FöVQƏladə hadiSƏLƏRİn nəTİCƏLƏRİNİn aradan qaldirilmasi fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları Obyektlərin zədələnmə ocaqları



Yüklə 157,21 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix25.12.2023
ölçüsü157,21 Kb.
#197032
1   2   3   4   5   6   7   8   9
14 Movzu - FH-in neticelerinin aradan qaldirilmasi

 
Bərpa işlərinin
növləri 
Qəza və təbii fəlakət nəticələrinin aradan qaldırılması 
dövründə yaranan şəraitdən, obyektlərdən istifadə olunması 
müddətindən, dağıntıların xarakterindən və həcmindən, ilin 
fəslindən və havanın proqnozundan, eləcə də bərpa işlərinin 
yerinə yetirilməsi üçün ayrılmış qüvvə, vasitə və vaxtdan asılı 
olaraq, bərpa işlərinin üç növə bölünür: 
qısamüddətli, 
müvəqqəti
və 
əsaslı
bərpa işləri.
Bunlardan əlavə, bir sıra mənbələrdə göstərilir ki, bəzi 
hallarda təcili və ya təxirəsalınmaz qəza-bərpa növlü işlərdən 
də istifadə edilə bilər və belə işlər digər növ bərpa işlərindən 
əvvəl icra edilir. Məsələn, belə qısamüddətli və təcili bərpa 
işləri: binaların, qurğuların və mühəndis şəbəkələrinin bərpası 
zamanı - zədələnmə ocağını məhdudlaşdırmaq məqsədilə; 
yolların bərpası zamanı isə - oradan bərpa işlərinə göndərilən 
texnikanın keçməsini təmin etmək üçün; xilasetmə və digər 
təxirəsalınmaz işlərin gedişində yerinə yetirilə bilər.
Qəza 
və 
ya 
təbii 
fəlakət 
nəticələrinin 
aradan 
qaldırılmasında obyektin bərpası qısamüddətli və ya müvəqqəti 
xarakterli ola bilər. Bəzi hallarda belə işlər ardıcıl surətdə icra 
edilir.
Qısamüddətli bərpa müvəqqəti bərpanın bir növü hesab 
edilir; belə ki, müvəqqəti bərpadan əvvəl, davam etməkdə olan 


364 
təbii fəlakət şəraitində yerinə yetirilən və müvəqqəti bərpaya 
nisbətən texniki cəhətdən tam təmin olunmayan bərpa növüdür. 
Təbii fəlakətlərlə təcili mübarizə şəraitində adətən, əsaslı bərpa 
işləri aparılmır. Əsaslı bərpa ancaq təbii fəlakətin təsiri 
qurtarandan sonra onun nəticələri aradan qaldırılarkən yerinə 
yetirilir. Bərpanın növü yuxarı təşkilatın, nazirliyin, baş 
idarənin, ərazi orqanlarının qərarı ilə müəyyən edilir.
Dağılmış obyektin qısamüddətli bərpası bu obyektlərin 
qısa müddət istismarı üçün və ya ondan məhdud istifadə etmək 
məqsədilə aparılır. Belə hallarda sadə konstruksiyalardan 
istifadə olunmasına və qurğuların qismən bərpa edilməsinə, 
məsələn, yalnız zirzəmi binalarının bərpa edilməsinə, pəncərə 
yerlərinin taxta lövhələrlə bərkidilməsinə (lövhələrin arasına 
torpaq doldurmaqla), yol və körpülərin ancaq birtərəfli hərəkət 
üçün 
bərpa 
edilməsinə, 
körpünün 
zədələnmiş 
konstruksiyalarını 
dayaqlarla 
gücləndirməyə, 
təyyarə 
limanlarında uçuş-eniş zolaqlarının bütün eni və uzunu boyu 
deyil, yalnız tək-tək təyyarələrin uçuşu və enişi üçün bərpa 
olunmasına və ya bu məqsəd üçün avtomobil yolunun 
uyğunlaşdırılmasına icazə verilir.
Qısamüddətli bərpa işləri, adətən, əlaltı materiallardan və 
yığılıb-sökülən konstruksiyalardan istifadə olunmaqla aparılır. 
Bu zaman belə bərpa işlərinin icra müddəti - saatlarla, bu cür 
bərpa olunan obyektlərin fəaliyyət müddəti isə günlərlə 
hesablanır.
Qısamüddətli bərpa işləri 
Qısamüddətli bərpanın əsas xüsusiyyəti - işlərin icrasının 


365 
təcili xarakter daşıması, bərpa olunan konstruksiyaların isə 
qısamüddətli istismar üçün nəzərdə tutulmasıdır.
Dağılmış obyektin müvəqqəti bərpası zədələnmiş qurğuları 
qismən (və bəzi sadələşdirmə yolu ilə) bərpa edərək obyektin 
əsaslı bərpa olunma vaxtına qədər fəaliyyət göstərməsinə nail 
olmaq üçün aparılır. Məsələn, binanın ancaq bir neçə 
mərtəbəsinin bərpa olunması, yaxud deformasiyaya uğramış 
yol örtüyünün bütünlüklə deyil, bəzi sahələrinin qaydaya 
salınması bu qəbildən olan bərpa işləridir.
Belə işlər müvəqqəti konstruksiyalardan və əvvəlcədən ha-
zırlanan materiallardan istifadə edilməklə yerinə yetirilir. Belə 
hallarda bərpa edilmiş obyektlərin fəaliyyət müddəti istifadə 
edilən materiallardan asılı olur və bir neçə ay təşkil edə bilər.
Obyektlərin əsaslı bərpası onların daimi istismarını təmin 
etmək üçün yerinə yetirilir. Bu zaman qurğunun qısa müddətdə 
mənəvi cəhətdən köhnəlməsinin qarşısını almaq məqsədilə 
qurğuları yenidən qururlar (modernləşdirirlər). Dağıdılmış 
nadir və tarixi əhəmiyyətli obyektlər lazımi hallarda 
restavrasiya edilib əvvəlki vəziyyətə gətirilir.
İşlərin 
icrasında 
zavodlarda 
hazırlanan 
yığma 
konstruksiyalardan istifadə olunur. İşlərin icrası aylarla davam 
edir. Bərpa edilmiş obyekt on illərlə istismar üçün nəzərdə 
tutulur.
Əsaslı bərpa – sənaye qəzaları və təbii fəlakət nəticələrinin 
tamamilə aradan qaldırılması prosesində qurğuların bərpa 
edilməsinin əsas növüdür. 
Təbii fəlakətlərlə mübarizə və müxtəlif qəzaların 
məhdudlaşdırılması işləri aparılarkən bərpa işlərinin icrasını 
çətinləşdirən xüsusi şərait amilləri aşağıdakılardan ibarətdir: 
işlərin qısa müddətdə yerinə yetirilməsi lüzumu; işlərin icrası 
layihəsinin və əvvəlcədən hazırlanmış tikinti meydançasının 
olmaması; ərazinin zəhərlənməsi ehtimalı və təbii fəlakətlərin 
davam edən təkrar təsiri. 


366 
Obyektin 
bərpa 
edildiyi şərait 
Obyektdən 
istifadə 
olunmasının 
təxmini müddəti 
İşə hazırlanma şərtləri 
Mühəndis işlərinin növü və texniki möhkəmliyi 
Obyektin işə 
hazırlanmasının 
təxmini müddəti 
Hazırlanan 
qurğular kompleksi 
Dağıdılmış qurğular əvəzinə 
yenilərini tikərkən 
Dağıdılmış qurğuları bərpa 
edərkən 
Yeni tikilən 
qurğunun tipi 
İşlərin 
müvafiq növü 
Bərpanın 
növü 
Mühəndis 
kəşfiyyatının növü 
Təbii fəlakət 
Bir neçə sutka 
Bir neçə saatdan 
bir neçə 
sutkayadək 
1-ci növbədə 
Səyyar 
vasitələrin 
tətbiqi ilə 
müvəqqəti 
Qısa layihə ilə 
sadə axtarış 
Qısa 
müddətli 
bərpa 
Bərpa işlərinin 
planını tərtib 
etməklə təcili 
mühəndis 
kəşfiyyatı 
Təbii 
fəlakətdən 
dərhal sonra 
Bir neçə həftədən 
bir neçə ayadək 
(hava şəraitindən 
asılı olmayaraq) 
Bir neçə gündən 
bir neçə 
həftəyədək 
1-ci və 2-ci 
növbədə 
Müvəqqəti 
yığma-sökmə 
konstruksiyalar 
tətbiq etməklə 
Texniki layihə 
hazırlamaqla 
müfəssəl 
axtarış 
Müvəqqəti 
bərpa 
Bərpa işlərinin 
texniki layihəsini 
tərtib etməklə ətraflı 
mühəndis kəşfiyyatı 
Təbii 
fəlakətdən 
sonra (nazirlik 
və idarənin 
planı üzrə) 
Daimi 
Normativə uyğun 
(bir neçə ay) 
Bütün kompleks Daimi (əsaslı) 
İş çertyojları 
hazırlamaqla 
müfəssəl 
axtarış 
Əsaslı 
bərpa 
Çertyojlar tərtib 
etməklə ətraflı 
mühəndis kəşfiyyatı 


367 

Yüklə 157,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin