Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix03.02.2017
ölçüsü10,7 Mb.
#7293
1   ...   4   5   6   7   8   9   10   11   12

;İJJ
 
0

*  
m
 
19
ъ ?
Cəmil Aydın oğlu
203

Fəridə və Çingiz Qədimovlar
il 
M
j
,.жр
Calal Süleyman oğlu,  Rauf Surxay oğlu, Fizzə, 
Əminə Süleyman qızları
204
Kamilə  Tofıqlə
205

Cəlal və Camal Süleyman oğlu
206
Ənvər Süleyman oğlu
Kərbəlayı Qoca uşağı
Bu  soyun ulu  babası  Kərbəlayı  Qocadır.  Qoca XVIII  yüzüm 
sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı.  Ticarətlə 
məşğul idi. Müqəddəs  Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Qocanın Məhəmmədəli adlı oğlu vardı.
Məhəmmədəli  1773-cü ildə  Şuşa şəhərində anadan olmuşdu. 
Molla  yanında  oxumuşdu.  Hamam  işlətmişdi.  Pak  Xorasanı, 
müqəddəs  Kərbəla  torpağını  və  Məkkəyi-müşərrəfı  ziyarət 
etmişdi.
Hacı Məhəmmədəli  1855-ci ildə vəfat edib.
Hacı  Məhəmmədəli  Xədicə  ilə  ailə qurmuşdu.Rəhim, Abbas 
adlı oğlanları, Anaxanım adlı qızı vardı.
Rəhim  1835-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhim  Xeyransa  ilə  həyat  qurmuşdu.  Əliyar,  Məmməd, 
Əsəd, Məmmədəli, Kərim,  Səlim adlı oğlanları vardı.
Əliyar  1846-cı  ildə  Şuşa  şəhərində  dünyaya gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhimin  ikinci  oğlu  Məmməd  1852-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Rəhimin  üçüncü  oğlu  Əsəd  1856-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhimin  dördüncü  oğlu  Məmmədəli  1859-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Rəhimin  beşinci  oğlu  Kərim  1870-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhimin  altıncı  oğlu  Səlim  1872-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Məhəmmədəlinin  ikinci  oğlu  Abbas  1835-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Abbasın Qulu adlı oğlu vardı.
207

Qulu  1872-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Rəcəbəli uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  Rəcəbəlidir.  Kərbəlayı 
Rəcəbəli  XVIII  yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa 
şəhərində  yaşamışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı Rəcəbəlinin Hüseynəli, Hacı adlı oğlanları vardı.
Hüseynəli  1800-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
İbtidai  təhsilini  molla  yanında  almışdı.  Sonra  mədrəsədə 
oxumuşdu.  Öncə məhəllələrinin dini  işləri ilə məşğul olmuş, sonra 
şəhər  komendantlığının  əks-kəşfiyyat  bölməsinin  İran  şöbəsində 
işə  düzəlmişdi.  Qardaşı  Hacının  əlaqələndiricisi  olmuşdu. 
Komendantdan öncə məaf, sonra bəy ünvanı almışdı.
Molla  Hüseynəli  bəy  Pəri  xanımla  ailə  qurmuşdu.  Seyidə li 
bəy,  Ələsgər  bəy,  Lütfəli  bəy  adlı  oğlanları,  Tükəzban  xanım, 
Xeyransa xanım adlı qızları vardı.
Seyidəli bəy  1826-cı ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai 
təhsilini atasından almışdı.  Sonra mədrəsədə oxumuşdu.
Molla  Hüseynəli  bəyin  ikinci  oğlu  Ələsgər bəy  1828-ci  ildə 
Şuşa şəhərində  anadan olmuşdu.  İbtidai təhsilini atasından almışdı. 
Sonra  Sankt-Peterburq  Konstantin  Hərbi  Yunker məktəbinə  qəbul 
olunmuşdu.  Məktəbi yunker rütbəsi ilə bitirmişdi.
Ələsgər bəyin Allahverən bəy adlı oğlu vardı.
Allahverən  bəy  1866-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
İbtidai  təhsilini  molla  yanında  almışdı.  Sonra  mədrəsədə 
oxumuşdu.
Molla  Hüseynəli  bəyin üçüncü oğlu  Lütfəli bəy  1830-cu  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  İbtidai təhsilini atasından almışdı. 
Sonra mədrəsədə oxumuşdu.
***
Kərbəlayı  Rəcəbəlinin  ikinci  oğlu  Hacı  1802-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  İbtidai  təhsilini  molla yanında almışdı.
208
Sonra  mədrəsədə  oxumuşdu.  Şəhər  komendantlığında  əks- 
kəşfiyyat  bölməsinin  İran  şöbəsində  işə  düzəlmişdi.  İranda 
kəşfiyyatçı  kimi  fəaliyyət  göstərmişdi.  Komendantdan  məaf 
(vergilərdən  azad)  ünvanı  almışdı.  Müqəddəs  Kərbəla  torpağını 
ziyarət etmişdi.
Kərbəlayı  Hacı  Zeynəb  xanımla  ailə  qurmuşdu.  Əlikişi, 
Ələkbər, Əhməd adlı oğlanları, Balaxanım adlı qızı vardı.
Əlikişi  1833-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini  molla  yanında  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu. 
Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Əlikişi  Ayna  xanımla  ailə  qurmuşdu.  Oğlu 
olmayıb.
Kərbəlayı  Hacının  ikinci  oğlu  Ələkbər  1836-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  İbtidai təhsilini  molla yanında almışdı. 
Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
Ələkbərin Yusif adlı oğlu vardı.
Yusif  1870-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini  molla  yanında  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Kərbəlayı  Hacının  üçüncü  oğlu  Əhməd  1841-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  İbtidai təhsilini  molla yanında almışdı. 
Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Mirzə uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  Mirzədir.  Kərbəlayı  Mirzə 
XVIII  yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində 
yaşamışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla  topağını 
ziyarət etmişdi.
Kərbəlayı  Mirzənin  Məmi,  Əlihüseyn,  Əbdülhüseyn  adlı 
oğlanları vardı.
209

Məmi  1797-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
“Rastabazar”da  pinəçi  dükanı  vardı.  Müqəddəs  Kərbəla  torpağını 
ziyarət etmişdi.
Kərbəlayı  Məmi  Hüsnü  ilə  ailə  qurmuşdu.  Məmmədhəsən, 
Mehdi, Sadıq adlı oğlanları, Zeynəb adlı qızı vardı.
Məmmədhəsən  1838-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Xırda ticarətlə məşğul idi.
Kərbəlayı  Məminin  ikinci  oğlu  Mehdi  1840-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
Kərbəlayı  Məminin  üçüncü  oğlu  Sadıq  1846-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
***
Kərbəlayı  Mirzənin  ikinci  oğlu Əlihüseyn  1799-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Ticarətlə  məşğul  idi.  Əvvəlcə  pak 
Xorasan torpağını, Məşhədi-müqəddəsi, sonra Məkkəyi-müəzzəmi 
ziyarət etmişdi.
Hacı Əlihüseyn Şirinlə ailə qurmuşdu. Xədicə adlı qızı vardı.
***
Kərbəlayı  Mirzənin  üçüncü  oğlu  Əbdülhüseyn  1799-cu  ildə 
Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Əbdülhüseynin  Talib,  Tağı,  Nağı  adlı  oğlanları,  Bacıxanım, 
Püstə adlı qızları vardı.
Talib  1843-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Xırda 
ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi Talibin Yəhya adlı oğlu vardı.
Yəhya  1870-ci  ildə  Şuşa şəhərində dünyaya gəlmişdi.  Molla 
yanında oxumuşdu.  Xırda ticarətlə məşğul idi.
Əbdülhüseynin  ikinci  oğlu  Tağı  1845-ci  ildə  Şuşa şəhərində 
anadan  olmuşdu.  Xırda  ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
210
Əbdülhüseynin  üçüncü  oğlu  Nağı  1848-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Xırda  ticarətlə  məşğul  idi.  O,  1860-cı 
ildən sonra Rusiyaya getmiş, orda qalmışdı.
Kərbəlayı Bayram uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  Bayramdır.  Bayram  XVIII 
yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı. 
Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Bayramın Qulu adlı oğlu vardı.
Qulu  1791-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  İbtidai 
təhsilini  molla  yanında  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu. 
Məhəllələrinin dini işləri ilə ilgilənmişdi.
Molla Qulunun  Tağı,  Mehdiqulu, Nağı,  Abış,  İsmayıl,  Sadıq, 
Qasım adlı oğlanları vardı.
Tağı  1823-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini  atasının  yanında  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu. 
Ticarətlə məşğul  idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Tağının Ağa adlı oğlu vardı.
Ağa  1869-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Molla  Qulunun  ikinci  oğlu  Mehdiqulu  1825-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Mehdiqulunun Əbdülhüseyn, Əbdüləli adlı oğlanları vardı.
Əbdülhüseyn  1857-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Mehdiqulunun  ikinci  oğlu  Əbdüləli  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Molla  Qulunun  üçüncü  oğlu  Nağı  1827-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Nağının Abbasqulu adlı oğlu vardı.
Abbasqulu  1859-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
211

Molla  Qulunun  dördüncü  oğlu  Abış  1831-ci  ildə 
Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Molla  Qulunun  beşinci  oğlu  İsmayıl  1833-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
İsmayılın Mahmud adlı oğlu vardı.
Mahmud  1859-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Molla Qulunun altıncı oğlu Sadıq  1835-ci ildə Şuşa şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu.
Molla  Qulunun  yeddinci  oğlu  Qasım  1845-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı Hacıbaba uşağı
Bu  soyun ulu  babası  Kərbəlayı  Hacıbabadır.  Hacıbaba XVIII 
yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı. 
Ticarətlə məşğul idi.  Müqəddəs  Kərbəla topağını ziyarət etmişdi.
Kərbəlayı Hacıbabanın Məmınədhüseyn adlı oğlu vardı.
Məmmədhüseyn 
1791-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak 
Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Məmmədhüseyn  Zeynəblə  ailə  qurmuşdu.  Kərim, 
Saleh adlı oğlanları, Şəkər,  Dürrə, Gülsüm adlı qızları vardı.
Kərim  1836-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərimin İsax adlı oğlu vardı.
İsax  1853-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məmmədhüseynin  ikinci  oğlu  Saleh  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Müqəddəs  Kərbəla torpağını ziyarət etmişdi.
212
Kərbəlayı Salehin Müseyib adlı oğlu vardı.
Müseyib  1869-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Hacı uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  Hacıdır.  Hacı  XVIII  yüzilin 
sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı Hacının Həsən adlı oğlu vardı.
Həsən  1807-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Həsənin Məmməd, Hüseyn adlı oğlanlan vardı.
Məmməd  1854-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Həsənin  ikinci  oğlu  Hüseyn  1857-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı İmamqulu uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  İmamquludur.  İmamqulu 
XVIII  yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşa­
mışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla  torpağını  ziyarət 
etmişdi.
Kərbəlayı  İmamqulunun  Hacı,  Məmmədqulu  adlı  oğlanlan
vardı.
Hacı  1805-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Hacı  1852-ci  ildə vəfat edib.
213

Məşədi Hacı Xanımla ailə qurmuşdu.
Kərbəlayı  İmamqulunun  ikinci  oğlu  Məmmədqulu  1826-cı 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi  Məmmədqulu  Bəyimlə  ailə  qurmuşdu.  Dadaş,  Hacı, 
Əli, Məmməd adlı oğlanları vardı.
Dadaş  1847-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Məşədi  Məmmədqulunun  ikinci  oğlu  Hacı  1852-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Ölmüş  əmisinin  adını  daşıyırdı.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Məşədi  Məmmədqulunun üçüncü  oğlu Əli  1860-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Məmmədqulunun  dördüncü  oğlu  Məmməd  1869-cu 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Kərbəlayı Xudadad uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  Xudadaddır.  Xudadad  XVIII 
yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı. 
Ticarətlə məşğul  idi.  Müqəddəs  Kərbəla torpağını ziyarət etmişdi. 
Kərbəlayı Xudadadın Hüseyn adlı oğlu vardı.
Hüseyn  1793-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını. 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Hüseyn  1855-ci ildə vəfat edib.
Məşədi  Hüseyn  Baharla  ailə  qunnuşdu.  Dadaş,  Ələsgər, 
Əkbər,  Nəcəf,  Məmmədəli,  Bağır,  Tağı,  Əsəd  adlı  oğlanları, 
Gülsüm, Şahcahan adlı  qızları vardı.
214
Dadaş  1830-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı Dadaşın Salman, Ağa adlı oğlanları vardı.
Salman  1858-ci  ildə Şuşa şəhərində dünyaya gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  Dadaşın  ikinci  oğlu  Ağa  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Hüseynin  ikinci  oğlu  Ələsgər  1836-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs  Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Ələsgərin Səlim, Hüsü adlı oğlanları vardı.
Səlim  1868-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  Ələsgərin  ikinci  oğlu  Hüsü  1870-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Hüseynin  üçüncü  oğlu  Əkbər  1838-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Hüseynin  dördüncü  oğlu  Nəcəf  1839-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs  Kərbəla topağmı ziyarət etmişdi.
Kərbəlayı  Nəcəfin  Əhməd,  Əbdül,  Həmzə  adlı  oğlanları
vardı.
Əhməd  1865-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  Nəcəfin  ikinci  oğlu  Əbdül  1870-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Nəcəfin  üçüncü  oğlu  Həmzə  1872-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
215

Məşədi  Hüseynin beşinci oğlu Məmmədəli  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Hüseynin  altıncı  oğlu  Bağır  1845-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Hüseynin  yeddinci  oğlu  Tağı  1852-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Hüseynin  səkkizinci  oğlu  Əsəd  1855-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı Yusif uşağı
Bu  soyun ulu  babası  Kərbəlayı  Yusifdir.  Yusif XVIII yüzilin 
sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Yusifin Ağakişi adlı oğlu vardı.
Ağakişi  1781-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Ağakişi  Şahnisə  ilə  ailə  qurmuşdu.  Süleyman, 
Mahmud, Yusif, Abbas adlı oğlanları, Fatma adlı qızı vardı.
Süleyman  1821-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Süleymanın Əli,  Dadaş,  Həsən adlı oğlanları vardı.
Əli  1848-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Süleymanın  ikinci  oğlu  Dadaş  1857-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Süleymanın  üçüncü  oğlu  Həsən  1863-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
216
Məşədi  Ağakişinin  ikinci  oğlu  Mahmud  1826-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Ağakişinin  üçüncü  oğlu  Yusif  1833-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Ağakişinin  dördüncü  oğlu  Abbas  1836-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Öcaqverdi uşağı (Haqverdiyevlər)
Bu  soyun  ulu  babası  Ocaqverdidir.  Öcaqverdi  XVIII  yüzilin 
sonlannda,  XIX yüzilin önlərində yaşamışdı.  Kitabdarlıqla məşğul 
olurdu.  Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi Öcaqverdi Məşədi Bağır qızı  Şərəflə ailə qurmuşdu.
Məşədi Ocaqverdinin Haqverdi, Həsən adlı oğlanları vardı.
Haqverdi  1807-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Savadlı  olduğundan  dolayı 
mirzə  ünvanı  daşıyırdı.  Öncə  Mehdiqulu  xanın  yanında  mirzə 
olmuşdu.
Mirzə  Haqverdinin  gözəl  xətti  vardı.  Katib  işləyirdi.  Kitab 
üzü köçürməklə güzəran keçirirdi.
Akademik  Feyzulla  Qasımzadə  “Abasqulu  Ağa  Bakıxanov 
Qüdsinin  şeirləri” 10  məqaləsində  belə  yazırdı:  Abasqulu  Ağa 
Bakıxanovun  birinci  dövrdə  yazdığı  mühüm  əsərlərdən  biri 
“Rəyazülqüds”  əsəridir.  Bu əsərin  Nizami  adına Dil  və  Ədəbiyyat 
İnstitutunda  kamil  bir  əlyazma  nüxsəsi  vardır.  Bü  nüxsənin  üzü 
şairin  sağlığında  1841-ci  ildə  Məşədi  Öcaqverdi  oğlu  Haqverdi 
Qarabağlı tərəfindən köçürülmüşdür.
M.Füzuli  Əlyazmalar İnstitutunda Mirzə Haqverdinin xətti ilə 
köçürülmüş  kitablar saxlanılır.
ш “Ədəbiyyat”  qəzeti.  12  iyun  1944-cü  il
217

Mirzə  Haqverdi  Fatmanisə  ilə  yaşam  qurmuşdu.  Abbas, 
Ələkbər,  Ələsgər,  Qasım,  Hüseyn,  Səməd  adlı  oğlanları,  Mina  və 
Səkinə adlı qızları vardı.
Abbas  1834-cü  ildə  Təbrizli  məhəlləsində  doğulmuşdu. 
İbtidai  təhsilini  atasından  almışdı.  Sonra  mədrəsə  və  qəza 
məktəbini bitirmişdi.  Rus idarələrində  işləmişdi.  Göyçay qəzasının 
məhkəmə  pristavı  olmuşdu.  Quberniya  katibi,  kollec  qeydiyyatçısı 
çinləri almışdı.
Mirzə  Abbas  bəy  Şuşa  şəhərinin  mədəni,  ictimai  həyatında 
mühüm  rol  oynayanlardan  biridir.  XX  yüzilin  önlərinə  aid 
mətbuatda  onun  adı  ziyalılar  cərgəsində  tez-tez  çəkilir.  Onun 
ictimai yaşamdakı  iştirakına dair bir bəlgə var.  Şuşa şəhər sakinləri 
Nəbiağayevlərin  bəyliyini  Qarabağın  adlı-sanlı  bəyləri  1868-ci  il 
oktyabrın  23-də  andlı  məhkəmədə  təsdiq  etdilər.  Həmin  bəylər 
bunlardır:  Hüseyn  bəy  Şərifbəyov,  Məşədi  Əli  bəy  Məşədi 
Məmmədşəfı  bəy  oğlu  (Şəfibəyov-Ə.Ç.),  Həsənəli  ağa  Xanqa- 
radağski,  Kəlbəli  bəy  Xələf  bəy  oğlu  (Xələfbəyov-Ə.  Ç.), 
Məmməd  bəy  Məmmədəli  bəy  oğlu,  Abdin  bəy  Hümbətəli  bəy 
oğlu  (Şəfıbəyov-Ə.  Ç.),  Əhməd  bəy  Həsənəli  bəy  oğlu,  Paşa  bəy 
Ağayev,  Mərdan  bəy  Zeynal  bəy  oğlu,  Əli  bəy  İbadullabəyov, 
quberniya  katibi  Abbas  bəy  Haqverdiyev,  İbrahim  bəy  Əli  bəy 
oğlul.
Mirzə  Abbas  bəyin  Qasım  bəy 
adlı  oğlu,  Xurşud  xanım  adlı  qızı 
vardı.
Qasım  bəy  1866-cı  ildə dünyaya 
göz  açmışdı.  Ailə  təlim-tərbiyəsi, 
təhsili  almışdı.  Şuşa  qəza  idarəsində 
polis pristavı işləmişdi.
Mirzə  Abbas  bəyin  qızı  Xurşud 
xanım  1868-ci  ildə  Şuşa  şəhərində 
dünyaya  gəlmişdi. 
O,  Dağıstanın 
Teymurxan-Şura 
şəhərində
progimnaziyada  təhsil  almış,  mədəni 
bir qadın olmuşdur.
218
Xurşud  xanım  dövrünün  maarifpərvər  ziyalılarının  xeyirxah 
işlərinə  rəğbət  bəsləmişdir.  O,  Azərbaycan  mədəniyyətinin 
inkişafında  layiqli  xidmətləri  olmuş  övladlar  tərbiyə  etmiş,  N. 
Vəzirovun ədəbi irsini  səliqə ilə qoruyub saxlamış, dramaturqun ilk 
oxucusu,  ilk  tənqidçisi  olmuşdur.  1913-cü  ilin  sentyabr  ayında 
Xurşud  xanım  ölümündən  bir  neçə  gün  awəl  demişdi: 
«Cavanlığımın  ən  yaxşı  illərini  mən  xalq  müğənnisi  Dərvişə 
(Nəcəf  bəyə  -Ə.  Ç.)  həsr  etmişəm, 
onu 
əzizləmişəm, 
həyatını 
qorumuşam.  Əgər  mənim  nəzarətim 
olmasaydı,  onun əsərləri  itib-batmışdı.
Müvəffəqiyyətsiz  əsərlərini  belə  göz 
bəbəyi  kimi  saxlamışam,  bəzən  də 
qadın  psixologiyasının  əlamətlərini 
ora  əlavə  etmişəm.  Mən  də  ağır 
dəqiqələrdə 
Dərvişlə 
birlikdə 
vuruşmuşam  və  mübarizəni  dəyanətlə 
davam  etdirmişəm.  Çox  təəssüf  ki,
onun 
yarad 
ıcılığı
nın  qırx  illik  yubileyini  görmək 
mənə qismət olmayacaq».
Xurşud  xanım  1913-cü  ildə 
vəfat edib.
Xurşud  xanım  Nəcəf  bəy 
Fətəli  bəy  oğlu  Vəzirovla  ailə 
qurmuşdu.  Şamil  bəy  adlı  oğlu, 
Sara xanım və  Sürəyya xanım adlı 
qızları vardı.
Mirzə  Haqverdinin  ikinci 
oğlu  Ələkbər  1836-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla 
yanında 
oxumuşdu. 
Ticarətlə 
məşğul  idi.  Müqəddəs  Məkkəyi-
219

müşərrəfı  ziyarət  etmişdi.  Şuşa  şəhərində  və  Ağcabədidə  dükan 
işlədirdi.
Hacı Ələkbərin Yusif, Hüseyn, Zeynal adlı oğlanları, Züleyxa 
adlı qızı vardı.
Yusif  1870-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Yusif yeni­
yetmə yaşında vəfat edib.
Hacı  Ələkbərin  ikinci  oğlu  Hüseyn  1872-ci  ildə  Şuşa  şəhə­
rində doğulmuşdu.  İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Hüseyn  ana  dilindən  başqa,  fars  və  ərəb  dillərini 
mükəmməl bilirdi..
Həsən bəy Zərdabi saatını  yalnız 
ona  düzəltdirərmiş.  Saatlarla  söhbət 
edərmişlər. 
Nəvəsi 
Səadət 
Qarabağlının  bildirdiyinə  görə,  onlar 
həm də qohum olublar.
Həm  də  saatsaz  emalatxanası 
vardı.  Məşədi  Hüseyn  Ağcabədidə 
vəfat edib.
Onun  6  övladı  -   2  oğlu,  4  qızı 
olmuşdur.  Zəhra,  Ələkbər,  Səriyyə,
Əsurə, Talib və Şəhla.
Hacı  Ələkbərin  üçüncü  oğlu 
Zeynal  1883-cü  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Pak Xorasan torpağını,  Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Zeynalın  Əliheydər  adlı  oğlu,  Rahilə,  Sara,  Fatma, 
Qənirə, Ulduzə adlı qızları vardı.
Əliheydər  Zeynal  oğlu  1931-ci  ilin  yanvar ayında  Ağcəbədi 
rayonunda  doğulub.  Lakin  o,  anadan  olandan  bir  neçə  il  sonra 
Ağdam rayonuna köçüblər... Orta təhsilini başa vurub.  1949-cü ildə 
Bakı  şəhərinə  gələrək  Azərbaycan  Dövlət  Universitetinin  hüquq 
fakültəsinə  daxil  olub.  1954-cü  ildə  həmin  fakültəni  bitirərək 
hüquqşünas  ixtisası  alıb.  Bir  müddətdən  sonra,  yəni,  1956-cı  ildə
220
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində yeni  təşkil 
olunan  Bakı  Elmi-Tədqiqat  Kriminalistika  laboratoriyasında  baş 
ekspert  vəzifəsinə  işə  qəbul  olunub.  Kriminalistika  elminə 
dərindən  yiyələnmək  üçün  əlavə  kurs  keçmək  lazım  idi.  Bu 
məqsədlə  onu  və  onunla  bir  yerdə  işləyən  Kəmalə  xanım 
Sarıcaliniskayanı  1957-ci  ildə  Moskvada  xüsusi  təşkil  olunmuş 
kriminalistika  elmi  üzrə  kursa  göndərdilər.  Bir  il  sonra  kursu 
bitirib,  ekspert  kimi  fəaliyyət  göstərməyə  başladı.  Bir  müddətdən 
sonra 
respublikada 
Azərbaycan 
Elmi-Tədqiqat 
Məhkəmə 
Ekspertiza  İnstitutu  fəaliyyət  göstərməyə  başladı.  O,  ekspert 
işləyən  zaman  məhkəmə  və  prokurorluq  orqanları  tərəfindən 
cinayətkarların ifşa olunmasında yaxından iştirak edirdi.
Bir  neçə  il  Mərdəkanda  yerləşən  Azərbaycan  SSR  Daxili 
İşlər Nazirliyinin Xüsusi  Milis Məktəbində müəlllim işləyib.  Sonra 
yenidən  öz  əvvəlki  işinə,  yəni,  məhkəmə  ekpertizası  institutuna 
qayıdıb.  Ə.  Haqverdiyev  ekspert  işləyən  zaman  həm  də  Bakı 
Dövlət Universitetinin  hüquq  fakültəsində  kriminalistika elmi  üzrə 
seminar  aparırdı.  Müəllimliyə  olan  dərin  həvəsi  1968-ildən  bu
221

günə  qədər  onu  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  hüquq 
kafedrasına bağladı.
Müəllim işlədiyi  müddət ərzində həmişə universitetin  ictimai 
işində  yaxından  iştirak  edib.  Sovetlər  dönəmində  ictimai  əsaslar 
üzrə  respublika  ali  məhkəməsində  xalq  iclasçıları  şurasının  sədri 
seçilib.  Ədalət  mühakiməsinin  həyata  keçirilməsində  yaxından 
iştirak edib.
Əliheydər  Haqverdiyev  1956-cı  ildə  Firəngiz  Mütəllim  qızı 
Mütəllimova  ilə  ailə  həyatı  qurub.  Niyazi  və  Azər  adlı  oğlanları 
olub.
Böyük  oğlu Niyazi  uzun  illərdir ki,  Moskvada yaşayır.  Onun 
bir oğlu var.
Kiçik  oğlu  Azər  Haqverdiyev  2009-cu  ildə  vəfat  edib.  Onun 
Nigar və Tamerlan adlı iki övladı var.
Qənirə  Məşədi  Zeynal  qızı 
1924-cü  ildə  Ağdam  şəhərində 
doğulmuşdu. 1943-cü 
ildə 
N.
Nərimanov 
adma 
Azərbaycan 
Dövlət  Tibb  Universitetinə  daxil 
olmuşdur.  1949-cu  ildə  pediatriya 
fakültəsini  bitirərək  uşaq  həkimi 
kimi 
fəaliyyətə 
başlamışdır.
Əvvəlcə 
Xaldanda 
uşaq-qadın 
məsləhətxanasında  pediatr-həkim,
1951-ci 
ildə 
isə 
Ağdam 
şəhərindəki  uşaq  evində  uşaq 
həkimi  işləmişdir.  1953-1958-ci 
illərdə  Qərvənd  xəstəxanasının 
baş 
həkimi 
kimi 
fəaliyyət 
göstərmişdir.  1958-1960-ci  illərdə 
isə  Ağdam  şəhər  Uşaq  Birləşmiş 
Xəstəxanasının  pediatrı  olmuşdur.
1962-ci  ildə Bakıya köçərək burda fəaliyyətə başlamışdır.  Bakıdakı 
2, 5 və  13 nömrəli uşaq poliklinikalarında həkim-pediatr olmuşdur.
222
1951-ci  ildə  Hilal  Allahverdi  oğlu  Əliyevlə  ailə  həyatı 
qurmuşdur.  O,  üç qız-(Pərivəş,  Şəfəq,  Roydə) dünyaya gətirmişdir. 
Onun Müjgən, Nigar, Nilufər, Əbülfəz,  Səid və Jalə adlı altı nəvəsi 
var.
Qənirə  Haqverdiyeva  əmək  sahəsindəki  fəaliyyətinə  görə 
1980-ci ildə “Əmək veteranı” medalı  ilə təltif olunmuşdur. 2004-cü 
ildə Bakıda vəfat etmişdir.
Məşədi  Zeynalın  beşinci  qızı  Ulduzə  1931-ci  ildə  Ağdam 
şəhərində  anadan olub.  İlk təhsilini  də burda alıb.  1948-ci  ildə orta 
təhsilini 
tamamlayaraq, 
Azərbaycan 
Dövlət  Universitetinin 
filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.  1953-cü ildə 
universiteti bitirərək jurnalist ixtisasına yiyələnib.
Elə  həmin  ildə  öz  xahişi  ilə  Ağdamda  çıxan  “Lenin  yolu” 
qəzetinə  təyinat  alıb.  İki  il  bu  qəzetdə  ədəbi  işçi  vəzifəsində 
çalışıb.  Sonra  isə  “Azərbaycan  gəncləri”  qəzetinə  dəyişilib.  Bu 
qəzetdə  işləyən  Ulduzə  xanım  şəhərin  mədəni-siyasi  həyatında 
yaxından iştirak edərək qəzetdə maraqlı məqalələrlə çıxış etmişdir.
1956-cı  ildə  Hindistanın  məşhur  aktyoru  Rac  Kapur  böyük 
müğənni  Rəşid  Behbudovun  dəvəti  ilə  Bakıya  gələrkən  onu 
qarşılayanlar  arasında  Ulduzə  Haqverdiyeva  da  vardı.  Rac  Kapuru 
və onunla  gələn nümayəndə heyətini  Azərbaycan gəncləri  adından 
salamlamaq şərəfi ona nəsib olmuşdu.
Ulduzə  xanım  elə  həmin  ildə  tdris  Məhəmmədalı  oğlu 
Məmmədovla  ailə  həyatı  qurub.  Həyat  yoldaşı  hüquq-mühafizə 
orqanlarında  işlədiyi  üçün  onlar  əvvəlcə  Lənkərana,  sonra 
Naxçıvanın  Şərur  rayonuna  getmişlər.  Ona  görə  də  U.  Haqver­
diyeva müvəqqəti olaraq sevimli sənətindən uzaqlaşmalı olmuşdu.
Sonra  ailə  Füzuli  şəhərinə  köçmüş,  doqquz  il  də  orda 
yaşamışlar. O, burda çıxan “Araz” qəzetində çalışmışdır.
1969-cu  ildə  yenidən  Bakıya  gələn  Ulduzə  Haqverdiyeva 
əvvəlcə  Azərbaycan Jurnalistlər İttifaqında məsləhətçi  vəzifəsində 
fəaliyyət  göstərmiş,  sonra  isə  “Müxbir”  jurnalına  keçərək  20  il 
orda işləmişdir.
Mətbuatda çoxlu aktual, maraqlı yazıları dərc olunmuşdur.
1991-ci  ildən təqaüddədir.
223

Ulduzə Haqverdiyevanın üç qızı  - Səadət,  Kəmalə,  Sevinc və 
Rəşad,  Orxan,  Leyla,  Abbas  adlı  dörd  nəvəsi  var.  İki  qızı  hazırda 
Türkiyənin  İstanbul  şəhərində  yaşayır  və  orda  musiqi  müəllimi 
kimi  fəaliyyət  göstərərək  türk  uşaqlarına  və  gənclərinə  musiqinin 
sirlərini öyrədirlər.
Səadət  İdris  qızı  Qarabağlı  1957-ci  ildə  Şərur  rayonunda 
doğulmuşdur.  1977-ci  ildə  Şəki  şəhər  Orta  İxtisas  Musiqi 
məktəbinin  fortepiano  şöbəsini  fərqlənmə  diplomu  ilə  qurtarmış, 
1984-cü  ildə  isə  Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika 
fakültəsini bitirmişdir.
1979-cu  ilin  sentyabr  ayından  Üzeyir  bəy  Hacıbəyovun  ev- 
muzeyində  fonoteka müdiri kimi əmək fəaliyyətinə başlayıb,  sonra 
muzey  bələdçisi,  kiçik  elmi  işçi,  böyük  elmi  işçi,  ekspozisiya  və 
kütləvi  işlər  şöbəsinin  müdiri,  elmi  katib  və  muzeyin  direktoru 
vəzifələrində  çalışıb.  2005-ci  ilin  fevral  ayından  müstəqil 
yaradıcılıqla məşğuldur.
Mətbuatda  çıxan  ilk  yazısı  1978-ci  ildə  Cəlilabadda  nəşr 
olunan «Taxılçı» qəzetində işıq üzü görüb. Üzeyirbəyşünas kimi ilk 
qələm  təcrübəsi  1981-ci  ildə  «Ədəbiyyat və  incəsənət»  qəzetində 
dərc 
edilib. 
Bundan 
sonra 
respublikanın  mərkəzi  mətbua­
tında  Üzeyir  bəy  Hacıbəyovun 
həyatı, 
yaradıcılığı 
və 
sair 
mövzularda 
müntəzəm 
olaraq 
200-dən  artıq  yazısı  dərc  olunub, 
televiziya  və  radio  kanallarında 
çıxışlar edib.
Səadət  Qarabağlı  respub­
likamızın 
müxtəlif  şəhər  və 
rayonlarında,  kənd  zəhmətkeşləri 
qarşısında,  eləcə  də  İstanbul 
şəhərində  mühazirələr  oxumuş, 
konfranslar  keçirmişdir.  Bütün 
bunlar 
geniş 
ictimaiyyət 
tərəfindən  maraqla  qarşılanmış  və  yüksək  qiymətləndirilmişdir.
224
Görkəmli  bəstəkar  Üzeyir  bəy  Hacıbəyovun  yaradıcılıq  irsinin 
nəşrində və təbliğində xidmətləri böyükdür.
Səadət  Qarabağlı 
1996-cı  ildə  nəşr  olunan  «Üzeyir 
Hacıbəyov  ensiklopediyasının  müəlliflərindən  biridir.  Üzeyir bəy 
Hacıbəyovun yorulmaz tədqiqatçısı kimi  «Üzeyir bəy Hacıbəyovun 
publisistikasında  musiqi  məsələləri»  adlı  kitab  yazmışdır.  Kitabın 
birinci  nəşri  1997-ci  ildə  “Bilik”  cəmiyyətinin  «Bayatı»,  ikinci 
nəşri  isə  2004-cü  ildə  «Pedaqogika»  nəşriyyatlarında  olmuşdur. 
Bundan  əlavə,  Ü.Hacıbəyova  həsr  edilmiş  şeirlərin  bir  qismini 
nəşrə  hazırlamış,  «Şöhrət  tacı»  adı  altında  mini-kitab  (tərtibçilər 
Ramazan  Xəlilov,  Səadət  Qarabağlı,  redaktoru  Vladimir  Qafarov) 
halında işıq üzü görmüşdür.
Eləcə  də  dahi  Azərbaycan  bəstəkarı  Üzeyir bəy  Hacıbəyova 
həsr  olunmuş  şeirlər  və  poemalar  toplusunu  «Üzeyirbaycan» 
(tərtibçi  və  ön  sözün  müəllifi  Səadət  Qarabağlı,  Bakı,  «Vektor» 
nəşrlər  evi,  2006)  adı  altında,  həmçinin  Üzeyir  bəy  Hacıbəyovun 
«Aşıqsayağı»  triosunu  (Skripka,  violonçel  və  fortepiano  üçün, 
«Vektor» nəşrlər evi,  2006) və «Arazbarı»  (partitura,  tərtibçi və ön 
sözün müəllifi  Səadət Qarabağlı,  «Vektor»  nəşrlər evi,  Bakı, 2006) 
və «Üzeyir bəy Hacıbəyov və Molla Nəsrəddin» (tərtibçilər Səadət 
Qarabağlı  və  Tahir  Aydınoğlu,  Bakı,  «Adiloğlu»  nəşriyyatı,  2007) 
kitablarını nəşr etdirmişdir.
Səadət  Qarabağlı  1985-ci  ildə  SSRİ  Mədəniyyət Nazirliyinin 
«Kəndə  mədəni  hamilik  əlaçısı»  döş  nişanı  ilə  təltif  edilmiş, 
dəfələrlə 
Azərbaycan 
Mədəniyyət 
Nazirliyindən 
təşəkkür 
məktubları və mükafatlar almışdır.
Səadət  Qarabağlı  2000-ci  ildə  «Üzeyir  bəy  Hacıbəyovun 
publisistikasında  musiqi  məsələləri»  kitabına  görə  Kütləvi 
İnformasiya  Vasitələri  İşçiləri  Həmkarlar İttifaqının  «Nurlu  qələm 
ustası»  fəxri  mükafatına,  2001-ci  ildə  isə  Azərbaycan-Finlandiya 
və  digər  ölkələr  arasında  mədəni  və  iqtisadi  əlaqələrin 
möhkəmləndirilməsində  göstərdiyi xidmətlərinə  görə Azərbaycan- 
Finlandiya  Assosiasiyasının  «Gümüş  arzu»  mükafatına  layiq 
görülmüşdür.
225

Haqverdiyevlər soyu
226
227

228
Fatma xanım atası və oğlu ilə
229

Səadət Qarabağlı Ramazan  Xəlilov və Azad Mirzəcanlı ilə
Məşədi Hüseyn ailə üzvləri ilə
230
A dil Quliyev,  Səadət Qarabağlı,  Ramazan Xəlilov 
və Mirzə İbrahimov
231

Ulduzə Haqverdiyeva bacısı qızı 
Elmira İbrahimova ilə birlikdə
232
2008-ci  ildə Azərbaycan Yazıçı  Qadınlar Cəmiyyətinin «Tuti 
Bikə» mükafatını almışdır.
Səadət  Qarabağlı  1985-ci  ildə  Faiq  Məhəmməd  oğlu 
Mirzəzadə ilə ailə qurmuşdur.  Rəşad və Leyla adlı övladları var.
Hacı  Ələkbər  Haqverdi  Qarabağinin  ikinci  övladı  Məşədi 
Züleyxa xanımdir. Onun 3 oğlu və  1  qızı olubdur.
Hacı  Ələkbər  Haqverdi  Qarabağinin  ikinci  övladı  Məşədi 
Züleyxa  xanımdır.  0,1879-cu  ildə  Şuşada  anadan  olmuşdur. 
Züleyxa  xanım  çox  ağıllı,  zabitəli,  zəhmli,  sözü  keçən  bir  xanım 
idi.  Onun  gözəl  əl  qabiliyyəti  vardı.  Nəfis  xalçalar  toxuyub, 
təkəlduz  sənəti  ilə  məşğul  olub.  Eyni  zamanda  dadlı-ləzzətli 
xörəklər, şirniyyatlar bişirməyi bacarırdı.
Züleyxa  xanım  1897-ci  ildə  Şuşalı  Heydər  Axundov  ilə  ailə 
həyatı  qurmuşdur.  Bu  izdivacdan  onların  dörd  övladı  dünyaya 
gəlmişdir.
Bir ana kimi Züleyxa xanım savadlı,  istedadlı,  Vətənə  layiqli 
övladlar böyütmüşdür. Onun 3 oğlu və  1  qızı olmuşdur.
Züleyxa  xanım  1943-cü  ildə  Məşhəd  şəhərində  vəfat 
etmişdir.
Mahmud  1898-ci  ildə  Şuşada  anadan  olmuşdur.  O,  iqtisadçı 
idi.  Bakıda  çalişirdi.  Gözəl  qarmon  çalmağı  bacarırdı.  Xalçaçı- 
rəssam,  xalq  rəssamı  Lətif  Kərimov  dəfələrlə  etiraf  edib  ki: 
“Mahmud  kimi  qarmon  çalan  ikinci  bir  ifaçı  ömrüm  boyu 
eşitmədim”.
Göyçək  1902-ci  ildə  Şuşada  doğulmuşdur.  Evdar qadın  olub. 
Gözəl əl qabiliyyəti vardı.  Tikiş, tikmə işlərini məharətlə bacarırdı. 
Göyçək  xanım  1994-cü  ildə  Amerikanın  Boston  şəhərində  vəfat 
etmişdir.
Rza  1907-ci  ildə  Şuşada  anadan  olmuşdur.  O,  şərqşünas  idi. 
Ərəb,  fars,  rus,  fransız  dillərini  gözəl  bilirdi.  Rza  Axundov 
Azərbaycan 
Radiosunda 
İran 
verilişləri 
şöbəsinin 
müdiri 
vəzifəsində  çalışmışdır.  O,  1945-ci  ildə  İranın  Məşəd  şəhərində 
Üzeyir  bəy  Hacıbəylinin  “Leyli  və  Məcnun”  operasını,  “O 
olmasın, 
bu 
olsun”, 
“Arşın 
mal 
alan” 
operettalarını 
müvəffəqiyyətlə  tamaşaya  qoymuşdur.  O,  1930-cu  ildə  dayısı  qızı
233

Rahilə  Haqverdiyeva ilə ailə  həyatı qurmuşdur.  R.  Axundov  1983- 
cü ildə Bakıda vəfat etmişdir.
Rüstəm  1914-cü  ildə  Şuşada  anadan  olmuşdur.  İqtisadçı  idi. 
2001-ci  ildə Tehranda vəfat etmişdir.
Məşədi  Zeynal  Hacı  Ələkbər  oğlu  Haqverdiyevin 
övladları
Rahilə -  1916-cı  ildə Şuşada anadan olmuşdur.  Bibisi oğlu Rza 
Axundov  ilə ailə  həyatı  qurmuşdur.  Onların  4  övladı  (Rayibə,  Adil, 
Raqibə, Aydın) olmuşdur. O, 2003-ci ildə Babda vəfat etmişdir.
Sara  -  1918-ci  ildə  Şuşada  doğulmuşdur.  Səhiyyə  işçisi 
olmuşdur.  1934-cü  ildə  Qarabağda  tanınmış  cərrah  Qurban 
İbrahimov  ilə  ailə  qurmuşdur.  Elmira  və  Elman  adlı  2  övladı 
olmuşdur.  O, 2005-ci ildə Bakıda vəfat etmişdir.
Fatma  -  1922-ci  ildə  Ağcabədidə  anadan  olmuşdur.  1940-cü 
ildə  hüquqşünas  Bəbir  Abdullayev  ilə  ailə  qurmuşdur.  3  oğul 
(İntiqam,  Ərəstün, Görüş) dünyaya gətirmişdir.  2006-cı ildə Bakıda 
vəfat etmişdir.
Mirzə  Haqverdinin  üçüncü  oğlu  Ələsgər  1839-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
234
Mirzə  Haqverdinin  dördüncü  oğlu  Qasım  1844-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Mirzə  Haqverdinin  beşinci  oğlu  Hüseyn  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Mirzə  Haqverdinin  altıncı  oğlu  Səməd  1855-ci  ildə  Şuşa  şə­
hərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Haqverdiyev  Səməd  Yunus  oğlu  (1921,  Bakı-1991)  - 
Mənzərəçi  rəssam.  Bakı  Rəssamlıq  Məktəbini  bitirmişdir  (1944). 
1945-ci  ildən  respublikada  açılmış  bütün  rəssamlıq  sərgilərində 
daim  çıxış  etmiş,  Azərbaycan  təsviri  sənətini  Moskvada  keçirilən 
Ümumittifaq  sərgilərində  və  eyni  zamanda  xarici  ölkələrdə 
dəfələrlə təmsil etmişdir.
Səməd  Haqverdiyev  Şuşa,  Şamaxı,  Qəbələ,  İsmayıllı, 
Lənkəran,  Zaqatala,  Kəlbəcər,  Abşeron  rayonlarına  tez-tez 
yaradıcılıq  ezamiyyətinə  gedir  və  öz  mənzərə  rəsmlərinə  süjet 
axtarışlarına  çıxırdı.  O,  öz  əsərlərini  naturadan  çəkirdi.  Rəssamın 
lirik  mənzərə  rəsmləri  səmimiyyəti,  əzəməti  ilə  doğma  torpağın 
gözəlliyinə vurğunluğu ilə rəğbət qazanmışdır.
1967-ci  ildə  Oktyabr  inqilabının  50  illiyinə  həsr  edilmiş 
Ümumittifaq  rəssamlıq  sərgisində  “Şumlanmış  torpaq”,  “Doğma 
meydanlarda”,  “Sülh  meydanlarında”  peyzajlar  silsiləsi  nümayiş 
etdirilmiş  və  onun  şöhrətini  daha  da  artırmışdır.  Səməd 
Haqverdiyev  1972-ci  ildə  “SSRİ  bizim  vətənimizdir”  sərgisində 
Azərbaycan təbiətinə həsr olunmuş yeni  əsərlərlə iştirak eetmişdir. 
Eəssamın  bir  çox  əsərləri  Almaniya  Demokratik  Respublikası, 
Ərəbistan Ruminiya və s.  ölkələrdə də nümayiş etdirilmişdir.  O, öz 
doğma  vətəni  Şuşaya  da  bir  neçə  silsilə  peyzaj  həsr  etmişdir. 
“Şuşada küçə”, “Üçmıx”,  “Qızıl qaya”, “Daşaltı”, “Turşsu”..
*  *  *
235

Məşədi  Ocaqverdinin  ikinci  oğlu  Həsən  1817-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Həsən  1858-ci  ildə vəfat edib.
Kərbəlayı  Həsənin  Mustafa,  Muxtar,  Şirin  adlı  oğlanları
vardı.
Mustafa  1856-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  Həsənin  ikinci  oğlu  Muxtar  1857-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Həsənin  üçüncü  oğlu  Şirin  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
236
Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin