FəNN: Makroiqtisadiyyat Mövzu 5 pul sistemi


FEDERAL EHTİYATLAR SİSTEMİ



Yüklə 0,54 Mb.
səhifə5/10
tarix19.03.2023
ölçüsü0,54 Mb.
#88798
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Macro 5

FEDERAL EHTİYATLAR SİSTEMİ


Federal Ehtiyatlar Sistemi - Federal Reserve (Fed) ABŞ-ın mərkəzi bankıdır.
Mərkəzi Bank – bank sisteminə nəzarət etmək və iqtisadiyyatdakı pul təklifini tənzimləmək üçün yaradılmış təsisatdır.
FED-in əsas vəzifələri:
    • 1. Bankları tənzimləyir və bank sisteminin həyat qabiliyyətini təmin edir. “Bankların bankı” kimi fəaliyyət göstərir.
    • 2. İqtisadiyyatda olan pulun miqdarına nəzarət edir.

FEDERAL EHTİYATLAR SİSTEMİ


Federal Ehtiyatlar Sistemi 1907-ci ildə baş verən ardıcıl bank iflaslarından sonra 1914-cü ildə yaradılmışdır.
Həmin iflaslar, Konqresi bank sisteminin həyat qabiliyyətinin qorunub saxlanılması üçün dövlətin mərkəzi banka (central bank) ehtiyacı olduğuna inandırdı.
FED-in sədri ölkənin ll ən güclü şəxsi hesab olunur.

Federal Ehtiyatlar Sisteminin Strukturu:


Federal Ehtiyatlar Sisteminin Strukturu:
1) İdarə Heyəti (The Board of Governors)
2) Regional Federal Ehtiyat Bankları (The Regional Federal Reserve Banks)
3) Federal Açıq Bazar Komitəsi (The Federal Open Market Committee)

FED-in təşkilatı strukturu


FED Prezident tərəfindən təyin olunan və Senatda təsdiqlənən 7 üzvü olan İdarə heyəti tərəfindən idarə olunur.
İdarə Heyətinin 7 üzvü arasında ən mühümü sədrdir.
Sədr FED işçilərinə nəzarət edir, Heyətin iclaslarına sədrlik edir və mütəmadi olaraq Konqresin qarşısında FED-in siyasəti barədə çıxışlar edir.

FED-in təşkilatı strukturu - İdarə Heyəti


7 üzv
Prezident tərəfindən təyin edilir.
Senat tərəfindən təsdiq edilir.
Üzvlər 14 il müddətinə seçilirlər.
Sədr Prezident tərəfindən 4 il müddətinə təyin edilir.

FED-in təşkilatı strukturu


Federal Ehtiyatlar Sistemi, Vaşinqtonda yerləşən Federal Ehtiyatlar Sisteminin İdarə Heyəti və ölkənin əsas şəhərlərində yerləşən 12 regional Federal Ehtiyat Banklarından təşkil olunmuşdur.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin