Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


M ə şə d i  M urad  uşağı



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix03.02.2017
ölçüsü10,7 Mb.
#7293
1   ...   4   5   6   7   8   9   10   11   12

M ə şə d i  M urad  uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Muradlıdır.  Bu  soyun  ulu  babası  Muraddır.  Murad  təxminən  1771- 
ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşhədi  Murad  Şəkərbanu  ilə  ailə  qurmuşdu.  Paşa, 
Hüseynəli, Qasım, Əsəd adlı oğlanları vardı.
Paşa  1812-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  “Rastabazar”da  dükan 
işlədirdi.
Paşa  Balaxanımla  ailə  qurmuşdu.  Rzaqulu,  Məmmədbağır, 
Dadaş, Əbdül,  Murad adlı oğlanları,  Əzət adlı qızı vardı.
Rzaqulu  1834-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ticarətlə məşğul  idi.
Paşanın  ikinci  oğlu  Məmmədbağır  1836-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Paşanın  üçüncü  oğlu  Dadaş  1842-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili  almışdı.  Ticarətlə məşğul  idi.
Paşanın  dördüncü  oğlu  Əbdül  1844-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul  idi.
Paşanın  beşinci  oğlu  Murad  1846-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul  idi.
***
Məşədi  Muradın  ikinci  oğlu  Hüseynəli  1817-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Hüseynəli  Fati  ilə ailə qurmuşdu.  Süleyman, Əbdül,  Mahmud 
adlı oğlanları,  Bəyim adlı qızı vardı.
237

Süleyman  1835-ci üdə  Şuşa şəhərində doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə məşğul olurdu.  Süleyman şair idi.  “Faxir” 
təxəllüsü ilə qəlboynadan şeirlər yazırdı.
Tarixçi  və  təzkirəçi  Mir  Möhsün  Nəvvab  yazır:  «Deyilənə 
görə,  Qarabağ  əhalisindəndir.  Həyatı  haqqında  məlumat  əldə  edə 
bilmədim,  Sonradan  öyrəndim  ki,  Süleyman  ibn  Hüseynəli  ibn 
Məşədi Muraddır. Ağa Əbdül Rəhzənin böyük qardaşıdır. 
Səhni-ruxunda tel-tel olub dam tellərin,
İstər məni qərz edə bədnam, tellərin.
Hurimisal nəslinə müştaqdır könül,
Etsə əgər bu xahişə əncam tellərin.
Aşüftəhal gər düşə zülfün o gərdənə,
Qoymaz ki, aşiqin ala bir kam tellərin.
Etdim üzari-müshəfə çün istixarə mən,
Xalü xət ilə ta nola fərcam tellərin.
Mişki-tatar, Maçinü hindü həbəş tamam,
Olmaz bərabəri o siyahfam tellərin.
Meyli-gül eyləməz, gözəlim, gülşən istəməz,
Mənzuri bülbülün ola gülfam tellərin.
Faxir çəkir baharü gülsitan həsrətin.
Soldu və saraldı gülşəni əyyam tellərin.
Hüseynəlinin  ikinci  oğlu  Əbdül  1844-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili  almışdı.  Ticarətlə məşğul olurdu. 
Əbdül  şair  idi.  “Rəhzən”  və  “Şahin”  təxəllüsləri  ilə  qəlb 
ovsunlayan  şeirlər yazırdı.
Tarixçi  və  təzkirəçi  Mir  Möhsün  Nəvvab  yazır:  «Əbdül 
Məşədi  Murad  oğlu  Hüseynəlinin  oğlu,  Şəkərbanunun  nəvəsidir. 
Qarabağ  əhlindəndir. 
Şuşada  anadan  olub, 
Hacı 
Yusifli 
məhəlləsindəndir.  Yaşı təqribən qırx, qırx  iki olar.  Cüzi savadı  var. 
Pərakəndə  satiraları,  cəfəng şeirləri  və növhələri  var.  On il  olar ki, 
Rusiya  tərəfə  gedib,  o  tərəflərdə  ömür  sürür.  Aşağıdakı  şeirlər 
onundur.  Təxəllüsü  “Rəhzən”dir.  Ancaq  deyirlər  ki,  indi  dəyişib 
“Şahin” təxəllüsü götürüb.
Salıb məni qəmi-eşqin bir elə hala, balam,
Göz ilə görməyəsən, gəlmənəm xəyala, balam.
238
Şikayəti-qəmi-hicram birdəbir edərəm,
Yetişsə bir də əlim daməni-vüsala, balam.
Qaşın şəbahəti tiği-Əliyyi-imrandır,
Yüzün Məhəmmədə bənzər, gözün hilala, balam.
Siyahpuş olub, gizlənibdi zülfdə dil,
Yəqin gəmində yatıb arizində xala, balam.
Tamam xəlq edər Kəbeyi-xülayə sücud,
Əyibdi qibləyə qaşın, məni şimala balam.
Yenə xummar gözün ox çəkib, kaman tutmuş,
Yəqin veribdir ona ləblərin piyala, balam.
Olur günah, edən əmr-davvərə, Rəhzən,
Sənə məhaldır üsyan gələ xəyalə, balam.
Firudin  bəy  Köçərli  Əbdül  haqqında  yazır:  «Qarabağın 
xoştəb  və  əhli-zövq  şüəralarından  birisi  də  Əbdül  ibn  Hüseynəli 
ibn  Məşhədi  Muraddır.  Amma  mərhum  Əbdül  anasının  adı  ilə 
məşhur  idi.  Belə  ki,  cəmi  Qarabağ  əhli  ona  “Fatıoğlu  Əbdül” 
deyərdi.
Təvəllüdü  və  həmçinin  təlimü  tərbiyəsi  Şuşa  qalasında 
olubdur.  İyirmi  il  bundan əqdəm köçüb Petrovskiyə,  orda alış-veriş 
ilə məşğul olurdu. Bir neçə sənə bundan irəli vəfat edibdir.
Əbdül  artıq  hazırcavab,  xoşsöhbət  və  baməzə  bir  vücud  idi. 
Ona  binaən  ürəfa  və  üdəbalar  indində  onun  xatiri  əziz  və 
möhtərəm idi».
Əbdül  Petrovskidə  olarkən  Qacar  şahzadəsi  Abbas  mirzə 
Nəsrəddin  şah  oğlu  ilə  görüşmüşdü.  O,  şahzadəyə  bir  rübai  həsr 
etmişdi.
Əbdül təxminən  1908-ci ildə vəfat edib.
Hüseynəlinin  üçüncü  oğlu  Mahmud  1846-cı  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi.
Məşədi  Muradın  üçüncü  oğlu  Qasım  1822-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə
239

məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Qasım  Tükəzlə  ailə  qurmuşdu.  İsmayıl,  Abdulla, 
Teymur adlı oğlanları vardı.
İsmayıl  1841-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla  torpağım 
ziyarət etmişdi.
Kərbəlayı İsmayılın Dadaş adlı oğlu vardı.
Dadaş  1867-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul idi.
Məşədi  Qasımın  ikinci  oğlu  Abdulla  1847-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Məşədi  Qasımın  üçüncü  oğlu  Teymur  1855-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
***
Məşədi  Muradın  dördüncü  oğlu  Əsəd  1830-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kəbəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı  Əsəd II gildiya tacir idi.
Hacı  Əsəd  Cahanla  ailə  qurmuşdu.  Mehdi,  Zeynalabdin  adlı 
oğlanları vardı.
Mehdi  1859-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Əsədin  ikinci  oğlu  Zeynalabdin  1871-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
240
M əşəd i  R əsu l  uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Rəsul  uşağıdır.  Bu  soyun  ulu  babası  Rəsul  təxminən  1773-cü  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağım,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi Rəsulun Abbas adlı oğlu vardı.
Abbas  1796-cı  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai  təhsilini 
molla  yanında  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu.  Məhəllələ­
rinin dini  işləri  ilə məşğul  idi. Müqəddəs Kərbəla torpağını ziyarət 
etmişdi.
Kərbəlayı  Molla  Abbas  Bəyimlə  ailə  qurmuşdu.  Ağa, 
Zeynal, Mehdi, Əbdül, Dadaş, Nəsir adlı oğlanları vardı.
Ağa  1838-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  İbtidai 
təhsilini atasından almışdı.  Ticarətlə məşğul idi.
Kərbəlayı  Molla  Abbasın  ikinci  oğlu  Zeynal  1833-cü  ildə 
Şuşa şəhərində  anadan olmuşdu.  İbtidai  təhsilini  atasından  almışdı. 
Sonra  mədrəsədə  oxumuşdu.  Məhəllələrinin  dini  işləri  ilə  məşğul 
idi.
Kərbəlayı  Molla  Abbasın  üçüncü  oğlu  Mehdi  1836-cı  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  İbtidai  təhsilini  atasından almışdı. 
Ticarətlə məşğul idi.
Kərbəlayı  Molla  Abbasın dördüncü oğlu  Əbdül  1839-cu  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  İbtidai  təhsilini  atasından almışdı. 
Ticarətlə məşğul idi.
Kərbəlayı  Molla  Abbasın  beşinci  oğlu  Dadaş  1844-cü  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  İbtidai təhsilini  atasından almışdı. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Kərbəlayı  Molla Abbasın altıncı oğlu Nəsir  1855-ci  ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  İbtidai  təhsilini  atasından  almışdı. 
Ticarətlə məşğul idi.
241

M ə şə d i B ə d ə l  uşağı
Bu  soyun  ulu  babası  Məşədi  Bədəldir.  Bədəl  Təbrizli 
məhəlləsində yaşamışdı.  Molla yanında oxumuşdu.  Ticarətlə  m əş­
ğul  olmuşdu.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Bədəlin Mehdiqulu adlı oğlu vardı.
Mehdiqulu  1809-cu  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu, 
İbtidai  təhsilini  atasından  almışdı.  Ticarətlə  məşğul  idi.  Hacı 
Bəylər  bəy  Qasım  bəy  oğlu  Sarıcalı-Cavanşir  onu  məhkəmə  yolu 
ilə  əlinə  keçirib,  təhkimli  kəndliyə  çevirdi.  Təbrizli  məhəlləsinin 
əhalisi  azad  icma  idi.  Onlar  xan  divanına,  rus  üsul-idarəsi 
dönəmində dövlətə
 vergi ödəyirdilər.
Mehdiqulu  1858-ci ildə vəfat etdi.
Mehdiqulu  Pəri  ilə  ailə  qurmuşdu.  Allahverən,  Ağa,  Abbas, 
Şükür,  Salah adlı oğlanları vardı.
Allahverən  1834-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Allahverənin İbrahim adlı oğlu vardı.
İbrahim 
1872-ci  ildə  Şuşa
  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Mehdiqulunun  ikinci  oğlu  Ağa  1831-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağanın Yusif,  Dadaş,  Yaqub adlı oğlanları vardı.
Yusif  1849-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
Ağanın ikinci oğlu Dadaş  1856-cı  ildə Şuşa şəhərində anadan 
olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
Ağanın  üçüncü  oğlu  Yaqub  1867-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Mehdiqulunun  üçüncü  oğlu  Abbas  1836-cı  ildə  Şuşa  şəhə­
rində anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul 
idi.
242
Mehdiqulunun  dördüncü  oğlu  Şükür  1842-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Şükür  1856-cı ildə vəfat edib.
Mehdiqulunun  beşinci  oğlu  Salah  1845-ci  ildə  Şuşa  şəhə­
rində anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul 
idi.
Salahın Salman adlı oğlu vardı.
Salman  1870-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi Ələkbər uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Ələkbər  uşağıdır.  Bu  soyun  ulu  babası  Ələkbər təxminən  1783-cü 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi  Ələkbər  Gülxanımla  ailə  qurmuşdu.Ələsgər,  Məm­
məd, Əliqulu adlı oğlanları vardı.
Ələsgər  1842-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında 
oxumuşdu.
  Ticarətlə məşğul idi.
Ələsgər 1842-ci ildə vəfat edib.
Ələsgər  Hüsnü  ilə  ailə  qurmuşdu.  Mədinə,  Bədircahan  adlı 
qızları vardı.
Məşədi  Ələkbərin  ikinci  oğlu  Məmməd  1813-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məmməd Səkinə ilə ailə qurmuşdu. Ələkbər adlı oğlu vardı.
Ill 
Ələkbər  1854-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
243

Məşədi  Ələkbərin  üçüncü  oğlu  Əliqulu  1817-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Əliqulunun  Ələkbər,  Hüseyn,  Paşa,  İskəndər  adlı  oğlanları
vardı.
II Ələkbər  1844-cü ildə Şuşa şəhərində doğulmuşdu.
II Ələkbər  1853-cü ildə vəfat edib.
Əliqulunun  ikinci  oğlu  Hüseyn  1851-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əliqulunun  üçüncü  oğlu  Paşa  1853-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əliqulunun  dördüncü  oğlu  İskəndər  1863-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Məmmədcəfər uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Məmmədcəfər  uşağıdır.  Bu  soyun  ulu  babası  Məmmədcəfər 
təxminən  1793-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Məmmədcəfərin Ağa adlı oğlu vardı.
Ağa  1828-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla yanında 
oxumuşdu. Ticarətlə məşğul idi.
Ağanın  Məmmədcəfər,  Yusif,  Fərəməz,  Cahangir  adlı 
oğlanları vardı.
Məmmədcəfər  1863-cü  ildə  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Ağanın  ikinci  oğlu  Yusif 1865-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağanın  üçüncü  oğlu  Fərəməz  1868-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağanın  dördüncü  oğlu  Cahangir  1872-ci  ildə  Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul  idi.
244
M əşəd i A ğa u şağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Ağa uşağıdır. Bu soyun ulu babası Ağa təxminən  1763-cü ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Ağanın Abbas, Hüseynqulu adlı oğlanları vardı.
Abbas  1796-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi, torpağı tutya Kərbəlam ziyarət etmişdi.
Kərbəlayı Abbasın Əbülhəsən adlı oğlu vardı.
Əbülhəsən  1842-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul  idi.  Müqəddəs Kərbəla 
torpağını ziyarət etmişdi.
Məşədi  Ağanın  ikinci  oğlu  Hüseynqulu  1803-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Dostuməli uşağı
Bu  soyun  ulu  babası  Məşədi  Dostuməlidir.  Dostuməli 
Təbrizli  məhəlləsində  yaşamışdı.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  olmuşdu.  Pak  Xorasan  torpağım,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Məşədi Dostuməlinin Fətəli, Tahir adlı oğlanları vardı.
Fətəli  1796-cı ildə  Şuşa şəhərində anadan olmuşdu.  Mədrəsə 
təhsili almışdı.  Ticarətlə məşğul  idi.  Müqəddəs  Kəbəyi-müəzzəmi 
ziyarət etmişdi.
Hacı Fətəli  1850-ci ildə vəfat edib.
Hacı  Fətəli  Şahımağa  ilə ailə qurmuşdu.  Əli,  İbrahim, Əsəd, 
Həsən adlı oğlanları, Xanım, Mələk adlı qızları vardı.
245

Əli  1831-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak Xorasan  torpağını,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Məşədi Əlinin Aslan, Hacı adlı oğlanları vardı.
Aslan  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul olmuşdu.
Məşədi  Əlinin  ikinci  oğlu  Hacı  1857-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Fətəlinin  ikinci  oğlu  İbrahim  1835-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Ağcabədi kəndində dükan işlədirdi.  Müqəddəs Kərbəla 
torpağını ziyarət etmişdi.
Mamayı  məhəlləsindən  Hacı  İbrahim  Səfərovun  da 
Ağcabədi 
kəndində 
dükanları 
vardı. 
1868-ci 
ildə 
onun 
dükanlarından birində  oğurluq  olmuşdu.  Kəbirli  murovuna  şikayət 
edərkən  murov  onu  ağaca  bağlayıb  döymüşdü.  Həmin  hadisəylə 
bağlı  qəza  rəisinə,  hakimə  şikayət  ərizəsi  yazmışdı.  Hakimə 
yazdığı  ərizəsində  Kərbəlayı  İbrahim  Hacı  Fətəli  oğlunu  və 
başqalarını şahid göstərmişdi11.
Hacı  Fətəlinin üçüncü oğlu Əsəd  1838-ci ildə  Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əsədin Zülfüqar adlı oğlu vardı.
Zülfüqar  1873-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Hacı  Fətəlinin  dördüncü  oğlu  Həsən  1847-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
***
Məşədi  Dostuməlinin  ikinci  oğlu  Tahir  1806-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Tahir Gövhərlə ailə qurmuşdu.  Varissiz vəfat etmişdi.
11  ÜQİAAR,  F. 183, Op. 1,  D. 13,  L. 18
246
M əşəd i  S ad ıq   uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylanndan  biri  də  Məşədi 
Sadıq  uşağıdır.  Bu  soyun  ulu  babası  Sadıq  təxminən  1762-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi  Sadığın Abış adlı oğlu vardı.
Abış  1786-cı ildə Şuşa şəhərində doğulmuşdu.  Molla yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağım,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Məşədi Abış  1855-ci ildə vəfat edib.
Məşədi  Abış  Səkinə  ilə  ailə  qurmuşdu.  Sadıq,  Mustafa, 
Cabbar adlı oğlanları,  Şəhrəbanu,  Sona, Əzət adlı qızları vardı.
Sadıq  1817-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Abışın  ikinci  oğlu  Mustafa  1824-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  gəlmişdi.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Şəhərdə Ağa Mustafa kimi tanınırdı.
Ağa  Mustafanın  Nəsir,  Səməd,  Məmməd,  Zülfüqar  adlı 
oğlanları vardı.
Nəsir  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
Ağa  Mustafanın  ikinci  oğlu  Səməd  1856-cı  ildə  Şuşa  şəhə­
rində anadan  olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul 
idi.
Ağa  Mustafanın  üçüncü  oğlu  Məmməd  1858-ci  ildə  Şuşa  şə­
hərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.
Ağa  Mustafanın  dördüncü  oğlu  Zülfüqar  1869-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
247

Məşədi  Abışın  üçüncü  oğlu  Cabbar  1833-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanmda  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Cabbarın Əbdülhüseyn, Paşa adlı oğlanları vardı.
Əbdülhüseyn  1867-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Molla yanmda oxumuşdu.  Ticarətlə məşğul idi.
Cabbarın ikinci oğlu Paşa  1870-ci ildə Şuşa şəhərində anadan 
olmuşdu. Molla yanmda oxumuşdu.  Ticarətlə məşğul idi.
Məşədi Sadıq tayfası
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Sadıq  uşağıdır.  Bu  soyun  ulu  babası  Sadıq  təxminən  1777-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanmda  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi Sadığın Hüseyn adlı oğlu vardı.
Hüseyn  1806-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanmda  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Şəhərdə  Ağa  Hüseyn 
kimi tanmırdı.
Ağa Hüseynin Qasım,  İsmayıl adlı oğlanlan vardı.
Qasım  1826-cı  ildə  Şuşa  şəhərində  dünyaya gəlmişdi.  Molla 
yanmda oxumuşdu.  Ticarətlə məşğul idi.
Qasımın Əbdülhüseyn adlı oğlu vardı.
Əbdülhüseyn  1859-cu  ildə  Şuşa  şəhərində  dünyaya  göz 
açmışdı. Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Ağa  Hüseynin  ikinci  oğlu  İsmayıl  1835-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanmda  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Məşədi Kərimli
Şuşa  şəhərinin  Təbrizli  məhəlləsinin  tanınmış  soylanndan 
biri  də  Məşədi  Kərim  uşağıdır.  Bu  soyun  ulu  babası  Kərim 
təxminən  1801 -ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla
248
yanmda  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Kərimin Baba adlı oğlu vardı.
Baba  1837-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanmda oxumuşdu. Ticarətlə məşğul idi.
Babanın Kərim,  Fərrux, Cəmil, Əsəd adlı oğlanları vardı.
II Kərim  1859-cu ildə ildə  Şuşa şəhərində dünyaya gəlmişdi. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Babanın  ikinci  oğlu  Fərrux  1865-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanmda oxumuşdu. Ticarətlə məşğul idi.
Babanın  üçüncü  oğlu  Cəmil  1869-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanmda oxumuşdu. Ticarətlə məşğul idi.
Babanın  dördüncü  oğlu  Əsəd  1865-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanmda oxumuşdu. Ticarətlə məşğul idi.
***
Biz  Məşədi  Kərimin  kiçik  qardaşını  da  müəyyənləşdirə 
bilmişik.  Bu,  Təbrizli məhəlləsində yaşayan Kərbəlayı Cabbar idi. 
O,  1803-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanmda 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla  torpağını 
ziyarət etmişdi.
Kərbəlayı  Cabbarın  Abbas,  Qulu,  Abutalıb,  Muxtar, 
İmamqulu adlı oğlanlan vardı.
Abbas  1838-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanmda oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  Cabbarın  ikinci  oğlu  Qulu  1841-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanmda  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Cabbarın üçüncü oğlu İmamqulu  1842-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanmda  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Cabbarın  dördüncü  oğlu  Abutalıb  1845-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul  idi.
249

Kərbəlayı  Cabbarın  beşinci  oğlu  Muxtar  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Nəcəfli
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Nəcəf uşağıdır.  Bu  soyun ulu  babası Nəcəf təxminən  1801-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi  Nəcəf  Qızyetərlə  ailə  qurmuşdu.  Hacı,  Ağa,  Abbas 
adlı oğlanları, Pərzad, Fatma adlı qızları vardı.
Hacı  1823-cü  Şuşa  şəhərində  doğulmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə məşğul  idi.
Hacı  1852-ci ildə vəfat edib.
Hacının Süleyman,  Salman adlı oğlanları vardı.
Süleyman  1849-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacının  ikinci  oğlu  Salman  1851-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi Nəcəfin  ikinci oğlu Ağa  1830-cu ildə Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Nəcəfin  üçüncü  oğlu  Abbas  1836-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Abbasın Məmməd adlı oğlu vardı.
Məşədi Pənci uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Pənci uşağıdır.  Bu soyun  ulu  babası  Pəncəli  təxminən  1797-ci  ildə
250
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.  Şəhərdə hamı onu Pənci kimi tanıyırdı.
Məşədi Pəncinin Abdulla adlı oğlu vardı.
Abdulla  1820-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Şəhərdə  baqqal  dükanı 
işlədirdi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Abdullanın Əsəd,  Səməd,  Əhməd,  İbad,  Səfi  adlı 
oğlanları vardı.
Əsəd  1857-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Kərbəlayı  Abdullanın  ikinci  oğlu  Səməd  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı Abdullanın üçüncü oğlu Əhməd  1863-cü ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Abdullanın  dördüncü  oğlu  İbad  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Abdullanın  beşinci  oğlu  Səfi  1867-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Cəfər uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Cəfər  uşağıdır.  Bu  soyun  ulu  babası  Cəfər  təxminən  1781-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağım,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi Cəfərin Əliməmməd,  Məmməd adlı oğlanları vardı.
251

Əliməmməd  1807-ci  ildə Şuşa şəhərində doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Əliməmməd  Fatma  ilə  ailə  qurmuşdu.  Övladlan  haqqında 
bilgi əldə edə bilməmişik.
***
Məşədi  Cəfərin  ikinci  oğlu  Məmməd  1809-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Məmmədin  İmamqulu,  Mütəllim,  Həsənəli  adlı 
oğlanları vardı.
İmamqulu  1843-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İmamqulunun Məmmədhəsən adlı oğlu vardı.
Məmmədhəsən  1871 -ci  ildə  Şuşa  şəhərində  dünyaya 
gəlmişdi. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Məmmədin  ikinci  oğlu  Mütəllim  1844-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Məmmədin  üçüncü  oğlu  Həsənəli  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Ağacan  uşağı (Ələsgərovlar, Şəmslər)
Bu  soyun  ulu  babası  Ağacandır.  Ağacan  təxminən  1761-ci 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı. 
Ticarətlə məşğul idi.
Ağacanın Ələsgər, Ağakişi adlı oğlanları vardı.
252
Ələsgər  1786-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Ələsgər  şəhərdə  «Ceyran»  ayaması  ilə  tanınırdı 
(Xarici görünüşünə görə).
Məşədi Ələsgərin törəməsi Ələsgərov soyadını daşıyır.
Məşədi 
Ələsgərin 
Sadıq, 
Mustafa, 
Mehdiqulu, 
Məmmədqulu, Teymur, Hüseyn, Qasım adlı  oğlanları vardı.
Sadıq  1828-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Ələsgərin  ikinci  oğlu  Mehdiqulu  1838-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Mehdiqulunun Aslan adlı oğlu vardı.
Aslan  1869-cu ildə Şuşa şəhərində doğulmuşdu.
Məşədi  Ələsgərin  üçüncü  oğlu  Mustafa  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Ələsgərin  dördüncü  oğlu  Məmmədqulu  1841-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Məmmədqulunun Salman adlı oğlu vardı.
Salman  1868-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Şəhərdə 
«Ceyranoğlu  Məşədi  Salman» ayaması  ilə 
tanınırdı. 
Pak 
Xorasan 
torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Salman  Müsavat  partiyası  Şuşa 
şöbəsinin rəhbəri  idi.  Onun bu partiyadakı 
fəaliyyətini 
tədqiqatçı-jurnalist 
Vasif 
Quliyev  incələyib. 
O  yazır:  “Seyid
Cəfərin  Şuşa  gizli  Müsavat  təşkilatının 
rəhbəri  Məşədi  Salman  Ələsgərovla  və 
onun  müavini  Adışirin  Fətəliyevlə  salam- 
kəlamı  vardı.  Amma  onların  əksinqilabi 
fəaliyyətlərindən  xəbəri  yox  idi.  Bu
253

adamların  isə  əsas  işi  öz  təşkilatlarına  mümkün  qədər  çox  adam 
cəlb eləmək idi.  Ona görə də onlar yaxından tanıdıqları, ünsiyyətdə 
olduqları  adamları,  ürək  qızdırdıqları  gəncləri  təşkilata  cəlb 
etməklə  saylanm  artırır,  sıralarını  möhkəmləndirirdilər.  Hər 
ikisinin  fikri  dostları  Seyid  Cəfəri  də  Müsavata  cəlb  eləmək  idi. 
Ona görə də bir gün Adışirin Məşədi Salmana dedi:
-Məşədi,  biz  Seyid  Cəfərlə  hər  dəfə  söhbət  edərkən  sən 
fikrini  ona  açıq  demək  istəyirsən,  amma  nədənsə  çəkinirsən.  Sən 
də,  mən  də  hiss  edirik  ki,  onun bizim  işə  marağı  var.  Biz  isə  çox 
vaxt  Seyiddən  bəzi  şeyləri  gizlədirik.  Bilirsən,  örtülü  bazar 
dostluğu  pozar.  Biz  fikrimizi  açıqca  deməliyik.  Gəl  bu  dəfə 
görüşəndə ona bizim təşkilata daxil olmağı təklif edək.
Məşədi Salman dedi:
-  Onda gəl belə bir iş  görək.  Sən onu elə günü bu gün axşam 
özünlə  götür, gəl bizə.  Elə bizdə də məsələni birdəfəlik həll edək, 
istəsə, təşkilata götürək, istəməsə də...
-  Mənə  elə  gəlir  ki,  bu,  elə  onun  ürəyincə  olacaq.  Yaxşı, 
axşam  saat  onda  sizdəyik,  -  deyə  Adışirin  ondan  ayrılıb,  Seyid 
Cəfərin yeməkxanasına yollandı. Yeməkxana müdiri iş başında idi. 
Xoş-beşdən sonra Adışirin fikrini  Seyid Cəfərə söylədi, ancaq əsas 
məsələni deməyi axşama saxladı.
Saat  on  radələrində  Seyid  Cəfər  yeməkxananın  qapısını 
bağlayıb,  Adışirinlə  Məşədi  Salmanın  evinə  getdi.  Ev  yiyəsi  çay 
stolu 
arxasında 
qonaqlarım 
gözləyirdi, 
guya, 
onlann 
gələcəklərindən xəbəri yoxmuş kimi:
-  Ay  xoş  gəlmisiniz,  xoş  gəlib,  səfa  gətirmisiniz!  Balam, 
sizdən çıxmaz iş,  siz hara,  bura  hara,  deyəsən,  yol azmısmlz? Gün 
hardan  çıxdı belə?  Buyurun,  oturun!  - deyə onlara əyləşməyi təklif 
elədi.
-  Bəli, yol  azmışıq,  elə  Seyidnən havamızı  dəyişirdik, dedim 
ki, bir Məşədiyə baş çəkək,  görək neyniyir,  -  deyə bic-bic Məşədi 
Salmana göz-qaş elədi.
Onlar  xeyli  söhbətdən  sonra  əsas  mətləbə  keçmək  üçün 
körpü  yaratmağa  çalışırdılar.  Məşədi  Salman  üzünü  Seyid  Cəfərə 
tutub:
254
-  Seyid,  heç  yaşamalı  dövran  deyil.  Hayıf deyildimi  keçmiş 
zamanlar? Dərd yox,  qəm yox, heç nəyin fikrini çəkmirdik. İndi  isə 
həyat  bizi  burdan-ora,  ordan-bura  atır.  Elə  sənin  özünü  götürək. 
İnqilabdan  qabaq  çayçı  işləyirdin,  sonra  təzə  hökumət  səni  gah 
milis şöbəsində milis,  gah qazamatda nəzarətçi vəzifəsində  işlətdi. 
Heç  nədən  səni  vəzifədən  uzaqlaşdırdılar.  Heç  özün  də  bilmədin 
nəyə  görə.  Sonra  həyat  səni  Laçına  atdı.  Orda  da  duruş  gətirə 
bilmədin və yenə də  qayıdıb  gəldin Şuşaya.  Bu  isə  yaşamaq deyil, 
sürünməkdir.  Gəlin  adam  kimi  yaşamaq  üçün  bir  yol  arayıb- 
axtaraq.  Bu  hökumətin  axırına  çıxmasaq,  bizim  kimilərinə  gün- 
dirrik  yoxdur,  -  sözünü  təsdiqləmək  üçün  üzünü  Adışirinə  tərəf 
döndərdi.
Seyid  Cəfər  dinməzcə  oturub,  Məşədi  Salmanı  dinləyirdi, 
Nəhayət, o, belə bir sual verdi?
-  Bu  hökumətin  axırma  necə  çıxmaq  olar,  Məşədi?  Top- 
tüfəng  onda,  güc-qüvvə  onda,  ucu-bucağı  da  görünməyən  nəhəng 
bir dövlətdir.  Bu boyda dövlətə biz neyniyə bilərik?
-  Çobanın  könlü  olsa,  təkədən  pendir  tutar,  Seyid, 
eşitməmisən bu atalar sözünü? Bizim də istəyimiz, qeyrətimiz olsa, 
sözü  bir  yerə  qoysaq,  dağı  dağ  üstə  aşırarıq.  Bir  də  ki,  qaldı 
hökumətin  axırma  çıxmaq,  bu,  səndən,  məndən,  Adışirindən, 
minlərlə  bizim  kimilərindən  asılıdır.  Birləşib,  əl-ələ  verməli, 
hakimiyyətə  qarşı  üsyan  qaldırmalıyıq.  Səndən  gizlətmirəm, 
Azərbaycanın  hər  yerində,  o  cümlədən,  bax,  bizim  bu  Şuşada  da 
gizli  əksinqilabi  üsyançı  təşkilat  var?  Üzvləri  də  hələlik  kifayət 
qədərdir.  Ancaq  çalışırıq  ki,  sayımızı  daha  da  artıraq,  daha  da 
güclənək.  Sən  də  təşkilata  girsən,  lap  yaxşı  olar,  nə  qədər  çox 
olsaq, qarşımıza qoyduğumuz məqsədə də tez çatarıq.
Söhbətə  qarışan  Adışirin  də  Məşədi  Salmanın  sözlərini 
təsdiqləyir, onun sözlərinə qüvvət verirdi:
-  Seyid,  bircə  onu  bilirəm  ki,  gec-tez,  özü  də  lap  yaxınlarda 
Sovet  hakimiyyəti  yıxılacaq,  nəticədə  şəxsi  mülkiyyət  bərpa 
olunacaq,  ticarət  azad  olacaq  və  biz  də  adam  kimi  yaşayacağıq. 
Sağlıq olsun, o günlər o qədər də uzaqda deyil.
255

...  Seyid  Cəfər  çoxları  kimi  mövcud  hakimiyyətdən  narazı 
olsa  da,  bunu  heç  kimin  yanında 
biruzə  vermirdi.  Ancaq  dostlarının 
indiki  açıq-saçıq  söhbətləri  onu 
yerindən eləmişdi.  Məşədi  Salmanla 
Adışirin  də  artıq  hiss  eləmişdilər ki,
Seyid  Cəfərlə  bu  barədə  o  qədər də 
də  çox  danışmaq  lazım  deyil,  çünki 
elə  söhbətin  əvvəllərindən  onlann 
fikirləri,  baxışlan  üst-üstə  düşür.
Ona  görə  də  Məşədi  Salmanın 
“Müsavat”  təşkilatının  üzvü  olmaq 
istəyirsənmi?”  -  sualına  Seyid  Cəfər 
“Əlbəttə,  siz  daş  qoyan  yerə  mən 
baş  qoyaram”  -  deyə  cavab  verdi  və 
həmin  gündən  təşkilatın  üzvü  olduğunu  bildirdi.  Və  beləliklə, 
1927-ci  ildən  Seyid  Cəfər  Ağamirov  Müsavatın  Şuşa  təşkilatına 
girdi.
Bir neçə gündən sonra Məşədi Salman Seyid Cəfəri dükanına 
dəvət elədi.  Maddi  kömək  məqsədilə  müntəzəm  olaraq ona hər ay 
ya on, ya da iyirmi  manat verəcəyini bildirib, otuz arşın bez və otuz 
manat da pul verdi.
Bütün  göstəriş  və  tapşırıqları  Məşədi  Salman  Ələsgərovdan 
və  Adışirin  Fətəliyevdən  alan  Seyid  Cəfər  Ağamirov  gizli 
fəaliyyətə  başladı.  Məşədi  Salman  ona  misdən  düzəldilmiş  iyinni 
yeddi  ədəd  nişan  verdi  ki,  onları  gələcəkdə  təşkilata  cəlb  edəcəyi 
üzvlərə paylasın”.
Məşədi  Salman  Zinyətxanımla  ailə  qurmuşdu.  Səttar,  Hacı, 
Zahid,  Ənvər  adlı  oğlanları,  Kübra,  Sürəyya,  Səmayə  adlı  qızları 
vardı.
Səttar -  16 yaşında rəhmətə gedib, subay olub.
Məşədi  Salmanın  ikinci  oğlu  Hacı  Şuşa  şəhərində  anadan 
olmuşdu.  APİ  -  (M.F.  Axundov  adına)-nın  kimya-bilogiya 
fakültəsini 
bitirmişdi. 
Ağdamda 
müəllim 
kimi 
fəaliyyət 
göstərmişdi, müharibə  iştirakçısı olmuşdu.
256
Məşədi  Salmanın  üçüncü  oğlu  Zahid  Şuşa  şəhərində  anadan 
olmuşdur,  həkimdir.  Zahid  ailəli  idi.  Yoldaşı  Həlimə  xanım  göz 
həkimi idi, övladlları Namiq, Ofelya, Xuraman, Tamilla,  Səmayə.
Məşədi  Salmanın  dördüncü  oğlu  Ənvər  Şuşa  şəhərində 
anadan  olmuşdu.  BDU-nun  riyaziyyat  fakültəsini  bitirib,  II  Dünya 
Müharibəsinə getmişdi. Cəbhədən qayıtmayıb.
Tofıqə  Hüseyn  qızı  Qurbanova 
ilə  həyat  qurub.  İlham  adlı  oğlu, 
Çimnaz,  İradə,  Mətanət,  Nəsibə, 
Gülşən, Rəsmiyə adlı qızları var.
İlham  1958-ci  ildə  Ağdam 
şəhərində 
doğulmuşdu. 

№-li 
məktəbdə  8 il, Bakı kimya təmayüllü 
məktəbdə 

il 
oxumuşdu. 
Ukraynanın  Novoçerkassk  şəhərində 
Politexnik instituta qəbul olmuşdu.  1- 
ci  kursun  sonunda  istehsalat-sənaye 
təcrübəsi  keçdiyi  vaxt  Don  çayında 
boğulmuşdu.  19 yaşının içində idi.
Nəsibə  (1961)  ATU-ni  bitirib,  ailəlidir.  Həyat  yoldaşı 
Azadəliyev Pənah,  oğlanları  Elvin,  Elnur.  Hal-hazırda Almaniyada 
yaşayırlır. Uşaqlar orda universitetedə oxuyur.
Hacının böyük qızı Çimnaz Ağdam şəhərində dünyaya  gəlib. 
APİ-ni  bitirib.  Həyat  yoldaşı  Mustafayev  Rövşən  (1949) 
“Azdövlətsutəzlayihə”  institutunda  baş  mühəndis  vəzifəsində 
çalışır.  3 övladı  var:  Anar,  Günay və Vüsalə.  Anar APU-ni, Günay 
isə  APİ  (Axundov  adına)  bitirib.  Anarın  1,  Günayın  2  oğlu  var. 
Vüsalə subaydır,  1  №-li tibb məktəbini bitirib.
Hacının  ikinci  qızı  İradə  12  noyabr  1956-ci  ildə  Ağdam 
şəhərində  anadan  olmuşdur.  1963-73-cü  illərdə  Ağdam  1  №-li 
məktəbdə  təhsil  almış,  1972-73-cü  illərdə  keçirilən  Respublika 
riyaziyyat  olimpiadasının  qalibi  olmuşdur.  1973-cü  ildə  mərhum 
prezidentimiz  H.  Əliyevin  təşəbbüsü  ilə  SSRİ-nin  şəhərlərinə 
göndərilən  tələbələrin  ilk  dəstəsi  ilə  Ukraynanın  Lvov  şəhərinə  -
257

U.  Federov  adına  Ukrayna  poliqrafiya  İnstituna  təhsil  almağa 
getmiş,  1978-ci ildə təhsilini başa burub vətənə qayıtmışdır.
1978-ci  ildən  indiyə qədər bu sahədə (30  ildir) çalışır,  “Yeni 
kitab”  mətbəəsində  sex  ustası,  baş  mühəndis  kimi  çalışıb.  Dövlət 
Nəşriyyat  Komitəsində  yeni  texnika  və  texnologiya  üzrə  baş 
mühəndis,  “Komnumist”  (indiki  Azərbaycan  nəşriyyatında) 
“Texniki  nəzarət  şöbəsinin  rəisi”  (15  il)  vəzifələrində  çalışmışdır. 
Axırıncı  15 ildə istehsalat şöbəsinin rəisi vəzifəsini yerinə yetirir.
2005-ci  ildən  əsas  işi  ilə  yanaşı  BDU-nun  “Kitabşünaslıq  və 
nəşriyyat  işi”  kafedrasının  dəvəti  ilə  “Poliqrafiyanın  texnika  və 
texnologiyası”,  “Nəşrin  redaktor  hazırlığı”,  “Redaktəetmə”, 
“Texniki  redaktə”,  “Kitabın  bədii  və  texniki  tərtibatı”  kimi 
fənnləri  tədris  edir.  Azərbaycandan  başqa  İran  və  Gürcüstan  kimi 
dövlətlərdə  də  nəşr  olunan  30-dan  çox  elmi  məqalənin,  “Kitabın 
bədii  və  texniki  tərtibatı”  fənni  üzrə  ali  məktəb  proqramının  və 
eyni  adlı  dərsliyin  müəllifidir.  “Azərbaycan  kitabının  bədii  və
258
texniki tərtibatı  məsələləri”  mövzusunda yazdığı dissertasiya tarixi 
Azərbaycan  ərazisində  yazı,  əlifba  meydana  gələndən  bu  günə 
kimi  Azərbaycan  kitabının  tərtibat  problemlərini  əhatə  edir, 
hazırda dissertasiyaya yekun vunnaq ərəfəsindədir.
İradə  Ələsgərova  Məzahir  Xəlil  oğlu  Əfəndiyevlə  (Dövlət 
mühafizə  xidmətində çalışır,  polkovnikdir)  31  ildir ki  həyat qurub. 
Zaur adlı oğlu, Nigar adlı qızı var.
Nigar  Məzahir  qızı  Əfəndiyeva  1  №-li  riyaziyyat  litseyini, 
sonra  Dövlət  İqtisad  Universitetini  bitirib  (2004-2008).  2008-ci 
ildən  universitetin  magistr  pilləsinə  qəbul  olunub.  Hazırda  2-ci 
kursdadır.
Zaur  ADU-ni  bitirib,  hərbi  borcunu  yerinə  yetirib,  hazırda 
bizneslə məşğuldur.
“Nikoyl” bankda mühasib işləyir.
Hacının  üçüncü  qızı  Mətanət  7  iyun  1960-cı  ildə  Ağdam 
şəhərində  dünyaya  gəlib.  1967-ci  ildə  Ağdam  şəhər  1  №li  orta 
məktəbinə daxil olmuş  1975-ci ilə qədər orada oxuyub.  1975-1977- 
ci  illərdə  Bakı  şəhərində  kimya-biologiya  təmayüllü  təhsilini 
davam  etdirib.  Ali  məktəbə  qəbul  olmaq  cəhdləri  uğursuzluqla 
nəticələndikdən  sonra  Ağdam  şəhərində  xalça  fabrikində  toxucu 
işləmiş,  sonra  Bakı  şəhərində  “Azərdövlətsutəslayihə”  institunda 
əvvəlcə 
“Tərtibat” 
şöbəsində, 
Azərbaycan  Dövlət  İnşaat 
Mühəndisləri  İnstitutunun  “hidromeliorasiya”  fakültəsinə  qəbul 
olunduqdan  sonra  1979-cu  ildən  isə  “Layihə”  şöbəsində  mühəndis 
təyin edilib və bu günə qədər də orada işləyir.
1988-ci  ildə  Elşən  Rəhim  oğlu  Ruhi  ilə  ailə  qurub.  Şahlar 
adlı oğlu, Günel və Fidan adlı qızları var.
Günel  Ruhi  1991-ci  ildə  anadan  olub,  20  saylı  orta  məktəbi 
bitirib. Ali məktəbin qəbul imtahanlarınna  hazırlaşır.
Mətanət  Ruhinin  ikinci  qızı  Fidan  Ruhi  20 saylı  məktəbin  1- 
ci sinfində oxuyur.
Məşədi  Ələsgərin  beşinci  oğlu  Teymur  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
259

Məşədi  Ələsgərin  altıncı  oğlu  Hüseyn  1860-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Ələsgərin  yeddinci  oğlu  Qasım  1866-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmUşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
* *  *
Ağacanın  ikinci  oğlu  Ağakişi  1802-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Ağakişi  1847-ci ildə Təbrizə köçmüşdü.
Məşədi  Ağakişi  Nənəşlə  ailə  qurmuşdu.  Ağacan  adlı  oğlu
vardı.
II  Ağacan  Şuşa  şəhərində  doğulmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi-mükərrəmi 
ziyarət etmişdi.
Hacı  Ağacan  valideynləri  ilə  birlikdə  Təbriz  şəhərinə 
köçmüşdü.
Hacı Ağacanın Nəcəfqulu,  Həsən adlı oğlanları vardı.
Nəcəfqulu  Təbriz  şəhərində  dünyaya  gəlmişdi.  Mükəmməl 
mədrəsə  təhsili  almışdı.  Savadlı  olduğundan  dolayı  mirzə  ünvanı 
daşıyırdı.  Şair  idi.  Şəms  Zakir  təxəllüsü  daşıyırdı.  Təzkirəçi  M. 
Müctəhidzadə  «Riyazül-aşiqin»  adlı  təzkirəsində  yazır:  «Şəmsi- 
bürci-imamət 
və 
gülguni-qəbayi-ərseyi-şəhadət 
Həzrəti-Əli 
Abdulla əleyhsəllama özünü nökər hesab edən cənabın ismi-səmisi 
mərhum  Hacı  Molla  Nəcəfqulu  Qarabağidir  ki,  bədayət  sinnində 
pedəri  Kərbəlayıi-Ağakişiyi(əslində  babasıdır  -  Ə.Ç.)  -məğfurun 
hüzurunda  vətəni-əslisindən  qəti-əlaqə  edib  qürbət  ixtiyar  eylədi. 
Dərüssəltənəyi-Təbrizdə  sakin  olduqdan  sonra  Ətəbati-alidəracata 
şərəfyab  olur  və  bədə  müraciət  edib  həman  şəhərdə  rövzəxanlıq 
ilə məşğul olur. Bir müddətdən sonra beməzmuni:
Hədise-qolsetan  morqe-çəmənra dər fəğan avərd,
Qəribəm əz vətən hərfi məqundəm,  məqundəm.
260
Vətəni-məlufa rucu edib bir az məks etdikdən sonra Gərzənə 
şəhərinə  azim  olub  bəd  dübarə  Təbrizə  övdət  buyurub  həma 
məkanda  hicrəti-nəbəviyyənin  1321  sənəsində  şəmsi-əmri  zəval 
edib  məqribi-fənaya  baş  çəkiyor.  Xülasə,  sahibi-kəlamdır.  Bürci- 
xatirindən tülu edən bu bir qəzəldir ki, izbar olundu. 
Həsrəti-ləli-ləbin könlüm edib qan\
Qəmü ənduhla keçdi mənə dövran sənsiz.
Ey gözüm nuri, iraq olma gözümdən bir dəm, 
Əşki-çeşmimlə tutar aləmi tufan sənsiz.
Laləzarü çəmənü bağə könül meyl etməz,
Dəf qılmaz qəmi-dil seyri-gülüstan sənsiz.
Oldu divanə könül sərv qədindən ayrı,
Tutmuşam Qeyssifət rahi-biyaban sənsiz.
Cənnətim gülşəni-ruyindi, ləbin abi-həyat,
Neylərəm qəsri-cinan, ey şəhi-xuban, sənsiz?
Könlümü etdi müsəxxər sipəhi-dərdi-fərağ,
Payimali-qəm olub bu dili-viran sənsiz.
Rüxsarına müştaqdı bu Şəmsiyi-zar,
Nə rəva həsrəti-ruyində verə can sənsiz?»
Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab şair Şəms haqqında 
yazır:  «Cənab  Axund  Mirzə Nəcəfqulu  Hacı  Ağacanın  oğlu,  o  da 
mərhum 
Məşədi  Ağakişinin  oğludur. 
Qarabağ  vilayətinin 
əhalisindəndir və  Şuşada anadan olub. Bir neçə il əvvəl  bütün köç- 
külfətiylə  bərabər  Təbrizə  köçübdür.  Orda  evlənib,  oğul-uşaq 
sahibi  olur.  Sonradan-  səkkiz  il  olar  ki  yenidən  Qarabağa  köçüb 
gəliblər.  İndi  Şuşadadır.  Yaşı  həştad  (səksən),  bəlkə  də,  bir-iki  il 
artıq olar.  Peşəsi  rövzəxanlıqdır, ərəbcə,  farsca savadı var. Hərdən 
şeir  də  deyir.  Heyf  ki,  şeirləri  pərakəndədir,  divanı  yoxdur. 
Aşağıdakı  qeyd  olunmuş  şeirləri  o  özü  gətirib  (Məclisi) 
«Fəramuşan»  da  mənə  təhvil  verdi  ki,  təzkirəyə  yazılsın,  onlar  da 
yazıldı. Təxəllüsü Şəms Zakirdir» 1.
Mirzə  Nəcəfqulu  Şəmsin  "Şirzad"adlı  məhəbbət  məzmunlu 
şeiri var.
261

İsmayıl 
Şəms 
babası 
haqqında  yazırdı:  “Ulu  babam 
Kərbəlayı  Ağakişi  (Hacı  Ağacan
Ə.Ç.) 
Qarabağın 
Şuşa 
şəhərində  doğulub.  Onun  iki 
oğlu  var  idi.  Böyüyü  Mirzə 
Nəcəfqulu,  kiçiyi  Mirzə  Həsən 
adlanırdı.  Onların  ikisi  də  ibtidai 
məktəbi  Şuşada  bitiriblər.  Mirzə 
Nəcəfqulu  dini  elmləri  oxumaq 
üçün  Təbrizə  getmiş,  ordakı 
müctəhidlərin 
yanında 
təhsil 
alaraq,  müctəhidlik  məqamına 
yüksəlib.  Təbriz  ruhanilərdən 
olan  Musəvilər  ailəsindən  evlənmişdir.  Mirzə  Həsən  isə  xoş  xətti 
və  inşası  olduğu  üçün  Tehrana  getmişdir.  Onun  bundan  əlavə  xoş 
səsi olmuş və Qarabağda çox məşhur olan xanəndə Qaryağdıya tay 
hesab  etmişlər.  Tehranda  Nəsrəddin  şah  Qacar  onun  səsini  və 
münşiliyini eşidib, öz dərbarında xidmətə götürüb.  Beləliklə,  Mirzə 
Həsən  həm  şahın  nədimi,  həm  də  xüsusi  münşüsü  kimi  xidmət 
etməyə  başlamışdır.  Bir  neçə  müddətdən  sonra  şaha  xəbər 
vermişlər  ki,  şahın  bacısı  Mirzə  Həsənə  ərə  getmək  istəyir.  Şah 
qəzəblənmiş və ona məşhur “qəcər aşı”  içirdib öldürmüşdür.
Mirzə  Nəcəfqulu  və  onun  anası  bu  xəbəri  eşitdikdə  artıq 
Təbrizdə  qala  bilməmiş  və  ailəsi  ilə  Qarabağa  qayıtmışdır.  Mirzə 
Nəcəfqulu  Şuşadan  Dağıstana dəvət edilmiş, Qroznıda şiələrin  dini 
xadimi olmuşdur”.
Mirzə Nəcəfqulunun törəmələri  Şəms soyadını daşıyırlar.
Mirzə Nəcəfqulunun Qasım adlı oğlu vardı.
Qasım  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  İsmayıl  Şəms  atası 
haqqında  yazırdı:  “Mirzə  Nəcəfqulunun  oğlu  Mirzə  Qasım  ibtidai 
müsəlman və rus məktəblərini  bitirdikdən sonra Şuşada yaşayan bir 
diş  həkimi  yanında  şəyird  olub  bu  sənəti  öyrənmişdir.  Mirzə 
Nəcəfqulunun digər oğlu Mirzə Hüseyn də həmin həkimin yanında 
bu  sənəti  öyrənmişdir.  İran  məşrutə  inqilabından  əvvəl  Qarabağda
262
vəba xəstəliyi yayıldığına görə Mirzə Nəcəfqulu təbrizli yoldaşı və 
iki  oğlu  ilə  Təbrizə  qayıdırlar.  Mənim  atam  Mirzə  Qasım  Təbrizə 
gəldikdə  onun  19  yaşı  var  imiş.  Mirzə  Nəcəfqulu  Təbrizdə, 
“Xiyaban” məhəlləsində bir həyət almışdı. Atam və əmim orda diş 
həkimi  işləməyə  başlamışlar.  Atamın  dediyinə  görə  o  zaman 
Təbrizdə  diş  həkimi  yox  imiş.  Hələ  məşrutə  inqilabı  başlamamış, 
Təbrizdə  Məmmədəli  mirzə  vəliəhd  idi.  O,  atamın  və  əmimin  diş 
həkimi  olduqlarını  eşidib,  onları  dərbarda  diş  həkimi  olmağa 
çağırmış,  atama  “Müsənnin  Hüzur”  və  əmimə  “Müsənnin  Divan” 
ləqəblərini  vermişdir.  Bu  zaman  Təbrizdə  məşrutə  inqilabi 
başlamışdı.  Atam  Qafqazdan  gəlmiş  və  rus  vətəndaşı  olmasına 
baxmayaraq,  inqilabda  gizlicə  iştirak  etməyə  başlamışdır.  O, 
inqilab  rəhbərləri,  o  cümlədən,  Siqətül-İslam,  Mirzəli  Davafüruş, 
Səttar xan,  Bağır xan və sairlərlə yaxından tanış olmuş və inqilabda 
iştirak  etmişdir.  Atamın  dediyinə  görə,  inqilab  rəhbərləri  bütün 
sənədləri bizim evdə saxlayırdılar”.
Mirzə Qasımın İsmayıl adlı oğlu vardı.
İsmayıl  Şəms  Mirzə  Qasım  oğlu  1912-ci  ildə  Təbriz 
şəhərində  dünyaya  göz  açmışdı.  O,  tərcümeyi-halında  ulu  babası 
Kərbəlayı  Ağakişinın  əslən  Qarabağın  Şuşa  şəhərindən  olduğunu 
və atası Mirzə Qasımın  19 yaşında olarkən babası Mirzə Nəcəfqulu 
ilə  birlikdə  Təbrizə  köçdüyünü  və  “Xiyaban”  məhəlləsində 
məskunlaşdığını  yazır.  İsmayıl  Şəmsin  atası  peşə  etibarı  ilə  həkim 
(diş  həkimi) olmuş və bir müddət vəliəhd  Məhəmmədəli  mirzənin 
sarayında 
işləmişdi. 
İbtidai 
və  orta 
təhsilini 
Təbrizdəki 
“Təməddün”  və  Firdovsi  adına  orta  məktəbdə  başa  vuran  İsmayıl 
Şəms  ali  təhsilini  Tehran  universitetində  almışdı.  Atası  oğlunu 
həkim  görmək  arzusunda  olsa  da,  o,  hüquq  ixtisasını  seçmiş  və 
universiteti  bitirdikdən  sonra  gömrük  idarəsində  fəaliyyətə 
başlamışdı.
1941-ci  ilin  avqust  ayında  müttəfiq  qoşunların  İrana  girməsi 
və  Rza  şah  diktaturasının  süquta  uğraması  ilə  İsmayıl  Şəmsin 
həyatında yeni  dövr başlanır.  Belə ki,  həmin  mərhələdə  İranda,  ilk 
növbədə  isə  Güney  Azərbaycanında  xalq  hərəkatı  geniş  vüsət 
götürdü.  İsmayıl  Şəms  bu  zaman  Tehrandan  Təbrizə  qayıdaraq  öz
263

həmməsləkləri  ilə  birlikdə  Güney  Azərbaycanının  Tehranın 
iqtisadi-siyasi  və  mədəni  asılılığından  qurtarması  yönündə 
fəaliyyət  göstərən  “Azərbaycan  cəmiyyəti”nin  təşkilində  və 
“Azərbaycan”  adlı  milli  ruhlu  qəzetin  nəşrində  fəal  iştirak  edir. 
İsmayıl  Şəms  sonralar  bu  barədə  öz  xatirələrində  yazırdı:  “ Sovet 
qoşunları  Təbrizi  aldıqdan  13  gün  sonra  fürsətdən  istifadə  edərək 
bir  neçə  həmfikir  yoldaşlarında  “Azərbaycan  cəmiyyəti”ni  təşkil 
edərək  məşrutə  zamanı  atamın  dostu  olmuş  Əliqulu  Səfərin  nəşr 
etdiyi  “Azərbaycan”  qəzetini  həmin  forma  və  quruluşda-atamm 
vəsiyyətinə  əməl  edərək  cəmiyyətin  orqanı  kimi  nəşr  etməyə 
başladım”.
Qeyd edək ki,  “Azərbaycan cəmiyyəti” qısa müddətdə  (cəmi 
6  ay)  fəaliyyət  göstərsə  də,  milli  oyanışda,  xalqın  istək  və 
arzulanna  uyğun  siyasi,  iqtisadi,  mədəni  tələblər  irəli  sürməkdə, 
ən  başlıcası,  xalqı  milli  mücadiləyə  səfərbər  etməkdə  önəmli  rol 
oynadı.  “Azərbaycan  cəmiyyəti”nin  fəalliyətini  özü  üçün  ciddi 
təhlükə  sayan  Tehran  hökuməti  bütün  təxribat  vasitələrindən 
istifadə  edib  cəmiyyətin  və  onun  orqanı  olan  “Azərbaycan” 
qəzetinin  qapadılmasına  nail  oldu.  Bundan  sonra  cəmiyyətin 
yaradıcılarının  təqibi  başlandı.  Seyid  Ziyanın  başçılıq  etdiyi  icma 
tərəfindən terror olunmaq  təhlükəsi  qarşısında qalan İsmayıl  Şəms 
gizli  fəaliyyətə  keçməyə,  hətta  bir  müddət  Təbrizi  tərk  etməyə 
məcbur olur.
O,  1940-cı  illərin əvvəllərində Tehranda  “Ajir” qəzetini  nəşr 
edən  böyük  öndər  Seyid  Cəfər  Pişəvəri  və  onunla  həmfikir  olan 
azərbaycançı  insanlarla  tanış  olur.  İstedadlı  jurnalist  olan  İsmayıl 
Şəms  “Ajir”  qəzetinin  çapında  Kərim  Kəşavərz,  Firudin  İbrahimi 
ilə birlikdə Pişəvərinin yaxın köməkçilərindən olur.
İsmayıl Şəmsin təşkilatçılıq bacarığı və siyasi jurnalistikadakı 
istedadı  “21  Azər”  inqilabı  və  Azərbaycan  Milli  Hökuməti 
dövründə  özünü  daha  qabarıq  şəkildə  göstərdi.  O,  Azərbaycan 
Milli Hökumətini  qorumaq  üçün əldə silah  fədailər sırasında olmuş 
və  bir  müddət  Azərbaycan  Demokratik  Firqəsinin  orqanı  olan 
“Azərbaycan”,  sonra  isə  Azərbaycan  Milli  Məclisinin  orqanı  olan 
“Azad  millət”  qəzetlərinin  redaktoru  olmuşdur.  Bununla  yanaşı.
264
İsmayıl  Şəms  ali  təhsilli  hüquqşünas  kimi  Azərbaycan  Ali 
Məhkəməsinin  və  “Müsadirə  Komissiyası”-nm  üzvü  kimi 
fəaliyyət  göstərmişdir.  Konstitusiya  Komissiyasında  o,  Firudun 
İbrahimi  ilə  bərabər  komissiya  sədri  Pişəvərinin  müavinlərindən 
biri  olmuşdur.  İsmayıl  Şəms  Azərbaycan  Milli  Konqresinin  və 
Azərbaycan 
Milli 
Məclisinin 
iştirakçısı 
olmaqdan 
əlavə, 
Azərbaycan  Demokratik  Firqəsi  Mərkəzi  Komitəsinin,  Təftiş 
Komissiyasının  üzvü  kimi  fəxri  vəzifələrdə  çalışmış,  Təbriz 
partiya təşkilatlarından birinin sədri olmuşdur.
İsmayıl  Şəms  1945-46-cı  illərdə  “Azərbaycan”,  “Azad 
Millət”  qəzetlərində  çap  etdirdiyi  məqalələri  ilə  oxucuların  dərin 
rəğbətini  qazanmışdı.  Bütün  bunlarla  yanaşı,  İsmayıl  Şəms  ədəbi 
yaradıcılıq və tərcümə ilə də məşğul olub.
Bir  sözlə,  İsmayıl  Şəmsin  1941-1946-cı  illərdə  Güney 
Azərbaycanmdakı  çoxşaxəli  siyasi,  elmi  və  bədii  fəaliyyəti  onun 
həyat salnaməsinin dəyərli səhifələrini təşkil edir.
Azərbaycan  Milli  Hökumətinin  süqutundan  sonra bir müddət 
Təbrizdə,  sonra  isə  Tehranda gizli  yaşamağa  məcbur olan  İsmayıl 
Şəms  1948-ci  ildə  vətəni  həmişəlik  tərk  edib,  Sovet  İttifaqına 
pənah  gətirir  və  siyasi  xadim  kimi  sovet  qanunları  əsasında  siyasi 
sığınacaq  istəyir.  Lakin  ona  siyasi  sığınacaq  əvəzinə  əvvəl 
Türkmənistanda, sonra isə Tacikistanda “şübhəli şəxs” kimi zindan 
sığınacağı verilir.
İsmayıl  Şəms  85  illik  yubileyi  münasibəti  ilə  verdiyi 
müsahibədə  bu  barədə  deyirdi:  “Bizi  sərhədçilərin  post  zindanına 
apardılar.  Bir  gecə  qaldıqdan  sonra  başqa  posta  və  daha  sonra 
Aşqabada  aparıb  təhlükəsizlik  idarəsinin  zindanına  saldılar. 
Müstəntiq  bir  nəfər  türkmən  idi.  O  mənə  dedi  ki,  biz  sənin 
haqqında  İrandan,  Moskvadan  və  Bakıdan  arayış  almışıq,  tezliklə 
azad  olacaqsan.  Lakin  iki  aydan  sonra həmin  müstəntiqi  Mirzoyan 
adlı  bir  erməni  əvəz  etdi.  O,  məni  casusluqda  suçladı...  Mən  ona 
“sən  özün  casussan”  dedikdə  o  mənim  üzümü,  gözümü  al  qana 
qərq  etdirdi  və  kameraya  göndərdi.  İki  il  orda  saxlanıldım...  O 
məni  hər  gün  saat  9-da  yanma  çağırır,  saat  12-də  kameraya 
göndərirdi.  Axşamlar  yenə  də  saat  12-də  çağırtdırır,  saat  3-dək
265

sorğu-suala  tuturdu.  Erməni  müstəntiq  dəfələrlə  məni  karserə 
göndərdi...  Karser  bir  nəfərlik,  yeri  beton,  su  buraxılmış  otaq  idi. 
Oturmaq  və  yatmaq  üçün  heç  bir şey  yox idi.  Fəqərə  sümüyümdə 
ağrılar  başlandı,  “spandulos”  xəstəliyinə  tutuldum...  Həm in 
müstəntiq  bir  gün  mənə  dedi:  “Mən  Şuşadakı  erməni-müsəlman 
davasından  qaçmış  ermənilərdənəm.  Sənin  atan-baban  Şuşadan 
olduğuna görə səndən intiqam alıram”.
İsmayıl  Şəms  öz  xatirələrində  məşəqqətli,  əzab-əziyyətli 
zindan  günlərini  təsvir  etdikdən  sonra  yazır:  ”Bir  gün  məni 
düşərgənin  rəisi,  polkovnik  yanına  apartdırdı.  O  mənə  dedi:  - 
Moskvadan  göstəriş  almışıq  ki,  səndən  üzr  istəyib,  Tacikistana 
göndərək.
Məni  hamama  göndərib,  paltar  verdilər.  Sabahı  gün  bir 
zabitin  müşayiəti  ilə  Tacikistana  yola  salındım...  Toxuculuq 
fabrikinin yataqxanasında yaşäyış yeri verdilər.  Vətəndən uzaqda -  
Tacikistanda  beş  il  yaşayıb,  orda  redaktor,  tərcüməçi,  müəllim 
işlədim.  Yalnız  beş  ildən  sonra-1954-cü  ildə  Moskvanın 
“mərhəməti  ilə”  sürgündən  azad  olunub,  Bakıya  öz  məslək 
dostlarımın yanma gələ bildim”.
O,  Bakıya gəldikdən  sonra,  ilk  növbədə,  köhnə  stajla doğma 
fırqənin mühacirət dövrü həyatında fəal iştirak edir.
İsmayıl  Şəms  uzun  müddət  nəşriyyat  işində  çalışır,  1960-cı 
ildən yatağa düşənədək isə  Bakı Dövlət Universitetində ərəb dilini 
tədris  edir  və  ərəb  dili  üzrə  kadr  hazırlanması  sahəsində 
yorulmadan çalışır.
İsmayıl  Şəms  respublikamızda  ərəb  və  fars  dilində  olan  bir 
sıra  ədəbi  abidələrin  mahir  tərcüməçisi  kimi  tanınır.  O,  Bakıda 
yaşadığı  dövrdə  elmi-pedaqoji  fəaliyyətlə  yanaşı,  “Özbək 
ədəbiyyatı  antologiyası”m,  macar  yazıçısı  Moir  Yokainin  “Sarı 
gül”  romanını,  M.  Qorkinin  əsərlərinin  II  cildini,  Sədi  Şirazinin 
“Gülüstan”ını,  Hüseyn Cavidin əsərlərinin dördüncü cildində “Fars 
məktubları”nı, 
Məhəmmədəli 
Tərbiyətin 
“Daneşməndan-e 
Azərbaycan” təzkirəsini, Zərdüştün  “Avesta”sının birinci cildi olan 
“Qatlar  kitabı”nı  dilimizdə  çap  etdirmişdir.  Bundan  əlavə,  İsmayıl
266
Şəms “Ərəb dili və qrammatikası” kimi qiymətli bir dərs vəsaitinin 
müəllifidir.
Güneydəki  milli  demokratik  hərakatın  fəal  iştirakçısı  və 
rəhbərlərindən  biri  olan,  elmimizə  və  təhsilimizə  layiqli  töhfələr 
vermiş İsmayıl  Şəms  2008-ci  il  yanvarın  19-da  Bakıda  “Albalılıq” 
adlanan  yerdə  kasıb,  yarıqaranlıq,  rütubətli,  heç  bir  kommunal 
xidməti  olmayan  bir  komada  kimsəsiz  bir  şəraitdə  dünyasını 
dəyişdi.
İsmayılın Almaz adlı qızı vardı.
Ağababa uşağı
Bu  soyun  ulu  babası  Ağababadır.  Ağababa  Təbrizi i 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.
Ağababanın Bağır adlı oğlu vardı.
Bağır  1766-cı  ildə  Şuşa şəhərində anadan olmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul idi.
Bağır  Ballı  ilə  ailə  qurmuşdu.  Mirzə,  Məmməd,  Səfər  adlı 
oğlanları vardı.
Mirzə  1812-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Şəhər bazarında keşikçi  işləmişdi.
Mirzə  1850-ci ildə vəfat edib.
Mirzənin Abbas adlı oğlu vardı.
Abbas  1836-cı  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili  almışdı. Ticarətlə məşğul olmuşdu.
Bağırın  ikinci  oğlu  Məmməd  1823-cü  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Məmmədin  Ağababa,  Əsəd,  Kərim,  Rəhim  adlı  oğlanları
vardı.
II  Ağababa  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul olmuşdu.
267

Məmmədin  ikinci  oğlu  Əsəd  1847-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Məmmədin  üçüncü  oğlu  Kərim  1857-ci  ildə  Şuşa şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Məmmədin  dördüncü  oğlu  Rəhim  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul olmuşdu.
Bağırın  üçüncü  oğlu  Cəfər  1825-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Ağababalı tayfası
Bu  soyun  ulu  babası  Ağababadır.  Ağababa  Təbrizli 
məhəlləsində yaşamışdı.  Ticarətlə məşğul olmuşdu.
Ağababanın Xudaverdi adlı oğlu vardı.
Xudaverdi  1786-cı  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.  Müqəddəs Kərbəla 
torpağım ziyarət etmişdi.
Kərbəlayı  Xudaverdi  Mürəssə  ilə  ailə  qurmuşdu.  Məmməd 
adlı oğlu, Minə, Balaxanım adlı qızları vardı.
Məmməd  1806-cı ildə  Şuşa şəhərində doğulmuşdu. Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  olmuşdu.  Pak Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Məmməd  Pəri  ilə  ailə  qurmuşdu.Əbdürrəhim  adlı 
oğlu vardı.
Əbdürrəhim  1837-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili  almışdı. Ticarətlə məşğul olmuşdu.
268
Ağababalılar
Bu  soyun  ulu  babası  Ağababadır.  Ağababa  Təbrizli 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.
Ağababanın İsmayıl adlı oğlu vardı.
İsmayıl  1786-cı  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı  İsmayılın  Məmməd,  Əbdürrəhim,  Əhməd, 
Mahmud adlı oğlanları vardı.
Məmməd  1826-cı  ildə Şuşa şəhərində doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul olmuşdu.
Məmmədin İbrahim, Ağa adlı oğlanları vardı.
İbrahim  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul olmuşdu.
Məmmədin  ikinci  oğlu  Ağa  1859-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  İsmayılın  ikinci  oğlu  Əbdürrəhim  1836-cı  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul  idi.
Kərbəlayı  İsmayılın  üçüncü  oğlu  Əhməd  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  İsmayılın  dördüncü  oğlu  Mahmud  I844-cü  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Abdulla uşağı
Bu  soyun  ulu  babası 
Abdulladır. 
Abdulla  Təbrizli 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.
Abdullanın Ələsgər adlı oğlu vardı.
269

Ələsgər  1755-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  olmuşdu.  Pak  Xorasan 
torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Ələsgər  1852-ci ildə vəfat edib.
Məşədi Ələsgərin Hüseyn, Həsən,  Sadıq adlı oğlanlan vardı.
Hüseyn  1807-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağım ziyarət etmişdi.
Kərbəlayı Hüseyn  1854-cü ildə vəfat edib.
Kərbəlayı Hüseynin Qulu adlı oğlu vardı.
Qulu  1844-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Ələsgərin  ikinci  oğlu  Həsən  1808-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu. 
Sərrac  dükanı  açmış,  yəhər 
düzəltməklə məşğul olmuşdu.
Həsənin İsmayıl, Məhərrəm, Ələkbər adlı oğlanlan vardı.
İsmayıl  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Kiçik 
ticarətlə məşğul idi.
Həsənin  ikinci  oğlu  Məhərrəm  1852-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Kiçik ticarətlə məşğul idi.
Məhərrəmin Müseyib adlı oğlu vardı.
Müseyib  1872-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Kiçik 
ticarətlə məşğul idi.
Həsənin  üçüncü  oğlu  Ələkbər  1854-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Kiçik ticarətlə məşğul idi.
Məşədi  Ələsgərin  üçüncü  oğlu  Sadıq  1826-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Kiçik ticarətlə məşğul idi.
Allahverdilər (Hacıyevlər)
Bu  soyun  ulu  babası  Allahverdidir.  Allahverdi  Təbrizi i 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.
Allahverdinin İbrahim adlı oğlu vardı.
İbrahim  1780-ci  ildə  Təbrizli  məhəlləsində anadan olmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  olmuşdu.  Müqəddəs 
Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı İbrahimin törəməsi  Hacıyev soyadını daşıyırdı.
270
Hacı İbrahimin Allahverdi,  Məmiş, Əhməd,  Məmmədəli adlı 
oğlanları, Səkinə, Gövhər adlı qızları vardı.
Allahverdi  1815-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsədə oxumuşdu.  Ticarətlə məşğul idi.
Allahverdi  1858-ci ildə vəfat edib.
Allahverdi 
Xeyrənsə 
ilə 
ailə 
qurmuşdu. 
Əbdüləli, 
Məmmədbağır, Əbdülhəmid adlı oğlanlan vardı.
Əbdüləli  1853-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Allahverdinin  ikinci  oğlu  Məmmədbağır  1855-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məmmədbağır  Sitarə  xanım  Mirzə  Ələkbər  qızı  ilə  yaşam 
qurmuşdu.  Rəsul adlı  oğlu vardı.
Rəsul  1898-ci ilin yanvar ayının 29-da Mamayı məhəlləsində 
doğulmuşdu.  1910-cu ildən  1913-cü  ilədək Şuşa şəhər məktəbində 
oxumuşdu.  Elə  həmin  ildə  Yelizavetpol  (Gəncə) şəhər məktəbinin 
nəzdində  pedaqoji  kurs  keçmişdi.  Quberniya  məktəb  idarəsinin 
əmri  ilə  Ağcabədi  ikisinifli  məktəbinə  müəllim  təyin  olunmuşdu. 
1914-cü  ilin  iyulun  birinədək  bu  məktəbdə  dərs  demişdi.  1914-cü 
ilin  sentyabrın  1-dən  ikisinifli  Zəngilan  məktəbinə  dəyişilmişdi. 
1916-cı  il  iyulun  15-də  baş  idarəyə  ərizə  ilə  müraciət  etmişdi  ki, 
Şuşa  şəhərinə  yaxın  bir yerə dəyişilmək  istəyir.  Ərizəsinə  müsbət 
cavab almışdı.
Allahverdinin  üçüncü  oğlu  Əbdülhəmid  1857-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.
*  *  *
Hacı  İbrahimin  ikinci  oğlu  Məmiş  1817-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məmişin Nəcəfqulu, Mövsüm adlı oğlanlan vardı.
Nəcəfqulu  1857-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
271

Məmişin  ikinci  oğlu  Mövsüm  1865-ci  ildə  Şuşa  şəhərində 
dünyaya gəlmişdi.
* *  *
Hacı  İbrahimin  üçüncü  oğlu  Əhməd  1823-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  boy  göstərmişdi.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Əhməd itkin düşmüşdü.
*  *  *
Hacı İbrahimin dördüncü oğlu Məmmədəli  1833-cü ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğui  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Allahverdi uşağı
Bu  soyun  ulu  babası  Allahverdidir.  Allahverdi  Təbrizli 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul idi.
Allahverdinin Məmmədəli adlı oğlu vardı.
Məmmədəli  1803-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan 
torpağını,  Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Məmmədəli  Pəri  ilə  ailə  qurmuşdu.  Həsənəli, 
Kəlbəli,  Cabbar  adlı  oğlanları,  Xeyrənsə,  Bəyim,  Qızyetər  adlı 
qızları varı.
Həsənəli  1827-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Həsənəlinin  Məmmədəli,  Həbib,  Abbasqulu  adlı  oğlanları
vardı.
II  Məmmədəli  1866-cı  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
272
Həsənəlinin  ikinci  oğlu  Həbib  1869-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Həsənəlinin  üçüncü  oğlu  Abbasqulu  1872-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Məmmədəlinin ikinci oğlu Kəlbəli  1836-cı ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kəlbəlinin  Mahmud,  Teymur,  Əmir,  Cavad  adlı  oğlanları
vardı.
Mahmud  1863-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kəlbəlinin  ikinci  oğlu  Teymur  1866-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kəlbəlinin  üçüncü  oğlu  Əmir  1868-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kəlbəlinin dördüncü oğlu Cavad  1870-ci ildə Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Məşədi  Məmmədəlinin  üçüncü  oğlu  Cabbar  1846-cı  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Ağahüseyn uşağı (Hüseynovlar)
Şuşa  şəhərinin  Təbrizli  məhəlləsinin  ünlü  sakinlərindən  biri 
də  Ağahüseyn  idi.  Ağahüseyn  Təbriz  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  görmüşdü.  Şair  idi.  “A rif’  təxəllüsü 
ilə  incə  təbli  şeirlər  yazırdı.  İbrahimxəlil  xan  Sarıcalı-Cavanşirin 
Təbrizə  yürüşünü  şeirlərində  pisləmişdi.  Ağahüseyn  Arif  bu 
yürüşlə bağlı yazırdı:
Vurhavur, zülmi-Cavanşirə dəxi qalmadı tab,
Dağılıb hər biri bir guşədə pünhan oldu...
Ağahüseyn  sonra  İbrahimxəlil  xan  Cavanşirə  pənahlandı. 
Köçüb Şuşa şəhərində məskunlaşdı.
273

Ağahüseyn  Arif  Şuşada  yaradıcılığını  davam  etdirdi.  Divan 
bağladı. Şairin şeirlərindən bir güldəstə.
Səba, qəmxarım ol, qəmxarıma dərdi-dil izhar et, 
Xəbərdar olmayan qəmxarımı qəmdən xəbərdar et. 
Yetişcək sayəvəş torpağa düş, qəmxarıma söylə, 
Qəmi-hicrində hali-zarimi izhari-qəmxar et.
Ki, ey peymanşikən, mehri-vəfası olmayan dilbər,
Təqafül eyləmə bir ləhzə, əxmi-kuyi-dildar et.
Əlindən öp, ona şərh eylə əhvali-pərişanı,
Ayağına düşüb öz başın üçün yarə izhar et.
Ki, gəlmiş aşiqi-biçarə yanından səba söylər,
Ki, ey qəmxar, xəbi nazdan cananı bidar et.
Əcəl verməz aman, can nəqdini almaq dilər səndən,
Bu fərdi naleyi-fəryad ilə hər ləhzə təkrar et.
Ki, həsrət getdi Arif, görmədi yarın bu dünyada,
Rəqibi, barmi-ilahi, mən kimi məhrumi-didar et. 
Ağahüseyn Arif 1813-cü ildə vəfat edib.
Ağahüseyn  Bədirlə  ailə  qurmuşdu.  Əbdürrəzzaq,  Baba, 
Əzim, Həzrətqulu adlı oğlanları,  Səkinə adlı qızı vardı.
Əbdürrəzzaq  1788-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə təhsili almışdı.  Şərbafçılıqla məşğul idi.
Əbdürrəzağm  Əli,  Əbdürrəhim,  Süleyman  adlı  oğlanları
vardı.
Əli  1828-ci  ildə  Şuşa  şəhərində  dünyaya gəlmişdi,  Ticarətlə 
məşğul  idi.II  gildiya  tacir  ünvanı  almışdı.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı  Əli  Balaxanımla  ailə  qurmuşdu.  Nəcəfqulu, 
Məmmədəli,  Rəhim,  Firudin, İsmayıl adlı oğlanları vardı.  .
Nəcəfqulu  1846-cı  ildə  Şuşa şəhərində dünyaya göz açmışdı. 
Nəcəfqulu  1853-cü ildə vəfat edib.
Kərbəlayı  Əlinin  ikinci  oğlu  Məmmədəli  1849-cu  ildə  Şuşa 
şəhərində dünyaya pənah gətirmişdi. Ticarətlə məşğul idi.
Kərbəlayı  Əlinin  üçüncü  oğlu  Rəhim  1850-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
274
Kərbəlayı  Əlinin  dördüncü  oğlu  Firudin  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Əlinin  beşinci  oğlu  İsmayıl  1860-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Əbdürrəzzağın  ikinci  oğlu  Əbdürrəhim  1847-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Əbdürrəhimin Cəlal, Əyyub adlı oğlanları vardı.
Hüseynov Cəlal Əbdürrəhim oğlu (1894, Şuşa -  1922, Bakı) - 
inqilabçı.  Şuşa  Real  Məktəbini  bitirmiş  (1913),  ərəb,  fars  və  rus 
dillərini 
mükəmməl  öyrənmişdir. 
Savadlı 
olduğuna 
görə 
gəncliyində  “Mirzə”  ünvanı  qazanmış  bir  müddət  dövlət 
idarələrində  qulluq  etmişdir.  1916-cı  ildən  gizli inqilabi  fəaliyyətə 
başlamış,  xalq arasında güclü təbliğat işləri  aparmışdır.  O, kütlələr 
içərisində  gizlu ədəbiyyat və  intibahnamlər yayır,  əhali  qarşısında 
çıxış  edir,  camaatı  çar  hökümətinə  qarşı  mübarizəyə  səsləyirdi. 
Mirzə Cəlal  Hüseynov  1917-ci  ildə  Şuşada əsgər deputatları  Sovet 
və  əsgər  komitəsi  yaradılarkən  realm  məktəbin  yuxarı  sinif 
şagirdlərindən  ən  ləyaqətlilərini  komitəyə  cəlb  etməkdə  fəal 
iştirak edirdi.
Bir  neçə  aydan  sonra  Bakıya  gizli  surətdə  göndərilən  gənc 
inqilabçı  “Hümmət”  partiyasının  tapşırığı  ilə  Abşeron  kəndlərində 
təbliğat-təşviqat  işləri  aparır,  fəhlə  və  kəndliləri  çar-üsul- 
idarələsinə qarşı  qaldırırdı.  Daha sonra  isə o, geniş kütləvi  siyasi  iş 
aparmaq  üçün  bir  neçə  bolşeviklə  birlikdə  Şuşaya  göndərildi.  O, 
Qarabağda  və  Müsavat  hökümətinin  əsas  bazalarından  olan  Xan 
kəndindəki  hərbi  hissələr içərisində təbliğat aparır kəndləri  gəzib- 
dolaşaraq əhalini erməni daşnaqlanna qarşı mübarizəyə səsləyirdi.
1918-ci  ildə  Xankəndindəki  müsavat  polkunda  silahlı  üsyan 
hazırlanması  üçün bir qrup gənclə birlikdə  Mirzə  Cəlal  Hüseynova 
tapşırıldı.  Gizli  şəraitdə  iş  aparmaq  üçün  molla  qiyafəsində  polka 
gələn  gənc  inqilabçı  “Qırmızı  molla”  ləqəbi  ilə  tanındı.  1920-ci 
ildə  Qarabağ  daşnak  tör-töküntülərindən  təmizlənəndən  sonra
275

müxtəlif  kəndlərdə  inqilab  komitələri  təşkil  etmək  işini  o n a  
tapşırdılar.  Lakin  iyun  ayının  8-də  bir  qrup  inqilabçı  ilə  h ə b s 
edilən.  Mirzə  Cəlal  Hüseynov  Şuşa  qazamatına  salındı  və  ölüm  
cəzasına  məhkum  edildi.  Hökm  yerinə  yetirilməmişdən  bir  neçə 
gün  əvvəl  məşhir  inqilabçı  Məşədi  Abbas  Rzayev  öz  dəstəsi  ilə  
həbsxanaya hücum edərək məhbusları azad etdi.
Mirzə  Cəlal  Hüseynov  həbsdən  qurtulandan  sonra Qarabağın 
kənd  və  nahiyələrində  qayda-qanun  yaradır,  yeni  qəbul  edilmiş 
Sovet  qanunlannı  həyata  keçirir,  inqilabi  komitələr  və  partiya 
özəklərinin  təşkilində  fəal  iştirak edirdi.  Çox çəkmədən o,  Ağdam 
nahiyyə  inqilab  komitəsinin  üzvü  seçildi  və  az  sonra  bu  komitəyə 
özü rəhbərlik etməyə başladı.
1920-ci  ilin  payızında  Mirzə  Cəlal  Hüseynov  Qarabağda 
yenicə  yaradılmış  Azərbaycan  diviziyasının  üçüncü  atıcı  polkunda 
əvvəlcə komissar müavini, sonra komissar vəzifəsinə təyin olundu. 
Bir  müddətdən  sonra  onun  daxil  olduğu  atıcı  polku  İranda  kök 
salmış  ingilis  müdaxiləçilərinə  qarşı  mübarizəyə  göndərildi  və 
ingilis  donanmasının  darmadağın  edilməsində  xüsusilə  fərqləndi. 
Mirzə  Cəlal  İranda  olarkən  şiddətli  xəstəliyə  tutuldu  və  təcili 
olaraq Bakıya gətirildi, lakin həyatı xilas oluna bilmədi.
Əbdürrəhimin  ikinci  oğlu  Əyyub 
Şuşa şəhərində anadan olmuşdu.
Əyyubun Rəhim adlı oğlu var. 
Hüseynov  Rəhim  Əyyub  oğlu 
(09.IX.1924,  Şuşa)  -  Astrofizika  üzrə 
Azərbaycanda 
ilk 
fizika-riyaziyyat 
elmləri  doktoru  (1971),  professor 
(1976), 
Beynəlxalq 
Astranomiya 
İttifaqının  üzvü  (1964),  Azərbaycan 
milli  Elmlər  Akademiyasının  müxbir 
üzvü  (2001).  1940-cı  ildə  riyaziyyat 
fakültəsinə  daxil  olmuş,  lakin  Böyük 
Vətən  müharibəsinin  başlanması  ilə 
əlaqədar  olaraq  təhsilini  yarımçıq 
qoyub,  bir  müddət  Ağdam  rayonunun  Ağdamkənd  natamam  orta
276
məktəbində  müəllim  işləmişdir.  Lakin  sonralar  təhsilini  davam 
etdirmiş, 
əvvəlcə 
oxuduğu 
universitetin 
fizika-riyaziyyat 
fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmiş  (1946),  universitetin 
aspiranturasına  daxil  olmuşdur (1953).  O,  Azərbaycan  SSR  Elmlər 
Akademiyasının  və  S.  M.  Kirov  adına  Azərbaycan  Dövlət 
Universiteti  ilə birgə elmi ekspedisiyasının iştirakçısı olmuş, Günəş 
atmosferinin  bəzi  radioptik  xüsusiyyətləri”  adlı  namizədlik 
dissertasiyasını  müdafiə  etmişdir.  Gənc  alimin  elmi  fəaliyyəti, 
əsasən  günəş  fıizikası  və  planetar  dumanlığında,  günəş 
atmosferinin radiooptik xüsusiyyətləri ilə bağlı idi.
Təhsili, elmi dərəcə və elmi adlari
1941  -  1946  Azərbaycan  Dövlət  Universiteti,  Fizika- 
riyaziyyat fakültəsinin tələbəsi, Bakı, Azərbaycan
1946  -  1949  Azərbaycan  Dövlət  Universiteti,  Astrofizika 
ixtisası üzrə aspirant, Bakı, Azərbaycan
1946  -  Ali təhsil,  fizika,  fizika müəllimi,  Azərbaycan  Dövlət 
Universiteti, Bakı, Azərbaycan
1953  -  Astrofizika  ixtisası  üzrə  fizika-riyaziyyat  elmləri 
namizədi, Bakı Dövlət Universiteti, Bakı,  Azərbaycan
1954  -Astrofizika  ixtisası  üzrə  dosent,  molekulyar  fizika  və 
optika kafedras,  Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
1971  -Astrofizika  ixtisası  üzrə  fizika-riyaziyyat  elmləri 
doktoru, Şaırıaxi Astrofizika Rəsədxanası
1976  -  Astrofizika  ixtisası  üzrə  professor,  Bakı  Dövlət 
Universiteti, Bakı, Azərbaycan
Əmək fəaliyyəti
1941-1946  Tələbə,  Azərbaycan  Dövlət  Universiteti,  Bakı, 
Azərbaycan
1946-1949 Aspirant, Azərbaycan Dövlət Universiteti,
1949-1951 
Baş  laborant  (Astronomiya  laboratoriyası), 
Azərbaycan Dövlət Universiteti,  Bakı, Azərbaycan
1951-1953  Astronomiya  üzrə  müəllim,  Molekulyar  fizika  və 
optika 
kafedrası, 
Azərbaycan 
Dövlət 
Universiteti, 
Bakı, 
Azərbaycan
277

1953- 
1954 Astrofizika ixtisası  üzrə baş müəllim, Azərbaycan 
Dövlət Universiteti, Bakı, Azərbaycan
1954- 
1961  Astrofizika ixtisası üzrə dosent, Molekulyar fizika 
və  optika  kafedrası,  Azərbaycan  Dövlət  Universiteti,  Bakı, 
Azərbaycan
1961-1975  Azərbaycan  Elmlər  Akademiyasının  Şamaxı 
Astrofizika  Rəsədxanası,  Elmi  İşlər  üzrə  direktor  müavini  və 
Günəş fizikası şöbəsinin müdiri,  Şamaxı, Azərbaycan
1975-1992  Azərbaycan  Dövlət  Universiteti,  Astrofizika 
kafedrasının müdiri, Bakı, Azərbaycan
1992-ci  ildən  indiyə  qədər  Bakı  Dövlət  Universiteti, 
Astrofizika kafedrasının professoru, Bakı, Azərbaycan
Kadr hazirliği
Elmlər doktoru 
1
Elmlər namizədi 
5
Elmi istiqamət
Astrofizika 
və 
radioastronomiya. 
Günəşin 
radiooptik 
şüalanma  xüsusiyyətləri  və  relyativist  elektronların  Günəşin 
məhəlli 

Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin