Ərşad Əzimzadə


tələb edir, zülal isə-turşu mühiti ”



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix25.11.2019
ölçüsü4,43 Mb.
#29687
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
[kitabyurdu.org]-KY0000240


tələb edir, zülal isə-turşu mühiti ”. 
          - Qovunu həmişə ayrıca yemək lazımdır. 
          - Südü qatığa,süzməyə, ayrana, şora, pendirə çevirdikdən 
sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir.Çünki süddəki 
yağ  müəyyən  müddət  ərzində  mədə  şirəsi  ifrazına  mane  olur. 
Odur  ki,süd  mədədə  deyil,12  barmaq  bağırsağında  həzm  olu-
nur.Mədə  südə qarşı  heç bir reaksiya  vermir və  şirə  buraxmır, 
Onununla bir vaxtda qəbul olunan  qidalar da həzm olunmur. 
Düzgün  qidalanma  qaydasının  ən  ümdə  vəzifəsi-on  iki 
barmaq bağırsağında qidaların  çürüyərək  zəhərli  maddələrə 
parçalanmasının  qarşısını  almaqdır.Buna nail olan hər kəs- 
ən  ulu  məqsədə  çatır:sağlam  və  gümrah  yaşayır,mənən  və 
ruhən güclü,təmkinli, gülərüz,nikbin, xoşrəftar, xeyirxah olur. 
Təkrar  edirəm:gündəlik  qidanın  canını  çiy  meyvə  və 
tərəvəz təşkil etməlidir.Əgər köhnə vərdişlərdən əl çəkə bilmir-
sinizsə,onda  yediyiniz  qidanın  dörddə  üçünü  çiy  meyvə  və 
tərəvəz  təşkil  etməlidir.Əks  halda,xəstəlik  yaxanızdan  əl 
götürən deyil,gününüz ahu-zarla keçəcək,qazandığınızı dərma-
na xərcləməli olacaqsınız,həkimlərin daimi “kliyentinə” çevrilə 
-cəksiniz,dələduz adamlar sizi inək kimi sağacaqlar.  
Tərəvəzə  duz  vurmaq,meyvə  və  tərəvəzi  bişirmək  -
vitaminləri  və  mikroelementləri  məhv  etmək  deməkdir.Salata 
bitki  yağı,smetan,mayanez  qatmaq-zərərli  vərdişdir.Salatın 
üstünə bir qədər tərəvəz şirəsi tökmək çox faydalıdır. 
Yadda  saxlayın:qidadan  həzz  almaq  bir  şeydir, 
fayda  almaq-tamam  başqa  şey.  Dadlı  qida-faydasız,hətta, 
zərərli də ola bilər. Çox vaxt məhz belə də olur. Qidanı həzz 

downloaded from KitabYurdu.az
 
105 
almaq,  “kef  çəkmək”  naminə,özü  də  bol-bol  yeyən  adam 
sağlam  ola  bilməz.Nişinin  elmi  əsaslarla  əsaslandırdığı  bu 
fikiri  vaxtilə  Məhəmməd  Peyqəmbər  də  deyib,İbn  Sina  da, 
Nizami də,Sədi də,digər işıqlı dühalar da. “Qida və sağlamlıq” 
konteksti  baxımından  Peyğəmbərimizlə  həkimin  dialoqu 
ibrətamizdir.Əcəm  hökmüdarı  tərəfindən  Peyqəmbərin  hüzu-
runa  göndərilmiş  həkim  ona  şikayət  edir:xeyli  vaxtdır  bura 
gəlmişəm,amma,nədənsə,mənə  müraciət  etmirlər.Yəqin,mənə 
inanmırlar.Cavabında  Həzrəti    Məhəmməd      buyurub:“Bizim 
camaatın  bir  yaxşı  adəti  var:acmamış  yeməzlər,süfrədən  də 
doymamış çəkilərlər.Ona görə də təbibə ehtiyac duymurlar”. 
Nizaminin müdrikliyinə və ensiklopedik biliyinə dəlalət 
edən “bir inci saflığı varsa da suda,artıq içiləndə dərd verir 
o  da”  misraları  çoxdan  zərbül-məsələ  çevrilib.Dahi  Nizami 
təkcə  “nə  qədər  yemək”  sualına  deyil,  həm  də    “nə  yemək  ” 
sualına cavab verib: 
                
                              Yeməkdə əsasdır cana nuş olmaq,  
                              Onun dadına yox, faydasına bax. 
 
Loğman  müdrikliyi  ilə  qidanın  dadını  yox,faydasını 
əsas  götürməyi  məsləhət  görən  şair  daha  bir  vacib  məsələyə  
toxunub: 
 
                              Yağlıdan, yavandan elə ye ki, sən, 
                              Onu asanlıqla həzmə verəsən. 
 
Bəli,  həzmə  getməyən  qida  -  sağlamlığa  xidmət  etmir, 
sağlamlığın  düşməninə  çevrilir.Artıq  yeməyin  zərərini  müdrik 
şair Sədi Şirazi də görüb: 
 
                               Gülşəkər ziyandır- çox yesən əgər
                               Az yesən- küt çörək olar gülşəkər. 
 

downloaded from KitabYurdu.az
 
106 
Maraqlıdır  ki,müxtəlif  əsrlərdə  ayrı-ayrı  müdriklər 
tərəfindən  söylənmiş  qədim  fikirlər  müasir  naturopat  dieto-
loqlar  tərəfindən  tərtib  olunmuş  qidalanma  qaydaları  ilə  tam 
üst-üstə  düşür.Yeri  gəlmişkən,müdrik  peyqəmbərimizin  hələ 
Y11  əsrdə  dediyi  dahiyanə  fikiri  bir  daha  yadınıza  salmaq 
istəyirəm:”Bütün  fəsadların  yuvası-mədədir,bütün  dərdlə-
rin  çarəsi  pəhrizdir”.Bu  dəyərli  fikri  d-r  Pol  Breqq  başqa 
formada  təkrarlayıb:”Biz-nə  yeyiriksə,oyuq”.Yəni,təbii  qida 
yeyiriksə-sağlamıq,çürük qida yeyiriksə-xəstəyik. 
 
MENYU FƏRDI OLMALIDIR 
 
Hər  birimiz  öz  təcrübəsindən  bilir:məsləhət  vermək 
asandır,onu yerinə yetirmək isə çox çətindir.Mən də başa düşü-
rəm:yaşlı  adam  xörəklərin  şahı  saydığı  plovdan,ağzını  dada-
tama  gətirən  kababdan,bayram  süfrəsini  bəzəyən  şirin  paxla-
vadan,tortdan,şəkərboradan  öz  xoşuna  əl  götürən  deyil.Buna 
hər  kişinin  hünəri  çatmaz!..Bu,acı  da  olsa,şirin  də  olsa,  real-
lıqdır və biz onu nəzərə almaq zorundayıq.Fəqət nəzərə alınası 
başqa bir reallıq da var:biz məhz həmin dadlı,ləziz qidaları,yəni 
tərkibində faydalı elementlər qalmayan “ölü” qidaları uzun illər 
yediyimiz üçün “çarəsiz” dərdlərə mübtəla olmuşuq və bu gün 
də,nəfsimizə qalib gəlib,o zərərli(amma çox dalı!) qidalardan əl 
çəkə  bilmədiyimiz  üçün  sağalmırıq.Sağalmırıq  və  günahı  da 
yazıq  həkimin  qıldan  nazik  boynuna  yıxırıq.Halbuki  vicdanlı 
həkim  sənə  hər  dəfə  deyir:”Yeməyinə  fikir  ver-yağlı  xörəklər 
yemə,çoxlu  meyvə-tərəvəz  ye”.Sən  isə  həkimə  “baş  üstə” 
desən  də,içində  bilirsən  ki,nəfsin  qabağında  duruş  gətirə 
bilmiyəcəksən,yenə də səni zəka yox,sağlam məntiq yox,gödən 
idarə  edəcək.Gödən  isə  həmişə  qidada  fayda  yox,ləzzət 
axtarıb.Çünki  bizi  sevən,sevdiyi  üçün  də  zəhərləyən  (acı 
təzaddır!) əziz anlarımız gödəni o cür tərbiyə edib.Bu da real-
lıqdır,əziz  oxucum.Ən  böyük  reallıq  isə  bundan  ibarətdir: 
Düzgün  qidalanmayan  adam-mütləq  xəstə  olmalı  və 

downloaded from KitabYurdu.az
 
107 
dünyasını  tez  dəyişməlidir.Yalnız  düzgün  qidalanan  xəstə 
hər cür dərdə qalib gələ bilər. 
Bizim  ən  böyük  bəlamız  bundadır  ki,hər  bir  işimizi 
şüurlu  formada,elmi  əsaslar  üzərində  qurduğumuz  halda,həyat 
mənbəyi olan qida seçiminin və qidalanma məsələsinin ixtiya-
rını  şüurun  əlindən  alıb  vermişik  kefqom  gödənin  əlinə.O  da 
kəmsiyi  salıb  başımıza,bizi  belədən  elə  sürüyür,elədən  də 
belə.Ayıl,əziz  qardaşım,əziz  bacım!Ağlını  başına  yığ,gödənə 
öz  yerini  göstər,deynən,sən  başdan  çox  aşağısan,ged  otur 
yerində.Gödəni  yerində  oturdandan  sonra,indiyəcən  yediyin 
qidalara,bu  kitabın  köməyi  ilə  topladığın  bilik  müstəvisində 
bax.Nəzərə al ki,düzgün menyu-sağlamlığın əsasıdır.  
Menyu sadə qidalardan tərtib olunmalıdır.Hər kəsin 
yaşı,çəkisi,peşəsi  nəzərə  alınmalıdır.Ağır  iş  görən  fəhlə  ilə  
alimin  qidaya  təlabatı  eyni  deyil.Az  hərəkət  edən  ziyalının 
menyusunda  meyvə-tərəvəz  əsas  yer  tutmalıdır.Menyu  yeknə-
sək  olmasın.Onu  tərtib  edərkən  Qidalanma  Qaydalarını  və 
mövsümü nəzərə almaq lazımdır.  
Biz  aşağıda,45  il  qidalanma  problemlərini  araşdıran, 
30.000  ağır  xəstəyə  qidanın    köməyi  ilə  şəfa  vermiş  məşhur 
naturopat alim H.Şeltonun tərtib etdiyi menyunu verməklə, hər 
kəs üçün fərdi qaydada menyu tərtib etmək imkanı yaradırıq. 
 
 
 
 
 
 

downloaded from KitabYurdu.az
 
108 
 
 
 
 
 
 
 
 
 
 
YAZ-YAY MENYUSU 
 
Bazar günü 
Səhər 
yeməyi 
Günorta yeməyi 
Şam yeməyi 
Qarpız, 
ərik 
Tərəvəz salatı, 
kartof, yaxud 
boranı,çuğundur 
Tərəvəz salatı, qoz, 
fındıq, yaxud 
paxlalı bitkilər 
I gün 
Yemiş, yaxud 
şaftalı, yaxud 
albalı 
Tərəvəz 
salatı, 
kök, yaxud 
göy noxud 
Tərəvəz salatı, 
kəsmiklə 
kələm 
 
II gün 
Yemiş 
Tərəvəz salatı, 
boranı 
Tərəvəz salatı, 
qarğıdalı 
III gün 
Hər hansı 
şülul, gavalı 
(şəkərsiz) 
Tərəvəz salatı, 
gül kələm 
Tərəvəz 
salatı, təzə 
qarğıdalı, yaxud 
düyü 
IV gün 
Şaftalı, yaxud 
ərik, yaxud 
gavalı 
Tərəvəz salatı, 
kələm, yaxud 
kök, yaxud 
kartof 
Tərəvəz salatı, 
çuğundur yarpağı 
və gövdəsi, qoz 
V gün 
Alma, yaxud 
başqa meyvə 
Tərəvəz salatı, 
badımcan (azca 
bişmiş), kobud 
un  çörəyi 
Tərəvəz salatı, 
yumurta, 
yaxud boranı 
VI gün 
Banan, 
albalı,bir 
stəkan qatıq 
Tərəvəz salatı, 
göy noxud, 
kələm 
Tərəvəz salatı, 
kələm,cücərmiş 
buğda, soya zoğu 

downloaded from KitabYurdu.az
 
109 
PAYIZ-QIŞ MENYUSU 
 
 
Bazar günü 
Səhər 
 yeməyi 
Günorta  
yeməyi 
Şam 
 yeməyi 
Üzüm,  
banan 
Tərəvəz salatı, 
kələm, yaxud 
kökümeyvə 
Tərəvəz salatı, 
boranı,az 
bişirilmiş paxlalı 
bitki 
I gün 
Armud, 
xurma, 
yaxud üzüm 
Tərəvəz salatı, 
rəngli kələm, 
yaxud kartof 
Tərəvəz salatı, 
kələm, yaxud 
paxlalı bitkilər, 
qoz-fındıq 
II gün 
Alma, üzüm, 
quru əncir 
Tərəvəz salatı, 
turp gövdəsi və 
yarpağı, yaxud 
düyü 
Tərəvəz salatı, 
kələm, yaxud 
boranı, yaxud 
kartof 
III gün 
Armud, 
kişmiş,bir 
stəkan qatıq 
Tərəvəz salatı, 
kələm, yaxud 
kartof, yaxud 
paxlalılar 
Tərəvəz salatı, 
qoz-fındıq, 
yaxud tumlar 
IV gün 
Portağal, 
yaxud başqa 
meyvə 
Tərəvəz salatı, 
boranı, kobud un 
çörəyi 
Tərəvəz salatı, 
boranı, yaxud 
pendir 
V gün 
Xurma, üzüm 
Tərəvəz salatı, 
kök,bişmiş 
kökümeyvə 
Tərəvəz salatı, 
boranı, yaxud 
pendir 
VI gün 
Kişmiş, 
yaxud tut 
qurusu 
Tərəvəz salatı, 
göy noxud, 
kələm 
Tərəvəz salatı, 
qoyun ətindən 
bifşteks (kotlet) 

downloaded from KitabYurdu.az
 
110 
Düzgün  qidalanmanın  daha  bir  forması  ilə  tanış  olun: 
gündüz  bal  şərbəti,yaxud  400-500q  təzə  meyvə(qışda  isə 
qurumuş  meyvə),axşam  300-400  q  tərəvəz  salatı,qoz-fındıq 
(püstə,badam,fıstıq),yaxud  tumlar  qəbul  edin.Çiy  yeyənlərin 
tipik rasionu belədir:gün ərzində 400 q alma, 50 q kişmiş, 400 q 
tərəvəz,20  q  zeytun(yaxud  günəbaxan)  yağı,50  q  qoz(fındıq, 
püstə,badam)  ləpəsi.Ən  sadə  menyu  isə  belədir:səhər-hər  hansı 
meyvə,günorta-tərəvəz  salatı  və  nişastalı  qida(kartof,yaxud 
çörək),axşam-tərəvəzlər  və  zülallı  qida  bir  gün-kəsmik,yaxud 
pendir,o biri gün-qoz(fındıq,püstə,badam,tumlar),yaxud yumurta 
(yaxud yağsiz dana əti, qara ciyər, ürək, böyrək). 
Nəzərə almaq lazımdır ki, insan həzm edə bildiyindən 3-4 
qat  artıq  qida  yeyir  və  qəbul  olunan  qidanın  yalnız  18-20  faizi 
həzmə gedir.Bir daha vurğulayıram:bu-həm orqanizmə ziyandır, 
həm  də  israfçılıqdır.Gümrahlığı  və  xoşbəxtliyi  gödən  doldur-
maqda görən adamlar,sadəcə,“yemək alkaşları”dır. Belə adamın 
özünə  vurduğu  zərbəni  ona  heç  bir  düşmən  vura  bilməz. 
Belələrinin  nəsibi  mütəmadi  halsızlıq,  ağrılar,cürbəcür  xəstəlik-
lər,şişman  qarın,bütün  bunların  məntiqi  nəticəsi  olan  tez  qocal-
maq  və  tez  ölməkdir.Həyatın  mənasını  çox  yeməkdə  və  çox 
içməkdə  görən  “kefcil”  adamlar  “harda  qırılar-qırılar”  prinsipi 
ilə yaşayır,öz ömürlərini müntəzəm olaraq qısaldır və bu dünya-
dan  tez  köçürlər.Həm  də  həyatdan  sürünə-sürünə,daima  əzab 
çəkə-çəkə  köçürlər.Əlbəttə,necə  yaşamaq  və  həyatdan  necə 
köçmək  hər  kəsin  öz  işidir.Bizim  tövsüyələrimiz  sağlam  həyat 
tərzi  seçərək,yüz  illərlə  azar-bezarsız,şən  və  gümrah  yaşamaq, 
məhsuldar  işləmək,sevinmək  və  ətrafdakıları  da  sevindirmək 
istəyənlər  üçündür.Atalar  buyurub:sözünü  qanana  de.Qanan-
ların yadına salıram:çox yeyən-az yaşayır,az yeyən-çox. 
 
 
 
 
 

downloaded from KitabYurdu.az
 
111 
ZƏNGİN  SÜFRƏ  NƏ DEMƏKDİR? 
 
Yuxarıda “menyu sadə qidalardan tərtib olunmalıdır” 
sözlərini  yazanda  toy-bayram  süfrələrimiz  gəlib  gözümün 
önündə  durdu  və  mən  böyük  xəcalət  hissi  ilə  düşündüm  ki, 
dünyanın  heç  bir  ölkəsində  süfrəni,xörəklərinin  zənginliyi  ilə 
qürrələnən bizim millət kimi bəzəmirlər-nə var-dövləti başından 
aşan  super-dövlətlərdə,nə  də  geri  qalmış  cəngəllik  dövlətlə-
rində.Ən  varlı  ölkələr  də  belə  toyu  bir-iki  fujer  şərabla  başa 
vururlar.Çünki  toya  “vurmaq”,qarınlarını  doldurmaq  üçün  gəl-
mirlər,iki  gəncin    və  qohum  olan  iki  ailənin  sevincini  bölüş-
mək,bağlanan  “ittifaqa”  şahidlik  etmək,çoxdan  görmədikləri 
dost-tanışla  söhbət  etmək  üçün  təmtaraqdan  uzaq  bu  sadə 
məclisə  təşrif  gətiriblər.Bizdə  hər  şey  bambaşqadır.Bir  vaxtlar, 
bolşevik  rejiminin    yaratdığı  “qadağanlar  məkanında”  yaşayar- 
kən,billur  və  farfor  qab-qacağı,xarici  mebeli,az  tapılan  kitabı 
bəzək predmetinə çevirən şənbazlar indi də,vəzifəsi şəfa vermək 
və  insanların  sağlamlığını  qorumaq  olan  qidaların  təyinatını 
dəyişiblər-geniş  imkanlarını  nümayiş  etdirmək  məqsədilə  süfrə-
yə  mümkün  qədər  çox  ərzaq  düzür,süfrəni  “yolka”  kimi 
bəzəyirlər.Bu  gün,əşya  bolluğu  mühitində,əşya  yarışının  yerini 
“zəngin süfrə” yarışı tutub:”Sən öl,filənkəs bir süfrə açmışdı,quş 
südündən  başqa  hər  nə  desən  varıdı”.Bir  quru  tərifin  naminə 
nələr etmirlər!.. Süfrələrimiz günbəgün zənginləşir.Paralel olaraq, 
evlərimizə hücum çəkən,bizi girdabına alıb uçuruma sürükləyən 
azar-bezar seli də güclənir,ağrı-acımız artır,ömrümüz isə adekvat 
sürətlə  gödəlir.Çünki  zəngin  süfrə  sağlamlığa  xidmət  etmir, 
Əzrayilin  dəyirmanına  su  tökür.Bu  acı  həqiqəti  dərindən  dərk 
etmək üçün, gəlin birlikdə araşdıraq:zəngin süfrə nədir? 
Zəngin  süfrə-insanların  dincliyini,qəlb  rahatlığını 
əlindən  alan  faydasız  və  səmərəsiz  zəhmətdir.Bəllidir 
ki,zəngin  süfrə  açmaq  üçün  çoxlu  pul  qazanmaq  lazımdır.Hər 
kəs-divar  hörən  bənnadan  tutmuş,rüşvət  alan  geniş  səlahiyyətli 
məmuradək hamı öz sahəsində,gecəsini gündüzünə qatıb,çalışma 

downloaded from KitabYurdu.az
 
112 
lıdır  ki,pul  qazansın.Məmura  rüşvəti  durduğu  yerdə  vermirlər,o 
da çobalamalıdır,az yatıb çox işləməlidir,daha çox vaxt və enerji 
sərf  etməlidir  ki,daha  çox  pul  qoparda  və  daha  zəngin  süfrə 
açmaq  imkanı  qazana  bilsin.Çox  pul  qazanmaq  mərəzi  elə 
bəladır ki,adama öz səhhəti haqqında düşünməyə macal vermir. 
Gur,yüyənsiz tamah axını pul hərisini girdabına alıb sürüyür,onu 
puldan  başqa  bir  şey  haqqında  düşünməyə  qoymur.Siz  adları 
dillərdə  gəzən  zənginlərin  gözünə  diqqətlə  baxın:orda  sevinc, 
məhəbbət,mərhəmət  görə  bilməzsiniz,bu  sönük  gözlərdə  yalnız 
canavar  hərisliyi,gərginlik  və  əsəbilik  ifadələri  var,bir  də  qorxu 
var- illərlə yığdığını bir günün içində itirmək qorxusu(azmı olub 
belə  şey?).Yorqun  gözlərin  altındakı  qara  “tuluqlara”  da  fikir 
verin.“Tuluqlar”,erkən ağarmış saçlar,daz başlar,örkən dolanma- 
yan  şişman  qarın,fır  bağlamış  peysər-bütün  bunlar  şahidlik  edir 
ki,zəngin məmurun canı çoxdan düşüb azara,xəstədi, bahalı həb-
lərin,iynələrin hesabına yaşayır. 
Əziz qardaşım,əziz bacım!Dünyanın ən dəyərli nemətini-
öz  can  sağlığını  böyük  israfçılıqla  xərcləyib,əvəzində  kalan  pul 
qazanan  mal-pul  düşkünlərinə  həsəd  aparmayın.Qoy,onların 
zahiri  parıltısı,təmtarağı  gözünüzü  qamaşdırmasın,onlara  heç 
vaxt  “bəxtəvər”  deməyin.Yunan  filosofu  Sokratın  “sağlamlıq 
hər şey deyil,hər şey-sağlamlıqsız heç nədir”  kəlamını hər gün 
yada  salaraq,tam  əmin  olun  ki,ən  bədbəxt  insan  malın-pulun, 
əşyanın və şan-şöhrətin qulu olan adamdır.Ən bəxtiyar adam isə 
öz  nəfsinə  “yox”  deməyi,tamahına  qalib  gəlməyi  bacaran 
adamdır.Özünə qalib gələ bilən-bütün dünyaya qalib gələ bilər. 
Beləliklə də,biz sizinlə araşdırdıq ki,pul heç kəsin cibinə 
durduğu  yerdə  axmır,ən  zəngin  rüşvətxor  da  onu  öz  canı, 
sağlamlığı  hesabına  qazanır.Heç  olmasa,qazandığını  özünün  və 
ailəsinin sağlamlığını qorumağa xərcləsiydi,dərd yarıyıdı.Bu pul 
zəngin  imarətlərə,zəngin  maşınlara,  zəngin  süfrələrə  və  yalnız 
zənginlərin əli çatan bahalı dərmanlara xərclənir.Bunların hamısı 
birlikdə və hər biri ayrılıqda sağlamlığa deyil,xəstəliklərə xidmət 
edir.Beləliklə  də,çəkilən  böyük  zəhmət  hədər  gedir.Çünki  pul 

downloaded from KitabYurdu.az
 
113 
təyinatı üzrə xərclənmir. Şənbazlıq,qarınqululuq,xüdpəsəndlik və 
cahillik buna imkan vermir. 
Şənbazlıq və qarınrululuq azarından xali olmayan ortabab  
və  kasıbl  təbəqə  də,  “qonşu  qonşuya  baxar,özünü  oda  yaxar” 
məsəlində deyildiyi kimi,dəstədən geriyə qalmamaq üçün,canını 
oda  yaxır,zənginlərin  yerişini  yeriməyə  çalışırlar,bunula  da  öz 
əzab  və  əndişəsini  qat-qat  artırmış  olur,hey  cabalayır,bəzən  də 
çox gülünc vəziyyətə düşür.Yaşamağa vaxt qalmır. 
Zəngin  süfrə-pul  tələsidir.Fikir  verin:özünü  reklam 
etdirən  “şadlıq  sarayları”  süfrəyə  düzülən  qidaların  çeşidini  lap 
adamın  gözünə  soxurlar.Bu  göstərici  aybaay  artır  süfrəyə 
düzülən qida növlərinin sayı 50-ni haqlayıb(bəlkə indi bu həddi 
də  ötüb).Təsəvvürünüzə  gətirin:  40-50  növ  qidanı  zavallı  insan 
bir-iki  saatın  ərzində  doldurmalıdı  qarnına.Doldurmasa  ona 
“başdan xarab” adam kimi  baxacaqlar.Şahidi olduğum bir olayı 
danışım  sizə.Ağzı,eskalator  kimi,  durmadan  işləyən  bir  gömbul 
arvad    düşmüşdü  özünü  çiy  su  və  tərəvəzlə  ovunduran  cavan 
gəlinin  üstünə,bərk  danlayırdı  onu:”Yemiyəcəkdinsə,  toya  nəyə 
gəlirdən?”...Fəlsəfiyə fikir verin.Toy-ancaq yemək yeridir,başqa 
təyinatı  yoxdur  toyun.Belə  düşünən  təkcə  bir  gombul  qadın 
olsaydı,nə  vardıki!.Adamlar  süfrə  arxasına  oturcaq,xirik  qurdu 
kimi,darışırlar  yeməklərin  canına.İfadəmə  görə  üzr  istəyirəm: 
tıxırlar,tıxırlar,tıxırlar...Əslində “bədbəxtlik sarayı” adını daşıma 
ğa    layiq  olan  “şadlıq  sarayının”  sahibi  də  bir  qıraqda  durub 
ləzzətlə  baxır:nə  qədər  çox  tıxsalar,bir  o  qədər  yaxşıdır-qidanın 
çeşidini ,onunla paralel də stolun qiymətini qaldıracaq,daha çox 
mal  satıb,daha  çox  pul  qazanacaq.Müdir  bəy  psixologiya 
elmindən bixəbər olsa da,millətimizi çox gözəl tanıyır,onun zəyif 
damarını çox gözəl bilir,bilir ki,sabah qidanın çeşidini artıranda, 
şənbazların  hamısı  cumacaq  bura,toydan  sonra  da  qürrələnəcək 
ki,bəs,süfrədə filan ləvin qida vardı.Onu da bilir ki,”malım xarab 
oluncan  canım  xarab  olsun”  məsəlini    rəhbər  tutan  “xirik 
qurdları”  süfrədə  hər  nə  var,ağına-bozuna  baxmadan,basıb 
hamısını  yeyəcək.Müdir  əlinə  nə  keçdi  doldurur  süfrəyə.Kalan 

downloaded from KitabYurdu.az
 
114 
pul  qazanır.Amma  insanları  zəhərləmək  hesabına  pul  qazanan 
müdir  bəy  də  xoşbəxt  ola  bilmir.Çünki  o  da  qarınqulu  və 
şənbazdır,malın-pulun quludur. 
Zəngin  süfrə-zəhərdir.Son  dəfə  gördüyün  toy  süfrəsini 
gözünün  qabağına  gətir,süfrəyə  düzülən  zülaalı  qidaları  yadına 
sal:çörək,soyutma toyuq əti,bir neçə növ balıq əti,kolbasa, maya- 
nezli  salat,qozlu  çuğundur,əlavə  qoz,fındıq,badam,püstə,ləbləbi-
bunlar,necə  deyərlər,soyuq  “zakuska”dır.İsti  qidalar  da  zülaldı: 
qoyun,toyuq və balıq ətlərindən lülə və tikə kabablar,plov və s... 
Çənələr  yorulub,mədə-bağırsaq  traktı  bezib,daha  işliyə  bilmir. 
Nəfs isə doymaq bilmir.Ac gözlər süfrəni gəzir:nə qalıb süfrədə? 
Bərbəzəkli  meyvə  qabı  hələ  doludu.O  da  boşalır.Təkcə  təzə 
xiyar,göy soğan,beş-altı tel şühüd olan nimçiyə toxunan olmayıb 
və  olmayacaq  da.Şənlik  iştirakçıları  özlərini  zəhərləmək 
vəzifəsinin öhdəsindən layiqincə gəlirlər.  
Qidanın  zəhərə  necə  çevrildiyini  artıq  bilirsiniz.Bircə 
şeyi yada salmaq istəyirəm:orqanizmə daxil olan hər artıq qram 
zülal,hətta  çürüməsə  də,dərhal  zəhərə  çevrilir,qanı  qaraldır, 
qatılaşdırır və orqanizmi çox güclü formada zəhərləyir.Sonrasını 
bilirik:xəstəliklər,qısa  ömr.Bəs  daxil  olan  artıq  zülal  bir  qram 
deyil,min  qramdırsa  və  daha  çoxdursa,onda  qanın  başına  nə 
gəlir?..Bunu təsəvvür etmək,zənnimcə, çətin deyil. 
Yeri gəlmişkən qeyd edim ki,toyda qanı zəhərləyən təkcə 
zülal  bolluğu  deyil,həm  də  səs-küy  bolluğudur.Elmə  bəllidir 
ki,normanı  aşan  davamlı  səs-küy  qanı  zəhərləyir.Bir  neçə  saat 
davamlı olaraq səsgücləndirən aparatın təcavüzünə məruz qalan 
hər  kəs,hətta,toyda  heç  nə  yeməsə  də,  tam  əmin  ola  bilər  ki,öz 
qanını zəhərləyib və bunun qaçılmaz nəticəsi mütləq baş verəcək. 
Zəngin  süfrə-mənəviyyatı  korlayır.Aqillər  buyurub: 
sağlam  bədəndə-sağlam  ruh  olur.Düz  buyurub  aqillər.  Cismi  
zəhərli olan adamın beyni normal işləmir və saf, nəcib təfəkkür 
“istehsal” edə bilmir.Bunu əsas tutub,aqillərin demədiyi bir fikiri 
biz  dilə  gətirək:çürük  bədəndə-çürük  ruh  olur.  Yuxarıdakı 
fəsillərdən  bilirik  ki,qidaları  qarışdıran  və  çoxlu  “ölü”  qida 

downloaded from KitabYurdu.az
 
115 
yeyən  adamın  cismi  sağlam  ola  bilmir.Belə  adamın  ruhu  da 
sağlam  olmur.Bu  baxımdan,milyonların  qanını  zəhərləyən 
zəngin  süfrələr,biz  bunu  istəsək  də,istəməsək  də,qarınqulular, 
şənbazlar,mal-pul  düşkünü  ordusu  və  potensial  cinayətkarlar 
yetişdirməyə xidmət edir. 
Zəngin  süfrə-böyük  günahdır.Ən  mütərəqqi  din  olan 
İslam  dini  israfçılığı  da,insanın  öz  cisminə  zyan  vurmasını  da 
böyük günah sayır.Zəngin süfrə hər iki halın baş verməsin üçün 
münbit  şərait  yaradır  və  onların  baş  verməsini  qaçılmaz  edir. 
Allah  israfçıları  da,öz  canına  sitəm  edənləri  də  sevmir.Digər 
tərəfdən  də,dünyada  milyonlarla  ac-yalavac  bir  loxma  çörəyə 
möhtac olduğu,körpələr acından qırıldığı bir zamanda on-iyirmi 
adamı  doyura  biləcək  qidanı  bir  saadın  içində  gödənə  doldurub 
çürütməyin  özü  də  insanların  hamısını  bərabər  yaradan  Ulu 
Tanrıya xoş getməz. 
Unutmayın:çox yeyən-az yaşayır,az yeyən-çox. 
                                                  
 
BEŞİNCİ  FƏSİL 
Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin