"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi


Orijinaldan çevirdi: Şəfa Cəbiyeva



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   6   7   8   9   10   11   12   13   ...   47
Orijinaldan çevirdi: Şəfa Cəbiyeva 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
33
Lui Araqon 
 
 "Nazim Hikmət üçün" 
 
 
Nazim Hikmətin ölümündən üç gün sonra yazılmış dost sözü 
    
  Xeyr, yaza bilmərəm, indi olmaz, xahiş edirəm. Buraxın, mənim üçün tamamilə ölsün, 
yoxsa, daha əvvəl, altmış yaşındakı bu dəliqanlı, bu sarışın, nə həbsxananın, nə xətəliyin, 
nə yaşın təsir edə bildiyi bu insan içimdə yaşadıqca heç bir şey yaza bilmərəm. İndi 
olmaz. Daha sonra. Söz verirəm sizə, yazacağam, hətta bu jurnalda, daha başqa bir 
mövzu üzərində: Ölümündən deyil, həyatından bəhs edəcəyəm. 
    
   Şənbə səhəri satın aldığım «Znamya» jurnalının son sayını evdən çıxarkən özümlə 
götürmüşdüm. Jurnalda Nazimin «Les Romantiques» (“Romantiklər”) adlı romanının son 
hissəsi vardı. O zamanlar hər kəs onun deyil, Papa XXIII Jeanın ölümünü gözləyirdi. Hər 
saat radioların başında. Və bazar ertəsi səhəri Papa hələ yaşayırdı ... Nazimə gəlincə, bizi 
heç xəbərdar etməmişdi, can vermədi, belə ayaqda, bir nərdivanı çıxarkən, qəflətən öldü. 
Yaşayarkən öldü. Bir ağac kimi aşdı. İcazə verin, mənim üçün tamamilə ölsün. O zaman 
yazaram jurnalınıza, uzun- uzun, mənim üçün, başqaları üçün nə məna daşıdığını, burada 
yazaram, bəlkə, gələcək ay, yaza qədər icazə verin mənə, iyula qədər, ona çox yaraşan 
iyul ayına qədər icazə verin. Bundan on səkkiz il əvvəl həbsxanada böyük türk mistik 
ədibi Mövlana Cəlaləddin, ya da iranlı Ömər Xəyyam kimi rübai formasında yazdığı bu 
dörd misranı anlayacaq qədər buraxın mənə:  
     
   «Fasilə...» - deyəcək bizə bir gün təbiət anamız, -  
   «gülmək, ağlamaq bitdi, uşağım...»  
    «Və təkrar ucsuz-bucaqsız başlayacaq:  
   «görməyən, danışmayan, düşünməyən həyat ... »  
     
   Yurdunun bazar ertəsi günü, səhər, onun enişindən dərhal bir-iki saat sonra telefon. 
Nazim. Ey ölüm, günümüzdə nə də sürətli gedirsən! İki saat belə keçmədən bütün 
Avropanı keçmiş, məni axtarmış, ürəyimə işləmişdin, ey ölüm, telefonla gələn, 
görünməyən, düşünülməyən, daha bir sözdən, bir addan başqa, bir şey olmayan ölüm və 
xeyr deyirəm, Nazim ola bilməz. Bəli, O, Nazim ... Ta özü, başqası deyil. Bütün insanlar 
kimi o da. Və şeirindəki bir uşağı xatırladım:  
     
   «Rəcəb, damdan düşər kimi qarışdı sözə:»  
   «Hərbə girdiyin zaman, bir gavur öldürüb»  
   ……«bir qurtum ehtiva etsənsə qanını»  
   ……«qorxu qalmazmış.»  
     
   Mən onun qanından bir damla içməyəcəyəm. Danışmayan ... ucsuz-bucaqsız həyat ... 
Nazim, səndən mənə ilk dəfə 1934 - də danışdılar, sən həbsdə idin, o zaman bir şeylər 
yaza bildim. Dostluğumuz otuz il davam etməyəcəkdi. Nə qədər az, otuz il. 1950-də, 
bizlər: yəni türk xalqı, dünyanın hər guşəsindəki şairlər səni həbsdən qurtardığımız 
zaman, bir on dörd iyul günü dhsdoğru həyatın içinə daldın. Amma bu il, 
səbirsizliyindən, iyulu gözləyə bilmədin ... Həbsanə xaricində on üç il, ya da buna yaxın 


 
34
bir şey, qırx səkkizindən altmış birə qədər, gözəl bir yaşam bu. On üç il, çox şey. 
Həbsanə xaricində öldün, bu da çox şey. Çünki öldün. Bu fikrə alışdıracağıq özümüzü. 
İnsan mənzərələrini sənsiz xəyal etməyə çalışacağıq... Sənin deyiminlə, mənzərəni bu 
ağac olmadan xəyal etməyə çalışacağıq. Ucsuz-bucaqsız həyatı ...     
 
   6 iyun 1963  
   
    

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin