Əziz Milena xanım!
Tərcümələrlə o darıxdırıcı Vyanada əlləşib-vuruşursunuz. Bu həm də utandırıcıdı, həm
də məni sevindirir. Həm də gərək Volfdan məktubu indiyə qədər alaydınız, yazacağını
lap əvvəllər mənə bildirmişdi. Bir kataloqda adı “Öldürən” olan hekayə mənim deyil,
yəqin ki, səhv düşüb, amma ən yaxşı hekayə olduğu deyilirsə, bəlkə də, doğrudur,
bilmirəm.
Son məktubunuzla və bundan əvvəlkindən başa düşdüyümə görə dərdləriniz,
problemləriniz keçib, yəqin ki, ərinizin dərdləri də keçib, ikiniz üçün də səbəbli olduğunu
diləyirəm. Haçansa bir bazar günü günortadan sonra ərinizlə rastlaşdım. Qarşılaşdığımıza
görə heç birimiz sevinmədik. Müxtəlif mənalarda olsa da, ikimiz də çərənləyib baş
şişirtməkdə usta sayılırdıq. Bilmirəm, deyəsən, birlikdə gəzindik, yaxud da ancaq
salamlaşdıq, onsuz da vacib deyil bilməyim.
Bu, çox köhnə, keçmiş bir xatirədi, yada salınmamalıdır, gizli qalmalıdır. Eviniz
gözəldir?
Dostları ilə paylaş: |