Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər



Yüklə 1,09 Mb.
səhifə11/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

FiruzkuhKalpuş yolu ilə Xorasana doğru hərəkətə başlayan Abbas Mirzə yolda Heratın mühasirəsi üçün Məşhədi tərk edən Məhəmməd Mirzəyə uzun bir məktub yazdı. Bu məktubda yuxarıda şərh edilən Şahla görüşünü anlatdı və Məhəmməd Mirzəyə müjdə verdi ki, artıq sən özünü tac-taxtın varisi kimi saya bilərsən. Bütün yaxınları və dostları ilə ilgili, özəlliklə Laçın Xanla bağlı olaraq oğluna sifarişlər etdi. Məktubda xəstəliyinin ağır bir aşamaya gəldiyini də gizlətməməkdədir, özəlliklə ayaqlarının ağrısından və qızdırmadan gileylənməkdədir. Məktubun bir bölümündə yazır: “Heç bir zaman rahatlıq üzü görmədim. Həddindən artıq zəhmət və əziyət çəkdim. Yalnız heç bir zaman həyatımdan gileylənmədim, daima qarşıma çıxan olaylar qarşısında Tanrıya şükr etdim. Sizin və nəslinizin rahat səltənət etmənizi arzu edirəm.”67 Səfər sürəsincə savaş fikrindən də vaz keçmirdi. Herat Abbas Mirzəyə görə, Xorasanın bir şəhəri idi. Məşhəd və Nişabur kimi. Əhməd Xan Dəvərani soyuna mənsub olan şahzadə Herata hökm edə bilər, ancaq bunun bir şərti var. Öncə Qacar imperatorluğunun hakimiyəti altına girməlidir. Bunu da yalnız silah gücü ilə etmək lazım idi.

O zaman Herat, Mərkəzi Asiyanın ən çox nüfuslu, ən mürəffəh və bolluq olan şəhərlərindən biri idi. Burada ticarət, bəzriganlıq işləri yaxşı gedir və müxtəlif peşələr gəlişmiş durumda idi. Çingiz Xanın nəvəsi Tuli Xan bu şəhəri fəth etmişdi. Sonra da təqribən 100 ildən sonra Əmir Teymurun idarəsinə tabe olmuşdu. Sonra isə bir neçə Teymur soyundan olan şahzadələr bu şəhər üstündə bir-birinə girdilər. Ancaq bir Teymuri sülaləsi Heratı kültur, mədəniyət və ticarət mərkəzinə dönüşdürməyi başardı. XV əsr Heratın altun tarixi olaraq bilinməkdədir. Sonraki savaşlar belə əsrlər boyu bu mərkəzdə birikən mədəniyəti çökdürə bilmədi.

XIX əsrin əvvəllərində artıq Herat, Şah Hüseyn Bayqaranın sənət və metafizikdən danışdığı, rəssam Behzad*ın sənət əsərlərinin boy göstərdiyi mərkəz deyildi. Lakin yenə də ticarət və bəzirganlıq açısından öz önəmini qorumaqda idi. Heratın anbarlarının əhəmiyəti ona “bəndər**” ləqəbini qazandırmışdı. Şəhərin darvazlarına yaxın bazarında Ön Asiyanın və Mərkəzi Asiyanın müxtlif dillərində danışan tacirlərlə rastlanmaq mümkün idi. Tacik, yəhudi, özbək, türkmən, hindi və... şəhərin bazarında öz işləri ilə məşğul idilər. Lakin ümdə ticarət hindlilərin əlində idi. Bu üzdən də Hindustandan gələn əşya və mallar Heratın bazarında daha çox gözə çarpmaqda idi.

Şahzadə Xosrov Mirzə və Şahzadə Əhməd Mirzə atalarının istəyi üzərinə Heratın qalası qarşısında Məhəmməd Mirzəyə qatılmışdılar. Şahzadələr fərari ruslardan oluşan alayın komutanı Səmsam Xanın yardımı ilə qalanın mühasirə hazırlıqlarını bitirmək üzrə idilər. Lakin onların bu hərəkətləri müxtəlif qəbilələrin və fars dilində danişan türkmən tayfalarından olan Hezarələrin dəstəyini arxasına alan Abdali şahzadəsi Kamran Mirzəni heç də dəhşətə soxmurdu. Çünkü bu qəbilələrin daima mühasirə edənləri bezdirib təngə gətirəcəyindən əmin idi. Bu üzdən də dirəniş hazırlıqlarına başlamış və ağır topları ilə bir yerdə bəkləmə mövqeyində idi. Çox az şəxsi təşəbbüslə davranıb və daha çox məşvərətlə hərəkət edən Məhəmməd Mirzə anlamışdı ki, Heratın mühasirəsi Qoçanda, Əmirabadda, Sərəxsdə olduğu kimi asan olmayacaq. Digər tərəfdən, öncəki mühasirələrə Abbas Mirzə ən güclü birimləri ilə komutanlıq etmişdi.

Abbas Mirzə yenicə Məşhədə çatmışdı ki, Məhəmməd Mirzədən bir mesaj aldı. Məhəmməd Mirzə atasından həmən Heratın mühasirəsinə qatılmağı rica etmişdi. Abbas Mirzə əməliyata rəhbərlik etmə niyyətindən vaz keçməmişdi. Bu üzdən də sürətlə Herata doğru hərəkətə başladı. Tam bu sırada müxtəlif yerlərdə görəv başında olan alaylar və mühasirəyə özgü ağır toplar Herat savaşına qatılmaq üçün hərəkətə keçmiş və Məşhədə çatmışdılar. Lakin Abbas Mirzənin durumu çox gərgin idi. Qızdırması və ağrıları çox şiddətlənmişdi. Bu səbəbdən də Herata gedişini ertələdi. Hazır bulunan alayın komutanlığını Qaimməqama verdi və özü istirahətə çəkildı. Abbas Mirzənin hərbi birimin komutanlığını hərbçi olmayan Qaimməqama tapşırması heyrət doğurmuşdu. Baxmayaraq ki, Qaimməqamdan xoşlanmadığı da bəlli idi və onu özəlliklə savaş meydanlarında güvənilir birisi kimi görmürdü.

Ordu Məşhədin bir neçə saatlığında yerləşmişdi. Müxtəlif birimlər hərəkət etmək üçün əmr bəkləyirdilər. Dəhşətli ağrılar nəticəsində hərəkətsiz qalan Şahzadə hər saat ordunun durumu ilə bağlı bilgilər alırdı. O, hiss etdi ki, hiyləgər vəziri ordunun Herata tərəf hərəkətini yubatmaqdadır. Abbas Mirzə, öz zəifliyinə qalib gəlməyə çalışıb ordunun toplandığı yerə tərəf hərəkət etdi. Ancaq atın üstündə otura bilmədiyi üçün təxt-i rəvan üstündə daşındı. Ölüm ayağında olan bu sərkərdənin qəzəbi ordunun üst düzey yetkililərini çox etkilədi. Üst düzey yetkililəri çağırıb onlara xəbərdarlıq etdi ki, bu savaşın komutanlığını şəxsən özü yürüdəcəkdir. Sağlamlığını itirmiş bir durumda ordunun paradını izlədi. Bu hadisələr baş verdiyi zaman Qaimməqam qərargahda deyildi. Xəbərdar olduğunda tələm-tələsik özünü qərargaha çatdırdı. Onun və gücü tükənməkdə olan Şahzadənin arasında nələrin danışıldığı bəlli deyil. Lakin vəzir bir neçə həftə boyunca ertələdiyi Herata doğru hərəkəti həmən başlatmaq zorunda qaldı. Ancaq artıq Şahzadə heç bir ciddi hərəkət edə biləcək durumda deyildi. Bütün fiziki gücünü itirmək üzrə idi.

Abbas Mirzənin ərginlik yaşına ərmiş oğulları ataları ilə ata-oğul münasibətləri dışında həm də ortaq xatirələri paylaşmaqda idilər. Bir neçə savaşlarda yan-yana savaşmışdılar. İndi isə onlardan bəziləri Azərbaycanda qalmış, qalanları da Heratın mühasirəsi əməliyatında idilər. Sanki tale, onun bütün yaxınlarını ölüm ayağında ondan uzaqda saxlamaq istəmişdi. Laçın Xan isə sağlıq durumundan dolayı əski dostu Abbas Mirzənin yanında bulunmamaqda idi. Laçın Xan, Abbas Mirzənin ölümündən sonra qısa sürəli yalnızlıq həyatı yaşayıb, bu yalnızlığa dözə bilməyib öldü. Xorasan savaşlarında Abbas Mirzəyə yaxınlığı ilə tanınan Səmsam Xan Məhəmməd Mirzənin yanında idi. Doktor Karmək Tehranda və Məşhəddə tapılmayan dərmanları gətirmək üçün Təbrizə göndərilmişdi. Artıq Doktor Karməklə Şahzadə arasında heç bir zaman təkrar görüşmək imkanı olmayacaqdı. Çünkü Doktor Karmək Təbrizə səfəri zamanı ağır qızdırma üzündən ölmüşdü. Təsadüf üzündən Abbas Mirzənin digər iki Azərbaycanlı özəl həkimi olan Mirzə Baba həkimbaşı və Hacı Baba, Şahzadənin yanında deyildilər. Təbrizli olan bu iki həkim öncədən aldıqları məzuniyət səbəbi ilə Şahzadənin yanında bulunmamaqdaydılar. Bu iki həkim Məşhədin quru, cansıxıcı və bezdirici iqlimindən və zahidanə həyatından xoşlanmırdılar.

Şahzadə qərargahdan döndükdən sonra sağlığı o qədər pozulmuşdu ki, ətrafındakilar Abbas Mirzənin sağlıq durumu ilə bağlı Şaha və Məhəmməd Mirzəyə xəbər çatdırmaq istədilər. Padşah hər şeydən xəbərdar idi. Çünkü doktor Karmək Şaha demişdi ki, Şahzadənin ayaqları şişməyə başladığında, ölümü yaxınlaşmış deməkdir. Artıq ayaqlarındaki şiş, qarnına qədər uzanmışdı. Arsniklə qarışmış donuz yağını bədəninə sürtdülər. Şahzadənin halında qısa sürəliyinə bir yaxşılaşma görünməyə başladı. Bir neçə gün ard-arda yatdığı odanı tərk edib Herata hərəkətin hazırlığı üçün qərar verdi.

O zaman Cahangir Mirzə Məşhəddə olmasa da atasının həyatının son günlərinə aid bütün xatirələri böyük bir özən və diqqətlə toplamışdır. Abbas Mirzənin ömrünün sonlarındaki həyat tərzini Şahzadənin yanında olan insanlardan soraraq qələmə almışdır. 1833-cü ilin yayında Abbas Mirzə bir odanın bucağında xəstəlik yatağında idi. Bu otaqın geniş imkanları yox idi. Şahzadənin həyatının sonlarından əldə edilən verilər göstərir ki, ona yaxşı xidmət edilməməkdə imiş.

Bir gün Məşhədin yaxın küçələrində dolaşıb geri dönmüşdü. Çox yorğun idi və canı bərk ağrıyırdı. Yatağına uzanıb yatdı. Bütün verilər göstərir ki, bu zaman evdə ona xidmət edəcək kimsə yox imiş. Yalnız yanında olan 12 yaşında kiçik qızı varmış. Atasına xidmət etməkdən zövq alan bu kiçik şahzadə xanım atasının yanından ayrılmırmış.

Qısa bir sürədən sonra Abbas Mirzə ürək bulantısı üzündən yuxudan oyandı. Yardım istədi və qan qusmağa başladı. Özünü toparladığı zaman hiss etdi ki, vücudunda böyük bir dəyişiklik yaranmış. Ölüm titrətməsi bütün vücudunu titrədirdi. Öncələr ölümlə qarşılaşmaqdan qorxmadığını sanırdı. İndi isə ölüm qorxusu vücudunu sarmışdı. Yaşamaq istəyirdi. Yüksək səslə baş xidmətçi Hacı Ələsgərin çağrılmasını istədi. Amma nədən bu son nəfəslərində önəmsiz bir xidmətçini çağırmaqda idi? O xidmətçi ki, daima öz mənafeyini ərbabından daha üstün bilmişdi. Əcəba ona bir sifariş mi söyləmək istəyirdi? Ən çox ehtimal edilən budur ki, həyatının sona ərməsini görən Şahzadə, yanında bir tanışın olmasını istəmişdir. Şahzadənin kiçik qızı Hacı Ələsgərin gəlməsi üçün adam göndərdi. Bir az zamandan sonra Hacı Ələsgər gəldi. Ancaq bu müddət içində kiçik şahzadə qız atasını heç tərk etmədi. Abbas Mirzənin ömrünün sonundaki ayrıntıları bu kiçik qızdan öyrənmiş, qələmə almışlar. Dışarıdan İmam Rza məqbərəsinə gələn sürü-sürü tənbəl, cahil və ölülərdən imdad diləyən kölələrin bağıraraq ağlaşmaları, İmam Rzaya ehtiyaclarını bərtərəf etməsi üçün qaba və zırıltılı yalvarış səsləri gəlirdi! Kiçik Şahzadə xanım atasının yanında keçənin üstündə dizi üstə oturmuş və qorxusundan hərəkət edə bilmirdi. Lakin qorxmasına rəğmən gözlərini atasından ayırmır, atasının həyatdaki son hərəkətlərini, son sözlərini diqqətlə izləyirdi. Abbas Mirzə, illərin yorğun Azərbaycan savaşçısı olan Abbas Mirzə təslim olmaq üzrə idi. Artıq heç bir yardım onu həyata gətirə bilməzdi. Kiçik qız atasının “Azərbaycan, Azərbaycan” deyə sayaqladığını eşidirdi. Abbas Mirzə son olaraq özünü toparlayıb üzünü Azərbaycana tərəf çevirməyə çalışdı. Kiçik qız atasının dodaqları arasında səslənən bu pıçıltını eşitdi:“A...z..ə..r..b..a..y..c..a..n..., Azərbaycan...”

Hacı Ələsgər gəldiyində heç bir yardımın faydası olmayacağını gördü. Şahzadə ölmüşdü. Şahzadənin ölüm xəbəri yayılsa idi, Xorasanı kaos və iğtişaş bürüyərdi. Bu üzdən Abbas Mirzəyə sadiq olan neçə nəfərdən ibarət bir güvənlik şurası oluşdu. Şura qərara aldı ki, sürətli çaparlarla Şaha və Heratın qalalarının qarşısında olan Abbas Mirzənin vəliəhdlik varisi Məhəmməd Mirzəyə dərhal xəbər vermək lazımdır. Tehrandan cavab xəbər gələnə qədər Şahzadənin ölümünü gizlin saxlamalı idilər.



Şahzadə bir neçə kərə evladlarına və yaxın dostlarına söyləmişdi ki, öldüyündə onun torpağa dönüşmüş cəsədini çox önəmsəməsinlər, ancaq onun idealını təqib etsinlər. Demişdi ki, hara da ölsə də ruhu daima Azərbaycanda olacaq. Şahzadənin yaxınları və Xorasan hökümətinin yetkili şəxsləri güvənlik nədəni ilə Abbas Mirzənin bu vəsiyətinə əməl edib, onun cənazəsini yuduqdan sonra öldüyü odada bir məzar qazıb orada dəfn etdilər. Şahzadənin dəqiq doğum ili bəlli deyil. Lakin öldüyü zaman Abbas Mirzənin təqribən 46 yaşı var imiş.*


1 Bu mövzu üzərinə Fətəli Şah və ailəsi haqqında anılarını yazan Fətəli Şahın kiçik evladlarından birisi olan şahzadə Əhmədmirzə Ə´zod-üd Dövlənin xatirələrindən yararlanılmışdır. “Tarix-i Ə´Zodi” olaraq bilinən bu əsər 1870-ci ildə Bəmbəi şəhərində yayımlandı. O dönəmlərdə bu kitabın Qacariyə ərazisində yayımlanması yasaq idi. Ancaq bütün yasaqlara baxmayaraq əlyazma şəklində yayımlanmışdı.

* Quzey Azərbaycanda “çünkü” deyil, “çünki” olaraq yazılmaqdadır. Bu da dilimizin ahəng qanununa uyğun deyildir. Bu səbəbdən ən uyğun və doğru olan variant tərcih edilmişdir. (G.G.)

* Səfəvilər dönəmində də başkənd İsfahana intiqal etdikdən sonra Səfəvilər sarayını ən çox gürcü və ermənilər, özəlliklə gürcü və erməni qadınların yaxınları öz təsirləri altına almışdı. (G.G.)

1 Bu ad Qacar dönəmi qaynaqlarda müxtəlif şəkildə yazılmışdır. Qacar qaynaqlarında yazılan türlər: Erkele, Erkli, Erikli, Herakli, Herakliyus.

  • *Con Molkolm (sonralar Sir Con Molkolm olaraq məşhur oldu) demək olar ki, bütün xidmət dönəmini İngiltərənin Hind ordusunda keçirdi. Qacariyədəki məmuriyətindan başqa ona heç bir diplomatik görəv verilməmişdi. O, Hindistandaki işlərindən dolayı İngiltərə krallığı tərəfindən sevilsə də, yalnız israfçılığından və çox bədxərcliyindən dolayı tənqid edildi. (“Ser Con Molkolmun yaşamı və məktubları” Yazar: G. W., London, 1885)

2 Nasex-üt təvarix

3 Eyni qaynaq

4 Bu ad orijinal mətndə Georges olaraq yazılmış, ancaq Rövzət-üs Səfa, Nasex-üt Təvarix və Abbas Mirzənin əlyazmalarında Qorgin olaraq keçməkdədir.

5 Maneveh Lişvili, “Gürcüstanın tarixi”

6 Nasex-üt Təvarix.

7 Qacarlar dönəmində Bəylərbəyi bölgədən sorumlu yetkili şəxs idi.

8 Amedee Jauber, “Persiya səfəri”

9 Gürcü araşdırmacı bayan Tamara Papaova “Erkli ailəsi”

10 Bu ad bütün Qacar qaynaqlarında Üçkilsə olaraq keçməkdədir.

11 Kont Alfere De Gardan atası General Gardanın məmuriyəti ilə ilgili yazdığı xatirələrində deyir: “1804-cü ildə Peterk Şahla görüşdü. Bu adam General Bonopart haqqında Fətəli Şahda fərqli təsəvvür yaratdı. Bu üzdən də Şah Peterkdən çox təsirləndi.”

12 Yeni tarix, Şahzadə Cahangir Mirzənin xatirələri.

13 Şahzadə Cahangir Mirzə, “Yeni tarix”

14 Tarix-e Əzodi

15 Eyni qaynaq

16 Amedee Jauber “Persiya Səfəri”

17 Jauber “Persiya səfəri”

18 Fenlon adında bir fransız yazarın yazdığı “Telemak” adlı roman eyitici macəralarla iç-içədir. Romanın qəhrəmanı Olis adında bir gəncdir. Olis ağıl tanrıçasının yardımı və yönləndirməsi ilə atasını tapmaq üçün macəralı səfərə başlayır və maraqlı hadisələrlə qarşılaşır.

* Burada belə bir sual ortaya çıxır ki, Abbas Mirzə vaxtından əvvəl ölməsə idi, şah olsaydı tarixin istiqaməti dəyişə bilərdi mi? Bütün Qacariyənin adı “İran” deyil, Azərbaycan ola bilərdi mi? Çünkü tarix daha çox böyük şəxsiyətlərin iradəsinin nəticəsidir. Abbas Mirzə şah olsaydı, Azərbaycanda çox erkən bir zamanda sekular toplum və milli bir dövlət yarana bilərmi idi? Abbas Mirzənin türk dilinə olan sayqısı bütün Qacar uzmanları batılı tarixçilər, səyyahlar tərəfindən etiraf edilməkdədir. Juber də xatirələrində etiraf edir ki, Abbas Mirzə ən möhtərəm və mötəbər qonaqları ilə, özəlliklə də yabancılarla fars dilində deyil, türk dilində danışmağı tərcih edirdi. Türkcəyə olan bu qədər sempatisi nədəni ilə bu gün türk dili fars dilinin yerinə dövlət dili ola bilərmi idi? Bütün Qacar dövləti Ağaməhəmməd Xanın iradəsinin məhsulu olduğu kimi Qacariyənin varisi olacaq Azərbaycan da Abbas Mirzənin iradəsinin nəticəsi ola bilərdi mi? Abbas Mirzənin karakterini, dünyagörüşünü, Azərbaycan sevgisini, Azərbaycanda gerçəkləşdirdiyi reformları öyrəndikcə bu sorular istər istəməz oxucunun ağlında canlanır. Əgər bu sualların cavabı müsbətdirsə o zaman bütün tarixi fürsətlərdə Azərbaycan şanssızlıqla, talesizliklə rastlanmışdır. (G.G.)

19 Tarix-e Əzodi

20 Eyni qaynaq

21 Amedee Jauber, “Persiya səfəri”

* Qacar dönəmi qaynaqlarda bu göl Gölçə olaraq yazılmaqdadır. Bu gün bu göl Azərbaycan leksikomunda Göyçə olaraq tələffüz edilməkdədir. Anlaşılan odur ki, Gölçə səslətimi (tələffüzü) daha doğrudur. “Gölçə”, yəni kiçik göl. Zamanla bu səslətim yerini Göyçə tələffüzünə buraxmışdır. (G.G)

22 Bu şərhlər James Morier və Ker Purtere aiddir.

23 Ker Porter “Travels in Georgia, Persia, etc”, 2-ci cild, s. 587

24 James Morier “İkinci səfər”

25 James Morier, “İkinci səfər”

26 Drouville (Druvil) Gaspard, Voyage en perse pendant les annees 1812 et 1813-02 vol. St. Petersburg, 1819.


27 James Morier “İkinci səfər”

28 Marşal Prens Paskeviç, müəllif: Prens Esçer Batov, Sanpetersburq, 1890

29 Eyni qaynaq

30 Ker Porter. “Travels in Georgia, Persia, etc. London, 1821

31 Ker Kurper, “Persia səfəri”, 2-ci cild

* Vilakın qardaşı İngiltərənin nümayəndəsi olaraq Fətəli Şahın yanında bulunmaqda idi. Sonraki səhifələrdə onun haqqında bilgi veriləcəkdir.

* Xəmsə Əraka yaxın kiçik bir əyalət idi.

** Sərəsgəriyə Osmanlıda sınır şəhərlərin vali paşalarına verilən ləqəbdir.

32 “Əhvalat və dəst xətthaye Abbas Mirzə” (Abbas Mirzənin əhvalatı və əl yazıları). Bu məktublar Tehranın Milli Kitabxanasında saxlanmaqdadır.

33 “Əhvalat və dəst xətthaye Abbas Mirzə Qacar Naib-us Səltəne”

34 Eyni qaynaq

35 Eyni qaynaq

36 Şahzadə 1248 hicri qəməridə (1833) vəfat etmişdir.


37 Vatson, Qacar tarixi, London, 1866, S.208

* Şorgöl Güney Azərbaycanın Muğan mahalının Xoruzlu bölgəsində bir kəndin adıdır. (Bəlkə də burada nəzərədə tutulan başqa bir Şorgöldür) Buradaki Şorgölün eyni yer olduğu sanılmaqdadır. Şorgöl tərcüməçinin dünyaya gəlib boya başa çatdığı Limli kəndinin qonşusu sayılır. Şorgölün çevrələrində bu kəndlər yerləşməkdədir: Şorgöl, Yanbulaq, Balabəyli, Məstalbəyli, Üçbulaq, Hamar kəndi, Nəzərəlibulağı, Tomar, İdəli, Aşağı Dəmirçili, Yuxarı Dəmirçili, Siyabkəndi, Milli kəndi, Qulamhüseyn kəndi, Pencallı, Sümüklü, Xəmməd, Təkbulaq, Tıbılğa, Ocaq qışlaq, İncilli, Çanaq, Qaraxanbeyli, Zeyvə, Poladlı, Bərzənd, Kolan kəndi, Şah təpəsi (Rəvayətə görə Nadir Şah bu kənddə başına tac qoyduğu üçün kəndin adı Şah təpəsi olaraq qalmış. Burada bir təpə vardır ki, Bu təpəni bu düz yerdə torba ilə torpaq daşıyaraq salmışlar. Nadir Şah bu təpənin başına çıxaraq başına tac qoymuşdur), Onbirbəylər, Binə. Bu kəndlərin çoxu Biləsuvara, Germiyə tabedir. Bu arada kiçik bir şəhər olan Germi haqqında da burada bilgi vermənin faydası var. Germi XI əsrdə Böyük Səlcuqlar zamanında Azərbaycanda fəal bir bəylik olmuşdur. Anadolu fəth edildikdən sonra bu ərazilərə axın etmiş ve Germiyan bəyliyi olaraq kiçik bir dövlət qurmuşlar. Osman Bəyin dövləti gücləndikdən sonra Germiyan kimi bir çox bəylik Osmanlı yönətiminə qatılmış və siyasi yaşamlarına son verilmişdir. Bu gün Güney Azərbaycanın Muğan ovalığında mövcud olan Germi şəhəri adını bu türk boyundan almışdır.(G.G)

** Ları adında bir kənd Xiyav (Meşkin) şəhərinin yanında vardır. Bu gün bu kənd bol üzümü ilə məşhurdur. Lakin buradaki Ları Xiyava yaxın olan kənd kimi görünməməkdədir. Çünkü Xiyava yaxın olan Ları Gürcüstan yolunun üstündə deyildir. Digər tərəfdən, o zamanki savaşlar Xiyavın yaxınlarında olmamışdır. Burada adı keçən Ları yəqin ki, Quzey Azərbaycanda yerləşməkdədir.

38 Cahangir Mirzənin “Yeni Tarix” kitabında bu adamın adı Hacı Ağalarbəy olaraq keçər.

39 Hacı Bəylər məsələsinə aid olan bölüm Cahangir Mirzənin “Yeni tarix” əsərindən alınmışdır.

* Bu, Rusiya tarixi ilə verilmişdir. 25-26 sentyabr Qrigori tarixinə dəng gəlir.

40 Qacar ordusunun miqdarını Paskeviç iyirmi min, Cahangir Mirzə isə otuz beş min olaraq qeyd etməkdədir.

41 Cahangir Mirzə “Yeni tarix”

* Bu yer bu gün də Şaməsbi olaraq qalmaqdadır. Ərdəbillə Sərein (Sərein Savalanın ətəklərində yerləşən kiçik bir şəhərdir. Buradan təbii qaynar sular fışqırmaqdadır. Bu təbii sularda yuyunub şəfa bulmaq amacı ilə dünyanın çeşidli yerlərindən buraya turist gəlməkdədir. Bir neçə isti göl müalicəvi önəmə sahiblər. Səreinin ən böyük isti gölü Gamış gölüdür. Bu üzdən də bu şəhər get-gedə böyüməkdədir.) arasında olan bu ərazi Ərdəbil şəhəri böyüdüyü üçün artıq Ərdəbilə yapışmış sayılır. (G.G.)

42 Cahangir Mirzə ,Yeni tarix

* Watson, Abaran savaşını Astrik adı ilə qələmə almaqdadır. Astrik də bu savaş bölgəsinin içində olmuşdur. Watson, Azərbaycan ordusunun qəhrəmanlıqlarından və rus albaylarının ölümündən söhbət edir. (Watson Robert Grant “A History of Persia”, London 1866, S. 232)

43 Əhvalat və dəst xətthaye Abbas Mirzə Naib-üs Səltəne (Abbas Mirzənin tərcümə-i halı və əlyazmaları).

44 Cahangir Mirzə, “Yeni tarix”

45 Watson Robert Grant, “A History of Persia”, London 1866, S. 234

46 Marşal Prens Paskeviç, 2. cild, S. 26

47 “Daneş” dərgisi 3-cü sayı. “Birinci Nikolay səltənətinin tarixi” Çevirən Richard Xan

48 “Marşal Presn Paskeviç” kitabı.

49 Cahangir Mirzə “Yeni tarix”

50 Cahangir Mirzənin “Tarixe no” (yeni tarix).

51 Eyni qaynaq

* Bu ifadə tərcümə edilməmişdir. Əsərin orjinal şəklində də “yarım Abbas” olaraq getməkdədir.

52 Əhvalat və dəst xəthaye Abbas Mirzə

53 Cahangir Mirzə “Tarixe no”

54 Bu məktubun orijinalı Tehranın “Səltənət kitabxanası”nda saxlanılmaqdadır.

*Tiyul, Padşah tərəfindən bəzi insanlara verilən mülk idi. Bu mülkdə o şəxsin mal davarı, atları da yerləşirdi (G.G)

** Laçın Xanın 3-cü oğlu

55 Məktubun farsca mətni “Əhvalat və dəst xəthaye Abbas Mirzə” kitabından alınmışdır.

56 Eyni qaynaq

57 Eyni qaynaq

58 Watson (Robert Qrant) “A History of Persia” London, 1866.

59 Eyni qaynaq.



59


* Send, indi Pakistanda yerləşməkdədir.

* Qarapapaq və Ayrımlı tayfaları bu gün daha çox Qərbi Azərbaycanın bölgələrində, Urmuda, Sulduzda və civarlarında yaşamaqdadırlar. (G.G)

60 Əahvalat və dəst xəthaye Abbas Mirzə

61 Əahvalat və dəst xəthaye Abbas Mirzə

62 Eyni qaynaq.

63 Eyni qaynaq.

64Tarix-e Əzodi

65 Əhvalat və dəst xəthaye Abbas Mirzə

66 Eyni qaynaq

67 Eyni qaynaq

* Behzad Şah İsmayıl Səfəvi zamanında ünlü bir rəssam olmuşdur.

** Bəndər, yani liman (G.G)

* “Tarix-e no” kitabında Abbas Mirzənin öldüyü zaman 48 yaşında olduğu yazılmaqdadır. “Nasex-üt Təvarix” isə Şahzadənin yaşını 47 olaraq verməkdədir.




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin