ĠƏMĠstan nəZĠRLĠ


POLKOVNĠK GƏRAY BƏY VƏKĠLOV



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix31.01.2017
ölçüsü2,55 Mb.
#7178
1   2   3   4   5   6   7   8   9   ...   23

POLKOVNĠK GƏRAY BƏY VƏKĠLOV 
 
1918-ci ildə yeni yaranan süvari rotalarının təĢkilatçılarından olub. Birinci süvari alayının komandiri kimi 
Gəncədə, Tərtər və Bakıda xidmət edib. 1920-ci ilin əvvəllərində isə Bakıdakı birinci kadet korpusunda hərbi 
təhsil idarəsinin rəisi idi. 
Polkovnik Gəray bəy 1884-cü ildə Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilovun ailəsində anadan olub. 
Tiflisdəki  kadet  korpusunu  bitirib.  Rus-Yapon  və  Birinci  Cahan  savaĢlarında  döyüĢən  orduda  iĢtirak  edib. 
DöyüĢ xidmətlərinə görə “Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub.  Ġyirminci ildən sonra 
ġəkidə yerləĢən ikinci qırmızı kadet korpusunda xidmət edib. 
Çar və Müsavat zabiti olduğuna görə Ģübhəli Ģəxs kimi dəfələrlə həbs edilib. Xalq Ģairi Səməd Vurğunun 
məĢhur  “Komsomol  poeması”ndakı  Gəray  bəy  obrazının  müsbət  keyfiyyətlər  baxımından  prototipidir.  Heç 
təsadüfi deyil ki, ölkədə havanın “tutqun” olduğu tuthatut illərində yazdığı poemada Səməd Vurğun daxili bir 
vüqarla Gəray bəyin mərdliyini, tarixi faciəsini də verə bilmiĢdir. 
Səksəninci  ilin  əvvəllərində  professor  Fatma  xanım  Vəkilova  ilə  tez-tez  görüĢərdim.  GörüĢümün 
səbəbləri  çox  idi.  O  vaxtlar  “Qoridən  gələn  Qatar”  sənədli  povestimi  iĢləyir,  lazımi  materiallar  toplayırdım. 
Əsərin  əsas  qəhrəmanı  məĢhur  ədəbiyyatĢünas-alim  Firudin  bəy  Köçərli  idi.  Arxivlərdə,  xüsusilə  Gürcüstan 
Dövlət  Maarif  Arxivinin  sənədlərində  daha  çox  iki  Ģəxsin  adına  rast  gələrdim.  Məmmədağa  və  Ġsmayıl  ağa 
Vəkilovlar. Xeyirxah insan Mirqasım Əfəndiyevdən öyrəndim ki, hər iki Vəkilovlar qardaĢdırlar, Firudin bəyin 
seminariya yoldaĢı və sonralar qaynı olublar. Fatma xanım Ġsmayıl ağa Vəkilovun qızı idi. 

17 
 
Fatma  xanımla  Yusif  Məmmədəliyev  küçəsindəki  mənzilində  ilk  dəfə  1983-cü  il  aprelin  üçündə 
görüĢdüm.  Bu  tarix  qeyd  dəftərçəmdə  indi  də  qalır.  Mənə  məĢhur  sərkərdəmiz  Əliağa  ġıxlinskinin 
müasirlərimizdən heç kəsin bilmədiyi ailə Ģəcərəsi haqqında geniĢ məlumat verdi. Onun anası Növrəstə xanım, 
generalın  bacısı  Bədircahan  xanımın  qızı,  generalın  bacısı  oğlu,  qəza  pristavı  Ġsfəndiyar  bəy  Muradov  Fatma 
xanımın doğmaca dayısı imiĢ. 
1912-ci  il  təvəllüdlü  Fatma  xanım  Vəkilovların  və  ġıxlinskilərin  ailə,  kök,  nəsil  qohumluğunu,  necə 
deyərlər,  saçaq-saçaq  bilirdi.  Bir  sözlə,  hər  iki  nüfuzlu  nəslin  ensiklopediyası  idi.  O  vaxtlarda  Fatma  xanım 
əmisi  Məmməd  ağa  və  atası  Ġsmayıl  ağa  haqqında  da  mənə  maraqlı  epizodlar  danıĢıb  nadir  fotoĢəkillər 
bağıĢladı. Onlardan “Qoridən gələn Qatar” povestində istifadə elədim. Haqqında çox az məlumatım olan, yalnız 
adını  eĢitdiyim  polkovnik  Gəray  bəy  Vəkilov  barədə  də  ondan  məlumat  öyrənmək  istədim.  Professor  Fatma 
xanım mehriban ana qayğısı ilə; 
-
 
Oğul, - dedi, - Nazim Ġbrahimovu tanıyırsanmı? TanımamıĢ olmazsan? 
-
 
Respublika 
Mətbuat 
və 
NəĢriyyat 
Komitəsinin 
sədri 
Nazim 
Ġbrahimovu 
deyirsiniz? 
-
 
Bəli! 
-
 
Tanıyıram,  - dedim,  -  kitab nəĢri sahəsində bütün peĢəkar yazarların taleyi ondan asılıdır. Xüsusilə, 
yazıçılar onun qayğısından razıdırlar. Amma aramızda vəzifə, yaĢ fərqi var... Fatma xanım, Nazim müəllimi nə 
münasibətlə yada saldınız? 
-  Söhbətimin  canı  var.  Sən  bilirsənmi  ki,  Nazim  Ġbrahimovun  həyat  yoldaĢı  Nazimə  xanım  polkovnik 
Gəray  bəy  Vəkilovun  nəvəsidir?  Nazimə  xanımın  anası  Sona  xanım  indi  də  sağ-salamatdır.  Sona  xanım  da 
polkovnik Abbasqulu bəy Vəkilovun nəvəsidir. Yəni polkovnik Gəray bəyin doğma qızıdır. Bizim Vəkilovların 
bir qolu inqilabdan çox əvvəl Ġrəvanda, Naxçıvanda, digəri isə Qarsda və Tiflisdə yaĢayıb, Gəray bəy də Qarsda 
anadan olub. Ona görə də Sona xanımla da görüĢməyin yaxĢı olardı... 
Aradan nə az, nə də çox, yeddi il keçəndən sonra “Topoqraf-general Ġbrahim ağa Vəkilov” kitabını nəĢrə 
hazırlayanda o illərki qeyd dəftərçəmi vərəqlədim.  Ġstər-istəməz  mehriban ana, mərhum Fatma xanımın nurlu 
sifətini xatırladım. Hər iki nüfuzlu nəsil haqqında mənə qiymətli faktlar söylədiyi üçün ona dönə-dönə rəhmət 
dilədim.  Qeyd  dəftərçəmi  vərəqlədikcə  gördüm  ki,  onun  dediklərindən  bir  çoxuna  hələ  əməl  etməmiĢəm. 
Onlardan biri də polkovnik Gəray bəyin qızı ilə görüĢmək idi. 
...Aylarla  bir  kamerada  olan  dustaqlar  baĢlarına  gələn  qəzavü-qədəri  danıĢmaqdan  yorulmuĢdular.  Üç 
gündən bir müstəntiqin sorğu-sualı olurdu: 
-  Gəncə 
üsyanında 
harada 
olmusan? 
Nuru 
paĢa 
ilə 
sonuncu 
dəfə 
nə 
vaxt 
görüĢmüsən? Zaqatala üsyanına kim baĢçılıq edirdi? “Ġttihad”çılardan kimləri tanıyırsan, onların təĢkilatına nə 
vaxt qəbul olunmusan? 
Belə sorğuların sonu yox idi. Dustaqlar da yaddaĢına güc verib altı il əvvəl harada, kiminlə nahar etdiyini 
xatırlamağa məcbur idilər. 
AxĢamdan xeyli keçmiĢdi. ġtabs-kapitan Fərhad bəy Əlibəyovla bir kamerada olan polkovnik Gəray bəy 
bikef halda oturmuĢdu. O, evi, ailəsini fikirləĢirdi. Özünün güllələnəcəyini də düĢünürdü: 
-  Onsuz da bir can borcluyam. Gec-tez bu dünyanı tərk etməliyəm. Məndən sonra Sitarənin dörd uĢaqla 
qalması, ona ömürlük əziyyət olacaq... 
...Hər  gün  Ģər  qarıĢanda  elə  bil  kameraya  yığın-yığın  qəm-qüssə  ələnirdi.  UĢaqların  hərəkəti,  danıĢığı, 
illah  da  axĢam  iĢdən  qayıdanda  bircə  qız  balası  Süfiyyənin  onun  qucağına  atılmasını,  Ģaqraq  səsini  yadına 
salanda  dəli-divanə  olurdu.  Dustaq  Gəray  bəyin  iztirab  dolu  qəlbinin  ən  dərin  guĢəsində  əziz  anasının  adını 
daĢıyan Süfiyyəyə ayrıca ata məhəbbəti vardı. Bu sonsuz övlad məhəbbəti bir il idi dustaq polkovnik Gəray bəy 
Vəkilova əzab verirdi. 
Ürəyi köksündə sürətlə döyünən Gəray bəy bikef halda: 
- Fərhad bəy, - dedi, - görünür, bizim qismətimizə belə yazılıbmıĢ... 
Tavanda  tor  məftilə  salınmıĢ  iĢıq  getdikcə  zəiflədi.  Onun  ancaq  közərtisi  qaldı.  Bu,  dustaqlara  yatmaq 
üçün iĢarə idi. Bundan sonra növbətçini, ya da komendantı çağırmağa icazə verilmirdi. 
-  Aha,  -  dedi,  Fərhad  bəy  -  qismət  dedin,  iĢığımız  da  söndü.  Mən  bir  Ģeydən  qorxuram,  Gəray  bəy, 
qorxuram... 
Fərhad bəy sağ əlini irəli uzadıb Ģəhadət barmağını açıb-qatladı. 
-
 
Qorxuram qisas alalar... 
-
 
Axı,  nəyə  görə,  biz  nə  günahın  sahibiyik?  -  deyə  Gəray  bəy  hüznlü  səslə 
soruĢdu. 
-
 
Bəs altı ildi güllələnən yüzlərlə Azərbaycanlı ziyalısı, zabit və əsgəri məgər günahkardı? Sən də, mən 
Müsavat zabitiyik, vəssalam! Azərbaycanda meydan sulayan daĢnak, bolĢeviklərə elə bu bəhanə bəsdi. 
-
 
Düz deyirsən vallah, hər Ģey ola bilər - Gəray bəy bikef halda təsdiq etdi. 

18 
 
-
 
Dayan, 

deyib 
Fərhad 
bəy 
onun 
biləyindən 
yapıĢdı. 
Sol 
əlilə 
qapını 
göstərdi. Kimsə gəlir, yəqin nəzarətçidir. 
ġiĢpapaq  bolĢevik  zabiti  gözlüyü  açıb,  bağladı.  Kamerada  iĢıq  yenidən  artdı.  Nəzarətçi  ĢiĢman  qarnı 
üstündəki kəmərini sığallaya-sığallaya içəri girdi. Hər iki dustaq dərhal ayağa durdu. 
-
 
Polkovnik Gəray bəy Vəkilov hansınızdır? - deyə nəzarətçi xəbər aldı. 
-
 
Mən, - deyib Gəray bəy qəddini düzəldib əsgəri qaydada dimdik durdu. 
Nəzarətçi onu ilk dəfə görürmüĢ kimi laqeyd nəzərlərlə baĢdan-ayağa süzdü. Özü ilə gələn iki əsgərə iĢarə 
etdi: 
-  Çox yaxĢı, “hədiyyənizi” götürə bilərsiniz. 
Gəray bəy irəli addım atanda nəzarətçi əlini qaldırıb, sərt səslə dilləndi: 
-  Elə yox, elə olmaz, Ģələ-külənizlə, əmr belədir. 
Fərhad bəy qolunu geniĢ açıb geriyə dönən Gəray bəyi bərk-bərk qucaqladı. Yaman kövrəlmiĢdi: 
-
 
Allah amanında, qardaĢ, bu nə iĢ idi...  
Bikef Gəray bəy: 
-
 
Niyə narahat olursan, - dedi, - bəlkə baĢqa yerə dəyiĢirlər, bəlkə sürgünə... 
-
 
Artıq 
söhbəti 
kəsin, 
dustaq 
Vəkilov, 
Ģələ-küləni 
götür, 
haydı, 

deyə 
nəzarətçi onlara təpindi. 
Sonra qıyqacı baxıĢlara Fərhad bəyi süzdü: 
-
 
Siz  dostunuz  üçün  narahat  olmayın,  o,  çox  yaxĢı  yerə  gedir.  Onun  ikibaĢlı  danıĢığından  daha  da 
Ģübhələnən Fərhad bəy: 
-
 
Hara gedir? - deyə dərhal soruĢdu. 
-  Hara gedə bilər ki, evə, əzizim, evə, vəssalam!  
Nəzarətçiyə  inanmayan,  onu  dodaqaltı  söyən  Fərhad  bəy  üzünə  bağlanan  qapıya  baxa-baxa  quruyub 
qalmıĢdı. Kamerada iĢıq yenidən zəiflədi... 
ġamaxı yolundakı həbsxananın komendantı əlini zəif yanan peçdə qızdıra-qızdıra: 
-
 
Hə, 
polkovnik 
Vəkilov, 
belə-belə 
iĢlər 

deyə, 
ona 
müraciət 
etdi. 
Stolun üstündəki əl boyda kağızı göstərib: 
-
 
Buyurun,  hələlik  sizi  bolĢevik  hökuməti  yanında  günahınız  sübut  olunmadı.  Ən  yaxın  adamınız 
üzünüzə dursa da “Ġttihad”çılar bunu inkar etdilər. 
-
 
Siz 
də 
hərbçisiniz, 
bilməmiĢ 
olmazsınız, 
peĢəkar 
hərbçilər 
həmiĢə 
siyasətdən uzaq olublar. Bu, tarixən belədir, daha doğrusu, əsgəri qaydadır... 
-
 
Oho, 
Vəkilov, 
sən 
çox 
ağıllı, 
düĢüncəli 
adamsan. 
Görünur, 
bəy 
titulunu 
nahaq  yerə  daĢımırsan.  -  Komendant  iri  bir  dəftərxana  kitabını  ona  tərəf  itələdi:  - 
Burdan 
qol 
çəkin, 
hələlik 
azadsınız, 
evinizə 
buraxılırsınız. 
Bundan 
sonra 
fəxrlə 
deyə 
bilərsiniz 
ki, 
bolĢevik 
gülləsi 
sizdən 
yan 
keçdi. 
Amma 
siz... 

kinli-kinli 
Gəray  bəyə  baxıb  -  bolĢeviklərə  çox  güllə  atmısınız,  bolĢeviklərin  qanını  su  yerinə 
axıtmısınız, elə deyilmi? 
Gəray bəy dinmədi... 
Bu epizodu mənə ilk görüĢümüzdə Gəray bəyin qızı Sona xanım danıĢdı. 1926-cı ildə qarlı qıĢ axĢamı 
gecədən xeyli keçəndən sonra Sitarə xanımın qapını açması və atası Gəray bəyin qəfil gəliĢini Sona xanım çox 
yaxĢı xatırlayır. 

Bu 
gözlənilməz 
gəliĢdən 
özünü 
itirən 
anam 
hey 
təkrarən 
atamdan 
soruĢurdu ki, a kiĢi, nə yaxĢı səni buraxdılar. 
Atam isə sevinclə bizi öpür, qucaqlayırdı. O, qardaĢım Böyükağanın, Rüstəmin dərslərini soruĢdu. Balaca 
Fərruxu və məni dizinin üstündə oturdu. Ata məhəbbətini, həmin gecənin sevincini mən indi də unuda bilmirəm. 
Həmin gecə evimizin iĢığı səhərə kimi sönmədi. Birdən atam sərt səslə anama dedi: 

Elə 
deyirsən 
ki, 
nə 
yaxĢı 
buraxdılar. 
Axı 
mənim 
nə 
günahım 
var 
ki, 
buraxmayaydılar. Namərd bir qohumla məni üzləĢdirdilər. 
O mənə nə qədər Ģər atdısa da faydası olmadı. Onda namərd dedi ki, sən Gəray bəy ağqvardiya ordusunda 
qulluq  etmisən. Mən  də cavab  verdim  ki,  əvvəla  Müsavat  ordusu ağqvardiyaçılardan ibarət  deyildi.  Əgər  sən 
deyən  kimidirsə,  onda  ikimiz  də  birgə  qulluq  etmiĢik.  Müsavat  ordusunda  sən  praporĢik,  mən  isə  polkovnik 
olmuĢam. Mənim qismətimə insaflı müstəntiq düĢmüĢdü. O, milliyyətcə HəĢtərxan tatarı idi. Növbəti istintaqın 
birində  məndən  soruĢdu  ki,  1924-cu  ildə  harada  olmusunuz?  ġəkidə  Qırmızı  Kadet  korpusunda  iĢləmiĢəm,  - 
dedim. Həmin ili kursantların buraxılıĢı münasibətilə 1924-cü il noyabrın 7-də Moskvada kursant heyətilə birgə 
Nərimanovun qəbulunda olmuĢam. Bu görüĢdən fotoĢəklimiz də var. 
Bunu eĢidən müstəntiqin əhval-ruhiyyəsi tamam dəyiĢdi. Dedi ki, 1918-ci ildə Nərimanov HəĢtərxanda 
olanda məni müalicə edib. Məni ölümdən xilas edib, həyata qaytarıb. Ona görə rəhmətlik Nərimanova böyük 
hörmətim var. 

19 
 
Atam sonralar da danıĢırdı ki, sağ-salamat buraxılmağımın səbəbkarı həmin müstəntiqin Nərimanova olan 
hüsn-rəğbətindən irəli gəlib. Ona görə də atam Gəray bəy ömrünün sonuna kimi Nərimanova rəhmət oxuyardı. 
-
 
Sona  xanım,  atanız  Gəray  bəy  Müsavat  ordusunda  Gəncədə,  Tərtərdə  hərbi  qulluqda  olub.  1920-ci 
ildə ġəkidə Qırmızı Kadet məktəbinin rəisi iĢləyib. Bəs o həbs olunan ili - 1926-cı ildə harada yaĢayırdınız? 
-
 
Həmin  ili  Bakıda  Çadrovı  küçəsindəki  onuncu  dalanda  (indiki  M.  Əliyev  -  ġ.N.)  yaĢayırdıq.  Mən 
1920-ci il fevralın 11-də Bakıda anadan olmuĢam. Atam Gəray bəy bu xəbəri eĢidəndə deyib ki, anam Süfiyyə 
xanım  yenidən  dünyaya  gəlib.  Atamın  eyhamını  dərhal  anlayan  anam  Sitarə  xanım  Məmməd  qızı  Bədəlova 
mənə nənəmin adını qoyub. Sonralar necə olubsa məni Sona deyə çağırıblar. Atam heç vaxt ikinci adımı dilinə 
gətirməzdi, acığı gəlirdi. HəmiĢə məni Süfiyyə deyə çağırardı. 
Anamın əsli ġəkidən olub. Atam kimi nəcabətli nəsildən olan anamın ailəsi o vaxt Tiflisdə yaĢayırmıĢ. 
Onlar  1913-cü  ildə  evləniblər.  Ana  babam  Məmməd  məĢhur  tacir  olub.  Tiflisdə  xüsusi  mülkü,  mağazaları 
varmıĢ. Anam ali təhsilli həkim idi. 
-
 
Sona xanım, Tiflis dediniz yadıma atanızın arxivdə saxlanılan bir teleqramı düĢdü. Onu poruçik Gəray 
bəy 
Vəkilov 
1901-ci 
il 
oktyabrın 
7-də 
ilk 
qız 
məktəbinin 
açılıĢı 
münasibətilə 
Hacı 
Zeynalabdin 
Tağıyevə 
vurub. 
Atanız 
Gəray 
bəy yazır ki, Ünasiyə məktəbinin güĢadı günü ilə Sizi təbrik edib, tofiq istəyirəm. 
-
 
Siz poruçik deyəndə atamın kinayə ilə tez-tez iĢlətdiyi bir məsəli yadıma düĢdü. O, acığı gələn zabitə 
deyərdi: 
-
 
PraporĢik zabit olsa, toyuq da quĢ olar. 
1926-cı ildə tutulanda onun üzünə nahaqdan duranın rütbəsi praporĢik olub. Ömrünün son illərində atam 
süvari  generalı  Hüseyn  xan  Naxçıvanskini  tez-tez  xatırlardı.  Hüseyn  xan  Port-Artur  döyüĢlərində  atamın 
komandiri olmuĢdu. 
Yadımdadır,  danıĢardı  ki,  1905-ci  ildə  yaponlarla  döyüĢdə  Hüseyn  xan  əmr  verdi  ki,  xəncəri  diĢimizə 
alaq, qılıncı sağ əlimizə, tüfəngi isə sol əlimizə. Belə yaraqlanıb hücuma keçdik, yaponlar mövqelərini qoyub 
qaçdılar. Biz bir güllə belə atmadan cəbhəni aldıq. 
 
*   *   * 
 
Polkovnik Gəray bəy Vəkilovun üç oğlu son illərə kimi sağ idi: Böyükağa (1914-1995), Rüstəm (1916-
1998). Fərrux (1921-1998). Bu sətirlərin müəllifi onların hər üçü ilə görüĢüb söhbət etmiĢdi. 
Böyükağa  EA  Geologiya  institutunun  laboratoriya  rəhbəri,  geologiya-minerologiya  elmləri  namizədi, 
Rüstəm əməkdar mühəndis, Fərrux isə baĢ ədliyyə polkovniki və fəxri prokurorluq iĢçisi idi. 
1992-ci  ildə  görüĢlərimizin  birində  Böyükağa  müəllim  mənə  iki  nadir  fotoĢəkil  göstərdi.  Ġlk  dəfə 
gördüyüm  bu  tarixi  Ģəkillər  altınıĢ  səkkiz  il  əvvəl  -1924-cü  il  noyabrın  yeddisində  çəkilmiĢdi.  ġəkildə 
xalqımızın  görkəmli  oğlu  Nəriman  Nərimanov  və  Zaqafqaziya  Hərbi  Hazırlıq  məktəbinin  kursant  və  zabit 
heyəti Moskvada təsvir olunmuĢdu. Böyükağa Vəkilov da həmin kursantlar arasında olduğuna görə fotoĢəklin 
çəkilmə tarixini mənə nəql etmiĢdi: 
-  1922-ci 
ilin 
yazında 
atam 
məni 
“Qırmızı 
kadetlər 
korpusu” 
məktəbinə 
oxumağa 
qoydu. 
Onda 
mənim 
səkkiz 
yaĢım 
vardı. 
Həmin 
məktəbə 
yeddi 
yaĢından 
on 
dörd 
yaĢınadək 
olan 
uĢaqları 
götürürdülər. 
Məktəb 
beynəlmiləl 
idi. 
Orda 
müxtəlif  millətlərdən  olan  uĢaqlar  oxuyurdu.  Azərbaycanlılar  əksəriyyət  təĢkil  edirdi.  1923-cü  ildə  bizim 
məktəbin  adı  dəyiĢdirilib  Zaqafqaziya  Proletar  Hərbi  məktəbi,  bir  il  sonra  isə  Hərbi  Hazırlıq  məktəbi 
adlandırıldı. 
Yadımdadır,  məktəbin  tədris  korpusu  Bakıda,  indiki 1  nömrəli  orta  məktəbdə, yataq  korpusu  isə indiki 
Zabitlər  evinin  binasında  yerləĢirdi.  Təlim,  siyasi-tərbiyə  iĢləri  və  mədəni-kütləvi  tədbirlər  tədris  korpusunda 
keçirilirdi.  Bu,  Zaqafqaziyada  yeni-tipli  nümunəvi  hərbi  məktəb  idi.  Məktəbimiz  1921-ci  ilin  oktyabrında 
Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun təĢəbbüsü ilə yaradılmıĢdı. Ona görə də 
həmiĢə Nərimanovun diqqət mərkəzində idi. 
Hələ  birinci  kursda  oxuyanda  Nərimanov  tərəfindən  qəbul  edilməyimiz  də  yaddaĢıma  həmiĢəlik  həkk 
olunub. 
Nəriman  Nərimanov  bir  ata  kimi  bizimlə  xeyli  səmimi  söhbət  etdi.  Təhsilimizlə,  dolanacağımızla 
maraqlandı,  kefimizi  xəbər  aldı.  O,  bizim  hər  birimizdən  dönə-dönə  soruĢurdu  ki,  məktəbdə  nə  üçün,  hansı 
məqsəd  naminə  oxuduğumuzu  bilirikmi?  Biz  də  onun  bütün  suallarına  ürəkdən,  cəsarətlə  cavab  verirdik  ki, 
komandir olmaq istəyirik. Bizi ata qayğısı ilə dinləyən Nərimanov Ģad bir halda “mərhəba, balalarım, sağ olun!” 
- deyirdi. 
1924-cü ildə hərbi paradda iĢtirak etmək üçün məktəbimizin yüz iyirmi altı nəfər kursant və zabit heyətini 
Moskvaya dəvət etdilər. Noyabrın üçündə yola düĢdük. Rostova qədər yük vaqonlarında getdik. Gecikdiyimizə 
görə bizi ordan sürət qatarında yola saldılar. Noyabrın yeddisində səhər Qızıl meydana çatdıq. 

20 
 
Bizi Moskvaya aparan komandirlərimizi yaxĢı xatırlayıram. Zaqafqaziya Hərbi Hazırlıq məktəbinin kurs 
komandiri Həqqi Kəngərlinski, siyasi rəhbər Allahqulu Mehdiyev, məktəbin rəisi Hacıağa Ġbrahimbəyli, tədris 
hissəsinin rəisi, atam Gəray bəy Vəkilov və baĢqaları bizimlə getmiĢdilər. 
Qızıl meydandan keçəndə tribunada dövlət rəhbərləri arasında dayanan Nəriman Nərimanovu görüb daha 
gur səslə “Ura”! - deyə qıĢqırdıq. Rəsmi keçiddən sonra bizim batalyonu tribunanının önündə saxladılar. Dövlət 
rəhbərləri bizim yanımıza enib salamlaĢdılar. Mənim kimi 10-12 yaĢlı balaca kursantları səmimiyyətlə dindirir, 
bəzələrini də atıb-tutur, öpürdülər. 
Səhərisi  bizi  SSRĠ  MĠK-nin  sədrinin  sədri  Nəriman  Nərimanov  Kremldəki  klubda  qəbul  etdi.  Xeyli 
səmimi  söhbət  edən  Nərimanovun  sevincinin  həddi-hüdudu  yox  idi.  O  dedi  ki,  tapĢırıq  vermiĢəm,  Sizin  hər 
birinizə Xalq Komissarları  Sovetinin  hesabından iyirmi  manat  pul  ayırsınlar.  Bu  pul  sizə  gündəlik  xərclik  və 
valideynlərinizə hədiyyə alıb aparmaq üçün verilir. 
Sonra bizim kursant batalyonu Kremldə yerləĢən hərbi komandirlər heyəti məktəbində oldu. 
Bu görüĢlərdən sonra Nəriman Nərimanov, MĠK Rəyasət Heyətinin katibi Avel Yenukidze bizimlə birgə 
Kremlin həyətindəki “Çar zəngi”nin yanında Ģəkil çəkdirdi. 
Bu  tarixi  fotoĢəkildə  görün  kimlər  var.  O  vaxt  kursant  olanların  əksəriyyəti  indi  görkəmli  alim, 
hərbçidirlər.  Polkovnik  Əliağa  Babayev,  Respublika  EA  keçmiĢ  prezidenti,  akademik  Rüstəm  Ġsmayılov, 
əməkdar elm xadimi, elmlər doktoru Məmmədtağı Nağıyev, SSRĠ Neft Sənayəsi Nazirliyinin idarə rəisi Əlövsət 
Qarayev, irriqator-alim Karrar Əliyev, Sovet Ġttifaqı Qəhrəmanı Aslan Vəzirov, SSRĠ xalq artisti məĢhur dirijor 
Niyazi,  Çingiz  Hacıbəyov,  akademik  ġəfaət  Mehdiyev,  əməkdar  mühəndis  Böyükağa  Məmmədov,  elmlər 
doktoru  Məmməd  Fərzəliyev,  məĢhur  Ģairimiz  M.Ə.Sabirin  oğlu  Məmmədsəlim  Tahirov,  professor,  hüquq 
elmləri doktoru Əyyub Əskərov, polkovnik Səttar Hacıyev, Fərhad Ağayev, müharibə veteranı Əsgər Mirzəyev, 
fizika-riyaziyyat elmləri doktoru Kamal Məmmədov, batalyon komandiri Hüseyn Rəhimov və baĢqaları. 
Onların əksəriyyəti dünyasını dəyiĢib. Bu nadir fotoĢəkil isə o günlərdən nəsillərimizə yadigar qalıb. 
Gəray bəyin oğlu Rüstəm Vəkilov: - Atam 1920-ci ilə kimi Ģərəfli ömür yaĢadığını tez-tez xatırlardı. 
Amma Müsavat dövründəki döyüĢ yolunu xatırlamaq ona çox çətin idi... 
Yadımdadı,  otuzuncu  illərdə  Səməd  Vurğun  bizə  tez-tez  gələrdi.  Onların  ikilikdə  elədikləri  söhbət 
gecədən  xeyli  keçənə  qədər  davam  edərdi.  Bəzən  mübahisələri  qızıĢıb,  səsləri  ucalanda anam  Sitarə  zarafatla 
deyərdi: 
-  Balam, bu sinfi düĢmənlərin söhbəti qurtarmır ki, qurtarmır. 
O  da  yadımdadır  ki,  bir  dəfə  çay  aparanda  atamın  1924-cü  ildə  Moskvada  Nəriman  Nərimanovla 
görüĢündən danıĢdığını eĢitdim. Qorxu hissiylə bunu anama bildirdim. Anam narahatlıqla dedi: 
-  Bu kiĢinin gözünü qan örtüb, yenə bizi iĢə salacaq... 
Axı, o illərdə Nəriman Nərimanovun Ģəxsiyyətinə haqsız olaraq qara kölgə salmıĢdılar. Onun silahdaĢları 
həbs edilirdi. 
1924-cü  ildə  ordudan  təxris  olunan  Gəray  bəy  ömrünün  axırınadək  Respublika  Maliyyə  Nazirliyində 
iĢləyib. 1952-ci il martın on dördündə Bakıda vəfat edib. 
Görkəmli  müğənnimiz  RəĢid  Behbudovun  anası,  maarifçi  qadın  Firuzə  xanım  Vəkilova  (1889-1933) 
polkovnik Gəray bəy Vəkilovun doğma bacısı idi. 
ġtabs-kapitan  Nəsib  ağa  Əsəd  ağa  oğlu  Vəkilov  1899-cu  ildə  Qazaxda  anadan  olub.  Qori 
Seminariyasının  Azərbaycan  Ģöbəsini  bitirib.  1919-cu  ildə  Gəncədə  praporĢiklər  məktəbində  hərbi təhsil  alıb. 
Müsavat zabiti olduğuna görə 1940-cı ildən 1955-ci ilə qədər Maqadan və Norilskiyə sürgün edilib. 1954-cü il 
mayın  səkkizində  qohumu,  xalq  Ģairi  Səməd  Vurğuna  məktub  yazıb,  Vətənə  qayıtması  üçün  ondan  kömək 
istəyib. ġair günahsız həbs olunmuĢ əmisi oğlu Nəsib ağanın ailəsinə maddi kömək etmiĢdir. Yeri gəlmiĢkən 
onu da qeyd edək ki, otuzuncu illərdə Vəkilovlar nəslindən bir çoxları repressiyaya uğramıĢdır. Səməd Vurğun 
onlardan yalnız birini - xalq müəllimi Teymur bəy Vəkilovu həbsdən azad etdirə bilmiĢdi. 
Nəsib ağa Vəkilov Norılsk sürgünündən yazırdı: 
“Hörmətli və əziz Səməd! 
On altı il ayrılıqdan sonra sən mənim məktubumu alıb yəqin ki, təəcüblənəcəksən. Mən qohumlardan heç 
kəsə məktub yazmırdım ki, onları narahat etməyim. Onlara xətər gəlməsindən qorxurdum. İndi mən demək olar 
ki, yarı  da olsa  azad  vətəndaşam.  Ona görə  də  məktub  yazıb, özümü xatırlatmağa  cürət  edirəm.  Bu  məktubu 
sənə Norilskidən evə qayıdan, bizim ümumi tanışımız Əli Səbri
7
 çatdıracaq. 
Əli Səbri mənim haqqımda məlumat verəcək. Xahiş edirəm, əgər sənin üçün çətin olmazsa və mümkünsə 
uşaqlarımın xatirinə mənim Vətənə qayıtmağıma imkan daxilində kömək edəsən. 
Mən  çox  qocalmışam,  ömrümün  son  illərini  uşaqlarımın  yanında,  doğma  diyarda  keçirmək  istəyirəm. 
Mənə elə gəlir ki, sən mənim xahişimi rədd etməzsən, çünki indi zaman o zaman deyil. Burdan qohumlarının və 
                                                           
7
 Əli Səbri (1892-1983) nasir, tərcüməçi olub. 

21 
 
tanışlarının  vəsatətinə  əsasən  çoxları  evə  qayıdırlar.  Mehdixana  və  Xavər  xanıma  mənim  ürəkdən  gələn 
salamımı çatdır. Öpürəm səni, Mehdixanı, Yusifi və Vaqifi. Xoşbəxtlik və əmin-amanlıq arzulayıram. 
Hörmətlə: Nəsib ağa. 
 
1955-ci ildə Vətənə Qayıdan Nəsib ağa Vəkilov 1963-cü ildə Bakıda vəfat edib. O, polkovnik Əsəd ağa 
Vəkilovun oğlu idi. 
 
*   *   * 
 
1919-cu il fevralın on dördündə praporĢik Lütvəli bəy Vəkilov Azərbaycan süvari alayının komandirinə 
belə bir məlumat göndərmiĢdir: 
“Sizin  nəzərinizə  çatdırıram  ki,  1918-ci  il  iyunun  on  səkkizində  dördüncü  Borçalı  alayının  polkovniki 
Tuqanov  cəbhədəki  döyüş  xidmətlərimə  görə  min  beş  nömrəli  əmrlə  məni  Müqəddəs  Georgi  xaçı  ordeninin 
bütün dörd dərəcəsi ilə təltif olunmağa təqdim etmişdi. Və buna əsasən mənə birinci Mozdok Dağ Kazak alayı 
min  yüz  qırx  altı  nömrəli  attestatı  da  verilmişdir.  Orada  ordenlərin  hər  birinin  nömrəsi  də  yazılıb.  Həmin 
döyüşlərdə mən dörd dəfə yaralanmışam və kontuziya olmuşam. Bunların hamısı Sizə göndərdiyim şəxsi işimdə 
göstərilib.” 
Vərəqin  o  biri  üzündə  praporĢik  Lütvəli  bəy  Vəkilovun  dəsti-xəttilə  yazılmıĢ  qeydi  də  var:  “Mənim 
şücaətlərimin  və  təltifatlarımın  cəbhədə  şahidi  olan  rotmistr  Çayevski  idi.  O,  hazırda  Hərbi  Nazirliyin  Baş 
Qərargahında baş zabit kimi xidmətdədir.” 
Əlbəttə, praporĢik Lütvəli bəy Vəkilovun bu məlumatı müasir oxucuya adi ərizə kimi görünə bilər. Lakin 
unutmaq olmaz ki, o dövrdə belə bir yüksək ordenlə zabitlər çox nadir hallarda təltif olunurdu. Qeyri-adi igidlik 
göstərən,  müqəddəs  Georgi  ordeninin  bütün  dərəcəsinə  layiq  görülən  oğullarımızı  barmaqla  saymaq  olar: 
rotmistr Teymur bəy Novruzov, praporĢik Səyad bəy Zeynalov, poruçik Osman ağa Gülməmmədov. 
Yüz qırx birinci səhifədə Lütvəli bəyin silahdaĢı Çayevskinin BaĢ Qərargaha təqdimatı saxlanılır. O, yazır 
ki,  dördüncü  Borçalı  süvari  alayının  praporĢiki  Lütvəli  bəy  Vəkilovla  Birinci  Dünya  müharibəsinin  ilk 
günlərindən 1918-ci ilin sentyabrınadək birgə döyüĢlərdə olub. Onun bütün qəhrəmanlıqlarının canlı Ģahididir. 
Qazaxda,  Lori  dərəsində,  Borçalıda  erməni  daĢnaklarına  qarĢı  döyüĢlərdə,  Bakı,  Qarayazı  və  ġamxorda 
bolĢeviklərlə vuruĢlarda onun cəsur süvari kimi igidlik göstərdiyinə zəmanət verir. Belə bir igid zabitin yüksək 
rütbəyə layiq olduğunu tamamilə qanuni hesab edir. 
Rotmistr Çayevskinin BaĢ Qərargaha iftixarla  yazdığı təqdimatı iki general məmnuniyyətlə təsdiq edib, 
dərkənar qoyublar: süvari diviziyanın rəisi, general-mayor ġahzadə Əmir Kazım Qacar və qərargah rəisi general 
Zaxar AmaĢukeli. 
Çox təəssüf ki, sənədlərin izi elə buradaca itir. 1890-cı il təvəllüdlü praporĢik Lütvəli bəy Abbasqulu bəy 
oğlu Vəkilovun bundan sonra hansı rütbəyə layiq görüldüyü məlum olmur. 
Polkovnik  Gəray  bəy  Vəkilovun  kiçik  qardaĢı,  praporĢik  Lütvəli  bəy  Vəkilovu Zaqafqaziya  BaĢ  Siyasi 
Ġdarəsi  1932-ci  il  fevralın  2-də  antisovet  ruhlu  zabit  kimi  həbs  edib  beĢ  illik  sürgünə  göndərmiĢdi.  Minlərlə 
günahsız Azərbaycan zabiti kimi qırx iki yaĢlı Lütvəli bəyin də ömrünün hansı həbs düĢərgəsində sona yetdiyi 
məlum deyil. 
Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin