FöVQƏladə hadiSƏLƏRİn nəTİCƏLƏRİNİn aradan qaldirilmasi fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları Obyektlərin zədələnmə ocaqları


Fövqəladə hadisə nəticələrinin aradan qaldırılmasına



Yüklə 157,21 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix25.12.2023
ölçüsü157,21 Kb.
#197032
1   2   3   4   5   6   7   8   9
14 Movzu - FH-in neticelerinin aradan qaldirilmasi

Fövqəladə hadisə nəticələrinin aradan qaldırılmasına 
 cəlb edilən qüvvə və vasitələr 

Qəzaların nəticələrini aradan qaldırmaq - müvafiq sənaye 


sahələrinin və ya ərazi (şəhər, qəsəbə) təşkilatlarının 
tabeliyindəki obyektlərdə olan xüsusi xidmətlərin və ayrı-ayrı 
mütəxəssislərin, 
yanğınsöndürmə 
və 
meşə 
yanğını 
komandalarının, elektrik şəbəkəsi, rabitə, qaz təchizatı, su 
təchizatı, kanalizasiya, istilik təchizatı qəza xidmətlərinin, 
dəmiryolu bərpa qatarlarının, qəza xilasetmə gəmilərinin
avtomobil nəqliyyatı texniki-qəza xidmətinin, təcili tibbi 
yardım xidmətinin və s. xidmətlərin vəzifəsidir.
Müxtəlif təsərrüfat obyektlərində baş verən kiçik qəzalar 
və yanğınlar həmin obyektlərin müdiriyyəti tərəfindən öz
 
qüvvələri ilə, eləcə də ərazi təşkilatlarındakı (xüsusi 
xidmətlərin) mütəxəssislərin qüvvələri ilə aradan qaldırılır.
Bir sıra sənaye və təsərrüfat sahələrində (dağ-sənaye 
sahələrinin şaxtalarında, metro-tunel, kollektor tikintisində, 
neft mədənlərində, neft-kimya müəssisələrində) qəzaların 
aradan qaldırılması üzrə işlərdə respiratorlardan istifadə 
edilməsi tələb olunduğu üçün belə müəssisələrdə xüsusi qazdan 
xilasetmə və dağ-mədən işlərində xilasetmə dəstələri - 
komandalar dəstələr və s. habelə gəmiçilik idarələrinin qəza-
xilasetmə dəstələri yaradılır.
Mədən işlərində xilasetmə dəstələrinə aşağıdakılar həvələ 
edilir: kömür və filiz mədənlərində, metropolitendə, neft və 
kimya sənayesi müəssisələrində qəzalar zamanı adamların xilas 
edilməsi; yeraltı qəza nəticələrinin aradan qaldırılması işlərinin 


376 
aparılması respiratorlardan istifadə etməklə profilaktika işləri 
görmək tələb olunan şəraitdə yeraltı və yerüstü yanğınların, 
alışmış neft və qaz fəvvarələrinin və s. söndürülməsi; qəzaların 
qarşısını almaq üçün profilaktika işlərinin icra edilməsi
respiratordan istifadə olunması tələb edilən texniki işlərin 
yerinə yetirilməsi və s.
Xilasetmə və digər təxirəsalınmaz tədbirlər 
Güclü fəlakətlərə qarşı işlərə rəhbərlik etmək, eləcə də 
onların nəticələrinin aradan qaldırılması üzrə təxirəsalınmaz 
tədbirlər görmək üçün respublikada Fövqəladə Hallar Nazirliyi 
yaradılmışdır. Bu nazirliyə zərər çəkmiş əhaliyə yardım 
göstərilməsi, dövlətin maddi sərvətlərinin və vətəndaşların 
əmlakının xilas edilməsinə yerli qüvvə və vasitələrin cəlb 
olunması sahəsində geniş səlahiyyətlər verilmişdir. Təbii 
fəlakətlərlə mübarizə tədbirlərində nəinki fəlakət baş vermiş 
ərazidəki iş qabiliyyətli əhali, həm də respublikanın
 
digər 
rayonlarının əhalisi fəal iştirak etməlidir.
Əhali və ətraf mühit üçün təhlükə törədən güclü istehsalat 
və nəqliyyat qəzaları və ya təbii fəlakətlər (geniş meşə 
yanğınları, subasmalar, zəlzələ və s.), onların nəticələrini 
aradan qaldırmaq üçün müəssisələrin öz qüvvələri, o cümlədən 
yanğınsöndürmə və meşə-yanğın komandaları, mədən 
xilasetmə komandaları və s. kifayət etmədikdə, fəlakətlərlə 
mübarizəyə təsərrüfat obyektlərinin fəhlə və qulluqçuları da 


377 
cəlb edilir. Bu məqsədlə onlardan hərbiləşdirilməmiş dəstələr 
(xilasedici, qəza-bərpa və digər dəstələr, komandalar, qruplar 
və manqalar) yaradılır. Bəzi təhlükəli hallarda güclü qəzaların 
aradan qaldırılması və təbii fəlakətlərlə mübarizə işlərinə hərbi 
hissələr cəlb edilə bilər.

Yüklə 157,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin