Ərşad Əzimzadə



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

azotlu  hissə,azotsuz  hissə.Azotlu  hissə  orqanizmi  enerji  ilə 
təmin etmək qabliyyətinə malik deyildir. Bu hissə sidik törədən 
maddəyə çevrilir, bədəndən kənara ifraz olunur. Azotsuz hissə 
isə  zülalın  istehsal  etdiyi  bütün  enerjini  orqanizmə  daşıyır. 
Rubner tapıb ki,azotsuz hissə,sən demə,zülalın özündə mövzud 
olan karbohidratdan başqa bir şey deyilmiş.Buradan aydın olur 
ki,  bizim  orqanizmimizi  enerji  ilə  təmin  etmək  üçün  zülal  və 
yağ  yox,karbohidrat  lazımdır.Bu  karbohidrat  zülaldan  sintez 
edildikdə  də  faydalıdır.Çıxarılan  nəticə  belədir:insan  orqaniz-
minə enerjini karbohidratlar daşıyır. 
Əfsuslar  olsun  ki,nə  bizim  özümüz,nə  tibb  elmi,nə  də 
sənaye  bu  inkaredilməz  faktla  hesablaşmaq  istəyir.Uzun  illər 
Bakının klinikalarında yatanda da,Moskvada müalicə olunanda 
da,  evdə  də  mənə  təkidlə  çoxlu  ət-yağ  yeməyi(orqanizim 
güclənsin deyə) məsləhət görürdülər.Ona görə ki,hamı əmindir: 
insan üçün ən dəyərli qida-ət,süd,yumurta,kolbasa, şokolad və 
sairədir.Halbuku tədqiqat göstərir:bütün bu sadalanan ərzaqdan 
cəmisi  52-56  faiz  karbohidrat  alırıqsa,balda,şirin  meyvələrdə 
və  tərəvəzlərdə  karbohidrat  həm  yüksək  keyfiyyətdə,həm  də 
gözəl tənasübdə mövcuddur. 

 
84 
Rubnerin  tədqiqatları  onu  da  sübut  edib  ki,karbohid-
ratlar  ən  qənaətli  qida  növüdür.Zülalların,ələlxüsus,ət,yağ,süd, 
kulinariya  məmulatlarının  80  faizi  itkiyə  məruz  qalırlar,  orqa-
nizmə  lazım  olan  miqdarda  enerji  vermək  nöqteyi-nəzərindən 
çox səmərəsiz qida növü sayılırlar.Həm də zülalın həzm olun-
ması,mənimsənilməsi,çevrilməsi  və  orqanizimdən  kənar  edil-
məsi üçün külli miqdarda enerji itirməli oluruq. Bu da ayrı-ayrı 
orqanların sıradan tez çxmasına səbəb olur:. 
 Diqqət!Orqanizmə  daxil  olan  hər  artıq  qram  zülal, 
zəhərə  çevrilib,  qanı  zəhərləyir,  qatılaşdırır,  qaraldır,  qan 
dövranını  pisləşdirir.Bunu  dönə-dönə  sinaqdan  çıxarmı- 
şam, hər dəfə də dəhşətli ağrılar dərhal baş qaldırıb, halım 
pisləşib, təcili tədbir görmək məcburiyyətində qalmışam. 
Tədqiqatların  daha  bir  maraqlı  nəticəsi  barədə.Yaşlı 
adamların  qidadan  aldığı  bütün  enerjinin  yalnız  4  faizi  yeni 
hüceyrələrin  yaradılması  üçün  istifadə  olunur,qalan  96  faizi 
enerji istehlakına sərf olunur.Bu,bir daha sübut edir ki, “canlı” 
qida-ən  gözəl  qidadır,onu  ətlə  əvəz  etməyə,yaxud  tamamla-
mağa  heç  bir  ehtiyac  yoxdur.Əksinə,sağlam  adamı,nə  qədərki 
xəstələnməyib,ət yeməkdən çəkindirmək böyük savabdır. Xəs-
tə  adama  isə,əsasən,bitki  qidası(çiy  şəkildə)  və  tərkibində  az 
miqdarda zülal olan qida vermək məsləhətdir.Belə bir məsələyə 
diqqət  yetirmək  lazımdır  ki,ana  südündə  çox  cüzi  miqdarda 
zülal vardır.Bu normanı Ana Təbiətin özü təsbit edib. 
Bəli,Ana  Təbiət  hər  şeyi  dəqiq  ölçüb-biçib  ki,biz 
həmişə  sağlam  və  gümrah  yaşayaq,uzun  ömür  sürək,xoşbəxt 
olaq.Biz  isə  onun  əbədi  və  dəyişməz    qanunlarını  müntəzəm 
pozuruq.Qəribə olsa da,guya, bunu sağlamlıq naminə edirik. 
Yaşlı  adamlar  soruşa  bilər:mənə    nə qədər  zülal lazım-
dır?Dünyanın  bir  çox  alimləri  hesab  edirlər  ki,  ümumiyyətlə, 
hər kq çəkiyə 1 qram zülal bəs edər.İnkişaf edən orqanizmə və 
xəstələrə bir qədər artıq lazımdır.Bu məsələ hələlik mübahisəli 
qalıb.  Mən  isə  öz  üzərimdə  və  xəstələrin  üzərində  apardığım 
sınaqlardan  belə  qənaətə  gəlmişəm  ki,ahıl  və  ya  xəstə  adam 

 
85 
zülaldan  çox  cüzi  miqdarda  istifadə  etməlidir.Ümumdünya 
Sağlamlıq  Təşkilatı  da  çox  yüksək  norma  təyin  edib:65  kq 
çəkisi olan kişi üçün 37-62 q zülal, 55 kq çəkili qadın üçün 29-
48  q  zülal.  Təbii  yeməkləri  təbliğ  edənlər  isə  hər  iki  halda 
göstərilən  aşağı  həddi  (yəni:  37-29  q)  normal  sayırlar.Bəzi 
tədqiqatçılar  belə  hesab  edirlər  ki,zehni  işlə  məşğul  olan 
adamlara 25-20,hətta, 15 q zülal kifayyət edər. Bu qədər zülalı 
almaq üçün 100 q badam,qoz,yaxud fındıq ləpəsi yemək lazım 
gələr.Bunlarla yanaşı, banan, əncir,xurma (karalyok) və bir çox 
başqa  meyvələr  karbohidratlarla  zəngindir.Günəbaxan  tumu 
özündə çox gözəl qida zülalı ilə təbii yağın,vitaminlərin,bir çox 
mikroelementlərin  və  karbohidratların  qarışığını  cəmləyib. 
Amma  onu  çiy  şəkildə  qəbul  etmək  lazımdır.Günəbaxan 
tumunu üyüdüb oradan yağı çıxartsanız, tərkibində 88 faiz çox 
qiymətli zülal qalar. 
Yada salaq ki,heyvanların yediyi otlarda kifayyət qədər 
zülal  vardır.Fikir  verin:quruda  yaşayan  heyvanların  ən  irisi,ən 
güclüsü və ən zəhmətkeşi olan fil nə ət yeyir,nə yağ yeyir,nə də 
şokalad,onun qidası çiy bitkidir.Bu ağıllı heyvan 60-70 il azar-
bezarsız  yaşayır,zəhmətkeşdir,ağıllıdır.Başqa  bir  məqam:bizə 
ət,süd,yumurta  verən  heyvanlar  da  zülalı  otdan,yarpaqdan  və 
dəndən  alır-zəngin  Bitki  Səltənətindən.Bir  neçə  yüz  il  ömür 
sürən  qarğanın  əsas  qidası  bitki,ən  sevimli  “xörəyi”  isə  - 
qozdur. Bu barədə düşünməyinə dəyər.Yarpaqlar və yaşıl kütlə 
insan  orqanizmini  zülalla  təmin  etmək  üçün  çox  perspektivli 
qida  sayılır.  Kim  bilir,bəlkə  də  elə  gün  gələcək  ki,insan  ev 
heyvanlarını  yedizdirib,onlardan  zülal  almaq  üçün  bu  qədər 
vəsait,enerji  və  vaxt  sərf  etmək,dənizləri,okeanları  ələk-vələk 
edib  balıq  ovlamaq  əvəzinə,elə  zülalı  birbaşa  Təbiətin  zəngin 
“süfrəsindən”-otlardan,yarpaqlardan,şüluldan alacaq.Əlbəttə,bu 
sabahın  işidir.Bu  gün  isə  bol-bol  meyvə,tərəvəz,göy-göyərti, 
şülul(hamısı da çiy) yemək vacibdir.İnsanın çörəksiz, makaro-
nsuz,ətsiz,yağsız,şokoladsız,mürəbbəsiz  daha  yaxşı  yaşaya 

 
86 
biləcəyi  fikrinə,azar-bezardan  həmişəlik  yaxa  qurtaracağı 
fikirinə  tədricən alışın. 
 
ƏT  HAQQINDA  NƏYİ  BİLMİRİK? 
 
Hamıya elə gəlir ki,ət insana güc verir,orqanizmi möh-
kəmləndirir.Əslində isə bu güclənmə araq içən sərxoşun “güc-
lənməsinə”,  “cəsarətlənməsinə”  bənzəyir.Qıraqdan  baxan  ayıq 
adamlar  sərxoşun  necə  “gücləndiyinə”  gülür,onu  ələ  salır. 
Çünki  hamı  bilir:alkoqol  adama  güc  vermir,sadəcə,orqanizmi 
qıcıqlandırıb  oyadır.Bu  təsir-toksik  təsirdir.İnsan  toksik  təsiri 
yanlış  olaraq  bədənə  güc  axması  kimi  qəbul  edir.Həqiqət 
budur.Eyni fikiri ət haqqında da söyləmək olar.Bu gün belə bir 
yanlış  təsəvvür  var  ki,ət  yemədən  güc  toplamaq,iş  qabliyətini 
saxlamaq,hətta,yaşamaq belə mümkün deyil. 
Mən  özüm  ucqar  dağ  kəndində  dünyaya  gəlmişəm. 
Cütlə yer şumlayan,qızmar Günəş altında zəmi biçən,dərz bag-
layan,  xırman  döyən,ot  çalan  kişilərin,dovşanı  qova-qova 
yorub  tutan  cavanlarımızın,kürəyində  odun  şələsi  daşıyan 
oğlanlarımızın ət-yağla,sən deyən, arası yoxudu.Uşaq vaxtı və 
yeniyetmə  çağında  ət  yediyim  günləri  barmaqla  saya  bilərəm. 
Əti,əsasən,bayramlarda,toylarda,yaslarda,bir də evə qonaq gəl-
əndə görərdik.Belə hadisələr isə çox olmur.Odur ki,ət dilimizə 
təsadüfdən-təsadüfə dəyərdi.Həm də ət yemək simvolik xarak-
ter  daşıyırdı.Yediyimiz  mer-meyvə,  göy-göyərti,şülul  olardı. 
Bu barədə 1990- cı ildə işıq üzü görmüş “Arandan gələn adam” 
adlı  povestimdə  həvəslə  söz  açmışam.Bu  əsəri  yazanda  Nişi 
təlimindən  tam  bixəbər  idim.Sadəcə  olanları-həyat  həqiqətlə- 
rini  qələmə  almışdım.Bu  gün  yenidən  həmin  mətləbin  üstünə 
qayıtmağı,o vaxt yalnız boş mədəmizi doldurmaq naminə qəbul 
etdiyimiz  çox  dəyərli  qidaların    adını  çəkmək  istəyirəm.Yaz 
gələndə(əlbəttə,göy  guruldayandan  sonra:nənələrimiz  deyirdi-
lər  ki,göy  guruldamamış  pencər  yeməyin,zəhərlənərsiniz.Bu 
hikməti hələ aça bilməmişəm) özümüzü salırdıq zəmi yerlərinə, 

 
87 
səpələnirdik düzlərə,doluşurduq dərələrə,güneyləri və qüzeyləri 
əldən  salırdıq,yemlik,quşəppəyi,qazayağı,quzuqulağı,göy  lalə, 
gicitkan,keşniş,qırxbuğum,nə bilim daha nələr yeyirdik. Hamı-
sını  da  yumamış,üstünə  qaynar  su  tökməmiş,uşaqlıq  illərinin 
təbiri  ilə  desək,“ötürürdük  içəri”.Mikrob  haqqında  heç  bir 
anlayışımız yox idi.Hər şeyi bilən  müdrik  babalarımız və nən-
əlrimiz  bizə  bu  barədə,nədənsə,bir  söz  demirdilər.Görünür, 
dünyagörmüş  bu  aqillər  çöldə  bitən  pencəri  yuyub  yeməyə 
ehtiyac duymurdular.Pencərdən “tarçığımızı götürəndən” ,yğni, 
doyandan  sonra  keçirdik  şülullara,meyvələrə.Bizi  haçan 
axtarsayıdılar,ya tut ağacının,ya  da  gilasın,  “gilənarın” (albalı) 
başında  tapardılar.Cırcıramalar  cırıldayanda  vururduq  meşə-
lərə,yal-yamaca.Yabanı  meyvələr,böyürtkən,çiyələk,cır  alma, 
cır  armud,alça,qora,cəviz,fındıq,zoğal,qaragilə,əzgil,yemişən 
biz  tərəflərdə  bol  olur.Olan  olub,“keçənə-güzəşıt”  deyiblər, 
boynuma alıram:hərdən də bostanlara “hücum” edirdik.Böyük- 
lər  buna  oğurluq  deyirdilər.Biz  isə  buna  “igidlik”,  “kişilik” 
kimi  baxırdıq.Tağdan  dərdiyimiz  sütül  xiyarı,alyanaq  pomi-
doru,zolaqlı  qarpızı,xoş  ətiri  bir  köçlükdən  adami  məst  eliyən 
qovunu(indi  belsi  yoxdu!),bəmbəyaz,yupyumuşaq  sulu  kələmi 
bostandan  bir  azca  aralanan  kimi,xəlvət  bir  yerdə  həzmi– 
rabedən  keçirirdik.Yay  vaxtı  qışı  da  yaddan  çıxartmırdıq,qış 
tədarükünü  yayın  istisində  görürdük:qax  kəsirdik,meyvə  quru-
durduq,faydalı  otlardan  yığıb  damların  milindən  asırdıq. 
“Hökumət çayı”nın tamını bilməzdik.Çayı yarpızdan, qantəpər-
dən,qaymaq çiçəkdən,kəklik otundan,zirədən,itburnundan, hey-
va  yarpağından,daha  nə  bilim  nələrdən  dəmlərdik.Paltonun, 
papağın,çəkmənin  nə  olduğunu  bilməzdik.Çarıqlarımıza  yeddi 
qat  yamaq  vururduq.Bəzi  uşaqlar,hətta,kiçik  çillədə  də  dərsə 
bir  köynəkdə,ayaqyalın  gələrdi.Ağır,ağır  zamana  idi-dünyada 
qanlı  müharibə  gedirdi,ölkədə  heç  nə  tapılmırdı.Amma  çox 
qəribə  idi,  ayaqlarımız  dizəcən  suya-palçığa  batsa  da,  şaxta 
üzümüzü qılınc kimi kəssə də,külək yeddi qatımızdan keçsə də, 
azar-bezarın  nə  olduğunu  bilmirdik.Nənələr  bunu  öz  dərra-

 
88 
kələri  çərçivəsində  izah  edirdilər,deyirdilər,Allahın  tifillərə 
rəhmi gəlir.Əlbəttə,Allah saxlayırdı bizi.Amma təkcə rəhmi ilə 
deyil,həm  də  səxavəti  ilə  saxlayırdı:məhəbbətlə  bizə  göndər-
diyi mer-meyvə,göy-göyərti vitaminlərlə,üzvi duzlarla və digər 
elementlərlə  çox  zəngin  imiş,onlar  bədənimizdə  güclü  immun 
sistemi  yaradırmışlar.Mən  yalnız  indi,Nişi  Sistemi  ilə  tanış 
olduqdan  sonra  dəqiq  başa  düşmüşəm  ki,biz  o  vaxt  nə  üçün 
xəstələnmirdik:göy-göyərti,mer-meyvə  şəkilində  qəbul  etdi-
yimiz vitaminlər,təmiz hava və təmiz su,Günəşlə kifayət qədər 
təmasda  olmağımız-bədənimizdə  Təbiət  tərəfindən  qoyulmuş 
şəfaverici  qüvvələri  gücləndirir,işlədir  və  basılmaz  Müdafiə 
Xətti yaradırdı.Yalnız indi,Nişi Təlimini oxuyandan sonra başa 
düşdüm ki, necə olub mənim zahirən çox cılız görünən cismim 
təkcə  müharibə  dövrünün  əzablarına  deyil,həm  də  sonralar, 
bolluq  və  gümrahlıq  dövründə  yaxamdan  bərk-bərk  tutan  və 
uzun  illər  yaxamı  buraxmaq  istəməyən  8  dəhşətli  xəstəliyin 
hücumuna tab gətirə bilib. 
İndi mənə çox şirin görünən xatirələri çözələyərkən bir 
şeyi açıq-aydın dərk edirəm:mən və yaşıdlarım təkcə əti deyil, 
çörəyi  də  az  yemişik,şirniyyat  üzünə  həsrət  qalmışıq.O  vaxt 
qarın  dolusu  çörək  yemək  “səadəti”  tək-tək  adamlara  nəsib 
olurdu.Sən  demə,bu  “şərin”  içində  bir  gözəgörünməz  xeyr 
gizlənibmiş.Bu reallığı nəzərdən qaçırmayın,əziz analar. 
Həzin  və  kövrək  xatiratdan  sonra  yenidən  ətin  üstünə 
qayıdaq,baxaq görək,ət mədədə necə həzm olur və nəyə çevri-
lir? Əgər düyü bir saata,çiy yumurta,vələmir yarması 1 saat 20 
dəqiqəyə,təzə süd 2 saata həzm olursa,ət 3-5-6(yağlılıq dərəcə-
sindən asılı olaraq) saata həzm olunur.Məhz bu hal-ətin mədə-
də  uzun  müddət  həzm  olmadan  qalması  halı  insanda  “toxluq” 
və  “gümrahlıq”  ovqatı  yaradır.Çünki  adam  ət  yeyəndən  sonra 
mədə-bağırsaq xeyli vaxt dolu qalır.Amma bizi yaşadan hücey-
rələr  məhz  belə  vaxtlarda  qidadan  korluq  çəkir:xeyli  vaxt 
lazımdır  ki,mədəyə  düşmüş  yağlı  kabab  həzm  olunsun,yoğun 

 
89 
bağırsağa  tökülsün  və  qana  sorulsun.Həm  də  bişmiş,yaxud 
qurudulmuş ətdə zülaldan başqa heç nə qalmır. 
İndi  isə  gəlin  mədəyə  düşmüş  ətin  sonrakı  taleyi  ilə 
maraqlanaq.Mədəyə  düşən  kotlet,küftə-bozbaş  və  kababın 
həzm olunması üçün böyük miqdarda mədə şirəsi tələb olunur. 
Nəzərə  alsaq  ki,  hamımız  illər  boyu  mədəmizi  korlamışıq  və 
zavallı  mədə  daha  öz  funksiyasını  lazımi  səviyyədə  yerinə 
yetirə  bilmir,üstəlik,biz  əti  kifayət  qədər  çeynəmirik,o  zaman 
düşdüyümüz vəziyyəti təsəvvür etmək çətin deyil.Bizlərdən hər 
birimiz “mədəm partlayır”,“mədəm daşa dönüb”,“mədəm məni 
öldürür”  deyə  şikayət  edən  adamların  məzlum  sifətini  çox 
görmüşük.Onlar heç ağıllarına da gətirmirlər ki,həyat mənbəyi 
olan  “baş  laboratoriya”nı  biz  özümüz,özü  də  ətin,yağın, 
çörəyin,tortun,peraşkinin,  şokaladın  və  sairənin  köməyi  ilə  bu 
hala  salmışıq.Bir  də  kəskin  temperatur  dəyişikliyi(isti  xörəyin 
üstündən buz kimi suyu,arağı içmək) öz dağıdıcılıq işini görüb. 
Ətin  zərəri  təkcə  mədəyə  əzab  verməklə,onu  tədricən 
sıradan  çıxarmaqla  bitmir.Ət  yeyəndə-qanın  tərkibinə  küllü 
miqdarda  sidik  turşusu(purin  maddəsi),nuklein  turşusu  daxil 
olur,  acıxmış  hüceyrələr  daraşıb  onları  yeyir  və  məhv  olur. 
Dəhşətli  xəstəliklər  belə  yaranır.Biz  də  bütün  həyatımız  boyu 
onlara  qarşı  dava-dərmanın  köməyi  ilə  mübarizə  aparır  və 
cismimzi təkrarən zəhərləyirik.Dağıdıcı proses təkrarlanır, xəs-
təliklər ilbəil artır,güclənir və insan ömürü sürətlə gödəlir. 
Müdafiə gücü, müqavimət gücü zəyif olan uşaqlar məhz 
“dadlı”  ət  xörəklərinin  böyük  “xidməti”  sayəsində  xəstələnir-
lər.Odur ki,uşaq 7-8 yaşa çatana qədər ona ət,ət suyu (bulyon), 
yumurta  vermək  düzgün  deyil.Bu  yaşda  uşağın  orqanizmi 
toksinlərə qarşı hələ yaxşı mübarizə aparmaq iktidarında deyil. 
Bilmək lazımdır ki,ətin tərkibində külli miqdarda müxt-
lif ekstraktiv maddələr mövcuddur,onlar əsəb sisteminə çox pis 
təsir  göstərir.Həmin  maddələrdən  yaranan  duzlar  isə  damar 
sistemini qıcıqlandırır.Heç təsadüfi deyil ki,çox ət yeyən adam-
lar  arasında  nevrasteniya,  cinsi  pozğunluq,damarların  yenidən 

 
90 
əmələ  gəlməsi(pererojdenie)  halları,ürək  xəstəliyi  və  digər 
xəstəliklər daha çox olur.  
Belə bir danılmaz faktı da yada salaq:ət xörəyi çürümə 
prosesinə  məruz  qalmış  ölü  toxumalardan  hazırlanır.Ölü 
toxumalar,yəni,ölü  ət  müxtəlif  zəhərli  maddələrlə  zəngindir. 
Ovçuları  məyus  etmək  zorundayıq:zəhərli  maddələr  vəhşi 
quşların,xərçəngin,balığın  və  köhnə  pendirin  tərkibində  daha 
çox cəmləşir.Üzümü “kabab qanlı-igid canlı”,“çiy ət-ət gətirər” 
misallarını  bayraq  edənlərə  tutmaq  istəyirəm:çiy  ət,yaxud  pis 
bişirilmiş  ət  -müxtəlif  parazitlərin  yumurtalarını  hifz  edib 
özündə  saxlayır.  Onlar  bizim  orqanizmimizə  daxil  olub,  ağır 
xəstəliklər  törədir.Öz  ömrünə  siqaretin  və  spirtli  içkinin,  qay-
nar  çayın  və  soyuducudan  çıxarılmış  soyuq  suyun,soyuq  içki-
nin  hesabına  balta  vuran  “ağıllı”  insanın  təzadlarından  biri  də 
budur  ki,çox  vaxt  xəstələrə  və  uşaqlara  “çox  faydalı”  ət  suyu 
(bulyonlar) verirlər.Xərçəng şişini kəsib götürəndən sonra xəs-
təyə  bulyon  verən  adamlar  heç  fikirləşmirlər  ki,  bu  xəstəliyin 
yaranmasında ət çox fəal iştirak etmişdir.Bəzi adamların təbliğ 
etdiyi qığırdaqlar,sümüklər,damarlar və ilik heç bir dietik keyfi 
-yətə malik deyil.Ət xörəklərinə əlavə edilən yarmalar,tərəvəz, 
meyvələr,göy-göyərti olmasaydı,biz təkcə ətin ümidinə qalsay-
dıq,dünyamızı  çox  tez  dəyişərdik.Ət  bulyonunun  göstərdiyi 
təsiri-çayın,kofenin,spirtli  içkinin,tütünün,bibərin,vanilin  və 
xardalın göstərdiyi təsir ilə müqayisə etmək düzgün olar. Bun-
lar  orqanizmi  qidalandırmır,bioenerji  ilə  təmin  etmirlər,insan 
üçün  bəlaya  çevrilirlər.Onların  hamısını  çox  işləyib  haldan 
düşmüş arıq yabını yeriməyə məcbur edən qamçıya bənzətmək 
düzgün  olar.Nəticə:pulunuzu  ətə  verib  canınız  üçün  bəla 
almayın.Üzünüzü bazarın o biri tərəfinə-tərəvəz(ələlxüsus,kök, 
kələm,kahı,çuğundur,xiyar,pamidor!),göy-göyərti(ispanax,turp 
və yarpağı, kərəviz, cəfəri,göy soğan, sarımsaq, şüyüd), meyvə, 
şülul,qoz-fındıq,püstə-badam,tumlar,quru  meyvələr  olan  tərəfə 
tutun.Çayı  quru  meyvələrlə  için.Bir  neçə  aya  əhvalınız 
dəyişməsə,sizi  əldən  salmış  mədə  qıcqırtısından,ağrılardan, 

 
91 
köpdən,qəbzlikdən,yaxud  ishaldan,ürək-damar  xəstəliyindən, 
digər  bəlalardan  yaxa  qurtarmasanız,məni  də  Nişiyə  qatıb, 
lənətləyin.Amma  bizi  söyməzdən  qabaq  özünüzdən  hesabat 
tələb edin:Nişi Təliminə vicdanla əməl edirsənmi? 
 
YAĞ DOSTUMUZDU, YA DÜŞMƏNİMİZ? 
 
Baxır  söhbət  hansı  yağdan  gedir.Sizi  üzmədən  kəsə 
deyim:bitki yağları heyvan yağlarından üstündür.Heyvan yağla 
-rından  yalnız  kərə  yağı(duz  vurmadan),gündə  20  qr.  istifadə 
etmək  məsləhətdir.Sutkada  bir  xörək  qaşığı  qaymaq  yemək 
olar.Bunları qızdırmaq məsləhət deyil.Təbii yağlar qozun,fındı- 
ğın,günəbaxan  tumunun  və  digər  tumların  tərkibində  kifayət 
qədərdir.Bunlarda tez həzm olunan miqdar və tənasübdə zülal, 
yağ,karbohidrat,vitaminlər,mikroelementlər  və  Günəş  enerjisi 
cəmləşib.Lakin yağla zəngin olan bu qidaları çox qəbul etmək 
pis  nəticələr  verə  bilər.Əgər  siz  qoz-meyvə  dietası  saxlamaq 
istəyirsinizsə,onda  qozu  və  ya  tumu  100  qramdan  artıq  yemə-
yin.Əgər bunları qatıq,balıq,ət,yumurta,kəsmiklə bərabər yeyir-
sinizsə,onda qozu azaltmaq,ya da rasiondan çıxarmaq lazımdır. 
Evdar qadınlara ən başlıca məsləhətim budur ki,zəhmət 
çəkib  qozu,fındığı,püstəni,badamı  və  digər  dəyərli  qidaları 
maşından  keçirməsinlər,süfrəni  bəzəmək  və  özünü  kulinariya 
bilicisi  kimi  göstərmək  naminə,onlardan  şirniyyat  bişirmə-
sinlər.Öz  zəhmətlərinə  və  ailə  büdcəsinə  hayıfları  gəlsin.Qida 
süfrədə gözəllik və harınlıq əhvalı yaratmaq üçün deyil. Qadın-
ların  böyük  əzabla  bişirdiyi  tortlar,kekslər,piroqlar,paxlava, 
şəkərbura  və  digər  şirniyyatlar  nə  onların  özünə,nə  övladla-
rına,nə də əziz qonaqlara fayda verə bilər.Zərəri isə hədsizdir. 
Qoz-fındığı,püstə-badamı,kişmişi  və  digər  quru  meyvələri  elə 
çiy şəkildə süfrəyə düzün və nuş edin.Bunu etsəniz və Nişinin 
digər  tələblərini  də  yerinə  yetirsəniz,canınız  həmişə  sağlam 
olacaq,xərciniz  az  çıxacaq,havayı  zəhmətdən  yaxa  qurtara-

 
92 
caqsınız.İstirahət etməyə,uşaqların tərbiyəsi ilə məşqul olmağa 
daha çox vaxtınız qalacaq.                                           
Orqanizm üçün lazım olan enerjini özündə cəmləyən və 
qana daşıyan “akkumulyatordan” ən vacibi,yuxarıda qeyd etdi-
yimiz  kimi,göy-göyərti,meyvə-tərəvəz,şülul,qoz-fındıq,yarpaq- 
lar,zoğlar,müxtəlif  köklər  və  tumlardır.Digər  vacib  “akkumu-
lyator” ana südü və çiy toyuq yumurtasıdır(xüsusilə də sarısı). 
Ana südündən sonra,bütün yaş dərəcələri üçün ən faydalı süd -
keçi südüdür.Keçi südü təmiz qidadır,onun hər hansı bir xəstə-
lik törətmək təhlükəsi yoxdur.Bu,onunla izah olunur ki, keçi ev 
heyvanları  arasında  ən  təmizkarıdır.Onun  ifraz  orqanları  ideal 
səviyyəyə  yaxındır.Çiy  keçi  südünün  tərkibində  çoxlu  zülalsız 
azot  var,faydalı  niasin  və  tiaminlə  zəngindir.Uşaq  ishal  olan-
da,keçi südü ilə müalicənin yaxşı səmərə verməsi məhz bunun-
la izah olunur.Bütün südlər kimi keçi südü də 75 dərəcdən artıq 
qızdırıldıqda  tərkibini  dəyişir  və  orqanizm  üçün  zərərli  olur. 
Qaynamış  inək  südü  çox  çətin  həzm  olunur.Həm  də  onun 
tərkibində artıq nə Günəş enerjisi qalmışdır,nə vitaminlər,nə də 
mikroelmentlər. 
Yumurtanın  ağını  ayrıca  bişirib  yemək,  sarısını  isə  çiy 
qəbul  etmək  məsləhətdir.Salmanell  xəstəliyinə  tutulmamaq 
üçün onu içməzdən 10-15 saniyə əvvəl üstünə hər hansı turşu 
damcısı(limon,alma sirkəsi,yaxud tomat) əlavə etmək lazımdır. 
Qayğanağı  və  suda  bişmiş    yumurtanı  tərəvəz  salatlarının  və 
çiy göy-göyərtinin müşayəti ilə yemək lazımdır.Yumurtaya çox 
uymaq lazım deyil. Bu uşaqlara daha çox aiddir. 
  
BƏS ÇÖRƏK? 
 
Məşhur rus alimi A.P.Çuprin yazır ki, elmin hələ möv-
cud  olmadığı  epoxoda  insanın  bütün  qidalar  arasında  çörəyə 
üstünlük  verməsi-bəşəriyyəti  çox  mürəkkəb  və  çıxılmaz  bir 
vəziyyətdə  qoyub.Bu  qədər  torpaq  əkilir!Çörək  istehsalına  nə 
qədər əmək və vəsait sərf olunur!..Çörək üstündə qırğınlar baş 

 
93 
verir,müharibələr  gedir.Şair  əmindir  ki,çörək  bol  olarsa-Vətən 
basılmaz.Nələr  deyirlər  çörək  haqqında:“Çörək  Qurandan  da 
irəlidir”.Çörək  and  yerimiz  olub.Çörəkdən  ötrü  əldən-ayaqdan 
getməyə  dəyərmi?..Dərin  bilikli  alimlər  “yox”  deyir.Xaricə 
gedib gələn adamlar bilir: yüksək sivilizasiyalı ölkələrdə çörəyi 
geri  qalmış  ölkələrə  nisbətən  5-10  qat  az  yeyirlər.Sən  demə, 
çörək biz düşündüyümüz kimi dəyərli qida  deyilmiş. 
Taxıl  məhsulunun  ən  böyük  qüsuru ondan  ibarətdir  ki, 
onun  tərkibindəki  amin  turşularının  tarazlığı  qeyri-mütəna-
sibdir:dəyişilməsi mümkün olmayan amin turşuları taxılda çox 
azdır, dəyişilənlər isə həddən ziyada çoxdur. Lakin dəyişilənlər 
həyatımızda  heç  bir  rol  oynamır.  Çünki  hər  hansı  bir  kompo-
nent çatmayanda-sağlam qan (və sağlam hüceyrə) yaranmırlar.   
Dənli  bitkilərdən  hazırlanmış  qidanın  bəlası  ondadır  ki,zülal 
tarazlığının  pozulması  və  qeyri-mütənasibliyi  sayəsində,orqa-
nizm  daha  çox  zülal  xörəyi  tələb  edir.  Bu  xörəyi  həzm  etmək 
və  qana  çevirmək  üçün  çoxlu  vitamin  tələb  olunur.  Beləliklə 
də, adam orqanizmə lazım olduğundan qat-qat artıq qida qəbul 
edir.Acgözlük,qarınqululuq  xəstəliyi,heyvandarlıq  məhsulları- 
na  və  spirtli  içkilərə  güclü  meyl  belə  yaranır.Köklük  xəstəliyi 
də  bununla  bağlıdır.İnsan  bədəni  möhkəmliyini  itirir,lırt  olur, 
qocalıq kök adamın başının üstünü tez alır. 
Həzmetmə orqanları xəstə olan,yaxud bədənində həzm-
etmə fermentləri çatışmayan şəxs öz menyusundan bişmiş çov-
darı,buğdanı,arpanı,vələmiri çıxarmalı,onları bu dənlərin dəmlə 
-mələri,tərəvəzin özü və şirələri,qatıq məhsulları ilə əvəz etmə-
lidir.Düyünü,qarğıdalını,kartofu,soyanı tərəvəz salatları və şirə-
ləri ilə birlikdə qəbul etmək çörək yeməkdən faydalıdır.Çörəyi 
cod(kobud  üyüdülmüş)  dəndən  bişirmək  məsləhətdir.Çünki 
bizim gemoqlabinimiz üçün çox lazım olan dəmir dənin qabı-
ğına  cəmləşib.Fikir  verin:buğda  qabığında,yəni,özümüzə  rəva 
görməyib,heyvanlara verdiyimiz kəpəkdə ən yüksək növ buğda 
ununa  nisbətən 5  dəfə  çox dəmir vardır.Dəmir isə  gemoqlabin 

 
94 
yaratmaq  prosesində  mühüm  rol  oynayır.Bir  ağıllı  xalq  deyib: 
“Ağ çörək və kofe -azqanlı xəstələrin xörəyidir”. 
Ortalığa sual çıxr:bəs  nə üçün çörək bütün xalqların bir 
nömrəli  qidasına  çevrilib?Bunu  üç  şeylə  izah  etmək  lazım  
gəlir.Birinci:dənli bitkiləri hasilə gətirmək üçün bir o qədər də 
böyük xərc və zəhmət tələb olunmur:taxılı əkirsən,zəmiyə yün-
gülvari qulluq edirsən və biçirsən.Vəssəlam.Həm də taxıl qısa 
vaxt  kəsiyində  yetişir.İkinci:taxıl  hər  yerdə  bitir.Üçüncü:taxıl 
anbarlarda yaxşı qalır,onu saxlamaq,daşımaq rahat və  asandır. 
Meyvə və tərəvəz isə tez sıradan çıxır,çox qalmır. 
Lakin  dənli  bitkiləri  gözdən  salmaq  ədalətsizlik  olardı. 
Alimlərin  fikirincə,dənli  bitkiləri  çiy-çiy,bütöv  halda  yemək 
faydalıdır.İsveçrədə  yaşayan  həkim-Şmidt  familiyalı  bir  qadın 
öz üzərində təcrübə aparmış və gözəl nəticələr əldə etmişdir. O 
yazır: “Cücərmiş buğda ilə müntəzəm qidalananda (gündə 50-
100q),orqanizmdə  cavanlaşma  prosesi  başlayır,soyuqdəyməyə 
qarşı  güclü  immunitet  yaranır,adam  sağlamlaşır.54  yaşım 
tamam  olanda  hər  səhər  cücərmiş  buğda  yeməyə  başladım.Bir 
neçə  aydan  sonra  özümü  çox  yaxşı  hiss  etdim.Saçımın  ağ 
tükləri  ilk  rəngini  aldı,saçım  sıxlaşdı,yumuşaq  oldu.Görmək 
qabliyyətim  xeyli  yaxşılaşdı.İndi  75  yaşım  var,özümü  əla  hiss 
edirəm, gənclik illərində olduğundan heç də pis işləmirəm”.       
Nəticəni  özünüz  çıxarın.Mən,tərəddüd  etmədən,buğda 
alıb evə qoydum və günorta çörək əvəzinə,bir yekə qab tərəvəz 
salatı ilə bərabər 50-60 q. cücərmiş buğda yeyirəm. 
Dənli bitkilərin xassəsi də, təsiri də müxtəlifdir. Buğda - 
dənlilər  arasında  ən  çox  turşu  yaradan  növdür.Çovdar  dişlərə 
pis təsir göstərir.Düyü dənlərin ən yaxşısıdır.Təsadüfü deyil ki, 
dünyanın  yarıdan  çoxu  üçün  əsas  qida  sayılır.Lakin  düyünü 
göy-göyərtisiz,meyvə-tərəvəzsiz  və  digər  çiy  qidalarsız  yeyən 
adam  Beri-Beri  xəstəliyinə  tutula  bilər.Əfsus  ki,düyünün  fay-
dalı elementlərlə zəngin olan qabığı atılır.  

 
95 
Cücərmiş  buğdadan  başqa  südlə  təzəcə  dolmuş  sünbül 
də  gözəl  qida  sayılır.Amma  bilməlisiniz:dərilmiş  sünbül  24 
saatdan sonra müalicəvi əhəmiyyətini itirir. 
Çörəyi  çox  yemək-bəşəriyyətin  ən  böyük  bəlalarından 
biri  sayılmalıdır.Bu  xəstəlik  bizim  respublikanın  vətəndaşları 
üçün  daha  çox  təhlükə  doğurur.Biz  çörəyi  həddən  artıq  çox 
yeyirik.  Anlamaq  lazımdır  ki,tərkibində  heç  bir  vitamin  və 
faydalı  mikroelement  qalmayan  çörək,üstəlik,özündə  duzu, 
sodanı,mayanı  və  digər  zərərli  əlavələri  cəmləşdirir.Həm  də 
çörəyi  elə  qidalarla  bərabər  yeyirik  ki,onların  qonşuluğu 
orqanizm  üçün  çox  ziyandır.Çörək-bir  çox  xəstəliklərin  törə-
məsi  üçün  mənbə  sayılır.Çörəyin  həddən  çox  ayrıca  qəbul 
edilməsi isə orqanizmə dəhşətli zərbə vurur.Lakin çörəyi digər 
qidalarla,xüsusilə  zülalla  zəngin  olan  heyvandarlıq  məhsulları 
ilə birlikdə yemək daha böyük fəsadlar törədir. 
Unutmayın  ki,çox  da  uzaq  olmayan  keçmişdə  insan 
dənli  bitkilərlə  qidalanmayıb.Çörəyi  öz  rasionundan  çıxardan 
iradəli və dərrakəli şəxsin itirdiyi yeganə şey-xəstəlik ola bilər. 
Təkrar edirəm:dənli bitkiləri yalnız çiy-çiy yemək lazımdır.Ya 
da heç olmasa dəmləmələr şəkilində. 
Çörəksiz  yaşamağı  heç  cür  ağlına  gətirə  bilməyən 
şəxslərə  məsləhətim  budur  ki,heç  olmasa,aşağıdakı  qaydalara 
əməl etsin: a) çörəyi az yemək; b) çörəyi bol-bol tərəvəzlər və 
göy-göyərti ilə birlikdə yemək;c)çörəyi digər zülallarla (ələlxü-
sus,heyvandarlıq  məhsuldarı  ilə)qarışdırmamaq;q)çörəyi  mey-
vələrlə qarışdırmamaq. 
Noxud,lobya,mərci,ümumiyyətlə  zülalla  zəngin  olan 
bütün  paxlalı  bitkilər  çətin  həzm  olunur,sidik  turşusunun 
çoxalmasına səbəb olur və zərərli qida sayılırlar. 
Kartof-müəyyən hədd dairəsində, özü də tərəvəzlə birgə 
yeyildikdə fayda verir.Onu heç vaxt çörəklə birlikdə yeməyin. 
Çiy  kartofun  şirəsi-diabet,qan  azlığı  və  həzmolma  ilə  bağlı 
digər  xəstəliklər  üçün  gözəl  qidadır,qəbizliyin  qarşısını  yaxşı 
alır.Kartofu odda bişirib,qabıqlı yemək daha çox fayda verir.  

 
96 
Bişirilmiş  bitki  qidaları,  eləcə  də  bütün  mürəbbələr, 
konservlər  və  tutmalar  orqanizmin  düşmənidir:orqanizmdə 
quzuqulağı turşusunun duzunu törədir. 
 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin