Eylül 2016 İstanbul/Türkiye



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix18.01.2017
ölçüsü6,61 Mb.
#5811
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

Abid Əmin, 1927, 6-7:48).

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 179


Bəs  bu  dini  ideoloji  ədəbiyyatın  əsasını  qoyanlar  kimlər  olmuşdur?  İslam  dini 

İspaniyadan Yapon imperatorluğuna qədər yayıldığı Avroasiya məkanında geniş bir 

ərazini  kapsadığı  bir  vaxtda  “təhkiyəşeirini  -  milli  xalq  şeirini  yaradan    kimdir?”- 

sualına Ə.Abidin araşdırmasında aydın cavab verilir. O yazır: “Heca vəznini ilk mü-

dafii olaraq Yəsəvi təhkiyəsində buluruz. Yəsəvilik təriqəti üzrə doğan ədəbiyyatın 

məşhuru miladi 12-ci əsrdə yaşamış şair, həkim Ə.Yəsəvinin “Divani hikmət” adında 

toplanan  əsərləridir.  Əhməd Yəsəvi  hecayi  qullanmaqla  bərabər  ona  daha  əski  za-

man  məhsullarındakı  vəziyyətdən  ayıran  mütəkamil  bir  şəkil  verməmişdir.  Onun 

əsərlərində  də  heca  itiradlı  misrai  ahəngdən  məhrum  bulunaraq  ibtidai  texnikanı 

mühafizə etməkdədir” (



Abid Əmin, 1927, 6-7:49).

Yəsəvi  “Divan”ını diqqətlə nəzərdən keçirən və onu öncəki qaynaqlarla qarşı-

laşdırmalı şəkildə araşdıran Ə.Abid “Divan”da və başqa qaynaqlarda rastlaşdığı 12 

hecalı şeir şəklinin də mayasında yeddiliklərin duraqı (bölgüsü) durduğunu söyləyir. 

Fikirlərinə aydınlıq gətirmək üçün Ə.Yəsəvidən bir yeddilik, bir on ikilik şeir nümunə 

göstərir. Yeddi hecalıya nümunə kimi Ə.Yəsəvinin məşhur “Aşiqlər” rədifli şeirini 

verir. Şeir:

On səkkiz min aləmdə 

Heyran bolğan aşıqlar,

Tapmaq məşuq surağın

Sərsan bolğan aşiqlər.

bəndi ilə başlayır və 

Əhməd sihnəm aşıq bol,

Sidqini birlə sadıq bol,

Dərgahına layıq bol,

Canan bolqan aşiqlər.

bəndi ilə tamamlayır.

On iki hecalı:

Xızır babam saldı məni o şubu yolğa,

Ondan sonra dərya bulub taşdım dostlar.

beytilə  başlayan  şeirini  də  bütünlüklə  məqaləsində  verib  (



Abid  Əmin,  1927, 

6-7:49).

Əmin Abidə görə “Kitabi-Dədə Qorqud”da, “Kutadgu bilig”də, “Divani-lüğət-it 

Türk”də rastlanılan, Əhməd Yəsəvinin “Divani hikmət”ində geniş işlədilən on iki he-

calı şeir növü miladi 13 yüzildə Əli tərəfindən qələmə alınmış “Yusif və Züleyxa” 



180  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

dan sonra öz yerini on bir hecalı qoşmaya verməyə başlamışdır. On iki hecalı şeir 

tamamilə sıradan çıxmasa da, on birlik qoşma qədər fəal olmamışdır.

Əhməd Yəsəvi  yaradıcılığını  mövzusu  ilə  bağlı  araşdırmaya  cəlb  edən  Ə.Abid 

yazır:  “Əhməd  Yəsəvi  zamanında  Orta  Asiya  Türkləri  heca  vəznilə  bir  çox  xalq 

mənzumələrinə malik olmuşdur. Hələ bu xalq mənzumələri içində yeddi hecai çox 

modda olmuş olacaq ki, mühitin ədəbi təsiri altında Əhməd Yəsəvi də yeddili vəznə 

çox əhəmiyyət vermişdi” (

Abid Əmin, 1930, 4-5:18).

Ə.Abid  yalnız  tarixdən  yazanda  deyil,  müasirləri  ilə  ədəbi  mübahisələrdə  də 

Əhməd Yəsəvi yaradıcılığına söykənmişdir. Məs: Əli Nazim Moskvada nəşr olunan 

“Peçat  i  revolyutsiya”  jurnalının  1929-cu  il  iyul  sayında  “Azərbaycan  ədəbiyyatı” 

adlı  bir  məqalə  çap  etdirmişdi.  Ə.Abidə  görə  Ə.Nazimin  “İnqilab  və  mədəniyyət” 

(Azərbaycan), “Dan ulduzu” (Gürcüstan), “Türk Yurdu” (Türkiyə) dərgilərində çap 

etdirdiyi məqalələrinin ruscaya tərcüməsi olan bu əsərdə çoxlu yanlışlıqlar var.

Biz iki araşdırıcı arasındakı elmi mübahisəyə aydınlıq gətirməkdən uzağıq. Çünkü 

Nizaməddin Babayev “Ədəbi mübahisələr” əsərində bu məsələyə kifayət qədər yer 

ayırıb 


(Babayev Nizaməddin, 1988). Yalnız mövzumuzla bağlı bir məsələyə toxu-

nacağıq.


Ə.Nazimin  Azərbaycan  ədəbiyyatı  tarixinin  13-cü  yüzildə  yaşamış  Həsənoğlu 

ilə  başlanması  fikrinə  etiraz  edən  Ə.Abid  yazır:  “Azərbaycan  ədəbiyyatı  Nazimin 

təkrar etdiyi kimi nə Həsənoğlu kimi sufi bir şeyxlə, nə də Şah İsmayıl Xətai kimi bir 

dərəbəyi ilə başlamaz. Bizim ədəbiyyatımız Azərbaycan torpaqlarına köçməyə başla-

yan əşirətlərin, buralarda kəndlər təsis etmələri və kənd təsərrüfatının təməlini qurma-

ları sayəsində inkişafa başlamışdır ki, bu da hicri tarixinin əvvəllərinə qədər enir. …

Həsənoğludan daha əvvəl Veys oğlu Əhməd, ondan da əvvəl Şəms Təbrizi (Araşdırıcı 

yanılır, Şəms TəbriziYəsəvidən sonra yaşayıb - Ə.Ş.) var ki, bu surətlə Türkcə əsərləri 

məlum olan ilk sxolastik şailərimiz hicri altıncı əsrə qədər enmiş olur.” (

Abid Əmin, 

1929, 10:31) (Ə.Abid Azərbaycanın yazılı ədəbiyyatını nəzərdə tutur. Ümumilikdə 

isə ədəbiyyat tarixini “Kitabi-Dədə Qorqud”la başlayır - Ə.Ş.



).

Ə.Abidin yaradıcılığı, onun ədəbiyyat tariximizə baxışları ilə yaxından tanış ol-

mayan oxucu araşdırıcının Veys oğlu Əhmədi Azərbaycan ədəbiyyatı tarixinə daxil 

etməsində  bir  yanlışlıq  görər  və  onu  türk  xalqları  arasında  ziddiyyət  yaratmaqda 

təqsirləndirər.  Onun  yaradıcılığı  ilə  yaxından  tanışlıq  isə  Ə.Abidin  coşqun  bir 

millətsevər,  türk  xalqlarının  birliyinə  çalışan  və  bu  yolda  canından  keçən  bir  şəxs 

olduğunu  görər.  O,  hələ  İstanbul  Universitetində  tələbə  ikən  Bakıya  göndərdiyi 

məktubunda  yazırdı:  “Azəri  türkcəsinin…  on  dördüncü  əsrin  ortalarına  qədər  do-



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 181


ğurduğu məhsulatın fonetik etibarilə Səlcuq türkcəsinin məhsulu aid etsək yanlış bir 

hərəkət olmaz” (



Abid Əmin, 1926, 2-3:20).

Miladi 14-cü yüzilin ortalarına qədər türk xalqlarının ədəbiyyatının ortaq oldu-

ğu qənaətində olan araşdırıcının fikrincə, sonrakı yüzillərdə bu ayrılma sürətlə, yəni 

bir-birini anlamayacaq dərəcədə olmamış, əksinə, həmişə bir-birindən bəhrələşmilər. 

Fikirlərini  isbatlamaq  üçün  Ə.Abid  on  beşinci  əsrə  doğru  cığatay  ədəbiyyatının 

gücləndiyini, Əlişir Nəvai kimi dahilər yetişdiyini və Azərbaycanda neçə-neçə şai-

rin, lüğət müəllifinin cığataycadan bəhrələndiyini  yazır. Onun araşdırmalarına görə 

bu  ötəri  bir  təsir  olmamış  17-18-ci  yüzilədək  davam  etmişdir.  XIX  yüzillikdə  isə 

M.F.Axundov yaradıcılığından istər tatarların, istər qazaxların, istərsə də özbəklərin 

bəhrələnməsini təbii və qanunauyğun sayır. 

Türk xalqlarının ədbiyyat tarixini, mədəniyyətini dərindən öyrənən, onun ortaq 

cəhətlərini ortaya qoyan Əmin Abidi bu gün türk dünyası lazımınca tanımır. Bunun 

da əsas günahkarı Sovet irticasıdır.

Ə.Abid İstanbuldan Bakıya döndükdən sonra burada Gültəkin imzası ilə yazdığı 

şeirlərdə olduğu kimi açıq döyüşkən mövqedə dayanmadı. Tamam başqa bir yol seçdi. 

Ədəbiyyatımızın tarixini araşdırmağa başladı. Sovet xüsusi xidmət orqanları (KQB) 

onun elmi məqalələrindəki türklük ruhunu görür, bundan qorxuya düşürdü. Ona elmi 

dəlillərlə cavab verə bilmədiklərindən təqib edir, işdən  çıxarır, mərkəzdən – ədəbi və 

siyasi mühitdən uzaqlaşdırırdılar.

Bütün təzyiq və təqiblərə baxmayaraq Ə.Abid əqidəsindən dönmür, Orxan-Turfan 

abidələrini, “Kutadgu bilig”i, “Divani-lüğət it  türk”ü, “Divani hikmət”i və s. təbliğ 

edirdi. Onun öhdəsindən gələ bilməyəcəklərini görən Sovet ideoloqları ölümünə fətva 

verdilər. 1938-ci il oktyabrın 21-də saat 21.00-da DTK (KQB) zindanında 40 yaşı 

tamam olmamış istedadlı bir alimi, coşğun vətənpərvəri güllələdilər



(AMTBA, dosye 

32796).

Əmin Abid güllələnsə də, ömrünü həsr etdiyi ideyanı gerçəkləşdirdi. Türk xalqla-

rının nümayəndələrinin tez-tez bir araya gəlməsi, mədəniyyətlərini, ədəbiyyatlarını, 

tarixlərini  öyrənməsi  Əmin  Abid  və  onun  kimi  millətsevərlərin  ideyalarının 

ölməzliyinə gözəl nümunədir.

Sonuc

Qəribə  burasıdır  ki,  Özbəkistanın  cədidçi  şairi,  mill  dünyagörüşü  ilə  bölgənin 

aydınlarına  güclü  təsir  göstərən Abdurauf  Fitrət  Əhməd Yəsəvini  təndid  etdiyi  bir 


182  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

dövrdə Əmin Abid Əhməd Yəsəvinin dini nəfəslərinin ümumtürk ədəbiyyatının inki-

şafına güclü təkan göstərdiyindən söz açırdı. 

Sovetlər Birliyinin rəsmi sənədlərində dindarların heysiyyatına toxunmamaqdan 

söz açılırdısa əməldə onlar hər cür alçaldılır, təqib edilir, həbsxanalara və sürgünlərə 

göndərilir, güllələnirdilər. Rəsmi sənədlərdə belə dindarların heysiyyatına toxunma-

mağın ardınca ona tamam əks olan fikirlər gəlirdi. Bunu Sov.İKP Proqramında da 

aydın görmək olar. Orada yazılıb: “Partiya adamları, dünyanı elmi-materialistcəsinə 

anlamaq ruhunda tərbiyə etmək və dindarların heysiyyatına toxunmadan dini möv-

humatı  aradan  qaldırmaq  üçün  ideya  təsiri  vasitələrindən  istifadə  edir.  Müntəzəm 

surətdə  geniş elmi-ateizm təbliğatı aparmaq... dini etiqadın əsassızlığını səbrlə izah 

etmək lazımdır” 

(Sov.İKP Proqramı, 1973:108).

Ali və orta ixtisas məktəblərində “Elmi ateizmin əsasları” fənni tədris edilirdi. Sov.

İKP MK yanında  İctimai Elmlər Akademiyası tərkibində Xüsusi Elmi Ateizm İnsti-

tutu yaradılmışdır (1964). Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda elmi 

ateizm şöbəsi vardı. 1968-ci ildə Azərbaycan Dövlət Ateizm Muzeyi yaradıldı

(ASE, 

1976: 460, 1 cild).

“SSRİ-nin  bütün  dünyada  bənzəri  görülməmiş  nəhəng  təbliğat  maşını  vardı  və 

modernizmdən güc alan, zəkanın gücünə inanan, elmlə, maariflə hər şeyin dəyişəcəyinə 

iman gətirən kommunistlər islama qarşı qılıncla yox, sözlə mübarizə aparırdılar. Mi-

sal üçün 1948-ci ildən 1976-cı ilə qədər Azərbaycanda islam əleyhinə 96 kitab çap 

edilmişdi, Mərkəzi Komitənin xətti ilə hər il Azərbaycanda islam əleyhinə 15 min 

mühazirə oxunurdu ( http://kulis.lent.az/m/news/2060).

Sovetlərin təbliğat maşınının var gücü ilə işləməsinə, dindarları məhvetmə siyasəti 

yürütməsinə baxmayaraq, Sovetlər çökdükdən sonra islam dininə güclü axın başladı. 

Yeni məscidlər tikildi, ilahiyyat təhsili verən mədrəsələr aşıldı. 

Əhməd Yəsəvi və onun ardıcıllarının əsərləri kütləvi tirajla çap olunub yayılmağa 

başlandı.  Əmin Abidin də Əhməd Yəsəvi haqqında yazdıqları dəfələrlə nəşr edildi.



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 183


QAYNAQLAR

Abid Əmin.(1926) Azərbaycan ədəbiyyatında türkcənin təkamülü. “Maarif və  mədəniyyət” 

dərgisi, , sayı 2-3, s.20.

Abid Əmin.(1927) Heca vəzninin tarix. “Maarif işçisi” dərgisi, , sayı 3,4, 6-7.

Abid Əmin.(1929) Zərərli tənqidlər. “İnqilab və  mədəniyyət” dərgisi, sayı 10, s.31.

Abid  Əmin.(1930)  Türk  xalqları  ədəbiyyatında  mani  nevi  və  Azərbaycan  bayatılarının 

xüsusiyyəti. (5000 bayatı-mani üzərində yazılmış bir tətəbönamədir) “Azərbaycanı öyrənmə 

yolu” dərgisi, , sayı 4-5.

ASE (Azərbaycan Sovet Ensiklopediyası), 1976, Bakı, 1 cild 

Azərbaycan Milli Elimlər Akademiyası Azərbaycanda Elmi İrsin Toplanması ve Sistemleş-

dirilmesi Merkezi Arşivi (AMEA  AEİTVSMA), fond 39, siyahı 374, Əhmədov Əmin Abidin 

qovluğu.


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi. Ə.A.Əhmədovun istintaq işi,  N  32796.

BABAYEV Nizaməddin. (1988).Ədəbi mübahisələr, “Yazıçı” nəşriyyatı, Bakı. 

CƏFƏROĞLU  Əhməd.(1932)  Azərbaycan  ədəbiyyatında    istiqlal  mücadiləsi  izləri. 

“Azərbaycan yurd bilgisi” dərgisi, sayı 8-9. (Məqalə həmin il İstanbulda kitabça kimi çap edil-

mişdir).

GÜLTEKİN - ƏMİN Abid. Buzlu Cehennem.  “Günəş” nəşriyyatı, Bakı, 1999. s.90.

HÜSEYİNOĞLU Eli Şamil. Emin Âbid’in H. Ahmed Yesevî hakkındaki makalesine dair. 

Aylık Sevgi Dergisi “Yesevi”, 2002,  sayı 100, (9 yıl), Nisan, səh. 40

Sovet  dövründə  Azərbaycanda  İslam  dini:  loyallar  və  radikallar  (http://modern.az/

articles/45732/1/#gsc.tab=0)

Sov.İKP (Sovet İttifaqı Kommunist Partiyası) Proqramı.(1973). Azərnəşr, Bakı.

Qan  Turalı.(2012)  SSRİ-nin  islamı  ləğv  etmək  projesi  necə  iflasa  uğradı?,  Bakü,  16 

iyul, http://kulis.lent.az/m/news/2060

Фитрат  Абдурауф.(  2000)  Танланган  асарлар,  (Болтабоев  Ҳамидулла  нашрга 

тайёрлаган.) ,”Маънавият” нашриёти,  2 жилд, Тошкентпроф,Toşkent.

http://az.azvision.az/news.php?id=12459)



ƏLİŞİR NƏVAİNİN “NƏSAİM ÜL-MƏHƏBBƏT” TƏZKİRƏSİNDƏ

XOCA ƏHMƏD YƏSƏVİ İZLƏRİ

Almaz ÜLVI (BINNATOVA)

1

1.Yəsəvi və Yəsəvilik Nəvai dövrünə qədər

Qədim zamanlardan səslənən “Mədinədə Məhəmməd, Türküstanda Əhməd”  xalq 

deyimi təsadüfən yaranmamışdı. Bu fikri XI əsrin məşhur mütəfəkkiri Xoca Əhməd 

Yəsəvinin sufi görüşləri, Allaha ilahi eşqlə bağlılığı, islamiyyət, iman, ixlas, insana 

sevgi, bərabərlik və halallıq kimi haqqa söykənən prinsipləri doğurmuşdu.

Xoca  Əhməd  Yəsəvi  haqqında  əsrlərdir  ki,  tədqiqatlar  yazılır  və  yazılacaqdır.

Çünki o, elə bir elmi, fəlsəfi, irfani miras qoyub gedib ki, ona müraciət etməyə bü-

tün  əsrlərin  nəsilləri  ehtiyac  duyur.Müasir  dövrümüzdə  türkçülük  məsələlərinin 

təbliğində  böyük  rolu  olan,  türk  xalqları  ədəbiyyatlarının  yayılmasında,  nəşr 

təbliğində,  araşdırılmasında, Türkiyənin  tanınmış  yazıçısı  və  tədqiqatçısı Yrd.Doç.

Dr. 

Yaqub  Dəliöməroğlu  tarixi  mənbələrə,  mənkibələrə  əsaslanaraq  “Türküstan: 

Yəsəvinin şəhəri Yesiyə dair” (6)adlı bir kitab yazmışdı. Azərbaycana da gəlib çatan 

bu əsər məzmununa, tarixiliyinə, oxunaqlı yazı dilinə görə elm-ədəbiyyat adamları, 

tədqiqatçılar arasında sevilərək çox tez yayıldı.Həmin kitabdan bir neçə sətir: “Qul 

Xoca Əhməd Qazıqurd dağının ətəklərində salınmış Türküstandan təxminən 200 km 

məsafədəki Sayram şəhərində 1103-cü ildə dünyaya gəlib. Atası İbrahimin və anası 

Karasaçın məzarları bu gün Sayramın dağa söykənən hissəsindədir.Onun Türküsta-

na ilk gəlişi kiçik yaşlarına təsadüf edir və ilk təhsilini də burada Arslan Babadan 

alır.Mənkibəyə görə, Arslan Baba Peyğəmbərin əshabələrindəndir və kiçik Əhmədə 

Peyğəmbər əmanəti xurmanı gətirmişdi.Dostları ilə birlikdə oyun oynayan Əhməd 

Arslan Baba yoldan keçərkən ona doğru qaçır və “səndəki əmanətimi ver,”  -deyir. 

Arslan Baba xurmanın sahibinin bu balaca uşaq olduğunu anlayır” (20,8).

1

 



Prof.Dr., Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-

Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” bölümünün müdiri; almazulvi1960@mail.ru



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 185


Təbii ki, xalq arasında söylənən belə hekayətlərin sadə məzmunundan çox fəlsəfi 

anlamları,sətirlər  arasında  gizlənən  işarətləri,  simvollarıtarixə  daşınır,  onlardan  hər 

kəs özünə uyğun yeni məna çıxarır, ibrət məktəbinə çevrilir.

  Bundan  sonra  gənc  Əhməd Yəsi  şəhərinə  köçmüş,  ilk  təhsilini  burada  həmin 

məşhur  Şeyx Arslan  Babadan  almışdı.  Ömür  əbədi  olmadığından  günlərin  birində 

Arslan  Baba  dünyasını  dəyişir,  Əhməd  Yəsəvi  Buxaraya  –  o  zamanlar  islam 

mədəniyyətinin mərkəzi sayılan şəhərə köçür.

Bu  şəhərdə  dövrünün  qabaqcıl  alim  və  mütəsəvvüflərindən,  yəni  sufi 

müdriklərindən  olan  Şeyx  Yusif  Həmədaninin  açdığı  məktəbə  gedir,  ondan  irfani 

təhsil, ilahi eşq və fəlsəfi bilikləröyrənir. 

Xoca Əhməd Yəsəvinin doğulduğu torpağı görmək hələ nəsibim olmayıb. Amma 

o  ulu  mütəfəkkirin  ruhunu  Heratda  gördüm,  Nəvai  cisminin  torpağı  Heratdakı 

möcüzələr aləmində heyrətimlə kimlərlə “tanış” olmadım?!

Heratdakı Müsəlla kompleksində XI əsrin sufi şeyxi, filosofu və şairi Xoca Ab-

dulla Ənsarinin (1006-1088) türbəsini ziyarət edərkən rastlaşdığım ekstaz vəziyyətdə 

zikr  edən  bir  nəqşibənd  təriqətli  nurani-pirani  şəxs  ruhumu  ani  olaraq  bir  baxın 

kimlərin“məclisi”nə  qonaq  etdi:  Ənsari,  Həmədani,  Yəsəvi,  Əttar,  Lutfi,  Cami, 

Bayqara, Mirzə Uluğbəy, Nəvai,Behzat, Şah Qasım Ənvar ... (19,267-281).

Heratın Kuhəndiz qalasında doğulmuş Xoca Abdulla Ənsari irfani əsərləri, saf ila-

hi eşqlə dolu olan münacatları, “Mənazilus-sairin” və “Qurani-Kərim təfsiri” əsərləri 

ilə məşhurdur.

O müqəddəs məkanda Xoca Abdulla Ənsarinin “Mənazil us-sairin” kitabındakı 

Həzrət Ömərin bildirdiyi hədisi-şərifi xatırladım: “İhsan nədir?” sualını cavab olaraq 

Peyğəmbər əfəndimiz buyurur ki, “İhsan, Allahu təala, görür kimi ibadət etməyindir. 

Hər nə qədər sən Onu görmürsənsə də, O səni görür”.

İlahinin qisməti ilə ziyarətinə qədəm qoyduğum müqəddəs məkanda ruhuma do-

lan türk təsəvvüf tarixinin ulu əcdadlarını –Əbdülhəsən əl-Hərəkani (?-ö.1033/1034), 

onun  müridi  Xacə  Abdulla  Ənsari  (1006-1088/89),  Ənsarinin  müridi  Xoca  Yusif 

Həmədani (1048-1140), Həmadinin müridi Xoca Əhməd Yəsəvini (1103-1229)şük-

ranlıqla andım. Beləliklə, bir məsələni daha qabarıq diqqətə yetirmək istədim: Böyük 

Yəsəvinin fikir babası, mürşidi Nəqşibəndiyyə şeyxiXacə Yusif Həmədanıolmuşdu.

Tarixi mənbələrə isnadən bir məsələni diqqətdə saxlamağa, incələməyə çalışdım: 

türk təsəvvüf tarixinin ulu şəxsiyyətlərinin xonoloji sıralamasını.


186  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

Fəridəddin Əttar (1145-1222) və ondan 269il sonra dünyaya göz açan Əbdürrəhman 

Cami  (1414-1492)  haqqında  indi  deyəcəyim  bir  neçə  kəlmənin  irəlidəki  fikrimə 

söykək olacağını düşünürəm.

F.Əttar təsəvvüf və irfan dünyasının tanınmış simalarındandır. Sufilər, təsəvvüf 

əhli möcüzələrlə dolu, irfani görüşləri ilə ibrətamiz əsərlər yaratdıqları kimi, yaşa-

dıqları ömürdə də digər ziyalılardan fərqli həyat tərzləri olur. Bəzən kiçik bir hadisə 

onların  bütövlükdə  həyatlarında  dönüş  yaradır.  Belə  bir  mənkibə  ilə  rastlaşmışam. 

“Günlərin birində gənc Fəridəddin Əttaröz dükanında oturubmuş (Fəridəddinin “Əttar” 

təxəllüsü alması onun  atadan qalma əczaçı dükanında əttarlıq etməsi ilə bağlıdır). Bu 

zaman bir sufi dərviş ona yaxınlaşır və soruşur: “Sən necə ölmək istəyirsən?” F.Əttar 

gözlənilməz suala belə cavab verir: “Sən necə, mən də elə”. Sufi dərviş cibindən bir 

dəmir parçası çıxarır, “ya Allah” – deyib öz təpəsinə vurur və ölür. Bu hadisə F.Əttarı 

sarsıdır, indiyədək yaşadığı həyatını alt-üst edir, yeni bir həyatasufizmə açılan qapısı 

olur”. 


Farsdilli ədəbiyyatla yanaşı, türk dilində yazan ədiblərə, xüsusən də Əmir Əlişir 

Nəvaiyə onun təsiri çox böyük olmuşdur. Ədəbi təsirlə bərabər, Əttarın əsərlərinin 

mövzuları  türkdilli  ədəbiyyatda  geniş  yayılmış  və  işlənmiş,  bir  sıra  əsərləri,  o 

cümlədən  “Məntiq  üt-teyr”  məsnəvisi  hələ  orta  əsrlərdə  türkcəyə  çevrilmişdir. 

Nəvainin  həyatında  F.Əttarın  elmi-estetik  düşüncə  tərzi,  mövzu  və  ədəbi  növlər, 

şairanə  təxəyyül  lövhələri,  ideya-təsəvvüf  dəyərləri  böyük  rol  oynamışdır.  Bu 

qənaətimizi “Məntiq üt-teyr”əsərinin təsiri ilə Nəvainin yazdığı “Lisan üt-teyr” trak-

tatını xatırlamaq kifayətdir (8,4).

Nəvainin könül bağladığı ustadlardan, təsəvvüf əhli içində özünəməxsus yolu, izi 

olan Fəridəddin Əttar böyük elmi irfan təlimi alandan sonra “İlahinamə” və “Məntiq 

üt-teyr”  traktatlarını  yazır...  .  “Quşların  dili”  və  yaxud  “Uçmağın  məntiqi”  kimi 

tərcümə edilən “Məntüqüt-teyr” əsəri alleqorik səpkidə yazılmış, dərin mistik ideya-

məzmun  kəsb  edən  epik  məsnəvidir.  Bu  əsər  bir  çox  Şərq  şairlərinin  yaradıcılığı-

na güclü təsir edib. Türk dünyasının böyük mütəfəkkiri Əlişir Nəvainin bu əsərdən 

təsirlənərəkyazdığı  “Lisanüt-teyr”  daha  çox  həmin  əsərə  cavab  xarakterindədir 

(17,44).


F.Əttarın əsərləri içərisində mükəmməlliyi ilə seçilən – böyük sufi şeyxləri və öv-

liyalar barədə məlumatlar toplanan “Təzkirət ül-övliya” təzkirəsidir. Əsərdə o dövrdə 

adları bəlli olan şəxsiyyətlərin həyatlarının bəzi məqamlarından söz açılıb və onların 

qiymətli kəlamları söylənilib. “Təzkirət ül-övliya” təzkirəsi İmam Cəfəri Sadiqlə (ə) 

başlayıb, Əbüfəzl Həsən Səraksi haqqında məlumatlarla başa çatır.


Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 187


Azərbaycanın tanınmış alimi, Doç.Dr.Nəzakət Məmmədli XIII əsr böyük sufi şa-

iri Ş.F.Əttarın “Təzkirət ül-övliya”  əsərinin türkcəyə tərcüməsinin transfoneliterasi-

yasını və əsər haqqında tədqiqatını “Şeyx Fəridəddin Əttar. “Təzkirət ül-övliya” (7) 

adlı kitabında təqdim edib. Orta əsr tərcümə sənətimizin gözəl örnəklərindənolan tə

zkirə Azərbaycanda ilk dəfə nəşr olunub. Kitabdan bir hədis: “...Hərim ibn Həyyan 

Üveys Qərə ilə Kufədə görüşür. Bu zaman H.Həyyan Kufəyə onunla görüşmək eşqi 

ilə gəldiyini bildirir. Ü.Qərə deyir:

Allahı tanıyan insanın Ondan başqası ilə ünsiyyət axtarmasına inanmıram.

Mənə nəsihət et. 

Ölümü yatanda başının altında, oyananda isə qarşında gör. Günahın kiçikliyinə 

yox, Allahın böyüklüyünə diqqət et. Gör kimin qarşısında dayanmısan. Günahı kiçik 

saysan, Allahı kiçik saymış olarsan! 

Məlumdur ki, Əlişir Nəvai türkcə əsərlərini “Nəvai”, farsca isə “Fani” imzalarıyla 

yazıb. Şairin ömrünün son illərində yaratdığı bədii əsərlərdə sufiyanə fikirləri daha 

qabarıq  şəkildə  nəzərə  çarpır.  Özünün  Əbdürrəhman  Caminin  və  buxaralı  məşhur 

şeyx  Bəhaəddin  Nəqşibəndinin  müridi  olduğunu  əsərlərində  dönə-dönə  xatırladır. 

Bunlarla yanaşı, dünyaşöhrətli sufilərdən Fəridəddin Əttarı və Mövlanə Cəlaləddin 

Rumini  də  özünə  ustad  saydığını  vurğulamağından  qalmır.  Nəvainin  türk  dilində 

yazdığı, amma “Fani” təxəllüsü ilə imzaladığı “Lisan üt-teyr” adlı məsnəvisində sufi 

görüşləri xüsusilə geniş açıqlanıb.

Təqdim  olunan  məqalənin  mövzusu  “Əlişir  Nəvainin  “Nəsaim  ül-məhəbbət” 

təzkirəsində Xoca Əhməd Yəsəvi izləri” olduğu halda tarixə nədən belə qısa ekskurs 

etdim, – deyə düşünə bilərsiniz. Məqsədim, Nəvainin maraq göstərdiyi, könül bağ-

ladığı, həyatını sərf etdiyi təsəvvüf əhlinin onu cəlb edə biləcək məqamlarına toxun-

maqla klassik mütəfəkkirin yaradıcılığının ideya-fəlsəfi izlərinindərin qatlardan süzü-

lüb gəldiyi qənətini diqqətə yetirmək olmuşdur.

Cami və Nəvai. Bu iki tarixi şəxsiyyətin yaradıcılığındakı ruh ekizliyi onların mür-

şid-mürid  münasibətlərinin  doğmalığına,  dərin  fəlsəfi  baxışlarının,  düşüncələrinin 

dərkinə söykənib.

“Cami nəqşibəndi təriqətinin mürşidi və şeyxi mövqeyinə yüksəldikdə də heç vaxt 

təəssübkeş-fanatik, dindar olmamış, ədaləti, mərhəməti, düzlüyü möminlikdən üstün 

tutmuşdur. Humanizm və ədaləti tərənnüm etmək, fanatizmə qarşı çıxmaq nöqteyi-

nəzərindən Cami öz dövrünün fəlsəfi-ictimai görüşlərindən yüksəkdə durur” (5,8.).

73 yaşlı Cami, XIII əsrin didaktik şairi Sədi Şirazinin “Gülüstan”ına nəzirə ola-

raq 1487-ci ildə qələmə aldığı və bu gün dünyanın bir çox dillərinə tərcümə edil-


188  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

miş “Baharistan” əsərinin ilk səhifəsində – “Birinci rövzə (bağ)”də yazır: “Heratın o 

müdrik qocası... Abdülla  Ənsari öz əshabələrinə belə vəsiyyət etmişdir: “Hər ağıllı 

qocadan bir söz öyrənin, bunu bacarmasanız, onların adlarını xatırlayın ki, fayda görə 

biləsiniz”. Rübai –

Sənin namü nişanında eşq var, 

Məktubunda, peyğamında eşq var. 

Məhəlləndən keçən olur aşiqin 

Yəqin ki, dam-divarında eşq var (5,16).  

Elm, irfan, mərifət Ə.Cami qələminin, qəlbinin gözəlliyində əks olunmuşdu.

Bütün  bu  və  ya  qeyd  etmədiyiniz  mənbələr,  təsəvvüf  tarixi  Nəvaini  daim 

düşündürən bir məsələ olmuşdur. Elə onun Caminin əsərini tərcümə etməsini, tərcümə 

əsasında bəzi düzəlişlərə ehtiyac duymasını da mürşidinə ehtiram kimi nəzərində sax-

layır.


Heratda, ümumən Xorasan mülkündəki mənəvi həyatına rəng verən – güclü sü-

tunları Ə.Cami ilə Ə.Nəvai arasındakı mürşid-mürid münasibətləri çox məsələlərdə 

həmfikirlilikləri  idi.  Ə.Nəvainin  cığatay  türkcəsindəki  ilk  böyük  əsəri-  “Hilali” 

qəsidəsi  Sultan  Hüseyn  Bayqaraya  ithaf  edilsə  də,  fars  dilindəki  ilk  böyük  əsəri 

“Töhfət ül-əfkar” qəsidəsi Ə. Camiyə ithaf edilmişdir.

Ə. Cami XV əsrdə yaşamış, nəqşibəndilər təriqətinin başçılarından biri olmuş-

dur. Şərqin böyük mistiklərindən sayılan Bəhaəddin Nəqşibəndin üveysi (tanımadan, 

uzaqdan-uzağa bir dəyərli şəxsə heyran olan, ona dərin rəğbət bəsləyən kimsə) olan 

Ə.Cami sufiliyin ensiklopediyası sayılan “Nəfahət ül-üns”, yəni “Müqəddəs yerlərdən 

əsən  dostluq  nəsimi”  (1476-1478-ci  illər)  əsəri  özündən  əvvəl  yaşamış  sufilərin, 

həməsri olan sufi şair və alimlərin həyatına həsr edilmişdi. Kitabda 618 tanınmış sufi 

– şair, alim, şeyxlərin  tərcümeyi-halı təsvir edilmiş, eyni zamanda  34 qadının adı 

çəkilir. Həmin qadınlar da öz əsrlərinin görkəmli sufilərindən hesab edilmişdir.


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin