"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   9   10   11   12   13   14   15   16   ...   47
Frans. 
 
 
                                       Alman dilindən tərcümə edən: Vilayət Hacıyev 
 
 
  
E-mənbə / link:  http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=932 
 
 
 
 
“Milenaya məktubları” 
 
 
   Frans Kafka almanca yazıb, onun əsərlərinin dəyərini hələ o vaxt başa düşən Milena 
həmin yazıları çex dilinə çevirib. Bu əlaqəyə əsasən tanış olublar. Kafka 1920-ci ildə 
ciyər xəstəliyindən əziyyət çəkirdi, Milena Vyanadaydı. Bir-birilərini görmədiklərindən 
məktublaşıblar. Bu dostcasına məktublaşma qısa vaxt ərzində atəşli qarşılıqlı məhəbbətə 
çevrilib. Ancaq bu sevgi məktublaşmadan o yana keçə bilməyib. Üç il davam edən 
məktublaşma müddətində cəmi iki-üç dəfə görüşə biliblər. Kafka bu vaxt daxili əzablar, 
ruhi böhran içindəydi, hər görüşdən sonra böyük günah işlətdiyini düşünər, özünü 
günahkar sayar, sonra yenə darıxıb görüşərmiş. 
   Milena o vaxtlar evliydi, Kafka isə eyni qızla üç dəfə nişanlanıb ayrılmışdı, sonra başqa 
bir qızla - Dorayla evlənir. Öləndə yanında arvadı Dora və dostu həkim Klopstok 
durmuşdular. Ölərkən həkim dostuna demişdi: “Qoyma ağrı çəkim, öldür məni, əgər 
öldürməsən, qatil sayılacaqsan”. 
   Milena nəcabətli bir ailədə doğulmuşdu. Atası vuruşduğu almanlar tərəfindən 
güllələnmişdi. Milena əri ilə xoşbəxt deyildi. Milenanın yaxın dostu olan və bu 
məktubları yayan Hass, Milena haqqında deyirdi. “Sevincliydi, gözütox, qərarlarında 
soyuqqanlı idi. Dostluqda onun kimisini tapmaq çətindir: kömək etməyi xoşlayan, bütün 
imkanlarından istifadə edən, etdiyinin də qarşılığını gözləyən bir xanım idi. Arzularına 
görə hər şeyi gözə alır və düşüncəsiz hərəkət edərdi. Olanını: həyatını, pulunu, 
duyğularını səxavətlə xərcləmiş bir insan idi”. 
   Hassa bu məktubları Milena 1939-cu ildə verib. Milenanın Kafkaya yazdığı 
məktublarsa əldə yoxdur. Amma Milenanın Kafkayla bağlı dostu Maks Broda yazdığı 
məktubların bəziləri ilə oxucular tanışdırlar. Milena sonralar ərindən ayrılıb. 1944-cü ildə 
vəfat edib. Kafkanın məktublarının bəziləri əldə yoxdur, güman olunur ki, onları Milena, 
Hassa verməyib. Kafkanın Milenaya yazdığı məktublardan bir neçəsini sizlərə təqdim 
edirik. Növbəti saylarımızda isə Milenanın Maks Broda yazdığı məktublarla tanış ola 
bilərsiniz. 
    
    

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin