Ərşad Əzimzadə



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix25.11.2019
ölçüsü4,43 Mb.
#29687
1   2   3   4   5   6   7   8   9   ...   28
[kitabyurdu.org]-KY0000240


klinikası  və  müalicəsi”  əsərində  Nişinin  diqqətini  belə  bir 
məqam  özünə  çəkdi:beyinin  iltihabı  baş  verəndə,irinin  içində 
10  növ  bakteriya  (stafilakokk,streptokokk,Frenkel  bakteriyası, 
pnevmaniya,plevrit,vərəm,tif,paratif  və  s.)  tapılmışdır.  Bəzən 
beynin genişlənmiş qan damarlarında ən azı 23 belə bakteriya 
qrupu  yuva  salır.  Özü    də  sapsağlam  adamın  beynində  də! 
Bunu  bilən  Nişi  belə  bir  qənaətə  gəldi:orqanizmin  özündə 
müdafiəedici  və  şəfaverici  qüvvələr  var  ki,onlar  kənardan 
edilən  hücumların  qarşısını  alır  və  orqanizmin  bütövlüyünü 
qoruyub  saxlayır.Daima  axtarışda  olan  Nişi  dərhal  bu  cür 
müdafiəedici, şəfaverici qüvvələr haqqında məlumat toplamağa 
başladı.Birinci  növbədə,doktor  Şibatın  dovşanlar  üzərində 
apardığı təcrübənin nəticələri ilə tanış oldu.D-r Şibat dovşanları 
süni qəbzliyə məruz qoyurdu Aşkar olurdu ki,qəbzlik,bir qayda 
olaraq, beyin damarlarının genişlənməsi və beyinə qan sızması 
ilə  nəticələnir.  Bu,yalnız  uzun  müddət  qəbz  olan  dovşanlarda 
baş verirdi,kəsilən və zəhərlənmədən ölən dovşanlarda  müşa-
hidə  olunmurdu.Nişi  nəticə  çıxardı:d-r  Şibatın təcrübələrindən 
kəmağıl  insanların  və  ruhi  xəstələrin  müalicəsində  istifadə 

downloaded from KitabYurdu.az
 
59 
etmək  olar.Nişi  bu  barədə  yazırdı:“Qərbi  Yaponiyada  böyük 
bir  şirkətin  direktorunu  Tokiodakı  ruhi  xəstələrə  məxsus 
klinikada  yatırırdılar.Həkim  onu  “çarəsiz”  elan  etmişdi. 
Arvadının  xahişi  ilə  xəstəni  klinikadan  götürdüm.Bağırsağını 
əməlli-başlı təmizlədim.Nəticəsi ümidverici oldu.Mənim tapşı-
rıqlarımı dəqiq yerinə yetirən xəstə 5 gündən sonra sağaldı. Az 
vaxtdan  sonra  onu  tam  sağlam  şəxs  elan  etdilər.  Hazırda  öz 
doğma şəhərində bizneslə məşğul olur”.Nişi başqa bir xəstəni -
dəlixanada  6  il  yatan  20  yaşlı  qızı  da  eyni  qayda  ilə  bir  ay 
ərzində müalicə etmişdi.Hər ikisi qəbzlikdən əzab çəkirdi. 
Mən  isə  Biləcəri  qəsəbəsində  yaşayan  26  yaşlı  həkim 
qızı  10  gün  ərzində  sağaltdım.Halbuki  uzun  müalicələr  bir 
səmərə vermədiyi üçün “böyük” mütəxəsislər onu “dəlixanaya” 
qoymağı  məsləhət  görmüşdülər.Mən  çox  şadam  ki,həkim  qız 
möcüzəli  Nişi  Sisteminin  tələblərinə  bu  gün  də  əməl  edir  və 
onun köməyi ilə başqalarını da sağaldır. 
Alimlərin  çoxu  bu  fikirdədir  ki,  hər  10  nəfər  seyrək 
ağıllının  biri  hökmən  qəbzlik  xəstəliyinə  tutulmuş  adamdır. 
Nişinin  fikirincə,  bu  nəzəriyyə  hələ  Hippokrat  dövründə  bəlli 
idi.Odur  ki,bir  qədim  məsəldə  deyilir:“Möhkəm  cansağlığı  -
mükəmməl  boşalmanı  nəzərdə  tutur”.Bu  haqda  Nişi  deyirdi: 
“Əgər  kömürü  külü  təmizlənməmiş  sobaya  atsanız-alov 
əvəzinə,çoxlu  tüstü  alacaqsınız”.Yəni,el  məsəlində  deyilən  bir 
vəziyyət yaranacaq: “İsinmədik istisinə, kor olduq tüstüsünə”... 
İnsan orqanizmində də eyni proses gedir: üstüstə qalanan qida 
sağlam enerji vermək əvəzinə əzab-əziyyət və xəstəlik yaradır. 
Tüstüdən  kor  olmaq  istəmiriksə,sağlam  orqanizm  istəyiriksə, 
mükəmməl boşalmanın(normal stulun) qeydinə qalmalıyıq. 
Təəssüflər  olsun  ki,müasir  tibb  elmi  əsas  fikirini 
qidanın  yüksək  kalorili  olmasına  verir,mədənin  və  bağırsağın 
zəhərli şlaklardan təmizlənməsi kimi əsas məsələni unudur. Bu 
vacib məsələyə bir qədər yaxından nəzər salaq. 
Məlumdur  ki,  qida  tam  yananda  (yaxud  turşulaşanda) 
zərərsiz  karbon  turşusu  (CO
2
)  əmələ  gəlir,  tam  yanmayanda 

downloaded from KitabYurdu.az
 
60 
dəm  qazı,  yəni,  karbon  oksidi  (CO).  Bu  da  orqanizimdə  oksi-
gen azlığı (hipoksiya: hipo-az, oksiya- oksigen) törədir. 
Nişinin  topladığı  məlumata  görə,  müxtəlif  xəstəlik-
lərdən  ölənlərin  96  faizində  beyinə  qan  sızması  müşahidə 
edilmişdir.  Özü  də  beynin  məhz  hərəkət  orqanlarına  rəhbərlik 
edən  sinir  sisteminə  qan  sızmışdı.Bu  fakt  Nişini  ciddi  düşün-
dürmüşdü.Nişi  əlin  və  ayağın  buzlaması  halına  çox  diqqətlə 
yanaşmışdı  və  bu  qənaətə  gəlmişdi  ki,belə  xəstəlik,bir  qayda 
olaraq, ağ ciyərdə qan dövranı pozularkən baş verir.Bu hipotez 
Amerika alimi  Ebbat və başqa təbiblər tərəfindən dəstəkləndi. 
Əlin və ayağın üşüməsi-ürəyin, böyrəklərin yükünü ağırlaşdırır, 
dəriyə  və  qara  ciyərə  zərər  vurur.Belə  buzlamanın  yeganə 
səbəbi-beyinə qan sızması ilə nəticələnən qəbzlikdir. Beləliklə 
də  Nişi  bu  qənaətə  gəldi  ki,  bağırsaq  və  beyin  –  insan 
orqanizmində  bir  nömrəli  əhəmiyətə  malik  olan  orqanlardır. 
Bağırsaq kanalı-Start Stansiyası olub,bədənin daxilində yerləşir. 
Beyin isə Finiş Stansiyası kimi fəaliyət göstərir. Nişi sübut etdi 
ki, bütün xəstəliklər bu iki Stansiya arasında baş verir. 
Böyük diqqətə layiq olan Nişi təlimi, hər şeydən öncə, 
beynin  və  bağırsağın  fizioloji  funksiyasının  iki  mühüm 
elementini əsas tutur:bu iki orqan-bütün orqanların əsas faktor-
larını formalaşdırmaqla yanaşı,həm də insanın ictimai həyatın-
da çox mühüm rol oynayır.Beləki möhkəm can sağlığı olmasa, 
insan  yaşamaq  uğrunda  mübarizədə  qalib  gələ  bilməz.Digər 
tərəfdən də,aydın təfəkkürə malik olmayan hər bir kəs cəmiy-
yətdə heç bir nailiyyət qazana bilməz.Yalnız sağlam bədəni və 
aydın  təfəkkürü  olan  adamlar  həyatda  yüksək  nailiyyətlər 
qazana bilər. Belə adamların, adətən, bağırsağı sağlam olur. 
Bəs  bu  vacib  orqanın  funksiyasını  pozan  nədir?Qeyri-
normal,qeyri-sağlam  qidalanma  və  onun  acı  nəticəsi  olan  –
bağırsaqda zərərli maddələrin (şlak) illərlə yığılıb qalması. Bu 
hal bəzilərində ishala səbəb olur,digərlərində-qəbzliyə. Həkim-
lər əksər hallarda səhv dioqnoz qoyurlar.Qəribədir: həkimlərin 
çoxu  və  xəstələrin,demək  olar,hamısı    ishala  və  qəbzliyə  əsla 

downloaded from KitabYurdu.az
 
61 
məhəl  qoymur,onları  yüngül  xəstəlik  sayır.Əslində  isə,  bu  iki 
hal  həm  həkimin,  həm  də  xəstənin  diqqətini  maqnit  kimi 
çəkməli  və  onları  bərk  narahat  etməlidir.Bağırsaqda  gərəksiz 
maddələrin  toplaşması-bütün  xəstəliklərin  ilkin  səbəbidir. 
Xüsusən  də  bu  yığıntı  xroniki  hal  alanda.Heç  kəsin  ağlına 
gəlmir  ki,ishalı,yaxud  qəbzliyi  xərçəng,  “SPİD”,  iflic,  vərəm, 
infarkt  və  digər  ağır  xəstəliklərlə  müqayisə  etsin.Halbuki 
ölümə aparan bütün xəstəliklər bağırsaq stazının nəticəsidir. 
Bəzi  mütəxəsislər  belə  hesab  edirlər  ki,qəbzliyi  yumu-
şaldıcı  dərmanların,imalənin  köməyi  ilə  müalicə  etmək  olar. 
Yalnış  fikirdi.Pis  işləyən,yaxud  işləməyən  bağırsaq-müxtəlif 
dərmanları  yığıb  saxlayan  və  bədəni  təkrarən  zəhərləyən 
anbardı!Nişi  xatırladır:xroniki  bağırsaq  stazı  və  qəbzlik  3 
mərhələdə özünü biruzə verir. 
Birinci  mərhələ:qəbzlik  nəticəsində  bədənin  zəyiflə-
məsi  baş  verir,orqanizm  xəstəliklərə  qarşı  müqavimətini  itirir, 
belə  anda  ciddi  xəstəliklər  hər  an  hücuma  keçməyə  və  zəfər 
çalmağa hazırdır. 
İkinci  mərhələ:qəbzlikdən  əzab  çəkən  şəxsdə  diskam-
fort  baş  verir,  baş  dumanlanır  və  ağrıyır,  qan  təzyiqi  pozulur, 
ürək, böyrəklər və digər orqanlar xəstələnir. 
Üçüncü mərhələ:öz-özünə zəhərlənmə, bədənin sürətlə 
toksinləşməsi baş verir.Ən çox zərər çəkən beyin və onun qan 
damarları  olur:ya  qeyri-normal  şəkildə  genişlənir,ya  da 
müxtəlif  xəstəliklər  üçün  yolu  təmizləmiş  olur.Beyin  zədələ-
nərkən,ağızdan  anusadək,bütün  həzm  sistemi,təzədən  doğulur. 
Qəbzlik adi hala çevrilibsə və ağır vəziyyətdədirsə,ruhi xəstəlik 
-lər,12  barmaq  bağırsağın  xorası,  yoğun  bağırsaq  xəstəlikləri
appendisit, revmatizm, mədə xərçəngi və sairə baş verir. 
Həzmolma sisteminin yenidən “doğulması” bütün orqan 
-ların  zədələnməsinə  səbəb  olur,hüceyrələrin  funksiyasını  son 
dərəcə zəyiflədir. Onu da bilirik ki, hüceyrələr qan ilə qidalanır. 
Elə  buna  görə  də  müqəddəs  kitablardan  birində  deyilir:  “Qan 
həyatdır!”.  Bəli,  qansız  həyat  ola  bilməz.  Lakin  yalnız  həyat 

downloaded from KitabYurdu.az
 
62 
enerjisi,vitamin  və  mikroelementlərlə  zəngin  olan  sağlam  və 
təmiz  qan-əzələlərin,sümüklərin,dərinin,tükün,dişlərin,sinirin, 
bağırsağın,beyinin,ürəyin  sağlam  hüceyrələrini  yaratmağa  və 
yaşatmağa  qadirdir.Yalnız  təmiz  qan  insan  orqanizmini  yaxşı 
vəziyyətdə saxlaya bilər. 
Bütün  bunları  dərindən  dərk  edən  Nişi  fikrini-zikrini 
yoğun bağırsağın təmizlənməsi metodunun və düzgün qidalan-
ma  prinsplərini  yaratmaq  məsələləri  üzərində  cəmlədi,  bu 
istiqamətdə  intensiv  və  səmərəli  iş  apardı.Təbabət,fəlsəfə  və 
texnika  sahəsində  zəngin  biliyə  malik  olan  alim  anladı  ki, 
aclıqla  müalicə  lap  qədimdən,demək  olar  ki,bütün  xalqlar 
tərəfindən uğurla tətbiq edilmişdir.Yəhudilərin öz aclıq metodu 
mövcud  idi,xristianlar,müsəlmanlar,buddistlər,Çində  konfutsi-
çilər,Yaponiyada  kahinlər  aclıq  qaydalarını  gözləyirdilər. 
Lakin  qədimdə  aclığı  müalicə  metodu  kimi  deyil,sırf  dini 
mərasim kimi yerinə yetirirdilər. Ona görə də bu metodika, dini 
baxışlardan  asılı  olaraq,  bir-birindən  köklü  şəkildə  fərqlənir. 
Tarixi dərindən araşdıran Nişi bu qənaətə gəldi ki, aclıq iki min 
ilə  yaxın  bir  vaxt  ərzində  xəstəliklərin  müalicəsi  metodu  kimi 
təbliğ  olunur.Roma  həkimi  Asklipiades  xəstələrə  məsləhət 
görürdü  ki,müalicə  vaxtı  sudan  başqa  bütün  qida  növlərindən 
imtina  etsinlər,Təbiətin  seyrinə  dalmaqla  və  Təbiətdən  həzz 
almaqla kifayətlənsinlər.Bu, ən gözəl müalicə metodudur. 
Nişini maraq götürmüşdü: aclıq vaxtı orqanizmdə hansı 
proseslər baş verir? Öyrəndi ki, aclığın təxirəsalınmaz nəticəsi 
olaraq, qanda karbon turşusu,kistamin,xolin və bunlara bənzər 
digər  maddələr  artır,bunlar  venanın  daralmasına  səbəb  olur, 
venulanın  kapilyarlarla  görüşdüyü  yerdə  vakuum  yaranır. 
Orqanizmin  bu  halı  vakuumda  kapilyar  fenomeni  yaradır. 
Kapilyar vakuumu isə qan dövranının hərəkətverici qüvvəsidir. 
Bir  halda  ki,vakuum  qüvvədir,aclıq  isə  vakuum  yaratmaq 
qüdrətinə  malikdir,onda  biz  ac  qalmaqla  bütün  insan  fəallığı-
nın nəhəng hərəkətverici qüvvəsini yaratmış oluruq.Bu nəticə - 

downloaded from KitabYurdu.az
 
63 
Nişinin  çox  böyük  ixtirası  idi.  Belə  bir  ixtira  bütövlükdə  qan 
dövranına tamam yeni gözlə baxmağa imkan verdi. 
Aclıq-terapiya  haqqında  xüsusi  bölmədə  söhbət 
açacağıq.İndi bir məsələni vurğulamaq istərdim:aclığın köməyi 
ilə  30.000  xəstəyə  şəfa  verən  Amerika  alimi(Texas)  Herbert 
Şeltondan  fərqli  olaraq,Nişi  heç  vaxt  aclıqla  müalicəni  bütün 
dərdlərin  dərmanı  kimi  təbliğ  etməyib.Amma  tam  qətiyyətlə 
deyirdi ki, aclıq metodu bir çox xəstəlik-lərə qalib gəlir. Onlar 
aşağıdakılardır:mədə  xəstəlikləri,dispepsiya,qəbzlik,qara ciyər-
in  şişməsi,appendisit,gepatit,qastroenterit,revmatizm,piylənmə, 
artrit, diabet,astma,hepertoniya,“vodyanka”(bədən boşluqlarına 
su yığılması),epilepsiya,yuxusuzluq, halsızlıq, ümumi iflic, baş 
ağrısı,pnevmaniya, qarınqululuq, bronxit, plevrit, zob, qızdırma, 
tonzilit, tif, damarların varikoz genişlənməsi, qulaq xəstəlikləri, 
xərçəng,miqren,meningit,yırtıq,öd  daşı  xəstəliyi,xroniki  ishal, 
düz bağırsağın xəstəlikləri, hərəkverici sinirlərin iflici və s.  
Bir şey şəksizdir:aclıqla müalicə-həm fiziki,həm də ruhi 
yaxşılaşmaya(regenerasiya-bərpa,yenidən yaratma) səbəb olan, 
insanın  zehni  qabliyyətini  xeyli  gücləndirən  müalicə  metodu-
dur.Nişi  belə  hesab  edirdi  ki,bu  metodun  yeganə  zəyif  yeri-
bağırsaq keçməməzliyi yarada bilməsi ehtimalıdir. Ona görə də 
belə müalicə hər kəs üçün məqbul sayıla bilməz. Nişi bu halın 
qarşısını alan dieta yaratmaq məqsədi ilə öz üzərində təcrübələr 
aparırdı və “aqar-aqar” adlı dəniz otundan xüsusi qida hazırla-
mışdı,tam  aclıq  əvəzinə,onu  qəbul  edirdi.Qeyd  edək  ki,belə 
metod Yaponiyada çox qədimdən torpaq sıyığı şəkilində tətbiq 
olunurdu. Bu sıyıq aclıq çəkənləri xilas etməklə bərabər, aclıq 
vaxtı  baş  verən    qəbzliyin  qarşısını  da  alırdı.Yeri  gəlmişkən, 
yada salmaq istəyirəm ki, bizi yaşadan torpaq ən gözəl müalicə 
vasitəsidir.Ən ucuz müalicə metodu olan torpaqla müalicə barə 
-sində başqa bir kitabda söz açacağıq. 
Qüdrətli naturopat alimlər Herbert Şelton və Pol Breqq 
sübut etdilər ki, düzgün yerinə yetirilən aclığın heç bir qorxusu 
yoxdur, aclıq heç bir fəsad vermir. Onu qeyd etmək kifayətdir 

downloaded from KitabYurdu.az
 
64 
ki,Şeltonun bir xəstəsi 94 sutka, bir neçə xəstəsi 70 sutka, əksər 
xəstələri  isə  30-60  sutka  aclıq  keçiriblər.Breqq  isə,  əvvəldə 
qeyd etdiyimiz kimi,həftədə-1 sutka,bundan əlavə,ayda-3 sutka, 
bundan əlavə,rübdə-7 (qışda) -10 (yayda) sutka ac qalırdı və 95 
il gənc qaldı,qışın günü okeanda serfinq sürərkən qəza nəticə-
sində həlak oldu. 
Mükəmməl  insan  orqanizminin  sirlərini  dərindən 
öyrənən dahi Nişi indi təkcə öz sağlamlığının qeydinə qalmırdı, 
bütün bəşəriyyəti bəladan qurtarmaq üçün yollar axtarırdı:uzun 
illər ciddi axtarışlar apardı,sınaqlar keçirdi, yaratdığı Sağlamlıq 
Sistemini,öz baxışlarını yorumladan qızğın təbliğ etdi.Bu və ya 
başqa  xəstəlikdən  yaxa  qurtarmaq  istəyən  adamlar  alimin 
yanına  gəlir,ondan  məsləhət  alırdılar.Nişi  öz  məsləhətini  heç 
kəsdən əsirgəmirdi.Lakin konkret xəstəliklərlə məşğul olarkən 
alim  bu  qənaətə  gəldi  ki,ayrıca  götürülmüş,təcrid  edilmiş  tək 
xəstəlik yoxdur,odur ki,ayrıca götürülmüş bir xəstəliyi müalicə 
etmək  əbəsdir.Çünki  orqanizm-tamdır,vahiddir,bölünməzdir. 
Tibb elminin orqanizmi ayrı-ayrı hissələrə bölmək, xəstəlikləri 
ayrı-ayrı  şəkildə    götürmək  cəhdi-cəfəngiyatdır.Orqanizmin 
son  dərəcə  nadir  və  “ağılasığmaz  dərəcədə  təkmilləşmiş,eyni 
zamanda  bu  qədər  kövrək”  bir  mexanizm  olduğunu  nəzərə 
almadan,  xəstəliyin  kökünü  araşdırmaq  mümkün  deyil.Dar 
təmayüllü  təbabəti  əsla  qəbul  etməyən  Nişi,  yeni-gələcəyin 
təbabətinin təməlini qoymağa başladı.Bu təbabət-Təbiətin hər 
bir canlı orqanizmdə yaratdığı nadir mexanizmi əsas götürərək, 
profilaktika  ilə  məşğul  olmaqdır.Nişinin  sonsuz  dərəcədə 
böyük gücə malik olan Təbiət haqqında devizi belədir:”Təbiəti 
yalnız ona tabe olmaqla ram etmək olar”.  
Daima  axtarışda  olan  və  axtarmaqdan  usanmayan, 
əksinə,elmi  axtarışlardan  böyük  həzz  alan  Nişi  öz  qarşısında 
biri  digərindən  çətin  suallar  qoyurdu:  İnsan  nədir?Onun 
orqanizmi necə qurulub? Sağlamlıq nə deməkdir? Xəstələnmək 
nə  deməkdir?  və  s.  Nişinin  mühəndis  zəkası,insanları  azar- 
bezardan  xilas  etmək  istəyi  o  vaxt  Amerikada  cəryan  edən 

downloaded from KitabYurdu.az
 
65 
Natural Gigiyena hərakatının çiçəklənməsi ilə eyni vaxta düşdü. 
Nişi tez bir zamanda bu ictimai hərəkatın korifeylərindən birinə 
çevrildi.Dahi alim tibb elmini,anatomiyanı,fiziologiyanı, bakte-
riologiyanı, psixologiyanı, fəlsəfəni, müxtəlif dinləri, elimlərin 
tarixini dərindən mənimsədi. Sağlam məntiqi düşüncəyə malik 
olan  istedadlı  tədqiqatçı  bu  elimləri  sintez  edərək,  düzgün 
nəticə  çıxardı:İnsan  orqanizminin  tam  sağlam  olması  üçün, 
birinci  növbədə,orqanizmi  fiziki,sonra  kimyəvi,sonra  bakteri-
oloji  baxımdan,nəhayət,ruhi  qabiliyət  baxımından  səhmana 
salmaq  lazımdır.Canını  saflaşdırmaq  istəyən  hər  kəs  həddən 
artıq  çox  işləyib  yorulmağı  və  normadan  artıq  yeməyi  özünə 
qadağan  etməlidir,orqanizmin  toksinli  qidalarla  zəhərlənmə-
sinin və qıcıqlanmasının qarşısını almalıdır. 
Nişi  bütün  xəstəliklərin  yaranma  səbəbini  aşağıdakı  4 
enerjinin dəyişməsi ilə izah edirdi: 
1.Skeletin dəyişməsi. 
2.Daxili orqanların dəyişməsi. 
3.Orqanizmdə (qanda , limfada, hüceyrələrdə və s.) olan 
mayenin dəyişməsi. 
4.Mənəvi gücün zəyifləməsi. 
Bəs bunlar necə baş verir? 
Fəqərə  sütunu  dəyişir,  dəri  öz  funksiyasını  pis  yerinə 
yetirir, böyrəklərin və qara ciyərin fəallığı dərhal zəyifləyir, bu 
da qəbzlik yaradır,qəbzlik isə,öz növbəsində,beyinin qan damar 
-larının zəyifləməsinə, yaxud partlamasına gətirib çıxarır. Hətta, 
damar partlamasa belə, iş damarların genişlənməsi ilə bitsə də, 
o  zaman  beyindəki  hərəkət  sinir  sisteminin  korlanması  və 
bunun  nəticəsində  də  hərəkət  orqanlarının  iflici,  yaxud  daima 
buzlaması  baş  verir.  Əl  və  ayaqların  buzlaması  isə,  yuxarıda 
deyilən kimi, ağ ciyərin, ürəyin, böyrəklərin, qan damarlarının 
zəyifləməsinə səbəb olacaq. 
Adətən,  insan  təsəvvür  edə  bilmir  ki,  dəri  və 
xərçəng  xəstəlikləri  ayrı-ayrılıqda  götürülməsi  mümkün 
olmayan  xəstəliklərdir”  deyən  Nişi  qan  damarlarının 

downloaded from KitabYurdu.az
 
66 
təzələnməsi və bərpası metodunu işləyib hazırladı. Bu metodun 
əsasını  mürəkkəb  olmayan  təmrinlər,kontrast  hava  və  su 
vannaları  təşkil  edir.Bu  barədə  xüsusi  bölmədə  ətraflı  söz 
açacağıq.Hələlik onu deyək ki,həmin tədbirlər qanın yaxşı işlə-
məsi üçün yolu təmizləyir,dərinin və damarların sağlam olma-
sına  şərait  yaradır.Bu  da,öz  növbəsində,qanın  ürəyə  qayıtması 
prosesini yaxşılaşdırır. 
Sintez etməyi gözəl bacaran dərin zəkalı yapon xalqının 
oğlu  dahi  Nişi  beləcə  addım-addım  öz  Sağlamlıq  Sistemini 
yaratdı  və  1927-ci  ildə  onu    ilk  dəfə  bəyan  etdi.O  vaxt  artıq 
alimin 44 yaşı tamam olmuşdu.Həmin dövrdə yapon vətəndaş-
larının  orta  yaş  həddi  məhz  bu  qədər  idi.Alim  özü  isə  75  il 
yaşadı.  Halbuki  dövrünün  ən  güclü  həkimləri  Katsudzoya  heç 
20 yaşa çatmayacağını vəd etmişdilər. 
Nişinin  çap  etdirdiyi  yazılar  cəmiyyətdə  elə  böyük 
maraq və əks-səda yaratdı ki, müxtəlif dərdlərə mübtəla olmuş 
insanlar  dünyanın  hər  yerindən  axışıb  onun  yanına  gəldilər. 
Ona  pənah  gətirənlərin  sayı  elə  sürətlə  artırdı  ki,  Nişi  Tokio 
munisipal metrosunun baş mühəndisi vəzifəsindən əl götürməli 
və  özünü  bütövlükdə  insanların  sağlamlığını  qorumaq  kimi 
nəcib  bir  işə  həsr  etməli  oldu.  Dahi  alim  Natural  Gigiyena 
hərəkatının  vətəni  olan  ABŞ  vətəndaşlarının  saysız-hesabsız 
xahişini və təkidini nəzərə alaraq, Amerikaya getdi və 1935-ci 
ildə  ingilis  dilində  ilk  dəfə  öz  dahiyanə  kitabını  nəşr  etdirdi. 
Maraqlıdır  ki,bir  təsadüf  olsa  da,məhz  həmin  il,yəni,taleimdə 
müstəsna  rol  oynamış  qüdrətli  kitab  işıq  üzü  görəndə  mən  də 
səfalı Qapıcıq yaylağında dünyaya gəldim. 
Ayaqabının  altına  baxmaqla  ayaqqabı  sahibinin  düçar 
olduğu xəstəliyi müəyən edən,“insan elə bir varlıqdır ki, burada 
cism  və  ruh  vahid  və  bölünməzdir”  ideyasını  müalicənin  və 
xəstələnməməyin başlıca şərti kimi götürən,nəticəyə qarşı deyil, 
səbəbə  qarşı  mübarizə  aparan  K.Nişinin  yaratdığı  Sağlamlıq 
Sistemini hər Allah bəndəsi öz həyatına tətbiq edə və möcüzə 
yarada  bilər.  Lakin  böyük  təəssüf  hissi  ilə  qeyd  etmək  lazım 

downloaded from KitabYurdu.az
 
67 
gəlir ki, sağlam məntiq, dərin elmi əsaslar, böyük tədqiqatlar və 
çoxsaylı  sınaqlar  üzərində  qurulmuş  bu  dəyərli  təlim  indinin 
özündə  də lazımi səviyyədə  təbliğ və tətbiq  olunmayıb, bütün 
faydalı  ixtiralar  kimi,bu  elmi  tapıntı  da  tarixin  uçuq  kalafala-
rında  zir-zibil  altında  qalıb.Başı  “cari  təmirə”  və  pul  qazan-
mağa  qarışan  müasir  tibb  elmi,özünü  aldada-aldada  yaşayan 
zavallı  bəşəriyyət  bu  xilaskar  Sistemə  vaxt  ayıra  bilməyib. 
Hamı  bu  laqeydliyin  cəzasını  çəkir:  bəşəriyyət  dərd  əlindən 
bilmir hara qaçsın,insanlar gecə-gündüz ahu-zar edir, inildəyir. 
Halbuki Nişi Sistemi bəşəriyyəti həmişəlik azar-bezardan xilas 
etməyə qadirdi. 
Uzun  axtarışlardan  sonra  Nişinin  gəldiyi  ən  başlıca 
nəticə  budur:ən  istedadlı  təbib-Təbiətin  özüdür!Alimin 
çıxardığı  digər  nəticə,  “cari  təmir”  hesabına  pul  qazanıb  bala 
dolandıran  çoxsaylı  tibb  işçilərini  heç  cürə  razı  sala  bilməzdi: 
tibb elmi elm deyil,bir neçə elmin (kimya, biologiya, anato- 
miya,fiziologiya  və  s.)  qarışığıdır-“həftəbecərdi”.  Təbiblər 
xəstəni  ona  görə  sağalda  bilmirlər  ki,onlar  səbəbə  qarşı 
deyil,nəticəyə  qarşı  mübarzə  aparırlar.Halbuki  səbəbi  aradan 
götürmədən  nəticəni  ləğv  etmək  qeyri-mümkündür.Obrazlı 
desək,təbabət,hardansa  axıb  gələn  və  evimzə  dolan  çirkabı 
qabla(yaxud  nasosla)  götürüb  bayıra  atan  adama  oxşayır,bu 
adam,çirkabın  mənbəini(xəstəliyin  səbəbini)  tapıb,ləğv  etmək 
əvəzinə,evi  qurutmağa  çalışır.Hətta,buna  nail  olur  da.Lakin  əl 
saxlayan  kimi(dava-dərmanın  arasını  kəscək)  çirkab(xəstə-
lik)yenidən axıb evimizə(canımıza) dolur.Çünki onun mənbəyi 
(xəstəliyi törədən səsbəb) durur. 
Hər  şeyi  öz  üzərində  sınaqdan  keçirən  Nişi  hamıdan 
qabaq  dərk  etdi  ki,yalnız  nəticəni  aradan  qaldırmağa  çalı-şan 
təbiblər  (dişin  ağrıyır-çəkirlər,böyrəyin  çürüyür-kəsirlər  və  s.) 
xəstələrə  sağlamlıq  vermirlər  və  verə  də  bilməzlər,onlar, 
sadəcə, insanların əzablı günlərinin sayını artırırlar. Əslində isə 
bütün Yer üzündə təbabətə ayrılan vəsait,təbiblərin bütün biliyi 

downloaded from KitabYurdu.az
 
68 
və  bacarığı,vaxtı  və  enerjisi  səbəbi  aradan  qaldırmağa,yəni, 
profilaktikaya yönəldilməlidir. 
Nişinin  müdrik  təlimini  oxuyan  hər  kəs  bu  qənaətə 
gəlir:insan  ya  öz  həyat  tərzini  dəyişməli  və  uzun  illər 
sağlam,bəxtiyar  yaşamalıdır,ya  da  gödənin  qulu  olduğunu 
boynuna  alıb,gödək  həyatını  sürünə-sürünə,bir  təhər  başa 
vurmalıdır.Üçüncü yol yoxdur!Mən çox gözəl başa düşürəm 
ki,əziz oxucu,40-50-60 il vərdiş etdiyin həyat tərzini dəyişmək, 
sənin  üçün  asan  məsələ  deyil.Demirəm  ki,bir  günün  içində 
bütün  həyatını  180  dərəcə  dəyiş.Buna  hər  adamın  hünəri  çat-
maz.Amma  istəyirəm,dəqiq  biləsən:bunu  etmək  mümkün-dür! 
Sadəcə,bunu  bütün  varlığınla,əqlinlə,zəkanla  istəməlisən.Mən 
60 illik pis vərdişlərimi ona görə dəyişə bildim ki,daha sürünə-
sürünə,zarıldaya-zarıldaya yaşamaq istəmirdim.Burada məşhur 
cəngəllik  fəlsəfəsi yada düşür:güclülər qalib gəlir və yaşayır! 
Lakin Nişi təliminin cəngəllik qanunundan fərqi ondadır ki,sən 
ətrafındakı  canlılara  və  cansızlara  zərrə  qədər  də  zərər 
vurmadan,əksinə,Ana  Təbiətin  ayrılmaz  tərkib  hissəsi 
olduğunu  dərk  edərək,Ana  Təbiətə  doğma  övlad  kimi  qayğı 
göstərərək qalib gəlirsən.Həm də bu sistemə əməl etmək üçün 
əzələ gücünə ehtiyac duyulmur. Pis vərdişlərin hesabına özünə 
müxtəlif xəstəliklərdən “çələng hörmüş” Breqqin, Kotlyarovun, 
Qoqulanın  timsalında  gördük  ki,dağdan  ağır  yükü  aşırıb 
çiyindən  atmaq  üçün  fiziki  gücə  ehtiyac  qalmır,  İRADƏ  adlı  
mənəvi güc olanda, insan öz daxilində kifayət qədər fiziki güc 
tapa bilir.Əksinə,mənəvi gücü zəyif olan adamlar-sahib olduğu 
fiziki gücü də çox asanlıqla itirir və gücsüzləşir.  
Deyilənləri nəzərə alaraq,  məsləhət görürəm:qarınqulu, 
aciz  adamların  dilində  əzbər  olmuş  ”qoy  keçinin  ölümü 
palıddan olsun”,“harda qırılar-qırılar” məsəllərini öz lüğətiniz-
dən  çıxardın,papağınızı  qabağınıza  qoyub,həyatınızı  dəyişmək 
barədə fikirləşin.Düzgün qərar qəbul etməkdə,düz yol seçmək-
də bu kitab sizə yardımçı olacaq.Lakin onu roman kimi oxuma-
yın,bir dəfə oxumaqla kifayətlənməyin,beş dəfə,lazım gəlsə,on 

downloaded from KitabYurdu.az
 
69 
dəfə  oxuyun,  yəni,sağlamlıqla  bağlı  həyat  həqiqətlərini  dərk 
edənə  qədər,öz  daxilində  yeniləşmək,sağlam  olmaq,ruhunu  və 
cismini bəladan xilas etmək ehtiyacı duyana qədər,içində kifa-
yət  qədər  iradə  “istehsal”  edənə  qədər  dönə-dönə  oxusun,hər 
faydalı  fikiri  beyninin  dərin  qatlarına  yeridə-yeridə  oxuyun. 
Nişi  Sistemi  insana  mənən  güclü  olmağı  öyrədir.Yadda 
saxlayın ki,mehrini həblərə və iynələrə salan adamlar-öz əzablı 
günlərinin sayını artırmaqdan başqa bir iş görmür. 
 Elə buradaca çox önəmli  bir  mətləbi xüsusi  vurğula- 
maq istərdim:Nişi Sistemi-həm də sağlamların sistemidir! Bu 
Sistemi həyat qanunu kimi qəbul edən şəxs heç bir xəstəliyə, o 
cümlədən,xərçəng xəstəliyinə tutulmur,viruslara, epidemiyalara  
qarşı biganə qalır və uzun ömür sürür. Ən başlıcası isə, həyatını 
azar-bezarsız,gözəl ovqatla,xoş əhval-ruhiyə ilə başa vurur. 
Məsələnin  iqtisadi  tərəfinə  baxaq.Təcrübədən  bilərəm: 
Nişi  Sistemi  ilə  yaşamaq  maddi  cəhətdən  çox  sərfəlidir.  Mən 
təkcə dərmana,həkimlərə,pirlərə,mollalara,fırıldaqçılara çəkilən  
xərcləri nəzərdə tutmuram, həm də çox bahalı,lakin çox zərərli 
ərzaq növlərini (bir kilo ətin puluna 10 kq quru lobya alamaq 
və  bir  ay  işlətmək  olar,halbuki  lobya    ətdən  qat-qat  faydalı 
zülaldır),eləcə də xeyir işlərdə,yasda,şənbazlıq azarının diqtəsi 
altında açılan dəbdəbəli süfrələri və digər israfçılıq tədbirlərini 
nəzərdə  tuturam.Fikir  verin:özünü  ali  şüurlu  məxluq  sayan 
insan,bir-birinin  yaxasını  cıra-cıra,  bir-birinə  badalaq  vura-
vura,kələk  gələ-gələ  it  zülmüynən  ruzu  qazanır,onu  da  böyük 
israfçılıqla  çürüdüb  zəhərə  döndərir,həm  özünü,həm  də  öz 
yaxınlarını  zəhərləyir.Ali  şüurlu  insan  gecə-gündüz  fikirləşib 
yeni xörək növləri icad edir ki,mümkün qədər çox yeyə bilsin. 
Fiziki  təlabat  olmadan,gödənin  diqtəsi  altında  o  qədər  qida 
yeyir  ki,  bunun  yalnız  18-20  faizini  güc-bəla  ilə  mənimsəyə 
bilir,  qalan  80  faiz  ruzu  yoğun  bağırsaqda  qalıb  çürüyür,  qanı 
müntəzəm olaraq zəhərləyən mikroblar üçün lazım olan  “zibil 
anbarı”nı  doldurur,mikroblar  bir  çox  fəsadlar  törədir,  bizi 
müxtəlif xəstəliklərə düçar edir. Özümüz öz əlimizlə  infeksiya 

downloaded from KitabYurdu.az
 
70 
daşıyıcıları  üçün  möhkəm  yem  bazası  yaradırıq(ali  şüurlu 
insandan başqa heç bir canlı belə hərəkət etmir),düşmənlərimiz 
yeyib-içib kef çəkir,artıb-törəyir,qanımızı zəhərləyir,biz çarəsiz 
dərdlərə mübtəla oluruq və balaca mikrobların əlində əsir-yesir 
qalırıq,dindirəndə də döşümüzə döyüb,iftixarla deyirik:”Biz ali 
şüurlu  İnsanıq”.Nişi  belə  hesab  etmirdi,qazandığı  ruzunun  80 
faizini  çürüdüb  mikroblara  yedizdirən  insanı  “israfçı  cahil” 
adlandırırdı,deyirdi,xərçəng-nadanlığın qaçılmaz nəticəsidir. 
Cansağlığı ilə bağlı 70 min ədəbiyyatı araşdıran K.Nişi 
belə bir inkaredilməz həqiqəti açıb ki,insanın öz canına vurdu-
ğu zərbəni kənardan ona heç bir qüvvə vura bilməz. Ağılasığ-
maz bir təzad: insan sürdüyü həyat tərzinin öz canı üçün, ailəsi 
üçün, bütövlükdə cəmiyyət üçün zərərli olduğunu bilə-bilə, onu 
dəyişməyə  əsla  təşəbbüs  göstərmir,  eyni  qaydada  yaşamağa 
davam  edir,  özünü  korluğa  vuraraq,  Nişinin  möcüzələrlə  dolu 
kəşfini  “görmür”.Əlbəttə,xalqların  hamısı  eyni  səviyyədə  öz 
canlarını öz pis vərdişlərinə qurban vermirlər. Ayılmış millətlər 
az  deyil.Elə  götürək  Yaponiyanı.Burada  Natural  Gigiyena  və 
Nişi  Sistemi  özünə  çoxlu  tərəfdarlar  tapıb.Tokioda  və  Havay 
adalarında Nişi Sustemi ilə işləyən Tibb İnstitutunun hospital-
ları  fəaliyyət  göstərir,bu  sağlamlıq  ocaqlarında  xərçəng  xəstə-
liklərini dava-dərmansız müalicə edirlər.Bu işə Nişinin davam-
çısı və onun təbliğatçısı S.Vatanabe rəhbərlik edir.Hospital da 
məhz onun adını daşıyır –“Vatanabe”.  
Bəli,insan  qəribə  məxluqdur:milyonlarla  günahsiz  ada-
mın qanını töküb,minlərlə kəndi və şəhəri viranə qoyaraq,özgə 
torpağını  zəbt  edən  qəsbkara  da  heykəl  qoyur,kütləvi  qırğın 
silahını  icad  edənə  də.Amma  bəşəriyyətə  şəfa  yolu  göstərən 
xilaskarın adını əbədiləşdirmək ağlına belə gəlmir. 
Allahdan  diləyim  budur  ki,  yaratdığı  məxluqun  başına 
ağıl  qoysun,  insan  ayılsın  və  əsrlər  boyu  ucaltdığı  heykəllərin 
hamısını yerlə yeksan etsin,onların yerində iki simanın-Yunan 
Şəfa  Allahının  kiçik  qızı  Gigiyanın  və  bəşəriyyətə  Sağlamlıq 

downloaded from KitabYurdu.az
 
71 
Sistemi  kimi  bir  möcüzə  bəxş  etmiş  Katsudzo  Nişinin  qoşa 
heykəlini ucaltsın. Amin!.. 
Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin