ĠƏMĠstan nəZĠRLĠ


Podporuçik  Sadıq  Əsgər  oğlu  Vəkilov



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix31.01.2017
ölçüsü2,55 Mb.
#7178
1   2   3   4   5   6   7   8   9   ...   23

Podporuçik  Sadıq  Əsgər  oğlu  Vəkilov  1895-ci  ildə  Qazax  qəzasının  Salahlı  kəndində  anadan  olub. 
Müsavat ordusunda üçüncü Gəncə piyada alayında kiçik zabit kimi xidmət edib. Zaqafqaziya (Qori) Müəllimlər 
Seminariyasının Tatar-Azərbaycan Ģöbəsini və 1918-ci ildə Gəncədəki praporĢiklər məktəbini bitirib. 
Azərbaycan  Milli  Ordusunun  kapitanı  Bahadır  bəy  Ġbrahim  ağa  oğlu  Vəkilov  da  bu  nüfuzlu  nəslin 
nümayəndəsidir. 1889-cu il martın 24-də Qazaxda zadəgan ailəsində anadan olub. Ġlk təhsilini Tiflisdə birinci 
kiĢi  gimnaziyasında  alıb.  1918-ci  il  mayın  15-də  yeni  yaranan  Müsəlman  korpusuna  könüllü  daxil  olub. 
Sentyabrın 1-dən piyada qoĢunlarında kiçik yunker, böyük yunker rütbəsində xidmət edib, noyabrın 18-də isə 
Gəncədəki  praporĢiklər  məktəbini  birinci  dərəcə  ilə  bitirib.  Məktəbi  əla  qiymətlərlə  bitirdiyinə  görə  o,  hərbi 
məktəbdə rota komandiri vəzifəsində saxlanılıb. Məktəbin rəisi polkovnik ġirin bəy Kəsəmənski 28 fevral 1919-
cu ildə gənc zabit Bahadır bəyə verdiyi xasiyyətnamədə qeyd edir ki, əla davranıĢa və yüksək əxlaqa malikdir. 
Zabit  kadrlarının  yetiĢdirilməsinə  tam  layiqdir.  Siyasi  hazırlığı  var.  Martın  iyirmi  ikisində  hərbi  nazir,  tam 
artilleriya generalı Səməd bəy Mehmandarov Gəncə praporĢiklər məktəbinin rəisinə belə bir əmr göndərib: 
“Gəncə  praporşiklər  məktəbinin  əlli  nəfərdən  çox  məzununa əziz  Novruz  bayramı  ərəfəsində  praporşik 
rütbəsi  verilsin.  Onlar  xidmət  üçün  birinci  Azərbaycan  süvari  diviziyasına,  üçüncü  Gəncə  süvari  alayına, 
Əlahiddə  Zaqatala  batalyonuna  yüngül  artilleriya  divizionuna  göndərilsin.  Gəncə  praporşiklər  məktəbini  əla 
bitirdiklərinə görə podpraporşik İsrafil ağa Şıxlinskiyə, Bahadır bəy Vəkilova, Musa bəy Şəmsəddinskiyə, Həşim 
bəy Sultanova, Həmid Mustafayevə, Mahmud Mustafayevə, Əli Ağa oğlu Şıxlinskiyə və Süleyman xan Sultanov-
İlisuluya bayram münasibətilə pul mükafatı verilsin”. 

22 
 
Həmin  ilin  mart  ayında  bacarıqlı  zabit  Bahadır  bəy  Vəkilov  üçüncü  Gəncə  süvari  alayının  tərkibində 
ölkənin  ġərq-Qərb  cəbhəsinə  ezam  olunur.  O,  Ordubad  rayonunda  yerləĢən  hərbi  dəstənin  komandanı  təyin 
olunur. Naxçıvan və ġərur qəzasının komandanı Kəlbalı xan Naxçıvanski 1919-cu il mayın 9-da BaĢ Qərargahın 
rəisinə  göndərdiyi  raportda  praporĢik  Bahadır  bəy  Vəkilovun  Ġran  quldur  dəstələrinə  və  daĢnak  generalı 
Andronikə, qarĢı döyüĢlərdə göstərdiyi qəhrəmanlığı haqqında məlumat verir. 
O, yazır: “Martın 17-də Yaycı kəndinə hücum edən səksən nəfərlik İran quldur dəstəsi yerli əhalinin iki 
yüz yetmiş beş iri buynuzlu mal-qarasını oğurlamışdı. Praporşik Vəkilov mənim ərimlə otuz nəfər süvari dəstə 
ilə  onların  dalınca  gedib  quldurları  Araz  sahilində  yaxalamışlar.  Güclü  döyüşlərdən  sonra  mal-qara  geri 
alınmış və on beş nəfər quldurun meyidi Araz sahilində qalmışdır. 
Martın 26-da Parağa kəndinə hücum edən ermənilər iki yüz iribuynuzlu mal-qaranı aparmışlar və yeddi 
müsəlman kəndlisini öldürmüşlər. Səhərisi erməni kəndini süvari dəstəsilə mühasirəyə alan praporşik Vəkilov 
tələb  etmişdir  ki,  mal-qara  qaytarılsın  və  cinayətkarlar  cəzalandırılmaq  üçün  bizə  verilsin.  Lakin  ermənilər 
atəşlə  cavab  vermişlər.  Praporşik  Vəkilovun  cəld  və  bacarıqlı  komandanlığı  sayəsində  üç  saatlıq  döyüşdən 
sonra  ermənilər  mal-qaranı  və  cinayətkarları  qaytarmışlar.  Döyüşdən  sonra  məlum  olur  ki,  praporşik 
Vəkilovun üç nəfər əsgəri yaralanmışdır. 
Aprelin  10-da  ermənilərin “qəhrəmanı”  Andronik  ingilislərlə  danışığından  sonra  Gorusdan  Ordubadın 
25 kilometrliyindəki Karçevan kəndinə gəldi. Nizami erməni dəstəsi Ordubadın ayrı-ayrı kəndlərini zəbt etmək 
üçün  Nüsnüs  kəndinə  hücum  etdi.  Praporşik  Vəkilovun  bacarıqlı  döyüş  əməliyyatı  sayəsində  Nüsnüs  kəndi 
ermənilərdən təmizləndi. Digər müsəlman kəndləri də erməni hücumundan xilas oldu. 
Aprelin 15-də ermənilərin nizami hərbi dəstəsi Ordubadın səkkiz verstliyindəki darvazaya yenidən hücum 
etdi. Erməni hərbi dəstəsinin güclü qüvvə ilə hücum etməsinə baxmayaraq, beş saatlıq ara verməyən döyüşdə 
düşmənin əksər qüvvəsi öldürüldü, qalanları isə qaçmağa məcbur oldu. Bu döyüşdə praporşik Vəkilov Bahadır 
bəyin yeddi əsgəri həlak oldu, on iki nəfər isə yaralandı. 
Bütün  göstərilənlərdən  sonra  xahiş  edirəm  ki,  üçüncü  Gəncə  süvari  alayının  praporşiki  Bahadır  bəy 
döyüşlərdə yüksək səviyyədə komandanlıq etdiyinə və qəhrəmanlığına görə ona podpruçik rütbəsi verilsin”. 
Bundan sonra respublika Mərkəzi Dövlət Arxivinin sənədlərində mərd kapitan Bahadır bəy Ġbrahim ağa 
oğlu Vəkilovun heç bir sənədinə rast gəlmək mümkün olmadı. Lakin Milli Təhlükəsizlik Nazirliyinin arxivində 
Bahadır  bəy  Vəkilova  məxsus  21392  saylı  çox  nazik  bir  qovluq  var.  1920-ci  il  iyunun  25-də  həbs  olunan 
Bahadır  bəyin  istintaq  iĢini  müstəntiq  Akopcanov  və  Levitski  aparıb.  Sorğu-sual  qısa  və  yığcamdır.  Həbs 
vərəqində “cinayətin xarakteri” qrafasının qarĢısında oxuyuruq: “Müsavat ordusunun zabiti və rota komandiri 
olub. Güllələnsin!” 
Ġstər-istəməz düĢünürsən və təəccüb edirsən: öz xalqının Milli ordusunda qulluq etmə nə vaxtdan cinayət 
sayılıb? Bu da XI ordunun xüsusi Ģöbə rəisi, cəllad Semyon Pankratovun təsdiq etdiyi dərkənar: “Güllələnsin, 
hökm dərhal yerinə yetirilsin. 3 iyul 1920-ci il”. 
Bəli, torpağını yağılardan qoruyan iyirmi bir yaĢlı mərd kapitan Bahadır bəy Vəkilovun ömrü belə bitdi. 
Bu  məĢhur  soyadın  oğlunu  Bakıda  heç  kəs  tanımadı.  Qazaxda  ulu  nəslinin  hərbçi,  maarifçi  oğulları 
haqqında  səbrlə  söhbət  edən  Ədilə  xanım  ġıxlinskaya  “Nikolaydan  qalma”  bir  albomu  stolun  üstünə  qoydu. 
Albomun  ilk  səhifəsində  çərkəzi  geyimli  cavan  bir  zabit  Ģəkli...  Ġri,  ala  gözləri  necə  də  tanıĢ  və  doğmadır. 
Mənim Ģəklə diqqətlə baxdığımı görən Ədilə xanım: 
-  Dayımdı,- 
dedi,- 
müsavat 
zabiti 
olduğuna 
görə 
bolĢeviklər 
iyirminci 
ildə 
güllələyiblər. 
Onun səsinə hopan təsvirəgəlməz kövrəklik, həzin bir qəm dalğası varlığımı titrətdi. Adam belə anlarda 
qarĢısındakına  təsəlli  verməkdən  də  məhrum  olur.  Daxili  təlatüm,  vicdanın  səsi  olub  keçmiĢ  ədalətsizliyi, 
vəhĢiliyi ittiham edir. Dərindən köks ötürüb, “heyf” deməkdən baĢqa əlindən bir Ģey gəlmir. Çünki nahaq qan 
tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək gecdir. O vəhĢilikləri indi tarix mühakimə edir. Tarix öz 
səhifələrində onlara amansız cəza verir, gec də olsa əyrini-əyri, düzü-düz yazır. 
Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruĢdum: 
-
 
Dayınızın adı necədir, Ədilə xanım? 
-
 
Bahadır bəy Vəkilov, rütbəsi kapitan... 
-
 
Ola 
bilməz, 

dedim. 
Özümdən 
asılı 
olmayaraq 
səsim 
bərkdən 
çıxdı. 
Onda bu Ģəkillərə baxın, zəhmət olmasa... Mən özümlə götürdüyüm bir qrup Milli Ordu əsgər və zabitinin iki 
fotoĢəklini ona göstərdim. 
-
 
Bu, tən ortada oturan Bahadır dayımdı, - dedi. Ġkinci Ģəklə baxır: - Bu da odu, dayımdı... Bu Ģəkillər 
bizdə yoxdu. Sizdə hardandı? - deyə kədərlə soruĢdu. 
-
 
Arxivdən tapmıĢam, - dedim. 
-
 
Oy,  nə  yaxĢı  görmüsünüz,  çox  sağ  olun...  Heyf  dayımdan,  cavankən,  cəmi  iyirmi  bir  yaĢında 
güllələnib, heç evlənməyibmiĢ. Sizin tapdığmız Ģəklin arxasında yazılıbmı neçənci ildə çəkilib? 
- 1919-cu ildə çəkilib, - deyə cavab verdim. 

23 
 
-  Mənimlə yaĢıddı dayımın Ģəkli, - dedi. 
Ədilə xanım qəmli-qəmli köksünü ötürür. Ovcundakı xırdaca güllü dəsmalla nəmli gözlərini silir. 
-
 
Ədilə xanım, dayınız Bahadır bəyin niĢanlısı, istəklisi olubmu? 
-
 
Mən bilmirəm, rəhmətlik anam danıĢardı, deyəsən olub. 
- Mən bilirəm, - dedim, - olub. Dayınıza məxsus həbs qovluğunda dörd əl boyda məktub var. Onların da 
üzünü  çıxartdırmıĢam.  Sonuncu  məktubu  sevgilisi  iyunun  24-də  yazıb.  Həmin  gecə  Bahadır  bəyi  Milyutin 
küçəsindəki dörd saylı evin üçüncü mərtəbəsində həbs ediblər. Orqan iĢçiləri əĢyayi-dəlil kimi məktubları da iĢə 
tikiblər. Ġcazə verirsinizmi sonuncu məktubu oxuyum. 
-  Buyurun, əlbəttə... 
“Bahadır,  sən  niyə  narahatsan?  Neçə  dəfə  soruşdum,  araya  söz  qatdın.  Mən  heç  vaxt  səni  belə  qəmli 
görməmişdim. Axı, sən özün dünən mənə yalvardın ki, görüşək. Mən bütün gecəni yata bilməyib sənə məktub 
yazıram.  İndi  mən  sənə  yalvarıram.  Sabah  mütləq  görüşə  gəl.  Başa  düşə  bilmirəm,  son  günlər  niyə  sənin 
varlığın qəm, kədərlə doludur. Xüsusilə kədərli gözlərin məni yandırıb-yaxdı. 
Dözəcəm,  bütün  gecəni  allahıma  dua edəcəm  ki, səhər  tez  açılsın səni  yenidən  görüm,  amma  kədərsiz, 
qəmsiz. Həmişəki kimi təbəssümlü, gülərüz. 
Sənin Səfurən.” 
 
Təəsüf  ki,  açılan  səhər  onlara  xoĢbəxtlik  nədi,  heç  görüĢ  də  qismət  eləmədi.  Kapitan  Bahadır  bəy 
Vəkilovun səhəri bolĢevik zirzəmisində açıldı... 
 
*   *   * 
 
MƏMMƏD AĞA MUSTAFA AĞA OĞLU VƏKĠL (1863-1939) Gürcüstan Mərkəzi Dövlət arxivinin 
1920-ci  ilə  qədərki  sənədlərində  adı  hörmət  və  ehtiramla  çəkilən  Məmməd  ağa  Vəkilov  əsrin  əvvələrində  - 
1905-1906-cı  illərdə  Azərbaycan  dilində  qəzet  açmaq  üçün  təĢəbbüs  göstərmiĢdi.  O,  “Ġqbal”  adlı  qəzeti  dostu 
Cəlil Məmmədquluzadə ilə birgə nəĢr etmək istəyirdi. 
“...Qafqazda  türklərin  mətbuatı  ölü,  bəlkə  də  yox  bir  halda  idi.  Onunçün  biz  tək  öz  dərdlərini  qələmlə 
meydana qoymağa həris olan yazıçılar - gah bizim millətdən, gah qonşu millətlərdən hökumətdən qəzet icazəsi 
istəməyə  başladılar.  Biz  türklərdən  bu  icazəni  istəyən  -  Bakıdan  Əhməd  bəy  Ağayev  idi,  Tiflisdən  belə  icazə 
istəyən Məmməd ağa Vəkilov, Rəşid bəy İsmayılov idi və yenə bir Nuxa əhli idi ki, onun adı gərək Mustafayev 
ola:  Batumidən  Məmməd  bəy  Sancaqbəyzadə  idi  və  Tiflisdən  də  mən  idim”.  (Cəlil  Məmmədquluzadə. 
“Xatiratım, Əsərləri, 3-cü cild, 1967- il nəşri, səh. 666-da”) 
Uzun  yazıĢmalardan  sonra  Məmməd  ağa  “Ġqbal”  adlı  qəzeti  buraxmağa  dövlətdən  icazə  ala  bilmiĢdi. 
Lakin qəzeti buraxmamıĢdır. Həmin dövrdə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalını nəĢr etmək 
təĢəbbüsünü  alqıĢlamıĢ  yə  demiĢdi  ki,  mən  rəsmi  dövlət  qulluğunda  çalıĢdığıma  görə  “Ġqbal”da  xalqımızın 
nəfinə cəsarətli yazılar verə bilməyəcəyəm. Belə qəzetin də millətə, xalqa heç bir faydası olmayacaq. YaxĢısı 
budur ki, “Molla Nəsrəddin”i qoruyub saxlayaq. 
Qafqaz  caniĢinliyinin  nəĢr  etdiyi  kitab  və  məcmuələrdə  göstərilir  ki,  Məmməd  ağa  Mustafa  ağa  oğlu 
Vəkilov Qori Seminariyasını bitirdikdən sonra az müddət kənd müəllimi iĢləyib. Bilik və bacarığına görə saray 
müĢaviri vəzifəsinə də dəvət olunur. Məmməd ağa BaĢ Hərbi Ġdarədə türk dili tərcüməçisi, 1901 -1917-ci illərdə 
isə  Qafqaz  caniĢinliyinin  Dəftərxanasında  ġərq  dillərinin  baĢ  mütərcimi  vəzifəsində  iĢləyir.  Məmməd  ağa 
Vəkilov 1904-cü ildə “Xalq qanmağa asan olan füqəra əhalilərə məxsus vəba azarı haqqında bir inĢadır” kitabını 
Azərbaycan dilinə tərcümə edir. 
Abbasqulu  ağa  Bakıxanov  və  Mirzə  Fətəli  Axundovdan  sonra  Qafqaz  caniĢinliyində  yüksək  vəzifədə 
çalıĢan  üçüncü  azərbaycanlı  Məmməd  ağa  Vəkilov  olmuĢdur.  Məmməd  ağa  Vəkilov  həm  də  Tiflisdəki  ġərq 
dilləri üzrə zabit hazırlığı məktəbində türk dilindən dərs deyir. 1914-cü ildə həmin məktəbin müəllimi, general-
mayor M.D.Qutorla müĢtərək “Türk dilinin qısa qrammatikası”nı tərtib edir. 
1918-ci ilin mayında Azərbaycan Demokratik hökuməti yarananda Məmməd ağa Bakıya köçür. 1920-ci 
ilin aprel çevriliĢinə qədər Respublika Parlamentində Dəftərxana idarəsinin rəisi vəzifəsində iĢləyir. 
OĞLU  MUSTAFA  AĞA  VƏKĠLOV  (1899-1943)  1924-cü  ildə  Sarbonna  Universitetmin  hüquq 
fakültəsini bitirib. Hüquq magistri elmi dərəcəsi alan Mustafa ağa vətənə qayıtdıqdan sonra ədliyyə orqanlarında 
iĢləyib və ali məktəblərdə dərs deyib. Elmi-tədqiqatla, tərcümə və hüquqi əsərlərin redaktəsilə məĢğul olan gənc 
alim  Mustafa ağa  Vəkilov  “Ġnqilabdan  əvvəl  Azərbaycanda  nigah  münasibətləri”  kimi  sanballı  əsər  yazıb.  O, 
1939-cu ildə əksinqilabi-millətçi təĢkilatın üzvü olmaqda günahlandırılaraq həbs edilib. 
Professor Mustafa ağa Məmməd ağa oğlu Vəkilov dörd illik əzablı sürgün həyatından sonra 1943-cü il 
aprelin 30-da Komi Muxtar Vilayətində həbsxanada vəfat edib. 
 
MƏMMƏDRZA AĞA MƏNSUR AĞA OĞLU VƏKĠLOV 

24 
 
(1864-1944). 
 
1902-ci  ildə  ġamaxıda  zəlzələnin  dəhĢətlərini  eĢidən  bir  qrup  Azərbaycan  ziyalısı,  baĢda  görkəmli 
maarifçi,  naĢir  Həsən  bəy  Zərdabi,  Hacı  Zeynalabdin  Tağıyev,  doktor  Məmmədrza  ağa  Vəkilov  və  bir  neçə 
imkanlı  Ģəxslər  olmaqla  ġamaxı  camaatına  köməyə  getmiĢlər.  Doktor  Məmmədrza  ağa  Vəkilovun  yaralılara 
təmənnasız yardımı barədə o dövrdən qalan xatirələrdə və bədii əsərlərdə çoxlu xatırlamalar var. 
Məmmədrza  ağa  Vəkilovun  təĢəbbüsü  ilə  1901-ci  ildə  Bakıda  ilk  müalicəxana  açılmıĢdır.  Həmin 
ambulatoriyanın açılıĢında o, Hacı Zeynalabdin Tağıyevə və Musa Nağıyevə müraciət edərək demiĢdir: 
- Cənablar, kim xalqını, millətini sevirsə, onun ağrısını və əzabını yaxĢı baĢa düĢməlidir. Xalqını sevən 
hər bir kəsin ona yardım əli uzatmaq müqəddəs borcu olmalıdır. Allah da kasıbı, zəhmətkeĢi çox sevir. Kasıba 
ruzi verən dövlətlinin payını gözə görünməz allah həmiĢə artıqlaması ilə qaytarır. Çinlilərin qədim bir məsəlində 
deyilir ki, yeddi mərtəbəli budda məbədi tikməkdənsə, bir insan ömrünü xilas etmək daha böyük savabdır. 
Bir il əvvəl (1900-cü ildə) yenə Bakıda altı ambulatoriyanın yaradılmasının təĢəbbüskarı da Məmmədrza 
ağa olmuĢdur. Aprel inqilabından əvvəl Azərbaycanda tez-tez baĢ verən epidemiyalara qarĢı mübarizədə və yerli 
əhali  arasında  sanitariya  mədəniyyətinin  yüksəldilməsində  Məmmədrza  ağa  Vəkilovun  böyük  xidmətləri 
olmuĢdur. Onun əvəzsiz xidmətlərini çar hökuməti layiqincə qiymətləndirib. 
Azərbaycanda, Zaqafqaziyada doktor Vəkilov kimi Ģöhrət qazanan Məmmədrza ağa 1900-cü il mayın 2-
də  Qafqaz  Ġmperatoru  Tibb  Cəmiyyətinin  həqiqi  üzvü  də  seçilib.  Azərbaycanda  ilk  ali  təhsilli  həkim  olan 
Məmmədrza  ağa  Vəkilov  1887-ci  ildə  Birinci  Tiflis  klassik  gimnaziyasını,  1893-cü  ildə  isə  Xarkov 
Universitetinin tibb fakültəsini əla qiymətlərlə bitirib. 
Ġlk həkimlik fəaliyyətinə Tiflisdəki Mixaylovsk xəstəxanasında baĢlayan Məmmədrza ağa Vəkilov Qars 
dəmir  yolu  tikintisində  əlli  çarpayılıq  səyyar  xəstəxananın  müdiri  olub.  1900-cü  ildən  isə  Bakıda  doğma 
xalqının sağlamlığı keĢiyində dayanıb. 
Təəsüf  ki,  ömrünü  xalqının  sağlamlığına  həsr  edən  belə  bir  görkəmli  Ģəxs  unudulub.  Yalnız  ağsaqqal 
adamlar  Bakıdakı  ikinci  Ģəhər  poliklinikasına  (indi  S.  M.Əfəndiyevin  adını  daĢıyan  -  ġ.N.)  hələ  də  “doktor 
Vəkilovun”  müalicəxanası    deyirlər.  Axı,  yuxarıda  xatırlatdığımız  kimi  Məmmədrza  ağa  bu  poliklinikanın 
yaradıcısı olmuĢdur. Nə az, nə çox həmin poliklinikaya düz qırx üç il rəhbərlik etmiĢdir. Görkəmli tibb xadimi 
1944-cü il dekabrın 30-da Bakıda vəfat etmiĢdir. 
BADĠSƏBA  XANIM  MUSTAFA  AĞA  QIZI  VƏKĠLOVA  –  KÖÇƏRLĠ  (1881-1954).  Vəkilovlar 
nəslinin görkəmli qadın nümayəndələrindən biri də məĢhur maarifçi Badisəba xanım Mustafa ağa qızı Vəkilova 
- Köçərlidir. O, xalqımız qarĢısında əvəzsiz xidmətləri olan ədəbiyyatĢünas Firidun bəy Köçərlinin həyat yoldaĢı 
idi. Xatirələrdən məlum olur ki, Badisəba xanım Firidun bəyin ömür-gün yoldaĢı olmaqla yanaĢı, onlar həm də 
əqidə, məslək birliyi ilə yaĢamıĢlar. Hələ Qori Ģəhərində yaĢayanda Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı 
tarixi  materialları”  adlı  çox  dəyərli  əsərini  yazarkən  əlavə  və  düzəliĢlərdən  sonra  əsərin  üzünü  yenidən 
köçürmək lazım olurdu. Badisəba xanım Firidun bəyin bu qiymətli əsərinin üzünü böyük həvəs və məhəbbətlə 
bir  neçə  dəfə  yazmıĢdı.  Firidun  bəy  Köçərlinin  ölümündən  sonra  Badisəba  xanım  ədəbi-pedaqoji  fəaliyyətini 
dayandırmayıb.  Onun  təĢəbbüsü  ilə  1925-1926-cı  illərdə  Firidun  bəyin  “Azərbaycan  ədəbiyyatı  tarixi 
materialları”  əsəri  ilk  dəfə  Bakıda  iĢıq  üzü  görüb.  Badisəba  xanım  səmərəli  fəaliyyətini  ilk  dəfə  xalqımıza 
mərhum yazıçı Hacağa CümĢüdlü “Badisəba” sənədli povestində (AzərnəĢr, 1963-cü il) çatdırmıĢdır. 
Badisəba xanım Vəkilova - Köçərlinin Respublika Əlyazmalar Ġnstitutunun arxivində (Arx.24, Q-l) 1948-
ci il aprelin 20-də öz dəsti - xəttilə yazdığı “Tərcümeyi-hal”ı saxlanılır. Onu olduğu kimi ilk dəfə təqdim edirik: 
“Mən Badisəba Mustafa ağa qızı Köçərli 1881-ci il martın ikisində Qazax rayonunun Salahlı kəndində anadan 
olmuşam. 
Hələ  beş  yaşım  tamam  olmamış  atam  vəfat  edib.  Anam  Fatma  xanım  Paşa  ağa  qızı  səkkiz  uşaqla  dul 
qalıb. On altı yaşında ikən 1897-ci ildə böyük qardaşım Məmməd ağanın məktəb yoldaşı Firidun bəy Köçərliyə 
məni  ərə  veriblər.  Sonralar  Firidun  bəy  Köçərli  Qori  Seminariyasının  müəllimi  olmuşdur.  1920-ci  ilə  qədər 
evdar  qadın  olmuşam.  Yoldaşım  öləndən  -  sonra  1921-ci  ildə  Maarif  Komissarlığının  əmrilə  Bakı  Pedaqoji 
Texnikumunda  tərbiyəçi  olmuşam.  Yoldaşım  müəllim  olduğuna  görə  məni  evdə  oxutmuşdu.  1922-ci  ildə  Bakı 
Pedaqoji  İnstitutunun  Ümumi  şöbəsində  təhsilimi  davam  etdirmişəm.  1925-ci  il  mayın  1-də  Maarif 
Komissarlığının əmrilə Zaqatala Pedaqoji Texnikumunu təşkil etmək üçün məni oraya direktor göndərdilər. 
1929-cu  ilin  sentyabr  ayına  qədər  Zaqatalada  işlədim.  Həmin  ilin  oktyabr  ayının  beşində  Maarif 
Komissarlığının  əmrilə  Quba  Pedaqoji  Texnikumunda  təsərrüfat  işləri  pozğun  olduğuna  görə  məni  o  rayona 
müdir müavini göndərdilər. Az müddət işlədikdən sonra xəstələndim. Bakıya qayıdıb beş ay müalicə olundum. 
1930-cu ilin oktyabr ayında Respublika Maarif Komissarlığının əmrilə Nuxa iki nömrəli uşaq evini təşkil 
etməyə  göndərildim.  O  vaxtdan  bu  günə  qədər  burada  direktor  vəzifəsində  işləyirəm.  Zəhmətimi  hökumət 
qiymətləndirib:  1945-ci  ildə  Azərbaycan  Respublikasının  Əməkdar  müəllimi  adı  ilə,  1946-cı  ilin  mart  ayında 
“Şərəf nişanı” ordeni və həmin ildə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşam. 

25 
 
Qohumlarından bir qardaşım və bir bacım var. Qardaşım Kirovabadda (indiki Gəncə - red.) işləyir və 
pensiya alır. Bacım isə evdar qadındır. Xarici ölkədə qohumlarım yoxdur. 
Nuxa iki nömrəli uşaq evinin direktoru Badisəba xanım Köçərli. 
 
ġƏHADƏTNAMƏ 
 
Verilir qız xeylağı Mədinə xanım Mehdi ağa qızı Vəkilovaya ondan ötrü ki, o, təqdim etdiyi sənədlərdən 
göründüyü  kimi,  Rusiya  Ġmperiyasının  təbəəsi,  Yelizavetpol  quberniyası  Salahlı  kəndinin  əhli,  zadəgan  qızı, 
1886-cı il iyulun 9-da doğulmuĢ, Məhəmməd dininə etiqadlıdır. 
Müqəddəs Nina Tiflis Qızlar məktəbində fənlər kursunu bitirmiĢ və ona 1904-cü il iyunun 2-də verilmiĢ 
162  nömrəli  attestatdan  məlum  olur  ki,  əla tərbiyə ilə  birlikdə  Ġlahiyyat  dərsindən  əla,  kilsə-slavyan  və  ədəbi 
dildə  rus  dilindən  yaxĢı  və  rus  dilində  inĢadan  kafi,  riyaziyyatdan  kafi,  ümumi  və  rus  coğrafiyasından  yaxĢı, 
ümumi və rus tarixindən yaxĢı, təbiət tarixindən kafi, fizikadan, riyazi və fiziki coğrafiyadan kafi, hüsnxətdən 
yaxĢı və əl iĢindən əla qiymətlər almıĢ; gimnaziya kursunun qeyri-icbari fənlərindən pedaqogikaya, fransız və 
tatar dillərinə və rəsmə əla yiyələnmiĢ; sonra o, Mədinə xanım Vəkilova elə həmin qızlar məktəbinin VIII əlavə 
sinfinə daxil olmuĢ, eləcə də Ġlahiyyət dərsinin, ana dilinin və hesabın ibtidai tədris üsulları ilə tanıĢ olmuĢ və 
dərs ili ərzində ona verilən bütün nəzəri və praktik iĢləri kifayət qədər yerinə yetirmiĢdir. Onun, Mədinə xanım 
Vəkilovanın ev müəllimi olmaq arzusunu nəzərə alaraq və onun təqdim etdiyi təsdiqedici Ģəhadətnamələri tam 
qənaət bəxĢ hesab edərək ona, Mədinə xanım Vəkilovaya 1870-ci il mayın 24-də (iyunun 5-də) Ali tərzdə təsdiq 
edilmiĢ Xalq Maarifi Nazirliyinin qızlar gimnaziyaları haqqında fərmanın 4-cü paraqrafına müvafiq olaraq rus 
dilini tədris etmək hüququ və göstərilən ada müqabil səmərə və üstünlüklər olmaqla ev müəllimi adını daĢımaq 
hüququ verilmiĢdir. Bunun təsdiqi olaraq ona, Mədinə xanım Vəkilovaya lazımi imza və Qafqaz Təhsil Dairəsi 
Popeçiteli Dəftərxanasının möhürü olan bu Ģəhadətnamə verilir. 
Tiflis şəhəri, 
1905-ci ilin 4 iyun günü. 
Qafqaz Təhsil Dairəsinin 
Popeçiteli 
Dəftərxana müdiri 
 
ġƏHADƏTNAMƏ 
 
Verilir Qazax qəza idarəsindən Salahlı kənd sakini Məmməd Ağa Pənah Ağa oğlu Vəkilova ondan ötrü 
ki,  o,  Qazax  qəzasının  Salahlı  kəndinin  yerli  ağalarındandır.  Adı  ağaların  1860-cı  ildə  tutulmuĢ  kameral 
siyahısında  öz  atası  Pənah  Ağanın  ailəsində  83-cü  nömrə  altında  qeyd  olunmuĢdur.  Cənab  Yelizavetpol 
qubernatorunun 5 sentyabr 1870-ci il tarixli 50/9 saylı sərəncamı ilə Qazax qəza idarəsinə göndərilmiĢ Ağalar 
Komissiyasının  ağalar  və  bəylər  siyahısında  isə  onun  ağalar  və  bəylər  rütbəsi  qəbul  olunmamıĢdır.  Həmin 
rütbəyə  təqdim  edilənlərin  siyahısında  Məmməd  Ağa  Pənah  Ağa  oğlu  göstərilməmiĢdir.  Dövlət  möhürü 
basılmıĢ imza ilə təsdiq edilir. Yanvarın 28-ci günü 1871 il. Dağkəsəmən kəndi. 
QAZAX QƏZA RƏİSİ 
Mayor 
 
UZUN ÖMRÜN SƏHĠFƏLƏRĠ 
 
Məni  çox  kefsiz  və  bir  az  da  könülsüz  qarĢıladı.  Əvvəlcə  baĢa  düĢə  bilmədim,  bu  etinasızlıq  mənim 
gəliĢimə  görədir,  yoxsa  qoca  xəstəhaldır.  Elə-belə,  nəzakət  xatirinə  “keçin,  əyləĢin”  -  dedi.  Bu  tənha  yaĢayan 
qocanın tərtəmiz geyimindən, ev Ģəraitindən hiss etmək olurdu ki, çox səliqəli adamdır. 
Qoca  əvvəl  eynəyini  çıxartdı,  sonra  da  dizinin  üstündəki  kitabı  qatlayıb  kənara  qoydu.  Ġri  Ģkafin  enli 
siyirtməsini çəkib dərindən nəfəs ala-ala, qara məxməri parçaya bükülmüĢ bağlamanı açdı. Balaca bir Ģəkil tapıb 
iĢığa tərəf tutdu. Ġri ala gözlərini geniĢ açıb “budur - atam, - dedi, buyur, bax!” “Atam” - deyəndə səsi qırıldı. Bu 
qocanın bütün varlığını qəribə, təsvirolunmaz bir kövrəklik titrətdi. Udqunub üzünü yana döndərdi. 
Mən Ģəkli alıb baxdım. Bu, cavan, çox yaraĢıqlı bir zabitin ötən əsrdə çəkilmiĢ Ģəkli idi. 
-  Faris  baba,  -  dedim,  -  bəs  sənədləri?  Təkcə  bu  Ģəkillə  nə  eləmək  olar?  Mümkünsə  sənədləri  də  tapın, 
birgə baxaq, elə buradaca... Heç yerə aparmayacağam. 
O, könülsüz geri döndü, ağır addımlarla yenidən Ģkafa yaxlaĢdı. Xeyli əlləĢdi. Bayaq oxuduğu kitabı o 
küncdən bu küncə qoyur, dəftəri açıb baxır, arasından heç nə tapa bilməyib əsəbiləĢirdi... 
Səbrim tükənmiĢdi, onun əhvalı mənə də təsir etmiĢdi. Nəhayət, Ģkafın tək gözündən götürdüyü qalın bir 
qovluğu mənə verib titrək, kövrək səslə soruĢdu: 

26 
 
- Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri? 
-  Faris  baba,  atanız  xalqımızın  hərbi-topoqrafiya  tarixində  yeganə  general  olub.  Ġstəyirəm  qəzetdə, 
jurnalda  onun  barəsində  bir  yazı  ilə  çıxıĢ  edim,  qoy  bugünkü  gənclik  xalqımızın  belə  bir  Ģöhrətli  generalı 
olduğunu bilsin. 
- Mənim atam çoxdan unudulub, - deyə incik halda əlini yellədi. Ani fasilədən sonra əlavə etdi: - Bəlkə, 
elə  belə  yaxĢıdı.  Müsavat  generalı  kimin  nəyinə  lazımdır?..  -  Ġndi  baĢa  düĢdüm  ki,  qoca  məni  nəyə  görə 
könülsüz qarĢıladı. 
- Bir vaxt özüm çox çalıĢdım  ki, üzə çıxsın, generallar arasında onun da adı çəkilsin. O da Azərbaycan 
üçün, xalqı üçün can qoyub, cəbhələrdə vuruĢub, gecəsi-gündüzü topoqrafiya çəkiliĢlərində keçib. 
-  Hələ  1883-cü  ildə  rus-Ġran  komissiyasının  tərkibində  Xəzər  dənizindən  Əfqanıstana  qədər  olan 
sərhədlərin  dəqiqləĢdirilməsində  iĢtirak  edib.  Belə  bir  ciddi  iĢi  vaxtından  əvvəl  yerinə  yetirən  atamın  xidməti 
Ġran  hökumətinin  ən  yüksək  “ġire-XorĢid”  ordeninə  layiq  görülüb.  O,  Krımın,  Dağıstanın  və  bütün  Qafqazın 
topoqrafik  xəritəsini  tərtib  edib.  1892-ci  ildə  Türkiyəyə  ezam  olunan  atam  Qars  vilayətinin  rus-türk 
sərhədlərində  topoqrafiya  iĢlərinə  rəhbərlik  edib.  Cənubi  Azərbaycanın  Təbriz,  Xoy,  Urmiya  və  baĢqa 
Ģəhərlərinin də topoqrafik çəkiliĢinə atam rəhbərlik edib. Hər gələn bir sənədini, Ģəklini istədi, elə o gedən oldu. 
-  Kövrək-kövrək,  -  mən  də  ki,  belə,  gördüyün  kimi,  qocaldım,  əldən  düĢdüm.  Sənəd,  Ģəkil  aparanların  da 
ünvanını, telefonunu itirdim. O, insafsızlar da nə atam haqqında yazdılar, nə də Ģəklini qaytardılar. 
- Mən burda baxacam, heç nəyi heç yerə aparan deyiləm. Qeydlərimi də burada eləyəcəm... 
-  YaxĢı,  onda  aç  qovluğu,  söhbət  eləyək.  Əvvəla,  de  görüm  atamın  sorağını  sənə  kim  verib?  -  zəndlə 
üzümə baxıb soruĢdu. 
- Bir marĢalın “Mənim xatirələrim” adlı yeni kitabı çıxıb. Orda atanız, polkovnik Ġbrahim ağa Vəkilovun 
Sərdarabad, BaĢ Abaran əməliyyatındakı fəaliyyətindən geniĢ məlumat verilir. Qərargah rəisi polkovnik Ġbrahim 
ağa Vəkilovun hərbi döyüĢlərdə məharətini marĢal bütün ordu heyətinə nümunə göstərir, - dedim. 
Üz-gözündən gördüm ki, bu fakt onu hədsiz dərəcədə sevindirdi. Məndən qabaq əl uzadıb qovluğu özü 
açdı. 
...1978-ci ilin yazında Faris bəy Ġbrahim ağa oğlu Vəkilovla tanıĢlığım belə oldu. Həmin il atası haqqında 
“Azərbaycan” jurnalında çıxıĢ etdikdən sonra yenidən onun görüĢünə getdim. 
Faris baba jurnalı aldı, yazını o üz-bu üzə vərəqlədi. Divanda yanaĢı əyləĢdik. 
- Oxu, - dedi, - görüm nə yazmısan? 
Yarıya çatmamıĢ sərlövhəsini bir də soruĢdu. 
- “Qəribə tale”, - dedim və dönüb ona baxdım. Onun ağıllı, iri gözlərində yaĢ damcıları görüb dayandım. 
-  Daha  oxuma,  özüm  oxuyacam,  -  deyib  buz  kimi  əlilə  biləyimdən  yapıĢdı,  -  atamı  yad  etdiyiniz  üçün 
hamınıza minnətdaram... 
Faris bəy nə az, nə çox, ömrünün on səkkiz ilini doğma Azərbaycandan uzaqda, əzab-əziyyətlə sürgündə 
keçirmiĢdi.  Neçə  inqilabın,  neçə  müharibənin  sınaqlarından  sayıq  çıxmıĢdı.  Çünki  amalı  düz,  əqidəsi  pak 
olmuĢdu.  Harda,  hansı  Ģəraitdə  olmasına  baxmayaraq,  qəlbində  bir  çırağın  iĢığı  yanmıĢdı.  O  çırağın  da  adı 
Azərbaycan idi. Lakin bir acı ilin sərt küləyi onun üzünü elə qarsımıĢdı ki, qapısını elə bərk çırpmıĢdı ki, o, hələ 
də özünə gələ bilmirdi. 
Birinci  Dünya  müharibəsi baĢlananda Texnologiya  Ġnstitutunun  beĢinci  kurs  tələbəsi  Faris  bəy Vəkilov 
Petroqradın  Putilov  zavodundakı  top  emalatxanasının  müdafiəsinə  səfərbər  olunur.  Gənc  mühəndisin  bu 
zavoddakı  yaxĢı  fəaliyyəti  onu  pillə-pillə  ucaldır.  1916-cı  ildə  yaxĢı  xasiyyətnamə  ilə  Petroqraddakı  məĢhur 
“Feniks”  zavodunda  baĢ  mühəndis  təyin  olunur.  Bir  il  sonra  oktyabr  tufanları  zamanı  bu  səhmdar  idarə  öz 
fəaliyyətini  dayandırır.  Faris  bəy  Tiflisə  -  ailəsinin  yanına  qayıdır.  O,  bolĢevik  Əliheydər  Qarayevlə  birgə 
ictimai-siyasi iĢlə məĢğul olur. Onlar Peterburqda fəaliyyət göstərən “Azərbaycan Həmyerliləri cəmiyyəti”ndə 
tanıĢ olmuĢdular. 
1918-1920-ci  illərdə  Faris  bəy  Azərbaycan  Respublikasının  Gürcüstan  hökuməti  yanında  səlahiyyətli 
nümayəndəsi kimi mühüm vəzifədə çalıĢır. 
Azərbaycanda  aprel  iĢğalından  sonra  təqib  olunan  ziyalılardan  biri  kimi  Fransaya  mühacirətə  gedir. 
Parisdəki “Reno” zavodunda konstruktor iĢləyir. BeĢ il Paris Ģəhərində iĢləyən Faris bəy Vəkilov mühacirətdə 
olan  həmyerlimiz  general-mayor  Məmmədsadıq  bəy  Ağabəyzadə  ilə  görüĢür,  texniki  biliyini  artırır.  Lakin 
Vətən həsrəti, ata məhəbbəti onu Azərbaycana qayıtmağa məcbur edir. 
“Parisdə müvəqqəti qaldığıma əmin idim, tez-tez Azərbaycanda qalmıĢ atamla əlaqə saxlayırdım. 1925-ci 
ildə  atam  yazırdı  ki,  məni  Peterburqdan  Ģəxsən  tanıyan  Azərbaycan  Kommunist  Partiyasının  Mərkəzi 
Komitəsinin  birinci  katibi  Əliheydər  Qarayev  təklif  edir  ki,  Vətənə  qayıdım  və  hadisələr  zamanı  dağılmıĢ 
təsərrüfatların bərpa edilməsində iĢtirak edim. Mən bu təklifdən çox məmnum oldum. 
Sovet  konsulluğundan  lazım  olan  sənədləri  aldım  və  1926-cı  ilin  fevral  ayında  öz  həyat  yoldaĢım  ilə 
birlikdə  Bakıya  qayıtdım.  Əliheydər  Qarayev  məni  səmimi  qarĢıladı.  Mənzil  almağa  kömək  etdi  və  leytenant 
ġmidt adına zavoda iĢə göndərdi”. 

27 
 
...AxĢam  qonĢusu  mənə  zəng  eləyib  dedi  ki,  Faris  baba  sabah  sizi  görmək  istəyir.  Mümkünsə  ona  baĢ 
çəkin.  
iĢdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu, hətta deyərdim, qohum kimi görüĢdük. 
- Ġndi mənim sənə iĢim düĢüb, - dedi. - Xəbərin varmı, atamın dayısı oğlu Ġbrahim ağa Usubov da general 
olub. Ondan da yazmaq lazımdır. 
Həmin  günü  mənə  çoxlu  Ģəkil,  sənəd  göstərdi.  Səxavət  əli  açılan  Faris  babanın  mənə  hədiyyə  verdiyi 
Ģəklin  biri  1901-ci  ildə  Qarsda  çəkilib.  Burda  atası  Ġbrahim  ağa  Vəkilov  topoqrafiya  çəkiliĢi  zamanı  təsvir 
olunub. Hər iki Ģəklin orijinalı indi də məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il martın 2-də 
böyük  rus  yazıçısı  Lev  Tolstoya  öz  övladlarının  islam  dinini  qəbul  etmələrinin  mümkünlüyü  barədə  yazdığı 
məktubdan söhbət açdı.  
Faris baba bu məktubun fotosurətini və öz əlilə rus dilində yazdığı xatirələrini avtoqrafla mənə verdi. 
- Oğul, - dedi, - mənim ömrüm qurtarır, səninki isə baĢlayır, qoy bunlar səndə qalsın. Amma mən tənha 
qocaya tez-tez baĢ çək, sənə lazım olan çoxlu materiallar verərəm... 
 
Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin