FöVQƏladə hadiSƏLƏRİn nəTİCƏLƏRİNİn aradan qaldirilmasi fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları Obyektlərin zədələnmə ocaqları



Yüklə 157,21 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix25.12.2023
ölçüsü157,21 Kb.
#197032
1   2   3   4   5   6   7   8   9
14 Movzu - FH-in neticelerinin aradan qaldirilmasi

Dağılma dərəcələri. 
Qurğunun bütövlükdə dağılması 
dərəcəsi zədələnmələrin ümumi nəticəsi ilə xarakterizə 
olunur. Qurğularda ən güclü dağıntılar partlayış, yanğın və 
s. kimi istehsalat qəzaları nəticəsində və ya zəlzələ, qasırğa 
və digər təbii fəlakətlər zamanı baş verir.
Obyektin qurğularında, məsələn, partlayış, zəlzələ, qasırğa 
və yanğınlar zamanı baş verən dağıntıları şərti olaraq dörd 
növə: tam, güclü, orta dərəcəli və zəif dağıntı dərəcələrinə (A, 
V, S, D dərəcələrinə) ayırmaq mümkündür. Yaşayış evlərinin 
və sənaye binalarının zəif zədələnməsi xeyli dərəcədə küləyin 
şiddətindən və istiqamətindən asılı olur. Güclü külək zamanı 
tikintilər külək əsən istiqamətdə 1,5-2 dəfə artıq zədələnir. 
Yaşayış evləri və sənaye binaları üçün bəzən dağıntılar üzrə 
əlavə bir dərəcə - yüngül zədələnmə - E növü də müəyyən 
edilir. Ümumiyyətlə, dağıntıların dərəcələri qurğuların 
konstruksiyasından, onların yerləşdirilməsindən, partlayış 
mərkəzindən olan məsafədən və partlayışın gücündən asılı olur.


361 
Tam dağıntılar zamanı bina və qurğular tamamilə dağılıb 
tökülür (yanır). Yalnız özüllər və möhkəm yeraltı otaqlar 
qismən salamat qala bilər. Mühəndis şəbəkələri basılıb əzilir və 
ya partlayır. Belə obyektlərin bərpası, adətən mümkün deyil və 
ya məqsədəuyğun deyildir.
Güclü dağıntılar zamanı qurğuların ancaq bəzi hissələri -
aşağı mərtəbələrin divarları, dəmir beton karkasların ünsürləri, 
yeraltı otaqlar salamat qalır. Mühəndis şəbəkələri ayrı-ayrı 
sahələrdə qırılır və ya deformasiyaya uğrayır. Belə bina və 
qurğuların bərpa edilməsi onların ayrı-ayrı konstruksiyalarının 
salamat qalmış materiallarından istifadə olunmaqla ancaq 
yenidən quraşdırma qaydası ilə mümkündür.
Orta dərəcəli dağıntılar zamanı binaların qəfəsləri və 
qurğuların digər möhkəm konstruksiyaları (əsas divarlar
dəmir-beton örtüklər və s.) salamat qalır. Bəzi yerlərdə 
mühəndis şəbəkələrinin birləşmələri pozulur. Xeyli bərpaetmə 
işləri tələb olunur. 
Zəif dağıntılara bina və qurğuların ikinci-dərəcəli 
ünsürlərində - damlarda, yardımçı yüngül tikililərdə, pəncərə 
və qapı çərçivələrində, şüşəbəndlərdə baş verən xırda 
deformasiyalar aid edilir. Binaların daxilində divarların suvağı, 
arakəsmələr, qapı çərçivələri, zədələnir. Azacıq bərpaetmə 
işləri tələb olunur ki, belə işlər qurğunun istismarı prosesində 
yerinə yetirilə bilər:

Yüklə 157,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin