Gələcəyin Durumu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   2   3   4   5   6   7   8   9   ...   15

R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
A
FRİKA
: Afrika problemə ən az yardım edən qitə olsa da, ən çox zərbə alan da o, olacaq. 
Konqo Çayının Hövzəsindəki meşələrin 2/3-si 50 il ərzində yoxa çıxa bilər. Meşə itkisi 
sərhalaşmanı və torpaq erroziyasını sürətləndirir və bununla qitəni iqlim dəyişikliyinə qarşı 
daha da zəiflədir. Sabit infrastruktura qoyulmuş böyük sərmayələr və məhsuldarlıq Afrika 
üçün çox zəruridir. Təbii resursların idarə olunmasının planlaşdırılması və təlimi ümumqitə 
boyu əlaqələndirilməlidir.  
A
SİYA
 

 O
KEANİYA
: Çin CO

emissiyalarında ABŞ-ı ötüb keçib. Asiyanın üzərində olan ozon 
qatı və his səbəbindən havanın çirklənməsi qlobal orta hesabdan iki dəfə artıqdır. Çin SO

çirklənməsi  səbəbindən ÜDM-nin  12%-ini  və kənd təsərrüfatı   torpaqlarının  çirklənməsi 
səbəbindən 2.6 milyard dollar itirib. Hindistan il ərzində korlanmış ekologiyası səbəbindən 
il ərzində ÜDM-nin 10%-ini itirir. Etil spirti və heyvanların qidalanması üçün lazım olan 
taxıl istehsalının artması kənd-təsərrüfatı torpaqlarını məhdudlaşdıra bilər. Halbuki, Çin 
dünya   əhalisinin   22%-ini   dünyanın   7%-dən   az   əkin   üçün   yararlı   torpağının   hesabına 
qidalandırmalıdır.
A
VROPA
:  AB  istixana qazlarının emmisiyasını cəmi 0.9% azaldıb, halbuki, 2012-ci ilədək 
12%  azaltmağı   hədəfə   almışdı.   Lakin  bununla  belə  o,   binalar  üçün  enerji   pasportları, 
məhsullar/ekodizayn   direktivi,   bir   maşında   havaya   buraxılan   qazların   həcmini   130g 
CO
2
/km səviyyəsinə qədər aşağı salmaq (2012-ci ilə qədər) və bir çox ekoloji müqavilələr 
və təşəbbüslərdə öz liderliyini saxlayır. İslandiya 2025-ci ilədək karbon qazı məsələlərində 
neytral olmağı planlaşdırır. İqlim dəyişikliyi növbəti 20 il ərzində Rusiya kənd təsərrüfatına 
fayda verə bilər. 
L
ATİN
 A
MERİKASI
Latın Amerikasında və Karib dənizi hövzəsi ölkələrində illik meşə itkilərinin 
sürəti dünyada ən yüksək həddə çatmışdır. Baxmayaraq ki, etil spirti neftdən daha təmiz 
bir   yanacaqdır,   onun   Braziliyadakı   genişləndirilmiş   şəkər   qamışı   tarlalarından   sürətlə 
istehsalı   torpağı   korlayır   və   Amazon   tropik   meşələrinin   tələf   olması   ilə   nəticələnir. 

Torpaqların ələ keçirilməsi və fermaların kiçik hissələrə bölünməsi bir çox ölkələrə bərpası 
mümkün   olmayan   ekoloji   ziyanlar   vurur.   Transmilli   şirkətlər   ekologiyaya   ziyan   vuran 
qısamüddətli gəlirlərin axtarışında olduqları üçün, təkcə xarici sərmayəyə deyil, həm də 
ədalətlilik prinsipinə əsaslanan yeni model axtarılır. 
Ş
İMALİ
 A
MERİKA
Al-Qoranın “Narahatedici Həqiqət” filminin uğuru iqlim dəyişikliyini BMT-nin 
gündəliyinin   əsas   məsələsinə   çevirməyə   kömək   etdi.   ABŞ   Ali   Məhkəməsi   CO
2-
nin 
çirkləndirici   maddə   oludğunu   təsbit   etdi.   Yerli   hökumətlər   və   korporasiyalar   istixana 
qazlarının   emissiyasını   dayandırmaq   üçün   öz   strategiyalarını   işləyib   hazırlayırlar; 
Kaliforniya   ştatı   2020-ci   ilədək   emissiyaları   25%   azaltmağı   vəd   edib.   Kanadanın   CO

emissiyaları   indi   1990-cı   ildəkindən   30%   artıqdır.   Bu   regionda   nanotexnologiyanın   və 
günəşin   tədqiqində   əldə   olunan   texnoloji   nəticələr   dünyada   davamlı   inkişafa   kömək 
göstərməlidir.
Qrafik 2. Qlobal Səthi Temperatur Anomaliyaları (0C)
Mənbə: NOAA Milli İqlim Məlumaları Mərkəzi Minilliyin Layihəsi dəyərləndirmələri ilə
Baza
 YK
AK
D
ə

c
ə
 C

2. 
Hər kəs üçün kifayət qədər təmiz suyu münaqişəsiz necə əldə etməli?
2025-ci ilədək 1.8 milyard insan su az olan ərazilərdə yaşaya bilər, bu da kütləvi köçlərin 
başlaması üçün kifayətdir. Digər 3 milyard insan isə su çatışmayan ərazilərdə yaşaya 
bilər. Bu gün 750 milyon insan il ərzində adambaşına düşən 1 700 kub metr su payından 
çox aşağı miqdarda su əldə edir və 1 milyard insanın təhlükəsiz içməli su mənbələrinə 
çıxışı   yoxdur.   Hər   qitədə   suyun   səviyyəsinin   aşağı   enməsi   qeydə   alınıb:   bəşəriyyətin 
40%-i beynəlxalq su qovşaqlarından asılıdır; kənd təsərrüfatı torpaqları şorlaşır; yeraltı 
suların   su   saxlayan   təbəqələri   çirklənir;   və   urbanizasiya   suya   olan   tələbatı   bir   çox 
sistemlərin təchiz edə biləcəyindən daha sürətlə artırır.  Göllərdən və çaylardan suyun 
arıdılması son 40 ildə ikiqat artıb. İnsanın təmiz sudan istifadəsinin 70 %-i artmaqda olan 
əhalini qidalandırmaq üçün bundan da daha çoxuna ehtiyac duyan kənd təsərrüfatının 
payına düşür. Təbiətə də həyat üçün kifayət qədər su lazımdır.  Nəticə etibarilə təkcə 
paylaşdırma müqavilələrinə yox, daha çox təmiz suya ehtiyac var. Çirklənmənin daha 
ucuz şəkildə aradan qaldırılması ilə yanaşı buxar şırnaqları istehsal etmək üçün dəniz 
suyunun daxili təzyiqinin artırılması, karbon nanoboruları vasitəsilə suyun filtrasiyası və 
suyun əks-sızması kimi suyun şirinləşdirilməsi prosesində irəliləyişərə də ehtiyac duyulur. 
Səhra sahil  xətləri  boyu  dəniz suyu  ilə  işləyən kənd təsərrüfatı proqramlarının  həyata 
keçirilməsi kənd təsərrüfatının təmiz suya olan tələbatını azalda bilər.
Bizə müştərək qlobal su strategiyası, planı və bu çağırışa cavab vermək üçün biliklərimizi, 
maliyyəmizi və siyasi  iradəmizi cəmləşdirmək üçün  idarəetmə  sistemi lazımdır.  Ərimiş 
sularla suvarma və müəyyən kənd-təsərrüfatı vasitəsilə az suyla çox qida istehsalı, yağış 
suyunun toplanılması və süni suvarma,   su qovşağının idarəolunması, su qiymətlərinin 
seçim   əsaslı   müəyyən   edilməsi   və   dünyada   uğurlu   ictimai   miqyaslı   layihələrin 
çoxaldılmasından əldə olunmuş təcrübələr tətbiq olunmalıdır. Plan, həmçinin, korlanmış 
və   baxımsız   vəziyyətə   düşmüş   əkin   torpaqlarının   meşələrə   və   otlaqlara   çevrilməsinə; 
məişət sanitariyasına, meşə salınmasına, su anbarlarına və çoxməqsədli su sxemlərində 
sənaye   çirkab   sularının   emalına   (təmizlənməsinə);   suyun,   su   bol   olan   ərazilərdən   su 
çatışmayan ərazilərə köçürülməsini təmin etmək üçün ətraf mühitə ziyan vurmayan torpaq 
bəndlərinin, boru kəmərlərinin və su kəmərlərinin inşasına kömək etməlidir. Təmiz suyun 
və   elementar   sanitariyanın   əldə   olunması   insan   haqlarına   çevrilməlidir.   Həmçinin, 
heyvanların   gövdə   hüceyrələrindən   istifadə   etməklə   ət   toxumalarının   istehsal   edilməsi 
(heyvanın yaradılması zərurəti olmadan) və dünyada vegeterianlığın artırılması yolu ilə 
suya qənaət edilə bilər.   
İnkişaf edən dünyada mövcud olan xəstəliklərin 80%-i su ilə əlaqəlidir. Onların çoxu insan 
ifrazatının aşağı səviyyədə idarə olunmasından qaynaqlanır. Təqribən 2.6 milyard insan 
sanitar   xidmətlərin   çatışmamazlığından   əziyyət   çəkir.   Bir   çox   böyük   çaylar   okeana 
çatmamışdan   əvvəl   ilin   bir   hissəsi   ərzində   quru   axırlar.   YUNİCEF   və   ÜST-nin 
dəyərləndirmələrinə görə, inkişaf edən ölkələrə 2015-ci ilədək həm ən ucuz içməli su və 
həm   də  ən  ucuz  elementar  sanitar   xidmətləri   qarşılamaq   üçün  il  ərzində  ən  azı  11.3 
milyard dollar lazım olacaq. Halbuki, inkişaf məqsədilə göstərilən yardımdan cəmi 5%-i su 
sahəsinin payına düşür. Əgər dünya MİM-in su üzrə məqsədinə nail olsa, ümumi iqtisadi 
mənfəət çəkilən xərcləri ötərək ildə 38 milyard dollar olacaq. Böyük siyasi və texnoloji 
dəyişikliklər baş verməyincə, suyun kənd təsərrüfatı, şəhər üçün və ekololoji məqsədlərlə 
istifadəsində  güzəştlər   ətrafında   münaqişələr  qaçılmazdır.   Su  bölüşdürücü  müqavilələr 
hətta münaqişədə olan insanlar arasında meydana gəlib və digər sahələrdə əməkdaşlığa 
gətirib çıxarıb.  

2-ci Çağırışa o vaxt ciddi cavab veriləcək ki, təmiz su əldə edə bilməyən insanların və su 
ilə əlaqəli xəstəliklərdən əziyyət çəkənlərin sayı yarıbayarı azalacaq və kənd təsərrüfatına 
sərf edilən suyun faizi 5 il dalbadal azalacaq.
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
A
FRİKA
: aşağı Sahara Afrikası 2015-ci ilədək su üzrə MİM-nə nail olmaq üçün təmiz suya 
olan çıxışını 3 dəfə artırmalıdır, lakin çox az sayda Afrika hökumətləri ÜDM-nin 0.5%-
indən   çoxunu   suya   və   sanitar   xidmətlərə   sərf   edirlər.   İqlim   Dəyişiklikləri   üzrə 
Hökumətlərarası Komissiya xəbərdarlıq edir ki, orta temperaturun 1-2°C artması 250-600 
milyon afrikalını su çatışmayan şəraitdə qoya bilər. Afrika dünyanın ən böyük beynəlxalq 
su hövzələrinin  1/3-nə  malik  olsa  da,  öz  bərpa  olunan  su  mənbələrinin  6%-dən  azını 
istifadə edir. Afrikanın çox hissəsi yağış suyu ilə işləyən kənd-təsərrüfatından asılı olduğu 
üçün,   təkmiləşdirilmiş   yağış-suyu   ilə   işləyən   sistemlər   və   artan   kənd   təsərrüfatı 
məhsuldarlığı bilavasitə milyonlarla afrikalının həyatını yaxşılaşdıracaq.
A
SİYA
 

  O
KEANİYA
:  Yantszı,   Mekonq,   Saluin,   Qanqa,   və   Hind   çayları   dünyanın   10   ən 
çirklənmiş çayları arasındadır və onların bəziləri zaman keçdikcə quruya bilər. Hadisələrin 
ən   yaxşı   gedişatına   görə   Çində   suyun   vəziyyətinin   növbəti   8   il   ərzində   pisləşməsi 
gözlənilir. Çin dünya əhalisinin 22%-inin ehtiyaclarını qarşılamaq üçün dünyanın təmiz 
suyunun cəmi 8%-inə malikdir. 12 milyondan çox Çinli içməli su azlığından əziyyət çəkir 
və içməli suyun 75%-i çirklidir. Çinin 2010-cu ilədək günbəgün 800 000-dən 1 milyon  
kubmetrədək dəniz suyunu şirinləşdirməsi gözlənilir. Qeyd edək ki, bu göstərici 2005-ci 
ildə  gün   ərzində   120  000   kub   metr   olub.   Çin,  həmçinin  suyu   Tibet   dağlarından  daha 
inkişaf   etmiş   şimali-şərq   hissəsinə   köçürməyi   planlaşdırır.   Çində   su   çatışamamazlığı 
səbəbindən məcburi köçmələr başlayıb, Hindistan isə bu vəziyyətlə üzləşəcək növbəti 
ölkə olmalıdır. Hindistanda 2025-ci ilədək şəhərin suya olan tələbatının ikiqat artması və 
sənayenin suya olan tələbatının üçqat artması gözlənilir. İshal Hindistanda il ərzində 450 
000 insanın ölümünə səbəb olur. 
A
VROPA
:  Kipr,   Bolqarıstan,   Belçika,   İspaniya,   Malta,   Keçmiş   Yuqoslaviya   Respublikası 
Makedoniya, İtaliya, Birləşmiş Krallıq və Almaniya da su çatışmayan ölkələrdən sayıla 
bilər; AB əhalisinin 14%-i su çatışmamazlığının təsirinə məruz qalıb. Dunay çayı boyu 
əsas subasar ərazilərin 80%-dən çoxu və onun əsas qolları su bəndləri, çirklənmə və 
iqlim dəyişikliyi səbəbindən itib batıb. Belçika hökuməti suyu insan haqqı kimi tanıyır və 
onun inkişaf məqsədilə göstərəcəyi yardım suyun üzərində cəmləşəcək. Almaniyada su 
kəməri təsərrüfatı fermerlərə üzvi (orqanik) əməliyyatlara keçmələri üçün pul ödəyir, çünki 
bu,   kənd   təsərrüfatında   istifadə   olunan   kimyəvi   preparatların   su   resurslarından 
ayrılmasından daha ucuz başa gəlir. Rusiya Çin və Mərkəzi Asiyanı suyla təchiz edə bilər. 
L
ATİN
  A
MERİKASI
:  Regionun   dünya   su   ehtiyatının   28%-nə   malik   olmasına   baxmayaraq 
demək olar ki, 80 milyon insanın təhlükəsiz içməli su mənbələrinə çıxışı yoxdur və 120 
milyon insan çirkab suların təmizlənməsinə ehtiyac duyur. Yeni su ehtiyatları yaradılmasa, 
suyun   idarə   edilməsi   mədəniyyətinə   nail   olunmazsa,   özəlləşdirməyə   yönəlmiş   həm 
uğurlu,   həm   də   uğursuz   yanaşmalardan   əldə   olunmuş   təcrübələr   tətbiq   olunmasa   və 
həmçinin qanunvericilik institutlar və ölkələr arasında su ehtiyatlarının daha etibarlı, şəffaf 
və sabit idarə olunması siyasətlərinin tətbiqinə doğru təkmilləşdirilməsə, su böhranı yaxın 
zamanda böyük şəhərlərdə də meydana gələcək. Su və sanitar xidmətlərdə problemlər 
regiona   ildə   təqribən   29   milyon   dollara   başa   gəlir.   Siyasət   qurucuları   özəlləşdirmə 
prosesindən əldə olunmuş təcrübələrə və keçmişdə baş vermiş uğursuzluqlardan alınmış 
dərslərə daha çox diqqət ayırmalıdırlar.

Ş
İMALİ
 A
MERİKA
ABŞ-da elektrikin hər kilovatt/saatına soyudulma üçün 25 qallon su tələb 
olunur, bu da elektrik stansiyasını kənd təsərrüfatından sonra ölkədə ikinci ən böyük su 
istehlakçısına çevirir. Son 5 il ərzində şəhərin suya olan tələbatı ABŞ-da orta hesabla 
27% və Kanadada 58% artıb. Son 20 il ərzində adambaşına düşən su istehlakı aşağı 
düşüb, amma hələ də 16 milyon amerikalıya su norma ilə verilir. Su ictimai problemə 
çevrilə bilərdi; kasıb insanlar azad bazar paylaşdırmasının ilk qurbanları olacaqlar. Ekoloji 
Mühafizə   Agentliyi   aşkar   edib   ki,   ABŞ-dakı   çayların   yarısı   çirklənib.   Hökumətin   kənd-
təsərrüfatının   su   tələbatına   ayırdığı   subsidiyalar   mühafizəni   təşviq   etmək   üçün 
dəyişdirilməlidir.   Atmosferdən   su   ayrılmasından   tutmuş   nanofiltrasiya   və   suyun 
saflaşdırılması üçün istifadə olunan paketlərəcən yeniliklər artır. 
Qrafik 3. Təmiz su mənbələrindən istifadə imkanı olmayan əhali (əhalinin faizi)
Mənbə:   Beynəlxalq   Səhiyyə   Təşkilatı   və  YUNİSEF,  MİM-in   İçməli   Su   və   Sanitariya 
Məqsədinə nail olunması və Minilliyin Layihəsi tərəfindən dəyərləndirmə
Baza
 YK
  AK
Əh
alin
in
 
Fai
zi

3. 
Əhali artımını və resursları (ehtiyatları) necə tarazlaşdırmalı
Dünya  əhalisi yüksək ölüm sayından və yüksək doğum sayından aşağı ölüm sayına və 
aşağı doğum sayına doğru dəyişir. Bu gün 6.6 milyard insanın yarısı şəhərlidir; 2050-ci 
iləcən   isə   2/3-si   şəhərli   ola   bilər.   Şəhər   əhalisinin   təqribən   1/3   hissəsi   xarabalıqlarda 
yaşayır və 2030-cu iləcən xarabalıq sakinlərinin sayı ikiqat artacaq. Dünyadakı uşaqların 
25%-i protein-enerji  çatışmamazlığından  əziyyət  çəkir,   bu  da  əqli  inkişafın  zəifləməsiə 
səbəb olur. 2050-ci ildə dünya əhalisinin ¼-nin (Afrika istisna olmaqla) yaşı 6-dan yuxarı 
olacaq. BMT-nin orta proqnozuna əsasən 2045-ci ildə yaşı 60-dan yuxarı olanların sayı 
yaşı 15-dən aşağı olanların sayından çox olacaq. Bu gün yaşlı insanların təqribən 65%-i 
inkişaf etməkdə olan ölkələrdə yaşayır; 2050-ci ilədək bu göstərici təqribən 80% olacaq. 
Dünya ilk olaraq varlandı, sonra yaşlandı, lakin inkişaf etməkdə olan ölkələr vaxtın idarə 
olunmasında daha çox çətinliklərlə üzləşəcəklər. Baxmayaraq ki, onlar o qədər də sürətlə 
yaşlanmırlar. Təqaüd, səhiyyə sistemləri və mədəniyyət dəyişməyə məcburdur. BMT-nin 
aşağı proqnozuna əsasən, 2050-ci ilədək əhalinin sayı düşməyə başlamamışdan daha 
2.8   milyard   nəfər   arta   və   2100-cü   ilədək   5.5   milyarda   çata   bilər,   lakin   texnoloji 
irəliləyişlərin bu proqnozları növbəti 50 il ərzində dəyişərək insanlara bu gün mümkün 
olan həyatdan daha uzun və daha səmərəli həyat sürmək imkanı verəcəyi ehtimal olunur. 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəyərləndirmələrinə əsasən aclıq üzrə 
MİM-nə   nail   oluna   bilər,   lakin   bu   bilavasitə   ac   insanların   azaldılması   ilə   yox,   əhalinin 
artması   ilə   şərtənir.   Doyunca   qidalanmayan   insanların   mütləq   sayı   90-cı   illərin 
əvvəllərindən bu yana cəmi 3 milyon azalıb, halbuki 70-ci illərdə 37 milyon, 80-cı illərdə 
isə   100   milyon   azalmışdı.   2001-2003-cü   illərdə   onların   sayı   90-cı   illərdəkinin   əvəzini 
çıxmaqla 23 milyon çoxalıb. Dünyada hələ də 854 milyon doyunca qidalanmayan insan 
var. İqlim dəyişikliyi və monokulturalar kənd-təsərrüfatının yaşaması üçün çox mühüm 
olan   biomüxtəlifliyi   korlayır.   Əhali   artımını   azaldan   amillərin   hələ   də   gücləndirilməyə 
ehtiyacı vardır. Gəlirlərin artması, savadlılığın artırılması, uşaq ölümü hallarının azalması, 
qadınların   təhsil   alması   və   onlara   səlahiyyələrin   verilməsi,   urbanizasiya   və   ailə 
planlaşdırması bu amillərə aiddir. 
Bütün balıq ehtiyatlarının ¼-i tükənib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 
dəyərləndirmələrinə əsasən şəhərin su ilə bağlı tələbləri artdığı halda kənd təsərrüfatına 
2030-cu ilədək əlavə 2 milyard nəfəri qidalandırmaq üçün tələb olunan suyun miqdarı 
60% artırılmalıdır. Kənd təsərrüfatı torpaqlarının təqribən 40%-i orta və 9%-i isə yüksək 
dərəcədə korlanıb və ümumi məhsuldarlıq 13% azalıb. Daha düzgün insan-təbiət vəhdəti 
sayəsində   kifayət   qədər   qidalanma,   sığınacaq,   su   və   sanitar   xidmətlər   olmadan, 
miqrasiyalar,   münaqişələr   və   xəstəliklər   qaçılmaz   görünür.   “UN-HABITAT”-ın   verdiyi 
məlumata əsasən şəhər yoxsullarının 1/3-i iqlim dəyişikliyi səbəbindən meydana gəlmiş 
“ekoloji qaçqınlardır”. 
Problem olduğu zənn edilən urbanizasiya öz əlverişliliyinə və miqyasın müsbət effektinə 
görə insan şəraitini yaxşılaşdıran başlıca amillərdən biridir. Şəhərlərdə mənzillə, suyla, 
sanitar   xidmətlər   və   yaxın   zamanda   ikiqat   artacaq   digər   şəhər   infrastruktur   tələblərilə 
təmin olunma üçün yaradıcı maliyyə modelləri işlənib hazırlanır. Gənc nəslin çiyinlərində 
olan iqtisadi yükü azaltmaq və həyat səviyyəsinə dəstək vermək üçün insanlar daha uzun 
müddət   işləyəcək   və   uzaqdan   idarə   olunan   işlərin,   natamam   işlərin   və   iş   yerlərinin 
rotasiyasının bir çox formalarını yaradacaqlar. Nanotexnologiyalar məhsul buraxılışının 
hər vahidi  üzrə material  sərfiyyatını  azaldır, lakin  məhsulun faydasını və davamlılığını 
artırır. İKT dünya miqyasında real zaman məkanında tələb və resurslar arasında optimal 
tarazlığın   tapılması   üçün   yararlıdır.   Yağış   suları   ilə   suvarılan   kənd   təsərrüfatına, 
suvarmanın idarə edilməsinə, məhsul göstəricisinin artması, quraqlığa dözümlü olan bitki 
sortlarının   yetişdirilməsi   üçün   genetik   mühəndisliyə   ehtiyac   duyulacaq.   Hal-hazırda, 
inkişaf edən ölkələrdə kənd təsərrüfatı şumluq torpaqların 80%-indən istifadə edir. Bu 

torpaqların   20%-i   suvarılır.   Məhsuldar   şumluq   torpaqları   əldə   saxlamaq   üçün   kütləvi 
səylərə ehtiyac var. Heyvani zülala olan tələbat 2020-ci ilədək 50% arta bilər və bu da 
genetik   cəhətdən   şəklini   dəyişmiş   ərzağa,   akva-mədəniyyətə   (insan   istehlakı   üçün 
müxtəlif heyvan və  bitkilərin  yetişdirilməsi) və heyvanın böyüdülməsi  zərurəti  olmadan 
heyvanların gövdə hüceyrələrindən istifadə etməklə ət toxumalarının istehsal edilməsinə 
kütləvi sərmayələrin qoyulmasına təkan verə bilər. Səhra sahil xətləri boyunca dəniz suyu 
ilə   işləyən   kənd   təsərrüfatı   proqramlarının   həyata   keçirilməsi   bioyanacaqlar,   kağız 
sənayesi üçün maddə, insanlar və heyvanlar üçün qida istehsal olunmasını təmin etməklə 
yanaşı,   həmçinin   karbonun   sorulmasına   səbəb   ola   və   təmiz   suyun   istifadəsini   azalda 
bilər. 
3-cü Çağırışa o vaxt ciddi cavab veriləcək ki, dünya əhalisinin illik artımı 30 milyondan 
aşağı düşəcək, ac insanların sayı yarıbayarı azalacaq, körpə ölümü yarıbayarı azalacaq 
və yaşlanmaya doğru yönələn yeni yanaşmalar iqtisadi cəhətdən yaşamağa qabil olacaq.
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
:
A
FRİKA
Afrika bu gün yaş medianı 20-dən aşağı olan yeganə regiondur və 2050-ci ilədək  
60   və   60-dan   daha   çox   yaşı   olan   əhalinin   faizi   10%-dən   bir   az   çox   olacaq.   Şəhər 
ərazilərinin idarə olunması keyfiyyətini xeyli azaldan amillərdən biri QİÇS-dir. Bu xəstəlik 
Botsvanada həyat  davamlılığını  35 yaşa  endirib.  Halbuki,  1985-ci  ildə  bu  göstərici  67 
olub.   Münaqişələr   hələ   də   inkişaf   məqsədilə   qoyulan   sərmayələrin   qarşısını   alır, 
məhsuldar şumluq torpaqları korlayır, qaçqınların meydana gəlməsinə, qitə boyu ərzaq 
böhranlarının baş verməsinə səbəb olur və təbii resursların daha yaxşı idarə olunmasının 
qarşısını alır.   
A
SİYA
 

  O
KEANİYA
:  Çində 2005-ci ildə 60 və 60-dan daha yuxarı yaşı olan 144 milyon 
insanın   2050-ci   ildə   438   milyona   çatacağı   gözlənilir.   Ultrasəsli   müayinənin   geniş 
yayılması, abortların asanlıqla başa gəlməsi və adət üzrə oğlanlara üstünlük verilməsi 
səbəbindən Çində hər doğulan 118 oğlana 100 qız düşürdü. Çin ən tez 2010-cu ildə işçi 
qüvvəsinin çatışmamazlığı ilə üzləşə bilər. 2050-ci ilədək Hindistanda Çindən daha çox 
insan olacaq və bu gün Hindistanda aşağı-Sahara Afrikasındakından daha çox ac uşaq 
var. Dünyada ən çox yaşlı əhaliyə malik ölkə Yaponiyadır. Yaponiyada hal-hazırda 43 
olan   yaş   medianı   2050-ci   ilədək   55-ə   çata   bilər.   Bu,   Yaponiyanın   öz   mühacir   işçi 
siyasətlərini   dəyişməyə   və   robotlaşdırılmış   işçi   qüvvəsi   cəlb   etməyə   vadar   edəcək.   İl 
ərzində 7 000 dollardan çox qazanan asiyalılar sayca ABŞ-ın, Kanadanın və Avropanın 
ümumi əhalisini ötüb keçir. Bu da tayı-bərabəri olmayan bir istehlak üçün özül deməkdir. 
Yeni   məşğullluq   konsepsiyaları   hal-hazırda   yaşları   25-dən   aşağı   olan   və   ənənəvi 
məşğuliyyət  axtarışında  çətinliklə  üzləşən ərəblərin 60%-i  arasında  hökm  sürən siyasi 
səbatsızlığın qarşısının alınması üçün gərəkli ola bilər.
Sinqapur   növbəti   40-50   il   ərzində   yaşlanma   tendensiyaları   ilə   mübarizə   aparmaq 
məqsədilə 2 milyon mühacir toplamağı planlaşdırır.
A
VROPA
: Avropanın yaşlanan əhalisi, durğun artım, 2050-ci ilədək əhalinin layihələşdirilmiş 
şəkildə   70   milyon   azaldılması   və   gənc   əhalinin   azlığı   təqaüd   və   sosial   sığorta 
sistemlərində,   daha   çox   uşaq   üçün   təşviqedici   vasitələrdə   və   mühacir   əməyində   baş 
verən   artımlarda   dəyişikliklərin   meydana   gəlməsinə   təkan   verərək,   beynəlxalq 
münasibətlərə, mədəniyyətə və sosial quruluşa təsir göstərəcək.

Birləşmiş Krallığın əhalisi  yeni AB ölkələrindən miqrasiya və yaşlanma səbəbindən 2005-
ci ildə 0.6% artıb. Proqnozlara görə Rusiyanın əmək  qabiliyyəti yaşında olan əhalisinin 
sayı yaxın 10 il ərzində 50% aşağı düşə bilər və 2050-ci ilədək onun ümumi əhalisinin 
1/3-ini   təşkil   edə   bilər.   Bu,   Rusiyada   doğulan   hər   ikinci   uşağa   görə   10   000   dollar 
məbləğində   müavinətin   verilməsinə   və   analıqla   bağlı   səhiyyə   xidmətinin 
təkmilləşdirilməsinə səbəb olmuşdur. Əgər adambaşına düşən sərfiyyat artmaqda davam 
etsə,   azalan   əhali   avtomatik   şəkildə   resurslardan   daha   az     istifadəyə   gətirib 
çıxarmayacaq. BSE (“dəli dana”) kimi heyvan xəstəlikləri və müxtəlif ərzaq qalmaqalları 
üzvi qidalara olan istehlak tələbatının artmasına təkan verdi. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin