Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix21.03.2017
ölçüsü3,91 Mb.
#12068
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 

        CH

3                                                                     

 CH



     Kofein                                          Teobromin 



 

Kofein  ən  çox  qəhvənin  toxumunda  (1-3%)  və  çayın 

yarpağında  (5%-ə  qədər),  az  miqdarda  isə  kakaoda,  qozun  iç 

pərdəsində və başqa bitkilərdə olur.  


 

167 


 

 

Kofein fizioloji təsirə malik olub, mərkəzi sinir sistemini, 



ürəyin  fəaliyyətini  tənzimləyir.  Kofein  həm  də  sidikqovucu 

xüsusiyyətə  malikdir.  Kofein  bir  çox  ürək-qan-damar  xəstə-

liklərinin  müalicəsində,  yorğunluğun  aradan  qaldırılmasında, 

beyin damarlarının genişlənməsində mühüm rol oynayır.  



Teobromin isə ən çox kakaoda (3%-ə qədər), az miqdarda 

isə çayın yarpağında təsadüf olunur. Teobromin tibb sahəsində 

əsas sidikqovucu kimi geniş istifadə olunur.  

Hal-hazırda  alkaloidlər  insanlarda  mövcud  olan  müxtəlif 

xəstəliklərin müalicəsində geniş istifadə olunur.  

Tibbdə  morfin,  kofein,  papaverin  və  s.  alkaloidlər 

insanların  müalicəsində  geniş  tətbiq  olunur.  Morfin–

sakitləşdiricilik xüsusiyyətinə malikdir. 0,01 qram morfin insan 

orqanizmində  olan  ağrıları  götürmək  qabiliyyətinə  malikdir. 

Uzun müddət morfin qəbul edən insanlarda morfinizm deyilən 

narkotik  xəstəlik  əmələ  gəlir.  Morfindən  fərqli  olaraq  kofein 

narkotik  xüsusiyyətə  malik  deyildir,  tibbdə  isə  əsasən 

soyuqdəymədə, öksürəyin aradan götürülməsində geniş istifadə 

olunur.  Papaverin  isə  qan  təzyiqini  aşağı  salmaq  üçün  istifadə 

olunur.  Qeyd  olunduğu  kimi,  alkaloidlər  əsasən  bitkilərdə 

aminturşularından  və  başqa  alifatik  və  aromatik  üzvi 

turşulardan  sintez  olunurlar.  Bu  prosesi  sxematik  olaraq 

aşağıdakı kimi göstərmək olar.  

        CH

2

–NH



2

           CH

2

NH

2



          CHO 

 

        CH



2

                    CH

2

                 CH



2

 

                 →                       ↔                    ↔ 



        CH

2

                    CH



2

                 CH

2

                      N 



                                                                                    

        CHNH

2

              CH



2

NH

2



          CH

2

NH



2

           pirrolin 

 

        COOH               nutresin       γ-aminobutanal 



      ornitin                               

(aminturşusu)  



 

168 


 

 

Sonda əmələ gəlmiş pirrolin, nikotin turşusu ilə birləşərək 



nikotin alkaloidini əmələ gətirir. 

 

 



             COOH 

                                                                       

                         +                    →                   N   

 

     N                             N                               CH



 

Nikotin turşusu        pirrolin                 nikotin (alkaloid) 



 

Bundan  başqa  bitkilərdə  anobazin  alkaloidi  nikotin 

turşusu  ilə  piperidinin  birləşməsindən  əmələ  gəlir.  Bu  proses 

sxematik olaraq aşağıdakı kimi göstərilir.   

           

                COOH 

               

                        +                      →                           NH   

 

         N                       N                              N  



Nikotin turşusu       piperidin                  anobazin 

 

Göründüyü kimi alkaloidlər bitkilərdə, bitki mənşəli qida 



məhsullarında  geniş  yayılmaqla  insan  orqanizmi  üçün  müsbət 

və mənfi xüsusiyyətə malikdirlər.  

Orqanizmdə 

alkaloidlərin 

çatışmaması 

nəticəsində 

müxtəlif xəstəliklər  əmələ  gəlir.  Đnsanlar  alkaloid  tərkibli  qida 

maddələri  ilə  düzgün  qidalanarsa,  onlarda  baş  verən  maddələr 

mübadiləsi prosesinin normal tənzimlənməsinə nail ola bilərlər.  

Bu  da  insanlarda  yuxarıda  qeyd  olunan  müxtəlif  formalı 

xəstəliklərin  əmələ  gəlməsinin  qarşısının  alınmasına  səbəb  ola 

bilər.  


 

 

169 


 

 

1.10.Terpenlər 



 

Bitkilərdə  geniş  yayılmış  üzvi  birləşmələrdən  biri  də 

doymamış  karbohidrogenlərin  nümayəndəsi  olan  terpenlərdir. 

Bunların  əksəriyyəti  10  və  daha  çox  karbon  atomu  saxlayan 

açıq  zəncirli  və  ya  tsiklik  formada  olan  birləşmələrdir. 

Bitkilərdə  və  bitki  mənşəli  qida  məhsullarında  terpenlərin  bir 

sıra oksigenli birləşmələrinə (spirtlər, aldehidlər, turşular və s.) 

təsadüf olunur. Belə birləşmələrə terpenoidlər deyilir.  

Terpenlər  spesifik  ətirə,  dada  malik  üzvi  birləşmələrdir. 

Onlar  bitkilərdə  xoş  iyli  olmaqla  ətir  yağlarının  tərkibində 

çoxluq  təşkil  edirlər.  Terpenlər  ən  çox  bitkilərin,  o  cümlədən 

meyvə-tərəvəzlərin  qabıq  hissəsində  daha  çox  olur.  Onlar 

bitkilərdə həm sərbəst, həm də başqa üzvi maddələrlə birləşmiş 

şəkildə  olurlar.  Terpenləri  əldə  etmək  üçün  bitki  mənşəli 

məhsulları bir neçə üsulla emal edirlər.  

1.  Sıxma  üsulu.  Bu  üsulla  daha  ətirli  bitki  mənşəli 

məhsulların  (limon,  portağal  və  s.)  qabıqları  və  ya 

toxumları  möhkəm  sıxılaraq,  onlardan  müvafiq  ətirli 

yağlar və ya ətirli maddələr əldə etmək olar.  

2.  Su buxarı ilə distillə üsulu. Bu zaman əsasən bitkilərin 

ləçəklərindən və yarpaqlarından istifadə olunur. Bu üsul 

əhali  arasında  daha  geniş  yayılmışdır.  Belə  ki,  bu 

üsulun  köməyi  ilə  qızılgülün  ləçəklərini,  nanənin 

yarpaqlarını su buxarı ilə distillə edərək müvafiq gülab 

(qızılgül  yağı)  və  nanə  ekstraktı  (nanə  arağı)  alınır. 

Alınmış  ekstraktlarından  əhali  arasında  müxtəlif  xəstə-

liklərin  (ürək,  mədə,  qan  təzyiqi  və  s.)  müalicəsində 

ekoloji  təmiz  dərman  bitkisi  kimi  istifadə  olunur. 

Bundan  başqa  gülabdan  qənnadı  sənayesində  müxtəlif 

şirniyyatların  (paxlava,  şəkər  çörəyi  və  s.)  istehsalında 

geniş istifadə olunur.  

3.  Ekstraksiya  üsulu.  Bu  üsulla  daha  ətirli  bitkilərdən 

istifadə  edilir.  Ətirli  xüsusiyyətə  malik  bitkilər  və 


 

170 


 

 

meyvə-tərəvəzlər  bəzi  həlledicilərdə  (spirt  və  s.) 



müəyyən  müddət  saxlanılır.  Bu  zaman  bitki  mənşəli 

məhsulların  ətirli  və  rəng  maddələri  həlledicilərdə  həll 

olaraq  onun  tərkibinə  keçir.  Alınmış  ekstrakt  bitkinin 

özünəməxsus spesifik ətrinə malik olur. Hal-hazırda bu 

üsulla qida sənayesində bəzi meyvə-tərəvəzləri (moruq, 

limon,  tərxun,  zoğal  və  s.)  spirtlə  ekstraksiya  edərək 

müvafiq  spirtli  içkilər  (araq  və  s.)  istehsal  edirlər.  Bu 

məqsədlə  ətirli  meyvə-tərəvəz  məhsulları  96%-li  etil 

spirti  məhlulunda  bir  neçə  gün  saxlanılır,  sonra 

qarışığın  bərk  hissəsi  süzülür  və  müəyyən  kondisiyaya 

çatdırılmaq  üçün  kupaj  olunur.  Bu  üsul  son  zamanlar 

şərabçılıqla  məşğul  olan  müəssisələrdə  geniş  tətbiq 

olunur.  Yuxarıda  qeyd  olunanlardan  məlum  olur  ki, 

bitki  mənşəli  məhsullar  terpenlərlə  və  ya  onların 

oksigenli  törəmələri  olan  terpenoidlərlə  zəngindir.  Bu 

maddələr  qidanın  tərkibində  olmaqla  insanların 

sağlamlığına  müsbət  təsir  göstərir.  Onlar  qan  dövranı 

prosesinin  tənzimlənməsində  iştirak  edirlər.  Ona  görə 

də qida sənayesi ilə məşğul olan mütəxəssislər terpenlər 

haqqında  müəyyən  biliyə  malik  olmalıdırlar.  Terpenlər 

(C

10

H



16

) təsnifatına görə beş sinfə bölünür.  

1)  Alifatik terpenlər. Bu sinfə mənsub terpenlər üç 

ikiqat  rabitəsi  olan  açıqzəncirli  karbohidrogen-

lərdir.  

2)  Monotsiklik terpenlər. Bu terpenlər ikiqat rabitə-

si  olan  birhalqalı  altıtağımlı  qapalı  birləşmələr-

dir.  


3)  Bitsiklik  terpenlər.  Bu  tərkibli  terpenlər  bir 

ikiqat rabitəli iki halqalı birləşmələrdir.  

4)  Seskviterpenlər.  Bunlara  C

15

H



24

  tərkibli  bir-

yarım (1,5) terpenlər də deyilir.  

5)  Di-tri-tetra  və  politerpenlər.  Onların  tərkibində 

daha çox sadə quruluşa malik terpenlər olur.  


 

171 


 

 

1.  Alifatik  terpenlər.  Bitkilərdə  və  bitki  mənşəli  qida 



məhsullarda  ən  geniş  yayılmış  alifatik  terpenlərə  misal  olaraq 

mirseni və osimeni göstərmək olar.  

 

        CH



3

–C=CH–CH


2

–CH


2

–C–CH=CH


2

 

 



        CH

3

                        CH



                              Mirsen 

 

Mirsen  ən  çox  ətir  yağlarının  tərkibində  geniş  yayılmış-



dır.  Bundan  başqa  mirsen  pivə  istehsalında  istifadə  olunan 

xmel  bitkisinin  tərkibində  də  çoxluq  təşkil  edir.  Xmelin 

özünəməxsus spesifik dad verməsi mirsendən çox asılıdır.  

Osimenin kimyəvi quruluşu aşağıdakı kimidir. 

        CH

3

–C–CH



2

–CH


2

–CH=C–CH=CH

 

        CH



2

                       CH

                     Osimen 



 

Bu  alifatik  terpen  ətir  yağlarında  olmaqla  xoşagələn  iyə 

malik mayedir.  

Bitkilərdə  alifatik  terpenlərin  10  karbon  atomlu  doyma-

mış  spirtlərinə  və  aldehidlərinə  daha  çox  rast  gəlinir.  Bu  qrup 

terpenlər  yovşan  bitkisinin,  yabanı  nanənin,  kəklikotunun, 

yarpızın  və  qeyrilərinin  tərkibində  daha  geniş  yayılmışdır.  

Bunların  qida  sənayesində  əhəmiyyəti  böyükdür.  Bu 

terpenoidlərə  misal  olaraq  sitronellolu,  geraniolu,  linaloolu, 

sitronellalı və sitralı göstərmək olar.  

Sitranellolun kimyəvi quruluşu aşağıdakı kimidir: 

  CH


2

=C–(CH


2

)

3



–CH–CH

2

–CH



2

OH 


 

          CH

3

            CH



               Sitranellol  

 


 

172 


 

 

Bu doymamış spirt ətirli xüsusiyyətə malik olan bitkilərin 



tərkibində olmaqla  yanaşı həm də  ən çox qızılgülün (gülabda) 

və  limonun  yağında  çoxluq  təşkil  edir.  Günəbaxan  və  zeytun 

yağında da sitranellola rast gəlinir.  

Geraniolun kimyəvi formulu aşağıdakı kimidir: 

  CH

3

–C= CH –(CH



2

)

2



–C–CH–CH

2

OH 



 

           CH

3

                    CH



                    Geraniol  

Bu  maddə  qızılgül  yağının  əsas  tərkib  hissəsini  təşkil 

edir.  Qızılgülün  ətrini  verir.  Geraniol  sitrus  meyvələrinin  ətir 

yağlarında daha çox olur. 

Linaloolun kimyəvi quruluşu aşağıdakı kimidir: 

  CH

3

–C= CH –(CH



2

)

2



–COH–CH=CH

2

 



 

           CH

3

                    CH



                     Linalool  

Bu  alifatik  terpen  nanənin,  tərxunun,  yovşanın,  dağ 

keşnişinin,  şüyüdün  və  başqa  tərəvəz  bitkilərinin  tərkibində 

daha çox olur.  

Linalool  qarğıdalı,  günəbaxan  və  zeytun  yağlarında  da 

çox miqdarda təsadüf olunur. O, sitrus meyvələrinin qabığında 

da çoxluq təşkil edir. Linalooldan ətriyyat sənayesində müxtəlif 

ətirlərin hazırlanmasında da çox istifadə olunur.  

Sitronellanın kimyəvi quruluşu aşağıdakı kimidir: 

                                                                  O 

  CH


2

=C –CH


2

–CH


2

–CH


2

–CH–CH


2

–C 


                                                                  H 

           CH

3

                          CH



                         Sitronellal 

Sitronellal  10  karbonlu  doymamış  alifatik  aldehiddir.  O, 

ən  çox  limondan,  moruqdan,  tərxundan,  nanədən  alınmış 

ekstraktın  tərkibində  olur.

 

Sitronellal  xoşətirli  olduğuna  görə 



ətriyyat sənayesində geniş istifadə olunur.  

 

173 


 

 

Sitral  da  quruluşuna  görə  10  karbon  atomu  olan 



doymamış aldehiddir.  

                                                            O 

  CH

3

–C=CH–CH



2

–CH


2

–C=CH–C 


                                                            H 

           CH

3

                        CH



                         Sitral 

Sitral ən çox limonda, itburnu meyvəsində, zirnişdə, qara-

qarağatda və sair bitki mənşəli qida məhsullarında olur. Ona C 

vitamini  ilə  zəngin  olan  bitkilərdə  daha  çox  rast  gəlinir.  Sitral  

limondan, portağaldan alınmış ətir yağlarının tərkibində çoxluq 

təşkil  edir.  Sitral  limon  ətirli  sarı  rəngli  mayedir.  Onun 

ekstraktından  qənnadı  sənayesində  geniş  istifadə  olunur. 

Sitralın  insan  orqanizmi  üçün  əhəmiyyəti  böyükdür.  O  qanı 

şəffaflaşdırır,  qanın  axıcılıq  qabiliyyətinin  tənzimlənməsində 

mühüm  rol  oynayır.  Qanın  qatılaşmasının  qarşısını  alır.  Sitral 

insan orqanizmi üçün mühüm bioloji xüsusiyyətə malikdir. 

2. Monotsiklik terpenlər. Bitkilərdə monotsiklik terpenlər 

əsasən mentan və ya parametilizopropil tsikloheksandan sintez 

olunur.  Mentandan  C

10

H



20

  dörd  hidrogen  atomu  ayrıldıqda 

monotsiklik 

terpenlərin 

(C

10

H



16

ən 



geniş 

yayılmış 

nümayəndəsi olan limonen əmələ gəlir. 

     CH


                            

CH

3

 



 

      CH                                          C 

     H

2

C       CH



2

                            H

2

C      CH 



                             –––––––→ 

     H


2

C      CH

2

                            H



2

C       CH

2

 

      CH                                           CH 



 

     CH                                           C 

 

         CH



3

  CH


3

                                CH

2

  CH


3

 

          Mentan                                   Limonen  



 

174 


 

 

Limonen  ən  çox  sitrus  meyvələrindən  alınmış  ətir 



yağlarının  tərkibində  olur.  Bitki  mənşəli  qida  məhsullarının 

emalı  və  saxlanması  zamanı  limonendən  başqa  xoş  ətirli 

monotsiklik terpenoidlər əmələ gəlir.  

Monotsiklik  terpenlərdən–terpin,  terpinhidrat,  terpineol, 

terpinolen  təbiətdə  geniş  yayılmışlar.  Onlar  portağalda, 

limonda, razyanada, şüyüddə,  yovşanda, tərxunda və sair bitki 

mənşəli  qida  məhsullarında  və  onlardan  alınmış  ekstraktlarda 

çox olur.  

Monotsiklik  terpenlər  təbabətdə  dərman  kimi,  qənnadı 

məhsullarının  istehsalında  onların  ekstraktlarından  geniş 

istifadə olunur.  

Monotsiklik terpenlərdən alınmış ekstraktlar əsəb sistemi-

nin  sakitləşməsində,  ürək-qan-damar  xəstəliklərinin  müalicə-

sində istifadə olunur.  

Bundan  başqa  monotsiklik  terpenlərin  oksigenli  nüma-

yəndəsi olan mentol spirtinə və ketoformalı karvona bəzi bitki 

mənşəli məhsullarda rast gəlinir.  

 

        H



3

C      CH

3

                                H



3

C     CH


2

 

 



        CH                                              C 

 

        CH                                              CH 



        H

2

C      CHOH                           H



2

C      CH

        


       H

2

C        CH



2

                               HC       C=O 

         CH                                              C 

         

        CH

3

                                            CH



    Mentol                                         Karvon 

 


 

175 


 

 

Mentol  və  karvon  monotsiklik  terpenləri  ən  çox  tərxun-



dan,  nanədən,  dağ  şüyüdündən,  yovşandan  alınmış  ekstraktın 

tərkibində olur.  

3.  Bitsiklik  terpenlər.  Bitkilərdə  geniş  yayılmış  bitsiklik 

terpenlərin əksəriyyəti mentanın törəmələri hesab olunur. Əgər 

mentanın  müvafiq  karbonlarından  iki  hidrogen  ayrılarsa,  onda 

bitsiklik (iki halqalı) birləşmələr əmələ gəlir.  

Pinen və kamfen ətir yağlarının tərkibində olur.  

 

     CH



3

                             CH

3

                                 CH



3

 

 



      CH                               C                                    C         CH

     H



2

C       CH

2

       H


2

C                        CH

2

       H


2

C           C 

                           →           H

3

C–C–CH



3

          →         CH

2

         CH



     H


2

C      CH

2

         HC                        CH         H



2

C           C=CH

      CH                              C                                   CH 



 

     CH                              CH

3

                              Kamfen 



                                       Pinen 

         CH

3

  CH


3

                                 

          Mentan                 

                     

 Bitkilərdə  bitsiklik  terpenlərin  oksigenli  törəmələrindən 

barneola və kamforaya da rast gəlinir.   

 

 

                  CH                                       CH 



        H

2

C                      CH



2

          H

2

C                     CH



       H


3

C–C–CH


3

      H                H

3

C–C–CH


3

    


        H

2

C                      C              H



2

C                      C=O 

                 C             OH                       C 

                        

                 CH

3

                                      CH



            Barneol                                 Kamfora       

 


 

176 


 

 

Barneol efir yağlı bitkilərin tərkibində olan monoterpenli 



spirtdir.  Barneolun  oksidləşməsi  nəticəsində  kamfora  əmələ 

gəlir.  Kamfora  bərk  halda  olub,  ən  çox  dəfnə  ağacının 

yarpağında  olur.  Kamforadan  təbabətdə  müxtəlif  xəstəliklərin 

müalicəsində  geniş  istifadə  olunur.  Kamfora  əsasən  dəfnə 

ağacının yarpağından və sintetik yolla skipidardan alınır.  

4.  Seskviterpenlər  C



15

H

24

.  Onların  alifatik,  monotsiklik, 

bitsiklik,  tritsiklik  və  tetratsiklik  növləri  vardır.  Alifatik 

seskviterpenlərdə  dörd  ikiqat  rabitə  olmalıdır.  Onların 

bitkilərdə  təsadüf  olunan  terpenoidlərdən  farnezolu  və 

nerolidolu  qeyd  etmək  olar.  Hər  iki  birləşmə  açıqzəncirli  üç 

ikiqat rabitəli spirtdir.  

CH

3

–C=CH–CH



2

·CH


2

–C=CH–CH


2

·CH


2

–C=CH–CH


2

OH 


 

        CH

3

                       CH



3

                       CH

Farnezol 



 

CH

3



–C=CH–CH

2

·CH



2

–C=CH–CH


2

·CH


2

–COH–CH=CH

2

 

 



        CH

3

                       CH



3

                       CH

Nerolidol  



Farnezol  bəzi  akasiya  və  cökə  ağaclarının  çiçəklərində 

olan ətirli maddədir.  

Nerolidol  balzamda,  akasiya  ağacının  çiçəklərində  geniş 

yayılmış xoşətirli spirtdir. 

Farnezol və nerolidolun formullarında izopentan qalıqları 

arasında 

rabitəni 

göstərən 

cizgilər 

əvəzinə 


nöqtələr 

qoyulmuşdur.  Bu  həmin  formulların  asan  yadda  qalması 

üçündür.  

 

(CH



3

–C–CH–CH


2

–) 


 

    CH


3

 

Đzopentan 



 

177 


 

 

 



Monotsiklik  seskviterpenlər  (C

15

H



24

)  birhalqalı  üç  ikiqat 

rabitəli  birləşmələrdir.  Bunlardan  bizabolen  və  sinkiberon 

bitkilərdə daha çox təsadüf olunur. 

 

                CH



3

                                           CH

3

                         



 

                C      CH

2

                                 CH   CH



       H


2

C      C      CH

2

                     HC      C      CH



 

     H



2

C  H


2

C          C–CH

3

            HC          CH



2

  C–CH


           

                 CH    CH                                CH     CH 

 

                 C                                             C 



        H

3

C      CH



3

                            H

3

C       CH



           Bizabolen                               Sinkiberon 

Bizabolen  limonda  və  başqa  ətir  yağlarında,  sinkiberon 

isə zəncəfilin yağında çox olur.  



Bitsiklik  seskviterpenlər  iki  halqalı  iki  ikiqat  rabitəli 

aromatik  birləşmələrdir.  Onların  təbiətdə  ən  geniş  yayılmış 

nümayəndəsi kadinendir. 

                                               CH

3

 

 



                                    CH    CH

H



2

C       C       CH

 

      HC                    C–CH



 

                                     C      CH 



 

                                      CH 

                                       H

3

C     CH



                                  Kadinen  



 

178 


 

 

Kadinen  pambıq  yağında  və  bəzi  bitkilərin  (yovşanın, 



nanənin və s.) yaşıl hissələrində olur.  

Tritsiklik  və  tetratsiklik  seskviterpenlərin  bitkilərdə  və 

qida məhsullarında insan orqanizminə təsiri, bioloji və fizioloji 

xüsusiyyətləri az öyrənilmişdir.  



Diterpenlər  C

20

H

32

.  Hal-hazırda  təbiətdə  500-dən  artıq 

diterpenlər mövcuddur. Onların əksəriyyəti su buxarı vasitəsilə 

distillə 

zamanı 


uçuculuq 

xassəsinə 

malik 

deyildir. 



Diterpenlərin  bitkilərdə  ən  geniş  yayılmış  nümayəndəsi  fitol 

spirtidir  (C

20

H

39



OH).  Diterpenlərin  başqa  nümayəndəsi  olan 

retinolinin  (A

1

-vitamini)  insan  orqanizmi  üçün  mühüm  bioloji 



əhəmiyyəti  vardır.  Bu  barədə  “Vitaminlər”  bəhsində  qeyd 

olunmuşdur.  Diterpenlər  əsas  bitki  və  heyvan  mənşəli  qida 

məhsullarının yağında daha çoxluq təşkil edir.  

Triterpenlər  (C

30

H

48

).  Triterpenlərin  ən  geniş  yayılmış 

nümayəndəsi  olan  sterollar  bitkilərdə  və  heyvan  mənşəli  qida 

məhsullarında 

geniş 


yayılmışdır. 

Sterollar 

əsasən 

tsiklopentanperhidrofenantrenin törəməsidir. Sterolların  provi-



tamini  D-qrup  vitaminləridir.  Bitki  sterollarına  misal  olaraq 

eriqosterolu  göstərmək  olar.  Eriqosterol  ən  çox  mayaların, 

göbələklərin,  yağların  tərkibində  olur.  O,  D

2

-vitamininin 



provitaminidir, daha doğrusu onun əvəzedicisidir. Đnsanların və 

heyvanların dərialtı yağında daha çoxluq təşkil edən xolesterol 

(xolesterin)  da  triterpenlərin  nümayəndəsidir.  Xolesterol  D

3

-



vitamininin provitaminidir, yəni onun əvəzedicisidir.  

Tetraterpenlər  (C

40

H

56

).  Hal-hazırda  500-ə  yaxın 

tetraterpenlər 

mövcuddur. 

Onların 


ən 

geniş 


yayılmış 

nümayəndəsindən  biri  fitoindir.  Fitoin  8  molekul  izopren 

qalıqlarından  təşkil  olunmuşdur.  Tetraterpenlərin  təbiətdə  ən 

geniş  yayılmış  nümayəndəsi  karotinoidlərdir.  Karotinoidlər 

bitki  yarpaqlarının  xloroplastlarında  lokalizə  olunmuşdur. 

Onlar  fotosintez  prosesində  iştirak  edirlər.  Karotinoidlərin 

nümayəndəsi  olan  karotinlər  A  vitamininin  provitaminidir. 

Tetraterpenlərin  nümayəndəsi  olan  likopin  də  bitkilərin  yaşıl 



 

179 


 

 

hissələrində daha  geniş  yayılmışdır.  Likopin başqa karotinoid-



lər  kimi  sarımtıl-qırmızı rəngli  maddədir.  Pomidorun,  itburnu-

nun  və  bir  çox  başqa  meyvələrin  rəngi  likopindən  asılıdır. 

Bitkilərdə  tetraterpenlərin  oksigenli  törəmələrinə  də  rast 

gəlinir.  Onlara  fitoksantinlər  də  deyilir.  Bu  qrupdan  olan 

ksantofil  C

40

H



56

(OH)


2

  yaşıl  yarpaqların  sarı  boyaq  maddəsini 

təşkil edir. Ksantofil ən çox qarğıdalıda və ondan alınan yağın 

tərkibində çox olur.  



Politerpenlər (C

10

H

16

)

n

. Politerpenlərin ən geniş yayılmış 

nümayəndəsi  sənayedə  və  məişətdə  geniş  istifadə  olunan 

kauçukdur.  O  çoxlu  sayda  monoterpenlərin  bir-biri  ilə 

birləşməsindən əmələ gəlmişdir. Bu qrup terpenlərin bioloji və 

fizioloji xüsusiyyətləri nisbətən az öyrənilmişdir. 

Terpenlər təbiətdə geniş yayılmış üzvi maddələrdir. Onlar 

qida  məhsullarının  tərkibində  geniş  yayılmışdır.  Đnsan 

orqanizmində  baş  verən  maddələr  mübadiləsi  prosesinin 

tənzimlənməsində yaxından iştirak edir. Ona görə də insanların 

normal  inkişafı  üçün  onların  gündəlik  qida  rasionlarında 

terpenlərin və terpenoidlərin olması vacibdir.  

 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin