Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri


) Nefroqen forma şəkərsiz diabetin yaranma səbəbi hansıdır?



Yüklə 0,87 Mb.
səhifə2/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
#5893
1   2   3   4   5   6   7   8   9   ...   16

67) Nefroqen forma şəkərsiz diabetin yaranma səbəbi hansıdır?
A) Genetik faktorlar

B) Sidik yollarının xroniki infeksiyaları

C) Dismetabolik nefropatiyalar

D) Sidik yollarının xroniki infeksiyaları

E) Qarın boşluğunnun travmaları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
68) Şəkərsiz diabetin hansı xəstəliklərlə differensial diaqnostikasını aparmaq lazımdır?
A) Hipotireozla

B) Addison xəstəliyi ilə

C) Hiperparatireozla

D) Parxon sindromu ilə

E) Psixoqen polidipsiya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
69) Şəkərsiz diabetin müalicəsində istifadə olunmayan preparat hansıdır?
A) Xlorpropamid

B) Teqretol

C) Kaberqolin

D) Hipotiazid

E) Minirin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
70) Sentral genezli şəkərsiz diabetin müalicəsində istifadə olunan preparat hansıdır?
A) Teqretol

B) Veroşpiron

C) Minirin

D) Hipotiazid

E) Xlorpropamid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
71) Pubertat-gənclik dispituitarizmli xəstələrdə böyrəküstü vəzilərdə nə müşahidə olunur?
A) Hər iki böyrəküstü vəzilərinin hiperplaziyası

B) Böyrəküstü vəzilərin normal ölçülü olması

C) Bir böyrəküstü vəzilərinin hiperplaziyası

D) Kistalar

E) Hər iki böyrəküstü vəzilərinin hipoplaziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
72) Qızlarda pubertat-qənclik dispituitarizmi nə ilə xarakterizə olur?
A) Vaxtından əvvəl cinsi inkişafla

B) Dismenoreya ilə

C) Klitoromeqaliya ilə

D) Erkən fiziolojı müddətdə pubertat inkişafla

E) Qecikmiş fiziolojı müddətdə pubertat inkişafla
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
73) Pubertat-gənclik dispituitarizmi üçün xarakter rentqenolojı dəyişiliklər hansıdır?
A) Skolioz

B) Onurğa sütünunun osteoporozu

C) Sümükləşmə tempinin ləngiməsi

D) Kəllə daxili təziqin əlamətləri

E) Uzun boru sümüklərinin osteoporozu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
74) Tireotropin hansı hormonların sintezini artırır?
A) Kortizolun

B) Adrenalinin

C) Estrogenlərin

D) Tiroksinin

E) Pankreatik polipeptidin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
75) Pubertat-qənclik dispituitarizmin müalicə prinsiplərinə aid deyil?
A) Dehidratasiya

B) Qlyukokortikoid terapiya

C) İltihaba qarşı müalicə

D) Burun-boğaz xəstəliklərinin müalicəsi

E) Pəhriz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
76) Pubertat-qənclik dispituitarizmin mümkün fəsadlarına aid deyil?
A) Neyrosirkulyator distoniya

B) Piylənmə

C) Yumurtalıqların polikistozu

D) Mədənin xorası

E) Arterial hipertoniya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
77) Pubertat-qənclik dispituitarizmi zamanı dəridə olan dəyişiliklərə aid deyil?
A) Hiperpiqmentasiya

B) Striyalar

C) Sarımtılığı

D) Follikulyar hiperkeratoz

E) Dərinin quruluğu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
78) Pubertat-qənclik dispituitarizmi üçün xarakterik hormonal dəyişiliklər hansıdır?
A) Hiperinsulinizm və hiperkortisizm

B) Hipertirotropinemiya və hipoinsulinizm

C) Hiperkortisizm və hipoparatireoz

D) Hipokortisizm və hipotireoz

E) Hipoinsulinizm və hiperprolaktinemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
79) Pubertat-gənclik dispituitarizmi üçün xarakterik olmayan kliniki simptom hansıdır?
A) Dərinin trofikasinın pozulması

B) Piylənmə

C) Hündürboyluluq

D) Arterial hipertoniya

E) Alçaqboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
80) Ölcüləri necə mm az olan prolaktin sekresiya edən şiş mikroprolaktinoma hesab edilir?
A) <50 mm

B) <30 mm

C) <10 mm

D) <20 mm

E) <40 mm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
81) Ölcüləri necə mm çox olan prolaktin sekresiya edən şiş makroprolaktinoma hesab edilir?
A) >10 mm

B) >40 mm

C) >20 mm

D) >50 mm

E) >30 mm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
82) Somatotrop çatmamazlığının müalicəsi zamanı boy hormonu həftəlik dozası?
A) 3-4 BV/kg çəkiyə həftədə

B) 5-6 BV/kg çəkiyə həftədə

C) 0,5-1 BV/kg çəkiyə həftədə

D) 4-5 BV/kg çəkiyə həftədə

E) 1-2 BV/kg çəkiyə həftədə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
83) Somatotrop çatmamazlığının müalicəsi zamanı boy hormonunun gündəlik dozası?
A) 0,066 BV/kq çəkiyə

B) 0,022 BV/kq çəkiyə

C) 0,044 BV/kq çəkiyə

D) 0,055 BV/kq çəkiyə

E) 0,033 BV/kq çəkiyə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
84) Somatotrop çatmamazlığının müalicəsi zamanı boy hormonun hansı vaxtda vurulması məsləhət görülür?
A) 20.00-22.00

B) 15.00-16.00

C) 12.00-13.00

D) 18.00-19.00

E) 09.00-10.00
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
85) Boyun artımı ildə neçə sm az olmalıdır ki somatotrop çatmamazlığı diaqnozu təsdiqlənsin?
A) 5 sm

B) 4 sm


C) 8 sm

D) 6 sm


E) 7 sm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
86) Sümük yaşı xronolojı (pasport) yaşdan neçə il fərqlənməlidir ki somatotrop çatmamazlığı diaqnozu təsdiqlənsin?
A) 3 yaş qeri qalamlıdır

B) 2 yaş qeri qalmalıdır

C) 4 yaş qeri qalmalıdır

D) 5 yaş qeri qalmalıdır

E) 1 yaş qeri qalmalıdır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
87) Somatotrop hormonu çatmamazlığı zamanı stimulyasiya sınaqları hansı növ insulin ilə aparılır?
A) Qisa müddətli

B) İnsulin analoqları ilə

C) Orta müddətli

D) Ultraqısa müddətli

E) Uzun müddətli
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
88) Somatotrop hormonu çatmamazlığı zamanı insulin sınaqı aparılarkan insulinin dozası 1 kg çəkiyə neçə vahid təşkil edir?
A) 0,2 V

B) 0,1 V


C) 0,4 V

D) 0,5 V


E) 0,3 V
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
89) Somatotrop hormonu çatmamazlığı zamanı klofelin sınaqı aparılarkan klofelinin dozası bədənin 1 m2 neçə mg təşkil edir?
A) 0,40 mg

B) 0,15 mg

C) 0,35 mg

D) 0,45 mg

E) 0,25 mg
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
90) Hipofizar nanizmli oğlanlarda ikincili hipoqonadizm diaqnozunu hansı yaşa çatdıqda qoymaq olar?
A) 10 yaş

B) 6 yaş


C) 12 yaş

D) 8 yaş


E) 16 yaş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
91) Hipofizar nanizmli qızlarda ikincili hipoqonadizm diaqnozunu hansı yaşa çatdıqda qoymaq olar?
A) 15 yaş

B) 6 yaş


C) 8 yaş

D) 12 yaş

E) 11 yaş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
92) Somatotrop çatmamazlığı zamanı boy zonaları bağlandıqda somatotropin ilə müalicəni hansı dozada davam etmək lazımdır?
A) 0,05 mg/kg/sut

B) 0,044 mg/kg/sut

C) 0,0044 mg/kg/sut

D) 0,0033 mg/kg/sut

E) 0,033 mg/kg/sut
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
93) Boy çatmamamzlığı olan xəstələrdə hipotireoza şübhə varsa stimulyasiya sınaqlarından əvvəl orqanizmi hansı preparatlarla “doydurmaq” lazımdır?
A) Qlyukokortikoidlərlə

B) Estrogenlərlə

C) Desmopressinlə

D) Boy hormonu ilə

E) Tireoid hormonlarla
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
94) Boy çatmamamzlığı olan xəstələrdə ikincili cinsi inkişaf etməyibsə stimulyasiya sınaqlarından əvvəl hansı preparatlardan orqanizmi hansı preparatlarla “doydurmaq” lazımdır?
A) Desmopressinlə

B) Cinsi hormonlarla

C) Tireoid hormonlarla

D) Boy hormonu ilə

E) Qlyukokortikoidlərlə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
95) Prolaktinomaya şübhə varsa beynin KT-sı prolaktinin hansı səviyyəsində aparılır?
A) <2500 BV/l

B) <1000 BV/l

C) <1500 BV/l

D) <2000 BV/l

E) <900 BV/l
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
96) Somatotrop hormon periferik toxumaların səviyyəsində boy effektini nəyin köməyi ilə göstərir?
A) Somatostatinlərin

B) Melanositstimyulaedici hormonun

C) Somatoliberinlərin

D) Somatomedinlərin

E) Prolaktinin
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
97) Hiperprolaktinemiya hansı xəstəliklər zamanı yarana bilməz?
A) Miyeloleykoz

B) Diffuz toksiki ur

C) Yumurtalıqların teratoması

D) Hipokortisizm

E) Yumurtalıqların polikistozu
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
98) Hansı sindrom boy çatmamazlığı ilə müşaidə olmur?
A) Blum sindromu

B) Nunan sindromu

C) Rubenşteyn sindromu

D) Kleynfelter sindromu

E) Qatçinson sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
99) Hansı sindrom boy çatmamazlığı ilə müşaidə olur?
A) Sikel sindromu

B) Badda-Kiari sindromu

C) Blox-Sultsberqer sindromu

D) Akrorenal sindrom

E) Pikvik sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
100) Somatotrop çatmamazlığı zamanı zədələnmənin səviyyəsini (hipofiz və ya hipotalamus) müəyyən etmək üçün hansı sınaqdan istifadə edirlər?
A) AKTH sınağı

B) L-dofa sınağı

C) İnsulin sınağı

D) Veroşpiron sınağı

E) Soyuq sınağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
101) Qonadotropinlərin çatmamazlığı ilə bağlı hipofizar nanizmin klinik əlamətlərinə aid deyil?
A) Qoltuq altı nahiyədə tüklənmənin olmaması

B) Mikrofallus

C) Qasıq nahiyəsində tüklənmənin olmaması

D) Varikosele

E) Kriptorxizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
102) Somatotrop çatmamazlığı zamanı zədələnmə səviyyəsi hipofiz olduqda insulin və tiroliberin sınaqlarının cavabı?
A) İnsulin sınağı “+” , tiroliberin sınağı “-”

B) Hər iki sınaq “+”

C) İnsulin sınağı zamanı “-” cavab 30 dəq sonra “+” cavaba keçir

D) İnsulin sınağı “-” , tiroliberin sınağı “+”

E) Mənfi cavab
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
103) Somatotrop çatmamazlığı zamanı zədələnmə səviyyəsi hipotalamus olduqda insulin və tiroliberin sınaqlarının cavabı?
A) İnsulin sınağı “+” , tiroliberin sınağı “-”

B) Hər iki sınaq “+”

C) İnsulin sınağı “-” , tiroliberin sınağı “+”

D) İnsulin sınağı zamanı “-” cavab 30 dəq sonra “+” cavaba keçir

E) “-” Cavab
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
104) Stimulyasiya sınaqları aparılarkən boy hormonunun hansı göstəriciləri total somatotrop çatmamazlığı haqqında sübut edir?
A) 7 ng/ml çox

B) 14-20 ng/ml

C) 7ng/ml az

D) 10-14 ng/ml

E) 7-10 ng/ml
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва
105) Stimulyasiya sınaqları aparılarkən boy hormonunun hansı göstəriciləri hissəvi somatotrop çatmamazlığı haqqında sübut edir?
A) 7-10 ng/ml

B) 7 ng/ml çox

C) 10-14 ng/ml

D) 7ng/ml az

E) 14-20 ng/ml
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
106) Somatotrop çatmamazlığı zamanı istifadə olunan preparat hansı deyil?
A) Qenotropin

B) Rastan

C) Xumatrop

D) Xumaloq

E) Sayzen
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
107) Hiperprolaktinemik hipoqonadizm zamanı aparılan müalicə metodunu göstərin?
A) Cərrahi müalicə

B) Estrogen-hestagen preparatları ilə tsiklik müalicə

C) Qonadotropin müalicəsi

D) Dofamin aqonistləri ilə medikamentoz müalicə

E) Şüa müalicəsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
108) Hipofizin ən çox yayılmış adenoması hansıdır?
A) Kortikotropinoma

B) Somatotropinoma

C) Qonadotropinoma

D) Tireotropinoma

E) Prolaktinoma
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
109) 17 yaşında gənc artıq çəkidən (5 yaşından etibarən ) və tez-tez olan baş ağrılarından əziyyət çəkir. 11-12 yaşında yaşıdlarından boyca hündür idi. Hal-hazırda boyu 176 sm, çəkisi 110 kq-dır. Üzü dəyirmidir. Qarın və sarğı nahiyəsində çəhrayı striyaları var. Cinsi inkişafı yaşına uyğundur. A/T 160/100 mm.c.st. Sizin diaqnozunuz?
A) İtsenko-Kuşinq xəstəliyi

B) Pubertat-gənclik dispituitarizmi

C) Hipertoniya xəstəliyi

D) Ekzoqen-konstitutsional piylənmə

E) İtsenko-Kuşinq sindromu
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
110) Akromeqaliyanın aktiv fazasında aşağıda yazılanlardan hansı olmur?
A) Proqnatizm

B) Ətrafların böyüməsi

C) Baş ağrısı

D) Dəri örtüklərinin quruluğu

E) Hirsutizm
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
111) Aşağıdakılardan hansı akromeqaliya üçün xarakter əlamət deyil?
A) Görmənin zəifləməsi

B) Proqnatizm

C) Üz və əllərin şişkinliyi

D) Yuxululuq

E) Dad hissiyatının pozulması
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
112) Aşağıdakı faktorlardan hansı akromeqaliyanın inkişafına gətirib çıxarır?
A) Sadalananların hamısı

B) Somatostatin sintezinin azalması

C) İBF-1 əmələ gəlməsinin və aktivliyinin artması

D) Hipofizdən kənar STH ifraz edən şişlər

E) STH ifraz edən hipotalamus şişləri
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
113) Sağlam insanlarda günün hansı vaxtı AKTH ən yüksək səviyyəsi qeyd olunur?
A) 0–4 saat

B) 5–9 saat

C) 10–16 saat

D) AKTH sekresiyası sutka ərzində daimi olur

E) 16–20 saat
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
114) Sağlam insanlarda günün hansı vaxtı AKTH ən aşağı səviyyəsi qeyd olunur?
A) AKTH sekresiyası sutka ərzində daimi olur

B) 18–23 saat

C) 5–9 saat

D) 10–14 saat

E) 15–17 saat
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
115) İnsana kortikoliberinin yeridilməsi nəyə səbəb olur?
A) AKTH sintezinin tormozlanması

B) Kortizol sintezinin azalması

C) Aldosteron sintezinin azalması

D) İnsulin sintezinin sürətlənməsi

E) AKTH sintezinin güclənməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
116) İnsana tiroliberinin yeridilməsi nəya səbəb ola bilər?
A) Prolaktin sekresiyasını artırır

B) Sadalanan hormonlardan heç birinə təsir göstərmir

C) FSH sekresiyasını artırır

D) TTH sintezini azaldır

E) LH sekresiyasını azaldır
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
117) Hipofizin arxa payında ifraz olunur?
A) Sadalanan hormonlardan heç biri

B) Oksitosin

C) AKTH

D) TTH


E) Prolaktin
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
118) Antidiuretik hormon harada sekresiya olunur?
A) Hipotalamusda

B) Böyrəküstü vəzin qabıq maddəsində

C) Beyincikdə

D) Adenohipofizdə

E) Neyrohipofizdə
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
119) AKTH harada sintez olunur?
A) Hipofizin arxa payında

B) Böyrəküstü vəzin qabıq maddəsində

C) Hipotalamusda

D) Limbik sistemdə

E) Hipofizin ön payında
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
120) Tireotrop hormon (TTH) harada sintez olunur?
A) Hipofizin ön payında

B) Hipofizin arxa payında

C) Hipotalamusda

D) Mədəaltı vəzidə

E) Qalxanabənzər vəzidə
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
121) Tireotrop hormon nəyin sintezini stimulə edir?
A) Testosteron

B) Qlükaqon

C) Tiroksin

D) Sadalananların hamısı

E) İnsulin
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
122) Tiroliberin sekresiyasına təsir göstərir?
A) Tiroksin

B) İnsulin

C) Qlükaqon

D) Oksitosin

E) Sadalananların heç biri
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
123) AKTH ektopik ifraz sindromu aşağıda sadalananların birindən başqa hamısı ilə xarakterizə olunur?
A) Hipertoniya ilə

B) Hiperkortisizm klinikası ilə

C) Müsbət genişləndirilmış deksametazon sınağı ilə

D) Mənfi sadələşdirilmiş deksametazon sınağı ilə

E) Müsbət sadələşdirilmiş deksametazon sınağı ilə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
124) Akromeqaliya zamanı bromkriptinin təyini aşağıdakılardan hansına səbəb olmur?
A) Allergik reaksiya

B) Dispeptik əlamətlər

C) Hipotoniya

D) Hipertoniya

E) Qlikemiyanın səviyyəsinin enməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
125) Kişilərdə qonadotropinin sekresiyasının azalması nəyə səbəb olur?
A) Hirsutizm

B) Potensiyanın və libidonun artması

C) Eşitmənin güclənməsi

D) Xayaların ölçüsünün kiçilməsi ilə

E) Sadalananların hamısı
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
126) Somatostatinin xüsusiyyətlərini göstərin?
A) STH sekresiyasına blokə edici effekt göstərir

B) Hipotalamusda sekresiya olunur

C) Sadalananların hamısı yanlışdır

D) Mədəaltı vəzidə sekresiya olunur

E) Sadalananların hamısı düzgündür
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
127) Hipofiz çatmamazlığının müalicəsində nə istifadə olunur?
A) Qlükokortikoidlər

B) Sadalananların hamısı

C) Tireoid preparatlar

D) Cinsi hormonlar

E) STH
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
128) Şmidt sindromu nə ilə xarakterizə olunur?
A) Sadalananların hamısı ilə

B) Hipokortisizm

C) Hipotireoz

D) Hipoqonadizm

E) Şəkərli diabet
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
129) Prolaktin sekresiyasını nə tormozlayır?
A) Yuxarıda sadalananların hamısı

B) Tiroliberin

C) Dofamin

D) Stress

E) Uzunmüddətli aclıq
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
130) Hiperprolaktinemik hipoqonadizm necə müalicə olunur?
A) Teleqammaterapiya ilə

B) Sadalananların hamısı

C) Hipofizin protonoterapiyası ilə

D) Operativ müdaxilə ilə

E) Dofamin reseptorların aqonistləri ilə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
131) Hiperprolaktinemik hipoqonadizm kişilərdə nəyə səbəb olur?
A) Spermatogenezin zəifləməsinə

B) Libidonun azalmasına

C) Ginekomastiya

D) Sadalananların hamısı

E) Potensiyanın azalmasına
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
132) STH aşağıdakı effekti yoxdur?
A) Katabolik

B) Piymobilizə edən

C) Bədən uzunluğunun artması

D) Hiperqlikemik

E) Anabolik
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
133) Akromeqaliyanın aktiv fazasında aşağıda sadalananların biri olmur?
A) Ödemlərin inkişafı

B) Ağır hipoqlikemik vəziyyət

C) Tərlilik

D) Oynaqların zədələnməsi

E) Yumşaq toxumaların inkişafı (derma, əzələlər və s.)
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
134) Şien sindromu və Simmonds xəstəliyinin inkişafına nə səbəb olmur?
A) Hipofizin şüa müalicəsi

B) Hipofizektomiya

C) Adenohipofizə qansızma

D) İnfeksion xəstəlik (sifilis, vərəm)

E) Ağır fiziki gərginlik
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
135) Simmonds xəstəliyi nədir?
A) Massiv qanitirməsinin nəticəsi kimi doğuş sonrası panhipopituitarizm

B) Yuxarıda sadalananların hamısı

C) İnfeksion prosessin nəticəsində başlamış panhipopituitarizm

D) Şüa müalicəsindən sonra başlamış hipofizar çatmamazlıq

E) İkitərəfli adrenalektomiyadan sonrakı klinik sindrom
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
136) Panhipopituitarizm aşağıdakılardan hansının funksiyasına təsir göstərmir?
A) Qalxanabənzər ətraf vəzilər

B) Karbohidrat mübadiləsi

C) Cinsi vəzlər

D) Qalxanabənzər vəzi

E) Böyrəküstü vəzin qabıq maddəsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
137) Panhipopituitarizm zamanı reproduktiv sistemin zədələnmələrinə aşağıdakılardan hansı aid deyil?
A) Alopesiya

B) Hirsutizm və hipertrixoz

C) Aybaşı tsiklinin pozulması

D) Libidonun azalması

E) Yumurtalıqların atrofiyası,kişilərdə prostatın atrofiyası
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
138) Hiperprolaktinemik hipoqonadizm sindromu zamanı aşağıdakılardan hansı zədələnir?
A) Böyrəküstü vəzlər

B) Qalxanabənzər ətraf vəzi

C) Sadalananların hamısı

D) Yumurtalıqlar və uşaqlıq

E) Qalxanabənzər vəzi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
139) Aşağıda yazılanlardan biri hipofizin asidofil hüceyrələrinə aid deyil?
A) Prolaktin ifraz edir

B) STH ifraz edir

C) LH ifraz edir

D) TTH ifraz edir

E) Adenohipofizin bütün hüceyrələrinin 30–40%-ni təşkil edir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin