   çevriləcək,   ən   az   50   ölkədə   milli   GDİ-lər 
istifadə olunacaq, yüksək riskli layihələrin nəticələri onlar həyata keçirilməmişdən qabaq 
nəzərə alınacaq, və Gələcək üçün nəzərdə tutulmuş daimi Komitə ən az 50 ölkənin milli 
qanunvericiliyində mövcud olacaq.
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
:
A
FRİKA
Nigeriya 2008-cil ilədək bir çox dövlət xidmətlərinin onlayn şəkildə təmin olunması 
planlarını   elan   edib.   10   il   ərzində   BMT-nin   İnkişaf   Proqramı/Afrikanın   Gələcəyi 

uzunmüddətli   perspektivləri   orta   və   qısamüddətli   planlaşdırmaya   birləşdirmək   üçün 
hökumətlərlə   iş   aparıb.   80-cı   illərin   əvvəllərində,   bəzi   Afrika   ölkələri   yenidənqurma 
proqramları   həyata   keçirmək   məcburiyyətində   qalandan,   siyasət   quruculuğunun   qlobal 
uzunmüddətli perspektivlərə doğru istiqamətləndirilməsi davamlı şəkildə artıb.   
A
SİYA
 

 O
KEANİYA
Çin beynəlxalq arenada qlobal uzunmüddətli qərar qəbul edici kimi üzə 
çıxır. Yaponiya korporasiyaları və Keydanren uzunmüddətli planlaşdırmaya görə 
məşhurdurlar. Uzunmüddətli planlaşdırma və qərar qəbul etmə səbəbindən Cənubi 
Koreya geniş diapazonlu rabitə yetişim dərəcəsi, onlayn bankçılıq, qlobal hesablamalar 
və klonlaşdırmanın tədqiqi baxımından dünya lideridir.
A
VROPA
:  AB-nin   7-ci   Quruluş   Proqramı   proqnozlaşdırmaya   dəstəyi   artırır,   Gələcək 
Texnoloji Araşdırmalar İnstitutu AB qərar qəbul etmə proses üçün gələcək araşdırmasını 
həyata   keçirir,   və   Avropa   Sağlamlıq   üzrə   Erkən   Xəbərdarlıq   Sistemi   təsis   edir. 
Proqnozlaşdırma 2007-12-ci il üçün Rusiya Federal Proqramına daxil edilib və Elm və 
Texnologiya   prioritetlərini   təsis   etmək   üçün   Delphilər   və   senarilərdən   istifadə   edəcək. 
Qlobal uzunmüddətli təsəvvürlərə, yaşlanan əhali üçün sosial və səhiyyə xidmətləri üçün, 
enerji   sistemlərinin   strukturunu   dəyişmək,   etnik   demoqrafik   göstəriciləri   dəyişmək     və 
Çinin meydana gəlməsi kimi geosiyasi dəyişikliklər üçün nəzərdə tutulan dövlət maliyyəsi 
ilə təkan verilir.  
 
L
ATİN
  A
MERİKASI
:  Bu Fəsildə göstərilmiş 15 Qlobal Çağırışa cavab vermək üçün dünyada 
ən yaxşı ideyalara malik orta məktəb şagirdləriniə Qlobal Minillik Mükafatı təsis olunub. 
Siyasətin   sol   qanadına,   daha   sosialist   siyasətə   doğru   dəyişmə   regionda   gələcək 
haqqında təsəvvürlərə səbəb ola bilər. 
Ş
İMALİ
  A
MERİKA
:  Yeni interaktiv və analitik mexanizmlər proqnozlaşdırmanı inkişaf etdirə 
bilər. Təbii ki əgər vətəndaşlar bunu gözləsə və tələb etsə. Yüksək təsirli halların toplu 
şəklinə   salınması   lazımdır;   bunun   vasitəsilə   tədbirlilik   işinin   fayda   və   ya   (gələcəyin 
araşdırılması üzrə mütəxəsislərin düşüncələri yetərli olmadıqdan) xərclərin artırılması ilə 
nəticələnməsi bariz şəkildə özünü biruzə verir. (Nümunələr üçün CD versiyasının 11-ci 
Fəslinə baxın).

6. 
İnformasiya və kommunikasiya texnologiyalarının məcmusu  hər kəs üçün 
necə işləməlidir?
Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə gücünə 
yiyələnəcək; ondan 25 il sonra, kompüter dünyadakı bütün insanların beyinlərinin emal 
etmə gücünə yiyələnəcək. Eyni vaxtda milyarddan çox insan (dünyanın 17.5%-i) İnternetə 
qoşuludurlar.   Texnoloji   bərabərsizlik   aradan   qalxır   və   davam   edə   də   bilər,   çünki   100 
dollarlıq (XO-1) Massaçusets Texnologiyalar İnstitutunun təlqin etdiyi portativ kompüterlər 
inkişaf edən ölkələrdə sifariş olunur. Bununla da Hər Uşağa Bir Portativ Kompüter arzusu 
reallığa daha bir addım yaxınlaşır, və Makedoniya, Venesuela və Hindistanda əlaqədar 
cəhdlərə   təkan   verilir.   İnternet,   axtarış   və   oxu   səhifələrindən   ibarət   olan   sistemdən 
multimediya mühitinə töhfə verən və bu mühitdə bir-biri ilə əlaqə yaradan istifadəçilərin 
məkanına   çevrilir.   YouTube   əsası   qoyuladan   cəmi   21   ay   sonra   1.65   milyard   dollara 
satıldı;   şirkətlər   dünyadakı   milyonlarla   insanın   diqqətini   cəlb   edərək   ənənəvi   reallıqla 
rəqabət   aparan   “İkinci   Həyat”   adlı   virtual   reallıq   sistemində   və   digər   kiber-dünyalarda 
ofislər tikirlər; Vikipedia qlobal kütləvi intellektə çevrilir; bir çox ölkələr elektron hökumətlər 
təsis   edirlər;   İnternet   sistemi   də   həmçinin   marketinq,   təhlükəsizlik   və   ekoloji   idaretmə 
məqsədlərilə   binaların   və   digər   obyektlərin   daxilində   yerləşdirilən     çox   ucuz   nanotex 
sensorları, kameraları və transqəbulediciləri dəstəkləyəcək. Bəziləri təklif edir ki mövcud 
sistemə   olan   həddən   artıq   tələb   səbəbindən   meydana   gələn   problemlərin   aradan 
qaldırılması   üçün   yeni   İnternet   sistemi   yaradılmalıdır.   2011-ci   ilədək   əlavə   1   milyard 
istifadəçinin də meydana gəlməsi gözlənilir. 
Hal-hazırda dünyada 70 milyon bloq mövcuddur və hər gün 120, 000-i əlavə edilir. Axtarış 
sistemləri   multimedia   materiallarına,   peyk   vasitəsilə   çəkilmiş   təsvirləri   və   tərcümə 
imkanlarına   malik   bir   çox   dilləri   aşkar   edir.   İnsanlar   əldə   etdikləri   məlumatları   və 
Şəbəkədə   olan   proqram   təminatlarını   daha   çox   idarə   etməyə   başlayırlar.   Əvvəllər 
istifadəçilər   bunu   ancaq   öz   şəxsi   kompüterlərində   edirdilər.   Nəticə   etibarilə   proqram 
təminatının   yeniləndirilməsi   və   faylların   arxivləşdiriləsi   barədə   narahatçılıqlar   aradan 
qalxır və məlumatların məxfiliyi məsələləri meydana çıxır.
İnternet artıq qlobalizasiyaya, demokratikləşməyə, iqtisadi artıma, və təhsilə təkan verən 
ən güclü qüvvələrdən biridir. Və indi planetar kollektiv intellekt meydana çıxır. Şəbəkə 
daha   ağıllı   olacaq,   müxtəlif   proqram   təminatlarını   əlaqələndirəcək,   terminləri   müxtəlif 
kontekstlərdə başa düşəcək, və xidmətçidən çox yoldaş rolunu oynayacaq. Kiberməkan, 
məlumatlar, təsvirlər və ideyalar üçün qlobal özül yaradır, və milli, linqvistik, dini və digər 
sərhədləri aşaraq fikirlərin, düşüncələrin və arzuların sərbəst mübadiləsinə imkan verir. 
Biz artıq dünyada həyata keçirilən minlərlə geniş, faydalı layihələrin şahidi olmuşuq. Bu 
layihələr,   20   il   əvvəl   onların   keçirilməsini   qeyri-mümkün   edən   məsafə   və   zaman 
məhdudiyyətlərindən azaddırlar.
Elektron  ticarət   varlı-kasıb   uçurumunu   aradan   qaldırmağa   kömək   edir.   2006-cı   ildə   1 
milyard   mobil   telefon   daşınıb   və   2007-ci   ilin   sonunadək   3   milyard   mobil   telefonun 
istifadədə olacağı gözlənilir. Ay-Fon (iPhone) və əlaqədar cihazlar telefonlar, kompüterlər, 
ay-Podlar (iPods) və televizorlar arasındakı fərqləri itirir. 2006-cı ildə Çində onlayn biznes 
50% artaraq 127.5 milyard dollara çatıb; iqtisadi spektrin digər ucunda, Kinşasa sahibkarı 
3 ictimai mobil telefondan ayda 100% qazanır. 
Bu   mənfəətlər   bir   çox   mürəkkəb   problemlərə   yol   açır.   Qartnerin   dəyərləndirmələrinə 
əsasən, ABŞ istifadəçiləri şəxsi məlumatların oğurlanması (“fişinq”) səbəindən 2.8 milyard 
dollar   itirirlər.   Spamlar   getdikcə   təhlükəliliyini   itirir,   çünki   kiber   cinayətlər   çiçəklənən 

beynəlxalq biznesə çevirilirlər. Bu cinayətlərin hədəfi iri şirkətlər və məlumatların kütləvi 
şəkildə oğurlanmasıdır. Onlayn apteklər qeyri-qanuni və saxta dərmanlar təklif edirlər, və 
hal-hazırda Şəbəkə qəddar ekstremistlərin əsas gücləndirilmə və təlimləndirmə alətinə 
çevrilib. Hələ ki dünyada bütün iştirakçıları qane edəcək, və istifadəçilərə musiqi yazıları 
kimi dəyərli intellektual mülkiyyətləri sərbəst şəkildə  mübadilə etmə imkanı verən iqtisadi 
model  icad  olunmayıb.  Geniş  diapazona  malik şəbəkə  daşıyıcıları  “şəbəkə  neytrallığı” 
konsepsiyasına qarşı mübarizə aparırlar, çünki bu konsepsiya istifadəçi və ya məzmunun 
tipi əsasında ödəniş tələb etmək imkanının qarşısını alacaq. Sosial şəbəkələşmə saytları 
seksual yırtıcılar üçün gəlir yeridir. Şəbəkənin arxitekturası köhnəlmiş və təhlükəli olduğu 
üçün tənqid atəşinə tutulub. Bütün bu çətinliklər, Şəbəkənin özünün bacarıqlarını onlara 
tətbiq   etməklə   ümumdünya   kollektiv   intellekti   və   sürətli   və   çevik   layihə   idarəetməsini 
özündə əks etdirən qlobal “kollaborasiyalar” yaradaraq həll olunmalıdırlar. Maarifləndirici 
proqram təminatına və çoxdilli səs müəyyən olunması proqramına və sintezə qoyulan 
kütləvi sərmayələr kasıb çoxluq üçün zəruri olacaq. Biz hamıya təlim keçmək məqsədilə 
təşviqedici   vasitələr   icad   etməli,   kasıb   regionlara   yardım   göstərmək   üçün   tele-
könüllülərdən   istifadə   etməli   və   hücumlara   və   mühafizə   sistemindəki   zədələrə   qarşı 
kompüter və proqram təminatı baryerlərini təkmilləşdirməliyik.  
6-cı Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki İnternetə çıxış və elementar tele-təhsil 
bütün   dünyada   pulsuz   əldə   olunacaq   və   elementar   tele-tibb   (uzaqdan   idarə   olunan 
təbabət) hər yerdə adi bir hal kimi qəbul olunacaq.
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin