Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Глейтман Г. ,Фридлинд А., Райсберг Д



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

Глейтман Г. ,Фридлинд А., Райсберг Д. Основы психологии. -  

Санкт-Петербург, 2001, с. 405-406. 


114

çətinliklərdən    biri də nitqdəki səslərin tələffüz sürəti ilə

bağlıdır. 

Xarici ölkə psixoloqlarının    tədqiqatları göstərmişdir ki, 

yaşlı adamlar nitqdə saniyədə 16  fonem olmaqla bir dəqiqə  

ərzində  250 sözü qavraya bilirlər Adətən, bu fonemlər hər bir

nitq vahidini müəyyənləşdirən sərhəd rolunu oynayaraq fasilə

olmadan ötüb gedir.  Həqiqətən çox vaxt bir fonemin

yaradılması digərinin üzərinə düşür.  Məsələn,  insan əvvəlki

samitin tələffüzünü qurtarmamış sait səsi tələffüz etməyə

başlayır.  Bu hal ayrı-ayrı sözlərin tərkibində ardıcıl fonem, 

eləcə də frazaların daxilində ardıcıl sözlər üçün düzgün hal he-

sab olunur.  Məhz buna görə də bəzən sözü «xəz əl»,  yoxsa

«xəzəl»  kimi eşitdiyini anlamaq çətindir.  Deməli,  çox vaxt

dinləyici nitq axınını müvafiq vahidlərə ayırmaq vəzifəsini

yerinə yetirməli olur.  Bu prosesi düzgün həyata keçirmək

üçünsə dinləyənin həmin dilin lüğət tərkibi    və    strukturu

haqqında zəruri biliyinin olması tələb edilir.        



Nitqin növləri və formaları.  Nitqin funksiyaları, 

xüsusiyyətləri ilə yanaşı özünəməxsus formaları və növləri də

vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda

müxtəlif əlamətlərdən istifadə olunur. 

Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin

iki əsas növü mövcuddur:  xarici və daxili nitq.  Xarici nitq

başqaları ilə ünsiyyətə,  informasiya mübadiləsinə yönəlmiş

olub,  eşidilən,  görülən və tələffüz edilən nitqdir.  Daxili nitqə

gəldikdə,  o hər şeydən əvvəl təfəkkür prosesinin təmin

olunması ilə    bağlıdır.  O,  psixoloji nöqteyi nəzərdən olduqca

mürəkkəb hadisə olub nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini

təmin edir.

Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü

mövcuddur: şifahi nitq və yazılı nitqNitqin hansı formasından

istifadə etməyimizdən asılı olmayaraq o həmişə həmin əsas

növlərdən birinə aid olur. 



Şifahi nitq tələffüz edilən,  eşidilərək qavranılan,  başa

115

düşülən nitq növüdür. Bu nitqin köməyi ilə danışanlar arasında

bilavasitə əlaqə yaranır.  Şifahi nitq zamanı    ünsiyyətdə olan

adamlar bir-birini görür, eşidirlər. Danışan adamın mimikası və

bədəninin

ifadəli


hərəkətləri,  səsinin

ahəngi


nitqin

məzmununun,  buna bəslədiyi münasibətinin anlaşılmasına

yardım göstərir.

Ünsiyyət şəraitindən,  onun məqsəd və məzmunundan

asılı olaraq şifahi nitq ya dialojiya da monoloji formada

cərəyan edə bilər. 



Dialoji nitq iki və daha artıq adamın sual-cavab şəklində

həyata


keçirdiyi

nitqdir.  Dialoji

nitqin

özünəməxsus



xüsusiyyətləri

vardır. 


Psixoloji

ədəbiyyatda

həmin

xüsusiyyətlərə aşağıdakıları aid edirlər.



Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb

edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə

öz münasibətini bildirir: ya sual verir,  ya təsdiq edir,  ya inkar

edir.  Dialoji nitqin bu cəhəti danışanan öz fikrini ifadə etmək

istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir. 

Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan

adamların

emosional-ekspressiv

rabitəsi

şəraitində

baş

verməsidir.  Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini



bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirir

lər. 


Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən

şəraitlə və ya obyektlə bağlı olmasıdır.  Bu mənada o situativ

səciyyə daşıyır,  söhbətin obyekti dəyişən kimi dialoqun

istiqaməti və xarakteri də dəyişir. 

Monoloji nitq dialojidən fərqli olaraq bir adamın öz fikir

və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsi, 

başqalarının onu dinləməsidir. Monoloji nitq son dərəcədə fəal

və sərbəst nitqdir. Adətən, monoloji nitqdən istifadə edən adam

hər hansı bir məzmunu seçməli və həmin məzmuna uyğun ola-

raq ifadə etdiyi fikri sərbəst akt qaydasında qurmağı

bacarmalıdır. Monoloji nitq tamamilə mütəşəkkil nitq növü he-


116

sab olunur.  Bu baxımdan müəllimin mühazirəsini monoloji

nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu mono-

loqa rast gəlirik, məsələn, İsgəndərin monoloqu, Hamletin mo-

noloqu və    s.  monoloqlara diqqət yetirdikdə onun fasiləsiz,

əlaqəli, ardıcıl  və məntiqli olduğunu görürük. 

Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən

adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi, 

zəngin söz ehtiyatına malik olması,  nitqin təsirlilik, 

emosionallıq xüsusiyyətlərinə,  danışdığı dilin qayda-qanun

larına mükəmməl yiyələnməsi zəruridir. 

İstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola

bilir.  Hər iki termin şərti xarakter daşımaqla danışanın və ya

dinləyənin fəaliyyətini səciyyələndirir.  Aktiv nitq forması

ünsiyyət zamanı danışan adamın, başqa sözlə kommunikatorun

nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv

formada cərəyan edir.  Belə ki,  biz başqasını    dinləyən zaman

bir növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edi-

rik. Bu zaman nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti bu-

rada özünü göstərir.

Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, uşaqlarda nit-

qin aktiv və passiv formaları eyni vaxtda baş vermir.  Belə ki, 

uşaqlar birinci növbədə passiv nitqə yiyələnirlər.  Onlar

böyüklərin danışığını başa düşür,  onların dedikləri sözlərə

reaksiya verirlər.  Tədricən uşaqlarda aktiv nitq formalaşır və

onlar da sözlərdən bilavasitə fəal şəkildə istifadə etməklə

ünsiyyətə girirlər.  Xarici dillərin öyrənilməsi zamanı bu hal

daha aydın təzahür edir.  Xarici dilin öyrənilməsinin ilkin

mərhələsində passiv nitq üstünlük təşkil edir.  Xarici dili

öyrənən adam həmin mərhələdə xeyli sözü aydın başa düşdüyü

halda onlardan öz fəal nitqində  istifadə etməkdə çətinlik çəkir. 

Lakin həmin dilə, onun lüğət ehtiyatına dərindən yiyələndikdən

sonra aktiv nitq formasından istifadədə də çətinlik çəkmir. 

Yazılı nitq.  Şifahi nitq kimi yazılı nitq də xarici nitqin

bir növü kimi verbal    ünsiyyətə aiddir.  Yazılı nitq vasitəsilə



117

ünsiyyət yazılı mətnlərin köməyi ilə həyata keçirilir, görmə

vasitəsilə qavranılır.  Mütəxəssislər yazılı nitqi şifahi monoloji

nitqə nisbətən daha müfəssəl nitq hesab edirlər. Adətən, yazılı

nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur. Ona görə də biz

hər şeyi əvvəlcədən yazdığımız mətndə ona izah etməliyik. 

Yazılı nitqi şifahi nitqdən fərqləndirən cəhətlərdən biri

ondan ibarətdir ki,  yazılı nitqin köməyi ilə biz öz fikrimizi, 

istək və arzularımızı müəyyən məsafədən istədiyimiz adamlara

çatdıra bilirik. Yazılı nitq informasiyaları müəyyən məsafədən

ötürməyə imkan verməklə yanaşı mühafizə edib saxlamağa, 

gələcək nəslə çatdırmağa da imkan verir. 

Yazılı nitq şifahi nitqdən təkcə qrafikadan istifadə

olunmasına görə deyil,  eyni zamanda onun özünəməxsus

qrammatik,  orfoqrafik,  stilistik xüsusiyyətlərinə görə də

fərqlənir. Məhz buna görə də həmin xüsusiyyətlərə mükəmməl  

yiyələnmək yazılı nitqdən düzgün istifadə edə    bilmək üçün

zəruri şərtdir. 



Daxili nitq.  İnteriorizasiya əlamətinə görə nitqin xarici

nitqdən fərqli olan bir növünü – daxili nitqi qeyd edirlər.  Bu

real kommunikasiyadan kənarda baş verən nitqdir.  Daxili nitq

insanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir. 

Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir. O çox qısa, bəzən

də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin

nüvəsini təşkil edir. Ona görə də daxili nitq üçün fraqmentliyin, 

qırıqlığın xarakterik hal olduğunu qeyd edirlər. Daxili nitq eyni

zamanda sürətli nitqdir. Əgər hər hansı bir hadisəni xarici nit-

qin köməyilə çatdırmaq üçün xeyli vaxt sərf etmək lazım

gəlirsə, daxili nitqdə onu ani olaraq,  sürətlə təsəvvürümüzdən

keçiririk.

Psixoloji ədəbiyyatda daxili nitqi xarici nitqin bir növ

əqli əməliyyatların fikrən icrasına yönəldilmiş törəmə forması

kimi qeyd edirlər. Daxili nitq müxtəlif məsələlərin əqlən həlli, 

başqa adamların nitqini diqqətlə dinləmə,  mətni öz – özünə

(tələffüz etmədən) oxumaq, fikrən planlaşdırma, yaddasaxlama


118

və yadasalma zamanı özünü daha aydın şəkildə göstərir. Daxili

nitqin vasitəsi ilə sensor məlumatların işlənməsi,  onların

müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün

davranış və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata

keçirilir.  Bütün bunlar daxili nitqi insanın əqli    fəaliyyəti və

şüurunun olduqca mühüm və universal mexanizminə çevirir. 

Daha dar,  psixolinqvistik mənada daxili nitq ifadələrinin

yaranmasının başlanğıcı,  onun şifahi və yazılı nitqdə

reallaşdırılmasının «daxili proqramlaşdırılmasından» ibarətdir. 

Daxili nitqin üç əsas tipini qeyd etmək olar: 1) xarici nit-

qin strukturunu özündə saxlayan,  lakin fonesiya,  səslərin

tələffüzü mövcud olmayan və çətin şəraitdə fikri məsələnin

həlli üçün tipik olan daxilən,  öz – özünə danışmaq    («özünə

yönələn nitq»); 2) xüsusi daxili nitq – bu, tələffüz vasitəsi kimi

özünü göstərir,  spesifik vahidlərdən istifadə olunur və onun

strukturu xarici nitqin strukturundan fərqli olur;  3)  daxili

proqramlaşdırmabaşqa sözlə nitq ifadəsinin, bütün mətnin və

onun məzmun hissələrinin spesifik məna vahidlərinin

formalaşması və möhkəmlənməsi.

Daxili


nitqin

mənşəyi


hələ

kifayət


qədər

öyrənilməmişdir.  L.S.  Vıqotskinin fikrincə (1934)  daxili nitq

uşağın oyun və başqa    məşğələlər zamanı öz – özünə

hündürdən danışmasından ibarət olan eqosentrik nitqin təsiri ilə

yaranır. Tədricən bu daxili nitq – «öz – özünə, özü üçün nitqə» 

çevrilir. P.P. Blonskinin fikrincə (1935) daxili nitq xarici nitqlə

eyni vaxtda uşağın böyüklər tərəfindən ona müraciət olunan

sözləri səssiz olaraq təkrar etməsi nəticəsində meydana gəlir. 

Bunu isə artıq birinci yaşın sonunda müşahidə etmək olur. 

Fikrin məzmunundan və onu doğuran şəraitdən asılı ola-

raq daxili nitqin inkişaf etmiş forması tamamilə fərqli ola bilər. 

Adətən, daxili nitqdə fikir olduqca ümumiləşmiş şəkildə ifadə

olunur.  Lakin əqli çətinlik meydana gələn anlarda daxili nitq

olduqca müfəssəl,  açılmış xarakter daşımağa başlayır,  daxili

monoloqa yaxınlaşır və pıçıltı ilə və hətta    hündürdən ifadə


119

olunan nitqə çevrilə bilir. Bu isə fikir obyektlərinin daha dəqiq

təhlilinə və özünün fikri fəaliyyətinə nəzarət etməyə imkan

yaradır. 

Nitqin yuxarıda qeyd olunan növləri ilə yanaşı daktil,

eqosentrik növləri də diqqəti cəlb edir. 

Daktil nitq sözlərin daktil hərflərlə ifadə olunmasından

ibarət olan nitqdir.  Daha doğrusu,  bu zaman barmaqların

müxtəlif konfiqurasiyalarından və hərəkətlərindən istifadə olu-

nur.  Daktil nitqdən karlarla iş zamanı surdopedaqoji köməkçi

nitq vasitəsi kimi,  eləcə də karlar arasında şəxsiyyətlərarası

kommunikasiya və eşidən adamlarla onlar arasında ünsiyyət

vasitəsi kimi istifadə olunur. 

Eqosentrik nitqə gəldikdə bu insanın özünə yönəlmiş

nitqdir. Onun köməyi ilə insan (ən çox uşaqlar) özünün praktik

fəaliyyətini tənzim edir və ona nəzarət edir. Eqosentrik nitq xa-

rici (kommunikativ) nitqdən  nəşət edir və  onun qismən interi-

orizasiya olunmuş məhsulu kimi özünü göstərir.  Eqosentrik  

nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsi kimi

özünü göstərir. 



Qeyri-verbal ünsiyyət. İnsanlar heç də həmişə  ünsiyyət

prosesində verbal kommunikasiya    vasitələrindən istifadə

etməklə kifayətlənmirlər.  Çox vaxt onlar verbal yolla

çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli

təsir göstərmək üçün sözsüz,  nitqdən kənar vasitələrdən də

istifadə edirlər. İnsanlar özlərinin hisslərini, fikir və  arzularını

çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danışmaq

istəmirlər.  Bu zaman informasiya mübadiləsi sözsüz,  sözlərin

köməyi olmadan həyata keçir.  Belə ünsiyyət qeyri-verbal

vasitələrin köməyi ilə baş verir. Bu cür qeyri – verbal kommu-

nikasiya

vasitələrinə

müxtəlif

simvolları, 

mimikanı, 

pantomimikanı,  müxtəlif jestləri,  hərəkətləri,  səsin tembrini, 

intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri –

verbal ünsiyyət vasitəsi rolunu müxtəlif amillər oynaya bilər. 

Onlardan bəzilərini qısaca nəzərdən keçirək.


120

Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müx-

təlif dillərə malik    olan insanların ünsiyyətində,  informasiya

mübadiləsində çətinliklər yaradır.  Bu cür çətinliyi aradan

qaldırmaq üçün müxtəlif  ölkələrdən olan insanların başa düşə

biləcəyi simvollardan istifadə edilir.  Bu məqsədlə o qədər də

çətin olmayan görmə simvolları dünya miqyasında geniş

yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda da-

ha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar

dayanacaqlar,  yeməkxanalar,  yanacaq və təmir yerləri və s. 

barədə məlumat əldə edirlər. 

Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış

vasitələrə üzün  və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd

etmək lazım gəlir.  Üzün ifadəli hərəkətlərindən (mimikadan), 

jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və

narazılıqlarını,  sevinc və kədərlərini və s.  məlumatları çatdıra

bilirlər.  Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə, 

eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət

və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif

şəkildə dərk edirlər.  Məsələn,  başımızı yuxarıdan aşağıya

hərəkət etdirdikdə razılıq,  təsdiq,  yanlara hərəkət etdirdikdə

narazılıq, inkar kimi başa düşülür, şərh olunur. Əksər xalqlarda

başın həmin hərəkətləri məhz bu cür də şərh olunur. Lakin bol-

qarlarda bu tamamilə əksinə başa düşülür.

Bununla belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt

bədənin, üzün ifadəli hərəkətləri, qeyri – verbal yolla çatdırılan

məlumatlar həmsöhbətə verbal yoldan daha güclü təsir göstərir. 

Məsələn,  insan sevincdən doğan göz yaşları ilə dostlarını

inandırmağa çalışsa ki, «Məndə hər şey yaxşıdır!»  onlar onun

sözünə deyil, daha çox göz yaşına inanacaqlar. 

İnsanların müxtəlif birliyində,  o cümlədən dərs zamanı

qeyri – verbal    ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyadan, 

bir anlığa danışığı dayandırmaqdan,  öskürməkdən və s. dən

istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən

hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu


121

yüksəltməsi,  alçaltması,  bir anlığa danışığını dayandırması, 

öskürməsi tələbələrin sakitləşməsinə,  müəllimin nə demək

istədiyini başa düşmələrinə səbəb  olur.

İnsanın geyimi,  paltarı da onu əhatə edənlərə onun

əhvalı, hissləri, nə demək istəməsi, ədası barədə məlumat verir. 

İnsanlar onları əhatə edən adamlara öz mənasibətlərini

təkcə geyimləri,  ədaları ilə deyil,  həmin adamlarla ünsiyyət

zamanı hansı distansiyanı,  məsafəni tutmalarına əsasən də

çatdıra bilirlər.  Bu yolla bir növ qeyri – verbal şəkildə

ətrafdakılara öz münasibət tərzlərini çatdırırlar.  Bu baxımdan

mütəxəssislər   şəxsiyyətlərarası ünsiyyətdə aşağıdakı dörd zo-

nanın mümkünlüyünü qeyd edirlər.

Birincisi, intim ünsiyyət zonası (yarım metrdən bilavasitə

bədənlə təmasa qədər olan məsafə).  Adətən bu məsafədə

valideynlər övladları, olduqca yaxın dostlar, sevgililər ünsiyyət

saxlayırlar.  Adətən,  az tanıdığın bir adam sənə bu zonada

yaxınlaşdıqda özünü narahat hiss edirsən.  Başqasına sənin bu

cür yaxınlaşmağın həmin adamda sənin ona yaxın münasibət

bəsləməyin barədə fikir doğurur.  Psixoloji eksperimentlər

göstərmişdir ki, xoşbəxt ər – arvad məhz bu məsafədə ünsiyyət

zamanı özlərini rahat hiss edirlər.  Əksinə,  bir – biri ilə yola

getməyənlər bu məsafədən uzaq dayanırlar. 



İkincisi,  şəxsi ünsiyyət zonası (0,5  metrdən 1,5  metrə

qədər olan məsafə).  Müxtəlif    mədəniyyət,  mədəni inkişaf

səviyyəsində bu zonanın sərhəddi müxtəlif olur.  Adətən,  bu

məsafədə bir – biri ilə yaxşı, yaxın tanış olan adamlar  ünsiyyət

saxlayırlar. Bu məsafə adamların bir – birinə toxunmalarına, əl

vermələrinə,  əllə çiyninə    vurmalarına imkan

verir. 

Mütəxəssislərin qeyd etdiyi kimi,  adamların əksəriyyəti bu



zonanı  özlərinin şəxsi məkanı hesab edir və yad adamlarla bu

zonada ünsiyyətə meylli olmurlar. 

Təsəvvür edin ki, mikroavtobusda oturmusunuz. Dayana-

caqda yeni bir sərnişin maşına minərək bütün yerlər boş olduğu

halda sizin yanınızda oturur.  Bu zaman siz istər – istəməz


122

özünüzü narahat hiss edirsiniz.  Yəqin ki,  siz belə halların

şahidi olmusunuz ki,  adamların sıx olduğu yerdə,  məsələn, 

liftdə, metro vaqonunda, avtobusda insanlar bir – biri ilə vizüal

təmasdan qaçır, pəncərədən baxmağa, gözlərini vaqondakı rek-

lam şəkillərə zilləməyə cəhd göstərirlər. Bu  cür davranış tərzi

şəxsi məsafə sərhəddini gözləmək cəhdindən irəli  gəlir. 

Üçüncüsü, formal ünsiyyət zonası (1,5 metrdən 3 metrə

qədər olan məsafə).  Adətən bu məsafəni işgüzar adamlarla

ünsiyyət,  eləcə də təsadüfi,  az əhəmiyyətli söhbət zamanı

gözləyirlər. 



Dördüncüsü,  ümumi ünsiyyət zonası (3  metrdən uzaq

məsafə).  Bu məsafədə birinci və ikinci ünsiyyət zonalarındakı

davranışı həyata keçirmək mümkün deyildir və yersizdir. Hətta

bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz.  Bu

məsafədə sadəcə olaraq,    məsələn,  mühazirəni dinləyirsən və

deyə bilirsən ki, ümumi ünsiyyət sitüasiyasına düşmüsən. 



II. 4. 3. Ünsiyyət şəxsiyyətlərarası  qarşılıqlı  

təsir  kimi

Sosial 


 

psixologiyada

ünsiyyətin

ən

mühüm  



cəhətlərindən biri kimi onun qarşılıqlı təsir prosesi olması, 

başqa sözlə interaktiv cəhəti diqqəti cəlb edir.  Ünsiyyətə

girərkən insanlar hər hansı sual, xahiş, əmr, izahat və s. zamanı

qarşılarına başqasına bu və ya digər şəkildə təsir etmək

məqsədini də qoyur.  Bu zaman o başqasından nəyisə

öyrənmək,  ona

təsir

etmək,  onu



yersiz

hərəkətdən

uzaqlaşdırmaq,  onunla dostluq əlaqələri yaratmaq,  ondan

hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əlini

uzatmaq və s. istəyini güdə bilir. Bu zaman ünsiyyətin nəzərdə

tutulan məqsədi onun hər iki iştirakçısının birgə fəaliyyət

tələbatına uyğun olursa öz müsbət bəhrəsini verə bilir,  təsir

birtərəfli deyil qarşılıqlı xarakter daşıyır.  Belə ki,  A.  fərdin

hərəkəti B – in davranışında dəyişikliyə səbəb olur, onun cavab


123

reaksiyasını yaradır, nəticədə bu reaksiya A- ın da davranışına

təsir göstərir. Deməli qarşılıqlı təsir prosesi baş verir. 

Sosial normalar və sosial nəzarət. Adətən birgə

fəaliyyət və ünsiyyət zamanı qarşılıqlı təsir müvafiq sosial  

normalar və sosial nəzarət əsasında həyata keçirildikdə özünün

səmərəli nəticəsini verir. 

Sosial normalar insanların qarşılıqlı təsir və qarşılıqlı

münasibətlərini tənzim etmək üçün cəmiyyət tərəfindən qəbul

edilmiş normalardır. 

Cəmiyyət spesifik sosial davranış normaları sistemi

nümunələrini hazırlayır və müvafiq şəraitdə həmin normalara

əməl etməyi özünün bütün  üzvlərindən tələb edir. Bu normalar

pozulduqda sosial nəzarət mexanizmi işə düşür (bəyənməmək, 

danlamaq,    cəzalandırmaq

şəklində)    və

davranışın

korrersiyasına gətirib çıxarır.  Burada həmin normların

cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunması,  həmin

normaları etalon kimi  qəbul etmələri və öz  davranışlarını eta-

lona uyğun qurmağa çalışmaları əsas şərtdir.  Lakin bu hələ

kifayət deyildir.  Həmin normalara əməl olunmasına sosial

nəzarət edilmədən bu normaların işləyəcəyi şübhə doğurur. 

Bunu gündəlik həyati faktlar da sübut edir.  Adətən,  sosial

nəzarət zəif olduqda və ya ikili münasibət xarakteri  daşıdıqda

sosial normaların pozulması halları tez – tez özünü göstərir. 

Ünsiyyət prosesində rol və rol gözləmələri. Qarşılıqlı

təsir prosesində sosial nəzarət ünsiyyətdə olan adamların

rollarına uyğun şəkildə həyata keçirilir. Psixologiyada rol

altında kimin bu və ya digər mövqedən asılı olaraq hansı

davranış modelini yerinə yetirməsi nəzərdə tutulur.  Subyekt

müəllim və ya şagird,  bacı və ya qardaş,  həkim və ya xəstə, 

müdir və ya işçi,  ev yiyəsi və ya qonaq    və s.  rolunu yerinə  

yetirə bilər.  Hər bir rol    tamamilə müvafiq tələbə və

ətrafdakılarının    müvafiq gözləmələrinə cavab verməlidir. 

Adətən ünsiyyətdə olan adamlar bir- birindən öz rolunu onun

gözlədiyi kimi yerinə yetirməsini istəyirlər.  Məsələn,  şairdlər


124

gözləyirlər ki, müəllim onlara  yaxşı dərs desin, yüksək qiymət

versin,  onların istəyini yerinə yetirsin və s.    Müəllim isə

gözləyir ki,  şagirdlər dərsə yaxşı hazırlaşsın,  intizamı

pozmasın,  müəllimin tapşırıqlarını yerinə yetirsin.  Məhz buna

görə də müxtəlif rolları yerinə yetirən adamların qarşılıqlı təsiri

onların rol gözləmələri ilə tənzim olunur.  İnsanın    istəyib –

istəməməsindən asılı olmayaraq onu əhatə edənlər ondan

müvafiq nümunəyə uyğun davranış gözləyirlər.    Rolun bu və

ya digər şəkildə yerinə yetirilməsi mütləq sosial qiymət alır, 

roldan hər hansı bir kənara çıxma halı bəyənilmir. 

İnsanın başqalarının ondan eşitmək istədiklərini və onda

görmək istədiklərini səhvsiz,  dəqiq çatdırmaq qabiliyyət və  

bacarığı mərifət adlanır. 

Lakin əgər subyektin prinsip və inamı  ondan gözlənilənə  

ziddirsə onun başqa    cür hərəkət etməsini mərifətsizlik  

adlandırmaq olmaz. 


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin