Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri


) Postmenopauzal osteoporozun müalicəsində aşağıdakı dərman qruplarından istifadə olunur



Yüklə 0,87 Mb.
səhifə14/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
#5893
1   ...   8   9   10   11   12   13   14   15   16

851) Postmenopauzal osteoporozun müalicəsində aşağıdakı dərman qruplarından istifadə olunur.
A) Sintetik estrogen-gestagen preparatları, bisfosfonatlar

B) Antiandrogen preparatları, sintetik estrogen-gestagen preparatları

C) Bisfosfonatlar, kalsium və D vitamini preparatları

D) Qonadotropinlərin analoqları, antiestrogen preparatları

E) Kalsium və D vitamini preparatları, antiandrogen preparatları
Ədəbiyyat: Дедов И.И., 2006
852) Klimakterik sindromun urogenital pozğunluqlarını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Kalsium və D vitamini preparatları, natural estrogen-gestagen preparatları

B) Bisfosfonatlar, sintetik estrogen-gestagen preparatları

C) M-xolinolitiklər, bisfosfonatlar

D) Natural estrogen-gestagen preparatları, M-xolinolitiklər

E) Sintetik estrogen-gestagen preparatları, kalsium və D vitamini preparatları
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
853) Klimakterik sindromun erkən simptomlarına aşağıdakılar aiddir.
A) Güclü tərləmə, uşaqlıq yolunda quruluq, sümük ağrıları

B) Depressiya, ürək ağrıları, sistalgiya

C) “istigəlmə” tutmaları, güclü tərləmə, əsəbilik

D) Saçların tökülməsi, dəri quruluqu, ürəkdöyünmə

E) Sümük ağrıları, “istigəlmə” tutmaları, sidik saxlaya bilməmə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
854) Yumurtalıqların virilizəedici şişlərinə hansılar aiddir?
A) Fibroadenoma, prolaktinoma, feoxromasitoma

B) Tireotropinoma, tekoma, kortikotropinoma

C) Androblastomalar, prolaktinoma, tireotropinoma

D) Qranulyozhüceyrəli şişlər, kortikotropinoma, fibroadenoma

E) Tekoma, androblastomalar, qranulyozhüceyrəli şişlər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
855) Yumurtalıqların virilizəedici şişlərinə aşağıdakı simptomlar xasdır.
A) Amenoreya, güclü hirsutizm, səsin kobudlaşması

B) Qalaktoreya, alopesiya, amenoreya

C) Kaxeksiya, uşaqlıq qanaxmaları, piqmentasiya

D) Səsin kobudlaşması, qalaktoreya, dəridə striyalar

E) Piylənmə, güclü hirsutizm, uşaqlıq qanaxmaları
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
856) Yumurtalıqların virilizəedici şişlərinin diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr vacibdir.
A) EKQ, yumurtalıqların KT-sı, kəllənin R-qrafiyası

B) Böyrəküstü vəzilərin USM-si, hormonal analizlər, döş qəfəsinin R-qrafiyası

C) Hormonal analizlər, yumurtalıqların və böyrəküstü vəzilərin KT-sı, hormonal sınaqlar

D) Böyrəküstü vəzilərin KT-sı, döş qəfəsinin R-qrafiyası, yumurtalıqların USM-si

E) Hormonal sınaqlar, yumurtalıqların USM-si, EKQ
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
857) Yumurtalıqların virilizəedici şişlərinində aşağıdakı müalicə məqsədəuyğundur.
A) Antiestrogenlərlə müalicə

B) Qonadotropinlərin analoqları ilə müalicə

C) Şüa terapiyası

D) Antiandrogenlərlə müalicə

E) Cərrahi müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
858) Yumurtalıqların virilizəedici şişlərində hansı kariotip müşahidə edilir?
A) 46,XY

B) 46,XX


C) 45,XO

D) 47,XXY

E) 47,XXX
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
859) Arrenoblastoma yumurtalıqların hansı hüceyrələrindən inkişaf edir?
A) Yumurtalıqların Sertoli hüceyrələrindən

B) Yumurtalıqların qranuloz hüceyrələrindən

C) Yumurtalıqların epitelioid hüceyrələrindən

D) Yumurtalıqların Leydiq hüceyrələrindən

E) Yumurtalıqların interstisial (Leydiq və Sertoli) hüceyrələrindən
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
860) Arrenoblastomaya aşağıdakı simptomlar hansı xasdır?
A) Alopesiya, amenoreya, piqmentasiya

B) Oliqo-amenoreya, hirsutizm, səsin kobudlaşması

C) Səsin kobudlaşması, susuzluq, sidiyə tez-tez getmə

D) Hirsutizm, piylənmə, dəridə striyalar

E) Uşaqlıq qanaxmaları, kaxeksiya, susuzluq
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
861) Arrenoblastoma zamanı aşağıdakı müalicə məqsədəuyğundur.
A) Gestagenlərlə müalicə

B) Sintetik estrogen-gestagenlərlə müalicə

C) Antiestrogenlərlə müalıcə

D) Cərrahi müalicə

E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
862) Arrenoblastomanı hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?
A) Yumurtalıqların stromal tekomatozuyla, şəkərsiz diabetlə, yumurtalıqların polikistozu ilə

B) Androsteromalarla, yumurtalıqların stromal tekomatozuyla, böyrəküstü vəzilərin anadangəlmə disfunksiyası ilə

C) Böyrəküstü vəzilərin anadangəlmə disfunksiyası ilə, Addison xəstəliyi ilə, androsteromalarla

D) Konn sindromu ilə, şəkərli diabetlə, prolaktinomalarla

E) Addison xəstəliyi ilə, şəkərsiz diabetlə, yumurtalıqların polikistozu ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004

Bölmə 8. Kişi cinsiyyət vəzlərinin xəstəlikləri

863) Kişilərdə honadotropinlərin miqdarının azalması nə ilə müşahidə olunur?
A) Yumurtaların ölçülərinin kiçilməsi

B) Libido və potensiyanın artması

C) Görmə qabiliyətinin pisləşməsi

D) Hirsutizm

E) Eşitmə qabiliyətinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
864) Qinekomastiya nədir?
A) Qadinlarda süd vəzilərinin toxumasının artması

B) Kişilərdə süd vəzilərinin toxumasının piy toxuması ilə əvəz olması

C) Qadınlarda süd vəzilərinin toxumasının piy toxuması ilə əvəz olması

D) Qadinlarda süd vəzilərinin deformasiyası

E) Kişilərdə süd vəzilərinin toxumasının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
865) Kişilərdə qinekomastiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Verapamil

B) Nifedepin

C) B-qrupu vitaminlər

D) Anabolik steroidlər, estroqen tərkibli kremlər

E) Narkotiklər
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
866) Hansı endokrin xəstəlikləri zamanı qinekomastiya yarana bilməz?
A) Hiperprolaktinemiya

B) Akromeqaliya

C) Şəkərli diabet

D) Hipertireoz

E) Hipotireoz
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
867) Qonadoliberinlər harada sekresiya olurlar?
A) Hipofizin arxa payı

B) Baş beynin qabığının neyronları ilə

C) Hipofizin ön payı

D) Hipotalamusun nüvələrində

E) Beyincik neyronlarında
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
868) Ən ağır forma hipoqonadizmin yaranmasına qonadların hansı inkişaf dövründə zədələnməsi səbəb ola bilər?
A) Prepubertat

B) Postpubertat

C) Hər hansı dövr

D) Pubertat

E) Bətndaxili
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
869) Bətndaxili testikulaların və yumurtalıqların ağır zədələnməsi nəyə səbəb ola bilər?
A) İmpotensiyaya

B) Sonsuzluqa

C) Ağır forma hipoqonadizmə

D) Hipotireoza

E) Qonadların spermatogen disfunksiyasına
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
870) Embriogenezin erkən mərhələlərində testikulaların zədələnməsi nəyə səbəb ola bilər?
A) Anorxizmə

B) Hermafroditizmə

C) Ağır hipoqonadizmə

D) Hipospadiyaya

E) Vaxtından əvvəl cinsi yetişkənliyə.
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
871) Birincili hipoqonadizm üçün hansı simptomlar xarakterikdir?
A) Qonadotrop hormonların səviyyəsinin artması

B) Cinsi hormonların səviyyəsinin azalması

C) Sonsuzluq

D) Bədən proporsiyalarının xədim tipli olması

E) Kişilərdə qinekomastiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
872) Kişilərdə hipoqonadizmin səbəbləri hansılardır?
A) STH sekresiyasının artması, Hemoxromatoz

B) Hemofiliya

C) LH sekresiyasının azalması, FSH sekresiyasının azalması, Hemoxromatoz

D) AKTH sekresiyasının artması

E) LH sekresiyasının artması, FSH sekresiyasının azalması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
873) Hipoqonadizm diaqnozu 16 yaşında qoyulduğda mualicə prinsipləri hansıdır?
A) Müalicəni testosteron preparatları ilə aparmaq

B) Müalicəni Xorionik və Menopauzal qonadotropin preparatları ilə aparmaq

C) Müalicəni Xorionik qonadotropinlə kurs şəklində aparmaq

D) Müalicəni təxirə salmaq

E) Müalicəni daimi Xorionik qonadotropin preparatı ilə aparmaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
874) Kişi hipoqonadizminin neçə forması mövcuddur?
A) 2 (birincili, ikincili)

B) 4 (birincili, ikincili, üçüncülü, dördüncülü)

C) 3 (birincili, ikincili, üçüncülü)

D) 2 (ikincili, üçüncülü)

E) 1 (birincili)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
875) Birincili kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar artır, androgenlər artır

B) Qonadotrop hormonlar normada olur, androgenlər azalır

C) Qonadotrop hormonlar azalır, androgenlər artır

D) Qonadotrop hormonlar azalır, androgenlər azalır

E) Qonadotrop hormonlar artır, androgenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
876) İkincili kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar azalır, androgenlər azalır

B) Qonadotrop hormonlar azalır, androgenlər artır

C) Qonadotrop hormonlar normada olur, androgenlər azalır

D) Qonadotrop hormonlar normada olur, androgenlər artır

E) Qonadotrop hormonlar artır, androgenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
877) Üçüncülü kişi hipoqonadizmi zamanı hansı hormonal dəyişikliklər müşahidə edilir?
A) Qonadotrop hormonlar azalır, androgenlər azalır, lüliberinin analoqları ilə sınaq mənfi olur

B) Qonadotrop hormonlar normada olur, androgenlər azalır, lüliberinin analoq-ları ilə sınaq mənfi olur

C) Qonadotrop hormolar artır, androgenlər artır, lüliberinin analoqları ilə sınaq müsbət olur

D) Qonadotrop hormonlar azalır, androgenlər azalır, lüliberinin analoqları ilə sınag müsbət olur

E) Qonadotrop hormonlar artır, androgenlər azalır, lüliberinin analoqları ilə sınaq müsbət olur
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
878) Androgenlərin sintezi kişi orqanizmində hansı vəz və toxumalarda gedir?
A) Böyrəküstü vəzilərin beyin qatında və hipofizdə

B) Hipofizdə və testikullarda

C) Piy toxumasında və əzələlərdə

D) Böyrəküstü vəzilərin qabıq qatında, piy toxumasında

E) Testikullarda və böyrəküstü vəzilərin qabıq qatında
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
879) Birincili kişi hipoqonadizmi zamanı hansı müalicə məqsədəuyğundur?
A) Antiandrogenlərlə müalicə

B) Androgenlərlə əvəzedici hormonal müalicə

C) Lüliberinin analoqları ilə müalicə

D) Qonadotrop hormonların analoqları ilə müalicə

E) Estrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
880) İkincili kişi hipoqonadizmi zamanı hansı müalicə məqsədəuyğundur?
A) Xorionik qonadotropinlə və androgenlərlə müalicə

B) Androgenlərlə müalicə

C) Antiandrogenlərlə və xorionik qonadotropinlə müalicə

D) Antiandrogenlərlə müalicə

E) Antiestrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
881) Kişi hipoqonadizminə hansı simptomlar xasdır?
A) Dəridə striyalar, kaxeksiya, piqmentasiya

B) Bədəndə və üzdə tüklənmənin azalması, libidonun azalması, sümüklərdə ağrılar

C) Sidiyə tez-tez getmə, bədəndə və üzdə tüklənmənin azalması, piylənmə

D) Susuzluq, kaxeksiya, sümüklərdə ağrılar

E) Libidonun azalması, piylənmə, dəridə striyalar
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
882) Kişi hipoqonadizminin diaqnozunu təsdiq etmək üşün hansı müayinələr vacibdir?
A) Beyinin MRT-sı, döş qəfəsinin R-qrafiyası, böyrəküstü vəzilərin USM-si

B) Döş qəfəsinin R-qrafiyası, cinsiyyət vəzilərinin USM-si, kariotipin müayinəsi

C) Cinsiyyət vəzilərinin USM-si, hormonal analizlər, EKQ

D) EKQ, böyrəküstü vəzilərin USM-si, hormonal sınaqlar

E) Hormonal analizlər, kariotipin müayinəsi, beyinin MRT-sı
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
883) İkincili kişi hipoqonadizminə hansı sindromlar aiddir?
A) Klaynfelter sindromu, del Kastilyo sindromu, Meddok sindromu

B) Şereşevski-Terner sindromu, Klaynfelter sindromu, kraniofaringioma

C) LH izoləolunmuş defisiti, Kalman sindromu, del Kastilyo sindromu

D) Hiperprolaktinemik sindrom, Şereşevski-Terner sindromu, adipozogenital distrofiya

E) Kalman sindromu, Meddok sindromu, LH izoləolunmuş defisiti
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
884) Birincili kişi hipoqonadizminə hansı sindromlar aiddir?
A) Şereşevski-Terner sindronu, hiperprolaktinemik sindrom, kraniofaringioma

B) Natamam maskulinizasiya sindromu, Meddok sindromu, Şereşevski-Terner sindromu

C) Hiperprolaktinemik sindrom, del Kastilyo sindromu, Kalman sindromu

D) Klaynfelter sindromu, Kalman sindromu, Meddok sindromu

E) Del Kastilyo sindromu, Klaynfelter sindromu, natamam maskulinizasiya sindromu
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
885) Meddok sindromuna hansı hormonal dəyişikliklər xasdır?
A) Qonadotrop hormonlar azalır, TTH azalır, AKTH azalır

B) Qonadotrop hormonlar azalır, AKTH artır, androgenlər azalır

C) Qonadotrop hormonlar azalır, TTH azalır, androgenlər azalır

D) Qonadotrop hormonlar artır, AKTH azalır, androgenlər azalır

E) Qonadotrop hormonlar azalır, AKTH azalır, androgenlər azalır
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
886) Del Kastilyo sindromuna hansı kariotip xasdır?
A) 46,XX

B) 45,XO


C) 46,XY

D) 47,XXY

E) 47,XXX
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
887) LH izoləolunmuş defisiti başqa necə adlandırılır?
A) Meddok sindromu, Klaynfelter sindromu

B) Kalman sindromu, Meddok sindromu

C) Paskualini sindromu, fertil xədim sindromu

D) Klaynfelter sindromu, Paskualini sindromu

E) Fertil xədim sindromu, Kalman sindromu
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
888) Paskualini sindromu zamanı aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) LH azalır, FSH artır, androgenlər azalır

B) LH azalır, FSH azalır, androgenlər azalır

C) LH artır, FSH artır, androgenlər azalır

D) LH azalır, FSH normada olur, androgenlər azalır

E) LH artır, FSH normada olur, androgenlər artır
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
889) Kriptorxizmin müalicəsini hansı yaşa qədər aparmaq məqsədəuyğundur?
A) 15 yaşa qədər

B) 10-20 yaş arası

C) 10 yaşa qədər

D) 2 yaşa qədər

E) 6-10 yaş arası
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
890) Kriptorxizmin konservativ müalicəsi hansı preparatlarla aparılır?
A) Antiandrogenlərlə, xorionik qonadotropinlə

B) Androgenlərlə, glükokortikoidlərlə

C) Glükokortikoidlərlə, estrogenlərlə

D) Estrogenlərlə, qonadotropin-rilizinq hormonun analoqları ilə

E) Xorionik qonadotropinlə, qonadotropin-rilizinq hormonun analoqları ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
891) Kriptorxizmə aşağıdakı simptomlar xasdır.
A) Hipoqonadizm əlamətləri, cırtdanboyluluq, sonsuzluq

B) Sonsuzluq, piqmentasiya, qiqantizm

C) Cırtdanboyluluq, 1 və ya 2 testikulun xayalıqda olmaması, piylənmə

D) Spermatogenezin pozulması, piqmentasiya, piylənmə

E) 1 və ya 2 testikulun xayalıqda olmaması, hipoqonadizm əlamətləri, spermatogenezin pozulması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
892) Kriptorxizmin təcili cərrahi müalicəsini hansı hallarda aparırlar?
A) Testikulun maliqnizasiyası, konservativ müalicə effektsiz olanda

B) Yanaşı yırtıq olanda, enməmiş testikulun burulmasında

C) Konservativ müalicə effektsiz olanda, yanaşı yırtıq olanda

D) Testikulun ektopiyası zamanı, yırtığın sıxılmasında

E) Yırtığın sıxılması, enməmiş testikulun burulması zamanı
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
893) Kriptorxizmin konservativ müalicəsini hansı yaş dövründə aparmaq məqsədəuyğun deyil?
A) Uşaq dövründə (2-7 yaş arası)

B) Prepubertat dövrdə

C) Uşaq dövründə (2 yaşa qədər)

D) Pubertat dövrdə

E) Postpubertat dövrdə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
894) Kişi klimaksı başqa necə adlandırılır?
A) Klaynfelter sindromu

B) Kalman sindromu

C) Meddok sindromu

D) Del Kastilyo sindromu

E) PADAM sindrom
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
895) Kişi klimaksına aşağıdakı simptomlar xasdır.
A) Piylənmə, piqmentasiya, susuzluq, dəridə quruluq

B) Susuzluq, ağızda quruluq, ürəkdöyünmə, piylənmə

C) “istigəlmə” tutmaları, ürəkdöyünmə, depressiyalar, anemik sindrom

D) Piqmentasiya, dəridə quruluq, depressiyalar, susuzluq

E) Anemik sindrom, dəridə striyalar, ağızda quruluq, “istigəlmə” tutmaları
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
896) Kişi klimaksının patogenezində nə durur?
A) Qonadotrop hormonların azalması

B) Tiroid hormonların azalması

C) Androgenlərin və estrogenlərin defisiti

D) Estrogenlərin artması

E) Androgenlərin defisiti
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
897) Kişi klimaksının diaqnozunu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Döş qəfəsinin R-skopiyası, qanın ümumi analizi, EKQ

B) Hormonal analizlər, qanın ümumi analizi, densitometriya

C) Daxili orqanların USM-si, beyinin R-qrafiyası, hormonal sınaqlar

D) Cinsi vəzilərin USM-si, hormonal analizlər, döş qəfəsinin R-skopiyası

E) EKQ, densitometriya, cinsi vəzilərin USM-si
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
898) Kişi klimaksı zamanı hansı hormonal analizlər vacibdir?
A) Cinsi hormonları birləşdirən qlobulin, LH

B) TSH, prolaktin

C) Ümumi testosteron, cinsi hormonları birləşdirən qlobulin

D) FSH, ümumi testosteron

E) LH, FSH
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
899) Yaşla əlaqədar mütləq androgen defisiti üşün hansı rəqəmlər xasdır?
A) 25 nmol/l aşağı rəqəmlər

B) 5 – 10 nmol/l arası rəqəmlər

C) 5 nmol/l aşağı rəgəmlər

D) 11 – 20 nmol/l arası rəqəmlər

E) 11 nmol/l aşağı rəqəmlər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
900) Yaşla əlaqədar nisbi androgen defisiti nə deməkdir?
A) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 50%-dən çox azalması və normanın aşağı səviyyəsində olması

B) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 100%-dən çox azalması

C) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 75%-dən çox azalması

D) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 10%-dən çox azalması

E) Testosteronun sekresiyasının cavan yaşla müqayisədə 25%-dən çox azalması və normanın aşağı səviyyəsində olması
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
901) Kişi klimaksının erkən ağırlaşmalarına aşağıdakılar aiddir.
A) Vegetativ-damar və psixoemosional pozğunluqlar

B) Endokrin pozğunluqlar və anemik sindrom

C) Trofik və endokrin pozğunluqlar

D) Psixoemosional və trofik pozğunluqlar

E) Anemik sindrom və sidik-cinsiyyət sistemində pozğunluqlar
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
902) Mütləq androgen defisiti və fertilliyi saxlamaq şərti olmadığı zamanda kişi klimaksını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Testosteron propionat, testosteron fenilpropionat

B) Metiltestosteron, xorionik qonadotropin

C) Siproteron asetat, testosteron undekanoat

D) Xorionik qonadotropin, testosteron fenilpropionat

E) Testosteron undekanoat, testosteron propionat
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
903) Nisbi androgen defisiti və fertilliyi saxlamaq şərti olmadığı zamanda kişi klimaksını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Metiltestosteron

B) Testosteron undekanoat

C) Testosteron fenilpropionat

D) Testosteron propionat

E) Xorionik qonadotropin
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
904) Fertilliyi saxlamaq şərti ilə kişi klimaksını aşağıdakı preparatla müalicə edirlər.
A) Metiltestosteronla

B) Testosteron fenilpropionatla

C) Siproteron asetatla

D) Testosteron undekanoatla

E) Xorionik qonadotropinlə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
905) Kişi klimaksını androgenlərlə müalicə etməkdən əvvəl hansı müayinələr aparılmalıdır?
A) Döş qəfəsinin R-skopiyası, manual rektal müayinə

B) Qanda PSA səviyyəsinin yoxlanılması, EKQ

C) Manual rektal müayinə, qanda PSA səviyyəsinin yoxlanılması

D) Cinsi vəzilərin USM-si, döş qəfəsinin R-skopiyası

E) EKQ, cinsi vəzilərin USM-si
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
906) Kişilərdə hipoqonadotrop hipoqonadizm zamanı XQ ilə MQ kombinə edilmiş terapiyanın məqsədi nədir?
A) Leydiq hüceyrələrinin stimulyasiyası

B) Prolaktinin miqdarını aşağı salmaq

C) Libidonun qüclənməsi

D) Spermatogenezin induksiyası

E) İkincili cinsi əlamətlərin induksiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
907) Kişilərdə hipoqonadizmin müalicəsi depo-testosteron preparatlarının hansı dozada təyin etməklə başlanır?
A) 2 ml 3 qündən bir

B) 3 ml həftədə 1 dəfə

C) 2 ml hər qün

D) 1 ml hər qün

E) 1 ml 10 qündən bir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
908) Yeniyetmədə birincili hipoqonadizm zamanı müalicəni hansı preparatlarla aparırlar?
A) Anabolik steroidlərlə

B) Xorionik qonadotropinlə

C) Sildenafil ilə

D) E vitamini ilə

E) Prozerin qrupu ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin