Ərşad Əzimzadə


DİETANIN  YENİ  MƏRHƏLƏSİ



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

DİETANIN  YENİ  MƏRHƏLƏSİ 
Artıq  siz  dietanın  hazırlıq  mərhələsini  keçmisiniz  və 
psixologiyanızda  müəyyən  dəyişiklik  baş  verib.  İndi  siz 
dünənəcən  ən  dəyərli  qida  növü  saydığınız  ətə,  yağa,  duza 

 
165 
şirniyyata,  çörəyə  və  s.  daha  əvvəlki  kimi  səcdə  etmirsiniz. 
Bilirsiniz  ki,  bunların  heç  biri  cansağlığına  xidmət  etmir,adamı 
gümrah saxlamır,ona enerji  vermir.Amma bir çox ağır xəstəlik- 
lərin  yaranması  məhz  bu  qidalarla  sıx  bağlıdır.Qətiyyətli  olun, 
dietanın  yeni  və  həlledici  mərhələsinə  tərəddüdsüz  keçin.  İlk 
günlər  daima  aclıq  hissi  keçirəcəksiniz,  hətta,  başınız  gicəllənə 
bilər,  müəyyən  zəyifiik  hiss  edəcəksiniz.  Qorxmayın  və  geri 
çəkilməyin!  İrəli,  ancaq  irəli-sağlamlığa  doğru,  xəstəliklər 
üzərində  tam  qələbəyə  qədər  irəli!  Dəqiq  bilin  ki,  2-3  həftə 
ərzində  düzgün  qidalansanız,  əvvəlki  qüsurlardan  çox  asanlıqla 
yaxa  qurtaracaqsınız,  dietanın  şəfaverici  qüdrətini  hiss 
edəcəksiniz.  Amma  unutmayın:  hələ  sağlam  deyilsiniz,  hələ  ilk 
addımı atıbsınız. 
Arıqlamaqdan,  zahiri  görkəminizin  pisləşməsindən,  dost-
tanışın «niyə bu günə qalmısan» deməsindon utanmayın, dözün, 
müvəqqəti haldır. Bilin: bədəninizdə təzələnmə prosesi başlayıb, 
12-14  ay  ərzində  bütün  hüceyrələrinizin  yeniləşməsi  (regene-
rasiya)  baş  verəcək.  Canımızdakı  bütün  xəstəliklər,  qorxaq  tula 
kimi,  dabanına  tüpürüb  qaçacaq,  özünə  rahat,  isti  yuvanı 
başqalarının-qarınquluların,  tənbəllərin  və  acizlərin  cismində 
axtaracaq.  Çünki  onlar  üçün  nə  bağırsaqda,  nə  də  qanda  qida 
“anbarı” qalmayıb.Mənə inanın: bu,baş verəndə özünüz özünüzü 
tanımayacaqsınız,özünüz özünüzə heyran qalacaqsınız. O zaman 
dahi  Nişiyə  rəhmət  oxumağı  və    sağlam  həyat  tərzini 
Azərbaycanda  qızğın  təbliğ  edən  bu  bəndənizə  “sağ  ol” 
deməyi  unutmayın. 
İndi  isə  icazə  verin  sizi  daha  bir  dəyərli  alimlə,  ötəri  də 
olsa, tanış edim.Görkəmli İsveçrə alimi professor Birher-Benner 
özünün  çox  qiymətli  dieta  sistemini  yarım  əsr  tədqiqat 
apardıqdan sonra yaratmışdır. Onu diqqətinizə təqdim edirəm. 
4  gün  dalbadal  çiy  tərəvəz,  meyvə,  şülul,  göy-göyərti, 
meyvə  qurusu  (axşamdan  isladın,  suyunu  da  için),  qoz-fındıq 
(püstə,  badam,  şabalıd),  tumlar,  yarpaq  dəmləmələri,  yaşıl  çay, 
bal,  bitki  yağı  (1-2  çay  qaşığı),  kartof  şirəsi  qəbul  edin  (vacib 
deyil  ki,  bunların  hamısını  bir  gündə  yeyəsiniz).  Bişmiş  xörək 
yeməyin! Dözə bilməyənlər 100 qram qurudulmuş çovdar çörəyi 
yesin.  Bu  dörd  gündə  dilinizə  ət,  balıq,  yumurta,  kolbasa,  ağ 

 
166 
çörək,  xəmir  xörokləri,  şorba,  ət  suyu  (bulyon),  şokolad,  halva, 
şirniyyat, konfet, spirtli içkilər və bu qəbildən olan digər qidaları 
vurmayın, papiros çəkməyin. 
           5-ci  gün  -  eyni  şeylər.  Bir  parça  gündə  qurudulmuş  qara 
çörək («suxarı») əlavə etmək. 
6-cı  gün  -  həmin  şeylər.  Günorta  2-3  dənə  suda  bişmiş 
kartof (duzsuz) əlavə etmək. “Püre” kimi də yemək olar. 
7-ci gün - eynən. Əlavə 2 «suxarı» və 0,5 litr qatıq. 
8-ci gün – eynən. Əlavə - 1 yumurta sarısını çiy içmək. 
           9-cu gün - həmin şeylər.         
10-cu  gün  -  həmin  şeylər.  Əlavə -  1 çay  qaşığı kərə  yağı 
və  2  xörək  qaşığı  kəsmik  (1  çay  qaşığı  bitki  yağı  ilə 
qarışdırmaq). Bu menyunu 4 gün davam etdirmək. 
15-ci  gündə  100  q  soyutma  ət  (həftədə  2  dəfədən  çox  
olmasın)  yemək olar.  
Həftədə 2 dəfə 1-ci günün rejimini təkrar etmək. 
Damarları təmizləmək üçün limonla sarımsağm qarışığını 
içmək  faydalıdır.  Bir  limonu  qabığı  ilə  birlikdə  ət  maşınından 
keçirmək  və  1  baş  sarımsağı  horra  halına  salıb,  ikisini  də  şüşə 
qaba tökmək, 60 ml su əlavə etmək, 3-4 gün saxlamaq, süzmək, 
hər gün ac qarnına 50 ml qəbul etmək. Bunun üçün 4 kq limon 
tələb olunur. Bu içki damarları təmizləməklə yanaşı, immuniteti 
də  gücləndirir,  üstəlik-orqanizmi  çox  qiymətli  A,  B,  
vitaminləri ilə təchiz edir. 
Hər dieta bir konkret məqsədə xidmət etməlidir. Məsələn, 
«qurucu  dieta»  -  fiziki  inkişaf  üçündür.  O,  boy  atan  uşaqlara, 
hamilə  qadınlara  və  sağalmaqda  olan  xəstələrə  daha  çox 
gərəkdir.  Bu  dieta  zülalların,  karbohidratların,  mineralların, 
vitaminlərin  zəngin  olmasını  tələb  edir.  «Köməkçi  dieta»  -
minerallarla,  vitaminlərlə  və  karbohidrat-larla  zəngin  olmahdır. 
Lakin zülalsızdır. Yaşlılara gərəkdir. «Müalicəvi  dieta» (yaxud 
təmizləyici  dieta)  minerallarla  və  vitaminlərlə  zəngindir,  lakin 
nişastadan,  şəkərdən  və  yağlardan  məhrumdur.  Xroniki 
xəstəliklərin müalicəsində əvəzsizdir. 
Agah  olun:  xəstəni  çox  qüvvətli  yeməklər  yeməyə 
məcbur  edən  «xeyirxahlar»  onun  son  gününü  yaxınlaşdırır. 
Xəstəyə «güclü» qida yox, aclıq lazımdır. Naturopat alimlər tam 

 
167 
əmindir: xəstəliklərin sağalması üçün aclıq qədər heç nə belə tez 
və  gözəl  səmərə  verə  bilməz.  Naturopat  alimlərin  fikirini 
dəstəkliyərək,  tam  qətiyyətlə  deyirəm  ki,  aclıqla  müalicə-
səmərəli  metoddur.  Lakin  Nişi  Sistemini  əvəz  etməyə  qadir 
deyil.  O,  Nişi  sistemi  ilə  birləşdikdə  möcüzə  yaratmağa  qadir 
olur. 
BİZ  TƏBİƏTİN BİR PARÇASIYIQ   
Bizi yaşadan Təbiətdə hər şey vahid ritmə tabedir. Təbiətin 
ayrılmaz  tərkib  hissəsi  və  bioenergetik  sistem  olan  İnsan  da 
həmin  bioritmə  və  fizioloji  sikllərə  (dövrlərə)  tabedir.  Sosioloji 
sistemin  bu  qüvvələrə  heç  bir  tə'siri  ola  bilməz.  İnsan  bunu 
birdəfəlik dərk  etməli  və  Təbiətlə  öz  münasibətini bu baxımdan 
qurmalıdır. Bütün canlıların varlığını tə'min edən təbii bioritmin 
ziddinə  edilən  hər  bir  hərəkət  –  disbalansa  (balansın 
pozulmasına)  və  canlı  orqanizmin  sistemlərində  harmoniyanın 
pozulmasına  gətirib  çıxarır.  Bu  da,  son  nəticədə,  daha  ciddi 
pozğuntulara, ağır xəstəliklərə və ömrün gödəlməsinə səbəb olur. 
Yadda saxlayın: hər 4 saatdan bir dəyişən ritmdə  mövcud 
olan  bir  neçə  təbii  qüvvə  sutka  boyunca  insana  ciddi  təsir 
göstərir. Həmin tə'sirləri aşağıdakı qaydada təsnifləşdirmək olar. 
Saat  06-l0.İnsan zəyifləyib, ağırlaşıb, tənbəlləşib. Saat 6-
da yuxudan duranda adam əzgin olur. 
Saat  10-14.  Yüksək  fiziki  fəallıq  dövrüdür.  Maddələr 
mübadiləsinin,  enerjinin,  həzmolmanın  yüksələn  vaxtıdır. 
Onların (ələlxüsus iştahın) ən yüksək zirvəsi günortaya düşür. 
Saat 14-18. Sinirin, xüsusilə zehni sinirin ən fəal çağıdır. 
Saat  18-22.  Bu  vaxt  adam  zəyifləmiş  olur,  tənbəlləşir, 
ləng hərəkət edir, gün batandan sonra isə istirahət etmək istəyir, 
xəstə  adamlarda  ağrı-acı  güclənir.  Bu  hissənin  sonu  yuxuya 
hazırlıq üçün əlverişli vaxtdır. 
Saat 22-02. Dərin yuxu dövrüdür. Axşam qəbul etdiyiniz 
qida bu vaxt həzmə gedir, toxumalar bərpa olunur. 
Saat  02-06. Dayaz,  tez-tez  dəyişən yuxu dövrüdür.  Əsəb 
sistemi  fəal  işləyir.  06-da  oyanan  adam  gimnastika  etdikdən  və 

 
168 
yuyunduqdan  sonra  özünü  bütün  gün  ərzində  çox  gümrah  hiss 
edir, yüksək əhval-ruhiyyəyə malik olur. 
Bütün  bunları  nəzərə  alaraq,  həyatınız  üçün  çox  faydalı 
olan aşağıdakı mütərəqqi rejimi seçməyi məsləhət görürük. 
Səhər. Yataqdan durmaq: saat 5-6. Zəngli saatsız durmağa 
vərdiş edin.Tualet.Ağzınızı,dişlərinizi təmizləyin,boğazınızı qar-
qar  edin,  mə'dəni  stimullaşdırmaq  məqsədilə  1  stəkan  çiy  suyu 
ilıq  şəkildə  qurtum-qurtum  için.Sonra  Nişi  Sisteminin  4 
qaydasına(3-6  qaydalar)  əməl  edin.Bu  Təmrinləri  yerinə 
yetirəndon sonra kontrast hava və su vannaları qəbul edin. Buna 
imkanı olmayanlar bədənlərini soyuq su ilə silsinlər. 
Səhər  yeməyindən  tam  imtina  edə  bilmirsinizsə,  çox 
yüngül yeyin, unutmayın ki, axşam yedikləriniz hələ tam həzmə 
getməyib, məhz bundan sonra gedəcək. Odur ki, itburnu, moruq,  
qara qarağat  yarpağından,qaragilə və yemşəndən dəmlənmiş çay 
içməklə  kifayətlənin,belə  çaya  bir  çay  qaşığı  bal  və  o  qədər  də 
alma sirkəsi qata bilərsiniz. Yarım saatlıq gəzinti- insana hava və 
su kimi lazımdır. 
İş  (yaxud  təhsil).  Saat  12-l3-dək  əmək  fəaliyyəti.  12-13 
(yaxud 13-14) nahar fasiləsi. İlk dəfə doyunca yemək. Yeyəndən 
sonra  15-20  dəqiqə  təmiz  havada  gəzmək  çox  faydalıdır. 
Mümkün  olmasa,  bir  rahat  guşəyə  çəkilib,  sakitcə  oturun.  İşin 
(təhsilin) davamı. Tez-tez çiy su içməyi unutmayın. İşdən sonra 
yarım saat piyada gəzin. 
Axşam.Evə  çatan  kimi  döşəmənin  üstünə  uzanıb,  bir 
neçə  saniyə  əzələlərinizi  yumuşaldın.  Sonra  Nişi  Sisteminin 
təmrinlərini  yerinə  yetirməyə  başlayın.  Kontrast  hava  və  su 
vannaları qəbul edin. 
Şam  yeməyi.  Saat-18-19  (yaxud  19-20).  Qida  çox  ağır 
olmasın,  fermentsiz  qidalardan  istifadə  edin.  Yatmazdan  əvvəl 
yarım saat təmiz havada sakitcə gəzişin.  
Yuxu vaxtı: 21-22 (uzaq başı- 22-23). 
Bu  rejimə  riayət  edən  hər  kəs  təbii  ritm  ilə  həmahəng 
yaşayır  və  Ana  Təbiətlə  münaqişəyə  girmir,Təbiət  də  onu 
cəzalandırmır,  belə  adam  həmişə  sağlam,  gümrah,  iradəli,  şən, 
xoşrəftar  və  ədalətli  olur,  baş  verən  təbii  və  ictimai  hadisələrin 
əsirinə  çevrilmir.  Biz  dərk  etməliyik:insan  öz  orqanizmini 

 
169 
fizioloji  qanunlardan  başqa  heç  bir  qanuna  tabe  etdirə 
bilməz! Etdirsə, hökmən altını çəkəcək - xəstələnəcək.  
Beləliklə də qarşımızda iki yol var: ya bu qanunlara dəqiq 
əməl edərək uzun illər sağlam, gümrah və bəxtiyar yaşamaq, ya 
da  “kef  çəkə-çəkə”  dəhşətli  xəstəliklərin  burulğanına  atılmaq, 
onların əlində girinc olmaq, Tanrının verdiyi ömrün onda birini, 
özü də zillət içində sürünə-sürünə yaşamaq. Üçüncü yol yoxdur. 
Axtarmayın! 
Biz,  təəssüflər  olsun  ki,  çox  vaxt  ikinci  yolu  tuturuq. 
Faydasız adətləri, zərərli vərdişləri, bə'zən insana zidd olan sosial 
normaları  can-başla  yerinə  yetiririk.  Çox  vaxt  tamam  unuduruq 
ki,insan  yaşamaq  üçün  işləyir,işləmək  üçün  yaşamır.Digər 
tərəfdən  də  şənbazlığın,  lovğalığın,  əşyabazlığın,  modabazlığın, 
arvadbazlığın, kişibazlığın diqtəsi altında özümüzə qəsd edirik.  
Müdriklər deyib ki, hər bir sosial qanun, adət-ən'ənə yalnız 
o  vaxt  yaşamaq  hüququ  qazana  bilər  ki,  o,  Təbiətin  Qanunları 
əsasında  formalaşsın.  Əks  halda,  Təbiət  cəmiyyətdən  və  onun 
ayrı-ayrı üzvlərindən intiqam alır. Məhz buna görə də biz Təbiət 
Qanunları üzərində qurulmuş Nişi Sistemini hər birimizin həyat 
normasına çevirmək zərurəti qarşısında qalmışıq. 
NƏDƏN  BAŞLAMALI? 
Bir  müdrik  kəlam  var,  deyirlər,  üzməyi  öyrənməyin  ən 
yaxşı  yolu-üzməkdir.Başqa  bir  müdrik    deyim  də  var:  yolu-
yeriyən  qət  edər.  Bu  iki  kəlamı  Nişinin  Sağlamlıq  Sisteminə 
tətbiq  etsək,  deməliyik:  onu  öyrənməyin  ən  yaxşı  yolu  -dərhal 
təmrinləri  başlamaqdır.  Şəxsən  mən  kitabı  oxuyan  kimi,  ona 
baxa-baxa  təmrinləri  yerinə  yetirməyə  başladım.  Bundan  öncə 
çarpayını  və  yastığı  dəyişdirdim.  Yoluma  bir  sıra  çətinliklər 
çıxdı. Xatırladıram ki, 60 illik ağır həyat və 30 ilin xəstəliyi öz 
işini  görmüşdü:  dizlərim  bükülmürdü,  qıçlarımı  gen  aça 
bilmirdim,  oynaqlarım  ağrıyırdı.  Ən  çətini  isə  psixoloji  səddi 
aşmaq idi: axı mən düz 60 il tamam başqa cür yaşamışdım, yəni 
səhv  yolla  getmişdim.  İlk  vaxtlar  sizin  də  yolunuza  bəzi 
maneələr  çıxa  bilər.  Onları  dəf  etməyə  qadirsiniz.  Tutduğunuz 
yoldan geri dönməyin!  

 
170 
Siftə vaxtlar proqramı qismən yerinə yetirin,orqanizmi çox 
yükləməyin,  cisminizi,şüurunuzu,  həyat  tərzinizi  Sağlamlıq 
Sisteminə tədricən uyğunlaşdırın. Sonra proqramı tam şəkildə və 
dəqiq  yerinə  yetirin.  «Vaxtım  yoxdur»  kəlməsini  dilinizə 
gətirməyin. Poliklinikalarda, əcza-xanalarda, stasionarlarda, tanış 
həkimlərin  yanında,  türkə-çarələrin  evində  və  s.  yerlərdə 
itirdiyiniz  vaxtın  kiçik  bir  qismini  Nişi  Sisteminə  sərf  etsəniz, 
boş vaxtınız daha çox olacaq, çünki siz sağlam,gümrah,iradəli və 
nikbin  olacaqsınız,iş  qablyyətiniz  birə  beş  artacaq.  Dərmana, 
həkimlərə, fırıldaqçı «şəfa verənlər»ə xərclədiyiniz pul  cibinizdə 
qalacaq.  Onu  cisminizə Günəş  enerjisi,  vitamin və  digər  faydalı 
elementləri daşıyan meyvvə-tərəvəzə xərcləyin.  
Bir  vacib  məsələni  də  yadda  möhkəm  saxlayın:  digər 
müalicələr və sistemlər müvəqqəti kömək edir, professor Nişi isə 
sağlamlığın  metodologiyasını  yaradıb.Nişi  sistemi  sağlamlıq 
haqqında  bütöv  bir  elmdir.  Çox  demirəm,  ikicə  həftə  Nişi 
Sistemi  ilə  yaşasanız,  onun  bəxş  etdiyi  dincliyi,  rahatlığı, 
gümrahlığı  hiss  etsəniz,  sizi  bu  sistemdən  heç  tankla  da  qopara 
bilməzlər. Buna əmin ola bilərsiniz. 
 
 
SƏKKİZİNCİ  FƏSİL 
TƏMİZLƏNMƏ 
Yoğun bağırsağın təmizlənməsi 
 
 Tükənmək  bilməyən  qayğıların,  əndişələrin,  ziyafətlərin, 
ad  günlərinin,bəzilərinin  həyat  normasına  çevrilmiş  eyş-işrətin 
əlindən  macal  tapıb,öz  keçmişinizi  göz  qabağına  gətirsəniz,bir 
şeyin  şahidi  olacaqsınız:bir  qisminiz  qabağına  nə  çıxdı  yeyib,o 
biri qisminiz isə xörəklərin ən dadlısını nuş edib. Bəzən iştahınız 
çəkmiyəndə  də  basıb  yemisiniz:  gödən  doyub,  göz  doymayıb. 
«Saman  sənin  deyil,  samanlıq  da  sənin  deyil»  iradını  ya  qulaq 
ardına  vurubsunuz,ya  da  «qoy,  keçinin  ölümü  palıddan  olsun» 
misalı ilə (inanmıram ki,belə misal  başqa millətlərin folklorunda 
da  tapılsın!)  cavab  vermib  “mərəyi”  ağzınacan  doldurubsunuz. 

 
171 
Əmin olmusunuz ki, qanlı kababla araq vurmaq, kef çəkmək ən 
böyük səadətdir.Nadanlığın və cahilliyin embleması olan “kef 
çəkmək”  fəlsəfəsi  ilə  yaşayan  hər  kəs  kef  çəkmir,ömrü  boyu 
əzab çəkir,oturduğu ağaca mütəmadi olaraq balta vurur. 
Əzablarla dolu həyatımıza “ağ ölüm” adlandırılan narkotik 
maddələrlə  yanaşı,”dərman  narkomaniyası”,  “papiros  narkoma-
niyası”,“şirniyyat  närkoma-  niyası”,  “içki  narkomaniyası”,  “duz 
narkomaniyası”,“çörək narkomaniyası”, “ət narkomaniyası”,”çay 
narkomaniyası” da   soxulub.Bunların hər biri təklikdə,  narkotik 
maddələr  qədər  dəhşətli  bəladır.Hamısı  bir  yerdə  isə  on  qat,yüz 
qat artıq bəladır! 
Gündə neçə dəfə qida qəbul etmək faydalıdır? Nişi yemək 
məsələsində  bir  müdrik  kəlamı  həmişə  rəhbər  tutub.  Deyirlər: 
yoqlar  1  dəfə  yeyirlər,  qurmanlar  (ləziz  yemək  pərəstişkarları)- 
2  dəfə,  xəstəlikpərəstlər-3  dəfə.  Nişi  belə  hesab  edirdi  ki,  dəb 
dalınca qaçmaq,təqlidçilik, aludəçilik, şənbazlıq bütün sahələrdə 
zərərlidir.Amma modabazlıq qidalanma prosesinə soxulanda əsl 
fəlakət baş verir, çünki paltar modası dalınca qaçan adam təkcə 
pulunu  itirirsə,  qidalanmada  modabazlıq  edən  adam  Ana 
Təbiətin  bəxş  etdiyi  ən  əziz  neməti-sağlamlığını  itirir.İnsan, 
cansağlığı  ilə  bərabər,gülmək,  sevinmək  və  sevindir-  mək, 
xeyirə-şərə  yaramaq,  sevib-sevilmək,  fəal  vətəndaş  olmaq, 
xalqın, planetimizin dərdinə qalmaq kimİ yüksək keyfiyyətlərini 
də  itirir.  Bu  itkinin  miqyasını  və  dəhşətini  yalnız  mənim  kimi 
uzun illərin xəstəsi olmuş adamlar dərindən dərk edə bilir. 
Qadınlar  və  qız-gəlin  qida  modabazlığı  bəlasına  çox  tez 
mübtəla olurlar, bunun acı nəticə verəcəyini əsla dərk etmirlər. 
Çünki  onlara  nə  orta  məktəbdə,  nə  ali  məktəbdə,  nə  də  ailədə 
qidalanma ilə bağlı dərs keçiblər. Düzgün qidalanma qaydalarını 
onlara  öyrədən  olmayıb.  Onlar,sağlam  qidanı,pulgir  televiziya 
kanallarının köməyi ilə, sıxışdırıb aradan çıxardan, heç bir haqqı 
olmadan,  süfrədə  onun  yerini  tutan  və  insanları  min  bir  dərdə 
mübtəla  edən  qida  modabazlığının  eybəcərliyini  və  zərərini 
görüb, qiymət verə bilmirlər. Ona görə də uzun illər qidalanma 
problemləri  ilə  məşğul  olan  Breqq,  Şelton,  Birher-Benner, 

 
172 
Uoker,  Çarviz,  Qlass,  Ozavı,  Çuprin,  Semyonova  və  s.  kimi 
vicdanlı  təbiblərin  qopardığı  fəryad,  göndərdikləri  SOS  asılıb 
havada qalıb (ələlxüsus da «Sovet səhiyyə sistemi - ən qabaqcıl 
sistemdir» şüarının hökm sürdüyü keçmiş SSRİ məkanında). 
Nəticədə biri-digərindən ağır, biri-digərindən əzablı xəstə 
-liklərə  düçar  olur.  Bu  işdə  gündə  bir  təzə  yemək  növü  «icad» 
edən,  süfrənin  faydasından  daha  çox  gözqamaşdırıcı  zahiri 
effekti,  yaraşığı  barədə  düşünən,  süfrəni  son  dəbə  uyğun 
bəzəməyə  çalışan  şənbaz  xanımların  «xidmətləri»  böyükdür.  
Onlar ərlərinə, istəkli balalarına, əziz qonaqlarına yaxşılıq etmək 
istərkən,  özləri bilmədən, onlara böyük pislik  etmiş  olurlar. Hər 
gün yeni bir xörək resepti, şirniyyat növü, qidanın zərərli növləri 
ilə  onsuz  da  çox  zəngin  olan  həyatımıza  məhz  onların  «böyük 
qayğısı»  sayəsində  daxil  olur.Sözdə  “xalqının  xoşbəxtliyi  üçün 
çalışan”,  əməldə  isə  millətə  çox  böyük  məharət  və  xüsusi 
canfəşanlıqla qarınqululuq dərsi keçən, xalq kütləsinin onsuz da 
həddən  ziyada  aşağı  olan  qidalanma  mədəniyyətini  qaldırmaq 
əvəzinə, qat-qat aşağı salan “vətənpərvər” teleşirkətlərin qazanc 
naminə  apardıqları  geniş  miqyaslı  kampaniyaları  ayrıca  qeyd 
etmək  istərdim!..”Ölü”  qidaları  bütün  sutka  ərzində,  böyük 
həvəslə  və  xüsusi  ustalıqla  təbliğ  edən  teleşirkətlər,  qarınqulu, 
acgöz millətimizi hərifləyib, öz çürük mallarını camaata sırıyan 
vicdansız  işbazlarla  cinayət  əlaqəsinə  girib.  Buna  başqa  ad 
vermək  olmaz.  Qarınqulu  kütlə,  “qeyrətli”  jurnalistlərin  köməyi 
ilə,  gündə  bir  zəhərli  menyu  tərtib  edir,  öz  cismini  və  ruhunu 
zəhərləyir,  ailə  büdcəsinə  ciddi  zərbə  vurmuş  olur.  Beləliklə  də 
millətimizin həyatına daha bir «sağalmayan» xəstəlik soxulur və 
biz  min  bir  əziyyətlə  qazandığımız  pulu  dava-dərmana 
xərcləyirik. Özü də nə dələduz işbazlar, nə də teleşirkətin çoxlu 
pul  qazanan  başbilənləri  dərmana  pul  xərcləmək  prosesindən 
kənarda  qala  bilir.  Şüurlu  İnsanın  bu  hərəkətinə  nadanlıqdan 
başqa nə ad verəsən? 
Bəli,  qarnımızı  “ölü”  qidaların  köməyi  ilə  toksik 
materialların  cəmləşdiyi  «zəhər  anbarına»  özümüz  çevirmişik. 
Bu  “anbarı”  pinti  şəhərlərdəki  zibilxanalarla  müqayisə  etmək 
çox  yerinə  düşər.  Gözünüzün  qabağına  gətirin:  səfil  itlər, 
pişiklər,  siçovullar,  siçanlar,  müxtəlif  həşəratlar  hamısı  pinti 

 
173 
zibilxanaya cumur-yem axtarır. Bədəndəki çoxsaylı mikroblar və 
bakteriyalar da bağırsaqda yığılıb qalan zərərli kütlənin üstünə o 
cür cumurlar. Burada özləri üçün kifayət qədər yem tapa bilirlər, 
çünki  qidalanma  qaydalarını  pozan  hər  insan  öz  bədənində  8 
kiloqramdan  25  kiloqramadək  “şlak”  gəzdirir.  Bu  zərərli 
maddələr bizim “zibilxanamıza” necə yığışır? 
Çoxumuz  bilmirik  ki,  müxtəlif  qida  növü  müxtəlif  də 
mə'də şirəsi tələb edir. Bilmirik ki, bir neçə xörəyi eyni vaxtda 
yeyərkən-həzmolma pozulur, həzm olunmayan qida bağırsağa 
tökülür,  parçalanır  və  çürüyür.  Qarındakı  eybəcər  qurultular, 
qəbzlik,ishal,köp bunun ilk əlamətləridir. Sezilən əlamətlərdir. 
Gözə  görünməyən  əlamətlər  odur  ki,  qanımız  zəhərlənir, 
zəhərli qan bütün bədənə yayılaraq, hüceyrələri qidalandırır və 
zəhərləyir.Hüceyrələr  məhv  olur  və  biz  xəstələnirik.  Bağır-
saqda  yığılıb  qalan  qazlardan,  konserogenlərdən,  şlaklardan, 
çürüntülərdən  əmələ  gələn  zəhərli  qanla  təzə  sağlam  hüceyrə 
yaratmaq  qeyri-mümkün  olduğu  üçün,  zəhərlənib  ölən 
hüceyrələrin  yerini  doldura  bilmirik.  Orqanizm  xəstələnir  və 
insan tez qocalır,tez də ölür. D-r Breqq “bizi öldürən qocalıq 
deyil,bizi  öldürən  pis  vərdişlərdir”  deyəndə,  birinci 
növbədə,qidalanma  qaydala-rının  pozulmasını  nəzərdə 
tutmuşdur. 
Daima  üst-üstə  yığışan  zir-zibil  bağırsağı  ağır  və  hərə-
kətsiz  bir  çuvala  döndərir.  Qana  şəfalı  elementlər  əvəzinə  zəhər 
ötürən  bu  “çuval”,  üstəlik  şişərək,  digər  daxili  orqanları  öz 
ərazilərində  sıxışdırıb  kənara  itələyir,  normal  işləməyə  qoymur. 
Normal 
tənəffüsü 
və  ürəyin  fəaliyyətini  tə'min  edən 
diafraqmanın  hərəkətini  məhdudlaşdırır,  tənəffüs  prosesindən 
uzaqlaşdırır,qara  ciyər  qanı  təmizləyə  bilmir.  Ağ  ciyərin  də 
hərəkəti  məhdudlaşır,  qara  ciyər,  böyrəklər  öz  yerlərini 
dəyişirlər,  nazik  bağırsağın  çevik  hərəkət  etmək  imkanı  azalır, 
sidik-cinsi  sistemində  pozquntular  baş  verir(kişilərdə-adeno-
malar,qadınlarda-fibromalar  əmələ  gəlir).Düz  bağırsağın  aşağı 
hissəsi bərk xəstələnir: sıxılmış venalar qan şəbəkələri şəkilində 
qabarır.  Bu  cür  hallardan  yaxa  qurtarmaq,üçün  ilk  növbədə, 
«zibil anbarını» təmizləmək lazımdır. Bunun ən yaxşı yolu-imalə 

 
174 
və  aclıqdır.  Bu  faydalı  proseduranı  aşağıdakı  qaydada  yerinə 
yetirmək məsləhətdir. 
Əvvəlcədən 2-3 litr qaynamış su hazırlayın. 2 litr suya 1-2 
xörək  qaşığı  alma  sirkəsi,  yaxud  limon  şirəsi  əlavə  edin.  Bir 
çimdik limon turşusunu suda əritmək də olar. Bir baş sarımsağı 
əzib,  üstünə  soyuq  su  tökün  və  qarışdırın,  dördqat  tənzifdən 
süzün,indi  ümumi  suya  tökə  bilərsiniz.Xatırladırıq:turşu  çürü- 
mə  törədən  mikrobları  məhv  edir,  sarımsaq  -  xəstəlik  törədən 
mikrobları.Hazır  mayeni  Esmarx  parçına  tökün.  Rezin  borunun 
müştüyünü  günəbaxan  yağına  salın.  Təmizlənmənin  ən  yaxşı 
vaxtı  səhər  5-7-dir.  İmaləni  «qruşa»  deyilən  rezin  torba  ilə 
etmək düzgün deyil. 
Esmarx  parçını  elə  asmaq  lazımdır  ki,  müştüyü  daxilə 
yeridəndə  rezin  boru  dartılmasın.  Dizlərinizi  yerə  qoyub, 
dirsəklərinizdən birini ona yaxınlaşdırın. Digər əlinizlə müştüyü 
anus  dəliyinə  yeridin  və  saxlayın.  Babasılı  olan  adam  müştüyü 
ehtiyatla  yeritməlidir  (müştüyü  çıxartmaq  da  olar,  onda  su  tez 
axacaq).  Müştük  daxil  olandan  sonra  çanağınızı  qaldırın, 
başınızı aşağı əyin və dərindən nəfəs alın, havanı içinizə bol-bol 
çəkin, buraxanda az-az buraxın, özü də ağızdan. Qarnınızı 7 dəfə 
içəri çəkin və dincəlin. Havanı nə qədər güclü çəksəniz, su bir o 
qədər  tez  daxil  olacaq.  Su  tam  daxil  olmadığı  halda  qarnınızda 
güclü təzyiq hiss edirsinizsə və daha dözə bilmirsinizsə, borunun 
krantını  bağlayın  (yaxud,onu  “şpilka”  ilə  sıxın),müştüyü 
çıxartmadan  ayağa  qalxın,  qarnınızı  altdan  yuxarı  sığayın, 
bundan  sonra  əməliyyatı  davam  etdirin.  Çalışm  ki,su  tam  daxil 
olsun. 
Nəhayət,sü 
tükəndi.Müştüyü  anusdan  çıxardın, 
əvvəlcədən  hazırlanmış  tıxacı  anus  dəliyinə  taxın,  onu 
dəliyin əzələləri ilə bərk-bərk sıxın, suyu 7 dəqiqə içinizdə 
saxlamağa çalışın,qarnınızdakı narahatlığı aradan qaldırmaq 
üçün  onu  sığayın,  qarnı  üstə  uzanın.  Ya  da  unitazın 
yaxınlığında  gəzişin.  Çox  güman  ki,  birinci  dəfə  suyu  çox 
saxlamaq  sizin  üçün  çətin  olacaq.  Bu  çətinliyi  aradan 
qaldırmaq  üçiün  müəyyən  hazırhq  işləri  aparmaq  olar: 
imalədən  öncə  sün'i  yollarla  ayaq  yoluna  getmək  həvəsi 
oyatmaq  lazımdır.  Bunun  üçün  anus  dəliyinə  «beskodil» 

 
175 
şamı  qoymaq  (bala  batırdıqdan  sonra)  olar.  Babasıl 
şamından da istifadə etmək mümkündür. 
Vaxt  darlıq  edəndə  imaləni  təxirə  salın.  Tələsik 
həyata keçirilən prosedura pis nəticə verə bilər: bağırsaqda 
qalan  su  nəcisə  hoparaq  qana  sorular  və  orqanizmə  zərər 
verər. 
Proseduradan  sonra  mə'dənizdə  boşluq,  bədəninizdə 
isə  yüngüllük  hiss  etsəniz,  demək,  tədbir  səmərəlidir.  Hiss 
etsəniz  ki,  «zibil  anbarı»  tam  təmizlənməyib,  onda 
proseduranı bir neçə gün təkrar edin. 
Xroniki  qəbzlik  vaxtı  «böyük  klizma»dan  öncə  qarına 
yarım  litr  su  yeritmək  və  dərhal  tualetə  getmək  tələb  olunur. 
Bunu  2-3  dəfə  etmək  daha  faydalıdır-yoğun  bağırsaq  ağır 
yükdən  azad  olmahdır.  Sonra  yuxarıda  deyilənlərə  əməl  edin. 
Suyun  hərarəti  37  dərəcə  olmalıdır.  Ürək  patalogiyası  və  mədə 
yarası olmayan adamlar imalə ilə yanaşı, 1-2 həftə ərzində bir diş 
sarımsağı ac qarnına mümkün qədər çox çeynəyib udmalı, yaxud 
sümürməlidir.Çeynəməyi,  yaxud  sormağı  bacarmayanlar  əzib 
ağızlarında  saxlasınlar.Sarımsaq  mümkün  qədər  çox  vaxt 
kəsiyində  tüpürcəyə  qarışmalıdır.Onu  qəbul  etdikdən  sonra 
nahara başlamaq olar. Şam yeməyindən 2 saat sonra eyni qayda 
ilə  sarımsaq  qəbul  etmək  faydalıdır.  Bundan  sonra  dilinizə  heç 
nə vurmayın. 
  
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin