Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ



Yüklə 0.56 Mb.
PDF просмотр
səhifə8/12
tarix03.02.2017
ölçüsü0.56 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Kynğrypa 
Азербауджана 
2-oy 
половины 
XIX 
века", 
"Азербауджанское  музыкал£ное  искусство  в  годы  Великоу 
Отечественноу воуны". В., «Maarif»,  1992;
«Musiqi  ədəbiyyatı».  Uşaq  musiqi  məktəblərinin  VII  sinfi 
üçün dərslik /həmmüəllif-  F.Əliyeva/. B., «Şur»,  1994;
172
«XX  əsrin  Azərbaycan  musiqisi»  e/m  toplusu /tərtibçi  və  ön 
sözün müəllifi/. /I buraxılış/. B., ADK-nın nəşri,  1994;
«XX  əsr  Azərbaycan  musiqisi»  e/m  toplusu  /tərtibçi  və  ön 
sözün müəllifi/. /II buraxılış/. B., «Elm və həyat»,  1997;
«Arşm mal  alan»  musiqili  komediyasının  val yazısı.  «XX  əsr 
Azərbaycan  musiqisi»  e/m  toplusu  /II  buraxılış/.  B.,  «Elm  və 
həyat»,  1997.
Hacı  Şirinin  dördüncü  oglu  Zülfüqar  Şuşa  şəhərində  anadan 
olmuşdu. Gəncə şəhərində dükan açıb alver edirdi.
Zülfüqar  1920-ci ildə vəfat edib.
Zülfüqar Hafizə  ilə ailə qurmuşdu.  Əli  adlı  oğlu,  Tamara  adlı 
qızı vardı.
Əli Şuşa şəhərində doğulmuşdu.
Əli  kolxozlaşma  dönəmində  Canhəsən  kəndində  qolçomaqlar 
tərəfindən öldürüldü.
Zülfüqarın qızı Tamara Şuşa şəhərində doğulmuşdu.
Tamara Dəmirlə ailə qurmuşdu. Onun tutulmasından sonra bir 
türkmənlə evlənmişdi.
Hacı  Şirinin  beşinci  oğlu  Hüseyn  Şuşa  şəhərində  anadan 
olmuşdu.
Hüseyn  Maya  Kərbəlayı  Cavad  qızı  ilə  ailə  qurmuşdu.  Şirin, 
Asəf, Hafiz adlı oğlanları, Firəngiz adlı qızı var.
Züleyxa Hacı Şirin qızı Şuşa şəhərində anadan olmuşdu.
Züleyxa  Mir  Həsən  Ağamirovla  ailə  qurmuşdu.  Məhbubə  və 
Rübabə adlı qızları vardı.
Tavad Hacı Şirin qızı Şuşa şəhərində anadan olmuşdu.
Tavad  müğənni  Keçəçioğlu  Məhəmmədlə  ailə  qurmuşdu. 
Ramiz adlı oğlu, Hökümə və Adilə adlı qızları  vardı.
Kərbəlayı  Tağının  ikinci  oglu  Zeynalabdin  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Ailədə  Zeynal  çağrıldığından  bu  adla 
tanındı.  Lakin bu tanınmağı uzun sürmədi.  Zeynal cavan yaşlarında 
vəfat etdi.
173

Kərbəlayı  Tağının  üçüncü  oğlu  Adıgözəl  1847-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Ailədə  Həşim  çağırıldığından  bu  adla 
tanındı. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul idi.
Kərbəlayı  Tağının  dördüncü  oglu  Qasım 
1851-ci
  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  ibtidai  təhsil  almışdı. 
Ticarətlə məşğul idi.
Hacı Fəyyaz uşağı (Fəyyazovlar)
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Hacı 
Fəyyaz  uşağıdır.  Bu  soyun  ulu  babası  Fəyyazdır.  Fəyyaz  Təbriz 
şəhərində  anadan  olmuşdu. 
Şuşa  şəhərinə  köçürülmüşdü. 
Müqəddəs Kəbəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Fəyyazm törəmələri Fəyyazov soyadım daşıyırdılar.
Hacı Fəyyazm Qafiır, Şükür adlı oğlanları vardı.
Qafur  1766-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Qafur  1852-ci ildə Şuşa şəhərində vəfat edib.
Məşədi  Qafiır Ballı  ilə ailə qurmuşdu.Həsən,  Hüseyn,  Əkbər 
adlı oğlanları, Qönçə və Cahan adlı qızları vardı.
Həsən  1817-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan 
torpağım, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Həsənin  Məmməd,  Əliqulu,  Dadaş,  Rüstəm,  Cəmil, 
Mustafa, Xəlil adlı oğlanları vardı.
Məmməd  1847-ci  ildə  Şuşa  şəhərində  dünyaya göz açmışdı. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Həsənin  ikinci  oğlu  Əliqulu  1851-ci  ildə  Şuşa şəhə­
rində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi.
Məşədi  Həsənin  üçüncü  oğlu  Dadaş  1857-ci  ildə  Şuşa şəhə­
rində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi.
174
Məşədi  Həsənin  dördüncü  oğlu  Rüstəm  1859-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Məşədi  Həsənin  beşinci  oğlu  Cəmil  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Məşədi  Həsənin  altıncı  oğlu  Mustafa  1867-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məş­
ğul idi.
Məşədi  Həsənin  yeddinci  oğlu  Xəlil  1869-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Məşədi  Qafurun  ikinci  oğlu  Hüseyn  1822-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.  Pak Xorasan torpağını,  Məşhədi-müqəddəsi,  Məkkeyi- 
müəzzəmi  ziyarət  etmişdi.  Ona  bəzən  Hacı  Məmmədhüseyn  də 
deyirdilər.
Hacı  Hüseyn  Gülbaharla  ailə  qurmuşdu.Məmmədəli,  Aslan, 
Talib adlı oğlanları vardı.
Məmmədəli  1854-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Hacı  Hüseynin ikinci oğlu Aslan  1856-cı  ildə Şuşa şəhərində 
anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Hacı  Hüseynin  üçüncü  oğlu  Talib  1866-cı  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi.
Məşədi  Qafurun  ikinci  oğlu  Əkbər  1833-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kəbəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı  Əkbərin  Cabbar,  Əbdürrəhim,  Ələsgər  adlı  oğlanları
vardı.
Cabbar  1854-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul idi.
175

Hacı  Əkbərin  ikinci  oğlu  Əbdürrəhim  1856-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Hacı  Əkbərin  üçüncü  oğlu  Ələsgər  1869-cu  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi.
***
Hacı  Fəyyazm ikinci oğlu  Şükür  1772-ci ildə  Şuşa şəhərində 
anadan olmuşdu. Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul idi. Pak 
Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Şükür Fatma  ilə  ailə  qurmuşdu.  Fəyyaz,  Mehdiqulu, 
Sadıq, Hacı, Abbas adlı oğlanları, Nabat, Xanım adlı qızları vardı.
II Fəyyaz  1805-ci ildə  Şuşa şəhərində doğulmuşdu. Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi-müəz- 
zəmi ziyarət etmişdi.
II  Hacı  Fəyyazm  Məmmədqulu,  Məmmədəli  adlı  oğlanlan
vardı.
Məmmədqulu  1845-ci ildə  Şuşa şəhərində dünyaya gəlmişdi. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi- 
müəzzəmi ziyarət etmişdi.
Hacı Məmmədqulunun Tiflisdə dükanları vardı.
II  Hacı  Fəyyazm  ikinci  oğlu  Məmmədəli  1848-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Məşədi  Şükürün  ikinci  oğlu Mehdiqulu  1807-ci ildə  ildə Şuşa 
şəhərində  anadan olmuşdu.  Mədrəsə təhsili  almışdı.  Ticarətlə məş­
ğul idi.  Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Mehdiqulunun  Kərim,  Səlim,  Əli  adlı  oğlanlan
vardı.
Məşədi  Şükürün  üçüncü  oğlu  Sadıq  1809-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Sadığın Baxşalı adlı oğlu vardı.
176
Məşədi  Şükürün  dördüncü  oğlu  Hacı  1812-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağım,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Hacı İrana getmişdi.
Məşədi Hacı Bədimisə ilə ailə qurmuşdu.
Məşədi  Şükürün  beşinci  oğlu  Abbas  1832-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Abbas qardaşı Məşədi Hacıya qoşulub İrana getmişdi.
Kərbəlayı Ağababa uşağı
Təbrizli  məhəlləsinin tanınmış  sakinlərindən biri  də  Canıdır. 
Cam  XVIII  yüzilin  ikinci  yarısında  yaşamışdı.  Mədrəsə  təhsili 
almışdı.  Müqəddəs  Kərbəla  torpağını  ziyarət  etmişdi.  Ömrünün 
sonlarında kor olmuşdu.
Kərbəlayı Ağababamn Fətəli adlı oğlu vardı.
Fətəli  1768-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Fətəli  1855-ci ildə vəfat edib.
Fətəli  Qızyetərlə  ailə  qurmuşdu.  İmamqulu,  Ələsgər, 
Ələkbər adlı oğlanları, Hüsnü, Xanım adlı qızları vardı.
İmamqulu  1830-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İmamqulunun Abış, Əbdül, Cəlil adlı oğlanları vardı.
Abış  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İmamqulunun  ikinci  oğlu  Əbdül  1856-cı  ildə  Şuşa şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İmamqulunun üçüncü  oğlu  Cəlil  1871-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Fətəlinin  ikinci  oğlu  Ələsgər  1836-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
177

Ələsgərin Firudin adlı oğlu vardı.
Firudin  1868-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Fətəlinin  üçüncü  oğlu  Ələkbər  1833-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Canı uşağı
Təbrizli məhəlləsinin tanınmış sakinlərindən biri  də Camdır. 
Cam  XVIII  yüzilin  sonlannda,  XIX  yüzilin  önlərində  yaşamışdı. 
Mədrəsə  təhsili  almışdı.  Müqəddəs  Kərbəla  torpağını  ziyarət 
etmişdi.
Kərbəlayı Canının Abdulla, Əbdüləzim adlı oğlanlan vardı. 
Abdulla  1782-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Mədrəsə  yoldaşlarından 
Mirzə Əzizin adı bəllidir.
Abdulla  şair  idi.  Öz  adıyla  rəvan  təbli  şeirlər  yazırdı. 
Dövrünün şair və aşıqlanyla yazışmaları qalıb.
Abdulla Müqəddəs  Kərbəla torpağım ziyarət etmişdi. 
Təzkirəçi  Mir  Möhsün  Nəvvab  yazır:  «Kərbalayı  Abdulla 
Canının oğludur və Qarabağın  Şuşa qalasında sakin idi.  Kəsbkarlıq 
da  edərdi.  Ağıllı  bir  adam  idi  və  dövrünün  ariflərindən  hesab 
olunurdu.  1255-ci  ildə  (1839)  sağ  idi  və  təxminən  50  yaşı var idi. 
1259-cu  ildə  vəfat  edib.  Bəzi  qəribə  elmlərlə  maraqlanırdı. 
Eşitdiyimizə görə, kimyanı məşq edirdi.  O vaxtlar artıq səriştəsi də 
var  idi.  İstəyirdi  ki,  Mürtəzəvinin  «Cefri-came»  («Sehirli  fal») 
kitabım  yazsm.  Bu  falnamənin  cüzvlərindən  on  üç  cüzv  yazmışdı 
ki,  fani  dünyadan  köçdü,  allah  ona  rəhmət  eləsin.  Mən  o  on  üç 
cüzvü  nəzərdən  keçirəndə  öz  gözümlə  gördüm  ki,  doğrudan  da, 
zəhmət çəkmişdir».
Kərbəlayı Abdullanın şeirindən seçmə.
178
Ey ki, zülmət gəhi-zülf içrə nurun misli-çırağ, 
Məsti-sərxoş gözünə qarşı yaman gözlər İraq.
Olmasın xaki-dərin guşeyi-çeşmidən uzaq, 
Ləblərindən dəhənim dərdə dava etdi soraq. 
Söylədi ağzıma innabi-şəkər, sib buxaq.
Baxdı mərdum üzünə, saldı nəzərdən ayi,
Qıldı xəm şöhrəti-əbruyi-lətifin yayi,
Qədru qiyməti ləli-ləbin həmtayi, 
Həvəsi-zülfi-siyahmla olub sövdayi 
Ki, çəkib məsəleyi-kakili-tərradə daraq. 
Görünür, çəhrələrin lalə kimi gülgünü al, 
Qoymadı al ilə rüyin görünə, oldu məhal, 
Sürməni şux gözün fitnəyə saldı filhal,
Qıldı iztıari-şərəf Kəbeyi-ruxsardə hal,
Üzünü sərdi qədəmgahinə gülgün yanaq. 
Kakilin şaxələnir zinəti düş etmək üçün ,
Xoş gəlir həlqeyi-ləb hərfi neyuş etmək üçün, 
Dil dilər şərbəti-güftarını nuş etmək üçün, 
Həlqədən vəsfi-binaguşunu guş etmək üçun, 
Bəhr açdırdı sədəfdən duri-qəltanə qulaq.
Gül xitab etsə sənə qönçə ona eylər itab,
Qönçə kimdir ki, o qarşı üzünə verə cəvab? 
Baxsa mərdüm üzünə şərmdən olmazmı kəlab? 
Nədir ayinə ki, kuyində səni eyləyə yab? 
Əksi-rüxsarm ona olmuya mənada dayaq. 
Düşsə ayinə müqabil, üzünə qılsa nəzər,
Ona üz vermə, nəzərdən sal onu şamü səhər
Qazədən qoyma qala dövrü-yanağında əsər, 
Sərməvü vəsmə gözü qaşına meyl etsə əgər, 
Sürməni sehrə salıb, vəsməyə et qaşü qabaq. 
Hüsnünə aşiqi-sadiq demə hər gümrahi,
Aşiq oldur, yaxa çərxi dili-atəşgahi,
İmtəhan eylə şəbi-hicrdə Abdullahi, 
Şöleyi-ahinə gər yanmasa çərxin mahi,
Tiğ çək, başını kəs, şəm kimi atəşə yax”.
179

Kərbəlayı  Abdulla  Саш  oğlunun  bu  şeirini müğənni  Məşədi 
İsi oxuyarmış.
Kərbəlayı Abdulla Cam oğlu Gövhəmisə bəyim İbrahimxəlil 
xan  qızı  Sarıcalı-Cavanşirlə  sirdaş  idi.  Şair  hərdən  xan  qızının 
yanma  gedər,  söhbətləşərdilər.  Anlaşılmazlıqdan  dolayı  aralarında 
sərinlik  əmələ  gəlmişdi.  Tədqiqatçı-jurnalist  Vasif Quliyev  yazır: 
“Gövhər  Nisə  bəyim  kimi  ağıllı,  mərifətli,  çox  gözəl  və  zərif bir 
qadının  Xankişi  bəyə  ərə  getməsinə  görə  şuşalı  şair  Kərbəlayı 
Qəhrəman aşağıdakı beytləri yazıb, ona göndərmişdi:
Xərmöhrəyə layiq olmayan xər 
Səd heyf, cahanda tapdı Gövhər.
Təqdiri-qəzaya qıl tamaşa,
Axır səni verdi cəhrəbaşa.
Gövhər Nisə  bəyim  elə bilmişdi ki,  bu  misraları pərəstişkarı 
olduğu,  tanınmış  söz  ustası  Canı  oğlu  Abdulla  yazıb.  Ədəbiyyata, 
poeziyaya yüksək qiymət verən  və  özü  də  gözəl  lirik  şerlər yazan 
xan qızı  şairin xətrini dünyalar qədər istəyir,  yaradıcılığını həmişə 
təqdir  edirdi.  Vəsiyyətnaməsi  itib-batmasın  deyə,  Gövhər  Nisə 
bəyim  1832-ci  ildə  Aşağı  Gövhərağa  məscidi  üçün  maddeyi-tarix 
yazmağı Abdulladan xahiş  eləmiş və onun  qələmə aldığı  əsl sənət 
əsəri  səviyyəsinə  qalxan  poeziya  ətirli  sözlər  aydın  nəstəliq xətlə 
məscidin  girəcəyində,  qapının  üstündəki  mərmər  daşın  üzərinə 
həkk  olunmuşdu:  “Şuşa  məmləkətinin  banisinin  taxt-tacınm 
qübbəsi öz həşəmətilə aya tənə edərək onun qarşısına çıxdı. Qapısı 
bütün  dünya  xanları  üçün  pənahgah  olan  qüdrətli  İbrahimxəlil 
xanın  elə  parlaq  cəmalı  günəşin  qarşısını  tuturdu.  O  pak  gövhər 
məscid  və  mehrabın  banisi  oldu.  Firdovs  behişt  əhli  buna  şahid 
oldu.  Əhli  qələm  bu  tarixi  belə  qeyd  etdi:  “Allahın  Kərəm 
sədəfində  Gövhər daimi  olsun!”  Gövhər Nisə  bəyim  şairdən bərk 
incimiş  və  el  arasında  onu  nə  üçün  biabır  etdiyini  soruşmuşdu. 
Abdulla isə üzrxahlıq  edərək bu  işdən xəbəri  olmadığını  aşağıdakı 
tərzdə yazıb ona göndərmişdi:  “Ağa, böyük və yeganə Allah haqqı, 
bu  söz-söhbətdən  xəbərim  yoxdur.  Çoxdandır  ki,  mən  heç 
danışmıram,  amma  zəmanə  adamları  mənim  adımdan  danışırlar.
180
Qartal  bir  qırqovulu  cəngəlinə  alanda  göydəki  bütün  sərçələr 
qışqırmağa başlayırlar” 1.
Kərbəlayı  Abdulla  Səfiyə  ilə  ailə  qurmuşdu.  Əbdürrəhim, 
Əbdüləzim, Mehrəli adlı oğlanları vardı.
Əbdürrəhim  1807-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  olurdu.  Müqəddəs 
Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı  Əbdürrəhim Balaxanımla ailə qurmuşdu.  İbrahim, 
Məmmədbağır adlı oğlanları vardı.
İbrahim  1839-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ticarətlə məşğul idi.
İbrahimin Həmid, Əhməd adlı oğlanları vardı.
Həmid  1869-cu  ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı. 
Ticarətlə məşğul idi.
İbrahimin  ikinci  oğlu  Əhməd  1871-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  Əbdürrəhimin  ikinci  oğlu  Məmmədbağır  1855-ci 
ildə Şuşa şəhərində anadan olmuşdu.  Ticarətlə məşğul  idi.
***
Kərbəlayı  Abdullanın  ikinci  oğlu  Əbdüləzim  1817-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə 
məşğul  olurdu.  1833-cü  ildə  “Rastabazar”da  dükan  işlədirdi. 
Müqəddəs Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı  Əbdüləzim  Ruqiyə  ilə  ailə  qurmuşdu.  İsmayıl, 
Hüseyn adlı oğlanları vardı.
İsmayıl  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Kərbəlayı  Əbdüləzimin ikinci oğlu  Hüseyn  1857-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
***
181

Kərbəlayı Abdullanın üçüncü oğlu Mehrəli  1827-ci ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul olurdu.
Mehrəlinin Müseyib, Zülfüqar, Heydər adlı oğlanları vardı.
Müseyib  1863-cü  ildə  Şuşa  şəhərində doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Mehrəlinin  ikinci  oğlu Zülfüqar  1865-ci  ildə  Şuşa şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Mehrəlinin üçüncü  oğlu Heydər  1867-ci ildə  Şuşa şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
***
Kərbəlayı  Canının  ikinci  oğlu  Əbdüləzim  1784-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul olurdu.  “Rastabazar”da dükan işlədirdi.
Əbdüləzimin Hüseyn adlı oğlu vardı.
Hüseyn  1805-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  olurdu.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Hüseynin Dadaş, Ələkbər, Əbdül adlı oğlanlan vardı.
Dadaş  1837-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ticarətlə məşğul idi.
Məşədi  Hüseynin  ikinci  oğlu  Ələkbər  1839-cu  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Hüseynin  üçüncü  oğlu  Əbdül  1843-cü  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Mustafa uşağı (Hacıyevlər)
Bu  soyun  ulu  babası  Kərbəlayı  Mustafadır.  Kərbəlayı 
Mustafa XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində 
yaşamışdı. Ticarətlə məşğul idi.
182
Kərbəlayı Mustafanın Hüseyn, Zeynal, İbrahim adlı oğlanları
vardı.
Hüseyn  1772-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Müqəddəs  Məkkəyi - 
mükərrəmi ziyarət etmişdi.
Hacı  Hüseyn  bir  müddət  Təbrizli  məhəlləsinin  deputatı  və 
ağsaqqalanndan olmuşdu.
Məclis  və  mərəkələrdə  həmişə  başda  olardı.  XVIII  yüzilin 
ikinci  yarısından  başlayaraq  Aşura  təziyəsi,  əsasən,  Təbrizli 
məhəlləsində  keçirilirdi.  Daha  izdihamlı,  daha  gur  olduğundan 
şəhər  qazısı  da  bu  məhəllədə  təziyəyə  qatılırdı.  1840-cı  illərin 
önlərində  ruslara  arxalanan  ermənilər  Təbrizli  məhəlləsinin 
təziyyə  məclisinə  lağ  eləmişdilər.  Təziyədə  iştirak  edən  şəhər 
qazısı  Mirzə  Əbülqasım  bəy  Mirzə  Əli  bəy  oğlu  Haqverdiyev 
(1803-?)  ermənilərin  əleyhinə  fitva  hazırlamış,  bu  işin  həyata 
keçirilməsini  şəhər deputatı,  Təbrizli  məhəlləsinin ağsaqqalı  Hacı 
Hüseyn  Kərbəlayı  Mustafa  oğluna  (1772-?)  tapşırmışdı.  Məhəllə 
əhli  hərə  bir  dəyənək  götürüb,  erməniləri  xurd-xəşil  eləmişdilər. 
Şəhər  qəza  idarəsinin  polisləri  və  keşikçilər  qəzəbli  kütləni  güc- 
bəla  ilə  yatırmışdılar.  Erməniləri  fitnəsi  haqqında  çara  məlumat 
verilmişdi.
Hacı Hüseyn 1854-cü ildə vəfat edib.
Hacı Hüseynin törəməsi Hacıyev soyadını daşıyırdılar.
Hacı  Hüseyn  Fatma  ilə  ailə  qurmuşdu.  Ağakişi,  İsmayıl, 
Babakişi adlı oğlanları,  Qızxanım, İmmi, Əziz, Qızyetər adlı qızları 
vardı.
Ağakişi  1822-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Ağakişi  Ayna  ilə  ailə  qurmuşdu.  Əlikişi,  Muxtar, 
Həmid,  Salman, Əhməd adlı oğlanları,  Dümisə,  Bəyim  adlı qızları 
vardı.
Əlikişi  1850-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Məktəb təhsili almışdı.
183

Məşədi  Ağakişinin  ikinci  oğlu  Muxtar  1852-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi  Ağakişinin  üçüncü  oğlu  Həmid  1854-cü  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi  Ağakişinin dördüncü oğlu  Salman  1857-cü ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Məktəb  təhsili  almışdı.  Ticarətlə 
məşğud  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Salman  Xanım  Hacı  İbrahim  qızı  ilə  ailə  qurmuşdu. 
Mahmud, Qulam adlı oğlanları vardı.
Mahmud  Şuşa şəhərində doğulmuşdu.  Şəhər Real Məktəbini 
bitirmişdi.  Sonra  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasına 
qəbul  olunmuşdu.  Seminariyanı  tamamlayandan  sonra  Şuşa  Real 
Məktəbində müəllim işləmişdi.
Mahmud bəyin Məryəm xanım adlı qızı vardı.
Məşədi  Salmanın ikinci oğlu Qulam  Şuşa şəhərində dünyaya 
gəlmişdi.  Şəhər  Real  məktəbini  bitirmişdi.  1917-ci  ildə  imtahan 
verib,  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasına  qəbul 
olunmuşdu.
Məşədi  Ağakişinin  üçüncü  oğlu  Əhməd  1859-cu  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Hacı  Hüseynin  ikinci  oğlu  İsmayıl  1824-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  İsmayılın  Hüseyn,  Əbdülhəsən,  Əbdüləli,  Ələsgər 
adlı oğlanları vardı.
Hüseyn  1859-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Məktəb 
təhsili almışdı.
Məşədi  İsmayılın  ikinci  oğlu  Əbdülhəsən  1861-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi  İsmayılın  üçüncü  oğlu  Əbdüləli  1866-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
Məşədi  İsmayılın  dördüncü  oğlu  Ələsgər  1869-cu  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
184
Hacı  Hüseynin  üçüncü  oğlu  Babakişi  1837-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Babakişinin İbrahim, Xanlar adlı oğlanları vardı.
İbrahim  1865-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Məktəb 
təhsili almışdı.
Babakişinin  ikinci  oğlu  Xanlar  1868-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Məktəb təhsili almışdı.
***
Kərbəlayı  Mustafanın  ikinci  oğlu  Zeynal  1807-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Zeynalın törəmələri Zeynalov soyadını daşıyırdılar.
Məşədi  Zeynal  Səkinə  ilə  ailə  qurmuşdu.  Qasım,  Əsəd, 
Əbülhəsən adlı oğlanları, Məsumə, Şahnisə adlı qızları vardı.
Qasım  1836-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Qasımın Teymur, Zeynal adlı oğlanları vardı.
Teymur  1866-cı  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Məktəb təhsili almışdı.
Məşədi  Qasımın  ikinci  oğlu  Zeynal  1868-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
Məşədi  Zeynalın  ikinci  oğlu  Əsəd  1851-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
Məşədi  Zeynalın  üçüncü  oğlu  Əbülhəsən  1859-cu  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
***
185

Kərbəlayı Mustafanın üçüncü oğlu İbrahim  1820-ci ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı Qədiməli uşağı (Qədimovlar)
Təbrizli  məhəlləsində  sakin  olanlardan  biri  də  Qədiməlidir. 
Qədiməli  “Rastabazar”da  baqqal  dükanı  işlədirdi.  Müqəddəs 
Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Qədiməli  Tükəzlə  həyat  qurmuşdu.  Həsən  adlı 
oğlu vardı.
Həsən  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Xorasanın  pak  torpağını  və 
müqəddəs Məkkəyi-müşərrəfı ziyarət etmişdi.
Hacı  Həsən  Əcəblə  ailə  qurmuşdu.  Hüseyn,  Ağakişi, 
Hümbətəli, Həsənəli adlı oğlanları vardı.
Hüseyn  1824-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı 
Hüseynin 
Cəfərqulu, 
Abbasqulu, 
Əliqulu, 
Hüseynqulu adlı oğlanları vardı.
Cəfərqulu  1863-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Kərbəlayı  Hüseynin  ikinci  oğlu Abbasqulu  1868-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Hüseynin  üçüncü  oğlu  Əliqulu  1870-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Molla yanında oxumuşdu.
Kərbəlayı  Hüseynin  dördüncü  oğlu  Hüseynqulu  1871 -ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Hüseynqulu Ağca Kərbəlayı Yusif qızı ilə ailə qurmuşdu. *
*
*
***
186
Hacı  Həsənin  ikinci  oğlu  Ağakişi  1839-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Ağakişinin Şirin, Salman, Süleyman, Şükür, Dadaş 
adlı oğlanlan vardı.
Şirin  1863-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Şirinin Manaf, Lətif, Qulam, İslam adlı oğlanlan vardı.
Manaf  1881-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Sonra  ali  məktəbdə  təhsil  almışdı.  Kənd 
Təsərrüfatı naziri olub.
Manaf Xavər Axundova ilə  ailə  qurmuşdu.  Bilqeyis  adlı  qızı
vardı.
Bilqeyis Bakı şəhərində doğulmuşdu.
Bilqeyis Yusif Məmmədəliyevlə ailə qurmuşdu.
Şirinin ikinci oğlu Lətif 1895-ci  ildə  Şuşa şəhərində dünyaya 
gəlmişdi.  Almaniyada  ali  texniki  məktəb  bitirmişdi.  SSRİ-yə 
qayıdandan  sonra  Nərimanov  adına  texnikumunda  və  başqa 
yerlərdə  işləmişdi.  Repressiya  olunub.  1941-ci  ildə  həbsxanada 
vəfat edib.
Şirinin  üçüncü  oğlu  Qulam  1903-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Qulam Kleopatra ilə ailə qurmuşdu. Ramiz adlı oğlu vardı.
Şirinin  dördüncü  oğlu  İslam  1907-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Orta  məktəbi  bitirəndən  sonra  Leninqrad 
Politexnik  İnstitutuna  qəbul  olunmuşdu.  1930-cu  ildə  institutu 
tamamlamışdı.  Həmin  il  Azərbaycan  SSR-nin  Kommunal 
Təsərrüfat  Komissarlığının  əsaslı  tikinti  trestinə  rəis  təyin 
edilmişdi. 
Sonra  komissarlığın  plan-iqtisad  idarəsinə  rəis 
dəyişilmişdi.  1941-ci  ilədək  bu  idarədə  çalışmışdı.  1932-ci  ildə 
eyni zamanda Bakı Sosial-İqtisad İnstitutunu bitirmişdi.
İslam  Qədimov  1941-ci  ildə  cəbhəyə  yollanır.  1944-cü 
ilədək II  Dünya  müharibəsində  iştirak edir.  Leytenant  rütbəsindən 
mayor  rütbəsinədək  yüksəlir.  Bir  çox  döyüş  nişanları  ilə  təltif
187

edilir.  1944-cü  ildə  Azərbaycan  KP  MK-nin  çağırışı  ilə  ordudan 
tərxis olunur. Azərbaycan SSR-nin Komunnal Təsərrüfat komissarı 
təyin olunur.  1945-ci ildə bu komissarlıq nazirliklə əvəzlənir.  İslam 
Qədimov 
1948-ci  ilədək  Azərbaycan  SSR-nin  Komunnal 
Təsərrüfat  naziri  vəzifəsində  çalışır.  Bu  vəzifədə  bir  çox  dövlət 
nişanları  ilə  təltif edilir.  1948-ci  ildən  1966-cı  ilədək  ölkənin  bir 
çox  şəhər  və  rayonlarının  tikinti  sahələrində  rəhbər vəzifələrində 
işləyir.  Bakı  Zərif  Mahudlar  Fabrikinin,  Q.Musabəyov  adma 
Mexaniki  Zavodun,  Şamaxı  rəsədxanasının  və  onlarla  respublika 
əhəmiyyətli  tikintinin  inşasına  başçılıq  edir.  1966-cı  ildən 
“Azkəndtikinti”  trestinə  rəis  təyin  edilir.  Ömrünün  sonunadək 
burda çalışır.
İslam Qədimov  1973-cü ildə vəfat edib.
İslam  öncə  bir  rus  əsilli  qadınla,  sonra  Rövşanə  Əliağa  qızı 
Mustafayeva  ilə  ailə qurmuşdu.  Yusif,  Oqtay  adlı oğlanları,  Səidə, 
Dilarə adlı qızları var.
Yusif 1928-ci ildə Bakı şəhərində anadan olub.  Orta məktəbi 
bitirəndən  sonra  Azərbaycan  Politexnik  İnstitutuna  qəbul  olunub. 
İnstitutu tamamlayandan sonra memar işləyib.
Yusif Qədimov  körkəmli  memardır.  Əməkdar  memar  adma 
layiq  görülüb.  Akademikdir.  2009-cu  ildə  Azərbaycan  Memarlar 
İttifaqı,  Dövlət  Şəhərsalma və  Arxitektura  Komitəsinin təsis etdiyi 
medalla təltif olunub.
İslamın ikinci oğlu Oqtay  1932-ci ildə Bakı şəhərində anadan
olub.
İslamın  böyük  qızı  Səidə  1938-ci  ildə  Bakı  şəhərində 
dünyaya  gəlib.  6  №-li  orta  məktəbi  bitirəndən  sonra  Azərbaycan 
Dövlət  Universitetinin  filologiya  fakültəsinə  daxil  olub.  1963-cü 
ildə  universiteti  tamamlayıb.  Elə  həmin  ildən  Azərbaycan 
radiosunda  çalışıb.  Sonra  Azərbaycan  Televiziya  və  Radio 
Verilişləri  Komitəsində  dublyaj  redaksiyasına  dəyişilib.  1969-cu 
ildə  həyat  yoldaşı  ilə  bərabər  Kubaya  ezam  olunub.  1972-ci  ildə 
vətənə  dönüb  və  Azərbaycan  Televiziya  və  Radio  Verilişləri 
Komitəsində  rəngli  televiziya  redaksiyasında  redaktor vəzifəsində 
işləyib.  1977-ci  ildən hərbi-vətənpərvərlik redaksiyasında  redaktor
188
vəzifəsində çalışıb.  1979-1981-ci  illərdə həyat yoldaşı  ilə  bərabər 
Əfqanıstan  respublikasına  ezam  olunub.  Məzari-Şərif  vilayətində 
rus 
dili 
müəllimi 
işləyib. 
Ordan 
qayıdandan 
sonra, 
“Azərbaycanfılm”  kinostudiyasında  sənədli  filmlər  şöbəsində 
çalışıb.  1982-ci  ildən  Azərbaycan  Televiziya  və  Radio  Verilişləri 
Komitəsində  -   “Drujba”  redaksiyasında  redaktor  işləyib.  Burdan 
da  təqaüdə  çixib.  Azərbaycan  Jurnalistlər  Birliyinin  üzvü,  əmək 
veteranıdır.
Səidə  xanım  Rauf  Yaqub  oğlu  Sücəddinovla  ailə  qurub. 
Cavid adlı oğlu, Cəmilə adlı qızı var.
İslamın  ikinci  qızı  Dilarə  1944-cü  ildə  Bakı  şəhərində 
dünyaya  göz  açıb.  6  nömrəli  orta  məktəbi  bitirəndən  sonra 
Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinə  daxil 
olub. Müəllim işləyir.
Kərbəlayı  Ağakişinin  ikinci  oğlu  Salman  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Salmanın Həmid, Xasay, Cəlal, Camal adlı oğlanları vardı.
Həmid Bakı şəhərində doğulmuşdu.
Həmid Əminə ilə  ailə qurmuşdu.  Çingiz,  Fuad adlı oğlanları, 
Fəridə və Fəxrəndə adlı qızları var.
Çingiz Bakı şəhərində dünyaya gəlib.
Həmidin  ikinci  oğlu  Fuad  Bakı  şəhərində  anadan  olub.  Orta 
məktəbi  bitirəndən  sonra  incəsənət  institutuna  qəbul  olunub. 
Bəstəkar  və  şairdir.  Bəstələdiyi  mahnılar  Azərbaycanın  tanınmış 
müğənniləri,  o  cümlədən,  Flora  Kərimova  tərəfindən  ifa  olunur. 
Onlardan  biri  də  gözəl  musiqisi,  mənalı  sözləri  ilə  çoxlarının 
yaddaşına yazılmış  «Dalğalar» mahnısıdır.  Adətən,  musiqini  insan 
həyatının  mənası  adlandırırlar.  Bu,  həqiqətən  də,  belədir.  Məgər 
musiqisi  və  sözləri  istedadlı  Fuad  Qədimova  aid  «Dalğalar» 
mahnısı  bizə  ömrümüzün  xoş,  qayğısız  günlərini  xatırlatmırmı? 
Şəffaf  bulaq  suyu  kimi  damla-damla  qəlbimizə  yol  tapan  bu 
mahnını eşidəndə özümüzdən asılı olmayaraq dodaqlarımız xəfifcə 
gülümsəyir.
189

Gah coşursan, gah susursan,
Gah mahnısan, göz yaşısan,
Dalğalar, ay dalğalar.
İnsanı  duyğulandırdığı  qədər  düşüncələrə  qərq  edən  gözəl 
sözlər  elə  mahnının  musiqisini  bəstələyən  Fuad  Qədimova 
məxsusdur.  Mahnı Fuad müəllimə gənclik illərindən yadigardır.  O, 
1972-ci  ildə  incəsənət  institutunu  bitirərkən  buraxılış  işi  kimi  bu 
gözəl  mahnım  ərsəyə  gətirib.  Elə  həmin  il  buraxılış  gecəsində 
məşhur  müğənnimiz  Flora  Kərimovanın  ifasında  səslənən 
«Dalğalar» mahnısı bir gecənin içində minlərlə insanın qəlbinə  yol 
tapıb.  Flora  xanımın  ecazkar  ifası  onu  əsl  sənət  əsərinə  çevirib. 
Heç kəsə bənzəməyən, özünəməxsus ifa tərzi olan Flora Kərimova 
«Dalğalar»  mahnısının  yaranma  tarixini  belə  xatırlayır:  “Mahnını 
eşidən  kimi  sevmişdim.  Onun  musiqisinə  də,  sözlərinə  də 
vurulmuşdum.  Fuad  Qədimova  aid  «Dalğalar»  mahnısını  ilk  dəfə 
«Dan  ulduzu»  ansamblının  rəhbəri  Gülarə  Əliyeva  oranjiman 
etmişdi.  Mahnı  o  qədər  ürəyəyatımlı,  o  qədər  xəfif alınmışdı  ki, 
onu  sevməmək  mümkün  deyildi.  Sonra  «Dalğalar»  mahnısını 
yazdırmaq  qərarına  gəldim.  Göz  yaşlan  içində,  ürək  ağrısı  ilə  ifa 
etdiyim  mahnı  çox  gözəl  alınmışdı.  Oxuculara  bir  sirri  açmaq 
istərdim.  İlk dəfə «Dalğalar» mahnısını yazdıranda böyük qardaşım 
təzə  rəhmətə  getmişdi.  «Dalğalar»  onun  ən  çox  sevdiyi  və 
dinlədiyi  nəğmələrdən  idi.  Odur  ki,  ifa  edərkən  özümdən  asılı 
olmayaraq  axıtdığım  göz  yaşları  mahnım  daha  da  yanıqlı  etmişdi. 
Ümumiyyətlə,  itkilər həmişə mənə çox pis təsir edib.  Xüsusilə də, 
əgər  bu  insan  sənin  doğman,  yaxmındırsa,  bu  itki  ilə  heç  cür 
barışmaq  istəmirsən.  Ən  qəribəsi  isə  o  oldu  ki,  ifa  zamanı 
axıtdığım  göz  yaşlarına  baxmayaraq,  səsimdə  heç  bir  dəyişiklik 
olmadı.  Təəssüflər  olsun  ki,  sonradan  sənətimə  qadağaların 
qoyulduğu  vaxt  yazdırdığım  bu  mahnını  da  özümdə  saxlaya 
bilmədim”.
Amma  artıq  qeyd  etdimiz  kimi,  insan  kimi  mahnının  da 
taleyi,  qisməti  var.  Belə  olmasaydı,  illər  keçəndən  sonra  Flora 
xanıma  «Dalğalar»ı  ikinci  dəfə  ifa  etmək,  onu  yeni  oranjimanda 
yazdırmaq  qismət  olmazdı.  Mahnının  müəllifi  Fuad  Qədimovun
190
təşəbbüsü ilə Flora  Kərimova  «Dalğalar»ı yenidən yazdırmaqla öz 
pərəstişkarlarını  bir  daha  sevindirib,  keçmiş  xatirələri  yada  salıb. 
Kim  bilir,  bəlkə  də,  «Dalğalar»  neçə-neçə  insanın  taleyində 
silinməz  iz  qoyub.  Onu  yenidən  eşidəndə  isə  neçə-neçə  insan  öz 
gəncliyini,  həyatının  unudulmaz  anlarını  yada  salıb,  nostalji 
hisslərə  dalıb.  Beləliklə  mahnı  insanları,  insanlar  isə  mahnını 
yaşadıb.  İllər  keçəcək,  amma  «Dalğalar»  hər  zaman  yaddaşlarda 
yaşayacaq, onu dinləyənlərə əvəzolunmaz anlar, xoş duyğular bəxş 
edəcək.
Fuadın Rəna adlı qızı var.
Salmanın ikinci oğlu Xasay Bakı şəhərində anadan olmuşdu.
Xasayın Əziz adlı oğlu, Elmira adlı qızı var.
Salmanın üçüncü oğlu Cəlal Bakı şəhərində anadan olmuşdu.
Salmanın  dördüncü  oğlu  Camal  Bakı  şəhərində  anadan 
olmuşdu.
Camalın Elvira adlı qızı var.
Kərbəlayı  Ağakişinin  üçüncü  oğlu  Süleyman  1867-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Kərbəlayı Ağakişinin dördüncü oğlu  Şükür  1870-ci ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Şükür İzzətbəyim Seyid Nəsrulla qızı (1923-2000) ilə 
ailə qurmuşdu.  Kamil, Əmir adlı oğlanları, Firəngiz adlı qızı vardı.
Kamil  1914-cü ildə Şuşa şəhərində doğulmuşdu.
Kamil Qədimov  1980-ci ildə vəfat edib.
Kamil  Dünyaxanım  İmamqulu  qızı  ilə  ailə  qurmuşdu.  Rəna 
adlı qızı var.
Rəna  Qədimova  1958-ci  il  yanvarın  10-da  Bakı  şəhərində 
doğulub.  1961-ci  ildən  1964-cü  ilədək  Bülbül  adma  Orta  İxtisas 
Musiqi  Məktəbində  Degina  Seroviçin  sinfində  fortopiano  öyrənib. 
1965-ci  ildən  1976-cı  ilədək  orta  təhsilini  davam  etdirib.  1976-cı 
ildən  1983-cü  ilədək  Üzeyir  Hacıbəyov  adına  Azərbaycan  Dövlət
191

Konservatoriyasında  (Fərəc  Qarayevin  sinfində)  bəstəkarlıq 
ixtisası üzrə oxuyub.
Rəna  Qədimova  1983-cü  ildən  Soltan  Hacıbəyov  adma 
Sumqayıt  şəhər  Orta  İxtisas  Musiqi  Məktəbində  müəllim  kimi 
fəaliyyətə  başlayıb.  1997-ci  ilədək  bu  məktəbdə  çalışıb.  1997-ci 
ildən  bu  günədək  Bülbül  adma  Orta  İxtisas  Musiqi  Məktəbinin 
müəllimidir.
Rəna 
Qədimova  peşəkar  bəstəkardır. 
Xeyli  musiqi 
bəstələyib.  1963-1964-cü  illərdə:  fortopiano  üçün  kiçik  əsərlər 
(“Qız  qalası”,  “Qəmli  mahnı”,  “Balaca  at”,  “Pioner  marşı”). 
Fortopiano üçün bəstələdiyi  11  prelüd uğur qazanıb.
1979-cu  ildə  özünün  bəstələdiyi  əsərləri  ilə  ilk  dəfə  çıxış 
edib.  I  Zaqafqaziya  festivalının  diplomunu  alıb.  Türkmənistan- 
Azərbaycan  gənc  bəstəkarlar  forumunun  iştirakçısı  olub.  “Üzü 
zirvəyə” Beynəlxalq bəstəkarlıq festivalında öz əsəri ilə çıxış edib, 
(faqot və fortopiano üçün sonata)
Bu  illərdə  keçirilən  Azərbaycan  Respublikası  Bəstəkarlar 
İttifaqının qurultaylarında,  plenumlarında öz əsərləri ilə konsertlər, 
müxtəlif televiziya kanallanndakı verilişlərdə iştirak etmişdir.
2006-2007-ci  illərdə  Azərbaycan  Mədəniyyət  və  Turizm 
Nazirliyinin  keçirdiyi  xor  əsərləri  və  nəfəsli  alətlər  üçün  əsərlər 
müsabiqəsinin mükafatçısı olub.
Gənclər  festivalında  münsiflər  heyətinin  üzvləri  cərgəsinə 
qatılıb.
2008-ci ildə bəstəkarlar ittifaqının konfransında məruzə edib, 
dövri  mətbuata,  eləcə  də  “Musiqi  dünyası”  jurnalına  məqalələr 
yazıb, radioda çıxışları ilə yadda qalıb.
Rəna  Qədimova  2008-ci  ilin  sentyabrında  III  müəllimlər 
qurultayına nümayəndə seçilib.
Məşədi  Şükürün  ikinci  oğlu  Əmir  1917-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.
Əmir Şəkər xanımla ailə qurmuşdu.  Aydın adlı oğlu, Firəngiz 
adlı qızı var.
Kərbəlayı  Ağakişinin  beşinci  oğlu  Dadaş  1873-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə
192
məşğul  idi.  Tağıyeva  Fatmabəyim  Seyid  Nəsrulla  qızı  ilə  ailə 
qurmuşdu.  Nazim  adlı  oğlu  dağ  mühəndisi  idi.  Nazim  45  yaşında 
vəfat edib.  Nazimin iki oğlu Azər və  İsgəndər hal-hazırda Moskva 
şəhərində yaşayırlar.
Hacı  Həsənin  üçüncü  oğlu  Hümbətəli  1845-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Anadalgəlmə kor idi.
***
Hacı  Həsənin  dördüncü  oğlu  Həsənəli  1863-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Bakı  şəhərində  dükan  icarəyə  götürüb  işlədirdi. 
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Həsənəli Qədimov 1909-cu ildə borca düşmüş, evi 
açıq  hərracda  satışa  çıxarılmışdı.  Rza  bəy  Hacı  İbrahim  bəy  oğlu 
Müqimov  və  Məşədi  Salman  bəy  Hacı  Hüseyn  bəy  oğlu 
Allahverənbəyov bu satışa etiraz etmişdilər.
193

Qədimovlar soyu
Məşədi Şükür Ağalişi oğlu 
və xanımı İzzətbəyim Seyid 
Nəsrulla qızı
194
L ə tif Şirin oğlu Qədimov
Dadaş Ağakişi oğlu və xanımı 
Fatmabəyim
195

Islam Şirin oğlu  Qədimov
L ə tif Şirin oğlu Qədimov
L ə tif  ailəsi ilə
Fuad Həmid oğlu 
Qədimov
196
Rəna Kamil qızı  Qədimova  (sağda)
Rəna Kamil qızı 
Qədimova
Kamil Şükür oğlu 
Qədimov
197

(Şəkildə yuxandan solda) Həmid Salman oğlu Qədimov, 
Dadaş Ağakişi oğlu,  Əminə Süleyman qızı,  Bilqeyis M ana/ 
qızı,  M a n a f Şirin oğlu
Əmir Şükür oğlu 
Qədimov
Dilarə İslam qızı 
Qədimova
Kübra Həsən qızı 
Qədimova
198
Əminə Süleyman qızı övladları və qardaşı qızı  ilə
Qulam  və Rəna Qədimovlar
199

Qədimovlar:  Fizzə,  Əminə,  Həmid,  Surxay, 
Fəridə,  Faiq,  Nailə və b.
Fəridə Həmid qızı 
qardaşı Faiqlə
Salman Ağakişi oğlu
200
Qədimovlar: Fizzə, 
Əminə,  Həmid, 
Surxay,  Fəridə, 
Faiq,  Nailə və b.
Hacı Şirin oğlu,  M a n a f Şirin 
oğlu və Dadaş Ağakişi oğlu
201

Hacı Ağakişi 
oğlu
Əmir Aydın 
oğlu
Ceyhun  Tofiq 
oğlu
İradə  Tofiq qızı
Tofiq Hacı oğlu 
Əmir Şükür oğlu
202
Həmid Faiq oğlu
Fəxrəndə Həmid 
Oqtay İslam oğluı
qızı
Firəngiz Əmir qızı
*e'>,
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə