Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə91/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   87   88   89   90   91   92   93   94   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

181
Mənfi təsirlər

Bədən hissələrinin, tibbi avadanlıqların və ya qidaların nə-
zarətsiz və ya tənzimlənməmiş şəkildə istehsalı;

Tullantıların artması, ekologiya üzərində əlavə yükün ya-
ranması;

Bədən hissələrinin və bədənlərin çap edilməsindən irəli 
gələcək əhəmiyyətli etik mübahisələr (Bunları istehsal et-
mək bacarığına kim nəzarət edəcək? Yaranacaq orqanların 
keyfiyyətinə kim təminat verəcək?);

Sağlam həyatı dəstəkləməyən yanlış stimullar: əgər hər şey 
əvəz ediləndirsə, o zaman sağlam yaşamağın nə mənası var?;

Qidanın çap edilməsinin kənd təsərrüfatı üzərində yarada-
cağı təsirlər.
Hazırda reallaşan dəyişiklik
Popular “Science” jurnalı üçölçülü çapetmə ilə ilk onurğa imp-
lantından istifadə edildiyini qeyd edir:
“2014-cü ildə Pekin Universitetinin Üçüncü Xəstəxanasından 
olan həkimlər gənc bir xəstənin boynundakı xərçəngli onurğanın 
yerinə üçölçülü çapetmə ilə hazırlanmış onurğanı uğurlu şəkildə 
implantasiya etdilər. Bu onurğanın modeli gəncin mövcud onurğa-
sından əldə edildi və beləliklə, onun inteqrasiyası asanlaşdı”
Mənbə
: “Boy Given a 3-D Printed Spine Implant, Loren Grush, Popular Science, 26 Au-
gust2014, http://www.popsci.com/article/science/boy-given-3-d-printed-spine-implant
Dəyişiklik 21. Üçölçülü çapetmə və istehlak 
məhsulları
Dönüş nöqtəsi: 
İstehlak məhsullarının 5%-nin üçölçülü çap 
edilməsi.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
182
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 81%-nin fikrinə görə bu 
mümkün olacaqdır.
Üçölçülü çap qurğuları olan hər kəs üçölçülü çap edə bilər. Bu 
səbəbdən, üçölçülü çapetmə tipik istehlakçıları öz məhsullarını 
mağazalardan almaq əvəzinə lokal və tələbə uyğun şəkildə çap edə 
bilmək üçün bütün şərtlərlə təmin edir. Nəticədə, üçölçülü çapet-
qurğusunun ofis, hətta ev əşyasına çevriləcəyi gözlənilir. Bu 
istehlak məhsullarına əlçatanlığın xərcini daha da azaldacaq, üçöl-
çülü çapetmə ilə yaradılmış məhsulların əlçatanlığını isə daha da 
artıracaqdır. Üçölçülü çapetmə üçün hazırda mövcud olan istifadə 
sahələri (Şəkil 7) istehlakçı məhsullarının inkişaf etdirilməsi və is-
tehsal olunması ilə bağlı müxtəlif sektorlara işarə edir (konseptin 
sübutu, prototip və istehsal).
Şəkil 7. Üçölçülü çapetmənin müxtəlif sahələrdə istifadəsi (sor-
ğuda iştirak edənlərin faiz nisbəti
*
)

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin