Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri


) A-qlikozidaza inhibitorlarının təyini üçün göstərişlər hansılardır?



Yüklə 0,87 Mb.
səhifə8/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
#5893
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

462) A-qlikozidaza inhibitorlarının təyini üçün göstərişlər hansılardır?
A) 1 tip şəkərli diabet

B) Ketoasidoz

C) Sulfanilamid törəmələrinə rezistentlik

D) 2 tip şəkərli diabet

E) Qestasiyon şəkərli diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
463) Hansı endokrin orqanların patoloqiyası zamanı şəkərli diabet yarana bilər?
A) Timus

B) Yumurtalıqlar, timus, hipofiz

C) Yumurtalar, hipotalamus, qalxanvariətraf vəzilər

D) Qalxanvariətraf vəzilər

E) Qalxanvari vəzi, hipofiz, böyrək-üstü vəzi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
464) Lipoproteinlərin aşagıdakı növləri aterogen sayılmır?
A) B-lipoproteinlər

B) Flotirə edici lipoproteinlər

C) Pre - b-lipoproteinlər

D) Pre - b-lipoproteinlər və B-lipoproteinlər

E) A - lipoproteinlər, xilomikronlar
Ədəbiyyat: В.В.Маршал. Клиническая биохимия. «Медицина», Москва, 1999.
465) Hiperlipidemiyaya xas deyil?
A) Trombositlərin adqeziyasının artması, mikrotrombozların yaranması.

B) Hüceyrə membranı və qan ilə oksiqen mübadiləsinin pozulması

C) Kapillyarlarda qan axınının ləngiməsi

D) Qanın qatılığının artması

E) Kapillyarlarda qan axınının sürətlənməsi
Ədəbiyyat: В.В.Маршал. Клиническая биохимия. «Медицина», Москва, 1999.
466) I tip hiperlipoproteinemiyanın klinik təzahürünə aid deyil?
A) Dəri ksantomatozu

B) Dispeptik əlamətlər

C) Torlu qişanın lipemiyası

D) Hepatosplenomeqaliya

E) Ateroskleroz
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
467) I tip lipoproteinemiya rast gəlinir?
A) Piyelonefrit, hipertoniya xəstəliyi

B) Şəkərsiz diabet, revmatoid artrit, kardiomiopatiya

C) Şəkərli diabet, alkoqol pankreatit, disproteinemiya

D) Podaqra

E) Ürəyin işemik xəstəliyi
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
468) III tip hiperlipopteidemiya nə ilə xarakterizə olunmur?
A) Flotirə edici lipoproteinlərin əmələ gəlməsi

B) Triqliseridlərin miqdarının artması

C) Triqliseridlərin miqdarının azalması

D) Plazmada xolesterinin miqdarının artması

E) Karbohidratlara qarşı tolerantlığın azalması
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
469) IV tip hiperlipoproteinemiyaya xarakterik deyil?
A) Stenokardiya tutmaları və miokard infarktı

B) İri arteriyaların zədələnməsi

C) Podaqra ilə birqə rast gəlməsi

D) Şəkərli diabetlə birqə rast gəlməsi

E) Karbohidratlara qarşı tolerantlığın yüksəlməsi
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
470) Aterosklerotik düyünün xüsüsiyyətlərini təsdiq etmir?
A) Ateromatoz kütlə tromboemboliyanın səbəbi ola bilər

B) Düyünlərdə trombotik kütlənin əmələ gəlməsi

C) Düyünlərdə qansızma

D) Düyünün sovrulması

E) Düyünlərdə fibrinləşmə və kalsinasiya proseslərinin əmələ gəlməsi
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
471) Aşağıdakıların miqdarının artması ateroskleroz üçün xas deyil?
A) Aşağı sıxlıqlı lipoproteidlər

B) Fosfolipidlər

C) Triqliserid

D) B-lipoproteinlər

E) Xolesterin
Ədəbiyyat: В.В.Маршал. Клиническая биохимия. «Медицина», Москва, 1999.
472) Qlikoqenin toplanması xəstəliyində hansı əsas əlamətlər birgə rast gəlinir?
A) Hepatomeqaliya və makroqlossiya

B) Splenomeqaliya və hiperqlikemiya

C) Makroqlossiya və hipoqlikemiya

D) Hepatomeqaliya və hipoqlikemiya

E) Hepatomeqaliya və hiperqlikemiya
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001.
473) Qlikoqenin toplanması xəstəliyində hansı orqanlar əsasən zədələnir?
A) Mədəaltı vəz və beyin

B) Qara ciyər və beyin

C) Əzələlər və sumuklər

D) Mədəaltı vəz və yumurtalıqlar

E) Qara ciyər və əzələlər
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001.
474) Sistenuriya nə ilə birgə rast gəlinir?
A) Homosisteinuriya

B) Əqli çatmamazlığı ilə

C) Sidiklə sistinin itirilməsi nətiçəsində qidalanmanın pozulması

D) Hidrosefaliya

E) Sidikdə heksoqonal kristalların əmələ gəlməsi
Ədəbiyyat: Е.И. Чазов. Руководство по внутренним болезням.
475) Amiloidoz diaqnozu təsdiq olunur?
A) Sümük iliyinin müayinəsi ilə

B) Klinik əlamətlər ilə

C) Sidikdə Ben-Cons zulalın olması ilə

D) Düz bağırsağın bioptatının histoloji müayinəsi ilə

E) Konqo-rot sınağı ilə
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
476) Podaqralı xəstələrin qanında sidik turşusunun miqdarının artmasına gətirib çıxarmır?
A) Plazma zulalları ilə əlaqəsinin artması

B) Purin mubadiləsinin artması

C) Sidik turşusunun sintezinin artması

D) Böyrək ekskresiyasının azalması

E) Purin mübadiləsinin azalması
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001. том 2
477) Podaqra üçün xarakterik deyil?
A) Qara ciyər zədələnməsi

B) Böyrəyin zədələnməsi

C) Miozitlər

D) Sidik turşusunun miqdarının artması

E) Oynaqların zədələnməsi
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001. том 2
478) Kəskin podaqra artritində əsas faktor deyil?
A) Rentqenoterapiya

B) Purinlə zənqin qida qəbulu

C) Stress

D) Alkoqol qəbulu

E) Cərrahi əməliyyat
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001. том 2
479) Hemoxromatozun xarakter əlaməti sayılmır?
A) Dəri piqmentasiyası

B) Ürəyin zədələnməsi

C) Oynaqların zədələnməsi

D) Hepatomeqaliya

E) Şəkərli diabet
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
480) Hemoxromatoz zamanın dəmir daha çox toplanır?
A) Dəridə

B) Böyrəklərdə

C) Dalaqda

D) Qara ciyərdə

E) Tüklərdə
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
481) Hemoxromatoz zamanı şəkərli diabetin səbəbi?
A) Mədəaltı vəzin adacıq hüceyrələrində dəmirin toplanması

B) Qara ciyərin zədələnməsi

C) İnsulinin az ifrazı

D) Lanqerqans adacıqlarının sklerozu

E) Mədəaltı vəzin aralıq axarlarının degenerasiyası
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
482) Hemoxromatoz zamanı ölümün əsas səbəbi?
A) Kəskin ürək çatışmamazlığı

B) Pnevmoniya

C) Varikoz damarlardan qan axma

D) Diabetik koma

E) Qaraciyər koması
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
483) Dəridə melaninin azalması müşahidə olunur?
A) Kron xəstəliyi, xondrodistrofiya

B) QİÇS, malyariya

C) Uippl xəstəliyi, fibroz displaziya, vitiliqo

D) Lepra


E) Fenilketonuriya
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
484) Osteomalyasiya zamanı müşahidə olunmur?
A) Sümüklərin qalın sətinin olmaması

B) Milkman sindromu (yalançı sinıqlar)

C) Nefrokalsinoz

D) Borulu sumuklərin əyilməsi

E) Hiperkalsemiya
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
485) Pedcet xəstəliyi zamanı baş verən fəsadlar?
A) Osteoxondropatiya, hipokalsemiya

B) Hipernatriemiya, revmatoid artrit

C) İkincili hiperparatireoz

D) Öd kisəsində daşların əmələ qəlməsi, hipokalsemiya

E) Böyrəklərdə kanal daşlarının əmələ gəlməsi, osteoqen sarkoma, hiperkalsemiya
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
486) Vilson-Konovalov xəstəliyinə xas deyil?
A) Qara ciyər sirrozu

B) Plazmada misin səviyyəsinin artması

C) Seruloplazminin aşağı səviyyəsi

D) Seruloplazminin yüksək səviyyəsi

E) Bazal qanqlianın zədələnmə əlaməti
Ədəbiyyat: Ф.И. Комаров. Диагностика и лечение внутренних болезней. «Медицина», Москва, 1999, том 3
487) Lipid mübadiləsinin göstəricilərini hansı preparatlar yaxşılaşdırır?
A) İmmunodepressantlar

B) Lipotrop preparatları, antioksidantlar, tərkibində vitamin A və karotin olan preparatlar

C) β -adrenoblokatorlar

D) Nootrop preparatlar, tərkibində vitamin E olan preparatlar

E) Anabolik steroidlər, a-adrenoblokatorlar, biquanidlər
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
488) Qlyukozaya tolerantlıq sınağının aparılmasına göstəriş deyil?
A) Furunkulyoz

B) Qanda şəkərin miqdarının bir neçə dəfə yüksək olması

C) Yanğı və susuzluq

D) Piylənmə

E) Dislipidemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
489) Şəkərli diabetin gedişatına hansı preparatlar təsir etmir?
A) Deksametazon

B) Tiazid diuretiklər

C) Anaprilin

D) Enalapril

E) Peroral kontraseptivlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
490) Uzun müddət şəkərli diabet zamanı körluğun əsas səbəbi hansıdır?
A) Qlaukoma

B) Avtonom neyropatiya

C) Katarakta

D) Görmə sinirinin atrofiyası

E) Proliferəedici retinopatiya
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998
491) 30 yaşlı 1 tip şəkərli diabet ilə olan xəstə insulin vurduğdan 2 saat sonra koma vəziyyətinə düşüb. İlkin yardım neçə göstərilməlidir?
A) Qanda kreatininin, sidik cövhərinin təyini

B) 40% qlyukoza məhlulundan 20-40 ml vena daxili yeridilmə ilə

C) 5% qlyukoza məhlulundan ml vena daxili şırım ilə vurulması

D) 10-20 V qısa müddətli insulinin dəri altina vurulma ilə

E) Mütləq EKQ-nın çıxarılması
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998
492) Sidikdə qlyukozuriya aşkar olunubsa nə etmək lazımdır?
A) Sulfonilamid törəmələrinin təyini

B) Qlyukozatolerant sınağının aparılması

C) Ac qarna qanda şəkərin miqdarının təyini

D) Bazal insulinin təyini

E) Qidada karbohidratların miqdarının məhdudlaşdırılması
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998
493) Arterial hipertoniya zamanı əsas hədəf orqanı hansı deyil?
A) Ürək

B) Dalaq


C) Böyrəklər

D) Gözün torlu qişası

E) Beyin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
494) Şəkərli diabet xəstələrinin AT lazımi maksimal səviyyəsi hansıdır?
A) АT 140/90 mm.c.s.

B) АT 125/75 mm.c.s.

C) АT 120/80 mm.c.s.

D) АT 160/90 mm.c.s.

E) АT 130/80 mm.c.s.
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
495) Şəkərli diabet xəstələrinə antihipertenziv terapiyaya başlamaq AT hansı göstəricilərində məsləhətdir?
A) АT 125/75 mm.c.s.

B) АT 140/90 mm.c.s.

C) АT 120/80 mm.c.s.

D) АT 130/80 mm.c.s.

E) АT 160/90 mm.c.s.
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
496) 2 tip şəkərli diabet xəstələri arasında essensial arterial hipertoniyanın yayılması neçə faiz təşkil edir?
A) 100%

B) 15% artıq

C) 30% artıq

D) 80% artıq

E) 50% artıq
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
497) 2 tip şəkərli diabet xəstələri arasında böyrək mənşəli arterial hipertoniyanın yayılması neçə faiz təşkil edir?
A) 50%

B) 30%


C) 15%

D) 80%


E) 100%
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
498) Şəkərli diabet xəstələrinə b-adrenoblokatorların təyini üçün göstərişlər hansıdır?
A) Arterial hipertoniyanın durğunluq ürək çatmamazlığı ilə ahənglik zamanı

B) Anamnezdə transmural infarktın keçirilməsi

C) Arterial hipertoniyanın bronxların obstruktiv xəstəliklərlə ahənglik zamanı

D) Arterial hipertoniyanın periferik arteriaların xəstəliklərlə ahənglik zamanı

E) Arterial hipertoniyanın dislipidemiya ilə ahənglik zamanı
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
499) Şəkərli diabet xəstələrində hipertoniyanın müalicəsi üçün hansı antihipertenziv preparatlarının kombinasiyası daha effektivdir?
A) B-adrenoblokatorları və diuretiklər

B) APF inhibitorları və diuretiklər

C) Diuretiklər və Ca-antaqonistləri

D) A-adrenoblokatorlar və APF-inhibitorlar

E) A-adrenoblokatorlar və anqiotenzin-2 reseptorlarına antaqonistlər
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
500) APF inhibitorlarının ən geniş yayılmış əlavə təsiri hansıdır?
A) AV-keçiriliciyinin lənqiməsi

B) Topuqlarda ödemlər

C) Quru öskürək

D) Taxikardiya

E) Vazomotor rinit
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
501) APF inhibitorların təyininə əks göstəriş hansıdır?
A) Dislipidemiya

B) İnsulinrezistentlik

C) Proteinuriya

D) Böyrək arterialarının ikitərəfli stenozu

E) Sol mədəciyin hipertrofiyası
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения «Медицина», Москва, 2004.
502) Nefroprotektiv təsirə malik olan preparat hansıdır?
A) Diuretiklər

B) B-adrenoblokatorlar

C) A-adrenoblokatorlar

D) Vazodilyatatorlar

E) APF-inhibitorlar
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения «Медицина», Москва, 2004.
503) Diabetik nefropatiyalı xəstənin təzyiqin artmayıbsa Enalaprilin sutkalıq dozası hansıdır?
A) 2,5 mq

B) 20 mq


C) 5 mq

D) 40 mq


E) 10 mq
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения «Медицина», Москва, 2004.
504) Hansı preparatların qəbulu zamanı AT arta bilər?
A) Hormonal kontraseptivlər və qlyukokortikoidlər

B) Nitratlar

C) Ürək qlikozidləri

D) Sedativ preparatlar

E) Anorektiklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
505) İnsulinomanın klinikasında dominant simptomlar hansıdır?
A) Hiperinsulinemiya

B) Hiperinsulinemiya və insulinrezistentlik

C) Hiperqlikemiya və hiperinsulinemiya

D) Hipoqlikemiya və hiperinsulinemiya

E) Hipoqlikemiya və insulinrezistentlik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
506) İnsulinomanın əsas diaqnostik kriteriyi hansı deyil?
A) Dislipidemiya

B) Tutmanın vena daxili yeridilən qlyukoza ilə aradan qötürülməsi

C) Spontan hipoqlikemiya tutmaları(Ac qarına və ya ağır fiziki işdən sonra)

D) Qanda qlikemiya < 1,7 mmol/l

E) Bədən çəkisinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
507) Somatostatinoma harada lokalizasiya edə bilər?
A) Mədədə

B) Aortada

C) Yoğun bağırsaqda

D) Beyində

E) Nazik bağırsaqda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
508) Somatostatinomanın sistem effektlərinə hansılar aid deyil?
A) Somatostatinin hipersekresiyası

B) Somatostatinin hiposekresiyası

C) Pankreatik fermentlərin sekresiyasının ləngiməsi

D) Öd kisəsinin yığılması

E) Mədədə HCL sekresiyasının azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
509) Somatostatinomanın simptomlarına hansı aid deyil?
A) Şəkərli diabet

B) Arıqlama və anemiya

C) Dispepsiya

D) Bədən çəkisinin artması

E) Steatoreya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
510) Qastrinoma harada lokalizasiya edə bilməz?
A) Mədəaltı vəzidə

B) Dalaqda

C) Mədədə

D) Düz bağırsaqda

E) On-iki barmaq bağırsaqda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
511) Karbohidrat mübadiləsinin arterial hipertoniya ilə ahənqliyi hansı xəstəlik üçün xarakterik deyil?
A) Kortikosteroma üçün

B) İtsenko-Kuşınq xəstəliyi üçün

C) Akromeqaliya üçün

D) Hipofizar nanizm üçün

E) Tireotoksikoz üçün
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
512) Əhalinin ölüm strukturasında şəkərli diabet neçənci yeri tutur?
A) 5-ci

B) 3-cü


C) 1-ci

D) 6-cı


E) 2-ci
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
513) Diabetik fetopatiyanın postnatal ağırlaşması nə ola bilər?
A) Boyun inkişafdan qalması

B) Dölün anadangəlmə inkişaf qüsurları

C) Hipoqonadizm

D) Mərkəzi sinir sisteminin zədələnməsi

E) Şəkərli diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
514) Proliferativ retinopatiya üçün xarakterik deyil?
A) Venoz anomaliyalar

B) Qlaukoma

C) Billura qansızmalar

D) Hemoftalm

E) Neovaskulyarizasiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
515) Torlu qişanın lazer fotokoaqulyasiyası ilə müalicəyə göstəriş deyil?
A) Preproliferativ retinopatiya

B) Proliferativ retinopatiya

C) Makulopatiya

D) Diffuz makulyar ödem

E) Tək-tək mikroanevrizmalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
516) Diabetik nefropatiyanın uremik mərhələsi üçün xarakterik deyil?
A) Arterial hipotoniya

B) Kreatinin miqdarının artması

C) Proteinuriya

D) Arterial hipertoniya

E) Funksional böyrək rezervinin kəskin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
517) Qlyukozaya tolerantlığın pozulması necə təyin edilir?
A) Qanda şəkərin miqdarını 2 saat yeməkdən sonra yoxlama zamanı

B) Qanda şəkərin miqdarını qün ərzində təyini zamanı

C) Standart qlükoza tolerant sınağı zamanı

D) Ac qarına şəkərin təyini zamanı

E) Qanda şəkərin miqdarını qecə vaxtı təyini zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
518) Standart qlyukoza tolerant sınaqı zamanı qlyukoza hansı hesabla verilir?
A) 0,5 qr bir kg çəkiyə

B) 1,5 qr bir kg çəkiyə

C) 1,0 qr bir kg çəkiyə

D) 2,75 qr bir kg çəkiyə

E) 1,75 qr bir kg çəkiyə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
519) Şəkərli diabet zamanı zülalların, piylərin və karbohidratların kaloriy üzrə optimal nisbəti?
A) 30 : 30 : 40

B) 30 : 20 : 50

C) 20 : 30 : 50

D) 15 : 25 : 60

E) 20 : 20 : 60
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
520) Hipoqlikemiyanın metabolik markerləri hansıdır?
A) Qanda şəkərin miqdarının azalması

B) Qanda şəkərin miqdarının artması

C) Sidikdə keton cismləri

D) Qanda keton cismləri

E) Mikroalbuminuriya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
521) Uşaqlar və yeniyetmələr üçün ən münasib insulin rejimləri hansıdır?
A) Qündə 1 dəfə qısa və uzun müddətli insulin inyeksiyası

B) Qündə 3 dəfə qısa müddətli və 1 dəfə axşam uzun müddətli insulin inyeksiyası

C) Qündə 4-5 dəfə qisa müddətli insulin inyeksiyası

D) Qündə 3-4 dəfə orta müddətli insulin inyeksiyası

E) Bazis-bolyus terapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
522) 3 yaşlı uşaq vaxtaşırı kəskin respirator infeksiyaya tutulurdu. 1 həftə bundan əvvəl yanğı, susuzluq, sidik ifrazının tezləşməsi simptomları əmələ qəlib. Çəkisi kəskin azalır. Diaqnozu dəqiqləşdirmək üçün hansı müayinələr aparılmalıdır?
A) Zimnitskiy sınağı

B) Böyrəklərin USM-si

C) Nevropatoloqun müayinəsi

D) Qanda şəkərin təyini

E) Beyinin KT-sı
Ədəbiyyat: В.В.Петеркова. Особенности инсулинотерапии у детей и подростков, больных СД 1 типа. CONSILIUM-MEDICUM Том 4/N 3/2002, Москва
523) 3 yaşlı uşaq vaxtaşırı kəskin respirator infeksiyaya tutulurdu. 1 həftə bundan əvvəl yanğı, susuzluq və sidik ifrazının tezləşməsi simptomları əmələ qəlib. Çəkisi kəskin azalır. ŞD üçün xarakterik laborator göstəricilər hansıdır?
A) Leykosituriya

B) Oksaluriya

C) Qlyukozuriya

D) Nikturiya

E) Eritrosituriya
Ədəbiyyat: В.В.Петеркова. Особенности инсулинотерапии у детей и подростков, больных СД 1 типа. CONSILIUM-MEDICUM Том 4/N 3/2002, Москва
524) 3 yaşlı uşaq vaxtaşırı kəskin respirator infeksiyaya tutulurdu. 1 həftə bundan əvvəl yanğı, susuzluq, sidik ifrazının tezləşməsi simptomları əmələ qəlib. Çəkisi kəskin azalır. İnsulinoterapiyanı hansı növ qısa müddətli insulinlərlə başlamaq lazımdır?
A) İnsulin analoqları ilə

B) Qarışıq insulinlərlə

C) İri buynuzlu heyvanların insulinləri ilə

D) Qen-mühəndislik yolu ilə alınma insulinlərlə

E) Donuz insilinləri ilə
Ədəbiyyat: В.В.Петеркова. Особенности инсулинотерапии у детей и подростков, больных СД 1 типа. CONSILIUM-MEDICUM Том 4/N 3/2002, Москва
525) 3 yaşlı uşaq vaxtaşırı kəskin respirator infeksiyaya tutulurdu. 1 həftə bundan əvvəl yanğı, susuzluq, sidik ifrazının tezləşməsi simptomları əmələ gəlib. Çəkisi kəskin azalır. Uşağın qidalanmasını hansı prinsiplərlə aparmaq lazımdır?
A) İştahdan asılı olaraq

B) 12 saatlıq aclıq

C) Gün ərzində 3-4 dəfə

D) Gün ərzində 6 dəfə

E) Qidanın kalorajını kəskin azaltmaq
Ədəbiyyat: В.В.Петеркова. Особенности инсулинотерапии у детей и подростков, больных СД 1 типа. CONSILIUM-MEDICUM Том 4/N 3/2002, Москва
526) 3 yaşlı uşaq vaxtaşırı kəskin respirator infeksiyaya tutulurdu. 1 həftə bundan əvvəl yanğı, susuzluq və sidik ifrazının tezləşməsi simptomları əmələ gəlib. Çəkisi kəskin azalır. Pəhrizində karbohidratların miqdarı neçə faiz təşkil etməlidir?
A) 60 %

B) 30 %


C) 70 %

D) 50 %


E) 40 %
Ədəbiyyat: В.В.Петеркова. Особенности инсулинотерапии у детей и подростков, больных СД 1 типа. CONSILIUM-MEDICUM Том 4/N 3/2002, Москва
527) 3 yaşlı uşaq vaxtaşırı kəskin respirator infeksiyaya tutulurdu. 1 həftə bundan əvvəl yanğı, susuzluq və sidik ifrazının tezləşməsi simptomları əmələ gəlib. Çəkisi kəskin azalır. Pəhrizində zülalların miqdarı neçə faiz təşkil etməlidir?
A) 15 %

B) 30 %


C) 40 %

D) 50 %


E) 20 %
Ədəbiyyat: В.В.Петеркова. Особенности инсулинотерапии у детей и подростков, больных СД 1 типа. CONSILIUM-MEDICUM Том 4/N 3/2002, Москва
Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin