Ərşad Əzimzadə



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

 
119 
QAN  DÖVRANI  HAQQINDA  
YENİ FİKİR 
Professor  K.Nişi  bir  sıra  tibbi  məsələlərə  tamam  başqa 
gözlə  baxıb.Onun  fikirincə,qanı  bədənə  vuran  “baş  mühərrik” 
ürəkdə deyil, balaca kapilyarlarda qurulub.Bu baxış qan dövranı 
haqqında mövcud olan klassik baxışdan köklü şəkildə fərqlənir. 
Yeri  gəlmişkən,  qeyd  edək  ki,ürəyin  funksiyası  və  fəaliyyəti 
haqqında fikirlər zaman-zaman dəyişib.Hələ 1628-ci ildə Vilyam 
Harvinin əsəri işıq üzü görəndən sonra hamı ürəyin qanı bədənə 
vuran  “nasos”  olması  fikirini,bir  növ,mütləq  həqiqət  kimi  qəbul 
etmişdi.Tədqiqatçıların çox cuzi bir hissəsi bu nəzəriyənin səhih-
liyinə şək gətirdi.Lakin fakt budur ki,həmin nəzəriyyə qan döv-
ranı mexanizmini və digər oxşar fizioloji hadisələri şərh və izah 
etmirdi.Üstəlik,bu  nəzəriyyə  ürəyin  əsl  həqiqətdə  nə  olması 
barədə  tam  aydın  təsəvvür  yaratmırdı.Bu  nəzəriyyə  çoxdan,lap 
çoxdan  köhnəlmişdi!Məhz  bu  yanlış  nəzəriyyənin  təqsiri  üzün-
dən  ürək  sirri  indiyəcən  açılmamış  qalıb  və  indinin  özündə  də 
ürək-tibb aləmində “öz sirrini verməyən” bir orqan kimi tanınır. 
Ürək-damar  xəstəlikləri  isə  bir  nömrəli  qatil kimi,  bəşəriyyətə 
bu  günün  özündə  də  divan  tutmaqda  davam  edir.K.Nişi  bu 
barədə yazırdı:“Nə qədərki müasir tibb elmi öz ənənəvi baxı-
şından  əl  götürməyib,o,heç  vaxt  “sirr”  deyilən  mətləbi  aça 
bilmə-yəcək,ürək-damar  xəstəliklərinin  bəşəriyyətə  vurduğu 
ağır itkinin qarşısını ala bilməyəcək”.Professor Nişi təklif edir 
ki,  ürəyə  yalnız  nəzarətçi  çən,  yaxud  qan  axınını  tənzimlə-  yən 
aparat  kimi  baxmaq  lazımdır.Qəbul  etməliyik  ki,  qanı  hərəkətə 
gətirən mexanizm kapilyarların özündədir. 
Nişinin bir çox baxışları və mövqeləri o dövrdə yaşamış 
mütərəqqi rus təbiblərinin ideyaları və baxışları ilə üst-üstə düşür. 
A.Speranski ilə A.Zalmanov da, Nişi kimi,belə hesab edirdilər ki, 
müalicə  vaxtı  orqanizmi  müdafiə  edən  resursların  fəaliyətini 
yaxşılaşdırmağa  xüsusi  fikir  vermək  çox  vacibdir.  A.Zalmanov 
“İnsan  orqanizminin  sirli  müdrikliyi”  adlı  dahiyanə  əsərində 
“kapilyaro-terapiya”,yəni  kapilyarlara  dərin  təsir  göstərmək 

 
120 
ideyasını  irəli  sürmüş,bu  metodla  müalicə  apararaq,  gözəl 
nəticələr əldə etmişdir. 
Rusiyada,  Almaniyada  və  İtaliyada  3  dəfə  tibb  elmləri 
doktoru  elmi  adını  müdafiə  edən,bolşevik  rejiminin  dar  düşün-
cəli  məmurlarının  və  siyasiləşdirilmiş  tibb  elminin,onun  “baş 
qərərgahı”  olan  “Minzdrav”ı  əlində  möhkəm  saxlayan  dayaz 
alimlərin  təqibinə  tab  gətirə  bilməyib,xaricə  köçən  və  ömrünü 
qürbətdə başa vuran bu dəyərli təbibin müalicə metodu haqqında 
ayrıca  bir  fəsil  verəcəyik.  İndi  isə  qan  dövranı  haqqında  fikir 
tarixinə nəzər salaq. 
Qeyd edək ki, qanın hərəkəti problemi ta 1930-cu ilədək, 
yəni, tanınmış təbib Laubri Fransa Akademiyasında qan dövranı 
mexanizminə  dair  öz  parlaq  əsəri  barədə  məlumat  verənə  qədər 
toxunulmaz,“bağlı”  qalmışdı.Laubri  təsdiq  etdi  ki,ürək  qanı 
hərəkətə gətirən yeganə qüvvə deyil,ürək -qanı yalnız arteriya və 
kapilyar sistemində irəli itələyən hərəkətverici qüvvədir.Vena isə 
ikinci  ürək  kimi  fəaliyyət  göstərir,qanın  venoz  hərəkətini,  yəni 
qanın  ürəyə  qayıtmasını  təmin  edir.Nişi  bu  məsələyə  öz  müna-
sibətini  belə  bildirmişdir:“Əlbəttə,Laubrinin  nəzəriyyəsi-qan 
haqqında elmdə irəli atılmış  mütərəqqi addımdır.Lakin onun bu 
yeni nəzəriyyəsi, nə qədər parlaq olur-olsun, qan dövranı barədə 
həqiqətin  yalnız  yarsını  açıqlamışdır.  Çox  təəssüf  ki,  o,  yalnız 
bununla  kifayətlənmişdir”.Belə  bir  qənaətə  gələn  Nişi  tam 
müstəqil şəkildə öz qan dövranı nəzəriyəsini hazırlamağa başladı. 
Məlumdur ki,arteriya həm quruluşuna görə,həm də funk-
siyasına  görə  venadan  seçilir.Arteriya  qalın  və  elastik  daxili 
örtüyə(divara)  malikdir,dartıla  və  genişlənə  bilir.Venanın  isə 
nazik divarı və klapanı vardır.Bu klapan ona xidmət edir ki,vena 
boyunca üzü yuxarı, bu və ya digər orqandan ürəyə qalxan qan 
geri qayıdıb, aşağı tökülə bilməsin (şəkilə bax). 
Vena  maksimum  darala  və  vakuum  (tam  boşluq)  yarada 
bilir.Əgər biz qan dövranı mexanizmini nasosla müqayisə etsək, 
deməliyik  ki,arteriya  sorucu  borucuğu  xatırladır,çünki  sorucu 
borucuq,itələyən borucuğa nisbətən,daha yoğun və elastik divara 

 
121 
malikdir(“pipetka”  kimi).Nişi  yazırdı:Heç  şübhəsiz,nasos  bu  iki 
borucuğun birləşdiyi yerdə yerləşir.Lakin nasosdan fərqli olaraq 
arteriya və vena hər iki ucdan birləşir:bir ucu ürəyə,o biri kapil-
yarlara.Sual oluna bilər:bunlardan hansı nasosu təmsil edir-ürək, 
yoxsa  kapilyarlar?Nişinin  cavabı  qətidir:Əlbəttə,kapilyarlar! 
Bunun  alternativi  yoxdur.Çünki  arteriya-soran  borcuğa  uyğun 
gəlir,vena  isə  itələyən  borucuğa.Ürəyin  nasos  ola  biləcəyi 
ehtimalı bizi yanlış nəticə çıxarmağa sövq edir: guya, ürək soran 
borucuqdan (arteriyadan ) istifadə edir ki, qanı itələsin, itələyici 
borucuqdan (venadan) isə qanı daxilə qovmaq üçün istifadə edir. 
 
 
 
Şəkil 4. Qan dövranı sxemi. 
1- beyin, 
2- ağ ciyər, 
3- böyrəklər,  
4- qara ciyər, 
5- həzmetmə orqanları, 
6- limfatik axınlar, 
7- ağ ciyər arteriyası, 
8- aorta. 
 
Şəksiz,insan  bədənindəki 
fizioloji  “nasos”  süni  nasosdan 
fərqlidir.Bununla  belə,  qalın  və 
elastik  divara  malik  olan  arteri-
yanın  əks-təsirə  malik  olan  hər 
cür  qüvvənin  qarşısını  almağa 
göstərdiyi  cəhd  çox  önəmlidir. 
Lakin bu cür müqavimət gücünə 
və  böyük  ciddi-cəhdə  baxma-
yaraq,  arteriya-kapilyarların  təsiri  altında  yaranan  və  qanı 
damarlardan geri soran boşluqla müqayisədə çox zəyifdir. Yalnız 

 
122 
kapilyarların  qanı  arteriyadan  sorması  ehtimalını  qəbul 
etdikdə,  anlaya  bilərik:  nə  üçün  arteriya  öz  qurluşuna  və 
funksiyasına  görə  sorucu  borucuğa  bənzəyir?  Bu,bir  daha  onu 
göstərir ki,insan bədənindəki nasosu ürək deyil, məhz kapilyarlar 
təmsil edir. 
Bu  mətləbi  tibbi  təhsili  olmayan  sıravi  oxuculara  loru 
dildə izah etmək istəyirəm. Bina ayrı-ayrı daşlardan, taxtalardan 
ibarət  olduğu  kimi,insan  bədəni  də  kiçicik  hüceyrələrdən 
ibarətdir.Hər  bir  hüceyrə  əyninə  tüklü  borucuqların  torundan 
tikilmiş“libas”  geyib.Bu  “libas”-kapilyarlardır.Arteriya  və  vena 
damarları məhz kapilyarlara bitişib. Hüceyrələrə qida daşıyan da 
elə bu tüklü borucuqlardır. Sağlamlıq üçün gərək olan hər şeyi – 
oksigeni,  enerjini,  vitaminləri,  zülalı,  yağı,  mineral  maddələri, 
karbohidratları  daşıyıb,hüceyrələri  yedizdirən  möhnətkeş  kapil-
yarlardır.Məhz  onlar  hüceyrələri,maddələr  müba  diləsi  vaxtı 
əmələ  gələn,  gərəksiz  və  zərərli  parçalanma  məhsul-larından 
təmizləyir.A.Zalmanov kapilyarların fəaliyyətindən bəhs edərkən 
yazırdı:  “Hüceyrələrin  daima  ölməsi,  yarpaqların  və  ləçəklərin 
tökülməsi zəruri olduğu kimi, vacibdir”. 
Uzunluğu  100.000  kilometr,  ümumi  sahəsi  600  kvadrat 
metr  olan  kapilyarların  diametri  günün,  ayın  və  ilin  müxtəlif 
vaxtlarında  müxtəlif  cür  olur.Bu  mənada  onu  çay  məcrasına 
bənzətmək  olar:çay  məcrası  baharda  genişlənir,yayda,qışda, 
sular  azalanda  daralır.Kapilyarlar  səhər  çağı,  axşama  nisbətən, 
çox  yığılmış  olur,ümumi  tutumu  azalır.Bunu  səhərlər  bədənin 
ümumi hərarətinin azalması, axşam isə çoxalması ilə izah etmək 
lazım gəlir. Qadınlarda aybaşı ərəfəsində açıq kapilyarların sayı 
çoxalır, odur ki, maddələr mübadiləsi fəallaşır, bədənin hərarəti 
artır. Sentyabr-yanvar dövründə kapilyarların sıxılması (spazma) 
və  durqunlaşma  baş  verir. Mövsümi  xəstəliklər (mədə  xorası  ən 
çox sentiyabr və mart aylarında baş verir) başlayır. 
Kapilyarların  xəstələnməsi-bütün  patoloji  proseslərin 
əsasıdır.A.Zalmanov“İnsan  orqanizminin  sirli  müdrikliyi” 
kitabında  yazırdı:“Kapilyarların  fiziologiyası  olmadığı  halda- 

 
123 
təbabət  hadisələrin  səthində  durur,həm  ümumilikdə,həm  də 
xüsusi  patalogiyada  bir  şeyi  dərk  etməyə  qadir  deyildir”.Nişi 
kimi,A.Zalmanov da belə qənaətə  gəlmişdir:“Bütün xəstəliklərin 
müalicəsini kapilyarların müalicəsindən başlamaq lazımdır”. Bu 
məsələ  ilə  bağlı  daha  bir  məsləhətə  qulaq  asaq.A.Zalmanov 
öyrədirdi:”Əgər  siz  tənəffüs  həcmini  genişləndirsəniz,beyinə  və 
bütün  orqanlara  oksigen  axınını  gücləndirsəniz,  əgər  siz  xüsusi 
rejimin köməyi ilə (dərmanın yox, məhz xüsusi rejimin! -Ə.Ə), 
yüz minlərlə kapilyara işıq aça bilsəniz, belə müalicənin köməyi 
ilə  dəf  edilməyən  bir  xəstəliyə  də  rast  gəlməyəcəksiniz”.  Başqa 
sözlə  desək:  Yer  üzündə  müalicəsi  mümkün  olmayan  xəstəlik 
qalmayacaq. 
Çox  ağıllı  məsləhətdir!Məhz  ona  qulaq  asdığım  üçün, 
məhz  dava-dərmana  həmişəlik  “yox”  dediyim  üçün,xüsusi 
rejimin  köməyi  ilə  kapilyarları  işə  saldım,hüceyrələrimi  yaxşı-
yaxşı  qidalandırdım  və  ağır  xəstəliklərin,  o  cümlədən,  ürək-
damar  xəstəliyinin,şəkərli  diabetin  cəngindən  qurtardım. 
Bütövlükdə tibb elminin, eləcə də ayrı-ayrı həkimlərin və bizim 
hər  birimizin  fikir  vermədiyimiz,  necə  deyərlər,  adam  yerinə 
qoymadığımız kapilyarlar belə böyük qüdrətə malikdir. 
Bu  yerdə  mən  bir  ibratamiz  müqayisədən  vaz  keçə 
bilməyəcəm.Mən  kapilyarları  cəfakeş  əskərlərə,ziyalılara,kəndli 
lərə,  fəhlələrə  oxşadıram.  Dövləti  (yəni  orqanizmi)  yedirən  də, 
geydirən  də,yaşadan  da,  qoruyan  da  müsəlləh  əskər,  əli  qabarlı 
fəhlə və kəndli, gecə-gündüz beynini çalışdıran ziyalıdır. Onların 
vəziyyəti ağır olanda-dövlətin(orqanizmin) vəziyyəti də ağırlaşır, 
dövlət(orqanizm)  “xəstələnir”.Deməli,ölkənin,dövlətin  “səhhəti” 
onu yedizdirən qara camaatın vəziyyətindən asılıdır.Ona görə də 
ağıllı  millətlər  və  ağıllı  dövlət  başçıları  çalışırlar  ki,məmləkətin 
sağlamlığının  və  rifahının  əsas  dayağı  olan  qara  camaat 
(kapilyarlar) sağlam olsun, yaxşı işləsin, öz dövlətini (orqanizmi) 
gümrah  saxlamağa,  qorumağa  qadir  olsun.Bu  hikməti  unudan 
dövlətlər  isə,öz  kapilyarlarının  qeydinə  qalmağı  unudan 
tamahkır, acgöz və qarınqulu adamlar kimi, gününü ah-zar içində 

 
124 
keçirir,  vəsaiti  müxtəlif  bəlalardan  yaxa  qurtarmaq  üçün  həyata 
keçirilən lüzumsuz tədbirlərə xərcləyir. 
Indi  isə  yenidən  keçmişə  qayıdaq.Bayaq  qeyd  etdik  ki, 
Nişi Sistemi  yaranana  qədər  dünyanın  bir çox istedadlı alimləri 
və  qabaqcıl  həkimlər  kapilyarlar  barəsində  dəyərli  fikirlər 
söyləmiş,  kapilyaro-terapiya  ilə  məşğul  olmağın  zəruriliyini 
əsaslandırmışlar.Hətta, kapilyarların fiziologiyasının tədqiqatı ilə 
məşğul  olan  alman  alimi  A.Kroq  Nobel  mükafatına  layiq 
görülmüşdür.Lakin  yalnız Nişi Sistemi  yaranandan  sonra bəşər-
iyyətin  əlində  tam  və  dolğun  metodika  oldu,insanlar  kapilyar- 
ların bərpası yolunu tanıdılar. Nişi bu məqsədlə xüsusi vibrasiya 
(titrəmə) təmrinləri yaratdı, onların köməyi ilə kapilyarları bərpa 
etmək,möhkəmlətmək,təmizləmək,enerjisini  artırmaq,bunun  sa-
yəsində  immuniteti  yüksəltmək,müdafiə  qüvvələrini,bütün  orqa-
nizmin  həyat  qabiliyyətini  gücləndirmək  mümkün  oldu.Bu 
sistem,bir  növ,bütün  “arxları”  təmizləyir  ki,hüceyrələrə  qida 
daşıyan qan maneəsiz, tam sərbəst şəkildə hərəkət etsin, lazımsız 
maddələri bədəndən rahat çıxartsın. 
Bir  məqamı  xüsusi  vurğulamaq  istəyirəm:Nişinin  Sağ-
lamlıq  Sistemi  xəstələr  üçün  nə  qədər  vacibdirsə,  sağlam 
adamlarlar üçün,xüsusilə də uşaqlar,yeniyetmələr və gənclər 
üçün də bir  o qədər vacibdir: xəstələrə-ağır dərddən qutar- 
maq üçün,sağlamlara-heç vaxt xəstələnməmək, uzun müddət 
gənc qalmaq və çox yaşamaq üçün. 
Nişi  öz  sistemini  yaradarkən  tam  əmin  oldu  ki,sonsuz 
Kainatın  ayrılmaz  tərkib  hissəsi  olan  insan  bədəni,böyük 
Kainatın  özü  kimi,müxtəlif  mikrobların  və  bakteriyaların 
məskunlaşdığı  məkandır.Orqanizm  yorulmayıbsa,qıcıqlandır-
ılmayıbsa,zədələnməyibsə,çirklənmiyibsə-heç  bir  mikrob  təhlü-
kəsi  yoxdur,onun  çalışqan  hüceyrələri  çoxsaylı  mikroorqa-
nizmlər  dünyasında  rahat  yaşaya  bilər.Çünki  mikroblar  və 
bakteriyalar,  əlverişli  mühit  yaranmadığı  halda,  məskunlaşdığı 
məkanla(ayrı-ayrı  orqanlarla)  deyil,paxıl  millətlər  kimi,  öz 
aralarında didişməklə məşğul olacaqlar. 

 
125 
Nişinin  yaratdığı  təmrinlər  yorğunluğu  çıxarır,  bütün 
fizioloji  prosesləri  səhmana  salır,orqanizmdə  enerji  balansını, 
turşu-qələvi  balansını  tənzimləyir,bədəni,hər  bir  hüceyrə 
səviyyəsində, təmizləyir və masaj edir. 
Qəribədir,nə  üçün  Nişi  bu  qədər  hərəkət  növü  içində 
məhz vibrasiyanı seçmişdir?Bu sualın cavabını N.Arinçinin “Hər 
gün  kemokibernetika”  adlı  məqaləsində  tapmaq  olar:“Çoxdan 
bəlli  idi  ki,  orqanlar-istər  zehni  iş  vaxtı  beyin,istərsə  də  mədə-
bağırsaq  traktı  qidanı  həzm  edərkən-sakit  vaxta  nisbətən  daha 
çox  qan  alır.Özü  də  qana  olan  belə  böyük  təlabat  ürəyə  düşən 
yük  və  ağırlıq  kimi  qiymətləndirilir.İnfarkt  xəstəliyinə  tutulan 
adamı yatağa uzadır və ona, hətta, bircə barmağını tərpətməyə də 
icazə  vermirlər.Belə  rejimdə  xəstələr  özlərini  pis  hiss  edirlər  və 
çox  vaxt  ölürlər.Təyin  olunmuş  rejimin  ziddinə  hərəkət  edənlər 
isə  özlərinə  xidmət  göstərmiş  olurlar  və  tez  sağalıb  əmək 
fəaliyyətinə qayıdırlar. Beləliklə də kliniki təcrübə əzələ sakitliyi 
rejimini  inkar  etdi,onun  yerini  erkən  hərəkət  fəallığı,  idman 
tutdu”.Müəmma  olaraq  qalırdı:nə    üçün  həkimlərin  belə  bərk 
qorxduğu hərəkət orqanizmə şəfaverici təsir göstərir? Mətləbi bir 
qədər xırdalayaq. 
Təbiblər  yaxşı  bilir:skelet  əzələləri  əzələ  liflərindən 
ibarətdir.Bu  liflər  səs  tezliyinə  uyğun  sürətlə  yığılır.Bunu  hiss 
etmək  üçün  qulaqlarınızı  əllərinizlə  möhkəm  qapayın  və 
dişlərinizi  qıcayın.Bu  vaxt  çeynəmə  əzələləri  yığılacaq  və 
onların  uçan  arının  çıxardığı  səsə  bənzər,uğultusunu  eşidəcək-
siniz.Çənə  nə  qədər  bərk  sıxılarsa,  əzələlərin  səsi  bir  o  qədər 
güclü olacaq.Deməli, skelet əzələləri, bir növ, “fizoloji vibirator” 
rolunu da oynayır. 
Əlavə  edək  ki,  skelet  əzələlərinin  mikronasos  fəaliyyəti 
uşaq  dünyaya  gələndə  başlayır,  yetkinlik  dövründə  inkişaf  edir 
və  daha  yüksək  səmərəli  olur.Qocaldıqda-sönür.Bu  fəaliyyəti 
fiziki  təmrinlər  vasitəsilə  gücləndirmək  mümkündür.  Əksinə,  o, 
fiziki passivlik vaxtı zəiyfləyir, bu da orqanizmin məhvinə səbəb 
olur. Çünki hərəkət passivliyi dövründə skelet əzələləri ürəyə pis 

 
126 
kömək  edir,  ürək  vaxtından  qabaq  “köhnəlir”.  Ürək–damar 
xəstəliklərinin  ən  mühüm  səbəblərindən  biri  məhz  budur.  Bunu 
yaxşı dərk edən professor Nişi hələ 1927- ci ildə bəyan etmişdir: 
hər  hansı  ürək-damar  xəstəliyini  dava–dərmansız  sağaltmaq 
mümkündür.Mən  bu  danılmaz  həqiqəti  1995-ci  ildə,  xəstə 
ürəyimə  şəfa  verəndən  və  mükəmməl  mühərrik  kimi 
işləməyə vadar edəndən sonra dərindən dərk etdim. 
Təzada  fikir  verin:  insan  əsrlər  boyu  “sağlamlıq  açarı” 
axtarır,  Kosmosu  “fəth  edən  qüdrətli”  elmə  və  texnikaya  malik 
olan bəşəriyyət çox çeşidli xəstəliklərdən əzab-əziyyət çəkməkdə 
davam  edir,  açar  isə  çoxdan  bəllidir,  amma,  nə  fayda,  ondan 
istifadə etməyə tələsənlər çox azdır. 
Bir  vaxtlar  xərçəng  kimi,  ürək-damar  xəstəlikləri  də  XX 
əsrin  ən  dəhşətli  bəlası  sayılırdı.  Niyə  “bir  vaxtlar”?  Elə  bu 
günün özündə də belədir. Yeganə təsəllini onda tapmaq olar ki, 
dahi Nişi bu geniş yayılmış xəstəlikdən tam sağalmağın çarəsini 
tapıb və bizə çox mükəmməl və çox qüdrətli bir təlim bəxş edib. 
Ondan istifadə edib-etməmək hər kəsin öz işidir. 
 
QLOMUS 
Nişi  Sistemi  qlomusa  da  tamam  yeni  nəzərlə  baxmağı 
təklif 
edir.Qlomus-ehtiyat 
yoldur,arteriyadan 
çıxan  qan, 
kapilyardan vaz keçərək, həmin yolla venaya daxil olur. Qlomus 
müxtəlif  orqanlarda,  ələlxüsus  da,  əllərin  və  ayaqların  dərisinin 
ucunda  mövcuddur.Dırnaqların  altında,barmaqların  ucunda, 
birinci, ikinci və üçüncü əl barmaqları buğumlarının iç tərəfində 
çox  kütləvi  şəkildə  yerləşmişdir.Ana  bətnində  olan  uşaqda 
qlomus  yoxdur,  doğuşdan  dərhal  sonra  yaranır  və  qırx  yaşa 
çatanadək müntəzəm olaraq çoxalır, sonra azalmağa başlayır. 
Qlomusa  dair  çoxlu  əsərlər  yazılmasına  baxmayaraq 
(1924-cü ildə Fransada Pyer Massonun gözəl əsəri çıxdı, 1948-ci 
ildə Amerika alimləri bir neçə əsər buraxdılar, nəhayət, Nişi ona 
öz  münasibətini  bildirdi),  “qlomus  nə  üçün  və  necə  fəaliyyət 
göstərir”  sualına  hələ  də  mükəmməl  cavab  verilməyib.  Nişinin 

 
127 
fikirincə, qlomus kapilyarlararteriya, vena, ürək və limfa kanalı 
ilə  birlikdə  vahid,  tam  qan  dövranı  mexanizmini  təşkil  edir: 
kapilyarlar-baş  hərəkətverici  qüvvə  kimi,  qlomus  -  ehtiyat 
nəzarətçi kimi, vena ilə ürəyin sağ kameraları - əlavə qanqovucu 
qüvvə  kimi,  arteriya-qansoran  boru  kimi.  Bunlardan    hər  hansı 
birisi pis işləyərsə, qan dövranı pozular. 
Ən  sıx  əlaqə  qlomusla  kapilyarlar  arasında  mövcuddur. 
Biz  qəflətən  qorxanda-  “rəngimiz  qaçır”,  bənizimiz  solur.Ona 
görə ki, həmin yerdə kapilyarlar gözlənilmədən sıxılır və yüksək 
sürətlə  dövran  edən  qan  birdən  kəsilir.Əgər  belə  fövqaladə 
hallarda  əlavə  nəzarətçi  kimi  çıxış  edən  qlomus  olmasaydı, 
qarşısı  kəsilmiş  güclü  qan  seli  vurub  vena  kapilyarlarının  zərif 
divarlarını dağıdardı və dərialtı qansızma baş verərdi. Belə kritik 
hadisələr,  çox  güman  ki,  qlomusların  dağılması  və  iflic  olması 
vaxtı baş verir. Beləliklə də qəti deyə bilərik: qlomus-kapilyarlar 
üçün etibarlı müdafiəçidir. 
Bəs qlomus harada yerləşir və onun sayı nə qədərdir? 
Cavablar  müxtəlif  və  mübahisəlidir.Yəqin  ona  görə  ki, 
qlomusu  tapmaq  çox  çətindir.Bəzən  digər  mikroskopik  arteriya 
və  vena  damarlarını  da  qlomus  kimi  qəbul  edirlər.  Bildiyimiz 
dəqiq  şey  odur  ki,  qlomus  doğuşdan  dərhal  sonra  yaranır,  yaş 
artıqca onun sayı çoxalır, insan qocaldıqda isə atrofiyaya uğrayır. 
Ən  önəmli  sual  isə  budur:  qlomusu  sağlam  saxlamaq  üçün  nə 
etmək lazımdır? 
Bu  həyat  əhəmiyyətli  suala  düzgün  cavab  tapmaq  üçün 
insan  oranizmində  olan  alkoqolla  şəkərin  müştərək,əlaqəli 
fəaliyyətini  qiymətləndirmək  çox  vacibdir.Professor  Nişinin 
fikirincə,  sağlamlığın  ən  vacib  şərtlərindən  biri  də  orqanizmdə 
mövcud olan alkoqolla şəkər arasındakı kövrək tarazlığı qoruyub 
saxlamaqdır.Bu  tarazlıq  su  və  duz(söhbət  xörək  duzundan, 
natrium-xlordan  getmir)  arasında  fermentlərin,  harmonların, 
vitaminlərin  köməyi  ilə  yaradılır.Məhz  suyun  və  duzun 
biokimyəvi  təsiri  altında  bədənimizdəki  alkaqol  və  ya  şəkər 
yığıntısı yaranır. Alkaqolun miqdarı şəkərin miqdarını üstələyən- 

 
128 
də  fəsad-arterioskleroz  şəklində  baş  verir,  qlomus  bərkiyir, 
degenerativ  olur.  Şəkərin  miqdarı  alkoqolun  miqdarından  çox 
olduqda  isə  pozquntu  diabet  şəkilində  baş  verir,  qlomus  yumu- 
şalır,  atrofiyaya  uğrayır  və  yoxa  çıxır.  Buradan  aydın  olur  ki, 
alkoqolla şəkərin tarazlığını qorumaq-qlomusu qorumaq demək- 
dir. Bu da bütövlükdə can sağlığını qorumaq deməkdir. 
Ortalığa  daha  vacib  sual  çıxır:  bəs  bu  kövrək  tarazlığı 
necə  saxlamalı  və  pozulanda  necə  bərpa  etməli?  Bu  arxivacib 
suala  cavab  almaq  üçün  Nişiyə  müraciət  edək:  “Heç  şübhəsiz, 
qlomus  daxili  orqanların  divarında  normal  vəziyyətdə  olduqda, 
heç  bir  parazit  bağırsaqda  yaşaya  bilməz.Üstəlik,divarlarında 
qlomus  yaxşı  vəziyyətdə  olan  mədəni  nə  xora,  nə  də  xərçəng 
zədələyə  bilər”.  Məhz  buna  görə  də  Nişi  düzgün  qidalanmağı, 
faydalı  hərəkəti  və  gün  ərzində  2-3  litr  çiy  su  içməyi  məslhət 
görürdü. 
Yeyib-içməyi  həyatın  mənasi  sayan  “ceyillər”  məndən 
tez-tez  soruşurlar:“Sənin  o  Nişin  “vurmaq”  məsələsinə  necə 
baxır?” Deməliyəm ki, Nişi Sistemi alkoqolun nə dostudur, nə də 
düşməni, onu nə təqdir edir, nə də inkar. Lakin Nişi bütün “ölü” 
qidaları  orqanizmin  tamlığını  pozan,  onu  sarsıdan  bir  yad, 
düşmən  qüvvə  kimi  qiymətləndirir.  Alkoqol  da,  şəkər  də  “ölü” 
qidadır.  Amma  bu  “ölü”  qidalardan  tam  imuina  edən  şəxsin 
orqnizmində də artıq alkoqol və ya artıq şəkər konsentratı əmələ 
gələ  bilər.Bunun  üçün  kifayət  qədər  mənbə  vardır.Çiy  şəkildə 
qəbul  olunmuş  meyvə  və  tərəvəzdən  orqanizmin  “zavodunda” 
istehsal  olunan  alkoqol  və  şəkər  orqanizm  üçün  çox  vacib 
qidadır. Təbii ki,norma daxilində.Orta hədd- qızıl hədd! Bir daha 
yada  salıram:  orqanizmin  özü  qəbul  etdiyimiz  çiy  qidalardan 
həm  kifayət  qədər  alkaqol,  həm  də  kifayət  qədər  şəkər  istehsal 
edir.  Bizim  vəzifəmiz  qida  balansını  qorumaqdır.  Yəni,  çiy 
qidaları  elə  düzməliyik  ki,  rasionda  həm  kifayət  qədər  alkoqol 
olsun, həm də kifayət qədər şəkər.Süni alkaqolun və süni şəkərin 
zərərli  nəticələrini  aradan  qaldırmaq  üçün  professor  Nişi 
məsləhət  görür  ki,  onların  qəbulundan  sonra,  4-7  sat  ərzində 

 
129 
alkaqolun  3  misli  qədər,  şəkərin  2,5  misli  qədər  çiy  suyu  ilıq 
şəkildə içmək lazımdır.Təzə su-gözəl durulaşdırıcı və təmizləyici 
qabiliyyətə  malikdir,  onu  içdikdə  alkoqolun  və  şəkərin  yığıntısı 
(konsentratı) öz-özünə azalır  
 
QAN TƏZYİQİ 
Aydınlaşdırdıq:  ürək  tərəfindən  itələnən  və  kapilyarlar 
tərəfindən  sorulan  qan  müəyyən  təzyiq  altında  hərəkət  edir. 
Adətən,  qan  təəzyiqini  çiyin  nahiyəsi  arteriyasındakı  nöqtədə 
civə  dirəyi  hündürlüyündə  müəyyən  edirlər.Lakin  real  qan 
təzyiqini,  4  şeyi  nəzərə  almadan  dəqiq  müəyyən  etmək  qeyri-
mümkündür:  yuxarı  və  aşağı  təzyiq,  nəbz  və  yaş.  İxtisasca 
mühəndis  olan  Nişi  differensial-inteqral  hesablamaların  köməyi 
ilə  müəyyən  etmişdir  ki,  yuxarı  və  aşağı  təzyiqlə  nəbz  təzyiqi 
arasında ideal mütənasiblik (sootnoşeniye) mövcuddur. O, bunu 
“qızıl  mütənasiblik”  adlandırmışdır.  Sağlamlığın  açarı  da  “qızıl 
mütənasibliyin”  mövcud  olmasıdır.  Nişi  yuxarı  təzyiqi  1,  aşağı 
təzyiqi  7/11,  nəbz  təzyiqini  isə  4/11  qiymətləndirərək,  belə  bir 
tənasüb  qurmuşdur:  1:  7/11:  4/11.  Gəlin  birlikdə  həll  edək: 
aşağı təzyiq vurulsun 11/ yuxarı təzyiq =X 
X-in  7-yə  yaxın  olması-  sağlamlıq  vahididir.  Yaponlar 
üçün X- 6,5 - dir, amerkanlar üçün – 7,5- dir. Bu, o deməkdir ki, 
yaponlar 
mədə 
xəstəliklərinə 
və 
vərəmə 
meyillidirlər, 
amerkanlar  isə  ürək-damar  xəstəliklərinə.  “Qızıl  mütənasiblik” 
dəyişməz qaldıqda-insan özünü çox yaxşı hiss edir və qan təzyiqi 
onu maraqlandırmır. 
Nişini  yaxşı  dərk  etmək  üçün  bir  misal  həll  edək. 
Əvvəlcə,  66  yaşlı  kişinin  normal  yuxarı  təzyiqini  hesablayaq: 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin