Gələcəyin Durumu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   ...   7   8   9   10   11   12   13   14   15

Ş
İMALİ
  A
MERİKA
:  2006-cı ildə ABŞ-da keçirilən seçkilərdə korrupsiya və əxlaqi prinsiplər 
seçicilərin   seçimlərini   müəyyənləşdirən   ən   mühüm   məsələlər   olub.   Qlobal   Əxlaqi 
Prinsiplər   İnstitutunun   apardığı   araşdırmaya   əsasən,   qərar   qəbul   etmə   prosesinin 
proqram   təminatı,   istifadəçiləri   onların   universal   hörmət,   vicdan,   mərhəmət,   ədalət   və 
məsuliyyət   dəyərlərinə   əsaslanan   qərarlarının   əxlaqi   müzakirələri   vasitəsilə   təhrik   edə 
bilər. Sosial məsuliyyətli investisiya fondları günü-gündən artır.   Korrupsiyanın qarşısını 
almaq məqsədilə daha yaxşı real-vaxt əsaslışəffaflıqla yanaşı, siyasi qərar qəbul etmə 
prosesində   əxlaqi   prinsipləri   təkmilləşdirmək   üçün   yeni   tipli   maliyyə   yanaşmalarına 
ehtiyac var.
 

Qrafik 15. 
Qlobal Çağırışlar və GDİ Prosesi 
- Ən yaxşı və pis dəyərlər
- Tendensiyaların Təsirinin Təhlili
- GDİ-yə təsir edən amillər 
- Tarixi Məlumat və Proqnozlara Baxış
- Metodologiyaya yenidən Baxış
- Real Time Delphi-dən istifadə edərək Dəyişənlərə yenidən baxış
Qlobal Çağırışlar 
Gələcəyin Durumu İndeksi
GDİ-nin Yenilənməsi
Milli GDİ
Б
- Ümumi Təsvir
- Regional Baxışlar
- Fəaliyyət
- İndekslər
182 Dəyişiklik
180 Dəyişiklik
Distilə edilmiş 
Məlumat
131 Fəaliyyət ilə 
15 Məsələ
213 Fəaliyyət ilə
15 İmkan
213 Fəaliyyət ilə
15 Qlobal Çağırış
Qlobal Çağırışlar
- Davamlı Yenilənmə
- Tərəqqinin Ölçülməsi
- Ən yaxşı və pis dəyərlər
- Tendensiyaların Təsirinin Təhlili
- GDİ-yə təsir edən amillər 
- Tarixi Məlumat və Proqnozlara Baxış
- Metodologiyaya yenidən Baxış
- Real Time Delphi-dən istifadə edərək Dəyişənlərə yenidən baxış

2. Gələcəyin Durumu İndeksi
Gələcəyin   Durumu   İndeksi   ümumilikdə   gələcəyə   baxışın   onillik   ölçüsüdür.   O   əsas 
dəyişənlərdən və proqnozlardan istifadə edilərək hazırlanır və bütövlükdə gələcəyin daha 
yaxşı və ya pis olacağını təsvir edir. GDİ gələcəyə baxışın istiqamətlərini və intensivliyini 
göstərmək   və   məsul   amilləri   müəyyən   etmək   niyyəti   daşıyır.   Minillik   Layihəsinin   bəzi 
indeksli   eksperimentləri,   irəli   sürülmüş   strategiyaların   nominal   Gələcəyin   Durumu 
İndeksinə   təsirini   nümayiş   etdirməklə   strateji   məqsədlər   üçün   necə   istifadə   oluna 
biləcəyini aydınlaşdırıb. GDİ yanaşması sistem daxilindəki elementlər arasındakı əlaqələri 
–  vahid   dəyişikliyin   necə   bütün   sistem   boyu   pulyasiya   etdiyini   -   araşdırmaq   üçün 
mexanizm təqdim edir. Başqa sözlə, bəzi müsbət, gözlənilən, həmçinin gözlənilməyən 
nəticələr və bu il aparılan işlər də daxil olmaqla, millət-millət müqayisələrini artıracaq milli 
GDİ-lərin qurulması üçün standartlar yaradır. 
Lakin çoxlu sayda dəyişənləri vahid indeksdə birləşdirmək detalların itkisinə gətirib çıxara 
bilər. İndeksin yaradılması, təkcə daxil ediləcək dəyişənlərin seçilməsini deyil, həm də 
onların qiymətləndirilməsini tələb edir. Qlobal şərtlərin indeksi regionlar, millətlər və ya 
qruplar   arasındakı   dəyişənlərin   üstünü   örtə   bilər.   İndeksin   aşkar   qiymətləndirilməsi 
asanlıqla onun dəqiqliyi ilə səhv salına bilər. Bu səbəblərdən, sosial və iqtisadi şərtlərin 
izlənilib tapılmasında maraqlı olan bir çox insanlar özlərinin vacib, xüsusi və fərqli hesab 
elədikləri dəyişənləri saxlamağa üstünlük verirlər. Nəticə etibarilə, indeksi formalaşdıran 
dəyişənlərə   xüsusi   diqqət   yetirilir.   Bu   dəyişənlər   dəqiq   mənbələri   axtarıb   tapır   və 
dəyişikliklər meydana gələrkən onarı izləyib tapır. 
Gələcəyin Durumu İndeksi ilk dəfə Minillik Layihəsinin 2001-ci il üçün Gələcəyin Durumu 
hesabatında şərh edilib. O vaxtdan bəri Gələcəyin Durumu hesabatlarının GDİ fəsli bütün 
səylərini   məlumatlar   mənbəyində   və   metodun   özündə   təkmilləşdirmə   aparmağa 
cəmləşdirib.  Bu fəsil 2006-07-ci illərdə həyata keçirilmiş GDİ araşdırmasının xülasəsini 
təqdim edir.   GDİ-lərin altı-illik təffərüatları və təhlili və köməkçi məlumatlar kompakt disk 
versiyasının 2-ci Fəslinə daxil edilib.

Cədvəl  2. GDİ Dəyişənləri
2007-ci il üçün GDi-nə Daxil Edilmiş Dəyişənlər

Təmiz su mənbələrindən istifadə imkanı olmayan əhali (əhalinin faizi)

Savadlılıq səviyyəsi, yaşlı insanların ümumi sayı (yaşı 15 və daha çox olan insanların faiz 
göstəricisi)

Korrupsiya səviyyəsi (15 ən böyük ölkə)

Məktəblərə qəbul, orta məktəblər (ümumi faiz)

Gündəlik 1 dollar səviyyəsində adambaşına düşən yoxsulluq nisbəti (əhalinin faizi) (Aşağı və 
Orta Gəlirli Ölkələr)

Nüvə silahına malik və ya onunla bağlı planlarının olması zənn edilən ölkələr (sayı)

CO2-nin (karbon qazının) emissiyası (qlobal, karat
 
)

 İşsizlik, ümumi (ümumi işçi qüvvəsinin faizi)

Enerji   istifadəsinin   hər  bir   vahidi   üzrə   ÜDM  (   hər  neft   kiloqramı   ekvivalenti   üzrə   2000$ 
konstanta)

Geniş silahlı münaqişələrin sayı (ölüm hallarının sayı >1 000)

Əhali artımı (illik faiz)

Tədqiqat və Təkmilləşdirmə xərcləri (dövlət büdcəsinin faizi)

Terror aktları nəticəsində öldürülmüş və ya yaralanmış insanlar (sayı)

Bölünməyən və qeyri-mədən mənbələrdən hasil edilən enerji (əsas enerji 
   
təchizatının müəyyən faizi olaraq) 

Qida ehtiyatı (kalori/həcm)

Müstəqil ölkələrdə yaşayan əhali (ümumi qlobal əhalinin faizi)

Qlobal Səthi Temperatur Anomaliyaları

Adambaşına düşən ÜDM (sabit 2000 ABŞ dolları)

Seçkilərdə səs verən Əhali (səsvermə hüququna malik olan əhalinin yaş qrupunun faizi)

Terapevtlər (hər 1000 adama) (Səhiyyə işiçilərini əvəz edə biləcək)

İnternet istifadəçiləri (hər 1000 adama)

Körpə ölümü (hər 1000 doğuma düşən ölüm sayı) 

Meşə torpaqları (bütün torpaq sahələrinin faizi) 

Doğum zamanı gözlənilən həyatın davamlılığı (illər)

Parlamentlərdə qadınlar (bütün üzvlərin faizi)

Qaçqınların sayı (ümumi əhalinin hər 100.000-nə düşən)

Tam Borc Xidməti (Ümumdaxili Gəlirin faizi) (Aşağı və Orta Gəlirə malik Ölkələr)

HİV virusunun yayılması (əhalinin faizi)

Qətillər, düşünülmüş (qəsdlə) (hər 100 000 adama)

2007-ci il üçün Qlobal GDİ
GDİ-yə   daxil   edilən   dəyişənlər   2006-07-ci   illərdə   yenidən   qiymətləndirilib.   (metodun 
təfərrüatları   üçün  kompakt   disk   versiyasının   “L”   Əlavəsinə  baxın).   Araşdırmada   iştirak 
etmiş   iştirakçılar  dəyişənləri   qiymətləndirmək,   ən   pis   və   ən   yaxşı   ssenariləri 
qiymətləndirmək, GDİ-yə daxil edilmək üçün yeni dəyişənlər təklif etmək, ən azı 20 il tarixi 
məlumatlara malik mənbələri təklif etmələri üçün sorğu-sual ediliblər. 
Real Time Delphi metodunun verdiyi nəticələr üzərində işləyərək, 29 dəyişəndən istifadə 
olunaraq yeni qlobal GDİ qurulub. Bu dəyişənlər, məlumatın əldə olunması və əsas GDİ 
araşdırmalarında  dəyişənlərin  istifadəsi  üzrə RT  Delphi  araşdırmasında  aldıqları  xallar 
əsasında seçiliblər. Daha sonra, mümkün olan yerlərdə, həm milli həm də qlobal GDİ 
tətbiqinə faydalı olan vahidlər seçilib. 2007-ci il GDİ-sində istifadə olunmuş dəyişənlərin 
siyahısı Cədvəl 2-də yer alıb.   
Tez-tez manipulyasiya tələb olunsa da, demək olar ki bütün dəyişənlər üzrə onlayn tarixi 
məlumat mənbələri əldə olunub. Və həm çatmayan məlumatları daxil etmək və həm də 
növbəti 10 ildə proqnoz əldə etmək üçün məlumatlar zaman seriyalarına uyğunlaşdırılır.  
2007-ci il GDİ-si daha əvvəlki təhlillərlə bilavasitə müqayisə edilmir, çünki dəyişənlərin 
çoxu onların milli GDİ hesablamalarında istifadəsini asanlaşdıracaq şəkildə ifadə olunur. 
Məsələn, köhnə dəyişən sayılan “Əhalinin illik əlavəsi (milyon)” indi “Əhali artımı (iilik faiz) 
kimi ifadə olunur. İkincisi, artıq “Tədqiqat və Təkmilləşdirmə xərcləri (milli büdcənin faizi)” 
kimi  Real   Time   Delphi-yə  daxil  olunan  məlumatların  nəticələri   kimi  əlavə   edilmiş  yeni 
dəyişənlər mövcuddur. Əvvəlki araşdırmalarda istifadə olunan bəzi dəyişənlər yenilərilə 
əvəz olunub; məsələn, “Yerli tibbi xidmətlərə çıxışı olan insanların sayı (15 ən çox əhalisi 
olan ölkələrdə)”, “Terapevtlərlə (hər 1000 min adama)” əvəz olunub. Bu isə milli GDİ-lər 
üçün daha asan əldə oluna bilən və daha müvafiqdir. Ən son olaraq, məlumatları daha 
fərqli şəkildə təqdim edən yeni məlumat mənbələri tapıldığı üçün bəzi dəyişənlər dəyişilib. 
Məsələn,   əvvəlki   araşdırmalarda   “Zorakı   qətllər   (17   ölkədə.   hər   100,   000   adama)” 
dəyişəni  istifadə  olunurdu.   Cari  araşdırmalarda  isə   “Qəttlər,  düşünülmüş  (qəsdlə)  (hər 
100, 000 adama)” dəyişəni istifadə olunur.   
The 2007 GDİ qrafik olaraq Qrafik 16-da şəkildə göstərilib.
Qrafik 16. GDİ 2007
RT Delphi araşdırmasında iştriak etmiş respondentlərin GDİ-nin nəticələri üçün vacib ola 
biləcəyini   düşündükləri   hadisələrin   təsirlərini   tədqiq   etmək   üçün  tendensiyanın   təsirin 
təhlili də həyata keçirilib. Bütövlükdə 90-dan çox hadisə nəzərə alınıb. Bu hadisələrdən, 

və   meydana   gəlmə   ehtimallarının   qiymətləndirilməsindən   və   heyət   tərəfindən   edilən 
təsirlərdən istifadə etməklə, fərdi dəyişənlərin Tendensiyanın Təsirinin Təhlili proqnozları 
və   GDİ   özü   hazırlanıb.   Tendensiyanın   Təsiri   Təhlili   proqnozlaşdırılmış   GDİ-ni   elə 
təkmilləşdirir ki, tarixi tendensiyalar növbəti onillik ərzində uzadılsın. Qrafik 17 Tendensiya 
Təsirinin Təhlilinin istifadə olunmuş GDİ-ni göstərir.      
Məlum olub ki, proqnozlar öldürülən insanların sayının gözləniləndən iki dəfə çox olduğu 
terror aktları və gözlənilməz, lakin baş verə biləcək fəlakətlər kimi bəzi gələcək hadisələrə 
qarşı çox həssas olub. Bu cür hadisələr GDİ-ni 15 il əvvəl mövcud olmuş dəyərlərdən də 
aşağı dəyərlərə sala bilər. Rəqəmlərin bir az fərqli olmasına baxmayaraq, 2007-ci il GDİ 
Qrafikı də eynən son bir neçə ilin GDİ qərarlarının ümumi şəklini göstərir: 1980-ci illərin 
ortasından nisbətən sürətli artım, sonra növbəti 10 ildə davamlı, lakin daha sonra artım 
yavaş olmuşdur. Daha əvvəl sadalanmış səbəblərdən fərdi müqayisələrin aparılmasının 
mümkün olmasına baxmayaraq, 2005-ci və 2007-ci il üçün GDİ-lər Qrafik 18-də göstərilib. 
Qrafik 17. 2007-ci il üçün GDİ,  Tendensiya Təsirinin Təhlili ilə
Qrafik 18. 2005 və 2007-ci il GDİ-lərinin müqayisəsi
GDİ   dəyişənləri   6   sahədə   qruplaşdırıla   bilər:   mənəvi   gözləntilər,   fiziki   gözləntilər, 
təhlükəsizlik gözləntiləri, səhiyyə gözləntiləri, intellektual gözləntilər və sərvət gözləntiləri. 
Hər kateqoriya özü bir proqress ölçüsü ola bilər. Səhiyyə, intellektual və sərvət sahələri 
üçün,   tarixi   və   layihələşdirilmiş   dəyərlər   “ən   yaxşı”   məqsədlərə   doğru   hərəkət   edir; 
Baza
YK
Med
AK

mənəvi, fiziki və təhlükəsizlik sahələri üçün, tendensiyalar qismən qarmaqarışıqdır, lakin 
zaman keçdikcə gələcəyə doğru “ən mənfi” çərçivələri istiqamətində spiralvari hərəkət 
edirlər. Qrafik 19 hər bir kateqoriya üzrə tendensiyanı göstərir.
Qrafik 19. Əxlaqi, Fiziki, Təhlükəsizlik, Səhiyyə, İntellektual və Sərvət Gözləntiləri üzrə 
Tendensiyalar
Milli GDİ-lər
Varlılıq
İntellekt 
Sağlamlıq
Təhlükəsizlik
Fiziki
Mənəvi

GDİ-lər   qlobal,   milli,   regional   və   ya   sektoral   səviyyədə   hesablana   bilər.   Milli   GDİ-lər, 
bütövlükdə ölkəni inkişaf etdirmək məqsədi daşıyan strateji və sərmayə qərarları üçün 
prioritetlər qurmağa kömək edə bilər. Bu ölkələri, yaxın 10 ildə özlərindən xalqın daha 
yaxşı   və   daha   pis   təmin   olunmasının   nə   olduğunu   soruşmağa   –   və   bu   suala   daha 
obyektiv və kəmiyyətli şəkildə cavab verməyə təşviq edə bilər.   
2004-cü ildə Minillik Layihəsi Venesuela Bölməsi Deloitte & Touche C.A. şirkəti ilə birlikdə 
milli GİD-lərin hesablanması təşəbbüsünü həyata keçiriblər. Onlar Amerikanın seçilmiş 
ölkələri – Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Ekvador, Meksika, Peru, ABŞ və 
Venesuela üçün GDİ-ləri hesablayıblar. Bu təşəbbüs məlumatların əldə olunmasının və 
müqayisə   oluna   bilməsinin   qiymətləndirilməsinə,   həmçinin   hər   ölkədə   əlverişli   və   ya 
əlverişsiz dəyişiklikləri hansı amillərin müəyyən etməsinin təhlilinə imkan verib.  
Milli   GDi-lərin   hesablanması   həmçinin   müxtəlif   ölkələrin   perfrormansları   arasında 
müqayisə aparmağa imkan verir. Bundan əlavə, milli GDİ-lər problemə qlobal GDİ-ylə 
yanaşırlar: regionlar və xalqlar arasında dəyişilmələr. Qrafik 20, Amerikanın 10 ölkəsinin 
GDİ-lərinin müqayisəsini əks etdirir. 
Milli   GDİ-lər   yaratmaq   marağı   geniş   şəkildə   yayılıb;   Kanada,   Çin,   Misir,   Macarıstan, 
Küveyt,   Cənubi   Koreya   və   Türkiyə   milli   məlumatlardan   istifadə   edərək   öz   şəxsi 
indekslərini işləyib-hazırlamaqda maraq göstəriblər. 
Qrafik 20. Ölkələrin Tənzimlənməyən GDİ Mütləq Dəyərləri

Türkiyə üçün ilk GDİ 2006-cı ildə, Türkiyənin Bütün Futuristləri Assosiyasiyasında Minillik 
Layihəsinin Türkiyə Bölməsi tərəfindən hesablanıb. Növbəti il, onlar hesablamada nəzərə 
alınmış dəyişənləri yenidən qiymətləndiriblər və metodolgiyanı təkmilləşdiriblər.  
2007-ci   il   üçün   GDİ-yə   daxil   edilən   11   dəyişən   (2006-cı   ildəkindən   3   dəyişən   çox), 
məlumatların 20 il üçün əldə oluna bilinməsinə və Türkiyənin gələcəyinə aidiyyatı olan 15 
Qlobal Dəyişənə olan münasibətə əsasən seçilib. 
Türkiyənin   Bütün   Futursitləri   Assosiasiyasının   28   üzvü   Delfi   araşdırmasından   istifadə 
edərək,   Türkiyə   GDİ-nə   daxil   edilmiş   dəyişənlər   üçün   ən   yaxşı   və   ən   pis   dəyərləri 
qiymətləndiriblər. Qrafik 21 onların hesablamalarının nəticələrini göstərir. 
Aşağıdakı dəyişənlər daxil edilib:
• Qida ehtiyatları
• Adambaşına düşən ÜDM 
• Körpə ölümü
• Su mənbələrinə çıxış
• Hər ÜDM-yə düşən xarici borc
• Meşə torpaqları
• Savadsızlıq
• İşsizlik
• Səhiyyə xidmətlərindən istifadə imkanı
• Həyat davamlılığı
• Orta məktəblərə qəbul
Türkiyənin GDİ-si 2016-cı il üçün 1.62 indeks dəyərinə malik daha yaxşı gələcəyi təsvir 
edir – müqayisə üçün, 2006-cı ildə bu göstərici 1 olub. 2001-2005-ci illər arasında GDİ 
qrafikləri   arasındakı   güclü   dəyişiklik   90-cı   illərdə   olan   koalisiya-əsaslı   hökumətlərlə 
müqayisədə,   o   dövrün   tək-partiyalı   hakimiyyəti   ilə   əlaqəli   ola   bilər.   Türkiyə   GDİ-si 
həmçinin 1999-2001-ci il maliyyə böhranlarının qarşısını almağa qadir idi.   
  
Ən həssas və ən mühüm dəyişənlər hər ÜDM-yə düşən xarici borc, İşsizlik, və meşə 
torpaqları olub. Hər ÜDM-yə düşən xarici borcun azalması Türkiyənin Sabit İnkişafının 
2013-cü ilədək ÜDM-nin 7% artmasına nail olması üçün mühüm əhəmiyyət kəsb edir. 
Meşə   torpaqları   iqlim   dəyişikliyi   ucbatından   günü-gündən   daha   da   mühümləşən   bir 
mülkiyyətdir. Dünyada işsizlik son 3 ildə təqribən 10% sabit olub, lakin fəaliyyət planları 
bu   göstəricini   6-7%-ə   endirmək   üçün   layihələşdirilməlidir   ki,   Türkiyənin   2015-ci   ildə 
Avropa Birliyinə üzv olma ehtimalından öncə o iqtisadi və sosial cəhətdən sağlam bir 
formaya düşsün.  
Türkiyə  öz  GDİ  hesablamalarını   təkmilləşdirməyə  davam edir.  2008-ci  il üçün Türkiyə 
GDİ-sinə daha bir neçə dəyişənlərin daxil edilməsi gözlənilir: Parlamentdə qadınlar (2007-
ci   il   seçkilərindən   sonra   yniləndirilib),   Tədqiqat   və   Təkmilləşdirmə   xərcləri,   İnternet 
penetrasiyası,   və   CO
2
  emissiyaları.   Türkiyənin   Bütün   Futursitləri   Assosiasiyası   da 
həmçinin,   GDİ-yə   daxil   edilmiş   dəyişənlərin   qiymətləndirilməsi   prosesində   iştirakını 
genişləndirmək üçün müvafiq Türkiyə QHT-ləri ilə əməkdaşlıq aparacaq. 

Qrafik 21. Türkiyə üçün GDİ (2006=1 olaraq tənzimlənmiş)
2006-cı ildə, Cənubi Koreya üçün GDİ hesablanıb. Daxil edilən dəyişənlər əvvəllər digər 
GDİ araşdırmalarında istifadə olunmuş dəyişənləri əks etdirir və 20 il üzrə məlumatların 
olduğu çoxluq silsiləsi seçilmişdir. Bu hesablamada istifadə olunmuş ən yaxşı və ən pis 
dəyərlər 30 Koreyalı mütəxəssis arasında aparılmış yeni Delfi araşdırması yolu ilə əldə 
olunub. Cənubi Koreya üçün ikinci GDİ birincidə olan eyni dəyişənlərdən və o dövrdə əldə 
olan qlobal GDİ üçün əvvəllər müəyyən olumuş ən yaxşı və ən pis dəyərlərdən istifadə 
etməklə  hesablanıb.  Bu  hesablama  digər  ölkələrin  də  GDİ-ləri  ilə  bilavasitə  müqayisə 
oluna biləcək bir GDİ əldə etmək üçün aparılıb. 
Qrafik 22 nisbi şərtlərdə qlobal və Cənubi Koreya normalizasiya dəyərlərini istifadə edən 
Cənubi Koreya GDİ-sinin müqayisəsini göstərir.   
Cənubi Koreya GDİ hesablamalarında nəzərə alınmış dəyişənlər aşağıdakılardır:
• Körpə ölümü
• adambaşına düşən ÜDM
• təmiz su mənbələrindən istifadə imkanı olan əhali təsərrüfatların faizi
• Atmosferik CO
2
 emissiyaları
• İllik əhali əlavələri
• İşsizlik 
• Həyat davamlılığı
• Meşə torpaqları
• Azadlıq İndeksi
Cənubi Koreya GDİ-si Cənubi Koreyalıların gözləntilərini və ölkənin konkret situasiyasını 
özündə   əks   etdirir.   Məsələn,   bütün   dünyada   əhalinin   sayının   azalması   mübət   bir 
tendensiya kimi qəbul olunur, Koreya isə bunun əksini düşünür (Bu Cənubi Koreya Delfi 
araşdırmasında aydın olub. Bu araşdırmada “illik əhali əlavəsi” üçün ən yaxşı dəyişən ən 
pis dəyərdən böyükdür).     
İki GDİ versiyası ayrı-ayrılıqda hesablanıb, çünki təhlilin məqsədi təkcə Cənubi Koreyanı 
digərləri ilə müqayisə etmək yox, həmçinin Cənubi Koreyalıların gözündə gələcəyin nə 
qədər  yaxşı  və nə qədər pis  göründüyünü ölçməkdir. Xüsusi olaraq qurulmuş Cənubi 

Koreya GDİ-si milli mülahizələrə əsasən milli mənzərəni təsvir edir. Çünki normalizasiya 
üçün ən yaxşı və ən pis dəyərlər, bütün dünya üçün ümumi gözləntilərə qarşı Cənubi 
Koreyalıların növbəti 10 il üçün konkret gözləntilərinə əsaslanır.  
GDİ metodologiyası pis dəyərləri daha ciddi şəkildə “cəzalandırdığı” üçün, 80-cı illərdəki 
Koreya dəyərləri üçün aşağı GDİ Koreyalıların yüksək gözləntilərini özündə əks etdirir. 
Böyük   fərqlərin   mövcud   olduğu   1984-1991-ci   illər   arasındakı   dövrdə,   GDİ-nin   əsas 
dəyişənləri bugünün gözləntilərindən çox aşağı şəkildə qurulmuşdu (Təhlilin təfsilatı və 
nəticələrin şərhləri üçün kompakt disk versiyasının 2-ci Fəslinə baxın). 
Qrafik  22.  Qlobal   və   Cənubi  Koreya  Normallaşdırma  Dəyərlərini  istifadə  edən  Cənubi 
Koreya üçün Nisbi (müvafiq) GDİ-nin Müqayisəsi (2006 = 1 olaraq tənzimlənmiş)
Nəticələr və Gələcək İnkişaf
İndi məlum olur ki, milli GDİ-lər üçün “standartlar”-ın yaradılması çox faydalı ola bilər. Bu, 
milli GDİ-lərin qurulmasında texnoloji təlimat rolunu oynaya bilərdi; bu, müvafiq yerlərdə 
elektron   cədvəl   proqram   təminatından   və   qlobal   məlumatlardan   ibarət   ola   bilər.   Bəzi 
ölkələr   GDİ-lərini   eyni   standartlar   üzrə   qurduqları   üçün,   sistemli   çarpaz   və   uzununa 
müqayisələr aparıla bilər.    
2006-07-ci il GDİ araşdırması milli GDİ-nin qurulması üçün standartlaşdırılmış metodlara 
yeni məğzlər əlavə edib. Bu, ölkələr arasında və qlobal və milli GDİ arasında daha effektiv 
müqayisələr   aparmağa   imkan   verəcək.   Bu   standartlaşmış   yanaşmada   milli   GDİ-nin   2 
növü mövcuddur:  birincisi  qlobal GDİ və  digər ölkələrin GDİ-ləri  ilə müqayisə edilmək 
üçün qurulub (bu növü milli müqayisə GDİ-si adlandırın). İkinci növ isə ölkənin səylərini öz 
nadir   məqsədləri   və   gözləntiləri   ətrafında   birləşdirməsi   üzrə   proqresini   şərh   etmək   və 
izləmək   üçün   qurulmuş   milli   unikal   GDİ-dir   (bu   növü   milli   səyləri   birləşdirmə   GDİ-si 
adlandırın).  Bu standartlaşdırılmış  yanaşma  hələ də  işlənib  hazırlanmaqdadır.  Və  ilkin 
konsepsiya   daha   təfsilatlı   şəkildə   kompakt   disk   versiyasını   2-ci   Fəslində,   “Gələcəyin 
Durumu   İndeksi   Dəyişənləri   və   onların   Ölkədən-Ölkəyə   Müqayisələrində   İstifadəsi” 
yarımfəslində şərh olunub.   
Cənubi Koreya Standartlaşması
Qlobal Standartlaşma

Milli müqayisə GDİ-ləri üçün hər bir ölkə bir neçə istisnaları çıxmaqla qlobal GDİ-dəki 
standart dəyişənləri, öz milli tarixini və proqnozları, qlobal GDİ üçün seçilmiş eyni ən yaxşı 
və   ən   pis   dəyərləri   və   əhəmiyyətlilik   dərəcələrini,   və   eyni   xarici   Tendensiyanın   Təsiri 
Təhlili hadisələrini (hallarını) və ehtimalları istifadə edərdi. Lakin son halda hadisələrin 
dəyişənlərə göstərdiyi təsirlər milli səviyyədə qavranılardı. Beləliklə milli müqayisə GDİ-si 
qurmaq   məqsədilə   ölkə   standart   dəyişənlər   üçün   milli   tarixi   məlumatları   toplamalı,   bu 
məlumatları proqnozlaşdırmalı və Tendensianın Təsiri Təhlili hadisələrinin bu dəyişənlərə 
göstərdiyi  təsirləri  qiymətləndirməlidir.  Milli  müqayisə  GDi-sini  qurmaq  üçün  tələb  olan 
digər məlumatlar qlobal GDİ-dən əldə olunur. Bu yanaşmayla, bütün ölkələr müqayisəli 
milli GDİ-ləri qura bilərdilər.    
Milli səyləri birləşdirmə GDİ-ləri prosesə daha sərbəst seçim imkanı verər, lakin ölkələr 
arasında   və   ölkənin   GDİs-i   və   qlobal   GDİ   arasında   birə-bir   müqayisə   aparmaq 
qabiliyyətini qurban verməli olardı. Bu növün həyata keçirilməsində ölkələr, öz ölkələri 
üçün xüsusi əhəmiyyət kəsb edən (məsələn xüsusi milli strategiyalara nail olunması), ən 
yaxşı və ən pis dəyərlərin və həcm ağırlıqlarının seçilməsi yolu ilə ifadə olunmuş unikal 
məqsədlərdən,   milli   əhəmiyyət   kəsb   edən   xüsusi   Tendensiyanın   Təsiri   Təhlili 
hadisələrindən   və   onların   ehtimalları   və   təsirlərindən   ibarət   olan   qeyri-standart 
dəyişənlərdən   istifadə   edə   bilər.   Milli   səyəri   birlşdirmə   GDİ-ləri   ölkədən-ölkəyə 
müqayisələrində istifadə olunmasa da, bu GDİ-lər zamanla ölkənin gələcəyin durumunun 
izlənməsində   daha   faydalı   ola   bilər,   strategiyaların   və   məqsədlərə   yaxınlığın 
qiymətləndirilməsində,   və   səmərəli   strategiyalar   və   onların   uğuruna   təsir   edə   biləcək 
amillər haqqında müzakirələrə təkan verə bilər. 
Ölkənin   GDİ-sinin   (əhali   tərəfindən   mülahizə   edilmiş)   qlobal   GDİ-yə   uğyun   gəlib- 
gəlmədiyini   aşkar   etmək   üçün   layihələşdirilmiş   təhlil   xüsusi   maraq   kəsb   edir.   Bundan 
əlavə, korporativ GDİ-lər kimi digər tətbiqlərlə də təcrübələr həyata keçirilə bilər. Bir təklif 
də budur ki, milli novatorluğun ölçüsü də əlavə olunsun. Nəhayət, milli və digər tətbiqləri 
asanlaşdırmaq üçün, dəyişənlərin və hadisələrin onlayn məlumat bazası qurula bilər.   
Ümumiyyətlə GDİ-yə gələndə, hələ çox iş görülməlidir. Hələ də, təkcə milli GDİ-lərdən 
yox,   həm   də   korporativ   tətbiqatlardan   ibarət   geniş   spektrə   malik   tətbiqatlarda   istifadə 
oluna   biləcək   sağlam   “korporativ   müəssisə   proqram   təminatının”   hazırlanması 
arzuolunandır.  

www.BrainPaint.com
Bu təsvir elektroensefaloqramma bioloji əks-əlaqəsi adlı proses zamanı Maykl L.-in Beyin 
dalğaları   (insanın   baş   dərisinə   birləşdirilmiş   sensrolarla   aşkarlanan   elektrik   siqnalları) 
vasitəsilə   yaradılmışdır.   Elektroensefaloqramma   məlumatları   demək   olar   ki,   faks 
aparatının ötürücüsü kimi özündə saxlayır. Bill Skot o məlumatları real zamanda emal 
edən və qrafik şəklində təsvir edən BreynPeynt adlı proqram yaradıb. Bu proqram Maykla 
öz bioloji əks-əlaqə prosesinin bir hissəsi kimi bu təsviri çəkməyə imkan verib. Bu təsvirə 
nə tuşla düzəlişlər, nə də əllə edilə biləcək heç bir düzəlişlər edilməyib. O düşüncə və 
hisslərdən başqa heç nə tələb etmir. Bu təsvirin yaradılması zamanı Mayklın iştirak etdiyi 
təlim, was to experience power through releasing control. İşin mahiyyəti onu daha az 
narahat etdikcə, o daha çox nəticə əldə edirdi. Həm də bəzən adama elə gəlir ki, kimsə 
təsvirlərə daha çox qiymət verdikcə onlar daha da gözəlləşir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin