ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010



Yüklə 4,58 Mb.
səhifə30/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   23   24   25   26   27   28   29   30   31

İkinci qrupa sərdara göstərdikləri inzibati-hərbi qulluq sayəsində və onun mərhəməti ilə bəy rütbəsini alanlar daxil idi (184,103). Bu bəylərin başlıca vəzifəsi xanın xidmətində həmişə dayanmaq idi. Xan xüsusi xidmət müqabilində xəzinəyə məxsus və müsadirə edilmiş kəndləri onlara hədiyyə olaraq verirdi. Mükafatlandırılmış bəylər həmin kəndlərin gəlirləri ilə dolanırdı (184,122). Lakin onların bu rütbəsi müvəqqəti səciyyə daşıyırdı və qulluq başa çatdıqdan sonra geri alınırdı.

Axırıncı qrupa isə müvəqqəti bəy adını alanlar- kənd ağsaqqalları olan kəndxudalar, rəislər və erməni icma başçıları daxil idilər. Onlar təyin olunduqları vəzifəni müvəqqəti icra etdiklərinə görə, hər hansı sənəd yaxud fərman almırdılar. İstər Azəri türklərinə məxsus kənd ağsaqqalları, istərsə də erməni kənd ağsaqqalları bu vəzifə üçün heç bir məvacib almırdı. Onlar əhalidən aldığı vergilər hesabına dolanırdılar (397,3; 18,375).

Hakimiyyətin sonrakı pilləsində sultan dururdu. Sultan ərəbcə hökmdar deməkdir. Bu rütbə irsi və yaxud yüksək vəzifə tutan bəylərə verilirdi. Sultan qədimi rütbə kimi göstərilirdi. Onlar böyük hüquq və imtiyazlara malik olmaqla yanaşı xanın yanında yüksək mövqe tuturdular (75,136-137; 184,103). İrəvan xanlığında daha yüksək idarəçilik hüququna malik sultanlar mövcud olmuşdu. Bu sultanlar xanlığa məxsus iki sultanlığı –Şuragöl və Pəmbək sultanlıqlarını idarə edirdi. Hər iki sultanlıq 1779-cu ildə II İraklinin İrəvana hücumundan sonra Kartli-Kaxetiya çarlığının nüfuz dairəsinə düşmüş, 1802 və 1805-ci illərdə isə Rusiyyaya birləşdirilmişdi.

Əhalinin silki quruluşunda ağaların da xüsusi yeri vardı. Bu ad monqol dilindədir. Ağa xan ailəsinə daxil olan şəxslərə deyilirdi. Məhz bu baxımdan onlar bəzən böyük imtiyazlara malik idi və irsi bəylərə məxsus hüquqlardan istifadə edirdilər (75,137-138; 157,470). Lakin onların mülkiyyət üzərində hüququ bəylərdən fərqlənirdi. Belə ki, ağalar xan tərəfindən kəndləri idarə etmək üçün təyin olunurdu. Bu vəzifə irsi və yaxud müvəqqəti ola bilərdi. Ağalar təyin olunduqları kəndlərin gəlirinin bir hissəsindən istifadə edir və kəndlilər onun gəlir mənbəyi idi. Ağalar və onların yaxınları hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmişdi (184,123-124).

İmtiyazlılar silkinə maldarlıqla məşğul olan elatların başçıları- elbəyilər də daxil idi. Çoxlu var dövlət sahibi olan elbəyilər silahlanmış çevik hərbi qüvvəyə malik olduqlarından müharibələr dövründə xanlara çox lazım olurdu. Elbəyilər vergi və mükəlləfiyyətlərdən azad olmaqla yanaşı xandan müxtəlif hədiyyələr və geniş otlaqlar alırdılar. Lakin xanlar elbəyiləri daima nəzarətdə saxlamağa çalışır, istədiyi şəxsi elat başçısı təyin edir və onlar arasında baş verən mübahisəli məsələlərə də qarışırdı. Hüseynəli xan (1759-1783) Mirzə ağanı xüsusi təliqə ilə yaylaq-qışlaq həyatı keçirən kürd tayfalarından birinin başçısı təyin etmişdi. Təliqədə göstərilirdi: «Mirzə ağa bütün bacarıq və istedadı ilə həmin köçərilərin işlərini nizama salmalı, onların idarə işinə qarışmalı və bir dəqiqə olsa da bu işdə səhlənkarlıq etməməlidir» (39,55). Başqa bir sənəddə Hüseynəli xan elat başçıları arasında baş verən münaqişəyə müdaxilə etməsindən bəhs edilir. O, elatların başçılarından Şəmsəddin ağa ilə digər iki tayfa başçısı arasında olan anlaşılmazlığı sülhlə həll etmişdi (39,78).

İrəvan xanlığında imtiyazlı ali silk nümayəndələrinin sayı haqqında məlumata yalnız işğaldan sonra tərtib edilmiş kameral siyahıyaalınmadan əldə etmək mümkün olmuşdur. Lakin bu mənbə də tarixi gerçəkliyi obyektiv əks etdirmir. Belə ki, Rusiya-İran müharibələri dövründə zadəganlar təbəqəsi, xüsusilə müsəlman ali silki böyük itkilərə məruz qalmışdı. Onların bir hissəsi öldürülmüş, bir hissəsi isə qonşu dövlətlərə qaçmışdı. Ermənilərin isə həm köçürmə və həm də Rusiya hökumətindən ayrı-ayrı şəxsləri zadəgan titulu ilə təltif etməsi nəticəsində sayı çoxalmışdı. Aşağıdakı cədvəl qismən də olsa xanlıq ərazisində yaşayan istər müsəlman xan, sultan, ağa və bəyləri, istərsə də erməni məlikləri haqqında müəyyən təsəvvür yaradır (cədvəl 5.4.).

Cədvəldən göründüyü kimi, İrəvan xanlığının Rusiya tərəfindən işğalı müsəlman ali silkinə güclü təsir göstərməsinə baxmayaraq, ermənilərə nisbətən yenə də çoxluq təşkil etmişdi.



cədvəl 5.4

İrəvan xanlığı

Müsəlmanlar

Ermənilər

Xanlar

Bəy və sultanlar

Məlik və ağalar

Ailə-lər

Adamların sayı

ailə-lər

Adamların sayı

ailə-lər

adamların sayı

kişi

qadın

yekun

kişi

qadın

yekun

kişi

qadın

Yek-un

İrəvan şəhəri

4

22

19

41

51

167

137

304

8

29

26

55

Mahallar:





































Qırxbulaq

-

-

-

-

1

3

4

7

3

11

10

21

Zəngibasar

-

-

-

-

8

35

34

69

-

-

-

-

Qarnibasar

-

-

-

-

9

30

32

62

1

5

3

8

Vedibasar

-

-

-

-

16

65

61

126

-

-

-

-

Şərur

1

1

2

3

57

174

177

351

1

4

4

8

Sürməli

-

-

-

-

1

2

3

5

3

14

11

25

Dərəkənd-Parçeni

1

3

3

6

6

34

31

65

-

-

-

-

Saatlı

-

-

-

-

5

20

15

35

-

-

-

-

Talın

-

-

-

-

9

39

36

75

1

3

5

8

Seyidli-Axsaxlı

-

-

-

-

-

-

-

-

-

-

-

-

Sərdarabad

1

10

5

15

5

42

47

89

1

4

4

8

Körpübasar

-

-

-

-

24

106

81

187

-

-

-

-

Abaran

-

-

-

-

-

-

-

-

1

7

4

11

Dərəçiçək

-

-

-

-

1

8

11

19

2

23

28

51

Göyçə

-

-

-

-

15

59

55

114

1

5

5

10

Yekun:

7

36

29

65

208

784

763

1547

14

105

100

205

Qaynaq : İ.Şopen,689-690.


İrəvan xanlığında xüsusi təbəqə təşkil edən din xadimləri əhali içərisində böyük nüfuza malik idilər. Xanlıqda həm müsəlman, həm də xristian din xadimləri də vardı. İrəvan xanlığında hakim din islam dini idi. Tutduğu mövqeyə görə, din xadimləri bir neçə qrupa bölünürdü. N.Dubrovin müsəlman din xadimlərini ali və aşağı olmaqla iki kateqoriyaya ayırırdı. Birinciyə dini hakimiyyəti dünyəvi hakimiyyətlə birləşdirənlər, ikinciyə isə dünyəvi işlərə qarışmayan və yalnız dini işlərlə məşğul olanlar daxil idi (147,387-388). Lakin ondan fərqli olaraq İ.Şopen müsəlman din xadimlərini üç qrupa bölmüşdü: 1) Ali ruhanilər- şeyx-ül-islam, müştəhid, qazi, axund, müfti və s.; 2) aşağı təbəqənin nümayəndələri- mollalar, seyidlər, dərvişlər ; 3) xalq təhsili ilə məşğul olanlar- ülama və müdərrislər (415,693-694).

Ali ruhanilər şəriət məhkəmələrinə rəhbərlik edir, ruhaniləri vəzifələrə təsdiq edir və yaxud onları vəzifədən kənar edirdi. Xüms və zəkatın toplanması, bölüşdürülməsi, vəqf torpaqlarının istifadəsi onların bilavasitə nəzarətində idi. Ali ruhanilərin başçısı şey-ül-islam «divan»ın üzvü olduğuna görə, hətta xanın fərmanlarını fitvası ilə təsdiqləyirdi (24,31). Din xadimləri hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmişdi (415,697; 184,125; 201, c.3, səh.25). Din xadimlərinin əsas gəlir mənbələri vəqf və yaxud vərəsəsiz, məscidə vəsiyyət edilmiş mülklərdən gələn gəlirlər, zəkat və yaxud 1/10 vergisi hesab olunurdu. Bundan əlavə nigah, sünnət, dəfn, boşanma və s. görə, habelə hər hansı qərarın icrasında şahidlik etdiyinə, dua yazdığına görə də müəyyən miqdarda gəlir əldə edirdilər. Toplanmış gəlirlər bir yerə yığılır və din xadimləri arasında bərabər bölünürdü (415,697-698).

Qüdrətli xanların din xadimləri üzərində böyük təsiri var idı. Onlar nüfuz sahibi olan axundu, qazini, müctəhidi və müsəlman ruhanilərinin başçısı şeyx-ül-islamı seçirdi. Ən güclü xanlar sevimli adamlarını belə şeyx-ül-islam təyin edirdilər (201, c.3, səh.27). Xanlar hətta din xadimləri arasında özbaşnalığın qarşısını almaq və dini gəlirlərdə qanun-qayda yaratmaq üçün vəqf mülkiyyətinin işlərinə də müdaxilə edə bilirdilər. Xanın fərmanı ilə vəqf mülkiyyətinə nəzarət din xadimləri arasında daha nüfuzlu olan axunda tapşırılırdı. Xan bu haqda xüsusi təliqə verirdi. İrəvan xanlığının ən görkəmli xanlarından biri olan Hüseynəli xan Axund Molla Əlini vəqf torpaqlarını idarə etmək üçün rəhbər təyin etmişdi. Onun verdiyi təliqədə qeyd edilir ki, «Molla Əli vəqf mülklərini şəxsən, müstəqil idarə etməli, onlara aid bütün məsələlərin həllində çalışmalı, bu barədə mövcud olan dəftər və kitablara rəhbərlik etməlidir. O, öz şəninə cəsarətlə bacarığına uyğun vəqf mülklərinin təşkilində, bərpa edilməsində çalışmalıdır. Vəqf mülklərinin bütün gəlirlərini topladıqdan sonra ona verilən təliqədə, tədris haqqındakı təliqədə deyildiyi kimi xərc edib, gəlir və məxaricə dair ayrılan siyahını bizim nəzərimizə çatdırsın. Vəqf torpaqlarının əkinçilərinə, həmin torpaqlarda vergi yığan məmurlarına ali Həzrət Molla Əliyə və onun mülazimlərinə tabe olmağı əmr edilsin» (39,52-53). Bundan əlavə, xanlar hər mahalın şəriət məhkəməsinə bir və yaxud iki qazini başçı təyin edirdi (201, c.3, səh.29).

Din xadimləri şəriət işlərindən əlavə mülki işlərdə də iştirak etmək səlahiyyətinə malik idilər. Dini təhsil almış mollalar kargüzarlığa və hesabdarlığa götürülürdü. Onlar mirzə adlanırdı (415,698; 201, c.3, səh.28). Ən nüfuzlu ruhanilər xan tərəfindən divana üzv seçilirdi və onlar divanbəyi adlanırdı (415,698).

Müsəlman din xadimlərinə Şeyx-ül-islam (dini rəhbər idi, bu vəzifəyə varlı, hörmətli, hakimiyyətlə dini idarə arasında əlaqə yarada bilən şəxslər təyin olunurdu), qazilər (dini hakimlər), müfti (sünnü» təriqət qanunlarının nəzarətçisi), Əmr-məruflar (xalqı xeyirxah işlərə istiqamətləndirən, bəd əməllərdən çəkindirən), piş namazlar (həyatını allaha ibadətə həsr edən və xalqla birlikdə ibadət edənlər), vaizlər (mərasimlərdə təbliğçi), üləmalar (ilahiyyat alimləri), Quranı şərh edənlər, müdərrislər (dini elmlərin və ərəb dilinin müəllimləri), əfəndilər («sünnü» təriqət alimləri), axundlar («şiə» təriqət alimi), müəzzinlər (azan verənlər), imamlar (kənd cəmiyyətlərində dini rəhbər), müştəhidlər (şiə təriqətində din xadimi), dərvişlər, ruhani uşaqları daxil idi (415,693-697; 147,385-388; 201, c.3, səh.17-19).

Müsəlman din xadimləri dəstəsinə seyidlər də daxil idi. Seyidlər peyğəmbər nəslindən idi. Onlar heç bir dini vəzifə daşımırdı və əhali arasında böyük nüfuz sahibi idilər. Seyidlər vergi və mükəlləfiyyətlərdən azad olmuşdular. Onlar yaxşı təmin olunmuş və əksəriyyətinin böyük torpaq sahələri var idi. Xanların özləri də seyidlərə hörmətlə yanaşır və onlara xüsusi fərmanla torpaq sahələri bağışlayırdılar (415,698-699; 184,126; 201, c.3, səh. 16, 24-25). İşğaldan sora həyata keçirilən kameral siyahıyaalınmada seyidlər əhalinin vergi verən hissəsinə daxil edilmişdi. Lakin bununla belə onlar heç bir vergi ödəmirdilər. Kənd əhalisi onların nəslinə, xüsusən də Məhəmməd peyğənbərə hörmət əlaməti olaraq seyidlərin payına düşən vergini özləri ödəyirdilər (184,126). İrəvan xanlığında müsəlman din xadimlərinin sayı haqqında dəqiq məlumat əldə edə bilmədik. 1829-1832-ci illər kameral siyahıyaalınmadakı məlumatda işğaldan sonra erməni din xadimlərindən fərqli olaraq, müsəlman ruhanilərinin say tərkibi azaldılaraq göstərilmişdi. Məhz bu səbəbdən kameral təsvirdəki məlumat tarixi gerçəkliyi əks etdirmir. Lakin buna baxmayaraq, siyahıyaalınma bir daha sübut edir ki, xanlığın yüxarı təbəqələri kimi müsəlman ruhaniləri də hakim qüvvə idi. Aşağıdakı cədvəl 5.5. müsəlman din xadimlərinin sayı haqqında mənzərəni əks etdirir:



cədvəl 5.5

İrəvan xnnlığı

Axund və molla

Mirzələr

Seyidlər

Dərvişlər

Ailələr

Kişi

Qadın

Yekun

Ailələr

Kişi

Qadın

Yekun

Ailələr

Kişi

Qadın

Yekun

Ailələr

Kişi

Qadın

yekun

İrəvan şəhəri

50

181

151

332

19

64

41

105

39

92

96

188

3

6

4

10

Mahallar:

Qırxbulaq

1

3

3

6

-

-

-

-

-

-

-

-

-

-

-

-

Zəngibasar

28

108

101

209

1

2

2

4

-

-

-

-

-

-

-

-

Qarnibasar

12

49

45

94

2

11

8

19

6

20

17

37

1

6

7

13

Vedibasar

5

28

24

52

2

5

5

10

1

3

2

5

-

-

-

-

Şərur

22

57

49

106

9

23

32

55

10

23

20

43

3

5

5

10

Sürməli

17

59

63

124

1

2

2

4

2

5

3

8

1

5

2

7

Dərəkənd-Parçeni

16

47

41

88

1

2

1

3

3

7

3

10

-

-

-

-

Saatlı

5

10

13

23

-

-

-

-

1

1

4

5

-

-

-

-

Talın

1

1

1

2

-

-

-

-

2

4

3

7

-

-

-

-

Seyidli-Axsaqlı

3

9

9

18

-

-

-

-

2

6

3

9

-

-

-

-

Sərdarabad

5

17

10

27

1

4

4

8

4

12

7

19

-

-

-

-

Körpübasar

4

10

12

22

1

9

4

13

-

-

-

-

-

-

-

-

Dərəçiçək

2

10

5

15

1

3

4

7

--

--

--

--

-

-

-

-

Göyçə

16

61

63

124

1

6

2

8

4

14

12

26

-

-

-

-

Elatlar

3

10

7

17

--

---

---

--

--

--

--

--

-

-

-

-

Yekun:

200

610

597

1207

40

131

105

236

74

187

170

357

8

22

18

40

Müsəlman din xadimləri və əhali arasında hacı, məşhədi və kərbəlayı adı daşıyanlar da vardı. Kameral siyahıyaalınmaya görə, bu adı daşıyan ruhanilərin sayı aşağıdakılardır:

İrəvan şəhərində 85 hacı, 158 məşhədi, 105 kərbəlayı

Mahallarda 25 hacı, 77 məşhədi, 239 kərbəlayı

Elatlar arasında 6 hacı, 7 məşhədi, 4 kərbalayı.

Yekun nəticəyə görə, İrəvan xanlığında 111 hacı, 242 məşhədi və 348 kərbəlayı yaşamışdı (415,704).



Xanlıqda xristianlığın erməni-qriqoryan qolu fəaliyyət göstərirdi. Bu dindən olan ermənilər Eçmiədzin və ona tabe olan kəndlərlə məhdudlaşırdı. Bu dinin xidmətində dayananlar rahibliyə və ağlara bölünürdü. Erməni-qriqoryan dininə Eçmiədzində oturan katolikos başçılıq edirdi (415,692-693). Müsəlman din xadimlərindən fərqli olaraq erməni ruhaniləri hər il xəzinəyə vergi ödəyirdilər. Bu haqda «vergi və mükəlləfiyyətlər» bölməsində bəhs edilmişdir. İşğaldan sonra köçürülmə nəticəsində erməni əhalisinin digər təbəqələrində olduğu kimi, ruhanilərin də sayı artmışdı. Ümumiyyətlə xanlıqda işğaldan sonra rahiblərin sayı 135 nəfər idisə (415,692), ağ ruhanilərin sayı isə aşağıdakı cədvəldə göstərilmişdir:
cədvəd 5.6

İrəvan xanlığı

Ailə

kişi

Qadın

Yekun

İrəvan şəhəri

13

55

35

90

Mahallar:













Qırxbulaq

10

30

34

64

Zəngibasar

9

24

28

52

Qarnibasar

11

29

31

60

Vedibasar

1

4

3

7

Şərur

6

23

14

37

Sürməli

22

98

84

182

Talın

4

17

10

27

Sərdarabad

11

59

53

112

Körpübasar

29

115

104

219

Abaran

30

109

95

204

Dərəçiçək

24

92

76

168

Göyçə

23

124

108

232

Yekun:

193

779

675

1454

İrəvan xanlığında kəndlilər üç qrupa bölünürdü: Birinci qrupa daxil olan kəndlilər xəzinə, bəy və vəqf torpaqlarında sakin olan rəiyyətlər, yəni bəhrəkərlər adlanırdı (415,989; 233,308). Bəhrəkərlərin öz təsərrüfatı, torpaq payı, əmək aləti və qoşqu heyvanları olurdu. Onlar sahibkara becərdikləri məhsulun 1/3–ni və 10 tümən binaçı vergisi ödəyirdilər. Kəndlilərin ikinci qrupuna yarıkərlər daxil idi. Yarıkərlər əsasən, qaçqın və işsizlər hesabına yaranırdı. Birinci Rusiya-İran müharibəsi dövründə qonşu xanlıqlardan gəlmiş qaçqın ailələrinin sayı çoxalmışdı. 1818–ci ildə general leytenant Velyaminov Abbas Mirzəyə yazdığı məktubda qeyd edirdi ki, «Əlahəzrətə məlumdur ki, Rusiya-İran müharibəsi dövründə sıxışdırılmış bir neçə azəri türk ailəsi Gürcüstandan (Şuragöl və Pəmbək-E.Q.) İrəvan xanlığına qaçmışdı. … O, (Hüseünqulu xan –E.Q.) sayı 400 ailədən ibarət belə qaçqınları toplayaraq, Zəngi çayının sağ sahilində sərhəddə yerləşdirərək, Mürsəli, Barat, Ərdağlı, Qarakeşiş, Karvansaray, Qara Murad, Yaycı, Təklər kəndlərini saldırmışdı» (295,195). Sərdar bu cür adamları yerləşdirərək, onlara torpaq paylayır, iş heyvanı, kotan və hər cür toxumla təmin edirdi. Təsərrüfatlarını qurana qədər o, həmin kəndlilərdən vergi almırdı. Bir müddətdən sonra yarıkərlər aldıqları borcun əvəzində yığdıqları məhsulun yarısını xəzinəyə ödəməli idi (415,989). Üçüncü qrupa isə rəncbərlər daxil idi. Rəncbərlərin vəziyyəti daha ağır idi. Belə kəndlilərin nə öz torpağı, nə də əmək alətləri vardı. Onlar sahibkar və xəzinə torpaqlarını icarə götürməklə yaşayırdılar. Rəncbərlər böyük məbləğdə icarə haqqı verməklə yanaşı sahibkar üçün ağır mükəlləfiyyətlər də icra etməli idi. Sərdar bu vəziyyətdə olan kəndliləri sakin kimi deyil, muzdur işçi kimi baxırdı (415,989).

İrəvan xanlığının mahallarında torpaqların icarə haqqı fərqli idi. Məsələn, Zəngibasar mahalının Çarbağ kəndinin rəncbərləri çəltik və pambığın 2/3 hissəsini, digər məhsulun üç hissəsini, Şərur mahalının Çamaxtir kəndinin rəncbərləri çəltiyin 2/3 hissəsini, digər məhsulların isə yarısını, Körpübasar mahalının Muğancıq kəndinin sakinləri isə ümumi məhsulun 4/5 hissəsini icarə haqqı olaraq ödəyirdilər (415,988-989).

Maldarlıqla məşğul olan sadə köçəri elatlar da kəndli təbəqəsinə aid idi. Onlar da müxtəlif vergi verir və mükəlləfiyyətlər yerinə yetirirdilər. Elatlar xan və bəylərin sürülərini otarır, maldarlıq təsərrüfatında bir sıra işlər görür və peşkəş adlanan vergi verirdilər. Sadə elatların vəziyyəti digər kəndlilərə nisbətən yaxşı idi. Belə ki, onlar xanlığın qoşununa əsgər verdiklərindən müəyyən güzəştlərə malik idilər. Lakin elatlardan mal-qara, yağ, pendir və yun vergisi alınırdı (415,987).

İrəvan xanlığında əhalinin vergiverənlər silkinə tacirlər, kiçik ticarətlə və müxtəlif sənət növləri ilə məşğul olan sənətkarlar da daxildir. Kameral təsvirdə «Erməni vilayəti»ndə (keçmiş İrəvan, Naxçıvan xanlıqlarında və Ordubadda-E.Q.) bu silklərə daxil olanların sayı haqqında məlumat verilmişdir. Siyahıyaalınmaya görə, vilayətdə tacir və hər cür ticarətlə məşğul olanların sayı 895 nəfər, müxtəlif cür sənətkarlıqla məşğul olanlar isə 9.229 nəfərdən ibarət olmuşdu (415,705). Ümumi sayı əks etdirən bu siyahıda keçmiş İrəvan xanlığı ərazisində nə qədər tacir və sənətkarların olmasını təyin etmək çətindir.

İrəvan xanlığının silki quruluşunda maafları xüsusi qeyd etmək lazımdır. Maaf sözü hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmiş, xanın xüsusi tapşırıqlarını danışıqsız yerinə yetirilənlərə deyilirdi (157,470; 184,85). «Oz ictimai vəziyyətinə görə bəylərdən və bəzi köçərilərdən (elbəyi-E.Q.) aşağıda duran, öz əyalətlərində (çərik) hərbi qulluqda və feodal dəstələrində olmaqdan başqa, torpaq sahiblərinə heç bir vergi verməyən və mükəlləfiyyət daşımayan kiçik torpaq sahibləri maaflar adlanırdı» (233,182). Xan tərəfindən təyin edilən maaflardan həm hərbiçi, həm də polis kimi istifadə edilirdi. Ordu yığılarkən onlar ilk olaraq qulluğa gəlməli idilər. Bundan əlavə, maaflardan vergilər yığmaq və bəylərin digər işlərinin görülməsində istifadə edilirdi. Buna görə də, xanlar onlara xüsusi diqqət yetirir, torpaq və rəncbərlər hədiyyə edirdi (157,470). İrəvan xanlığında xüsusi maaf dəstələri fəaliyyət göstərirdi. Lakin işğaldan sonra kameral təsvir zamanı onlar əhalinin vergi verən hissəsinə daxil edilmiş və beləliklə onların sayı itirilmişdir (184, c.1, səh.87).

İrəvan xanlığında əhalinin aşağı təbəqəsinə nökərlər də daxil idi. Xanın və iri feodalların şəxsi qoruyucuları, hərbi qulluqçular, sərhəd mühafizəçiləri nökərlər adlanırdı (184, c.2, səh.434-435). Maaflar kimi nökərlər də heç bir vergi və mükəlləfiyyət daşımırdı. Onların sosial bazasını rəiyyətlər təşkil edirdi. Nökərçilik irsən keçirdi (233,101). Nökərlər bütün xanlıq ərazisinə səpələnmişdilər və lazım gəldikdə bir yerə toplanırdılar. Onlar əla geyim, silah və atları ilə seçilirdilər (184, c.1, səh.84). İrəvan xanlığında nökərlərin sayı haqqında heç bir məlumat yoxdur. Lakin mənbədə xan əhalidən məhsul vergisi alarkən öz nökərlərindən istifadə etməsi haqqında məlumat vardır. Onlar yığım vaxtı xanın əmri ilə kəndləri gəzərək məhsul oğurluğunun və itkisinin qarşısını alırdılar. Bu əmri yerinə yetirən nökərlər əhalinin hesabına yaşayırdılar (157,516).

Beləliklə, İrəvan xanlığı əhalisinin sosial tərkibi digər Azərbaycan xanlıqlarının sosial tərkibindən heç nə ilə fərqlənmirdi, əhalinin əsas hissəsi kəndlilər idi. Etnik cəhətdən əhalinin əksəriyyətini isə azəri türkləri təşkil edirdi. İstər dövlət, istərsə də qeyri-dövlət vəzifələrində azərbaycanlılar təmsil olunmuşdu.


NƏTİCƏ
XVIII əsrin ortalarında yaranmış İrəvan xanlığının siyasi, iqtisadi tarixini, tarixi coğrafiyasını, əhalisinin etnik və say tərkibinin müxtəlif səpgili mənbələr əsasında araşdırılmısı, təhlil edilməsi aşağıdakı elmi nəticələrin əldə etməsinə imkan verir:

XVIII əsrin ikinci yarısı Azərbaycanda xırda feodal dövlətlərin-xanlıqların yaranması ilə xarakterizə olunur. Belə xanlıqlardan biri də İrəvan xanlığıdır. Bu xanlıq uzunömürlü olmasına baxmayaraq, Azərbaycan tarixşünaslığında az öyrənilmişdir. Sovet tarixşünaslığında İrəvan xanlığının tarixi saxtalaşdırılmış və heç bir tarixi fakta əsaslanmadan Ermənistan ərazisi kimi təqdim olunmuşdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra İrəvan xanlığı Azərbaycanın tarixi torpaqları kimi tədqiqatçılarımız tərəfindən öyrənilməyə başlandı. Son illərdə bu sahədə uğurlu addımlar atılmışdır.

İrəvan xanlığının ərazisi bir əyalət kimi XVI əsrdən Azərbaycan Səfəvilər dövlətinin inzibati-ərazi bölgüsünə daxil olan Çuxursəd bəylərbəyliyinin mərkəzi olmuşdu. Mərkəzi İrəvan şəhəri olan bu bəylərbəyliyə XVII əsrin əvvəllərindən Naxçıvan və Maku əraziləri də daxil olmuşdu. İrəvanı Səfəvi şahlarının təyin etdiyi əvvəl ustaclı, sonra isə qacar tayfasından olan hakimlər idarə edirdi.

XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti dərin iqtisadi və siyasi böhran keçirdiyindən mərkəzi hakimiyyət zəifləmiş, ölkədə hərc-mərclik, əhali arasında narazılıqlar və şah hakimiyyətinə qarşı üsyanlar başlandı. Bundan istifadə edən iki nəhəng ölkənin- Rusiya və Osmanlı imperiyalarının müdaxiləsi başladı. Nəticədə Xəzərsahili ərazilər Rusiyanın, İrəvan əyalətinin də daxil olduğu digər Azərbaycan torpaqlari isə Osmanlı işğalı altına keçdi. İrəvan əyaləti 11 il Osmanlı işğalı altında qaldı.

XVIII əsrin 20-ci illərin axırları-30-cu illərin əvvəllərində görkəmli dövlət xadimi, sərkərdə Nadir şahın meydana çıxması, xalqı öz tərəfinə çəkərək ölkəni Səfəvilər sərhədləri hüdudunda birləşdirmək uğrunda müdaxiləçilərə qarşı apardığı müharibələr nəticəsində işğal olunmuş torpaqlar yenidən geri qaytarıldı. 1736-cı ilin martında Nadir şah elan olunduqdan sonra İrəvan əyaləti onun yaratdığı dövlətin inzibati ərazilərindən olan Azərbaycan bəylərbəyliyinin tərkibinə qatıldı. İrəvanı şahın təyin etdiyi hakim idarə edirdi.

Böyük imperiya yaradan Nadir şahın apardığı fasiləsiz müharibələr, soyğunçu vergi siyasəti xalqı var-yoxdan çıxarırdı. Cana doymuş Azərbaycan xalqı şah hakimiyyətinə qarşı üsyan qaldırdı. Mənbələrin araşdırılması göstərir ki, şahın hakimiyyətinin son illərində müxtəlif bölgələrdə, o cümlədən İrəvanda əhali üsyan qaldırmışdı. İrəvanlılar ilk əvvəl şahın təyin etdiyi hakimi İrəvandan qovmuş, hətta əmisi oğlu Əmiraslan xanın başçılığı ilə göndərilmiş qoşunu məğlub edə bilmişdilər. Lakin tezliklə əlavə kömək alan Əmiraslan xan üsyanı yatıraraq hakimi yenidən öz yerinə bərpa etmişdi.

1747-ci ildə Nadir şah süi-qəsd nəticəsində öldürüldükdən sonra yaratdığı imperiya dağıldı. Mərkəzdə taxt-tac uğrunda mübarizə getdiyindən əhali üsyan edərək şahın təyin etdiyi hakimləri qovmuş və yerlərdə hakimiyyəti ələ keçirmişdilər. Beləliklə, Azərbaycanda 20-ə yaxın xanlıq yaranmışdı. Onlardan biri də İrəvan xanlığı idi.

İrəvan xanlığı Azərbaycanın qərb ucqarlarında yaranmışdı. Bu xanlıq şi­maldan və şimali şərqdən Kartli-Kaxetiya çarlığı, Qazax, Şəmşəddil sul­tanlıqları və Gəncə xanlığı ilə, cənubdan və cənub şərqdən Xoy və Naxçıvan xanlıqları ilə, şərqdən Qarabağ xanlığı, qərbdən isə Osmanlı imperiyası ilə həmsərhəd idi. İrəvan xanlığının sərhədləri siyasi vəziyyətlə əlaqədar olaraq dəyişikliyə uğramışdı. Belə ki, İrəvan xanlığına məxsus müxtəlif ərazilər Kartli-Kaxetiya çarlığı və Qarabağ xanlığı tərəfindən qopardılmışdı. Bu ərazilərlə birlikdə İrəvan xanlığının ümumi sahəsi 114.444 kv.verstə bərabər olmuşdu. Hətta uzun illər Maku xanlığı da onun tərkibinə daxil olmuşdu.

İrəvan xanlığının iqtisadi həyatında kənd təsərrüfatı mühüm rol oynayırdı. Kənd təsərrüfatında əsas yeri əkinçilik, bağçılıq, bostançılıq və maldarlıq tuturdu. Əlverişli iqlim şəraiti, bol məhsuldar torpaqların olması İrəvan xanlığında kənd təsərrüfatının inkişafına təkan vermişdi. Xanlıqda meyvəçilik və üzümçülük xüsusilə güclü inkişaf etmişdi. Burada müxtəlif meyvə növləri, bostan bitkiləri yetişdirilirdi.

Torpağın şumlanmasında kotan və xışdan istifadə olunurdu. Məhsul isə oraqla biçilirdi. Xanlıqda bol sulu çayların olması süni suvarmanın inkişafına şərait yaradırdı. Dağlıq ərazilərdə isə torpaqların dəmyə üsuluna üstünlük verilirdi.

İrəvan xanlığı maldarlığın inkişafı üçün geniş otlaq sahələrinə malik idi. Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək, Gərnibasar, Vedibasar, Talın, Sürməli və Dərəkənd-Parçenis mahallarında əlverişli otlaq sahələri var idi. İrəvan xanlığında elatlar əsasən köçmə və köçəri maldarlıqla məşğul olurdu. Köçmə maldarlığı ilə Azəri türkləri, köçəri maldarlıla isə kürdlər məşğul olurdu. Maldarlıqda qoyunçuluq daha çox inkişaf etmişdi. Bundan əlavə əhali iribuynuzlu mal-qara, at, eşşək, qatır, dəvə də saxlayırdı.

İrəvan xanlığında torpaq üzərində müxtəlif mülkiyyət formaları movcud idi. Torpaq sahibliyinin 6 forması vardı: 1.xalisə; 2.divani; 3.mülk; 4.tiyul; 5.vəqf; 6.icma torpaqları. Mənbələrdə hər bir torpaq mülkiyyətinin xüsusiyyətləri və onlar arasında olan fərqlər ətraflı təsvir edilmişdi. Digər xanlıqlarda olduğu kimi İrəvan xanlığında da «xalisə» ilə «divani» torpaqları arasında olan fərq aradan qaldırılmış, xan torpaqları adlandırılmışdı.

Araşdırmadan məlum olmuşdur ki, xanlığın əhalisi sosial tərkibinə görə, üç əsas qrupa bölünmüşdü: İmtiyazlı ali təbəqə, din xadimləri və vergiverənlər. Birinci təbəqəyə xanlar, bəylər, sultanlar, ağalar, elbəylər, məliklər, kəndxudalar və s. daxil idi. Onların arasında bəylər çoxsaylı olması ilə seçilirdi. Bəylər özü üç qrupa bölünürdü. Birinci qrupa irsi bəylər daxil idi. Onların sələfləri bu titulu Səfəvi şahlarından almışdı. İkinci qrupa İrəvan xanlarının xüsusi fərmanı ilə təltif olunan bəylər aid idi. Bunlar da irsi xarakter daşıyırdı. Sonuncusu isə hər hansı vəzifəyə görə, bu adı daşıyan bəylər aid idi. Bu bəylik müvəqqəti xarakter daşıyırdı.

İrəvan xanlığında din xadimləri xüsusi təbəqə təşkil edirdi. Digər Azərbaycan xanlıqlarından fərqli olaraq İrəvanda hakim din sayılan islama qulluq edənlərlə bərabər, xristian din xadimləri də vardı. Müsəlman din xadimləri üç qrupa bölünmüşdü: 1.Ali ruhanilər; 2. Şəriət məhkəmələrində mülki və cinayət işlərinə baxanlar; 3.Maarifçilik işində çalışanlar. Birincilərə şeyx-ül-islam, axundlar, əfəndilər, mirzələr, seyidlər, ağamirlər mollar, ikincilərə qazilər, üçüncülərə isə müdərrislər daxil idi. Xristianlar isə rahibliyə və «ağruhaniliyə» bölünürdü. Bunların başında katolikos, «ağ ruhanilər»ə isə arxiyepiskop, yepiskop və vardapet daxil idi.



Vergiverənlərə isə kəndlilər daxil idi. Kəndlilər bəhrəkərlərə (rəiyyətlərə), yarıkərlərə, rəncbərlərə və elatlara bölünürdü. İrəvan xanlığında rəiyyətlər adlanan kəndlilərin öz təsərrüfatı və pay torpağı vardı. Yarıkərlər əsasən qaçqın və tüfeyli həyat sürən adamların hesabına yaranırdı. Xan belə şəxsləri ilk əvvəl torpaqla, əmək aləti və toxumla təmin edirdi. Məhsul yetişdikdən sonra isə əvəzində onun yarısı xana çatırdı. Rəncbərlərin isə vəziyyəti daha ağır idi. Onların nə öz təsərrüfatı, nə əmək aləti vardı. Onlar icarə götürdükləri torpaqlarda çalışır və əvəzində məhsulun 2/3 hissəsini sahibkara ödəyirdi. Elatlar isə köçəri və köçmə maldarlıqla məşğul olan tayfaların aşağı təbəqəsi idi. Xanlığın qoşununun əsas qeyri-nizami hissəsini təşkil etdiyindən onlardan az vergi alınırdı.

İrəvan xanlığında maaflar deyilən xüsusi təbəqə də mövcud olmuşdu. Bu təbəqə imtiazlılarla vergiverənlər arasında orta vəziyyəti tuturdu. Onlar hər cür vergidən azad idi. Əvəzində hərbi mükəlləfiyyəti yerinə yetirirdilər.



İrəvan xanlığının əhalisi xəzinənin və sahibkarların xeyrinə müxtəlif adda vergilər ödəyir və mükəlləfiyyətlər yerinə yetirirdilər. Vergilər həm pulla, həm də natural şəkildə alınırdı. Pulla alınan vergi özü də iki qismə bölünürdü: vasitəsiz (birbaşa ödənilən vergi-E.Q.) və vasitəli (dolayısı ilə ödənilən vergi- E.Q.). Başqa xanlıqlardan fərqli olaraq İrəvan xanlığında vasitəsiz vergi cəmiyyətlər üzrə ödənilirdi. Belə cəmiyyətlərin sayı 8-ə, vasitəli vergilərin sayı isə 20-ə çatırdı. Bütün bu vergilər xəzinəyə ödənilirdi. Natural şəkildə ödənilən vergilər də vardı. Bu vergi bəhrə (malcəhət) adlanırdı. Tədqiqatda kəndlilərin işləyib ödəmə mükəlləfiyyəti olan biyar və əvrəzdən də bəhs edilmişdi.

İrəvan xanlığında müxtəlif sənət sahələri-toxuculuq, boyaqçılıq, gön-dəri emalı, şüşə istehsalı, dulusçuluq, sabun istehsalı və s. sahələri inkişaf etmişdi. Sənətkarlar sex tipli təşkilatlarda-həmkarlarda birləşmişdi. Bu təşkilatların öz qayda-qanunları olduğundan xanlar onların daxili işlərinə qarışmırdı. Həmkarların başçısı ustabaşı idi. O, həmkarlar arasında olan mübahisələri həll edir, sifarişləri qəbul edir, vergi və mükəlləfiyyətləri üzvlər arasında bölüşdürürdü.



İrəvan xanlığının iqtisadi həyatında ticarət böyük rol oynamışdı. Ticarət xarici və daxili ticarətə bölünürdü. Mənbələrin təhlilindən aydın olur ki, xarici ticarət xanlıqda daha güclü inkişaf etmişdi. Bunun əsas səbəbi İrəvanın beynəlxalq ticarət yollarının qovşağında yerləşməsi idi. Digər səbəbi isə gəlir gətirdiyinə görə, xanların və nüfuzlu şəxslərin ticarətə sərmayə qoymasında idi. İrəvan şəhəri bu sahədə xüsusilə seçilirdi. Bu şəhər müxtəlif ölkələrdən gətirilmiş ticarət mallarının anbarı idi. İrəvan şəhərinə xaricdən tacirlər gəldıyi kimi, İrəvan tacirləri də İran, Osmanlı dövləti, Kartli-Kaxetiya çarlığı, Azərbaycan xanlıqları və digər ölkələrlə ticarət əlaqəsi saxlayırdı. Xanlıqdan müxtəlif ölkələrə qənd, ipək, yun və pambıq parçalar, düyü, sabun, rəng və s. ixrac olunurdu. Lakin xarici ticarətə nisbətən daxili ticarət xanlıqda zəif inkişaf etmişdi. Bunun səbəbi İrəvan xanlarının bəzi kənd təsərrüfatı mallarını inhisara alması idi. İrəvanda müxtəlif ölkələrin pul və çəki vahidləri işlənilirdi.

Digər xanlıqlarda olduğu kimi, İrəvan xanlığı inzibati-ərazi cəhətdən mahallara və kəndlərə bölünürdü. Xanlıq 1 şəhər və 16 mahaldan ibarət olmuşdu. İrəvan şəhər-qala olmaqla xanlığın mərkəzi idi. Xanın iqamətgahı güclü müdafiə sisteminə malik İrəvan qalasında yerləşirdi. Mahallar mirbölük adlanan mahal naibləri tərəfindən idarə olunurdu. Kəndləri isə kəndxudalar idarə edirdi. İrəvan xanlığında 820 kənd qeydə alınmışdı.

İrəvan xanlığında hakimiyyət xanın əlində idi. Xanın yanında məsləhətçi orqan olan divan fəaliyyət göstərirdi. Divanda daxili və xarici siyasət məsələləri həll olunurdu. Xandan sonra ikinci böyük şəxs mərkəzi aparata rəhbərlik edən vəzir idi. Bundan başqa sarayda eşikağası, xəzinəağası, ambardar, sandukdar və s. vəzifələr vardı.

İrəvan xanlığında nizami qoşunun sayı az idi. Lakin müharibə olduqda elatların hesabına çoxlu qeyri-nizami atlı dəstəsi toplanılırdı. Bütün bu dəstələr mirzələr tərəfindən siyahıya alınırdı. Müdafiə işində qalalar əhəmiyyətli rol oynayırdı. Xanlıqda iki möhtəşəm qala- İrəvan, Sərdarabad kimi qalalar mövcud olmuşdu.

Xanlığın əhalisinin etnik tərkibi və sayı 1829-1932-ci illərdə keçirilən kameral təsvir əsasında araşdırılmışdır. Bu kameral təsvirə görə, işğaldan sonra İrəvan xanlığında 77848 nəfər qeydə alınmışdı. Bunlardan 9746 azəri türk ailəsi, 53409 nəfər, 3452 erməni ailəsi, 19876 nəfər, 847 kürd ailəsi 4217 nəfər, 60 qaraçı ailəsi, 346 nəfər olduğu göstərilmişdi. Lakin bu siyahıyaalmanı təhlil etdikdə görmək olar ki, İrəvan xanlığında əhalinin sayı daha çox olmuşdu. Belə ki, İrəvan xanlığında 820 kənd qeydə alınmışdı. Müharibələr və təbii fəlakətlər nəticəsində 462 kənd tamamilə boş qalmışdı. Əgər orta hesabla boş qalmış kənddə 20 ailə, 100 nəfər yaşadığını nəzərə alsaq 46200 oturaq əhali müharibələr nəticəsində ya xanlığı tərk etmiş, ya da ölmüşdü. Bundan əlavə, maldarlıqla məşğul olaraq yaylaq-qışlaq həyatı keçirən kürdlərə məxsus 2137 ailə, 10685 nəfər də İrəvan xanlığını tərk edərək Cənubi Azərbaycana və Osmanlı ərazisinə köçmüşdülər. Kameral siyahıyaalınmaya görə, müharibələrlə əlaqədar olaraq qonşu ölkələrə emiqrasiya edən və ölən İrəvan əhalinin sayı təxminən 56885 nəfərdən ibarət olmuşdu. Beləliklə, 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmaya əsasən belə nəticəyə gəlmək olar ki, Rusiya-İran müharibələrindən əvvəl İrəvan xanlığının əhalisi 22978 ailə, 134733 nəfərdən ibarət olmuşdur. Bunlardan 16438 azəri türk, 3496 erməni, 2984 kürd, 60 qaraçı ailəsi idi.

İrəvan xanlığı Azərbaycanın tarixi torpağıdır. Bura həm əhali baxımından, həm yer adları, həm də etnoqrafiq baxımdan sırf Azərbaycan xanlığı olmuşdu. Dövlət dili Azəri türkcəsində idi. Lakin rəsmi yazışmalarda fars dilindən də istifadə olunurdu. Bu xanlıq dövlət atributu sayılan öz ordüsu, pur vahidi və sərhədləri olan feodal dövləti idi.

XVIII yüzilliyin ikinci yarısı-XIX yüzilliyin əvvəllərində Azərbaycanın, o cümlədən İrəvan xanlığının daxili və xarici vəziyyəti çox mürəkkəb idi. Xanlıqlar arasında baş verən ara müharibələri, Cənubi Qafqaz uğrunda Rusiya, Qacar İranı və Osmanlı dövlətləri arasında mübarizə İrəvan xanlığını həmişə gərgin vəziyyətdə saxlayırdı. Hər üç dövlət bir-birinə qarşı mübarizədə bufer zona yaratmaq üçün İrəvan xanlığında möhkəmlənmək istəyirdi. Belə bir mürəkkəb şəraitdə daha güclü olan Rusiya Azərbaycan xanlıqlarının işğalına başladı. XIX yüzilliyin əvvəllərində başlayan və illərlə davam edən Rusiya-İran, Rusiya-Osmanlı müharibələri son nəticədə Azərbaycanın Rusiya və Qacar İranı arasında bölüşdürülməsilə nəticələndi. İrəvan xanlığı isə sona qədər mübarizə apararaq parlaq qələbələr çalmasına baxmayaraq, daha güclü hərbi texnikaya malik rus qoşunları tərəfindən 1827-ci ilin oktyabrın əvvəlində işğal olundu. Türkmənçay sülh müqaviləsinə görə İrəvan xanlığı rəsmi surətdə Rusiyaya ilhaq edildi. Çar Rusiyasının müstəmləkəsinə çevrilən İrəvan xanlığının Naxçıvan xanlığı ilə birlikdə statusu dəyişdirilərək «Erməni vilayəti» adlandırılmış və işğaldan sonra bu vilayətə İran və Osmanlı ərazilərindən ermənilər köçürülməklə əhalinin etnik siması dəyişdrilməyə başlamışdı.

Beləliklə, bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, İrəvan xanlığı Azərbaycanın müstəqil və ən uzunömürlü xanlıqlarından biri olmuşdu. Onun müstəqil dövlət kimi, hakimiyyəti, ordusu, pul vahidi, sərhədləri var idi.





Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin