Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər



Yüklə 1,09 Mb.
səhifə4/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

Savaşların davamına giriş
1809-cu il mart ayının 12-də Sir Harford Conz və Qacariyə arasında bir anlaşma imzalandı. Qacariyə tərəfindən bu anlaşmaya imza atan Sədr-i Əzəm (başvəzir) Motəməd-üd Dövlə və Əmin-üd Dövlə adında başqa bir vəzir idi. Bu anlaşmaya görə İngiltərə Rusiya qarşısında Qacariyəyə maddi yardım etməyi üzərinə götürürdü. Bu maddi yardım yalnız İngiltərə ilə Rusiyanın qarşı durmalarının sürəcəyi zamana qədər davam edəcəkdi. Yəni Rusiya ilə İngiltərə arasında barış aktı imzalandığında bu anlaşma öz-özünə ibtal ediləcəkdi.

İngiltərə dövlətinin nümayəndəsi ilə Con Molkolm arasında böyük bir anlaşmazlıq və rəqabət var idi. Lakin bu iki ingilis məmuru ölkələrinin mənafesi üçün bir arada hərəkət etmək zorundaydılar.

1812-ci ildə İngiltərənin yeni səfiri Sir Qor Ozli Qacariyəyə gəldi. Mart ayının 14-də birinci anlaşmanın davami və təkmilləşdiricisi olan ikinci müqaviləni də Qacar dövləti ilə bağladılar.

Qacariyə və Rusiya arasında savaş davam edirdi. Ancaq 1809-1812 illər arasında önəmli hərbi dəyişiklik olmamışdı. Avropa savaşında məşğul olan Rusiya Qafqazda sadəcə Abbas Mirzənin ordusunun irəliləməsini durduracaq miqdarda güc saxlamışdı.

1812-ci il yayının əvvəlində İngiltərə və Rusiya arasında barış antlaşması imzalandı. Bu zaman İngiltərənin Tehrandaki səfiri Qor Ozli Təbrizə getdi. Belə bir sual ortaya çıxır ki, nədən belə kritik dönəmlərdə səfirlər müzakirələri Tehranda yürütmək yerinə Təbrizə gedirdilər. Şah bir çox xarici siyasətin məsuliyətini Abbas Mirzəyə buraxmışdı. Özəllikə Rusiya məsələsi ilə ilgili danişıqların çoxunu Abbas Mirzə yürütməkdə idi. Bu səbəbdən də Təbriz Tehrandan daha çox xarici qonaqları qəbul etməkdə idi.

On il sürən savaşlar

(davamı)
Ağır xərc aparan savaşlardan Şah bezmişdi. Səbirsizliklə barış antlaşmasının imzalanmasını bəkləyiridi. Ancaq savaş bölgədə qaçınılmaz bir durum halına gəlmişdi. Hələ də rusların adı gələndə yoxsul kəndlilər qorxularından təndirdə, tövlədə və bu kimi yerlərdə gizlənirdilər. Ancaq Sisyanovun xofu ortadan qaldırıldıqdan sonra insanlarda bir az arxayınlıq yaranmışdı. Lakin yenə də hər kəs barışdan yana idi.

Abbas Mirzə anlamışdı ki, barış olarsa, onun çox sevdiyi torpaqlar əldən gedəcəkdir. Tehran da bu torpaqların qarşılığı barışla planı ilə psikolojik olaraq razılaşmış kimi görünürdü. Bu üzdən də Abbas Mirzə bu torpaqları qorumaq üçün yol axtarırdı. Onun intizamsız və savaş teknolojisindən məhrum olan ordusu Rusiyaya qarşı bu torpaqları qoruya biləcək kapasitədə deyildi. Şahzadə bunun fərqində idi. Bu üzdən də dərin bir kədər içini sarmışdı. 1809-1812-ci illər arasında önəmli tarixi savaşlar olmadı. Ancaq hər iki tərəf daima savaşa hazırlıqlı durumdaydı.

Şahzadə, İngiltərənin yardımını etimadla, güvənərək qəbul etmədi. Çünkü İngiltərənin Hindistanı necə işğal etməsi haqda, xüsusən Fransa heyyətindən bilgi almışdı. Öncə Hindistana yardım amacı ilə gəlmiş, sonra tacirlərini oraya sövq etmiş, yavaş-yavaş ölkənin bütün hərbi və iqtisadi mərkəzlərini ələ keçirdikdən sonra da açıq işğala keçmişdir. Bütün bunlara baxmayaraq onun xidmətində çalışan ingilis zabitlərlə etidalla davranır, onlara hörmət edir, bilgilərindən ordusunun yaralanmasını sağlayırdı. Lakin James Morierin (Cemz Moryer) də ifadə etdiyi kimi, Şahzadə hər zaman fransız eyitmənlərin təəssübünü saxlayırmış.

Azərbaycanın başkəndi o zaman başqa şəhərlərə və bölgələrə hakim olan umudsuzluqdan və gərginlikdən bixəbər idi. Təbriz müxtəlif milliyətlərin və insanların ticarət əməllərinə səhnə olmuşdu. Çoxu poloniyali, rus ordusundan qaçan və əsir alınanlar Təbrizə gətirilmiş və onlardan bir alay oluşdurulmuşdu. Abbas Mirzə əsirlər vasitəsi ilə də rus ordusundaki tekniyi öz ordusuna intiqal etdirməkdə idi.

Con Molkolm 1808-ci ildə qələmə aldığı bir məktubda Azərbaycan ordusunda Drouville (Druvill) adında birinin olduğunu da rişxəndlə yazmaqdadır.

Gerçəkdən uzun zaman Şahzadənin müşavirliyini yapan bu Qaspar Druvil kim idi? Bu şəxs Fətəli Şahın belə hörmətini qazanmış və sarayda da xidmətlər etmişdi.

1817-ci ildə Təbrizə səfər edən Ker Porter adında bir ingilis diplomat bu şəhərdə Qaspar Druvilin xatirələrini, not dəftərini tapır. Bu diplomat Druvilin, Şahzadənin ordusunda süvari alayının komandanı olduğunu eşitmişdi. Onun eşitdiyinə görə bu şəxs fransız olmuş, Azərbaycanda dünyaya gəlmişdir. Lakin davam edir ki, bu söylənən doğru olmaya bilər.23

Druvil illər sonra öz xatirələrini yazdığı zaman Çarın xidmətində idi. Rus ordusunda albay(polkovnik) rütbəsinə sahib idi. Druvil yazdığı xatirələrində Abbas Mirzənin karakteri, cəsarəti və bəsirəti haqda geniş bilgi verməkdədir. Şahzadənin özəl həyatı həp dumanlıq içində olmuşdur. Druvil xatirələrində yazır ki, bir çox Qacar şahzadələrinin, hətta Şahın özəl yaşamları ilə bağlı bəzi hadisələrə tanıq olmuşdur, lakin Abbas Mirzənin özəl həyatı haqda heç bir şey bilmədiyini qeyd edir, çünkü heç bir hadisəyə şahid olmamışdır. Bəzi söyləntilərə görə Abbas Mirzənin dörd qadını varmış ki, buna da şəriət izn verməkdədir. Lakin Druvilin yazdığına görə Abbas Mirzənin sevgisini qazanan sadəcə bir qadın olmuşdur. O da Təbriz civarından olan sadə bir bəzirganın qızı imiş. Druvilin bu yazdıqları inanılır kimi görünməkdədir. Çünkü Abbas Mirzə kimi bir karakter saray intriqasından uzaq olan bir qadınla daha rahat ola bilərmiş. Bu bilgilərin dışında Şahzadənin özəl həyatını yansıtacaq heç bir şey yoxdur. Ömrünü yurdunun qorunması üçün savaşlara həsr edən bir savaşçının ancaq bu qədər özəl həyatı ola bilər. Druvil, Abbas Mirzəni bir neçə dəfə Təbrizin küçələrində bir çocuqla bərabər at çaparkən gördüyünü yazır. Druvil Şahzadəyə “Bu yaşda çocuğa bu hərəkətləri öyrətmək tez deyilmi”,- deyə sorar və Şahzadə cavab verər ki, bu çocuğun bir savaşçı olmasını istəyirəm. Bu üzdən də savaş fənnlərini nə qədər tez öyrənsə, bir o qədər yaxşıdır. Druvilə görə bu çocuq böyük ehtimalla Abbas Mirzənin çox sevdiyi qadını bəzirgan qızından olmuşdur. Lakin sonralar Abbas Mirzənin güvənini qazanan, gələcəyinə umud bağladığı Cahangir Mirzə olmuşdur. Cahangir Mirzənin isə ana tərəfindən soyu bəllidir. Cahangir Mirzə ana tərəfindən böyük xanların birinə bağlı idi. Druvil onun özəl xüsusiyətləri haqda bunu da yazmaqdadır ki, güldüyü zaman çox içdən və qəhqəhə ilə gülürdü. Şahzadə, Təbrizin otuz ağaclığında olan Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi.

Daima hərəkətdə olan Abbas Mirzə Arazın iki sahilində də imarətlər tikdirmişdi. Bu imarətlər onun ordusunu yoxladığı zaman dincəldiyi yerlər idi. Onun həyatının bütününə çevrilmiş Azərbaycanın hər yerini zövqlə gəzib dolaşırdı. Özəlliklə Urmunun bərəkətli torpaqlarında dolaşmaqdan ləzzət alırdı. Urmuda kürdlərin basqısından bezən kəndlilər Şahzadəni gördüklərində böyük bir güvənlə ona yaxınlaşmaq və ona olan sevgilərini bildirmək istəyirdilər. Abbas Mirzə də bu zəhmətkeş insanların ona yaxınlaşmalarına izn verirdi. Heç bir hadisə onu Azərbaycan insanları ilə bir yerdə olmaq qədər sevindirmirdi. Bu torpağa elə bağlanmışdı ki, Tehrana getməyi heç ağlına gətirmir və Tehrandaki Şah sarayındaki intriqaları vecinə almırdı. O, Azərbaycana mənsub olmaqdan qürur duyurdu. Lakin Abbas Mirzənin içini gizlin bir dərd sökməkdə idi. O, rus ordusunun daha güclü və silah baxımından daha üstün olduğunu bilirdi. Bir gün ruhu və qəlbi qədər sevdiyi bu torpağı, Arazın o tayını rusların işğal edəcəyindən əndişələnirdi. Bu dərd onu için-için içindən yeyirdi. Bu üzdən də ruslara qarşı qoymaq üçün alternativ yollar arayırdı.

***

1811-ci ilin qışında yeni bir ingilis heyyəti Tehrana gəldi. Sir Qor Ozli yeni bir anlaşma planı gətirmişdi. Bu plan 1809-ci ildəki əksik qalan İngiltərə mənafeini tam təmin etməkdə idi. İngilis səfiri Rusiya ilə Qacariyənin savaşı tərk etmələri yönündə anlaşmalarını istəyirdi. Şah da bu təklifə xoş niyyətlə baxmaqda idi. Lakin önəmli olan Abbas Mirzəni yola gətirmək idi. Bu amacla ingilis səfiri Təbrizə yola düşdü. Səfir Şahzadə haqqında öncədən bilgi əldə etmiş və onun karakteri, zəkası haqda qiyabi olaraq bilgi sahibi olmuşdu. İndi bu şəxslə görüşə gedirdi. Səfir, Abbas Mirzəni barışa razı etmək üçün ağlında bir sürü dəlillər birikdirmişdi.



Səfir Təbrizə çatdığında Rusiyanın genel kurmay başqanı Reşitovun orada olduğu xəbərini aldı. Rusiya ilə İngiltərə öz aralarında sülh haqqında danışıqlar aparırdılar və sonuca varmalarına da az qalmışdı. Bu üzdən də ruslar, İngiltərənin Abbas Mirzəni barış konusunda ikna edəcəklərini düşünürdülər. Sir Qor Ozli öz dövləti tərəfindən tam yetkiyə sahib idi. Bu üzdən bölgədəki durumu daha yaxşı öyrənmək amacı ilə Robert Qordan adında birini Gürcüstana göndərdi. Digər tərəfdən, Abbas Mirzəni razı salacaq bütün yolları denəməkdə idi. Sir Qor Ozli bir ay Azərbaycanda qaldı. Bu müddət içində gah Təbrizdə, gah da Abbas Mirzə ilə bərabər ordu barınaqlarına, qərargahlarına gedirdi. Bu arada James Morier üçüncü şəxs olaraq və bir az da tərcüməçi simasında onların bütün birlikdəliklərinə tanıq olmuşdur. Bu tanıqlığını “İkinci səfər” kitabında xatirələr şəklində qələmə alacaqdı. James Morier bu sırada Şahzadənin qardaşı Məhəmmədəli Mirzənin Tehran mollaları ilə yanaşı onun reformlarına qarşı olduğunu səfirə söyləyir, Tehranda ona qarşı olan fitnələrdən İngiltərə Böyük Elçisini xəbərdar edirdi.24 Abbas Mirzə bu Batılı adamların davranışlarına, öngörülərinə, metodlarına, səliqələrinə və bilgilərinə heyran olurdu. Səfir öz məntiqi ilə bu bir ay içində Şahzadəni çox etkiləmişdi. Böyük elçi Azərbaycanda böyük islahatlar üçün barışın nə qədər önəmli olduğu haqda Abbas Mirzəyə etkiləyici sözlər söyləmiş və Şahzadə bu reform arzusunun gerçəkləşməsi üçün sülhün lazım olduğunu anlamışdı. Lakin 1812-ci ildə ruslar tərəfindən önərilən sülhün mətni ilə tanış olduğunda çox qızmışdı. Bu önəridə Abbas Mirzə Azərbaycanın bir çox bölgələrini ruslara buraxmalı idi.

***


Abbas Mirzə Fətəli Şahın Azərbaycana səfərini duyduğunda atasını Ucanda qarşılamaq üçün gərəkən hazırlıqları gördü. Səfiri də atasını qarşılamaq üçün Ucana çağırdı. Səfir Ucana çatdıqdan bir neçə gün sonra carçılar car çəkdilər ki, Şah gəlməkdədir. Abbas Mirzə, içində səfirin də olduğu bir heyyətlə Şahı qarşılamağa çıxdı. Səfir və heyyəti Abbas Mirzənin bir davranışına heyrət etmişdilər. Abbas Mirzə atdan enərək Şahın istiqbalına varıb diz çökmüş, alnını torpağa yapışdırmış və Şahın atının ayağının izini öpmüşdü. Səfir, Şahın sarayında Şahzadənin bu davranışını yansıtan tablolar görmüşdü, lakin bu tabloları xəyalın ürünü olan sənət əsəri kimi anlamışdı. Yabancılara görə bu şəkildə Şahı sitayiş etmə insanın şəxsiyətini əzir, insanı kiçik düşürürdü.

***


Abbas Mirzə Ucanda daha çox qalmağa vaxtı yox idi. Ucanın səkkiz ağaclığında Mərənd-Naxcıvan yol qovşağında yerləşən ordu qərargahına baş çəkməyə getdi. Bu qərargahda James Morier onu ziyarət üçün zaman istəmişdi. Səfirin Tiflisə göndərdiyi elçisi bilgi birikdirib və geri dönmüşdü. Səfir bu bilgilərin nəticəsini Şahzadəyə çatdırmaq üçün James Morieri görəvləndirmişdi. James xatirələrində yazır ki, səhər erkəndən Təbrizdən çıxmış, gün batan çağı Sufiyanda istirahət etmiş və gəcə bitənə yaxın qərargaha varmışdır. Ətraf kəndlilər bir aslanın onlara zərər verdiyini Abbas Mirzəyə şikayət etmişdi. Abbas Mirzə bu aslanı tapıb ovlamaq üçün ova çıxmışdı. Ovdan dönən Şahzadə həmən James Morieri qəbul etmiş. Abbas Mirzə çadırda bir keçə üstündə oturmuşdu. James daxil oldu və əlindəki diplomat çantasını açdı. Bu çanta içində Şahzadənin gözü Osmanlı-Rusiya anlaşması adında bir sənədi müşahidə etdi. Abbas Mirzə yardımçısı Heydərəliyə dışarıya çıxmasını işarə etdi. Bu sənədləri diqqətlə oxumaq istəyirdi. James həm də Robert Qordanın yazdığı bir məktubu da Şahzadəyə verdi. Bu məktubda qeyd olunurdu ki, o, Qarabağa, Gəncəyə, Şuşaya getməyi də başarmış və rusların bu bölgədəki durumları haqda bilgi əldə edə bilmişdir. Bu arada Şahzadə bağırmış ki, “Rusları mən tanıyıram, elə davranarlar ki, olduqlarından daha güclü görünsünlər, insanları şaşırdıb özlərini güclü göstərsinlər.”25

***


Temmuz ayının sonlarında Şahzadə bölgənin durumu ilə ilgili dəqiq bilgi əldə edə bilmişdi. Bu bilgiyə görə Qarabağın bəzi bölgələrini işğal edən General Kutlerovski Lənkəranı işğal etmək istəyirdi. Bir neçə ay öncə Lənkəran Abbas Mirzənin birlikəri tərəfindən ruslardan geri alınmışdı. Bu üzdən də Şahzadə, ordusunu Arazın sahillərinə doğru sövq etməyə başladı. Ağtəpə adında bir yerdə oturaq saldı. İngilis səfiri bilirdi ki, Abbas Mirzənin keçən bahardaki kiçik zəfərləri onu məğrur etmiş və yeni savaş üçün can atmaqdadır. Səfir Tehrana gedib bir sürə qaldıqdan sonra təkrar Şahzadəni görmək üçün Ağtəpəyə gəldi. Abbas Mirzənin ordusunun içində ingilis zabitlərdə görəv almaqdaydı. İngilis səfirliyinə ayrılmış çadırlar ordunun yerləşdiyi yerdən iki ağac uzaqda idi. Səfir Ağtəpədə bulunduğu müddət içində Şahzadənin diqqətini inzibati məsələlərə yönəltməyə çalışdı. Orduda modern hiyerarşinin olmasının vacibliyi üzərinə deyindi. Abbas Mirzə diqqətlə qulaq asır və etirazı olduğu yerlərdə də susaraq dinləməyi tərcih edirdi. Sir Qor Ozli Şahzadəni bir rus elçisini Ağtəpədə qəbul etməyə ikna etdi. Bu elçi General Verdov idi. O, sülh müzakirəsinin ayrıntıları haqda Şahzadə ilə danışacaqdı. Abbas Mirzə Verdovun gəlməsini qəbul etsə də, ancaq içindəki məxfi etirazları üzündən oxunmaqda idi. Görüş baş tutdu. Ancaq bu görüşdə Verdov Qacariyə tərəfindən uyqulanan protokola təslim olmayacağını duyurdu. Məsələn, Abbas Mirzə ilə görüşdə çəkmələrini çıxarmayacağını bildirdi. Buna qarşılıq olaraq Abbas Mirzə də onu qarşılamaq üçün heç bir şey etmədi. Gərgin bir ortamda təsirsiz sözlər danışılırdı. Verdov getdikdən sonra Abbas Mirzə çox qızdı və protokolu hazırlayan öz xidmətçisini suçlu bildi. Ona əlli zərbə şallaq vurulmasına əmr etdi. Abbas Mirzənin yaxınları bu günə qədər onun bu şəkildə davranmasına şahid olmamışdılar. Ancaq ruslar tərəfindən hazırlanan barış planı onu çox qızdırmışdı. Həm Rusiya, həm İngiltərə və həm Tehran Şahzadəni bu barış antlaşmasını imzalamağa zorlayırdı.

İlkin müzakirə başladığı üçün İngiltərə bunun davam etməsini istəyirdi. Lakin nə Abbas Mirzə, nə də rus Generalı Arazı keçib digərinin yanına getmək istəmirdilər. Bu üzdən də danışıqları heyyətlərin yürütməsi planlandı. Şahzadə heyyətini Qaimməqam təmsil edirdi. Sir Qor Ozlini də James Morier təmsil etməkdə idi.Yaşlı vəzir xeyli söhbətdən sonra gördü ki, anlaşmaq çox çətin məsələdir. Çünkü rusların torpaq tələbi istəklərinə Abbas Mirzə kəsinliklə rədd cavabı verməkdə idi. Morier yazır ki, durumun belə olduğunu görən vəzir Qaimməqam təklif etdi ki, şirin şərbət yerinə acı qəhvə versinlər. Abbas Mirzənin heyyəti geri döndükdən sonra hər kəsi bir tür əsəbilik sarmışdı. O anda ingilis səfiri ölkəsinin Rusiya ilə bağladığı sülh müqaviləsindən xəbər tutmuşdu. Bu da İngiltərənin Qacar dövlətini Rusiya qaşısında savunmayacağı anlamında idi. Səfir açıq şəkildə Abbas Mirzəyə dedi ki, Rusiyaya qarşı keçirəcəyiniz hər hansı bir hərbi əməliyatda ingilis zabitləri iştirak etməyəcək. İki ingilis albayı (albay Lindsi və albay Kristi) Abbas Mirzənin yanında qalmaq üçün Böyük Elçidən istəkdə bulunmuşlar. Bəziləri bu iki albayın belə davranmalarını onların görəv sürəsi içində aldıqları yüksək maaşa bağlayırlar. Albay (polkovnik) Kristi Azərbaycanda güləş yarışlarına qatılırkən güləşdiyi adamın ölümünə səbəb olmuşdu. Lakin ölən adamın ailəsinə hər tür yardım etmişdi ki, bəlkə günahını yuya bilsin. Bu iki albayın dışında ingilis heyyəti səfirlə bərabər Ağtəpəni tərk etdilər. Səfir bu iki albayın qalmasına nədən izn vermiş əcəba? Bəlkə Rusiya-İngiltərə arasındaki barış anlaşmasından tam əmin olmadığına görə imiş. Bəlli deyil. Lakin bilinən o ki, səfir Rusiyanın Xəzərdəki donanmalarının komandanı Vezlaqov tərəfindən barış anlaşması haqda dəqiq bilgi əldə etmişdi.


***
Abbas Mirzə çox gərgin ruh halları keçirməkdə idi. Sir Qor Ozlinin davranışı onu çox incitmişdi. Bu üzdən mədəniyyətlərinə və teknolojilərinə heyran qaldığı batılılarla dostluq mümkün deyildir düşüncəsinə varmışdı. Abbas Mirzə Böyük Elçinin söylədiyi çağdaş hiyerarşi və gizlilik haqqındaki sözlərini xatırlayırdı. Abbas Mirzə öz qüsurunu etiraf edirdi. Bütün hücumları haqqında nədən ruslar öncədən bilgili olduqları haqqında özünü suçlayırdı. Abbas Mirzə çox önəmli kəşfiyyat və həmlə toplantılarına gərəkdiyindən artıq adam toplayırdı. Dışarıya sızan bilgilər ruslara çatırdı. Həmlələr olmadan öncə ruslar bütün alayların komutanları haqqında bilgi əldə edə bilirdi. Abbas Mirzə böyük bir təərrüz edəcəyini gizlətmirdi. Çünkü bu böyük hücum və savaş duyğusu orduya moral verməkdə idi.

General Kutlerovski casusları vasitəsi ilə Abbas Mirzənin ordusu haqda hər tür veriləri dəyərləndirmiş, oktyabrın 31-də çaydan keçərək Abbas Mirzənin ordusunu basmış və çox qısa sürə içində iki tərəfdən ordunu mühasirəyə almışdı. Kutlerovskinin bu gözlənilməz həmləsi haqda bir biri ilə uyğun gəlməyən müxtəlif rəvayətlər söylənməkdədir. Qacar vaqiə nevisləri həmləni qafil bir hücum olaraq yazmışlar. Lakin ingilis vəqaye nivislər başqa tür bilgi verməkdələr. Şahzadənin özəl həkimi olan ingilis Doktor Karmək öz gözləri ilə macəraya şahid olmuşdur. Karmək, General Kutlerovskinin hücumunu iki qismə ayırır: birinci mərhələ 31 oktyabr səhər erkəndən başlamışdır. Bu mərhələdə savaşın taleyi bəlli deyildi. İkinci mərhələ gecənin qaranlığında başlamış və Şahzadənin tam məğlubiyətinə səbəb olmuşdur. Drouvillein (Druvil) yazdığı üçüncü rəvayət isə Karməkin söylədiklərinə bənzəməkdədir. Məsələnin aydınlanması üçün Druvilin bu olayla bağlı yazdığını olduğu kimi gətiririk:

Nəzərə almaq lazımdır ki, Abbas Mirzənin inzibatlı ordusu kiçik bir alaydan oluşmaqda idi. Fərari ruslardan, əsirlərdən ibarət olan bu inzibatlı ordu böyük bir cəsarətlə ruslarla savaşdılar. Lakin bu inzibatlı ordu çox az idi və disiplinsiz ordu qarşısında yox kimi görünürdü. Çoğunluğu oluşduran ordunun modern savaş sistemindən bixəbər olduqları bəlli idi. Abbas Mirzənin ordusu top atəşinə məruz qaldığında bu inzibatsızlıq daha da çoxaldı. Süvarilərlə piyadələr bir birinə girdilər. Rus ordusunun topları yaxın təpələri ələ keçirib, orada yerləşib və dəqiq atəşə başladıqdan sonra vəziyyət daha da pisləşdi. Şahzadə atı ilə ordunun ortasında bağırıb onlara cəsarət vermək istəyirdi. Lakin Şahzadənin səsi top güllələrinin gurultusu içində eşidilmirdi. Abbas Mirzə özünü yaxınında olan topxabasına çatdırıb, atəş əmri verdi. Lakin bu atəşlər artıq əsərsiz idi. Belə anlaşılır ki, ordunun qəflətən hücuma məruz qalması üzündən hər kəs özünü itirmiş və topları doğru kullanma imkanı da əldən çıxmışdır. Birinci həmlə iki saat sürdü. Düşmən topları susduqdan həmən sonra Abbas Mirzə komutanları və iki ingilis albayı ilə təcili bir toplantı keçirdi. İngilis albaylar geriçəkilməyi təklif etdilər. Onların planları ilə bu geriçəkilmə baş tutsa idi ən az itki ilə düşmənin növbəti hücumundan qurtula bilərdilər. Ancaq Abbas Mirzə bu təklifi qəbul etmədi. Gecə boyunca Abbas Mirzə komutanlara ordunu savaşır duruma gətirmələrini əmr etdi. Səhərə yaxın təpənin başına bir top çıxarmağı başardılar. Albay (polkovnik) Kristi öz alayına düzən verməyi başarmışdı. Kristi topu elə yerləşdirdi ki, mərmiləri təsirli olsun və hədəfə isabət etsin. Gecənin qaranlığı bitmədən təkrar savaş başladı. Şahzadənin atı aldığı güllə yarasından öldü. Şahzadənin yanında bulunan yardımçılarından biri atını Şahzadəyə verdi. Ətrafdaki bir neçə çadır və ev atəş içində idi. Albay Linsinin bu savaşda aktiv olmadığı görünür. Ancaq Kristi ruslara qarşı top atəşi ilə qarşılıq verirdi. Kristi arxasından ağır yaralandı. Əsgərləri onu bir ağaca söykəyib yarasını bağladılar. Qısa sürədən sonra hər tərəf Rus ordusu tərəfindən mühasirə edilmişdi. Qazaqlar Kristini əsir aldılar. Ancaq görəndə ki, o, Azərbaycan ordusunda savaşan bir ingilisdir güllə ilə dəlik-deşik etdilər. Rus ordusundan fərar etmiş çoxu poloniyalı və gürcü olan alay müntəzəm savaşlarına davam etməkdəydilər. Onların çoxu öldülər, ancaq təslim olmadılar. Sonradan barış imzalandığı zaman diri qalanları yenə də Abbas Mirzənin xidmətində oldular. Artıq Abbas Mirzənin ordusu bir-biri ilə irtibatsız dağınıq dəstələr halına gəlmişdi. Aslanduzda 24 saat davam edən bu savaş minlərcə insanın canını almışdı. Öz işlərinin nəticəsindən əmin olan ruslar atəşi durdurdular. Abbas Mirzə geri çəkilmək məcburiyətində qalmışdı.26
***

Savaş bir il daha davam edəcəkdi. Lənkəran qalasını yerli xanlıq Abbas Mirzənin birimlərinin himayəsi ilə qorumaqda idi. 1813-cü il yanvar ayında Kutlerovski Lənkəranı işğal etdi. Rusların bu qədər dayatmalarına rəğmən Abbas Mirzə hələ də sülhü qəbul etmirdi. Təbrizdə böyük bir təlaşla çalışır, silah ürətirdilər. Topxana əksikliklərini ortadan qaldırdılar. Yenidən bir ordu oluşdurmuşdular. Baharın başlarında hücuma başlayan Şahzadə Arazın sahillərində ruslara böyük zərbə endirib Rus ordusunu bölgədən uzaqlaşdırmağı başardı.

Yayın əvvəllərində Şah Azərbaycan ordusuna moral vermək üçün Ucana gəldi. Yeni və geniş bir hücum üçün hazırlıq gedirdi, ancaq Xorasandan olumsuz xəbərlər gəlirdi. Türkmən xanları mərkəzə qarşı baş qaldırmışdılar.Fətəli Şah Azərbaycanı tərk etdi və sülhün əldə edilməsi üçün bəzi tapşırıqlar verdi. Bir il öncə olduğu kimi ingilis səfiri ara buluculuq rolunu üstləndi. Ancaq Abbas Mirzə ilə əvvəlki kimi davranmırdı. Onun nəzərində Abbas Mirzə Aslanduz savaşının məğlub komandanı kimi görünürdü. Səfirin bu tür davranışları Abbas Mirzəyə pis təsir edirdi. Əcəba səfir bu davranışı ilə Aslanduzda ölən Albay Kristinin intiqamını mı alırdı? Sir Qor Ozli, Albay Arsini Arazın o tayına məmuriyyətə göndərdi. Albay Arsin Qafqaza gedib və oranın hakimi ilə danışmalı idi. Qacariyə-Rusiya arasında barış məsələsi söz konusu idi. Qafqazlara aid olan hər tür barış planı Abbas Mirzəni rahatsız edirdi. İlk kəz olaraq bir yabancı elçi ilə yüksək səslə, bağıraraq danışırdı. Səfirə sordu ki, bəlkə İngiltər-Rusiya barış anlaşmasında Rusiyanın Azərbaycanı işğal etməsinə yardımçı olmanızı da boynunuza götürmüşsünüz?! Özünü kontrol edə bilməyən Şahzadə elçinin üstünə bağıraraq dedi: “Albay Arsini Qafqaz hökmdarına göndərməkdə israr etsəniz, gözətçilərə əmr edəcəyəm sınırdan keçdiyində ona atəş açsınlar.”27

Səfir ona anlatmağa çalışdı ki, bu tür davranışı ilə ölkəsinə altından çıxması zor olan xəsarətlər yetirə bilər. Bu o demək idi ki, belə bir hadisə baş verərsə İngiltərənin Hindistandaki ordusu Bəsrə körfəzindən hücuma başlaya bilər. Səfir çox diplomatik və üstü qapalı şəkildə Şahzadəni təhdid edirdi. Şahzadə ölkəsinin geri qalmışlığının utancını yaşayarcasına təslim olmaq zorunda qalmışdı. Səfir soyuq davranışı ilə Abbas Mirzəni tərk etdi. Onun arabuluculuğu artıq təşrifatdan ötəyə keçmirdi. Barış planı hazırlanmış və Şah da razılığını bildirmişdi. 1813-cü il oktyabrın 21-də, yəni Aslanduz hadisəsinin üstündən bir il keçməsinə on gün qalanda Qarabağın Gülüstan kəndində barış aktı imzalandı. Abbas Mirzə bütün qəzəbinə və iradəsinə rəğmən “Gülüstan” müqaviləsinə qol çəkmək zorunda qalmışdı. Bu anlaşmaya görə Qacar dövləti Arazın quzeyindəki torpaqlardan vaz keçir və Bakı, Gəncə, Dərbənd, Şirvan, Qarabağ ruslara verilirdi. Eləcə də Qacar dövləti Gürcüstanın işlərinə qarışmamağı üzərinə götürürdü.



Reformist Abbas Mirzə
Giriş
1815-ci ildən etibarən, yəni Napoleonun tarix səhnəsindən dışlanmasından sonra, artıq İngiltərə Hindistan müstəmləkəsi haqda heç bir əndişəyə qapılmamaqda idi. Bu üzdən də Qacariyə İngiltərə üçün əski önəmini itirmişdi. Napoleonun Qacariyəni üs kimi kullanıb və Hindistana həmlə edəcəyi daima İngiltərəni rahatsız etməkdə idi. Bu səbəbdən də İngiltərə Qacariyə ilə ittifaqa önəm verir və onu Fransanın müttəfiqi olmaqdan kənar tutmağa çalışırdı.Napoleonun Fransadaki siyasi həyatına son verilməsi Azərbaycanın da aqibətini olumsuz yöndə etkiləməkdə idi.

Hindistandan arxayın olan İngiltərə başqa yerlərə göz tikməyə başlamışdı. İngiltərə Hindistan kimi zəngin ekonomik qaynaqlı ölkəni qorumaq üçün onun ətrafındaki əraziləri də işğal etmək istəyirdi. Bu şəkildə gələcəkdə də Hindistanı hər hansı bir gücün qarşısında onun sınırlarının çox ötəsində qorumuş olurdu. Bu üzdən də Xorasanın böyük bir bölümünü işğal etməyi planlayırdı.

Bu arada İngiltərənin Qacariyəyə qarşı laqeydliyi Rusiyanın işğalçılıq meylini daha da artırmışdı. Bu səbəbdən də Abbas Mirzə istəməsə belə, İngiltərə ilə olan anlaşmaların ayaqda durmasından, keçərliliyini qorumasından yana idi. Özəlliklə Hind ordusunda görəv yapmış ingilis zabitləri öz yanında bulundurmaq istəyiridi. Ancaq İngiltərə Abbas Mirzənin bu istəklərinə soyuq yanaşırdı, çünkü anlaşmada üzərinə götürdüyü maddələri heyata keçirməmək istətirdi. İngiltərə Qacariyə ilə bağladığı müqavilədən boyun qaçırmağa çalışırdı.

O sıralarda Rusiya imperator Aleksandr Qacariyə ilə savaş planlarını tasarlamaqda idi. Qafqazın hakimi general Yerməlov da Qacariyəyə qarşı bəzi sınır təxribatı yapmaqda idi. Özəlliklə Abbas Mirzənin reformları Yermolovu çox qızdırmaqda idi. Savaş 1826-ci ildən öncə başlamayacaqdı. Bu illər ərzində Abbas Mirzə bəzi reformlarını həyata keçirməklə uğraşdı. Sadəcə 1821-1823 illəri arasında Osmanlı ilə olan bəzi anlaşmazlıqlar onun reform hərəkətini ənglləmişdi.



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin