Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri


) Böyrək-üstü vəzilərin kəskin çatmamazlığı zamanı müalicə hansı preparatın və hara yeridilməsi ilə başlanır?



Yüklə 0,87 Mb.
səhifə12/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
#5893
1   ...   8   9   10   11   12   13   14   15   16

724) Böyrək-üstü vəzilərin kəskin çatmamazlığı zamanı müalicə hansı preparatın və hara yeridilməsi ilə başlanır?
A) Venaya prednizolonun yeridilməsi ilə

B) Hidrokortizonun per os qəbul edilməsi ilə

C) Prednizolonun per os qəbul edilməsi ilə

D) Venaya hidrokortizonun yeridilməsi ilə

E) Əzələyə prednizolonun yeridilməsi ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
725) Mineralokortikoid çatmamazlığı nəyə səbəb ola bilər?
A) Arterial hipertoniyaya

B) Arterial hipotoniyaya

C) Ödemlərə

D) Tetaniyaya

E) Qəbzliyə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
726) Yeni doğulan uşaqlarda Frideriksen-Uoterxaus sindromunun səbəbi hansıdır?
A) Böyrəküstü vəzinin şişləri

B) Autoimmun prosess

C) Fermentopatiyalar

D) Böyrəküstü vəzilərin apopleksiyası

E) Böyrəküstü vəzilərin vərəmi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
727) Birincili kəskin böyrəküstü vəzi çatmamazlığı zamanı hormonal dəyişiliklər?
A) AKTH-ın səviyyəsinin dəyişilməməsi

B) AKTH-ın səviyyəsinin azalması

C) Kortizolun miqdarının azalması

D) Kortizolun miqdarının dəyişilməməsi

E) Kortizolun miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
728) Böyrəküstü vəzinin biri apopleksiyaya uğradıqda hansı dəyişiliklər baş verir?
A) Hər iki vəz hipoplaziyaya uğrayırlar

B) Bir vəzi böyüyür, o birinin ölçüləri dəyişmir

C) Böyrəküstü vəzilər vizualizə olmurlar

D) Bir vəzi böyüyür, o biri hipoplaziyaya uğrayır

E) Hər iki vəz normal ölçüdə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
729) Orta yaşlı uşaqlarda Frideriksen-Uoterxaus sindromunun səbəbi hansıdır?
A) Böyrəküstü vəzinin xroniki çatmamazlığının qeyri-adekvat terapiyası

B) Böyrəküstü vəzinin xroniki çatmamazlığının diaqnostikasının gecikməsi

C) İnterkurrent xəstəliklərin əlavə olması

D) Böyrəküstü vəzinin şişi

E) Meninqokokk infeksiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
730) Uşaqlarda böyrək-üstü vəzilərin kəskin çatmamazlığının kliniki simptomları?
A) Bulimiya

B) İshal, qarın nahiyəsində ağrılar

C) Qəbzlik, qarın nahiyəsində ağrılar

D) Hipotermiya

E) Tetaniya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
731) Böyrək-üstü vəzilərin kəskin çatmamazlığının diaqnostikası üçün istifadə olan ekspress-analiz hansıdır?
A) Elektrolitlərin təyini

B) ALT, AST təyini

C) Qanda kortizolun səviyyəsinin təyini

D) Xolesterinin təyini

E) Ca, P, qələvi fosfatazanın təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
732) Kəskin böyrək-üstü vəzi çatmamazlığı zamanı pH necə dəyişir?
A) Metabolik asidoz

B) pH dəyişilmir

C) Respirator alkaloz

D) Respirator asidoz

E) Metabolik alkaloz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
733) Kəskin böyrək-üstü vəzi çatmamazlığı zamanı təxirəsalınmaz müalicə prinsipləri?
A) Ca preparatları

B) Steroid hormonlar

C) Sidik qovucular

D) Kardiotoniklər

E) Ka preparatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
734) Qızlarda adrenoqenital sindromunun kliniki simptomları hansılardır?
A) Xarici cinsi orqanların hermafrodit quruluşu

B) Vaxtından əvvəl həqiqi izoseksual cinsi inkişaf

C) Pubertat bitdikdə hündürboyluluq

D) Uşağlıqda fiziki inkişafın geri qalması

E) Vaxtından əvvəl yanlış izoseksual cinsi inkişaf
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
735) Adrenoqenital sindromunun diaqnostikası üçün istifadə olan sınaqlar hansıdır?
A) İnsulin ilə sınaq

B) Kiçik deksametazon sınağı

C) Deksametazon-xorioqonin sınağı.

D) Sinakten ilə sınaq

E) Metapiron ilə sınaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
736) Adrenoqenital sindromunun irsi keçmə yolları hansıdır?
A) Mutasiya de novo ilə bağlı

B) Poliqen

C) X-birləşmiş

D) Autosom-dominant

E) Autosom-resessiv
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
737) Feoxromositomanın kliniki simptomları hansıdır?
A) Hipertoniya, hipoqlikemiya və hipermetabolizm

B) Hipotoniya və hipermetabolizm

C) Hipertoniya və hipermetabolizm

D) Hipertoniya və hipoqlikemiya

E) Hipotoniya və hiperqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
738) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciyət edir: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkir. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Hansı diaqnozdan şübhələnmək olar?
A) Anoreksiya

B) Hipoaldosteronizm

C) Bağırsaq infeksiyası

D) Diffuz-toksiki ur

E) Böyrəküstü vəzinin çatmamazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
739) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciyyət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Böyrək-üstü vəzinin çatmamazlığı haqqında subut edən simptomlar hansılardır?
A) AT dəyişilməməsi

B) Hipotoniya

C) Hündürboyluluq

D) Arıqlama və dərinin tündləşməsi

E) İştahsızlıq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
740) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Qanda kortizolun təyini

B) Qanda adrenalinin təyini

C) Qanda eozinifillərin təyini

D) Qanda leykositlərin təyini

E) Qanda Ca təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
741) Vaxtından əvvəl cinsi inkişaf hansı xəstəliklərdə müşahidə olunur?
A) Yumurtaların qarışıq disqeneziyasında

B) Testikulyar feminizasiya sindromunda

C) Böyrəküstü vəzilərinin anadanqəlmə disfunksiyasında (21 –hidroksilaza çatmamazlığında)

D) 5-alfa-reduktazanın çatmamazlığında

E) Həqiqi hermafroditizmdə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
742) Hiperandrogeniyanın uşaqlarda manifest simptomu hansıdır?
A) Hirsutizm

B) Pubarxe

C) Alopesiya

D) Saçların yağlanması

E) Acne vulqaris
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
743) Androsteromanın əsas müalicə metodları hansılardır?
A) Cərrahi əməliyyat

B) Sadalanlardan metodlardan heç biri

C) Antiandrogenlər

D) Xloditan

E) Şua terapiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва
744) Adrenogenital sindrom olan xəstələrdə stress zamanı müalicə taktikası?
A) Hormonoterapiyanı dayandırmaq

B) Hormonların dozasını azaltmaq

C) İmmunostimulyatorlardan istifadə etmək

D) Hormonların dozasını artırmaq

E) Heç bir dəyişiliklik etməmək
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
745) Adrenogenital sindrom zamanı qızlarda klitorotomiyanın aparılmasının optimal vaxtı?
A) 2 yaşa qədər

B) Prepubertat dövrdə

C) Pubertat dövrdə

D) Yeni doğulan vaxtı

E) Diaqnoz qoyulduqdan dərhal sonra (yaşdan asılı olmayaraq)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
746) Adrenogenital sindrom zamanı qızlarda introiplastikanın aparılmasının optimal vaxtı?
A) 10-11 yaşından sonra

B) 18-20 yaşında

C) 21-25 yaşında

D) 5-7 yaşında

E) Körpə vaxtı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
747) Yeni doğulan uşaqlarda Fridreksen-Uoterxaus sindromunun klinik simptomu deyil?
A) Hipotermiya

B) Febril hərarət

C) Qıc olmalar

D) Tənqinəfəslik

E) Sianoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
748) İkincili hipokortisizm üçün nə xarakterikdir?
A) Kəllə-beyin travmalarının ən çox rast gəlinən ağırlaşmalarındandır

B) Mineralokortikoidlərin defisiti yaranmır

C) Melanodermiya və duzlu qidalara meyl xarakter klinik əlamətidir

D) Birincili hipokortisizmlə müqayisədə daha ağır gedişə malikdir

E) Diaqnozu əsasən kəllənin rentgenoqrafiyası əsasında qoyulur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
749) Qlükokortikoid preparatlarına aiddir?
A) Propranolol

B) Doksasozin

C) Yuxarıda sadalananların hamısı doğrudur

D) Deksametazon

E) 9 α-ftorkortizol
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
750) Sinaktenlə testi hansı məqsədlə aparılır?
A) İkincili hipokortisizmli xəstənin əməliyyat öncəsi hazırlığı üçün

B) Birincili hipokortisizmin diaqnostikası üçün

C) Hipofizar və böyrəküstü Kuşinq sindromunun differensial diaqnostikası üçün

D) AKTH defisitinin aşkarlamaq üçün

E) Birincili hiperaldosteronizmin diaqnostikası üçün
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
751) Birincili xroniki böyrəküstü vəzi çatmamazlığı üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Kortikosteroidlərlə əvəzedici müalicə fonunda böyrəküstü vəzin atrofiyasının reqressinə və funksiyalarının bərpasına nail olmaq olur

B) Dəri və görünən selikli qişaların hiperpiqmentasiyası MSH hipersekresiyası hesabına olur

C) Autoimmun tireoiditlə birgə rast gəlinməsi Şmidt sindromu adlanır

D) Adrenoleykodistrofiya və böyrəküstü vəzin vərəmi çox rast gəlinən səbəblərindəndir

E) Böyrəküstü vəzin qabıq maddəsinin autoimmun destruksiyası ən çox rast gəlinən səbəblərindəndir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
752) Birincili hipokortisizm zamanı aşağıda yazılanlardan biri olmur?
A) Plazma reninin aktivliyinin artması

B) Hiperkaliemiya

C) Sirkulə edən plazmanın həcminin artması

D) Hiponatriemiya

E) Hiperkaliuriya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
753) Nə üçün İtsenko-Kuşinq xəstəliyi ( hipofizar Kuşinq sindromu ) zamanı böyük deksametazon ( Liddl ) testi zamanı kortizol sekresiyasını azaltmaq mümkün olur?
A) Heç biri düzgün deyil

B) )Belə yüksək dozalarda deksametazon böyrəküstü vəzin qabıq maddəsinə inqibəedici effekt göstərir

C) Deksametazon kortizoldan daha çox qlükokortikoid aktivliyinə malikdir

D) Qlükokortikoidlərin inqibə edici təsirinə qarşı hipotalamo-hipofizar sistemin həssaslığının tam itməməsi

E) Deksametazonun yüksək dozası hipotalamus-hipofiz-böyrəküstü vəzin qabıq maddəsi arasında əlaqəni normallaşdırır
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
754) Böyrəküstü vəzin kəskin çatmamazlığının (adisson krizi ) müalicəsi necədir?
A) İlkin olaraq ağrı şokunu götürmək üçün morfinin yeridilməsi və stasionara yerləşdirmək

B) Venadaxili adrenalinin və digər adrenomimetiklərin yeridilməsi

C) Natrii xloridin fizioloji məhlulun köçürülməsi və böyük doz hidrokortizonun yeridilməsi

D) Fentolamin vəya tropafen yeridilməsi

E) Çoxlu maye qəbulu, bel nahiyyəsinə buz qoymaq və sidikqovucu qəbulu
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
755) Kuşinq sindromu zamanı şəkərli diabetin əmələ gəlməsinin səbəbini göstərin?
A) Qlikoqenolizin aktivləşməsi

B) Qlükoneogenezin aktivləşməsi

C) Poliol yolu ilə qlükoza utilizasiyasının zəifləməsi

D) Proteolizin aktivləşməsi

E) Lipolizin stimulyasiyası
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
756) Aşağıda yazılan klinik simptomlardan hansı Addison xəstəliyi, Kuşinq xəstəliyi və Nelson sindromu üçün xarakterikdir?
A) Amenoreya

B) Dəri örtüklərinin hiperpiqmentasiyası

C) Sadalanların hamısı

D) Dəri striyaları

E) Ortostatik hipotoniya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
757) 37 yaşlı qadın qansızmalardan, AT 170/105 mm/c. st. qədər yüksəlməsindən şikayətlənir.Müayinə zamanı striyalar,piylənmə və ayabənzər üz nəzərə çarpır. Bu xəstədə ilkin etapda hansı test keçirilməlidir?
A) Hipofizin KT və MRT

B) Kiçik deksametazon testi

C) Böyrəküstü vəzin KT və MRT

D) Plazma AKTH

E) Böyük deksametazon testi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
758) Kuşinq xəstəliyi zamanı xloditanın optimal terapevtik dozası neçədir?
A) 1,5 qr/s

B) 4–6 qr/s

C) 75 mq/s

D) 12 mq/s

E) 12 qr/s
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
759) Kuşinq xəstəliyi zamanı nə xarakterikdir?
A) Hipotoniyalara meyllilik

B) 1 mq deksametazon testi zamanı AKTH ifrazının zəifləməsi

C) Böyrəküstü vəzin ikitərəfli böyüməsi

D) Böyrəküstü vəzin birtərəfli böyüməsi

E) 8 mq deksametazon testi zamanı AKTH ifrazının zəifləməməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
760) Aşağıdakı xəstəlik (vəziyyət) ikincili (hipotalamo-hipofizar) böyrəküstü vəzi çatmamazlığına aiddir?
A) 1-ci tip autoimmun poliqlandulyar sindrom

B) Qlükokortikoidlərlə uzunmüddətli müalicə

C) Adrenoleykodistrofiya

D) Heç biri düzgün deyil

E) 2-ci tip autoimmun poliqlandulyar sindrom
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
761) Adrenoleykodistrofiya nədir?
A) Y- xromosomla bağlı sinir sisteminin ağır degenerativ xəstəliyi

B) QİÇS nəticəsində böyrəküstü vəzin zədələnməsi

C) X-xromosomla bağlı irsi resessiv melanodermik leykodistrofiya

D) Klinik gedişinə görə xoşxasiyyətli olan,böyrəküstü vəzin xroniki çatmamazlığına gətirib çıxaran səbəblərdən biri

E) Bəzən böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran, böyrəküstü vəzin birtərəfli zədələnməsi ilə gedən kəskin xəstəlik
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
762) Aşağıda yazılanlardan hansı daha çox böyrəküstü vəzi çatmamazlığına səbəb olur?
A) Böyrəküstü vəzin vərəmi

B) QİÇS infeksiyası

C) Böyrəküstü vəzin autoimmun zədələnməsi

D) Adrenoleykodistrofiya

E) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
763) Böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran ən az rast gəlinən səbəbi göstərin?
A) Adrenoleykodistrofiya

B) Böyrəküstü vəzin autoimmun zədələnməsi

C) Böyrəküstü vəzin vərəmi

D) Uoterxaus- Frederiksen sindromu

E) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
764) Birincili böyrəküstü vəzi çatmamazlığına xarakter olmayan simptomu göstərin?
A) Çəki itkisi

B) Selikli qişaların və dərinin hiperpiqmentasiyası

C) Hiperqlikemiya

D) Astenik sindrom

E) Arterial hipotenziya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
765) Addison xəstəliyi zamanı pəhriz məsləhətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Qidanın kalorisinin 20–25% artırılması

B) Qida duzunun çox istifadəsi

C) Gün ərzində karbohidrat qəbulunun hissələrlə qəbulu

D) Kaliumla zəngin qidaların çox mənimsənilməsi

E) Natriumla zəngin qidaların çox mənimsənilməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
766) Aşağıdakı preparatlardan hansı mineralokortikoidlərə aiddir?
A) Prednizolon

B) Hidrokortizon

C) Kortizon asetat

D) Metil prednizolon

E) Dezoksikortikosteron asetat
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
767) Kuşinq xəstəliyi səbəbindən xəstədə ikitərəfli adrenalektomiya əməliyyatı keçirilmişdir. Nelson sindromu inkişaf edir və hipofizdə mikroadenoma aşkarlanır. İlkin etap üçün müalicə taktikasını göstərin?
A) Hipofizektomiya

B) Parlodel təyini

C) Xloditan təyini

D) Dostineks təyini

E) Adenomektomiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
768) Ağır gedişli Addison xəstəliyindən əziyyət çəkən xəstədə ümumi zəiflik, ürəkbulanma, qusma, qarında ağrılar, oynaq və əzələlərdə ağrılar, ishal başlayır. Hipotoniya, piqmentasiya başlayır, qarnın palpasiyası zamanı diffuz ağrılar qeyd olunur. Xəstənin vəziyyətinin pisləşməsinə səbəb nədir?
A) Qoşulan kəskin pankreatit

B) Mineralokortikoidlərin artıq dozası

C) Qida toksikoinfeksiyası

D) Addison krizi

E) Heç biri doğru deyil
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
769) Kortikosteroma əsasən nə ifraz edir?
A) Estrogen

B) Qlükokortikoid

C) Androgen

D) Adrenalin və noradrenalin

E) Aldosteron
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
770) Feoxromositoma - xromofin toxumanın şişi olub, hansı hormonu ifraz edir?
A) Androgen

B) Aldosteron

C) Adrenalin

D) Qlükokortikoid

E) Estrogen
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
771) Kortikosteroma zamanı klinik əlamətlərin inkişafına nə səbəb olur?
A) AKTH sekresiyasının artması

B) Aldosteron sekresiyasının azalması

C) Qlükokortikoidlərin izolə olunmuş hipersekresiyası

D) Androgen sekresiyasının azalması

E) KRH (kortikotropinrilizinq hormonu) sekresiyasının artması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
772) Kortikosteroma və ektopik KRH sindromun differensial diaqnostikası üçün hansı laborator testdən istifadə olunur?
A) Kiçik deksametazon testi

B) Kortizolun sutkalıq eksresiyasının təyini

C) Heç biri doğru deyil

D) Böyük deksametazon testi

E) AKTH səviyyəsinin təyini
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
773) Konn sindromu zamanı aldosteron necə dəyişilir?
A) Çox azalır

B) Cüzi artır

C) Dəyişmir

D) Cüzi azalır

E) Çox artır
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
774) Konn sindromu zamanı renin sekresiyası necə dəyişilir?
A) Çox azalır

B) Cüzi azalır

C) Dəyişmir

D) Çox artır

E) Cüzi artır
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
775) Androsteromanın klinik əlamətləri nə ilə əlaqədardır?
A) Estrogen sekresiyasının artması ilə

B) Androgen sekresiyasının artması ilə

C) Qlükokortikoidlərin və aldosteronun sekresiyasının artması ilə

D) Aldosteron və estrogenlərin sekresiyasının artması ilə

E) Adrenalin və noradrenalin sekresiyasının artması ilə
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
776) Androsteromanın əsas müalicə metodu nə hesab olunur?
A) Cərrahi müdaxilə

B) Xloditanla müalicə

C) Şüa müalicəsi

D) Heç biri düzgün deyil

E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
777) Qlükoandrosteroma klinik olaraq özünü nə ilə göstərir?
A) Hiperkortisizmin simptomları ilə

B) Tək viril sindromla

C) Ginekomastiya və feminizasiya ilə

D) Anoreksiya və dispepsik əlamətlərlə

E) Viril sindrom və hiperkortisizmin simptomları ilə
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.

Bölmə 7. Qadın cinsiyyət vəzlərinin xəstəlikləri

778) Şteyn-Levental sindromu üçün hansı simptomlar xarakterikdir?
A) Normal menstrual sikl, tüklərin tökülməsi

B) Anovulyator menstrual sikl, hirsutizm, ovarial stromanın hiperplaziyası və hipertrofiyası

C) Opsomenoreya

D) Sonsuzluq, disalqomenoreya

E) Ovarial stromanın hipoplaziyası və hipotrofiyası
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
779) Reseptorların səviyyəsində androgenlərin təsirini hansı preparatlar blokada edirlər?
A) Spironolakton

B) Simetidin

C) Prednizolon

D) 5 alfa-reduktaza

E) Estrogenlər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
780) Menstrual sikli pozulmuş qadınlarda hirsutizmin müalicəsi zamanı hansı preparatların təyini daha effektivdir?
A) Tüklərin dartılması

B) Kimyavi epilyasiya

C) Tüklərin saraldılması

D) Elektrolizis

E) Peroral kontraseptivlər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
781) Klimakterik dövr nə ilə xarakterizə olunur?
A) Dispepsiya

B) Vegetativ – damar pozğunluqları, neyropsixiki pozğunluqlar

C) Laktoreya

D) Tənginəfəslik, quru öskürək

E) Dəri səpgiləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
782) Klimakterik dövr zamanı hansı əlamətlər müşahidə olunmur?
A) Diensefal böhranlarla

B) Klimakteritk istibasma

C) Hava çatışmamazlığı ilə

D) Laktoreya

E) Ürək ağrıları ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
783) Klimakterik dövrün vegetativ damar pozulmalarının müalicə vasitələri göstərin?
A) Sedativ vasitələr, estrogenlər və ya androgenlərin təyini

B) Antibiotiklər

C) İmmunodepressantlar

D) Somatotrop hormon

E) Tireoid preparatlar
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
784) Klimakterik kardiyopatiyaların müalicəsi zamanı təyin edilən preparatlardan hansılar effektiv deyil?
A) İnderal

B) Klimakterin

C) Erqotamin

D) Kalium preparatları

E) Lidokain
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
785) Yumurtalıqların polikistozunun hormonal markeri hansı göstəricidir?
A) Kettle indeksi

B) Testosteron/İnsulin

C) AKTH/Kortizol

D) LH/FSH

E) FSH/Testosteron
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin