FöVQƏladə hadiSƏLƏRİn nəTİCƏLƏRİNİn aradan qaldirilmasi fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları Obyektlərin zədələnmə ocaqları



Yüklə 157,21 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix25.12.2023
ölçüsü157,21 Kb.
#197032
1   2   3   4   5   6   7   8   9
14 Movzu - FH-in neticelerinin aradan qaldirilmasi

 
Digər 
təxirəsalınmaz 
işlər

xilasetmə 
işlərinin 
aparılmasına şərait yaratmaq, eləcə də kommunal təsərrüfat, 
energetika, nəqliyyat və rabitə şəbəkələrində qəzanın 
nəticələrini məhdudlaşdırmaq və aradan qaldırmaqla obyektin 
fəaliyyətini təmin etmək məqsədilə yerinə yetirilir.
Belə işlər aşağıdakılardan ibarətdir:
1)
uçqunlarla 
tutulmuş 
yerlərdə, 
zəhərlənməyə 
(çirklənməyə) məruz qalmış sahələrdə nəqliyyat üçün yol 
salmaq və keçidlər düzəltmək;
2)
xilasetmə işlərinin icrasına imkan yaratmaq üçün qaz 
enerji, su təchizatı, kanalizasiya və texnoloji şəbəkələrdə 
qəzaları məhdudlaşdırmaq;
3)
uçulub tökülmək qorxusu törədən və hərəkətə, eləcədə 
işlərin təhlükəsiz aparılmasına mane olan konstruksiyaların 
bərkitmək və ya tamamilə dağıtmaq;
4)
xilasetmə işlərinin aparılmasını təmin etmək məqsədilə, 
zədələnmiş və ya dağıdılmış rabitə xətlərini, kommunal-enerji 
şəbəkələrini təmir və bərpa etmək; 
5)
düşmənin ehtimal olunan təkrar zərbələrindən və ya 
təkrarən baş verə biləcək qəza və təbii fəlakətlərdən qorunmaq 
üçün zədələnmiş mühafizə qurğularını təmir və bərpa etmək.
Fəlakətlər nəticəsində yaranan fövqəladə hadisələrdə 
zədələnməyə məruz qalmış obyektin məhdud yerli imkanları, 
eləcə də vaxt qıtlığı şəraitində xilasetmə və digər 
təxirəsalınmaz işlərin bütün növlərinin hamısını eyni zamanda 
yerinə yetirmək mümkün deyil.


373 
Zədələnmiş obyektdə qəzanın və təbii fəlakətin nəticələrini 
qısa müddətdə aradan qaldırmaq üçün qüvvə və vasitələri elə 
paylaşdırmaq lazımdır ki, işləri müəyyən növbələr ilə fasiləsiz 
aparmaq mümkün olsun.
Birinci növbədə bütün qüvvələr əsas vəzifənin yerinə 
yetirilməsinə - adamların xilas edilməsini təmin etmək 
məqsədilə xilasetmə və qısamüddətli bərpa işlərinin icrasına 
yönəldilməlidir. 
Xilasetmə və qısamüddətli bərpa işləri 
Bundan dərhal sonra isə obyektdə işin davam etdirilməsini 
təmin etmək üçün qəzaların məhdudlaşdırılması, istehsalat 
binalarında dağıntı və zədələnmələrin aradan qaldırılması üzrə 
ilk növbəli və ya müvəqqəti bərpa işlərini, eləcə də zədələnmiş 
bina və qurğuların konservasiya edilməsi üzrə işləri yerinə 
yetirirlər. Zədələnmiş binaların konservasiya edilməsində 
məqsəd, onların ətrafdakılar üçün təhlükəsiz vəziyyətə 
gətirilməsi, habelə tamamilə dağılıb sıradan çıxmasının 
qarşısını almaqdan ibarətdir (daxili ehtiyatların çatışmaması, 
yaxud bərpa işləri aparacaq ixtisaslı təşkilatların olmaması və 
digər səbəblərdən obyektin bərpasına müəyyən müddətdən 
sonra başlanması qərara alınan hallarda).
Daha sonra isə ixtisaslı podratçı tikinti-quraşdırma 
idarələrinin qüvvələri, yaxud təsərrüfat üsulu ilə obyektin əsaslı 
bərpası işləri yerinə yetirilir.
Qısa müddətli bərpa zamanı işlər l-ci növbə həcmində 


374 
müvəqqəti bərpa zamanı l-ci və 2-ci növbələr həcmində, əsaslı 
bərpa zamanı isə tam həcmdə yerinə yetirilir. Bütün hallarda 
işləri mərhələlər üzrə icrasına riayət edilməlidir ki, hər bir 
növbə üzrə işlər başa çatdırılandan sonra obyektin müvafiq 
növbələr arası aralıq hazırlığı təmin edilsin. Məsələn, 
avtomobil yolları bərpa edilərkən l-ci növbə üzrə işlər başa 
çatdırılandan sonra yolun bərpa edilən sahəsinin örtüyü - 
torpaqdan, 2-ci növbəli işlərdən sonra - adi çınqıldan, 3-cü 
növbədə işlər başa çatdırılandan sonra – üzvü özüllü maddələr 
qatışıqlı çınqıldan ibarət ola bilər və s. Bu zaman işlərin təşkili 
layihəsində (İTL) nəzərdə tutulmalıdır ki, qəbul edilmiş kon-
struksiya həlli yaranmış şəraitdən asılı olaraq dəyişdirilə bilər; 
burada həmçinin bərpa işlərinin qaydası və icrası müddətləri 
göstərilməlidir.
İstehsalat qəzaları və təbii fəlakət nəticələrinin aradan 
qaldırılması üzrə tədbirlər bu ardıcıllıqla yerinə yetirilməlidir:

zədələnmələrə 
məruz 
qalan rayonların, yaşayış 
məntəqələrinin və təsərrüfat obyektlərinin, yol şəbəkələrinin 
xəritə və təsvirlər üzrə öyrənilməsi;

zədələnmiş obyektin aerofotoşəkilinin çəkilməsi;

mühəndis-xilasetmə və digər təxirəsalınmaz işlər 
görülməsi tələb olunan obyektdə rekoqnosirovka (mühəndis 
araşdırması) aparılması;

mühəndis kəşfiyyatı, yaxud layihə axtarış qrupu 
tərəfindən obyektin hərtərəfli araşdırılması və bərpa işlərinin 
təşkili üzrə sadələşdirilmiş sənədlərin tərtib edilməsi;

obyektdən uçqun qalıqlarının, işə mane olan yararsız 
texnikanın və s. yığışdırılıb kənar edilməsi, su basmış 
zirzəmilərin təmizlənməsi;

obyekti tez bir zamanda istismara vermək üçün 
minimum ümumi tikinti işlərini və digər işləri yerinə 
yetirməklə, onun qurğularının ilk növbəli (qismən) bərpası;


375 

obyektin tam halda bərpa edilməsi.
Obyektdə baş vermiş dağıntıların növündən, qəza və təbii 
fəlakətlərin xüsusiyyətlərindən asılı olaraq işlərin ardıcıllığı və 
tərkibi dəyişə bilər. 

Yüklə 157,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin