"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi


Ürəkdən salamları ilə, Frans Kafka



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   13   14   15   16   17   18   19   20   ...   47
   Ürəkdən salamları ilə, Frans Kafka 
 
    
   * * * 
    
Deməli, sizin də ciyərinizdi. Bütün gün beynimdə bunu fikirləşmişəm, ta başqa şey 
haqqında düşünmürəm. Elə bilməyin ki, xəstəlik məni qorxudur, danışdıqlarınızdan başa 
düşdüyümə görə - elə olmağını da diləyirəm - siz də xəstəlik hələ çox zəif başlayıb. Bu 
xəstəliyi (Qərbi Avropanın yarısı ciyərindən xəstədir) öz canımdan bilirəm, üç ilə 
yaxındır ki, yaxşılığından çox, pisliyi mənə təsir edib. Üç il əvvəl bir gecə qanaxma 
başladı məndə. Hər təzə şeydə olduğu kimi, təbii ki, insan həyəcanlanır, tez qalxdım 
(sonra öyrəndim ki, gərək heç tərpətməyəsən) pəncərəyə yaxınlaşdım, çölə çıxdım, 
otaqda gəzindim, su kranına getdim, yataqda oturdum - qanama heç dayanmadı bu vaxt 
ərzində. Amma kədərli deyildim, bilirdim ki, qan dayanan kimi üç-dörd ildir davam edən 
yuxusuzluğum sona çatacaq. 
   Qan dayandı (o gündən bəri bir də olmadı). Mən də səhərə qədər dərin bir yuxuya 
getdim. Səhəri gün xidmətçim gəldi. ( O vaxtlar Şönburundan aralıda yaşayırdım). Yaxşı, 
ürəyitəmiz, yüngülxasiyyət bir qız idi. Qanı görən kimi “tez həkim” dedi, “az vaxtda, 
yəqin, ölərsən”. Amma mən özümü əvvəlkindən daha yaxşı hiss edirdim. İşə getdim, 
amma günortadan sonra həkimə getmədim. Ondan sonrası çox da vacib deyil, danışmağa 
dəyməz. Sizə bunu demək istəyirəm: Məni kədərləndirən xəstəliyiniz deyil. (Xatirələrimə 
söykənərək özümü inandırmağa çalışıram, o duyğulu zərifliyinizlə yanaşı, kəndlilərə xas 
sağlamlığınız var sizin. Ona görə də inanmıram, bu bir xəbərdarlıqdır bəlkə, ciyəriniz 
xəstə deyil). Məni kədərləndirən, düşündürən bu xəstəliyin səbəbidi. “Pulum yoxdu, çay 
və yavan çörəklə yaşayıram. İkidən səkkizə qədər işləyirəm” deyə yazmışdınız. Nəysə, 
bunların üstündən keçək, bunlar mənim başa düşə bilmədiyim şeylərdir. Bəlkə də, 
məktubla başa salmaq olmaz, birgə oturub danışmaq lazımdır bunları. Keçək deyirəm, 
ancaq məktubda keçə bilirəm, bir an da huşumdan çıxmır. Sizdə bu xəstəliyi üzə çıxaran 
şeyin səbəbini düşünürəm. Özümünkünü bilirəm, onsuz da əksər adamlarda səbəb 
eynidir. Belə olur: beynə yığılan kədərli fikirləri, dərdləri axır ki, çəkmək olmur. “Ta mən 
dözə bilmirəm” deyir, “Bunları saxlamağı vacib sayan kimsə varsa, mənə kömək etsin, 
yükümü azaltsın, bəlkə, yaşamağı bir az da davam edə bilərəm”. Ağciyərin tez vaxtda 
itirməli çox şeyi olmadığına görə “burdayam” deyir. Beynimlə ciyərimin bu razılığından 
xəbərim olmadı, amma bu razılığın dəhşətli olduğunu indi başa düşürəm.. 


 
63
   Yaxşı neyləməyi düşünürsünüz? Bəlkə də heç vacib deyil. Yaxşı baxsalar tez keçirə 
bilərsiz. Bunu yaxınlarınız, sizi sevənlər bilməlidir. Xudbin düşüncələri də özünüzdən 
kənarlaşdırın. Necə? Bu da bir qurtuluş deyil? Haqsızam? Yox, xeyr, zarafat etmirəm, 
heç də sevinmirəm, ta ki həyat tərzinizi daha yaxşı, daha sağlam nizama saldığınızı 
yazana qədər. Son məktubunuzu oxuyandan sonra niyə artıq Vyanadan ayrılmırsınız deyə 
soruşmuram, indi başa düşürəm. Amma Vyanaya yaxın çox gözəl yerlər də var, orada da 
istirahət edib rahatlaşa bilərsiniz. 
   Görürsünüz də bu gün başqa bir şey yaza bilmirəm. Məncə, bundan daha vacib bir şey 
yoxdu. Sabah başqa şeylərdən danışaram, dəftər üçün təşəkkürü də sabaha saxlayıram, 
mənə təsir etdi, utandırdı məni, amma sevindirdi də. Dayanın, sizə başqa bir şey demək 
istəyirəm. Tərcümələrimə bir saniyəlik də yuxunuzu sərf etsəniz, bunu özümə qarğış 
sayaram. Haçansa bu işdən ittiham olunmaq lazım olsa, çox səbəb axtarmağa səy 
göstərmədən yuxusuzluğu onun üzündən görünür deyəcəklər və məni haqlı olaraq 
günahlandıracaqlar. Etməyin deyərkən özümü düşünürəm, özüm üçün yalvarıram. 
    

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin