Gələcəyin Durumu


Hansı müsbət nəticələr ola bilər?



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   ...   7   8   9   10   11   12   13   14   15

Hansı müsbət nəticələr ola bilər?
Bu proses, tələbələrin daha razı qalmasına, fərdi müstəsnalığa və mütərəqqi məqsədlərə 
böyük   hörmətin   qoyulmasına,   bərabər   təhsil   hüququ   haqqında   fikirlərdə   dəyişikliklərə, 
öyrənmə   prsoesini   qaydasına   salmaq   üçün   genetik   məlumatlardan   daha   səmərəli 
istifadəyə, və  öz potensialları ilə təlimlənmiş daha çox  xüsusi  “dahilərin” yaranmasına 
gətirib çıxara bilər. Kimin öyrədilməsi lazım olduğu haqqında elmi təkəbbür də azaldıla 
bilər.
Həyatın   müxtəlif   aspektlərində   lider   olacaq   insanların   sayı   artırıla   bilər.   Liderlər, 
komandaya   daha   yaxşı   işləməyə   kömək   etmək   üçün   öz   aralarından   təlimatçılar   və 
hakimlər   seçməli   və   müxtəlif   komandaların   bir   yerdə   yaşaya   bilmələri   üçün   ədalətli 
rəqabət aparmalıdırlar.
Bunun baş verməsinə nə mane olur? 
Bu  prosesin  baş   verməsinin  qarşısını,   dünyanı   tək-mövzulu  bir   təhsil  sisteminə   doğru 
sürükləyən yeni ideoloji və ya dini hərəkatlar, tələbə-müəllim nisbətinin aşağı olması və 
nəticədə   qiymətlərin   yoxsul   təhsil   sisteminin   ödəmək   imkanı   olmayacaq   dərəcədə 
yüksəlməsi, müəllimlərin çatşmamazlığı, standartlaşdırılmış imtahanlar, özlərindən üstün 
olan həmkarların təşviq olunmasına nisbət bəsləyən müəllim birlikləri, etibarlı diaqnozların 
qoyulmasında və nəticələrin qiymətləndirilməsində çətinliklər və orta hesabdan da aşağı 
tələbə   bacarığına   əsaslanan,   öyrənmədən   çox   tədris   materiallarına   üstünlük   verən 
standart   kursların   saxlanılması   istəyi   ala   bilər.   Müəllimlərin   əlində   tələbələrin   fikirlərini 
oxumaq   üçün   vasitələr   olmadıqca   tamamilə   “fərdiləşmiş”   təhsil   mümkün   ola   bilməz. 
Öyrənmə   sosial   bir   fəaliyyət   olduğundan,   öyrənmə   üçün   ümumi   məqsədlərin   tələbləri 
həmişə olmaqda davam edəcək. 
Hansı mənfi nəticələr ola bilər? 
Çox   fərdiləşdirilmiş   öyrənmənin   geniş   şəkildə   istifadəsi   sosial   bağlılığı   azalda   bilər; 
fərdiləşdirilmiş öyrənmə cəmiyyət daxilində daha fərdiləşmiş əks komandalara və ya qrup 
fəaliyyətlərinə gətirib çıxara bilər. Belə fərdlər, təhsili necə daha yaxşı həyata keçirmək 
məsələsi   üzrə   cəmiyyəti   parçalayan   yeni   öyrənmə   üsullarını   yarada   bilərlər. 
Fərdiləşdirilmiş   təhsilin   nəticələri,   cəlb   olunmuş   insanların   intellektdən,   obyektivlikdən, 
mərhəmətdən və niyyətlərindən və istifadə olunan süni intellekt sistemlərindən asılıdır. 
Bu,   insanların   xüsusi   ideologiyanı   və   ya   fəaliyyət   üsullarını   mənimsəmələri   üçün 
“beyinlərinin yuyulmasının” gözəl yolu ola bilər.  
4. Simulyasiyalardan istifadə
2030-cu ildə, proqramlaşmış öyrənmə sisteminə malik virtual reallıq (VR) simulyasiyaları 
mümkün   olacaq   və   beynəlxalq   səviyyədə   istifadə   olunacaq.   Bu   da   ibtidai   və   orta 
məktəblərdə olan tele-təhsil sistemlərinin təqribən 1/3-ini əhatə edəcək. Bu simulyasiyalar 
insanlara öz templəri ilə, təkbaşına və ya qruplar şəklində inkşaf etməyə imkan verir. 
Onlar təfəkkür elmindən bəhrələnən anlayışlar əsasında qurulublar. Onlar fərdlərin və ya 
qrupların   öyrənmə   üslublarını   və   ehkamlara   və   təlqinlərin   digər   formalarına   olan 

ehtiyaclarıını müəyyən edir və ona uyğunlaşırlar. Simulyasiyalar, süni təcrübənin və sosial 
eksperimentlərin təhlükəsiz bir mühitdə təmin olunması üsullarıdır
4

Bunun baş verməsinə nə səbəb ola bilər? 
Buna  VR oyun sənayesinin və təhsil sistemlərinin qarşılıqlı təsiri; əldə olunan xeyirləri 
nümayiş etdirmək üçün daha uzunmüddətli vaxta vəsait qoymaq istəyində olan rəhbərlik; 
Mur Qanununun, nano prosesinin davamlı irəliləyişi, gücləndirilmiş tezliklər zolağı, yüksək 
texnologiyaya   malik   VR-ın   populyarlaşdırılması;   video   oyunların   və   istifadəsi   asan 
proqram   yaradılması   vasitələrinin   yayılması   (X   Bot   tədris   vasitəsi   olacaqmı?)   ilə   nail 
olmaq olar; İkinci Həyat kimi süni cəmiyyətlərə qəbul və iştirakın artması; xüsusi tədris 
mühitləri   üçün   simulyasiyaların   yaradılması   məqsədilə   wiki   kimi   proqramlardan 
(yanaşmalardan)   istifadə;   təfəkkür   elmindən   alınmış   yeni   anlayışların   tətbiqi;   bilik 
iqtisadiyyatının tələbləri nəticəsində mümkün ola bilər. Bu gün bütün növ simulyasiyalar 
hərbi təlimlərin geniş yayılmış və həyati əhəmiyyətli bir hissəsinə çevrilib.
 
Elmi   birliklər   məlumatların   və   simulyasiya   formatlarının   standartlaşdırılmasını 
sürətləndirdikləri üçün, maarifləndirici simulyasiyaların qiyməti aşağı salına bilər. Xərclər 
həmçinin   qlobal   əməkdaşlıq   və   dünyada   hamı   tərəfindən   istifadə   olunan   modullardan 
ibarət subsidiyalaşdırılmış wiki kimi proqramların köməyilə azaldıla bilər. Bu tətbiqatlar 
getdikcə   gəlir   mənbəyinə   çevrildiyi   üçün,   “İkinci   Həyat”-kimi   simulyasiyaların   gələcək 
nəsilləri də həmçinin təhsilə ayrılan subsidiyaları azalda bilər. Maarifləndirici simulyasiya 
proqram   təminatının   əldə   olunmasını   asanlaşdırmaq   üçün   açıq   mənbəli   standartlar 
nəzərdə   tutulmalıdır.   İnteraktiv   obyektə   malik   VR   dünyalara   çevriləcək   “Facebook”   və 
“MySpace” kimi sosial şəbəkələr vasitəsilə Kompüter-ağıllı tələbələr daha tez mümkün 
olacaq.   VR   dizaynı   və   həyata   keçirilmə   xərcləri   yaxşılaşacaq,   və   interfeys   daha   təbii 
olduqca, dünyada çoxlu yeni tətbiqatlardan istifadə edən insanların sayı çoxalacaq.
Hansı müsbət nəticələr ola bilər?
Bu immersiv təcrübi öyrənmə metodu davamlı artan təsirə malik olacaq, həqiqətən təhsilli 
insanların sayını artıracaq, yeni təcrübələrə yol açacaq, yaradıcılıq qabiliyyətinə təkan 
verəcək, mürəkkəb sistemlərin davranışının avtomatik (xəyali) biliklərini təkmilləşdirəcək, 
fərdi   şəxsiyyətin   inkişafına   imkan   yaradacaq   və   bəşəriyyətin   təkamülünə   yardım 
göstərəcək. Bu sistem insanları inandırmağa çalışacaq ki, əgər problem virtual reallıqda 
həll oluna bilirsə, deməli o “real dünyada” həll oluna bilər. 
Simulyasiyalar həm fərdi ehtiyacları və həm də kollektiv öyrənmə təcrübələrini qane edə 
bilər.   Davamlı   real-vaxt   elm,   idarəçilik,   və   öyrənmə   simulyasiyaları   real-vaxt   ictimai 
intellekti və hökumət büdcələrinə verilən məlumatları əlaqələndirəcək, və simulyasiyaları 
dialoq   və   qərarlar   üçün   bir   əsasa   çevirəcək.   Simulyasiyalar   qarşılıqlı   əlaqənin   daha 
normal bir tərzi olacaq və yüksək keyfiyyətli avadanlıqların qiymətlərini aşağı salacaq. Bu 
isə fərdiləşdirilmiş təhsil platformalarının yeni formalarına təkamül edəcək
www.thetransitioner.org/wiki/tiki-index.php?page=Holopticism linkinə bax. 
Bunun baş verməsinə nə mane olur?
Video oyunlardakı zorakılıq, evə çıxışın və ya valideynlərlə qarşılıqlı anlaşmanın məhdud 
olması, rəhbərliyin kifəyət qədər olmaması, baha qiymətlər, həyata keçirilmənin çətinliyi 
4
  RT   Delphi   istinadları:   Jong-Heon   Kim,   “Fizika   Təhsilində   Virtual   Reallıq   Simulyasiyaları”,   IMEJ   (İnteraktiv 
Multimedia Elektron Jurnalı), tarixsiz; “Virtual Reallıq: Tarix”, Minillik üçün Elm, Superkompüter Əməliyyatları üzrə  
Milli Mərkəz, İllinois Universiteti, 1995-ci il; “Virtual Reallıq,” Vikipedia.

və hansı dəyərlərin və məzmunun daxil ediləcəyi barədə fakir ayrılıqları  simulyasiyaların 
həyata keçirilməsinə əngəl törədə bilər. Bu gün ciddi VR təhsil tətbiqatlarını yaratmaq, 
“İkinci Həyat”-da istifadə olunan tətbiqatlardan daha çətindir. 
Hansı mənfi nəticələr ola bilər?
Bu   kiber   “asılılığa”,   reallıqla   əlaqənin   və   üz-üzə   insan   təmasının   itirilməsinə,   və 
simulyasilarla öyrənmə ilə real həyatdakı həqiqi fəaliyyət arasında əlaqənin kəsilməsinə 
gətirib çıxara bilər. Əslində yaxşı olan, lakin sosial cəhətdən geri qalmış, komanda ruhu 
və paylaşmaq hissi zəif olan fərdlərin sayı arta bilər. Həmçinin, “real dünyadakı” imkanlar 
haqqında   düşüncələri   məhdudlaşdıraraq   “virtual   reallıq”   sistemlərində   təklif   olunan 
imkanlara yol aça bilər. Insanlar real həyatda nail olmadıqları mövqeyə kiberməkanda nail 
olduqları   üçün,   bu   sistem   eqoist   və   qeyri-real   qavrayışlara   təkan   verə   bilər. 
Simulyasiyaların çox canlı olmasına baxmayaraq, xüsusilə gənc insanlar üçün zəruri olan 
üz-üzə   təmaslar   məhdudlaşdıra   bilər.   Təhsil   simulyasiyalarının   bəşəri   olaraq   qəbul 
olunması   üçün   onlar   səthi   olmaqla   daha   az   həssaslıq   və   əxlaqi   xüsusiyyətlər   daşıya 
bilərlər   və   “təhsil   və   əyləncə   kombinasiyası”nda   çatışmayan   real   eksprementlərin 
mürəkkəbliyi və interaktivliyini nəzərə almayan müəllimlər tərəfindən zəif şəkildə istifadə 
oluna bilər.  
Simulyasiyalardan   istifadə   edən   və   etməyən   millətlər,   regionlar   və   mədəniyyətlər 
arasındakı fərqlər zaman keçdikcə artacaq. Bu tendensiyanın mənfi nəticələri də ola bilər. 
Bəzi qruplar “real” qaşılıqlı əlaqələri təsdiq edəcək və virtual simulyasiyaların faydalarını 
inkar edəcəklər. Bu nəticənin kəskin olub olmayacağı qismən, bu texnologiyadan istifadə 
etmək   imkanı   olan   əhalinin   sayından   asılı   olacaq.   İnsan   davranışlarına   mənfi   təsir 
göstərmək üçün kiber cinayətlər və immersiv VR texologiyalarının məqsədyönlü dizaynı 
da mümkündür. Edvard Kastronovanın “Süni Dünyalar” adlı möhtəşəm bir kitabına baxın. 
5.  İnsanların  qeyri-stabil   yetişməsinin   və  ya  ruhi   xəstəyə  çevrilməsinin  qarşısını 
almaq üçün layihələşdirilmiş fərdi öyrənmə (tədris) prosesinin davamlı təkamülü
Bir neçə ölkədə həyata keçirilən bu proqramların məqsədi, terrorçu fəaliyyət və zorakı 
cinayətkarlıq da daxil olmaqla, yaşlanma dövründə cəmiyyətin mənafeyinə zidd davranış 
nümayiş   etdirən   şəxsləri   müəyyən   etməkdir.   Bu   yolla   müəyyən   olunmuş   insanların 
yaşlandıqca qeyri-stabil olmalarını və  ya ruhi xəstələrə çevrilmələrinin qarşısını almaq 
üçün xüsusi tərbiyə proqramları həyata keçirilir
5
.  
Bunun baş verməsinə nə səbəb olar? 
Ayrı-ayrı   fərdlərin   kütləvi   məhvlərə   (SİMAD)   səbəb   ola   biləcəyi   fikrinin   günü-gündən 
artması buna səbəb ola bilər, lakin bu fəaliyyətlərə ictimai marağın olduğunu və onların 
totalitar   istiqamətdə   tətbiq   olunmadığına   təminat   vermək   üçün   böyük   diqqət 
göstərilməlidir.   Psixoloji   təkamül   nəzəriyyəsinin   və   metodlarının   təkmilləşdirilməsi   və 
Malloun ehtiyacların ierarxiyasından istifadə bu cür proqramların inkişafına rəhbərlik edə 
bilər. Bunun baş verməsi üçün təkamül sistemləri bir çox fərdlər tərəfindən təsdiqlənməli 
və   nümunələr   mühüm   əhəmiyyətə   malik   olmalıdırlar,   proqramlar   çox   faydalı,   yaradıcı 
olmalı və  onun geniş şəkildə qəbul edilməsini təşviq etməlidir. 
Bu fəaliyyət insan mühitində inkişaf etdirilsə təhlükədə olan gənc insanları müəyyən edə 
bilər. Elis Uolkerin əsəri göstərdi ki, həyatı ağır keçmiş, lakin yenə də xoşbəxt yaşayan 
5
 
RT Delphi istinadları: Jean-Pierre Voyer, “Konstruktiv Araşdırma Gündəliyi üçün İlkin Şərtlər”, 27 mart 2003-cü  ildə təqdim 
olunmuşdur.  

insanların bir ümumi cəhəti olub: onların hamısını onları sevən bir nəfər tapıb. Bu cür 
proqramlar   bu   kimi   gəncləri   müəyyən   edə   və   müvafiq   tərbiyəçilərin   köməyilə   onları 
maarifləndirə bilər.
Hansı müsbət nəticələr ola bilər?
Bu daha ahəngdar və sabit cəmiyətlərin yaradılmasına səbəb ola; intihar, narkotik asılılıq 
və terror kimi sosial problemləri azalda; insan təbiəti haqqında daha çox biliklərlə təmin 
edə;   profilaktik   psixi   sağlamlıq   və   dərman   preparatalarına   qoyulan   sərmayələrin 
artmasına   gətirib   çıxara   bilər.   Bu   proqramlar,   həmçinin   müəyyən   psixi   sağlamlıq 
məsələləri   ilə   -   xüsusilə   də   insanların   indi   çox   yaşadığı   bir   dövrdə   -   məşğul   olmağın 
nisbətən ucuz yolu ola bilər.  
Bunun baş verməsinə nə mane olur?
Bu proqramın normadan kənar davranışların aradan qaldırılması və ya bu davranışlara 
nəzarət olunması üçün hökumətlər tərəfindən istifadə olunan bircədəfəlik təsnifat sistemi 
ola bilməsi və ya bu proqramın daha despotik paranoidal cəmiyyətlər tərəfindən həyata 
keçirilərək   yaradıcılığın   və   yeniliklərin   azalmasına   səbəb   ola   biləcəyi   haqqında   fikirlər 
bunun baş verməsinin qarşısını ala bilər. Bütün dahilər bir az dəli olurlar! Yaxşı niyyətlərlə  
irəli sürülməsinə baxmayaraq bu təklif bir çox mənfi cəhətlərə malikdir, məsələn, bütün 
dünyada   qəbul   olunması   üçün   onun   “profilləşdirilməsi”.   Terrorçu   fəaliyyət   və   zorakı 
cinayətkarlıq da daxil olmaqla, cəmiyyətin mənafeyinə zidd olan davranışlar, təkcə fərdi 
tərbiyənin problemi deyil; bunun, həmçinin sosial səbəbləri də var. Bunu necə həyata 
keçirməyi, xüsusilə geniş əhali kütlələri arasında təsir göstərməyə vadar etməyin yollarını 
heç kim bilmir. Psixi xəstəliklərin çoxunun irsi və ya psixoloji səbəblərdən baş verdiyinin 
günü-gündən artan sübutları onu göstərir ki, ola bilsin ki, bu proqramlar genom təhlillərlə 
müqayisədə effektivliyi məhdudlaşdırıblar.   
Hansı mənfi nəticələr ola bilər?
Bu proqram, milli dövətlərdə qrup şəklində danışığa, məxfiliyin, söz və fikir azadlığının 
azalmasına   və   məlumat   toplayan/polis   orqanlarının   gücləndirilməsi   və   tarixdə   insan 
haqqlarının   ən   pis   şəkildə   pozulması   ilə   nəticələnə   bilər.   Bu   isə,   incəsənətin   yeni 
formalarının yaranmasının qarşısını almaqla neo-sosialist realizmə gətirib çıxara bilər. Bu 
proqramlar nəticəsində dünyanın ən dahi filosofları mənfi üslubda göstərilə bilər. Onda 
onların   və  onların   nailiyyətlərinin   başına   nə   gələrdi?   Gələcəkdə   əgər   biz   anormal 
şəxsiyyətə   malik   fərdləri   “sağaltmağa”   və   ya   təcrid   eləməyə   başlasaq,   görəsən   biz 
dünyaya faydası olan bir şeyi məhvmi edəcəyik? Axı nəyin “anormal” olduğuna kim qərar 
verir?   
6. Təkmilləşdirilmiş fərdi qidalandırma
İnsanın özü tərəfindən aparılan diaqnostik testlər təkmilləşmiş təfəkkürün inkişafı üçün 
fərdiləşdirilmiş   qidalanma   tələblərini   müəyyən   edir.   Bu   testlər   daha   zəngin   ərazilərdə 
həyata keçirilir, hökumət və sığorta şirkətlərinin dəstəyilə artıq az gəlirli ərazilərində də 
istifadə olunmağa başlayır
6
.
6
 RT Delphi istinadları: “Düşünmə üçün Qidalar:Beyni Tikən və tükətən Qidalar”, AskDrSears.com, 2000; “Beynin 
inkişafına və Zədələrin sağalmasına Kömək  edən Qidalar və Vitaminlər,” at Yourfamilyclinic.com, tarixsiz; BMT-nin 
Ərzaq və Kənd-Təsərrüfatı Təşkilatı, “Balıq da, Protein də Büyin üçün Qidadır”, Fokus: Balıq tutulan yerlər və Qida 
təhlükəsizliyi”, tarixsiz.

Bunun baş verməsinə nə səbəb ola bilər?
Tibbi   sığorta   şirkətləri,   təhsil   proqramları   və   ticarət   müəssisələri   arasında   ittifaqlar 
insanların   özü   tərəfindən   aparılan   testlərin   artmasına   səbəb   ola   və   istehlakçıları   yeni 
bəsləyici qidalar haqqında maarifləndirməyə kömək edə bilər. Sığorta şirkətləri testlərdən 
və   yeni   qidalardan   istifadə   edənlər   üçün   sığorta   qiymətlərini   aşağı   sala   bilər. 
Qidalandırmada,  DNT  testlərində,  “təbiət  və qidalanma”  amillərinin  sağlamlıqda  rolunu 
anlamanın təkmilləşməsində, fərdiləşdirilmiş təbabətdə elmi nailiyyətlərin əldə olunması 
və “nutrigenomlar” da bu ehtimalın həyata keçmə şansını artıra bilər. Yoxsul ölkələrdə bu 
proqramın həyata keçirilməsi üçün QHT-lərin və BMT qurumlarının köməyi zəruri olardı.  
Hansı müsbət nəticələr ola bilər?
Bu,   xalqın   sağlamlığını   və   idraki   inkişafını   təkmilləşdirə,   tibbi   xidmətlərin   qiymətlərini 
azalda və insanların ömrünün uzanmasına, fiziki qüvvələrinin və fəaliyyətlərinin artmasına 
səbəb ola bilərdi.
Bunun baş verməsinə nə mane olur?
Təkmilləşdirilmiş fərdiləşdirilmiş qidalanmaya yoxsulluq, pis qidalanma vərdişlərinə malik 
mədəniyyətlər,   siyasi   iradənin   azlığı,   yeyinti   sənayesini   daha   da   fərdiləşdirilmiş   və 
bəsləyici qidaların istehsalına yönəltmə xərcləri və diaqnostik təhlillərdə səhv ola biləcəyi 
qorxusu   əngəl   törədə   bilər.   (Lakin,   tam   və   növbə-növ   qidalanmanın   ümumi   sərfəli 
nəticələri fərdi nəticələrin sərfəli yüksək-xərclərini kölgədə qoyur). Bu isə yoxsul ərazilər 
üçün maliyyə cəhətdən mümkün ola bilməz. İrsən əldə edilmiş qidalanma vərdişlərindən 
duyulan həzz bu cür fikirləri inkar edə bilər. Əgər DNT testləri tələb olunsa, onda bəzi 
insanlar buna müqavimət göstərəcəklər. 
Hansı mənfi nəticələr olabilər?
Bu, xüsusi pəhrizlərlə qidalanma imkanı olan varlı insanlar və imkanı olmayan kasıblar 
arasında fərqləri artıracaq.
7.    İrsi yüksək intellekt
İntellektin və öyrənmənin artmasına kömək edən genlər müəyyən olunub və öz gələcək 
uşaqlarının potensial intellektini dəyişmək üçün dünyanın yuxarı və orta siniflərindəki bir 
çox   valideynlər   tərəfindən   istifadə   olunub.   Yoxsul   regionlardakı   bir   çox   insanların 
müalicəsinə pul ayrılıb
7
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Nevrologiya və genetika elmləri arasında gələcək müştərək fəaliyyət (sinerji), öz uşaqları 
üçün daha firavan həyat istəyən valideynlər və dərman preparatları vasitəsilə təfəkkürün 
artırılmasının ilkin uğuru bunun baş verməsinə səbəb ola bilər. Yaxın gələcəkdə genetik 
əqli inkişafın əsas forması Preimplantasiya Genetik Diaqnozu olacaq. Bu üsul pataloji 
cəhətdən   aşağı   olan   intellektə   cavab   verən   genləri   seçərək   kənarlaşdırır.   Bu,   aşağı 
fəaliyyətin   sayının   azaldılmasına   və   orta   hesabın   artırılmasına   gətirib   çıxaracaq,   lakin 
PGD   daha   da   ümumiləşdirilməlidir.   Bu   isə,   texnologiyanın   təkmilləşməsini,   qiymətləri 
7
 RT Delphi istinadları: Uesli Smit, “Biotəhlükələr”, San Francisko Xronikası, 6 Noyabr 2005; Joao Pedro de 
Maqalaes, “Uşaqlarımızın Səciyyəvi Cizgilərinin Müəyyən Olunması”, 2006; Everet Mendelson, “Yevgenik 
Həvəslər”, Harvard Jurnalı, Mart-Aprel 2000.

aşağı  salmaq  üçün  prosesin  avtomatlaşdırılmasını,  müxtəlif   müalicələrin  müqayisəsinə 
imkan verən standartların yaradılmasını və ən əsası, genetik seçməni daha da məqbul 
edən   vəziyyət   dəyişikliklərini   tələb   edir.   İdrakın   genetik   cəhətdən   artması,   həmçinin 
cinayətkar   davranışlara   cavab   verən   genlərə   təsir   göstərən   tək   bir   prosedurda 
birləşdirilməlidir. Biz görmə qabiliyyətimizi eynəyin köməyilə “düzəltdiyimiz” kimi, həmçinin 
zəif  intellektimizi  də düzəldə  bilərik.  İntellektin  artırılması   üçün  təhlükəsiz  bir prosedur 
mümkün   olan   kimi   valideynlər   öz   uşaqlarını   bu   proseduru   ilk   təklif   edən   ölkəyə 
aparacaqlar. Sosial əxlaqi prinsiplərin inkişaf etdirilməsi, müxtəlifliyin qəbul edilməsi və 
digərlərinə hörmət və ya genetik cəhətdən artırılmış intellektlə müşaiət olunmalı, ya da 
ondan əvvəl mövcud olmalıdırlar.
Hansı müsbət nəticələr ola bilər?
Bu, əqli cəhətdən geri qalmış uşaqları sağalda bilər. Bütün irəliləyişlər kimi bu proqram da  
ilk əvvəl varlı insanlar tərəfindən öz uşaqları üçün təmin ediləcək, lakin vaxt keçdikcə, 
gələcək nəsilləri daha ağıllı etmək məqsədilə qiymətlər aşağı düşəcək.
Bunun baş verməsinə nə mane olur?
 
Genetikanın kifayət qədər irəliləməsi, baha qiymətlər və genetik texnologiyadan yalnış 
istifadə   etməyin   genetik   mutasiyalara   səbəb   olacağı   qorxusu   və   bu   həyatın   ALLAH 
tərəfindən verilən dəyişilməz bir hədiyyə olduğuna inanmaq bu ideyanın həyata keçməsini 
çətinləşdirəcək.
Hansı mənfi nəticələr ola biər?
Adi   seçim   meyarı   bir   neçə   aşkar   oluna   bilən  “ağıl   genlərinə”   gətirib   çıxara   bilər, 
baxmayaraq   ki,   bu   genlər   insanın   bütün   bacarıqlarını   təmsil   etmir   (digər   tərəfdən,   bu 
texnologiyanın   geniş   şəkildə   təsdiqini   tapması   və   istifadəsi   mümkün   olsa   da,   bu 
məhdudiyyət 2030-cu ilədək çətin ki, çox sayda insana təsir göstərsin). Bu, varlı-kasıb 
fərqlərini artıra və ola bilsin ki, ağıllı menecerlər və nisbətən az ağıllı istehlakçıların olduğu  
parçalanmış   cəmiyyətə   gətirib   çıxarsın   və   ya   insanları   idarə   etmək   arzusunda   olan 
gələcək   diktatorlar   tərəfindən   istifadə   oluna,   ya   da   “super   yarışa   (irqə)”   və   yaxud   da 
“dünya  liderlərinin”  meydana  gəlməsinə  səbəb  ola  bilər.  Uşaqların  daha  uşaq  olmağa 
“vaxtları” olmaya bilər. 
8.   İbtidai   sosial   elmi   tədqiqat   aləti   kimi   qlobal   onlayn  (internet   şəbəkə) 
simulyasiyalarından istifadə
2003-cü ildə açılmış və  2007-ci ilin  ortasına kimi təqribən 7 milyon sakini  olan  “İkinci 
Həyat” kimi virtual reallıqlar, sosial davranış üçün təbii hüquqların ekvivalentini və yeni 
tele-virtual təhsil simulyasiyalarını   təkmilləşdirmək   məqsədilə aparıcı təfəkkür alimləri, 
təhsil   planı   mütəxəssisləri   və   davranışların   tədqiqi   ilə   məşğul   olan   alimlər   tərəfindən 
istifadə olunur. Bu elektron universitetlərdə insanlar özlərini cəmiyyət kimi aparır,  yeni 
mədəniyyətlər qurur və insan eksprementlərində müşahidə oluna biləcək narahatçılıqlar 
olmadan cəmiyyətin birləşdirici elementləri üzrə eksprementin həyata keçirilməsinə zəmin 
yaradırlar.
8
Bunun baş verməsinə nə səbəb ola bilər?
8
  RT Delphi istinadları: Baş səhifə, at secondlife.com; Annali Nyuits, “Sizin İkinci Həyatınız Hazırdır”,   “Məşhur 
Elm”, sentyabr 2006; “Həqiqi İnsan Əlaqələrinin Sirlərini Açmaq üçün İstifadə olunan Süni Dünyalar”, Kornel Nyus, 
14 Fevral 2003.

İlkin istifadə iş bazarı araşdırması və siyasi porqnozlaşdırma məqsədi daşıya bilər. Lakin 
qiymətlər   aşağı   düşdükdən   sonra   bu   proqram   sosiologiyanın   tədrisində   istifadə   oluna 
bilər. Bu, “İkinci Həyat” kimi fenomendən təbii şəkildə təkamül edəcək. 
Hansı müsbət nəticələr ola bilər?
Bu, tədqiqat xərclərini azalda, müqayisəli təhlil üçün əla bir “müqəvva” rolunu oynaya bilər 
və yaradıcı mədəniyyətlərin inkişafını təşviq etmək üçün fantaziyalara təkan verər. Hamı 
hər   yerdə   qabaqcıl   sosialogiya   araşdırma   təhsilindən   istifadə   etmək   imkanına   malik 
olacaq. 
Bunun baş verməsinə nə mane olur?
Real sosial vəziyyətləri kiber məkanda yenidən qurmaq demək olar ki, mümkün deyil. 
İnsanlar   simulyasiyalar   üçün   kifayət   qədər   dəqiq   məlumatları   təqdim   etməyə   bilərlər, 
nəticə   etibarilə   onların   dəyərini   azaldarlar.   Bu   vasitələrdən   istifadə   edən   məqbul 
idarəetmə   elementləri   də   bu   proqramın   həyata   keçməsində   rol   oynaya   bilər. 
Eksperimentatorların   keçmişdə   tədqiqatlar   üçün   insanlardan   sui-istifadə   etdikləri   kimi, 
kiberməkanda   da   insanlardan   sui-istifadə   etmək   mümkündür.   Əgər   nəticələr   siyasi 
istiqamətlərin “səhv” yöndə olduqlarını göstərirsə, o zaman gələcəkdə bu proqramın tətbiq 
olunmasına əngəl yaranır.  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin