FəNN: Makroiqtisadiyyat Mövzu 5 pul sistemi



Yüklə 0,54 Mb.
səhifə2/10
tarix19.03.2023
ölçüsü0,54 Mb.
#88798
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Macro 5

PULUN MƏNASI


Pul (Money) - insanların digər insanlardan müntəzəm olaraq əmtəə və xidmətləri almaq üçün istifadə etdikləri vasitələr qrupudur.
PUL – ümumi ekvivalent rolu oynayan əmtəədir.

Pulun Funksiyaları


Q.Mənkyuya görə pulun iqtisadiyyatda 3 funksiyası var:

Pulun Funksiyaları


1. Mübadilə vasitəsi
    • Mübadilə vasitəsi (medium of exchange) əmtəə və xidmətləri almaq istəyən zaman alıcıların satıcılara verdikləridir .
    • Mübadilə vasitəsi funksiyası pulun ödəmə vasitəsi kimi qəbul edilməsindən irəli gəlir.
    • Pul ümumi olaraq qəbul edilmiş mübadilə vasitəsidir.

PULUN FUNKSİYALARİ:


2. Hesablama vahidi (unit of account) qiymətləri ölçmək və borcları qeydiyyata almaq üçün insanların istifadə etdiyi meyardır.
Iqtisadi dəyəri ölçmək və qeydiyyata almaq üçün puldan hesablama vahidi kimi istifadə edirik.
PUL – DƏYƏR ÖLÇÜSÜDÜR, TƏDİYYƏ VASİTƏSİDİR.
3. Əmanət vasitəsi (store of value) insanların alıcılıq qabiliyyətini indiki zamandan gələcəyə köçürmək üçün istifadə edə bildikləri vasitədir. Pul, qiymətli kaqızlar, qızıl külçələr, zinət əşyaları və s. aktivlər əmanət kimi çıxış edir.
Pul – yığım vasitəsidir.

Pulun Funksiyaları


Aktivin mübadilə vasitəsinə çevrilməsini təsvir etmək üçün likvidlik terminindən istifadə olunur.
Likvidlik - Likvidlik (Liquidity ) aktivin mübadilə vasitəsinə asanlıqla çevrilə bilməsidir.
Pul ən likvid aktiv olsa da, əmanət vasitəsi kimi o heç də mükəmməl deyil. Qiymətlər qalxdıqda pulun dəyəri düşür.
Pul (banknot) - ən likvid, qiymətli kağızlar nisbətən likvid, mülk, ev, rəsm əsəri, obyekt və s. daha az likviddir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin