Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Bilinməyən, həm müsbət, həm də mənfi ola



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə94/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   89   90   91   92   93   94   95   96   97
IV-Senaye-Inqilabi-UNEC 2

Bilinməyən, həm müsbət, həm də mənfi ola 
biləcək təsirlər
- Ömrün 
uzanması;

İnsanlığın təbiəti ilə bağlı etik dilemmalar;
- Mədəni 
dəyişikliklər.
Hazırda reallaşan dəyişiklik
2015-ci ilin mart ayında nüfuzlu elm adamları “Nature” jurna-
lında yayınladıqları bir məqalə ilə insan rüşeymlərinin tənzimlən-
məsi mövzusunda bir moratorium elan olunmasını tələb etdilər və 
“bu araşdırmaların doğura biləcəyi etik və təhlükəsizlik xarakterli 
nəticələrlə bağlı ciddi narahatlıqları” dilə gətirdilər. Elə bundan 1 
ay sonra, 2015-ci ilin aprel ayında “Guangzhou Yat-sen Universi-
teti”ndən Cinciu Huanqın [ Junjiu Huang] rəhbərliyi altındakı 
tədqiqatçılar insan rüşeyminin DNT-nin dəyişdirilməsi ilə bağlı 
dünyadakı ilk elmi məqaləni yayınladırlar.
Mənbələr:
http://www.nature.com/news/don-t-edit-the-human-germ-line-
1.17111;http://qz.com/389494/chinese-researchers-are-the-first-to-genetically-mo-
dify-a-human-embryoand-many-scientists-think-theyve-gone-too-far/


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
186
Dəyişiklik 23. Neyrotexnologiyalar
104
Dönüş nöqtəsi: 
Tamamilə süni bir yaddaşın insan beyninə yer-
ləşdirilməsi.
Şəxsi və peşəkar həyatımızın, beynimizin funksiyalarının – həm 
fərdi, həm də kollektiv səviyyədə - necə işlədiyinin daha yaxşı an-
laşılmasından faydalanmayacaq hər hansı bir sahəsi yoxdur. Son il-
lərdə dünyada ən çox fond əldə etmiş araşdırma proqramlarından 
ikisinin beyin elmləri ilə bağlılığının olması – Avropa Komissiyaı-
nın 10 il müddətinə bir milyard avro ilə maliyyələşdirdiyi “İnsan 
Beyni Layihəsi” və Prezident Obamanın “İnnovativ Neyrotexno-
logiyaların İnkişaf etdirilməsi Yolu ilə Beyin Araşdırmaları Təşəb-
büsü (BRAIN)” – bunu bir daha izah edir. Bu proqramlar, ilk öncə 
elmi və tibbi araşdırmalara diqqət yetirmiş olsalar da, neyrotexno-
logiyaların həyatımızın tibbdən kənar istiqamətlərində də sürətlə 
inkişaf etməsinə (və təsirinə) şahid oluruq. Neyrotexnologiya beyin 
fəaliyyətinin izlənilməsindən və beynin dünya ilə birlikdə necə də-
yişdiyinin müşahidəsindən ibarətdir.
Məsələn, 2015-ci ildə daşınması asanlaşan və qiymətləri aşağı 
düşən (artıq bir oyun pultundan daha ucuzdur) neyro-qulaqcıq-
lar görünməmiş imkanlar təqdim edirdi. Ehtimal ki, bu, sadəcə bir 
neyro-inqilaba deyil, eyni zamanda bir ictimai inqilaba işarədir.
105

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin