Gələcəyin Durumu


 2030-cu ilədək Gələcək Təhsil və Öyrənmə (Tədris) İmkanları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   ...   7   8   9   10   11   12   13   14   15

3. 2030-cu ilədək Gələcək Təhsil və Öyrənmə (Tədris) İmkanları
2030-cu   ilə   23   ül   qalıb.   23   il   bundan   öncəyə   nəzər   salmaqla   biz   o   vaxt   yaşadığımız 
dəyişikliklərin sürətliliyini və əhəmiyyətliliyini görmüş olarıq. 23 il bundan qabaq 1984-cü il 
idi.   O   vaxt   kim   inanardı   ki,   2007-ci   ildə   Koreya   Respublikası   daşınma,   məlumat   və 
kommunikasiya sənayelərinin bəzi sahələrində ABŞ-la uğurla rəqabət aparacaq? Və ya 
kim inanardı ki, milyonlarla insan əlavə pul ödəmədən dəfələrlə 1 saniyədən də az vaxt 
ərzində milyardlarla kompüter istinadları axtarmağa qadir olacaq? 23 il əvvəl hansı Təhsil 
Nazirliyinin şagirdləri İnternetə qoşulmaq məqsədi var idi? Son 23 il ərzində baş verən 
dəyişiklərin tempi bəzi insalar üçün çox sürətli görünür. O dəyişikliklərə səbəb olan amillər 
özləri isə hələ də sürətlənməkdədirlər. Nəticə etibarilə növbəti 23 ildə dəyişikliklər daha 
böyük olacaq. Bəs təhsil və öyrənmədə (tədrisdə) hansı dəyişikliklər baş verə bilər? 
Koreya Respublikası Təhsil üzrə Prezident Komissiyasının xahişi və Təhsil Nazirliyinin 
dəstəyi  ilə,  Minillik  Layihəsi,   Layihənin  Bölmələri  tərəfindən  seçilmiş  213  mütəxəssisin 
rəylərini   toplamış   Real   Time   Delphi-ni   layihələşdirmək   haqqında   futurist   bir   ideya 
nəzərdən keçirib. Onların nəzərdə tutduqları 19 imkan (Cədvəl 3-ə baxın), çoxlu sayda 
strategiya   alternativləri   və   siyasət   quruculuğu   prosesini   məlumatlandıracaq   imkanlar 
təqdim   edir.   Beynəlxalq   paneldən   2030-cu   ilədək   bu   imkanların   meydana   çıxma 
ehtimallarını   qiymətləndirməyi   xahiş   olunub.   19   ehtimaldan   yanız   5-i   50%-dən   az 
meydana çıxma ehtimalı ilə qiymətləndirilib. Qrafik 23 imkanların ortalama ehtimalları ilə 
siyahısını təqdim edir. 
 
Bu imkanların bir-biri ilə qarşılıqlı əlaqəsi bugünkündən kəskin şəkildə fərqlənən bir təhsil 
mənzərəsi yaradır. Əgər Mur Qanunu növbəti 23 il üçün qüvvədə olsa, 2030-cu ilədək 
kompüter insan beyninin emal etmə gücünə yiyələnəcək. Fərdlər Şəbəkə 17.0 tərəfindən 
“vaxtında bilik və öyrənmə” məqsədilə birləşdirilmiş dünya biliklərinə çıxış əldə edəcək, və 
onların   həyatları   boyu   mövcud   olan   nadir   tələblərinə   uyğunlaşmış   virtual   reallıq 
interfeyslərinə   malik   simulyasiyalardan   istifadə   edəcəklər.   İnsanların   qeyri-stabil 
yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün layihələşdirilmiş fərdi 
öyrənmə   (tədris)   prosesinin   davamlı   təkamülü   ilə   birgə   xürafatı   və   nifrəti   aradan 
qaldırmağa yönəldilmiş proqramlar daha gözəl, sevgi dolu dünyaya gətirib çıxara bilər.
Paralel   olaraq,   beynin   funksiyası   təkmilləşdirilmiş   fərdi   qidalandırma   və   beynin 
genişləndirilməsi üçün nəzərdə tutulmuş dərman preparatlarının köməyilə əsaslı şəkildə 
artmalıdır. İnsan beyninin qismən xəritələşdirilməsi və digər metodlar 2030-cu ilədək şəxsi 
intelektin əsaslı şəkildə artmasına və uzunömürlülüyünə səbəb ola bilər. Yaxın gələcəkdə 
beyinlər irsi cəhətdən genişlənə bilər və dizaynedici mikro-orqanimləər beyin hücüyrələrini 
daha effektiv işləməyə vadar edə bilərlər. Elmin arxasınca qaçmağı gücləndirən ictimai 
əlaqələr sistemindən və bu öyrənmə yeniliklərindən və maarifləndirici konsepsiyalardan 
istifadə etməklə fərdi və kollektiv intellekt inkişaf etdirilə bilər. 

Cədvəl  3. 
Qrafik 23. 2030-cu ilədək Təhsil İmkanları Ehtimalı
2030-cu ilədək Təhsilə təsir edən Imkanlar 
1. Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar
2.  Vaxtında təhsil və tədris
3. Fərdiləşdirilmiş təhsil
4. Simulyasiyalardan istifadə
5. İnsanların qeyri-stabil yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün 
layihələşdirilmiş fərdi öyrənmə prosesinin davamlı qiymətləndirilməsi
6. Təkmilləşdirilmiş fərdi qidalandırma
7. İrsi yüksək intellekt
8. İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal onlayn simulyasiyalarından istifadə
9. Elmin arxasınca getməyi gücləndirən ictimai əlaqələr sistemi
10. Portativ süni intellekt cihazları
11. Öyrənmənin   necə   meydana   çıxdığını   aşkar   etmək   və   bunun   vasitəsilə   öyrənməni 
təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın sinir hüceyrələrinin 
əlaqələrinin (sinaps) tam şəkildə xəritələşdirilməsi 
12. Yetkin şəxslərin beyinlərini uzun müddət üçün daha sağlam saxlamaq üçün vasitələr
13. Beynin genişləndirilməsi üçün Kimya
14.
Veb 
17.0
15. Inteqrə edilmiş ömürlük 
öyrənmə
 sistemləri
16. Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
17. E-Tədris
18. İnsanlardan ağıllı kompüterlər
19. İntellekti artıran süni mikroblar 
Ehtimal 
Web 17.0
İnteqrə edilmiş ömürlük öyrənmə sistemləri
Beynin genişləndirilməsi üçün kimya
Vaxtında təhsil və tədris
          Elmin arxasınca getməyi gücləndirən ictimai əlaqələr sistemi
Simulyasiyalardan istifadə
          E-tədris
   Yetkin şəxslərin beyinlərini uzunmüddətə daha sağlam saxlamaq üçün vasitələr
     Fərdiləşdirilmiş təhsil
Təkmilləşdirilmiş fərdi qidalandırma
On-layn simulyasiyalardan istifadə
Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar
       Portativ süni intellekt cihazları
          İnsanlardan ağıllı kompüterlər
               Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
   Fərdi öyrənmə prosesinin davamlı qiymətləndirilməsi
İnsan sinapsının tam şəkildə xəritələşdirilməsi
       İrsi yüksək intellekt

Tarix   boyu   irəliləyişlər,   ilkin   yüksək   xərcləri   ödəməyə   imkanı   olan   və   olmayan   erkən 
uyğunlaşanlar arasında uçurum yaradıb. Bu araşdırmada iştirak edən bir çoxları, təhlükəli 
biliyin və qeyri-sabit şəraitə gətirib çıxaran intellekt boşluqlarının qarşısını almaq üçün 
ciddi səylərin həyata keçirilməli olduğu haqqında xəbərdarlıq ediblər. Siyasət qurucuları 
bəziləri   tərəfindən   sui-istifadənin   çoxlarına   zərər   vurmasına   imkan   vermədən   bu   yeni 
qüvvələrin demokratik şəkildə İstifadəsini təşviq etməyin yollarını işləyb hazırlamalıdırlar. 
Son bir neçə il ərzində, texnoloji boşluqlar daralmağa başlayıb. Bu isə öz növbəsində, 
böyük   əks-əlaqə   mexanizmlərinin   desentralizasiyası,   onlardan   istifadə   imkanı,   onların 
şəffaflığı   və   yayılmasının   bu   narahatçılıqlara   cavab   verə   biləcəyi   fikrini   doğurur. 
Baxmayaraq ki, beynəlxalq panel tərəfindən edilmiş şərhlər fərdi öyrənmə (tədris) və ya 
qrup   şəkilndə   öyrənmə   (tədris)   kimi   qruplaşdırıla   bilər,   gələcəyin   ümumi   mənzərəsi   o 
qədər zəngin və mürəkkəbdir ki, hər iki yanaşma tətbiq oluna bilər. 
Əgər   təhsil   üzrə   qərar   qəbul   edicilər   bu   nəticələrə   inanırsa,   bəs   onlar   bugün   hansı 
addımlar atmağı nəzərdə tutmalıdırlar? Bu suala cavab vermək üçün, respondentlər, bu 
imkanlara yardım göstərəcək və ya əngəl törədəcək amillər haqqında mühakimələr irəli 
sürməyə və bu imkanların meydana gəlməsini təxmin etdikdə ortaya çıxacaq nəticələri 
nəzərdən keçirməyə təşviq olunublar. Bu Fəsil, anketdə olduğu sıralanma ilə düzülmüş 
imkanların   siyahısını   (anketdə   iştirakçılara   təqdim   olunmuş   istinadlarla   (tövsiyyələrlə) 
bərabər)   və   bu   imkanların   müsbət   və   mənfi   səciyyələrinin   modelinin   distillyasiyasını 
təqdim edir. Cavabların tam mətni Kompakt Disk versiyasının 5-ci, 2030-cu ilədək Təhsil 
və Öyrənmə (Tədris) Fəslində təqdim olunub.
Hər bir imkan aşağıdakılar əsasında qiymətləndirilib:
Bunun baş verməsinə səbəb nə ola bilər? 
Bunun baş verməsinə nə mane olur?
Hansı müsbət nəticələr ola bilər?
Hansı mənfi nəticələr ola bilər?

1. Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar 
Bəzi yüksək, həmçinin bəzi aşağı gəlirə malik ölkələr 2030-cu ilədək kollektiv intellekti 
artırmağı milli məqsədə çeviriblər; bura həm fərdi bacarıqların, həm də bütövlükdə xalqın 
intellektinin artırılması daxildir
1
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Kollektiv   məlumatlılığın   günü-gündən   inkişaf   edən   elmə   və   yaradıcılıq-yönümlü 
qloballaşmış   iqtisadiyyata   siyasi   və   iqtisadi   fayda   verməsini   hamı   tərəfindən   başa 
düşülməsi   bu   milli   məqsədin   qəbul   olunmasına   gətirib   çıxaracaq.   Bundan   əlavə,   ölkə 
həmçinin cəmiyyətin ümumi fəaliyyətini və sosial rifahı inkişaf etdirməli və geridə qalma 
qorxusunu azaltmalıdır. Bəzi respondentlər bunu labüd hesab edirlər, çünki informasiya 
və komunkiasiya texnologiyalarının davamlı olaraq irəliləyir, Mur Qanunu qüvvədə qalır və 
ictimaiyyət  İnternetdən asanlıqla istifadə edir.  “kollektiv məlumat” ən  çox işlənən sözə 
çevriləcək və əsas elmi institutlar ondan strateji araşdırma obyekti kimi istifadə edəcək və 
onun   sosial-texnoloji   təkamüldə   növbəti   addım   olduğunu   nümayiş   etdirəcəklər. 
Masaçusets   Texnoloji   İnstitutu   və   bənzər   digər   institutların   kollektiv   intellekt   üçün 
yaratdığı   yüklənəbilən   açıq   mənbə   prototipləri   və   “Wikipedia”   və   “Google”   kimi   uğurlu 
proqramların inkişaf etdirilməsinin də böyük köməyi dəyə bilər.
Liderlərinin   söz   azadlığına   və   fərdin   hüquqlarına   hörmət   etdiyi,   və   onları   təşviq   etdiyi 
ölkələrdə, xüsusilə yüksək hörmətə və iqtisadi gücə malik olmaq istəyən Asiya ölkələrində 
bu   məqsəd   birinci   olmalıdır.   Lakin   “kollektiv   məlumat“   -ın   milli   məqsəd   kimi   qəbul 
olunması üçün çox mürəkkəb və mühüm milli və beynəlxalq problemlər və fəlakətlərlə 
üzləşmək   olar.   Ölkələr   arasında   günü-gündən   artan   intensiv   beynəlxalq   rəqabət   də 
həmçinin   milli   təhsil   proqramları   çərçivəsində   rəqabətli   insan   kapitalı   konsepsiyasının 
işlənib hazırlanmasına səbəb ola bilər.“Kollektiv məlumat“-ı qəbul etməyin digər yolu aya 
enmək kimi dövlət əhəmiyyətli layihələrin izlənməsidir. Əgər proses çoxlu sayda insanları 
kollektiv   həmrəyliyi   təmin   etmək   üçün   səfərbər   etməkdə   obyektivlik   göstərirsə,   onda 
nəticə daha yaxşı olacaq. Nəhayət, biliyin həcmini və mürəkkəbliyini artırmaq, dünyanı 
kollektiv intellekt konsepsiyalarına doğru hərəkət etdirməyə davam edəcək.
Hansı müsbət nəticələr ola bilər?
İnsanlar   problemləri   həll   etmək   üçün   birləşə   bilərlər.   Geniş-miqyası   intellekti-artıran 
proqramlar   mümkün   ola   bilər.   Bu   da   milli   iqtisadiyyatları   inkişaf   etdirə   və   varlı-kasıb 
fərqlərini   azalda   bilər.   Bu,   vətəndaş   cəmiyyətinin   milli   məlumatlılıqda   daha   yaxından 
iştirakına təkan verə, təkrarı, və üst-üstə düşməni azaldavə və informasiya çirklənməsi və 
həddən artıq yükləmə kimi narahatçılıqları azalda bilər. Virtual öyrənmə və qərar qəbul 
etmə birlikləri, milli dövlətləri, sosial stabilliyi artıran effektiv qərar qəbul etmə prosesindən 
tədricən sıxışdırıb çıxara bilər. İnsan həyatı daha mədəniləşə və Yerdəki resurslar daha 
da zənginləşə, ətraf mühit daha da yaxşı mühafizə oluna bilər.
Ağıllı cəmiyyət az-şüurlu fərdlərin (cinayət, əbəs yerə sərf olunan təhsil cəhdləri, puça 
çıxmış   sosial   layihələr   mənasında)   törtədiyi   xərcləri   azalda,   daha   mürəkkəb   işlərin 
öhdəsindən gələ bilən insanların sayını artıra, və daha yaradıcı insanları cəlb edə bilər. 
Təhsil sistemi kökündən dəyişdirilə və təhsil inkişaf etdirilə bilər. Tədqiqatlar göstərir ki, 
1
  RT Delphi istinadları: 13 oktyabr 2006-cı il, MTİ Kollektiv Məlumatlılıq üzrə yeni Mərkəz açmışdır; “Kollektiv 
Məlumatlılıq Nümunələri”, Kollektiv Məlumatlılıq üzrə Tədris Vəsaiti; “Kollektiv İnsani Mexanizm Məlumatlılığı 
Sistemində Artım 25 il ərzində realdırmı? Bəli – 70%” Minilliyin Layihəsi Delphi, ACUNU, 2003-cü il.

öyrənmə prosesi mahiyyətcə sosial bir prosesdir. Açıq-mənbə, bilik əmələ gətirən birliklər 
və   kütləvi   əməkdaşlıqlar,   geniş   istifadə   olunan   informasiya   ilə   sosial   paylaşmayla   və 
“Wikipedia”, “YouTube”, “MySpace”, “FaceBook”, və “SecondLife” kimi tədqiqi mənbələrin 
yaranması   ilə   nəticələndi.   Yeni   strukturlaşdırılmış   biliklərin   davamının   şəbəkədə 
Wikipedia kimi proqramların vasitəsilə işlənib hazırlandığı üçün, öyrənmə prosesi əsasən 
Şəbəkədə   həyata   keçirilərdi.   Bu   da   insanlara   öz   ilkin   biliklərini   qiymətləndirməyə   və 
onların öz öyrənmə templəri ilə, idarə olunan öyrənmə təcrübəsi qazanmaq üçün girməli 
olduqları xüsusi bilik mühitində yerləşdirilməyə imkan verərdi.
Bunun baş verməsinə nə mane olur? 
Bəzi   ideologiyalar   siyasi   cəhətdən   ziddiyətli   olan   idraka   müdaxilə   edirlər.   Bura   idraki 
fərqləri əhatə edən məsələlər, idraki bacarıqların irsiliyi, keyfiyyətin artırılması üçün bio-
təbabətdən istifadə və fərd və dövlət arasındakı münasibətlər daxildir. Qlobalizasiyaya 
qarşı mübarizə aparan siyasətçilər, mühafizəkar fikirlərə malik dini qruplar və status kvo-
da dəyişikliklərin olunmasını istəməyən digər şəxslər kimi qərar qəbul etmə prosesinə 
cəlb edilmiş və ideyanı puça çıxaracaq insanların sayının artırılmasına meyl edən təhsil 
proqramlarının ortaq bir qərar nöqtəsinin olmaması. 
Bu   imkana   əngəl   ola   biləcək   bəzi   digər   anlayışlar  gələcəkdə   “real”   görünə   biləcək 
faydalarla   əlaqədar   artmaqda   olan   xərclərdən,   əsas   diqqətin   hisslərə   yönəldilməsi   ilə 
romantik anti-elm yönümlü geri reaksiya, tədris və dəyərin formalaşdırılması prosesinin 
real olaraq necə baş verə biləcəyi ilə əlaqədar inanclarda əhəmiyyətli dəyişiklərin edilməsi 
potensialının   olmaması   və   artmaqda   olan   məlumatlılıq   metodları   ilə   bağlı   “məxfilik 
nəzəriyyələri”ndən   ibarətdir.   Müharibə,   aclıq,   epidemiyalar,   iqtisadi   tənəzzül,   sosial 
iğtişaşlar,   xəstəliklər,   yoxsulluq,   cəhalət,   dini   xürafatlar   və   digər   fəlakətlər   kollektiv 
intellekti inkişaf etdirməyə əngəl  ola  bilər.  Bu isə öz növbəsində  qüsurlu bir dövrə  və 
özünüməhvə gətirib çıxara bilər.  
Hansı mənfi nəticələr ola bilər? 
İntellektin   artırılmasını   öz   qarşılarna   milli   məqsəd   kimi   qoymayan   ölkələr   əsasən, 
“intellekt fərqlərinə”, varlılar və kasıblar araısndakı fərqlərin artmasına və kütləvi şəkildə 
aşağı səviyyədə olma komplekslərinə və “geridə qalma” qorxusuna gətirib çıxaran zəif 
iqtisadiyyata   malik   ölkələrdir.   Əgər   texniki   üsullar   məharətlə   həyata   keçirilsəydi,   bu 
qüsurlu rəqabətə, əsas təhsilə əhəmiyyət verilməməsinə, seçimlərə nəzarət olunmasına 
və şəxsi həyata müdaxiləyə və fikirlərin idarə olunmasına gətirib çıxara bilərdi. Fərdiliyin 
və müəllifliyin azaldılmasının psixoloji təsirləri tələbələrin “kollektivin” bir hissəsi olmamaq 
üçün   üsyana   qalxmalarına   səbəb   ola   bilərdi.  Əgər   təkmilləşdirilmiş   idrak   ənənəvi 
dəyərlərin   qəbul   olunmasını   azaltsaydı,   bu   siyasi   pozuntulara   gətirib   çıxarardi,   idrakın 
artırılmasının digər formaları isə ideoloji məqsədlərə doğru yönəldilmiş nəzərə çarpan və 
ya çox da nəzərə çarpmayan manipulyasiya cəhdləri ilə təchiz oluna bilərdilər.  
2. Vaxtında bilik (elm) ə öyrənmə (tədris)

Mexaniki   yaddaş   üsulu   ilə   öyrənmə   2030-cu   ilədək   öz   əhəmiyyətini   itirib.   Qlobal 
hesablamalar və ömürlük təhsil sayəsində, “vaxtında bilik” normaya çevrilib
2

Bunun baş verməsinə nə səbəb ola bilər?
Bu,   mexaniki   yaddaş   üsulu   ilə   öyrənmənin   təhsil   məqsədlərinə   nail   olmaması   ilə, 
fərdiləşdirilmiş   öyrənməyə   olan   istəyin   olması,   süni   intellektdə   davamlı   irəliləyişlərin 
mövcudluğu və bunun bütün sahələrdə sürətlə dəyişən biliklə ayaqlaşmanın yeganə yolu 
olduğunu anlamaqla baş verə bilər. Həyat çox mürəkkəbdir və məhz buna görə insanın 
nəyi bilməli olduğunu və nə zaman bilməli olduğunu bilmək çətindir. Ona görə baş vermə 
səbəbi zərurət olduqca ortaya çıxacaq. Dünyada müəllimlər və tələbələr üçün həftədə 7 
gün, gün ərzində 24 saat istifadə oluna bilən infrastrukturlar tikiləcək. 
Nanotexnologiya, nevrologiya, süni intellekt və interaktiv obyektə əsaslanan süni onlayn 
dünyalarda   baş   verən   irəliləyişlərin   birləşməsi   2030-cu   ilədək   təhsili   daha   da 
empirikləşdirəcək   və   cəlbedici   edəcək.   Mexaniki   yaddaş   üsulu   ilə   öyrənmə   davam 
edəcək, çünki o beyni “məşq” etdirir, “vaxtında bilik” isə bizə istədiyimizi çatdırmaq üçün 
fəaliyyət   göstərir.   Yeni   bilklərin   və   hadisələrin   daim   yeniləndirilməsi   zərurəti,   tədrisin 
sürətli,   praktiki   öyrənmə   prosedurları   və   yeni   tədris   metodları   sayəsində   xüsusi 
subyektlərdən, xüsusi məqsədlər üçün lazım olan subyektlərə keçirilməsini tələb edəcək. 
Biz necə öyrənmək, və informasiyadan necə istifadə etmək haqqında biliklər toplamalı 
olacaq   və   xüsusi   məlumatların   və   ya   subyektlərin   öyrənilməsinə   daha   az   vaxt   sərf 
edəcəyik. 
Hansı müsbət nəticələr ola bilər?
Hər kəs bu proqamın həyata keçirildiyi istədiyi yerdə təhsil alma imkanına malik olacaq. 
İnsanlar   daha   özünəinamlı   və   daha   səlahiyyətli,   kommersiya   fəaliyyəti   daha   səmərəli 
məşğul   olacaq,   ölkələr   öz   iqtisadi   inkişaflarını   təkmilləşdirəcək   və   cəmiyyətlər   daha 
bacarıqlı,   effektiv   və   ahəngdar   olacaqlar.   Təhsil   və   təlim   xərcləri   azaldılacaq.   İnsan 
qaynaqlarından  daha  çox  faydalanmaq  mümkün  olacaq  və  işi  dəyişmək  asanlaşacaq. 
Mexaniki yaddaş üsulu azalmağa davam edəcək və öz yerini zəruri öyrənmənin əsası 
olan reflektiv düşünməyə verəcək. 
Vaxtında bilik və öyrənmə, insan rəqabətini və intellekti geniş şəkildə artıra, daha təhsilli 
ictimaiyyət   yaratmaqla   demokratiyanı   genişləndirə,   məsul   qlobal   vətəndaşların   sayını 
artıra,   qabaqcıl   bilik   və   öyrənmə   şəbəkələrinin   yaradılmasını   sürətləndirə,   elmi 
təkəbbürün “gücünü” azalda, və növbəti bir intibah dövrünün başlanmasına səbəb ola  
bilər. Bir çox ənənəvi təhsil sistemləri İnternet-əsaslı sistemlərlə əvəzlənəcək, idarəolunan 
tədrisi açıq mənbə əsaslı birliklər və ya ödənişlərinin əsası sürət və effektivlik olmaqla, 
qiymətləndirilə  bilən  biliyin  qazanılması  və  saxlanılmasını   təmin  edilməsi  üzrə rəqabət 
aparan   tərəflər   həyata   keçiriləcəkdir.   Müəllimlər   və   tələbələr,   müəllimin   məlumatlar 
məcmusunun koordinatoru olduğu komandanın bir hissəsi olmalıdırlar.
Bunun baş verməsinə nə mane olur?
2
 RT Delphi istinadları:  Monica Sambataro, “Vaxtında Tədris,” Computerworld, 3 April 2000-ci il; Vaxtında Təhsil:  
Qlobal İnformasiya Əsrində Tədris, 2000-ci il; “Vaxtında Tədris: Zərurət yarandıqca Bilik və ya Bacarıqların əldə 
olunması,” Word Spy, 1 iyun 1998-ci il.

İnternetin texnoloji məhvi bunun  baş verməsinin qarşısını ala bilər; xakerliyin artması, 
informasiyanın   idarə   olunması   və   informasiya   müharibəsinin   digər   formaları   insanları 
nəyə etibar etməkdə qərarsızlığa gətirib çıxara bilər. Xərclər həddindən artıq ola bilər. 
Müəllimin yeganə aktiv subyekt və tələbənin isə passiv element olduğu ənənəvi təhsil 
sistemləri daxilində cahil, geridə qalmış fikirli insanlar, mövhumatçılar mühafizəkar dini 
liderlərlə   birgə   bu   inkişafa   mane   ola   bilər.   Meyllər   və   boşluqlar,   həmçinin   sağlam 
informasiyanın   tədris   olunmasında,   bacarıqların   qazaılmasında   yaranan   problemlər   bu 
işin   tətbiqini   zəiflədə   bilər.   Bir   sözlə,   hər   kəsin   mütəxxəssis   kimi   görünə   bildiyi   bir 
dünyada, qərarların daha qərarsız zəmində veriləcəyi riski artacaq, həqiqi ekspertizaya 
hörmət azalacaq və əsl rəqabətin təsdiqlənməsi üçün yaxşı üsulların sayı azalacaq. Ləng 
və köhnə təhsilin təsdiqlənməsi sistemləri bu imkanın əldə olunmasını ləngidə bilər.
Hansı mənfi nəticələr ola bilər? 
Vaxtında   bilik   və   öyrənmə   çox   sərfəli,   lakin   çox   səthi   bir   bilik   dünyası   yarada   bilər. 
Yeniliklər məğlubiyyətə düçar ola bilər. Bu, zəif öyrənmə vərdişlərinə; özü-mərkəzləşmiş 
tənbəl   düşünməyə;   siyasi   prosesdə   az   iştirak   edən   ictimaiyyətə   və   nəticədə   hökumət 
tərəfindən daha çox idarəetməyə; planetin xeyrinə daha “geniş mənzərəni” görməməyə; 
və   bir   çox   insanların   fasilə   və   ya   reklam   pauzası   olmadan   diqqəti   mövzu   üzərində 
cəmləmə bacarığı olmadığı kimi, problemin həll olunması üçün yürüdülən mühakimələrin 
azalmasına səbəb ola bilər. Bu mənfi nəticələri aradan qaldırmaq üçün bir az mexaniki 
yaddaş üsuluna əsaslanan öyrənməyə ehtiyac olacaq.
Bu   hadisə   Elm   və   Texnologiyada   irəliləyişlərə   gətirib   çıxarsa   da,   tarix   və   vətəndaş 
hüquqları kimi sahələrə ziyan dəyə bilər. Bu imkan varlı-kasıb fərqlərini artıra bilər, çünki, 
onun   aşağı   gəlirə   malik   ölkələrin   həyata   keçirməsi   qeyri-mümkün   olacaq.   “Vaxtında 
öyrənmə” üçün qabaqcıl texnologiyalara malik ölkələr parçalanmaya və gerdiə qalmaya 
məruz az inkişaf etmiş cəmiyyətlərə malik ölkələrdən fərqli şəkildə təkamül edəcək. 
3. Fərdiləşdirilmiş təhsil
Simulyasiyalar da daxil olmaqla, müxtəlif növ testlər yolu ilə fərdi tələbələrin ehtiyacları 
qiymətləndirilir və təhsil planı və maarifləndirici metodlar fərdi tələbələrə tətbiq olunurlar. 
2030-cu ilədək bütün tələbələrin xüsusi ehtiyacları olacağı, və bu ehtiyacların dünyanın 
bir çox yerində geniş şəkildə qarşılanacağı nəzərdə tutulub
3
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
İnternetdə baş verən irəliləyişlərin bir nöqtədə cəmləşdirilməsi, təfəkkür elmləri, təbabət, 
süni intellekt, Mur Qanunun qüvvədə qalması, vaxtında öyrənmə və 100 dollarlıq portative 
kompüterlərin uğuru bu imkanın daha da mümkün edə bilər. Daha ağıllı şəkildə fəaliyyət 
göstərmək istəyən tələbələr və qabaqcıl texnologiya bacarıqlarına malik müəllimlər artıq 
bu prosesi hərəkətə gətirirlər. Bu proses rəhbərlər tərəfindən idarə olunsa, o yeni bir təhsil 
sisteminin özülü ola bilər. Prosesə, fərdiləşmiş öyrənməni təkcə ibtidai, orta və ali təhsildə 
deyil,   həmçinin   böyüklər   üçün   “ömürlük   öyrənmə”   sistemində   təmin   etmək   məqsədilə 
İnformasiya   Texnologiyalarının   və   “onlayn   təlim”-lərin   istifadəsi   daxil   edilməlidir.   Bu 
həmçinin,   hər   kəsin   potensial   dahi   olduğu   və   hər   bir   dahinin   digərlərindən   fərqləndiyi 
fikrini qəbul edilməsi, hər bir tələbədə maraq və yaradıcılıq qabiliyyəti oyadan müəllimlərin 
olması,   təkmilləşdirilmiş   ucuz   fərdiləşdirilmiş   təhsil   proqramın   təmin   olunması,   təkrar 
3
  RT   Delphi   istinadları:   Fərdiləşdirilmiş   Təhsil   Planları,   2003-cü   il;   “İnternetdə   Xüsusi   Təhsil   Resursları”, 
seriweb.com, 2001-ci il 

istifadə oluna bilən öyrənmə modullarının cəmiyyətin bütün sinifləri arasında yayılması, və 
öyrənilmiş   məlumatlarda   dolaşıqlığın   və   üst-üstə   düşmənin   (təkrarlanmanın)   baş 
verməməsi üçün cəmiyyətin bütün sinifləri üçün öyrənmə modullarının təmin olunması 
standartlarının və mərkəzləşdirilmiş mənbələrin yaradılması yolu ilə mümkün ola bilər.    
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin