Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri


) Kriptorxizmdən tam müalicə olmağın optimal yaş dövrü hansıdır?



Yüklə 0,87 Mb.
səhifə15/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
#5893
1   ...   8   9   10   11   12   13   14   15   16

909) Kriptorxizmdən tam müalicə olmağın optimal yaş dövrü hansıdır?
A) 10 yaşa qədər

B) 2 yaşa qədər

C) 16 yaşa qədər

D) 4 yaşa qədər

E) 5 yaşa qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
910) 4 yaşında uşaqda kriptorxizmin müalicəsi zamanı Xorionik qonadotropinin ilkin dozası?
A) 1500-2000 V

B) 1000-1500 V

C) 100-200 V

D) 500-1000 V

E) 2000-2500 V
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
911) 10 yaşına qədər uşaqlarda kriptorxizmin müalicəsi zamanı XQ həftədə neçə dəfə vurulmalıdır?
A) 3 dəfə

B) 4 dəfə

C) 5 dəfə

D) 2 dəfə

E) Hər qün
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
912) 10 yaşından böyük uşaqlarda kriptorxizmin müalicəsi zamanı XQ həftədə neçə dəfə vurulmalıdır?
A) 2 dəfə

B) 3 dəfə

C) 5 dəfə

D) 4 dəfə

E) Hər qün
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
913) Oğlanlarda somatotrop hormonu çatmamazlığı ilə ahənqlik təşkil edən ikincili hipoqonadizmin müalicəsini hansı yaş dövründə başlamaq lazımdır?
A) 15-16 yaşında

B) 10-12 yaşnda

C) 6-7 yaşında

D) 18-19 yaşında

E) 12-13 yaşında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
914) Oğlanlarda hansı yaş dövründə ikincili cinsi xüsusiyətlərin olması vaxtından əvvəl cinsi inkişaf haqqında subut edir?
A) 13-14 qədər

B) 11-12 qədər

C) 9-10 qədər

D) 12-13 qədər

E) 14-15 qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008

Bölmə 9. Cinsi inkişafın anadangəlmə pozulmaları

915) Şereşevski-Terner sindromunun mütləq göstəriciləri hansılardır?
A) Sidik axarlarının ikiləşməsi

B) Uşaqlığın hipoplaziyası

C) Qonadların birləşdirici toxuma lifləri ilə əvəz olunması

D) Böyrək arteriyalarının okkluziyası

E) Qonadların olmaması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
916) Şereşevski-Terner sindromunun xarici göstəricilərinə hansılar aid deyil?
A) Qısa boyun

B) Çəllək tipli qeniş döş qəfəsi

C) Disproporsional bədən quruluşu ilə bərabər alçaqboyluluq

D) Qulaqların deformasiyası, “Nağara çubuqu” formada barmaqlar

E) Disproporsional bədən quruluşu ilə bərabər hündürboyluluq
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
917) Şereşevski-Terner sindromunun laborator markerləri hansılardır?
A) Sidiklə qonadotropinlərin normal xaric olması

B) Estrogenlərin azalması

C) STH-nun səviyyəsinin artması

D) Sidiklə 17-КS и 17-ОКS ekskresiyasının normal səviyyəsi

E) STH-nun səviyyəsinin azalması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
918) Şereşevski-Terner sindromu zamanı müalicə prinsipləri hansılardır?
A) Anabolik steroidlər, boy hormonu, estrogenlər

B) Antibiotiklər

C) Qlyukokortikoidlər

D) Antioksidantlar

E) Polivitaminoterapiya, qestagenlər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
919) Şereşevski-Terner sindromunu hansı xəstəliklərlə differensial diaqnostikasını aparmaq lazımdır?
A) Reyfenşteyn sindromu ilə

B) Marfan sindromu ilə

C) Hipofizar nanizm ilə

D) Daun sindromu ilə

E) Klaynfelter sindromu ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
920) Klaynfelter sindromunun kliniki göstəriciləri hansılardır?
A) Qinekomastiya

B) Sadalanların hamısı

C) Azoospermiya

D) Cinsi orqanların inkişafdan qalması

E) Sonsuzluq
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
921) Klaynfelter sindromunun kliniki qöstəricilərinə hansılar aid deyil?
A) Disproporsional bədən quruluşu

B) Cinsi orqanların inkişafdan qalması

C) Azoospermiya

D) Sonsuzluq

E) Yumurtaların hiperplaziyası
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
922) Klaynfelter sindromunun oftalmoloji göstəriciləri hansılardır?
A) Koloboma

B) Diplopiya

C) Katarakta

D) Billurun bulanıqlığı

E) İki tərəfli epikantus
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
923) Klaynfelter sindromu üçün nə xarakterik deyil?
A) Sonsuzluq

B) Mənfi cinsi xromatin

C) Müsbət cinsi xromatin

D) Ancaq kişilərdə olması, intellektual inkişafın aşağı qöstəriciləri

E) Hipoqonadizm
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
924) Klaynfelter sindromu üçün hansı simptomlar xarakterikdir?
A) Alçaqboyluluq

B) Hiperstenik bədən quruluşu, LH və FSH yüksək konsentrasiyaları

C) Nekrospermiya

D) Xədim tipli bədən quruluşu, LH və FSH yüksək konsentrasiyaları

E) LH və FSH aşağı konsentrasiyaları
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
925) Klaynfelter sindromu spermoqrammada hansı dəyişiliklər müşhidə olur?
A) Oliqozoospermiya

B) Normal spermoqramma

C) Azoospermiya

D) Nekrospermiya

E) Oliqoastenospermiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
926) Klaynfelter sindromu zamanı müalicə prinsipləri hansılardır?
A) Qlyukokortikoidlər

B) Qestagenlər

C) Estrogenlər

D) Qonadoliberinlər

E) Androgenlər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
927) Kallman sindromu üçün hansı simptomlar xarakterik deyil?
A) Yevnuxoidizm

B) Alçaqboyluluq

C) Anosmiya

D) Hipoqonadizm, sonsuzluq

E) Kriptorxizm
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
928) Şereşevski-Terner sindromu üçün xarakterik əlamətlər hansılardır?
A) Hündürboyluluq və “sümük” yaşının pasport yaşına uyğun olması

B) Hündürboyluluq və “sümük” yaşının pasport yaşından əhəmiyətli dərəcədə fərqlənməsi

C) Normal boy və “sümük” yaşının pasport yaşına uyğun olması

D) Alçaqboyluluq və “sümük” yaşının pasport yaşından əhəmiyətli dərəcədə fərqlənməsi

E) Alçaqboyluluq və “sümük” yaşının pasport yaşından cüzi fərqlənməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
929) Testikulyar feminizasiya sindromunun patogenezində hansı faktorların rolu var?
A) Hədəf toxumalarının androgenlərə qarşı həssazlığının pozulması

B) Ananın esrtogenlərinin hiperproduksiyası

C) Yumurtaların LH qarşı həssazlığının pozulması

D) Testosteron sintezinin defekti

E) Yumurtaların disqeneziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
930) Klaynfelter sindromu zamanı neçə faiz hallarda hipoqonadizm olur?
A) 90 %

B) 40%


C) 50%

D) 70%


E) 30%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
931) Şereşevski-Terner sindromunu təsdiq etmək üçün hansı göstəriciləri təyin etmək vacibdir?
A) Leykoformulanı

B) İmmunoqlobulinləri

C) Laxtalanma faktorlarını

D) Sidiyin xüsusi çəkisini

E) Cinsi xromatini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
932) Prader-Villi sindromunun kliniki simptomlarına aid deyil?
A) Piylənmə

B) Psixi infantilizm

C) Arıqlama

D) Alcaqboyluluq

E) Hipoqonadizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
933) Lorens-Mun-Barde-Bidl sindromunun kliniki simptomlarına aid deyil?
A) Hipoqonadizm

B) Piylənmə

C) Hündürboyluluq

D) Retinit

E) 6-barmaqlıq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
934) Klaynfelter sindromu zamanı aşağıdakı kariotiplər müşahidə edilir.
A) 47,XXY; 48,XXXY; 46,XY/47,XXY

B) 46,XY; 47,XXY; 45,XO

C) 46,XY/47,XXY; 46,XY; 47,XXX

D) 45,XO; 46,XY/45,XO; 46,XX

E) 46,XX; 48,XXXY; 47,XXX
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
935) Klaynfelter sindromuna aşağıdakı əlamətlərdən hansılar xasdır?

A) Piylənmə, ikincili cinsi əlamətlərin inkişaf etməməsi, dəridə striyalar, əqli inkişafdan geri qalma

B) Ginekomastiya, sonsuzluq, testikulların hipoplaziyası, xədiməbənzər bədən quruluşu

C) Testikulların hipoplaziyası, cırtdanboyluluq, piqmentasiya, kaxeksiya

D) Xədiməbənzər bədən quruluşu, piqmentasiya, ikincili cinsi əlamətlərin olmaması, sonsuzluq

E) Cirtdanboyluluq, ginekomastiya, dəridə striyalar, piylənmə


Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
936) Klaynfelter sindromu zamanı hansı hormonal dəyişikliklər baş verir?
A) Qonadotrop hormonlar artır, androgenlər azalır, tiroid hormonlar normada olur

B) Qonadotrop hormonlar artır, androgenlər artır, tiroid hormonlar normada olur

C) Qonadotrop hormonlar azalır, androgenlər və tiroid hormonlar azalır

D) Qonadotrop hormonlar normada olur, androgenlər və tiroid hormonlar azalır

E) Qonadotrop hormonlar azalır, androgenlər azalır, tiroid hormonlar normada olur
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
937) Klaynfelter sindromunu aşağıdakı preparatlarla müalicə edirlər.
A) Xorionik qonadotropinlə müalicə

B) Antiandrogenlərlə müalicə

C) Antiestrogenlərlə müalicə

D) Testosteron efirləri ilə əvəzedici hormonal terapiya

E) Qonadotropin-rilizinq hormonun analoqları ilə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
938) Klaynfelter sindromunun androgenlərlə əvəzedici hormonal terapiyası neçə müddət aparılmalıdır?
A) Ömürlük əvəzedici hormonal terapiya

B) 6 aylıq əvəzedici hormonal terapiya

C) 1 illik əvəzedici hormonal terapiya

D) 5 illik əvəzedici hormonal terapiya

E) 2 aylıq əvəzedici hormonal terapiya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
939) Şereşevski-Terner sindromu zamanı hansı kariotiplər müşahidə edilir?
A) 48,XXXY; 46,XY; 47,XXY/46,XY

B) 45,XO/46,XX; 47,XXY; 46,XY

C) 47,XXY/46,XY; 46,XX; 45,XO

D) 46,XX; 45,XO/46,XY; 47,XXX

E) 45,XO; 45,XO/46,XX; 45,XO/46,XY
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
940) Şereşevski-Terner sindromunun neçə forması var?
A) 4 (klassik, silinmiş, qarışıq, “təmiz”)

B) 3 (klassik, silinmiş, “təmiz”)

C) 2 (klassik, qarışıq)

D) 3 (klassik, silinmiş, qarışıq)

E) 2 (klassik, silinmiş)
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
941) Şereşevski-Terner sindromu zamanı aşağıdakı hormonal dəyişikliklər müşahidə edilir.
A) Qonadotrop hormonlar artır, androgenlər artır

B) Qonadotrop hormonlar artır, estrogenlər azalır

C) Qonadotrop hormonlar azalır, estrogenlər azalır

D) Qonatotrop hormonlar artır, estrogenlər artır

E) Qonadotrop hormonlar azalır, androgenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
942) Şereşevski-Terner sindromunun silinmiş formasında hansı kariotip müşahidə edilir?
A) 45,XO

B) 46,XX


C) 45,XO/46,XY

D) 45,XO/46,XX

E) 47,XXX
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
943) Şereşevski-Terner sindromunun qarışıq formasında hansı kariotip müşahidə edilir?
A) 45,XO/46,XY

B) 45,XO/46,XX

C) 45,XO

D) 46,XY


E) 46,XX
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
944) Şereşevski-Terner sindromunun klassik formasında hansı kariotip müşahidə edilir?
A) 47,XXX

B) 45,XO/46,XY

C) 45,XO/46,XX

D) 45,XO


E) 46,XX
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
945) Şereşevski-Terner sindromuna aşağıdakı simptomlar xasdır.
A) Qısaboyluluq, ikincili cinsi əlamətlərin olmaması, rudimentar uşaqlıq, yumurtalıqlar və borular, birincili amenoreya

B) Kaxeksiya, ikincili amenoreya, uşaqlıq və yumurtalıqların hipoplaziyası, piqmentasiya

C) Rudimentar uşaqlıq və yumurtalıqlar, ucaboyluluq, dəridə striyalar, birincili amenoreya

D) Dəridə striyalar, piylənmə, ikincili cinsi əlamətlərin inkişaf etməməsi, piqmentasiya

E) Piylənmə, qısaboyluluq, sonsuzluq, ikincili amenoreya, uşaqlıq və yumurtalıqların hipoplaziyası
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
946) Şereşevski-Terner sindromunu prepubertat dövrdə aşağıdakı preparatlarla müalicə edirlər.
A) Xorionik qonadotropin, etinilestradiol/gestagen

B) Somatropin, oksandrolon

C) Etinilestradiol/gestagen, somatropin

D) Oksandrolon, estradiol-valerat/gestagen

E) Testosteron propionat, xorionik qonadotropin
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
947) Şereşevski-Terner sindromunu pubertat dövrdə və sonra aşağıdakı preparatlarla müalicə edirlər.
A) Anabolik steroidlərlə müalicə

B) Sintetik estrogen-gestagen preparatları ilə müalicə

C) Rekombinant boy hormonu preparatları ilə müalicə

D) Natural estrogen-gestagen preparatları ilə müalicə

E) Androgenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
948) Şereşevski-Terner sindromunun estrogenlərlə əvəzedici hormonal müalicəsi neçə müddət aparılmalıdır?
A) 1 illik əvəzedici hormonal terapiya

B) 5 illik əvəzedici hormonal terapiya

C) 6 aylıq əvəzedici hormonal terapiya

D) Ömürlük əvəzedici hormonal terapiya

E) 1 aylıq əvəzedici hormonal terapiya
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
949) Testikulyar feminləşmə sindromunun başqa adı nədir?
A) Kalman sindromu

B) Morris sindromu

C) Meddok sindromu

D) Klaynfelter sindromu

E) Del Kastilyo sindromu
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
950) Testikulyar feminləşmə sindromu zamanı hansı kariotip müşahidə edilir?
A) 47,XXX.

B) 46,XY


C) 46,XX

D) 47,XXY

E) 45,XO.
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
951) Testikulyar feminləşmə sindromuna hansı simptomlar xasdır?
A) Birincili amenoreya, hirsutizm, piqmentasiya, dəridə striyalar

B) Kor bitən uşaqlıq yolu, virilizm, ucaboyluluq, piqmentasiya

C) Cinsi tüklənmənin olmaması, dəridə striyalar, qısaboyluluq, sonsuzluq

D) Qadın ikincili cinsi əlamətləri, cinsi tüklənmənin olmaması, kor bitən uşaqlıq yolu, birincili amenoreya

E) Hirsutizm, qadın ikincili cinsi əlamətləri, piylənmə, ikincili amenoreya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
952) Testikulyar feminləşmə sindromunun neçə forması var?
A) 4 (tam (klassik), qarışıq, silinmiş, natamam)

B) 2 (tam(klassik), silinmiş)

C) 3 (tam (klassik), qarışıq, silinmiş)

D) 2 (tam (klassik) və natamam)

E) 3 (tam (klassik), qarışıq, natamam)
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
953) Testikulyar feminləşmə sindromu zamanı hansı müalicə aparılır?
A) Testikulların rezeksiyası, əvəzedici hormonal terapiya

B) Antiestrogenlərlə müalicə

C) Estrogenlərlə əvəzedici hormonal terapiya

D) Testikulların rezeksiyası

E) Androgenlərlə əvəzedici hormonal terapiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
954) Həqiqi hermafroditizm nə deməkdir?
A) Bir şəxsdə hər iki cinsə aid olan cinsi vəzilərin mövcud olması

B) Bir şəxsdə bir testikulun və bir birləşdirici toxumadan qayışın olması

C) Bir şəxsdə bir yumurtalığın və bir birləşdirici toxumadan qayışın olması

D) Bir şəxsdə cinsi vəzilərin və birləşdirici toxumadan qayışların olmaması

E) Bir şəxsdə iki tərəfdə birləşdirici toxumadan qayışın olması
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
955) Həqiqi hermafroditizmə hansı kariotiplər xasdır?
A) 46,XX; 46,XX/46,XY; 46,XY

B) 45,XO; 46,XX; 45,XO/46,XX

C) 47,XXY; 45,XO; 48,XXXY

D) 46,XX/46,XY; 47,XXX; 47,XXY

E) 45,XO/46,XY; 46,XY; 47,XXX
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
956) Həqiqi hermafroditizm zamanı aşağıdakı müalicə məqsədəuyğundur?
A) Antiandrogenlərlə və antiestrogenlərlə müalicə

B) Hormonal korreksiya

C) Vətəndaş cinsi seçiləndən sonra cərrahi müalicə və hormonal korreksiya

D) Cərrahi müalicə və hormonal korreksiya

E) Cərrahi müalicə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004

Bölmə 10. Piylənmə

957) Piylənmə ən çox rast gəlir?
A) Körpələrdə

B) Oğlanlarda

C) Yaşlılarda

D) Prepubertat və pubertat dövrdə

E) Qızlarda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
958) Bədən çəkisinin indeksi hansı düsturla hesablanır?
A) Bədən çəkisi(kg) - boy(м)

B) Bədən çəkisi(kg) / площадь поверхности тела (м2)

C) Bədən çəkisi(kg) / boy(м)

D) Bədən çəkisi(kg) + boy(м)

E) Bədən çəkisi(kg) / boy2(м)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
959) I dərəcə piylənmə zamanı artıq bədən çəkisi neçə faiz təşkil edir?
A) 10%-29%

B) 30%-49%

C) <10%

D) >50%


E) >100%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
960) II dərəcə piylənmə zamanı artıq bədən çəkisi neçə faiz təşkil edir?
A) 30%-49%

B) 10%-29%

C) >100%

D) >60%


E) >50%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
961) III dərəcə piylənmə zamanı artıq bədən çəkisi neçə faiz təşkil edir?
A) >100%

B) 50%-99%

C) >35%

D) >200%


E) >25%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
962) Hansı hallarda piylənmə müşahidə olmur?
A) Addison xəstəliyi zamanı

B) Adipozogenital distrofiya zamanı

C) Hipotireoz xəstəliyi zamanı

D) Hipoqonadizm zamanı

E) İtsenko-Kuşınq xəstəliyi zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
963) Essensial piylənmə üçün nə xarakterikdir?
A) Hiperprolaktinemiya

B) Hiperinsilinizm

C) STH-ın sintezinin azalması

D) Hipoinsulinizm

E) Hipokortisizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
964) Piylənmə üçün nə xarakterikdir?
A) XS və TQ miqdarının artması

B) ASLP miqdarının azalması

C) Postprandial TQ miqdarının azalması

D) Sərbəst yağ turşularının miqdarının azalması

E) YSLP miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
965) Piylənmə zamanı ürək-damar sistemi tərəfindən hansı ağırlaşmalar yarana bilər?
A) Səirici aritmiya

B) Hipotenziya

C) Bradikardiya

D) AT yüksəlməsi

E) Sinus düyününün zəifliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
966) Piylənmə zamanı həzm sistemi tərəfindən hansı ağırlaşmalar yarana bilməz?
A) Disfaqiya

B) Xroniki pankreatit

C) Qara ciyərin ölçülərinin böyüməsi, qara ciyərin piy infiltrasiyası

D) Mədənin dartılması

E) Öd daşı xəstəliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
967) Morbid piylənmə zamanı sidik-ifrazat sistemi tərəfindən hansı dəyişiliklər müşahidə olur?
A) Sidik turşusunun səviyyəsinin azalması

B) Sidiyin yüksək xüsusi çəkisi

C) Kreatinin miqdarının artması

D) Heç bir dəyişiklik qeyd olunmur

E) Sidiyin aşağı xüsusi çəkisi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
968) Piylənmə zamanı hansı endokrin xəstəlikləri yarana bilər?
A) Menzisın pozulması

B) Hipokortisizm

C) Hipoparatireoz

D) Şəkərli diabet 2 tip

E) Sonsuzluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
969) Piylənmə bu xəstəliklərdən hansılarla ahənglik təşkil edir?
A) Vitiliqo

B) Psoriaz

C) Bronxial astma

D) Şəkərli diabet 2 tip

E) Plevrit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
970) Piylənmə zamanı lipidoqramma hansı dəyişiliklərlə xarakterizə olunur?
A) Esterifikasiya olmamış yağ turşularının azalması, XS miqdarının azalması

B) Esterifikasiya olmamış yağ turşularının artması, XS miqdarının artması

C) YSLP miqdarının artması

D) ASLP miqdarının azalması

E) TQ miqdarının azalması, XS miqdarının azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
971) Metabolik sindromun yaranması üçün proqnostik olan piylənmə növü hansıdır?
A) Hipotalamik

B) Endokrin

C) Qinoid

D) Displastik

E) Android
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
972) Kişilərdə bel çevrəsinin hansı göstəricilərində metabolik sindromunun yaranma riski artır?
A) >110 sm

B) > 110 sm

C) > 106 sm

D) > 112 sm

E) > 102 sm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
973) Qadınlarda bel cevrəsinin hansı göstəricilərində metabolik sindromunun yaranma riski artır?
A) > 92 sm

B) > 102 sm

C) > 88 sm

D) > 96 sm

E) >100 sm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
974) Qadınlarda android piylənməsi zamanı bel çevrəsi/bud çevrəsi indeksinin göstəriciləri?
A) > 0,8

B) > 1,4


C) >1,0

D) > 1,6


E) >1,2
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
975) Kişilərdə android piylənməsi zamanı bel çevrəsi/bud çevrəsi indeksinin göstəriciləri?
A) > 1,6

B) > 0,8


C) >1,2

D) > 1,4


E) >1,0
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
976) Bədən kütləsinin indeksinin hansı göstəriciləri medikamentoz müalicə üçün göstərişdir?
A) >50

B) >39


C) >40

D) >27


E) >20
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
977) Hansı xəstəliklər piylənmə ilə müşahidə olmur?
A) Lorens-Mun-Bidl sindromu

B) Klaynfelter sindromu

C) Moriak sindromu

D) Pexkrans-Babinskiy xəstəliyi

E) Prader-Villi sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin