Ərşad Əzimzadə



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

Diqqət!  Bu  müalicə  vaxtı  mədənizdə  ağrı  baş  qaldıra 
bilər. Xoşagəlməz haldır,amma təhlükəli deyil.Müalicə başlayıb-
dözün.Bakteriyalar məhv olandan sonra ağrı kəsəcək. Mədənizdə 
qıcqırma  baş  versə-narahat  olmayın,selikli  qişa  düzəlir.  Qıcqır-
manın  qarşısını  almaq  çətin  deyil:  yeməkdən  qabaq  gündə  1-2 
dəfə 2 xörək qaşığı təzə hazırlanmış şirə için. Bunun üçün iki çiy 
kartofun şirəsi bəs edər.Hər hansı turşu neytrallaşar. Təmizlənmə 
vaxtı qida menyusuna daha çox diqqət yetirmək lazımdır. Zülalı 
karbohidratla qarışdırmayın. 
  
Birinci həftə: İmaləni hər gün edin. Sarımsaq yeyin. 
 
İkinci  həftə:  İmaləni  günaşırı  edin.  Sarımsaq  yemək  də 
olar, yeməmək də. Yesəniz yaxşıdır. 

 
176 
 
Üçüncü  həftə:  İmaləni  2  gündən  bir  edin.  Sarımsaq 
yeməyin. 
 
Dördüncü həftə: İmaləni 3 gündən bir edin. 
 
Beşinci  həftə  (və  bütün  həyatınız  boyu):  İmalə  həftədə 
bir dəfə. Səhər və axşam sarımsaq yemək məsləhətdir. 
Yadda  saxlayın:mədə-bağırsaq  traktını  təmizləmədən 
digər  orqanları  təmizləmək  qeyri-mümkündür.Bu əməliyyatı 
azı  2  dəfə  (yaz-yay  dövrünün  və  payız-  qış  dövrünün  başlanğı- 
cında) həyata keçirmək lazımdır.Düzgün qidalanan və Nişinin 6 
Qaydasına əməl edən adam bu tədbirdən vaz keçə bilər. 
Öd  kisəsində  daş  olan  adam  müalicəyə  yoğun  bağır-
saqdan  başlasa  yaxşıdır.Belə  adam  gündə  4  limon  yeməlidir 
(qabıqla bərabər şirəsıxan maşından keçirmək, bala yaxud meyvə 
şirəsinə  qatıb,bir  ay  yarım  ərzində  qəbul  etmək)  və  Birher-
Bennerin  təmizləyici  dietasına  əməl  etməli,  yaxud  da  çiy 
qidalanma üsulunu tətbiq etməlidir. 
 
“Böyük  təmizlənmə”  mümkün  olmadıqda,  həftədə  2-3 
dəfə  kiçik  təmizlənmə  prosedurası  aparmaq  olar.  Qaydası 
belədir. 
 
Birinci gün. Ac qarnına təmizlənmə imaləsi, 50 q limon- 
sarımsaq  dəmləməsi  (nastoyu)  içmək  (yeməyə  bir  saat  qalmış). 
Gün ərzində ancaq kefir yemək (digər qatıq məhsulları yaramır): 
1,5-2 litr bəs edər. Bolluca çiy su içmək lazımdır. Kefirlə bərabər 
təzə  pamidor  şirəsi  (200  qramdan  artıq  olmaz)  içmək  məsləhət 
dir. Təbii ki, kefir köhnə deyil-bir sutkadan artıq qalmayıb. 
 
İkinci gün.Ac qarnına təmizləmə imaləsi.Limon və sarım 
-saq dəmləməsi-50 q. Gün ərzində təzə hazırlanmış alma (yaxud 
kələm,  kök,  kartof,  xiyar,  pamidor  şirələrinin  qatışığını)  şirəsi 
içmək.  Çuğundur  şirəsini  içməzdən  qabaq  1  saat  soyuducuda 
saxlamaq lazımdır- efir maddələrindən təmizləmək üçün. 
Üçüncü  gün.Limon  və  sarımsaq  dəmləməsi-50  q.  Bir 
saatdan sonra yüngülvari nahar:ya meyvə,ya da tərəvəz.Qatışdır- 
maq olmaz. Gün ərzində 2-3 litrə qədər çiy su içmək vacibdir. 
 
Belə təmizlənməni ayda iki dəfə etmək məsləhətdir. 

 
177 
 
TƏCİLİ  TƏMİZLƏNMƏ 
 
Boş  vaxtı  az  olan,  yaxud  hövsələsi  çatmayan  xəstələrə 
“təcili  təmizlənmə”  üsulunu  məsləhət  görürəm.  Bunun  üçün  3 
gün evdə qalmaq lazım gələcək. 
Bir  stəkan  (200  ml)  suda  20  qram  maqnezium  sulfat 
(ingilis  duzu)  həll  edin,  saat  9.30-dan  10.00-dək  bu  məhlulu 
aramla için, 15 dəqiqədən sonra, yəni 10.15–də 1 stəkan çiy suyu 
ilıq  şəkildə  qurtum-qurtum  için  və  çiy  su  qəbulunu  hər  15 
dəqiqədən  bir  təkrarlayın.  Axırıncı  stəkanı  11.00-da  içmək 
lazımdır. 
Saat  13.00-da  yenidən  1  stəkan  çiy  suya  20  qram 
maqnezium  duzu  qatıb  için,  15  dəqiqədən  sonra  yenidən  çiy  su 
içməyə başlayın. Saat 15.00 1 stəkan meyvə şirəsi qatışığını (1:1 
nisbətdə su qatmaq) ilıq şəkildə  qurtum-qurtum  için.  Bütün gün 
ərzində  2  litr  meyvə  şirəsinə  o  qədər  də  çiy  su  qatıb  maye 
qəbulunu davam etdirin. 
Diqqət!  Hipetoniklər  duz  məhlulunu  içməzdən  öncə 
təzyiqi qaldıran vasitə qəbul etməlidir!Diabet xəstələri isə arada 
meyvə-tərəvəz yeyə bilərlər. 
Şirə  hazırlayarkən  limon,  portağal,  qreypfutdan  istifadə 
etmək  lazımdır.  Sonrakı  gün  yenə  də  2  litr  meyvə  şirəsi  içmək 
lazımdır.  Lakin  bu  dəfə  meyvə  şirəsinə  su  qatmağa  ehtiyac 
yoxdur. Meyvələri dəyişmək də olar. 
Belə  təmizləmənin  üstün  cəhəti  ondan  ibarətdir  ki, 
limfalarda,  toxumalarda,  kapilyarlarda  yığılıb  qalan  toksik 
materialları öz “yuvalarından” çıxardıb, kənarlaşdıra bilir. 
 
UOKER  METODU  İLƏ  TƏMİZLƏNMƏ 
Dəyərli  ömrünün  50  ildən  çoxunu  bitkilərin  müalicəvi 
xassələrini  araşdırmağa  həsr  edən  dünya  şöhrətli  naturopat  alim 
Norman  Uoker  (ABŞ)  orqanizmi  toksinlərdən  təmizləməyin 

 
178 
(detoksikasiya)  daha  bir  təsirli  üsulunu  sınaqdan  keçirmiş  və 
yaxşı nəticələr əldə etmişdir. Buyurun həmin üsulla tanış olun. 
Səhər  tezdən,1  stəkan  çiy  suya  1  xörək  qaşığı  natrium 
sulfat qatıb ac qarınına içmək lazımdır.Məqsəd bağırsağı təmizlə 
-mək deyil,yığılıb  limfalarda  qalan bütün  toksik materi-alları öz 
“yuvalarından” çıxardıb, bağırsağa toplamaqdır.Belə zərərli zibil 
3-4 litr və daha çox ola bilir. Onların vücuddan kənarlaşdırılması 
bədənin   susuzlaşmasına  gətirib çıxardır. Bunun qarşısını  almaq 
üçün  2  litr  sitrus  meyvələri  şirəsini  2  litr  suya  qatıb,  fasilələrlə 
qurtum-qurtum  içmək  lazımdır.  Şirəni  düzəltmək  qaydası 
belədir:  4  ədəd  böyük  həcmli  (6  ədəd  orta  həcmili)  qreypfrutun 
şirəsinə  2  ədəd  böyük  (3  ədəd  orta  həcmili)  limonun  şirəsini 
qatmaq, bunlara o qədər portağal şirəsi əlavə etmək lazımdır ki, 
2 litr şirə düzəlsin. Həmin şirəni 2 litr suya qatışdırmaq lazımdır. 
 
Duz  məhlulunu  içəndən  30  dəqiqə  sonra  şirəni  qəbul 
etməyə  başlayın  (hər  20-30  dəqiqədən  bir),  4  litr  mayeni 
qurtarın. Həmin gün heç nə yeməyin (diabet xəstələri axşam üstü 
portağal və qreypfrut meyvəsi, yaxud kərəviz şirəsi qəbul etsin) . 
 
Yatmazdan öncə 2 litr qaynamış suya 1-2 limonun şirəsi-
ni  qatıb  imalə  edin,bağırsaqlarda  qalan  zir-zibili  təmizləyin.Bu 
tədbiri 3 gün təkrarlayın. Bu vaxt bədəndən 12 litrə qədər toksik 
material  çıxacaq.  Dördüncü  gün  və  daha  bir  neçə  gün  yalnız 
tərəvəz şirəsi içmək, tərəvəz salatı və meyvə yemək lazımdır. 
 
Zəyifləyənlər  əsla  narahat  olmasın:  müvəqqəti  halsızlıq 
tez keçəcək, yaranmış narahatlığın mükafatı –gümrahlıq və uzun 
ömür olacaq! 
                 
QARA CİYƏRİN TƏMİZLƏNMƏSİ 
 
İtburnu  yarpağından,  yaxud  3  xörək  qaşığı  itburnu 
giləsindən  hazırlanmış  0,5  litr  dəmləməni  axşamdan  termosda 
saxlamaq.Səhər stəkana 3 xörək qaşığı ksilit(yaxud sorbit) töküb 
dəmləmə  ilə  qarışdırmaq  və  bir  nəfəsə  içmək.  20  dəqiqədən 
sonra  termosda  qalan  itburnu  dəmləməsini  ayrıca  içmək.  45 

 
179 
dəqiqədən sonra nahar etmək:şirəli meyvələr və ya tərəvəz salatı, 
qoz-fındıq,moruq, qara qarağat, itburnu yarpaqlarından dəmləmə 
qəbul  edə  blərsiniz.  Maye  qəbul  etdikdən  sonra  unitaza  yaxın 
yerdə  vargəl  etmək  məsləhətdir.  Proseduranı  hər  2  gündən  bir, 
ümumiyyətlə, 6 dəfə təkrar edin (məsələn, 5-ci, 1-ci, 4-cü, 7-ci, 
3-cü və 6-cı günlər), sonra qara ciyər təmizlənməsini həftədə bir 
dəfə təkrar etmək olar. 
 
Təmizlənmə  vaxtı  müxtəlif  ağrılar  və  xoşagəlməz  hallar 
baş verə bilər.Qorxmaq lazım deyil.Yada salın:evi təmizləyəndə- 
aləm bir-birinə dəyir, lakin siz bunu əvvəlcədən bildiyiniz halda, 
süpürgəni,döşəməsiləni tərəddüd etmədən işə salırsınız. Sonra ev 
üzünüzə  gülür  və  siz  çəkdiyiniz  əziyyətdən  həzz  alırsınız. 
Orqanizm  də  belədir:təmizləmədən  sonra  qazandığınız  can 
rahatlığı sizə hər şeyi unutduracaq. 
 
Qara  ciyəri  xəstə  olan  adamlara  məsləhətim  budur  ki, 
gündə 2 dəfə, yeməkdən sonra qara ciyərin və mədə-bağırsağın 
üstünə  “qrelka”  qoyub,40  dəqiqə  saxlasınlar.Bunu  qara  ciyərin- 
dən şikayəti olmayan adamlar etsələr (gündə 1 dəfə), onların bu 
möhnətkeş orqanla bağlı heç bir problemi olmayacaq. 
 
Qara ciyərin hüceyrələri hər 6 aydan bir təzələndiyi üçün 
onu sağaltmaq,nisbətən,asandır.Qara ciyərin “ərazisi” tez böyüyə 
və kiçilə bilir. 
 
Qara  ciyərin  sağlam  qalması  üçün  gündə  2-3  litr  çiy  su 
içmək və səhərlər turş meyvə yemək məsləhətdir. 
 
 
DUZ  YIĞINTILARINDAN  TƏMİZLƏNMƏ 
 
  
Qara 
turpu 
yaxşı-yaxşı 
yuyun. 
Qabıqlı-qabıqlı 
dezinfeksiyaedici məhlula(marqans,yodinol) qoyun,15-30 dəqiqə 
saxlayın,  soyuq  suda  yaxalayın,  şirəsıxan  maşından  keçirib, 
şirəni  ağzı  möhkəm  qapanan  qaba  tökün,  soyuducuda  saxlayın, 
gündə  3  dəfə  (hər  hansı  vaxtda)  qəbul  edin-hər  dəfə  30q.  Çox 
olmaz-fəsad  verər.  Fasilə  vermədən  10  kq  turpun  şirəsini  için. 

 
180 
Bu  müddət  ərzində  yağlı  xörəklər,  ət,  nişasta,  yumurta  yemək 
olmaz. Unutmayın ki, məhz bişmiş xörəklər duzların oynaqlarda 
və  digər  orqanlarda  yığışmasına  səbəb  olur.  Qida  hər  vaxt  təbii 
olmalıdır, xüsusilə də müalicə vaxtı. 
 
Bərk ağrılar baş verə bilər.Təhlükəli deyil.Bu, o deməkdir 
ki, xəstəlik izsiz-tozsuz yoxa çıxır. Dərman içməyin. 
 
Bişmiş  xörəkləri  menyudan  çıxarsanız-orqanizmə  daha 
heç vaxt duz yığılmayacaq. Nişinin apardığı tədqiqatlar göstərir 
ki,  quzuqulağı  turşusunun  duzunu  yalnız  və  yalnız  quzuqulağı 
turşusu  əridə  bilir.Quzuqulağı  turşusu  isə  çiy  şəkildə  yeyilən 
tərəvəzdən,meyvədən,şüluldan,göy-göyərtidən,zoğlardan,yarpaq 
-lardan  əmələ  gəlir.Təkcə  çiy  xörəklə  ötüşməyə  hər  adamın 
hünəri çatmaz. Belələrinə xüsusi resept təklif edirik. 
Beş dəfnə yarpağının (lavrovı list) üstünə 300 ml qaynar 
su  tökün,  zəyif  odda  5  dəqiqə  qaynadın.  Dərhal  su  ilə  bərabər 
termosa tökün, 4 saat dəmləyin. Mayeni süzüb xırda qurtumlarla 
için.Bütün  mayeni  12  saata  bölmək  lazımdır.Birdən-birə  çox 
içmək  qanaxmaya  səbəb  olar.  Proseduranı  üç  gün  təkrar  edin, 
mümkün olsa, vələmir samanı vannası, ya da iynəyarpaq (xvoy) 
budaqlarının, yaxud maqnezium duzunun vannasını qəbul edin: 3 
gün  bağırsağı  imalə  ilə  təmizləmək,  kontrast  su  vannaları  və 
hava  vannaları  qəbul  etmək,  Nişinin  6  qaydasına  əməl  etmək 
vacibdir.  Bir  həftədən  sonra  proseduranı  yenidən  3  gün  təkrar 
etmək. Qəbzliyi olan adamlar imaləyə ara verməlidirlər. 
 
Birinci  il  oynaqları  hər 3  aydan  bir,  sonralar  ildə  1  dəfə 
təmizləmək lazımdır. 
 
DAMARLARIN  TƏMİZLƏNMƏSİ 
 
Damarların  sarımsaqla  təmizlənməsi  bəşəriyyətə  çoxdan 
bəllidir.  Belə  təmizləmə  damarları  elastik  və  çevik  edir.Damar 
xəstəlikləri  sağalır,infarkt  və  ya  iflic  olmaq  ehtimalı  heçə  enir, 
baş ağrısı yox olur,görmə və eşitmə qabliyyəti güclənir, ayaqda 
vena xəstəlikləri sağalır,cism və ruh təzələnir,cavanlaşır. Dəmlə-

 
181 
məni  payızda,sarımsaq  təzə  yetişən  kimi  hazırlamaq  və  fevrala-
dək  qəbul  etmək  məsləhətdir.Tədbiri  hər  3-6  ildən  bir  təkrar 
etmək  olar.Başlayın:350  qr.seçmə  sarımsağı  horraya  döndərin, 
şüşə bankaya tökün,qapaqla və qara parça ilə bağlayın. Bir qədər 
saxlayın.Əmələ  gələn  mayeni  yarım  litrlik  şüşə  bankaya  tökün, 
ona  200  ml  təmiz  tibb  spirti  əlavə  edin(başqası  ilə  əvəz 
etməyin),qarışdırın.Ağzını möhkəm qapayıb sərin yerdə saxlayın 
(soyuducuya  qoymaq  olmaz!),  üstünü  başqa  qabla  örtün (papaq 
kimi),10  gün  saxlayın.Hazır  mayeni  qalın  parçadan  süzün,  2-3 
gün  eyni  vəziyyətdə  saxlayın.  Hazır  məhlulu  aşağıdakı  sxem 
üzrə qəbul edin. Rəqəmlər damcıların sayını göstərir. 
 
 
 
 
 
Onuncu  gündən  sonra  maye  qutarana  kimi  hər  öynə  25 
damcı qəbul etmək lazımdır. Proseduranı birdən kəsmək olmaz. 
Dozanı tədricən aşağı salmaq və 1 damcıya çatdırmaq lazımdır. 
Başqa  cür  etmək  də  olar:  15  damcıya  qədər  qalxıb,  sonra  aşağı 
düşmək.  Sikli  təkrar  edin.  Yadda  saxlayın:  dəmləməni  onun  3 
misli  qədər  su  ilə  qarışdırmaq  lazımdır.,  hər  dozanı  50  ml  qatıq 
məhsuluna(kefir,prostokvaşa, qatıq, ayran) qatıqdan sonra içmək 
olar.Bir  yana  gedəndə  dərmanı  və  50  ml  qatığı  özünüzlə 
günlər 
səhər 
günorta 
Axşam 













10 
11 
12 

13 
14 
15 

15 
16 
17 

18 
19 
20 

21 
22 
23 

24 
25 
25 
10 
25 
25 
25 

 
182 
götürməyi  unutma.Bu  dəmləmədən  5  ildə  1  dəfə  istifadə  etmək 
məsləhətdir. 
 
 
 
 
 
DOQQUZUNCU  FƏSİL 
XƏRÇƏNG – CƏHALƏT XƏSTƏLİYİDİR! 
XƏRÇƏNG – SAĞALAN XƏSTƏLİKDİR! 
 
Müasir tibb elminin “etimologiyası bəlli olmayan çarəsiz 
dərdlər” siyahısına lap başdan yazdığı xərçəng-adi xəstəlikdir və 
cəhalətin  acı  nəticəsidir.Elmi  dildə  desək,xərçəng-yeni  hüceyrə 
düzəldən  mexanizmin  “sınması”,  sıradan  çıxması  deməkdir. 
Onda  belə  bir  sual  doğur:nə  edək  ki,  “mexanizm”  düzəlsin  və 
normal  işləsin?  Bu  suala  düzgün  cavab  tapmaq  üçün  şişlərin 
xassəsi ilə yaxından tanış olmaq lazımdır. 
 
Öz  tamahının  ucubatından  başına  min  bir  müsibət  gələn 
zavallı  bəşəriyyətə  2  cür  şiş  bəllidir:“xoşxasiyyət”  şişlər  və 
bədxasiyyət”  şişlər.Birinci  şişlərin(ziyillər  və  s.)  hüceyrələri 
başqa  hüceyrələrdən  ayrılıb,  özü  üçün  bir  xudmani  “xeymə” 
qurub ayrıca yaşayır,heç kəslə işi yoxdur.İkinci şişlərin hüceyrə- 
ləri  isə  qəsbikardı,yeni  ərazilər  zəbt  etməyə  can  atır,  az  vaxtda 
bədənə  yayılır,  yeni  hüceyrə  birləşmələri  (metastazlar)  əmələ 
gətirir.  Xərçəng  bu  ərazilərdə  dəhşətli  dağıdıcılıq  işləri  görür. 
Tibb  elmi  “bədlər”in  özünü  də  2  qismə  bölüb:üst  təbəqəni 
zədələyən epitelial şişlər,əzələləri,sümüyü,qanı və digər toxuma- 
ları  zədələyən  qeyri-epitelial  şişlər.  Epitelial  şişlərə  “xərçəng” 
adı  veriblər,  qeyri-epitelial  şişlərə  isə-“sarkoma”.  Epitelial 
xərçəng -epiteli olan (dəri, dil, tüpürcək, bağırsaq, düz bağırsaq, 
anus,  uşaqlıq,  yumurtalıq,  böyrəklər,  sidik  kisəsi  və  s.)  hər  bir 
orqanda  inkişaf  edə  bilər.  Daxili  epitelial  xərçəng  isə  limfatik 
vəzilər  və  qan  damarları  vasitəsilə  bir  orqandan  başqalarına  da 
keçə  bilir.  Bu,  bir  evdə  baş  verib,  digər  evlərə  keçən  yanğına 
bənzəyir.  Tibb  elmi  bu  yanğını  söndürməyə  qadir  deyil.  Zavallı 
təbiblər  boyunlarını  büküb  aciz  halda  çiyinlərini  çəkir  və 

 
183 
deyirlər:  “Xəstəlik  təzə  başlayanda  bizə  müraciət  etsəydiniz”. 
Zavallı həkimləri qınamırıq. Ali məktəblərdə onları  inandırıblar: 
xəstəlikləri ancaq dərmanla  sağaltmaq  mümkündür,  xərçənginsə 
dərmanı  hələ  tapılmayıb,alimlər  bərk  əlləşir,tezliklə  tapacaqlar, 
hələlik xərçəng - çarəsiz dərddir. 
Artıq  bilirik:tibb  elminin  acizliyi  də,elə  bədbəxtliyi  də 
ondadır  ki,  xəstəliyi  törədən  səbəbə  qarşı  deyil,xəstəliyə  qarşı 
mübarizə  aparır,  bütövlükdə  adamın  ruhunu  və  cismini  deyil, 
tək-tək orqanları müalicə etməyə çalışır.Bu,baş tutan sövda deyil. 
Xəstəliyi  aradan  götürmək  üçün  səbəbi  aradan  qaldırmaq 
lazımdır.  Səbəbsiz  heç  bir  nəticə  olmadığı  kimi,  xərçəngi 
(nəticəni) törədən səbəblər də mövcuddur və bəllidir. Dahi yapon 
alimi professor Nişinin böyüklüyü ondadır ki, uzun illər axtarıb o 
səbəbi  tapmış  və  bütün  dünyaya  bəyan  etmişdir.Bununla  belə, 
müasir  tibb  elmi  xərçəngin  müalicəsi  üçün  köhnə  qayda  ilə  3 
vasitə  tətbiq  etməkdə  davam  edir:  kimya  –  terapiya,  rentgen-
terapiya və cərrahiyyə. Bunlardan  təklikdə heç biri və üçü də 
birlikdə  səbəbi  aradan  qaldırmağa  qadir  deyildir.  Bunu  biz 
Mayya Qoqulanın timsalında gördük və yüzlərlə başqa misallar 
da çəkə bilərik.Dava-dərmanla,cərrah bıçağı ilə xərçəngi sağaltm 
-aq cəhdi əbəsdir: səbəb qaldığı və yaşadığı üçün, nəticə yenidən 
peydə olur. Hardansa axıb gələn və evimizə dolan çirkab kimi – 
çirkabı vedrə ilə də ata bilərsiniz, nasosla da təmizləyə bilərsiniz, 
fərqi  yoxdur,  bir  azdan  ev  yenə  də  çirkabla  dolacaq.  Çünki 
mənbə durur. 
 
Böyük Nişi  bütün dünyaya sübut etdi ki,yalnız üzüdönük 
insanı  cəzalandıran  Ana  Təbiətin  özü  onu  hər  hansı  bəladan 
qurtara bilər. Yalnız Təbiət Qanunlarını dəqiq yerinə yetirən şəxs 
hər hansı bir xəstəlikdən, o cümlədən, xərçəngdən yaxa qurtarıb 
sağlam (demək, xoşbəxt!) yaşaya bilər. 
 
Professor Nişi onu da sübut etdi ki, bütün xəstəliklər kimi, 
xərçəng də,sağalan xəstəlikdir.Alim bu fikiri elmi əsaslara sübut 
etməklə  kifayətlənmədi,həm  də  “əsrin  bəlası”ndan  yaxa  qurtar- 

 
184 
mağın tam və yetkin metodologiyasını hazırladı.Nişinin fikirincə, 
xərçəng 3 əsas səbəbin labüd və qacılmaz nəticəsidir. 
Birinci səbəb: orqanizmdə karbon oksidinin yığılması. 
          İkinci  səbəb:orqanizmdə  askorbin  turşusunun  (yəni  S 
vitamini) qıtlığı. 
Üçüncü səbəb: orqanizmə şlak (zir-zibil) dolması. 
Gəlin birlikdə araşdıraq:bədəndə karbon oksidi necə cəm-
ləşir?Bunun ən başlıca səbəbi-oksigen qıtlığıdır. Oksigen qıtlığı-
şlakların yanmamasına,o da-karbon oksidinin yığılma-sına səbəb 
olur. Əfsuslar olsun ki, müasir insanın dərisi öz təbii funksiyasını 
yerinə yetirə bilmir. Sadəcə desək, nəfəs ala və təmizləmə işləri 
ilə  məşqul  ola  bilmir.  Çünki  insan  vaxtının  əksər  hissəsini 
paltarda  keçirir.  Özü  də  necə  paltarda!  Çox  hallarda  əynimizə 
sintetik  materialdan  hazırlanmış  paltar  geyirik.  Bu  azmış  kimi, 
xeyli  bir  hissəmiz  beton  evlərdə  yaşayır,  zəyif  havalanan,  zəyif 
işıqlandırılan kabinetlərdə işləyirik,küçəyə çıxanda da maşınların 
və  zavodların  zəhərlədiyi  havanı  uduruq.  Üstəlik,  səhər,  axşam, 
günorta  bişmiş  xörəklər  yeyirik,  çiy  su  içməyi  heç  ağlımıza  da 
gətirmirik.Nişinin  “ölü  qida”  adlandırdığı  xörəklər,oksigen 
qıtlığı üzündən,mədə-bağırsaq traktında yana bilmir, quzuqulağı 
turşusunun  duzunu,zəhərli  qaz,su  və  karbon  oksidi  yaradır. 
Xərçəngin təməli belə qoyulur. 
 
Bilin  və  agah  olun:  orqanizmə  oksigen  nə  qədər  az 
daxil olursa,bədəndə suyun və karbon oksidinin miqdarı bir 
o  qədər  artır.Lakin  xəstəliyə  bais  təkcə  oksigen  qıtlığı  deyil. 
Qəbzlik  ondan  da  dəhşətli bəladır. Nişinin apardığı müşahidələr 
göstərdi  ki,  beyninə  qan  sızan  xəstələrin  96  faizi  qəbz  olan 
adamlardır.Bizə çox adi görünən qəbzlik adamın başına hər cürə 
müsibətlər gətirməyə qadirdir. 
Qəbzlik  mədədən  çıxıb  bağırsağa  bitişən  borunun 
(prevratnik)  genişlənməsi  deməkdir.  Bu  da  5-ci  döş  fəqərəsinin 
zəyifləməsi nəticəsində baş verir.Bilirik ki,mədədə turşu mövcud 
-dur,yoğun  bağırsaqda  isə-qələvi.Borunun  genişlənməsi  vaxtı 
mədə  turşusu  bağırsağa  axır  və  oradakı  qələvini  neytrallaşdırır. 

 
185 
Bu da yoğun bağırsağın funksiyasını zəyiflədir.Bu hal müntəzəm 
təkrar olunanda-qəbzlik baş verir.Proses karbon oksidinin toplaş- 
ması  ilə  nəticələnir.Nə  acqalma,nə  də  yumuşaldıcı  dərmanlar 
belə  halda  qəbzliyin  qabağını  ala  bilir,  çünkü  səbəbi  bağırsaqda 
deyil,  tamam  başqa  yerdə-  5-ci  fəqərədə  axtarmaq  lazım  gəlir. 
Qəddinizi  düzəldin!  Nişinin  Sisteminə  əməl  etmədən  buna  nail 
olmaq mümkün deyil! 6 Qaydaya gündə 2 dəfə əməl edən şəxs -
fəqərələrin  boşalmasından,  laxlamasından,  burxulmasından, 
beləliklə  də  bütün  xəstəliklərdən,  o  cümlədən,  xərçəng  xəstəli-
yindən mühafizə olunur. 
 
Bəla  mənbəyi  olan  kütlənin  necə  əmələ  gəldiyini  bildik. 
İndi isə gəlin bəla yuvasının dağıdıcı təsir dairəsinə və mexaniz- 
minə  nəzər  salaq.Bu  kütlə  nəyin  yanında  yığılırsa,xərçəng  orda 
baş  verir-zibil  hara  tökülübsə,  qurd-quş  da  ora  yığışır
Məsələn,kütlə yoğun bağırsaqda,qara ciyərə yaxın hissədə yığılıb 
-sa,demək,xirtdəyin başının üstünü qara buludlar alıb.Appendek- 
sə  yaxın  yerdə  cəmləşəndə-mədənin  borusu  xəstələnir.  Xroniki 
ishal xəstəliyinə tutulan adam birdən-birə öz- özünə “sağalırsa”, 
demək, bu adamın xərçəngə tutulmaq təhlükəsi var. 
 
Buradan  aydın  olur:  orqanizmin  vəziyyəti-fəqərə  sütu-
nunun və yoğun bağırsağın vəziyyətindən(dolu, ya boş olmasın- 
dan) asılıdır. Fəqərə sütununun və yoğun bağırsağın vəziyəti isə 
bizim həyat tərzimizdən, düşüncəmizdən, tərbiyəmizdən bir başa 
asılıdır:nə yeyirik,nə içirik,necə və nə vaxt yatırıq, necə otururuq, 
necə  yeriyirik,  Təbiətlə  təmasda  nə  qədər  oluruq,  ayaq  yoluna 
necə  gedirik  (Nişi  hesab  edir  ki,  gündə  bir  dəfə  ayaq  yoluna 
getmək  normaldır,  95  il  gənc  qalan  Pol  Breqq  isə  belə  hesab 
edirdi ki, insan neçə dəfə yeyirsə, o qədər də boşalma olmalıdır), 
vaxtı-vaxtında musiqiyə qulaq asırıqmı,deyib-gülürükmü,zarafat 
edirikmi,xeyirxah  işlər  görürükmü  və  s.  Göründüyü  kimi, 
xəstələnmək üçün səbəb nə qədər çoxdursa, xəstələnməmək üçün 
ondan qat-qat çox səbəb mövcuddur. 
 
İnsanın  xərçəngdən  qorunması  üçün  onun  hüceyrələri 
sağlam  pərdə  ilə  örtülmüşdür.  Yaş  çoxaldıqca–həmin  pərdə 

 
186 
yeyilir.  Bu  da  bir  sıra  xəstəliklərin,  o  cümlədən,  xərçəngin 
törəməsinə səbəb olur. Bəzi orta yaşlı və ahıl adamların dərisində 
şabalıd rəngli ləkələr əmələ gəlir. Bu, o deməkdir ki, orqanizmdə 
sağlam  örtüklü  hüceyrələr  çatışmır  və  bağırsağa  karbon  oksidi 
yığılır. 
 
Karbon  oksidinin  bağırsaqda  yığışmasının  başqa  bir 
səbəbi də orqanizmdə əmələ gələn maqnezium qıtlığıdır. Torpağı 
maqneziumla  zəngin  olan, əhalisi çoxlu  çiy su  içən, çiy meyvə-
tərəvəz,  şülul,  göy-göyərti  yeyən  bölgələrdə  xərçəng  xəstəliyi 
törəmir.  Maqnezium  həm  xərçəngin  qarşısını  alır,  həm  onu 
müalicə  edir,  həm  də  əsəb  sisteminə  çox  gözəl  təsir  göstərir. 
Maqnezium  orqanizmdə  normal  miqdarda  olduqda,  adam  hər 
hansı  bir  vəzifəni  çox  asanlıqla  yerinə  yetirir.Maqnezium 
qocalıqdan  törəyən  əzələ  əsməsinin  qarşısını  alır.Maqneziumun 
suda və torpaqda kifayət qədər olması-dırnaqdakı ləkələri aradan 
götürür,  ayaqları  möhkəmləndirir,  ağ  saçı  qaraldır.  Maqnezium 
həzmolma  prosesinə  yaxşı  təsir  göstərir:  ödün  ayrılmasını 
stimullaşdırır,mədəni  və  yoğun  bağırsağın  fəallığını  artırır, 
mədəni 
təmizləyir,ishalın 
qarşısını  alır,cinsi  orqanların 
fəaliyyətini gücləndirir. 
 
Uzun  illər  xərçəngin  törəmə  səbəbini  və  onun 
maqneziumla  əlaqəsini  öyrənən  Nişi  bu  qənaətə  gəlmişdir  ki, 
xərçəng  xəstəliyinə  tutulmuş  adam  hər  gün  zəyif  maqnezium 
məhlulu  (1,21  faizə  yaxın)  qəbul  etsə  və  dozanı  orqanizmin 
vəziyyətinə  uyğun  şəkildə  tənzimləsə,  bu  bəladan  yaxa  qurtara 
bilər. Qeyd edək ki, belə məhlulu yaraya vuranda-dərhal sağalır. 
Vannaya 1-2 çimdik maqnezium atsanız və çimsəniz-zədələnmiş 
dəriniz  sağalar,  əsəbləriniz  və  əzələləriniz  möh-kəmlənər.  Hər 
gün  qəbul  edilən  maqnezium  ayaq  yoluna  normal  getməyə 
kömək  edir  və  xroniki  ishalı  sağaldır.  Bəzi  həkimlər  xərçəngə 
tutulmuş  xəstələrə  maqnezium  xlorid  iynəsi  təyin  edirlər. 
Başqaları  isə  qurquşuna  üstünlük  verirlər.  Nişinin  fikirincə, 
bunların  heç  biri  səmərə  vermir.Çünki  qəbzliklə  maqnezium 

 
187 
qıtlığı  sırf  bağlıdır.  Köhnə  yığıntılardan  təmizlən-məyin  yeganə 
yolu- aclıq və maqnezium dietası saxlamaqdır. 
 
Daha bir səbəb haqqında. Biz bilirik ki, şəkərin və spirtli 
içkilərin mütəmadi olaraq qəbul edilməsi-qan damarlarının pisləş 
-məsinə  və  atrafiyaya  gətirib  çıxardır.Bu  da  karbon  oksidinin 
yığışmasına  səbəb  olur.Nəticəsi-  xərçəngdir!..  Yadda  möhkəm 
saxlayın: rafinləşdirilmiş şəkər və ondan düzəldilmiş məmulatlar, 
duzlu  xörəklər,konservlər,nişastalar,əla  növ  buğda  unu,konserv- 
ləşdirilmiş şorbalar,qurudulmuş ətlər və kolbasalar, spirtli içkilər, 
tütün,çay,kofe və digər süni stimulyatorlar hüceyrələri məhv edir. 
Onlar  bizim  bədənimizdəki  kalsiumu  “oğurlayıb”  yeyir,  həm 
cibimizə, həm də cismimizə böyük zərbə vururlar. 
 
Əziz  analar,  uşaqları  şirniyyata,  şokolada,  pirojnalara, 
tortlara  və  s.  öyrətməyin!  Xurma,  kişmiş,  alma,  armud,  üzüm, 
albalı, gavalı, tut, əncir, qoz, fındıq, püstə, badam, innab, iydə və 
onlara  digər  natural  nemətlər-bax  budur  onların  yeməyi! 
Uşaqlarınızı  sağlam,  ağıllı  və  xeyirxah  görmək  istəyirsinizsə, 
pulunuzu belə ərzaq növlərinə verin. 
 
Beləliklə də, xərçəngi törədən amillərdən birini – bədənə 
karbon  oksidinin  yığışmasını  öyrəndik.  İndi  isə  gəlin  başqa  bir 
suala  cavab  axtaraq:bu  bəlanı  bədənimizdən  necə  qovub 
çıxardaq? Burada sizin köməyinizə yalnız və yalnız Nişi Sistemi 
və  “çılpaqlıq  müalicəsi”  (kontrast  hava  və  su  vannaları)  gələ 
bilər.  Başqa  müalicə  üsulu  yoxdur.  Bu  sistem  xərçəngdən  yaxa 
qurtarmağın 3 vacib şərtini təklif edir: 
-Orqanizmdə karbon oksidinin təmizlənməsi. 
-Orqanizmin S vitamini ilə təmin edilməsi. 
-Qan  damarlarının  regenerasiyası  və  hüceyrələrin 
təmizlənməsi. 
Buna  nail  olmaq  üçün  öncə,  korlanmış  dərinin 
funksiyasını  bərpa  etmək,  bütün  şlakları  bağırsaq  pərdələrindən 
qoparıb  bayıra  atmaq,  qəbzliyi  aradan  qaldırmaq,  qanın  və 
limfanın normal dövranına nail olmaq, orqanizmdəki bütün duru 

 
188 
məhlulları təmizləmək,  hər  zaman,  bütün  şəraitlərdə  qaməti  düz 
saxlamaq lazımdır. 
 
Nişi Sistemi karbon oksidini hava vannasının (xəstələrin 
vəziyyətindən  asılı  olaraq  6-12  dəfə)  köməyi  ilə  təmizləyir.  Bu 
əməliyyatın  sayəsində  bütün  şlaklar,  o  cümlədən,  sidik  turşusu 
dəridən  kənar  edilir,  orqanizmə  dəri  vasitəsilə  oksigen  və  azot 
daxil olur. Kontrast su vannları  bu vacib vəzifəni yerinə yetirir. 
 
Qaldı  S  vitamini  problemi.Onu  da  çox  asan  yolla  həll 
etmək  mümkündür:5  cür  təzə  tərəvəzin  və  3-8  növ  meyvənin 
şirəsini  qarışdırıb  için.Qara  qarağat,  moruq,  itburnu,  yaxud 
xurma  yarpağından  dəmlənmiş  çay  için.  Şirə  çəkmək  mümkün 
deyilsə, çox meyvə və tərəvəz yeyin, sutka ərzində 2-3 litr çiy su 
için.  Turşu  əmələ  gətirən  xörəklər  (düyü,  balıq,  toyuq-  beş  cür 
tərəvəzlə bərabər) yemək faydalıdır. Təbii ki, bişmiş xörəklər çiy 
qidadan  3  dəfə  az  olmalıdır.  Yuxarıda  deyilən  yarpaqlardan, 
yaxud  itburnu  meyvəsindən  dəmlənmiş  çayı  çox  içdikdə,  çiy 
suyun miqdarını azaltmaq olar. 
 
Çanaq  orqanlarının  vəziyyətinə  nəzər  salmağı  da 
unutmayın.Burada  Nişinin  6  Qaydası  sizə  yardımçı  olacaq. 
Gündə  2  dəfə(səhər  saat  7-də  və  axşam  saat  18-də
)
  təmrinləri 
yerinə yetirsəniz çanaq orqanlarınız qaydaya düşəcək. 
 
Fitnə-fəsad yuvası olan qəbzlik aşağıdakı səbəblərdən də 
baş verə bilər: 
 
1. Çoxlu quru,nişastalı,büzüşdürücü,bağlayıcı qida qəbul 
etdikdə  və  tərkibində  əhəng  çox  olan  su  içdikdə,  həddən  çox 
tərlədikdə. Bu halda işlədici dərman qəbul etmək olar. Lakin ən 
yaxşı yol-dieta saxlamaq,adi çay əvəzinə otlardan çay dəmləmək, 
hava və su proseduralarını yerinə yetirməkdir. 
 
2.Əsəb sistemi xəstələndikdə, sarsıdıcı hallar çox olduqda. 
Bu halda dietanı dəyişmək,bütün qıcıqlandırıcı qidalardan imtina 
etmək,zülallı  qidaları  menyudan  çıxartmaq,spazma  götürən 
dərmanlar atmaq lazımdır,isti  oturaq vannaları yaxşı  sakitləşdir- 
ici  təsir  göstərir.Qarına  kompres  qoymaq,yedikdən  sonra  30-40 
dəqiqə ərzində qara ciyərin üstünə “qrelka” qoymaq kömək edər. 

 
189 
Təbii  ki,kontrast  hava  və  su  vannalarının,eləcə  də  Nişinin  6 
Qaydasının müşayəti ilə. 
 
3.Mexaniki  yolla  baş  verən  qəbzliyi(bağırsağın  daral-
ması,onun  soyuqlaması  vaxtı  qida  ilə,hamiləliklə,qarında  yır-
tıqla, nəcis daşları ilə və s. sıxılması) imalənin,isti kompreslərin 
(qarın  nahiyəsinə),vannaların  (istilik  38  dərəcə,10-15  dəqiqə 
müddətə)  köməyi  ilə  aradan  qaldırmaq  olar.  Yulaf  yarmasının 
isti həlimi, badam südü içmək, maqneziumla zəngin olan qidalar 
yemək məsləhətdir. 
 
4. Bağırsaq əzələlərinin üzgünləşməsi (atoniya) sayəsində 
yaranan  qəbzlik  (adətən,  qan  azlığından,  orqanizmin  ümumi 
zəyifliyindən,  tənbəllikdən,  özünə  qarşı  biganəlikdən,  laqeyd-
likdən və məsuliyyətsizlikdən əmələ gəlir). Yumşaldıcı dərman-
ların  köməyi  ilə  sağaltmaq  və  orqanizmi  dirçəldən  tədbirlər 
görmək,  qarını  masaj  etmək  (36  dəfə  saat  əqrəbi  istiqamətində, 
26  dəfə  əksinə),  ac  qarına  çiy  su  içmək,  səhərlər  limonla 
sarımsaq qarışığı və alma yemək, günü alma ilə başlamaq, alma 
ilə qurtarmaq. Hər dəfə yeməkdən sonra bir çay qaşığı bal yemək. 
 
Qəbzlik  davamlı  olduqda  həftədə  2  dəfə  (məsələn,  2-  ci 
və  5-  ci  günlər)  dieta  saxlamaq:  kələmi  və  almanı  sürtkəcdən 
keçirib, üstünə kələm şirəsi tökmək. Ürəyiniz istəyən qədər yeyə 
bilərsiniz.  Əlavə  heç  nə  yeməyin,  qəbul  etdiyiniz  qidaların 
hamısını  yaxşı-yaxşı  çeynəyin.  Bunu  həyat  normasına  çevirin. 
Aşağıdakı  gimnastika  kompleksini  yerinə  yetirsəniz,  sağalmaq 
şansınız daha çox olar. 
 
Döşəmədə arxası üstə uzanıb, bədəninizi 4-6 dəfə yavaş – 
yavaş qaldırıb endirin. 
 
Ayaq üstə dayanıb əllərinizi belinizə vurun, bədəninizi 6-
8 dəfə sağa, o qədər də sola fırladın. 
 
Ya ayaq üstə, ya da uzanan yerdə, gah sağ dizinizlə, gah 
da  sol  dizinizlə  çiyninizə  toxunmağa  çalışın,  dizinizi  əllərinizlə 
bədəninizə sıxın: 8-10 dəfə. 

 
190 
 
Yarı-  uzanmış  halda  (üzü  aşağı)  dizinizi  bükün,  qarın 
divarını qısa müddətdə içəri çəkin, saxlayın və kəskin halda çölə 
itələyib, qarnınızı dombaldın: 10-20 dəfə. 
 
Qarnınızı  müxtəlif  şəkildə  əsdirərək  (elə  bil  xamırı 
ovuşdurub hasilə gətirirsiniz) masaj edin. 
 
5.  Bütün  duru  məhlulların  bədəndən  təmizlənməsinə  çiy 
su  içmək  və  təbii  enerjidaşıyıcı  qidalar  yemək,  bədəni  düz 
saxlamaq  çox yaxşı kömək edir. Paltara çox bürünməyin, imkan 
verin  dəriniz  öz    funksiyasını  yaxşı  yerinə  yetirsin.  Yeməyinizə 
fikir verin. Yadda saxlayın ki, professor Nişi xərçəngi -laqeydlik, 
mədəniyyətsizlik, cahillik və nadanlıq xəstəliyi adlandırmışdır. 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin