Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

Ünsiyyətin funksiyaları. Ünsiyyət bir sıra mühüm

funksiyaları həyata keçirir.  Psixoloji ədəbiyyatda ünsiyyətin

funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər.  L.A.Kar-

penko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd

etmişdir:

1

1. Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiy-



yətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı

əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.

2. İnformasiya funksiyasıBu funksiyanın məqsədi mə-

lumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir

mübadiləsindən ibarətdir.

3. Təhrikedici funksiya.  Bu funksiyanın məqsədi

ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə

bağlı fəallığa yönəltməkdən ibarətdir.

4. Əlaqələndirmə funksiyasıBu funksiyanın məqsədi

birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin

qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir. 

5. Anlama funksiyası.  Bu funksiyanın məqsədi təkcə

məlumatın mənasının adekvat qavranılması və anlaşılması

deyil, 


tərəf

müqabillərin

bir-birini

(məqsədlərini, 

yönəlişliklərini,

həyəcanlarını, 

vəziyyətlərini

s.) 



anlamalarından  ibarətdir. 

6. Amotiv funksiya.  Bu funksiyanın məqsədi tərəf

müqabilində emosional təəssürat yaratmaq,  eyni zamanda bu-

nun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən

ibarətdir («emosiyaların mübadiləsi»).

7. Münasibətlərin



yaradılması

funksiyası

Bu

funksiyanın məqsədi rol,  işgüzar,  şəxsiyyətlərarası əlaqələr



sistemində özünün yerini dərk etməkdən ibarətdir.

8. Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi

tərəf müqabilinin vəziyyətini,  davranışını,  eləcə də onun

niyyətini,  fikrini,  təsəvvürünü,  tələbatlarını,  fəallığını və s. 

                                                

1

Психология. Словарь. – М. 1990,  с.244-245.



103

dəyişdirməkdən ibarətdir.

Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da

onun funksiyalarını ətraflı şərh etmişlər.  Bu baxımdan

B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə diqqəti cəlb edir

1



B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir: 

məlumati - kommunikativ,  tənzimedici- kommunikativ,  affek-

tiv- kommunikativ. 

Göründüyü kimi,  B.F.Lomova görə ünsiyyət birinci

növbədə məlumatın,  informasiyanın verilməsi və qəbul

olunması vəzifəsini, başqa sözlə informasiya mübadiləsi funk-

siyasını yerinə yetirir.  Məhz buna görə də,  təsadüfi de- yildir

ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri

kimi qəbul edirlər. 

Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya

mübadiləsi ilə məhdudlaşmır,  eyni zamanda bu prosesdə

davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər.  Bunun isə

əhəmiyyəti öz-özünə aydındır.  Ünsiyyət bu funksiyanı yerinə

yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin

yaranmasına,  qarşılıqlı münasibətləri tənzim etməyə xidmət

edir.


Ünsiyyətin

affektiv-kommunikativ

funksiyasının

əhəmiyyəti də az deyildir.  Bu funksiya insanların emosional

sferasına aid olub,  onlarda emosional vəziyyətin determinantı, 

şərti kimi özünü göstərir. 

Ünsiyyət çoxcəhətli, çoxplanlı proses olduğuna görə onun

digər özünəməxsus funksiyalarından da söhbət açmaq olar. 

Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təşkil

etmək,  insanların

bir-birlərini,  qarşılıqlı

münasibətləri

formalaşdırmaq və inkişaf etdirmək və s.  funksiyalarını aid

etmək olar.



Ünsiyyət



fəaliyyətin

vəhdəti.

Ünsiyyət


                                                

1

Ломов  Б.Ф. Методологические  и  теоретические  проблемы 

психологии. – М., 1984, с. 258-275



104

psixologiyasında mütəxəssislərin diqqətini cəlb edən əsas, 

prinsipial məsələlərdən biri ünsiyyətlə fəaliyyətin vəhdəti

məsələsidir.  Lakin bu məsələyə psixoloqların yanaşma tərzi

müxtəlifdir. 

Qərb


ölkələrinin

bir


sıra

psixoloji

konsepsiyalarında ünsiyyət  və fəaliyyət bir-birinə qarşı qoyu-

lur. Bu konsepsiyalarda ünsiyyət amili davranışın determinantı, 

şərti kimi qəbul olunsa da, bu zaman fəaliyyətin dəyişdirici ro-

lu nəzərə alınmır.  Burada sosial proses mənəvi nitq ünsiyyəti

prosesi kimi götürülür.  Məhz buna görə də A.N.Leontyevin

fikrincə bu kimi hallarda fərd praktik şəkildə fəaliyyət göstərən

varlıqdan ünsiyyətə girən varlıq kimi qəbul olunur. 

Bunun əksinə olaraq bəzi psixoloqların fikrincə ünsiyyət

və fəaliyyət vəhdət təşkil edir.  Belə bir nəticə məntiqi olaraq

ünsiyyətin real insan münasibəti kimi başa düşülməsindən irəli

gəlir. Bu baxışa görə hər cür ünsiyyət forması insanların birgə

fəaliyyətinin spesifik formasından ibarətdir.  İnsanlar sadəcə

olaraq müxtəlif sosial funksiyaları yerinə yetirərkən «ünsiyyətə

girmirlər». Onlar həmişə bir neçə fəaliyyət prosesində ünsiyyət

saxlayırlar.  Buradan isə aydın olur ki,  daima işgüzar adam

ünsiyyətə girir,  onun fəaliyyəti həmişə başqa adamların

fəaliyyəti ilə üst-üstə düşür.  Lakin məhz fəaliyyətin həmin

kəsişməsi işgüzar adamın təkcə öz fəaliyyətinin predmetinə

deyil,  başqa adamların fəaliyyətinə qarşı da müvafiq

münasibət, birgə fəaliyyəti yerinə yetirən fərdlər arasında birlik

yaradır.  Beləliklə ünsiyyətin fəaliyyətlə vəhdəti faktı psixolo-

giyada fəaliyyət nəzəriyyəsinə istinad edən bütün psixoloqlar

tərəfindən qəbul olunur,  lakin bu əlaqənin xarakteri müxtəlif

şəkildə başa düşülür.

Bəzən fəaliyyət və ünsiyyətə yanaşı şəkildə mövcud olan

proses kimi deyil,  insanın sosial mövcudluğunun,  onun həyat

tərzinin iki tərəfi kimi baxırlar (B.F.Lomov).  Başqa bir halda

ünsiyyəti fəaliyyətin müəyyən sahəsi kimi başa düşürlər

(A.N.Leontyev). Bəziləri isə ünsiyyəti fəaliyyətin xüsusi növü

kimi şərh edirlər (A.A.Leontyev).



105

Psixoloqlar belə bir fikri əsaslandırırlar ki,  ünsiyyətin

köməyi ilə fəaliyyət təşkil olunur və zənginləşir.  Ünsiyyətə

girən tərəflər arasında birgə fəaliyyət planının tərtibi onların

hər birindən fəaliyyətin məqsəd və vəzifələrini bilməyi, obyek-

tin spesifikasını,  öz imkanlarını aydınlaşdırmağı tələb edir. 

Ünsiyyətin    bu prosesə daxil olması onun iştirakçılarının

«razılıq» və ya «narazılığı» həyata keçirmələrinə imkan verir. 

Bütün qeyd olunanlar ünsiyyət və fəaliyyətin bir- biri ilə

üzvü şəkildə vəhdət təşkil etdiyini söyləməyə imkan verir. 



II. 4.2.  Ünsiyyət informasiya mübadiləsi kimi

İnformasiya mübadiləsi və onun ünsiyyətdə yeri.

İnsanların bir-biri ilə informasiya mübadiləsi ünsiyyətin daha

geniş yayılmış tərəfi,  cəhəti olmaqla psixoloji ədəbiyyatda

ünsiyyətin

kommunikativ

tərəfi


adlanır. 

İnformasiya

mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri, ideyaları, 

hissləri, istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə in-

sanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan in-

formasiya mübadiləsini həyata keçirirlər.  Bu cür informasiya

mübadiləsi olmadan insanların birgə yaşayışı və fəaliyyəti

çətinləşər, mümkün olmazdı. 

Ünsiyyət

zamanı


həyata

keçirilən

informasiya

mübadiləsində iki tərəf iştirak edir:  məlumatı,  informasiyanı

verən və məlumatı qəbul edən.  Birinci tərəf – informasiyanı

verən kommunikatorikinci tərəf – informasiyanı qəbul edən

isə resipient adlandırılır.  Beləliklə hər cür informasiya

mübadiləsi K – İ – R (kommunikator- informasiya- resipient) 

sxemi üzrə həyata keçir.

Kommunikasiya vasitələri.  İnsanlar arasında informa-

siya mübadiləsini təmin edə biləcək vasitələr çox və

müxtəlifdir.  Psixoloji ədəbiyyatda bu cür kommunikasiya

vasitələrini iki qrupda birləşdirirlər.  Birinci qrup kommunika-



106

siya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir. 

Bu cür kommunikasiya vasitələrini verbal kommunikasiya

vasitələri adlandırırlar.  Burada hansı dil qrupuna aid

olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları və həmin

dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət

vasitəsi kimi istifadə edirlər.  Dil vasitəsilə insanlar arasındakı

bu cür ünsiyyət prosesi nitq adlanır. 

İkinci qrup kommunikasiya vasitələri dildən,  nitqdən

kənar vasitələrdir.  Bu cür vasitələr qeyri verbal kommunika-

siya vasitələri adlandırılır.  Onlara müxtəlif ifadəli hərəkətləri, 

mimikanı,  pantomimikanı,  işarələr sistemini və s.  aid etmək

olar.  Hər iki kommunikasiya vasitələrini ayrı-ayrılıqda

nəzərdən keçirək. 



Verbal ünsiyyət. Nitq verbal ünsiyyət kimi. İnsanların

birgəyaşayış zərurətinin meydana gəlməsi onların ünsiyyət

tələbatının da yaranmasına səbəb olmuşdur. Tarixən insanların

dil vasitəsilə ünsiyyət forması meydana gəlmişdir.  Nəticədə

dildən istifadə edərək öz fikirlərini,  istək və arzularını bir-

birinə çatdırmaq imkanına malik olmuşlar. Bu proses nitq pro-

sesi adlandırılmışdır.  Buradan da verbal ünsiyyət prosesi olan

nitqə belə tərif vermək mümkün olmuşdur:  insanlar arasında



dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesinə nitq deyilir

Tərifdən göründüyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq

isə həmin prosesin özüdür.  İnsanlar    dilə yiyələnməklə onun

vasitəsilə ünsiyyət saxlaya bilirlər. Başqa sözlə onlar nitqə

yiyələnmiş olurlar.  Hər hansı bir xarici dildə danışa bilmək

həmin dili başa düşmək,  başqa sözlə verbal ünsiyyətə girə

bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacarmaq

lazımdır.  Psixologiyada «dili»  və «nitqi»  fərqləndirən digər

cəhətlərə də diqqət yetirilir. Adətən, dili şərti danışıq işarələri

sistemi kimi qəbul edirlər.  Onun köməyi ilə insanlar üçün

müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə

olunur.  Dil cəmiyyət tərəfindən yaradılır.  Dil ümumxalqa

məxsus olduğu üçün həmin dilin ölməsi xalqın ölməsi



107

deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir.

Dil olduqca mürəkkəb quruluşa malikdir. Hər cür dil, hər

şeydən əvvəl,  özünün müəyyən mənalı söz sistemindən ibarət

olan lüğət tərkibinə malikdir.      Bu,  həmin dilin leksikasını

təşkil edir.  Bundan başqa,  dildə müxtəlif formalı söz    və söz

birləşmələri sistemi də vardır ki, bu dilin qrammatikasını təşkil

edir. Bunlarla yanaşı olaraq hər bir konkret dilin özü üçün xa-

rakterik olan səs və ya fonetik tərkibi də mövcuddur. 

Dil həcm etibarilə nitqdən çox genişdir. Çünki dil ümum-

xalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə işlədilən

sözlərin yalnız müəyyən bir qismi fərdin  ünsiyyət prosesində  

istifadə edilir. 

Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab

edirlər.  Bu proses məlumat,  göstəriş,  sual,  əmr və s.  şəklində

həyata keçir. Hər bir söz ümumiləşdirmə mahiyyətinə malikdir. 

Ona görə də nitq prosesində hər bir söz    özünün müvafiq

mənasında çatdırılmalıdır.  Buna isə sözü müvafiq kontekstdə

işlətməklə nail olmaq mümkündür. 

Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu

çatdırmaqla yanaşı danışdığımıza öz emosional münasibətimizi

də bildiririk.



Nitqin funksiyaları və xüsusiyyətləri.    Yuxarıda

deyilənlərdən nitqin insan həyatında əvəzolunmaz əhəmiyyətə

malik olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların

fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhə  miyyəti

onun

funksiyalarında



özünü

aydın


göstərir.  Nitqin

funksiyalarını nəzərdən keçirməzdən əvvəl ünsiyyət vasitəsi

olan dilin funksiyalarına diqqət    yetirək.  Adətən,  dilin üç

funksiyasını qeyd edirlər:  1)  dil ictimai-tarixi təcrübənin

mövcud olması,  saxlanması və verilməsi vasitəsidir;  2)  dil

kommunikasiya,    eləcə də insanın davranışını tənzim etmək

vasitəsidir; 3)  dil intellektual fəaliyyətin silahıdır.

Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin

edir. Mövcud  psixoloji ədəbiyyata əsasən nitqin funksiyalarına


108

aşağıdakıları aid etmək olar. 

Nitqin birinci funksiyası əşyaları,  hərəkəti,  vəziyyəti

adlandırmaqdır.  Bu,  nitqin siqnifikativ və ya semantik

funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiy-

yətindən fərqləndirir.  Heyvanların çıxardığı səs əşyaları deyil, 

onların öz vəziyyətlərini bildirir.  İnsanda isə müəyyən söz

deyilərkən həmin sözlə bağlı hər hansı cismin,  hadisənin

təsəvvürləri canlanır. 

Nitqin


sonrakı

funksiyası

onun

ümumiləşdirmə

funksiyasıdır.  Nitq sözlərə    əsaslandığına görə daima

ümumiləşdirməyə imkan yaradır. 

Nitqin mühüm funksiyalarından biri di kommunikativ

funksiyadır. Bu funksiya da öz növbəsində məlumat vermə və

fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir. 

Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə

ünsiyyət saxlayır,  fikir mübadiləsi edir,  ictimai təcrübəni

mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk. 

Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və

ya digər cismə,  hadisəyə münasibətimizi bildiririk. 

Nəhayət nitq vasitəsilə başqalarına təsir edir,  onların

davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı

bir işi yerinə yetirməyə təhrik edirik. 

Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünəməxsus

xüsusiyyətləri də mövcuddur.  Bunlara nitqin məzmunluluğu, 



anlaşıqlılığı,  təsirliliyi və ifadəliliyini    aid etmək olar.  Nitqin

məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən

asılıdır.  Nitqdə ifadə olunan fikir və hisslərin həcmi nə qədər

geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun

gələrsə və nə dərəcə    də əhəmiyyətli olarsa o bir o qədər

məzmunlu hesab olunur.  Nitqin məzmunlu    olması    üçün

insanın geniş biliyi,  həmin bilikdən və istilahlardan düzgün

istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün

məlumat vermə vəzifəsini həyata keçirə bilməz.  

Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün



109

onun anlaşıqlı olması xüsusi əhəmiyyət kəsb edir.  Nitqin

anlaşıqlılığı ikitərəfli xarakter daşıyır.  Bir tərəfdən kommuni-

katorun nitqinin nə qədər səlis, aydın olması,  yersiz ibarələrlə

yüklənməməsi,  dilin qrammatik qayda və qanunlarına uyğun  

olmasından asılıdır.  Danışan adam öz fikrini konkret

nümunələrlə əsaslandırmağı,  dinləyicilərin səviyyəsini nəzərə

almağı bacarmalıdır. Eyni bir mövzunu  bir müəllimin olduqca

aydın, anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh  etdiyi-

nin şahidi oluruq.  Nəticədə birinci müəllimi dinləyicilər

həvəslə dinləyir,  onun dərsindən yeni biliklərlə çıxışlar, ikinci

müəllimin verdiyi məlumatları qavraya bilmir,  onu dinləməyə

həvəs göstərmirlər. 

Nitqin anlaşılması dinləyicilərin hazırlıq səviyyəsindən

də asılı olur.  Dinləyicinin mövzu ilə bağlı zəruri biliyə malik

olmaması onu anlamasını da çətinləşdirir. Ona görə də müəllim

müəyyən məlumatları çatdırarkən dinləyicilərin bu sahədəki

hazırlıq səviyyəsini nəzərə almalıdır. 

Nitqin bu xüsusiyyəti xüsusilə xarici dil dərslərində

nəzərə alınmalıdır.  Bunun üçün müəllim şagirdlərin tədris et-

diyi dilə hazırlıq səviyyələrini aşkara çıxarmalı və öz fikrini

onların başa düşəcəyi səviyyədə  şərh  etməlidir. 

Ünsiyyət prosesində nitqin təsirlilik xüsusiyyətinin

nəzərə alınması da    az əhəmiyyətə malik deyildir.  Nitqin

təsirliliyi onun fəaliyyətə təhrik etmək funksiyasını yerinə

yetirməyə imkan verir.  Nitqin təsirliliyi inandırma,  sübut, 

təlqin, məsləhət, tapşırıq, təlimat, xahiş, əmr, qadağan, koman-

da və s.  şəklində həyata keçir.  Bu cür təsir vasitələrindən

yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni

verə bilir. 

Nitqin

ifadəliliyi

yüksək


nitq

mədəniyyətinə

yiyələnməyin əsas göstəricilərindən biri hesab olunur. Danışan

və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna

münasibətini nitqin ifadəliliyinin köməyi ilə bildirir.

Şifahi və yazılı nitqdə nitqin ifadəliliyi müxtəlif şəkildə



110

həyata keçir.  Şifahi nitqdə təsvir olunan cisim və hadisələrə

münasibətin nitqin ifadəliliyi    vasitəsilə çatdırılması nisbətən

asan baş verir.  Burada mimika və pantomimikanın iştirakı, 

səsin ahəngi və s. nitqin ifadəliliyini gücləndirir. 

Nitqin mexanizmləri. Nitqin yaranması və qavranılması

sadə reflektor fəaliyyət qanunu üzrə cərəyan edir.  Bu zaman

nitq stimulları (qıcıqlandırıcıları)    birinci siqnal sistemi

qıcıqlandırıcılarını əvəz edə bilir.  Əksər hallarda nitqin

yaranması və qavranılmasında biz «siqnallar siqnalı»  olan

sözlərə əsaslanırıq,  daha doğrusu,  həmin sözlərin mənasına

əsasən onları şüursuz (və ya şüurlu)  olaraq seçir və

eyniləşdiririk.  Həmin mürəkkəb proses böyük yarımkürələr

qabığında həyata keçir. 

Nitqin reflektor xarakterə malik olması bir də onunla

aydınlaşır ki,  anadan    gəlmə    kar adamlar verbal nitqə malik  

olmurlar. Yalnız xüsusi təlim yolu ilə onlar buna nail olurlar ki, 

burada da reflektor xarakter baş verir. 

Verbal ünsiyyət prosesi olan nitq olduqca  mürəkkəb bir

prosesdir. Onun  özünəməxsus, bir-birini ardıcıl olaraq tamam-

layan əməliyyatlardan ibarət mexanizmi vardır.  Psixoloji

ədəbiyyatda

nitqin


həmin

mexanizmlərinin

aşağıdakı

mərhələlərdən ibarət olduğu qeyd edilir.



Birinci

mərhələ

nitqin

proqramlaşdırılması

mərhələsidirBu mərhələdə insanın demək istədiyi    nitq

ifadəsinin məna özəyinin qurulması (yaradılması)  baş verir. 

Bunun üçün insan informasiyalar içərisindən ona lazım olanını

seçir, lazım olmayan  ikinci dərəcəliləri kənar edir. 



İkinci

mərhələ

cümlənin

sintaktik

quruluşunun

yaradılması mərhələsidir.  Bu mərhələdə ifadənin (frazanın) 

ümumi layihəsi,  onun qrammatik forması    proqramlaşdırılır, 

lazımi sözləri axtarmağı, səsləri seçməyi, onu daha dəqiq  ifadə

etməyi təmin edən mexanizmlər müəyyənləşdirilir. 



Üçüncü mərhələdə nitqin real olaraq    səslənməsi baş

verir. Beləliklə də kommunikator  çatdırmalı olduğu məlumatı

111

kodlaşdırma prosesini həyata keçirir.

Dinləmə prosesində həmsöhbət (resipient)  əldə etdiyi

məlumatı açır,  anlayır.  Bu da öz növbəsində müvafiq

mərhələlər keçir.  Dinləyici eşitdiyi səsləri mərhələlər üzrə

sözün mənası ilə  əlaqələndirir ki, bu da kommunikatorun  nə

demək istədiyini anlamasını təmin edir. 

Nitq ifadələrinin kodlaşdırılması və həmin kodun

açılması (anlama)  o  zaman mümkün olur ki, verbal ünsiyyətin

həyata  keçirilməsini təmin edən beyin mərkəzləri və sistemləri

sağlam olsun.  İnsanda bu sistemin pozulması müxtəlif nitq

pozğunluğuna-afaziyaya gətirib çıxarır. Bir halda insan sözləri

ifadə,  tələffüz edə bilmədiyi halda onları başa düşür,  anlayır; 

başqa halda ayrı-ayrı səsləri tələffüz edə bildiyi halda onları

müəyyən ardıcıllıqla birləşdirə bilmir;  başqa bir halda eşitdiyi

sözləri qavraya bilmədiyi halda həmin sözləri tələffüz edə bilir

və s. 

Hələ XIX əsrin ortalarında iki alim tərəfindən beyinin



müəyyən sahəsində zədə olduqda nitq pozğunluğunun da baş

verdiyi aşkara çıxarılmışdır. P.Broka müəyyən etmişdir ki, 

beyinin sol yarımkürələrinin alın qırışlarının arxa hissəsinin

üçdə biri zədələnərsə tələffüzün pozulması baş verir. 



K.Vernike isə müəyyən etmişdir ki,  sol yarımkürələrin yuxarı

qırışlarının arxa hissəsinin üçdə biri zədələnərsə nitqi

anlamağın pozulması baş verir. Beyinin həmin sahələri  nitqin

hərəki (Broka mərkəzi)  və nitqi anlama (Vernike mərkəzi

mərkəzi adlandırılmışdır.  Lakin sonralar psixofizioloqların

(A.R.Luriya,  N.A.Bernsteyn,  P.K.Anoxin və b.)  tədqiqatları

göstərmişdir ki, nitqin fizioloji əsasını beyinin  təcrid olunmuş

bir sahəsinin (nitq mərkəzləri)  fəaliyyəti deyil,  bütövlükdə

beyin fəaliyyəti təşkil edir. 

Nitqin

qavranılması



anlaşılması

Nitqin


qavranılması,  anlaşılması və mənilsənilməsi özünəməxsus

xüsusiyyətləri ilə fərqlənir.  Təcrübə göstərir ki,  nitqin



112

qavranılması heç də həmişə eyni şəkildə cərəyan etmir. 

Aparılmış tədqiqatlar göstərmişdir ki,  nitqin qavranılması

qavrayış


zamanı    qarşıya

qoyduğumuz

məqsəddən, 

fəaliyyətimizin gedişində onun hansı funksiyanı yerinə

yetirməsindən,  qavranılan    nitqin məzmunu,  anlaşıqlılığı, 

emosionallığından,  nitqi qavrama şəraitindən və qavrayanın  

şəxsi təcrübəsindən, qavrama  ustanovkasından asılıdır. 

Nitqin qavranılması və anlaşılması insanın nitqə nə

dərəcədə yiyələnməsindən, başqa sözlə nitq prosesində istifadə

olunan dili nə dərəcədə mənimsəməsindən də asılıdır.  Dili, 

onun fonetik,  leksik,  qrammatik qanunlarını mükəmməl

mənimsəyən adam həmin dilin vasitəsilə həyata keçirilən nitq

prosesini asanlıqla və düzgün qavraya və anlaya bilir. 

Bu baxımdan ana dilində və xarici dillərdə nitqi qavra-

maq və anlamaq bir sıra xüsusiyyətlərinə görə bir-birlərindən

fərqlənir.  Ana dilinə birbaşa yiyələnən insan həm imitasiya, 

həm də sistemli təlim prosesində onun bütün çalarlarına

yiyələnir, nəticədə müvafiq tələblərə əməl olunduqda bu dildə

nitqi qavrama və anlama da o qədər çətinlik yaratmır.  Xarici

dilin mənimsənilməsi    və qavranılması isə xeyli fərqlənir. 

Tanınmış psixolinqvist A.A.Leontyevin  qeyd etdiyi kimi

1

ikin-



ci dilin öyrənilməsi onu öyrənməyə başlayan adamın yaşından

asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O, ana dilinin

mənimsənilməsi ilə paralel və ya azacıq gec baş verə bilər; bu

cür hallar iki   dilli ailələr üçün adi haldır. Burada o, psixoloji

cəhətdən ana dilinin mənimsənilməsi ilə oxşardır.  İkinci dilin

öyrənilməsi bir qədər sonra,  məktəbəqəbər yaş dövründə də

başlaya bilər.  Bu dövr dili,  onun fonetika və qrammatikasını

dərk    etmədən birbaşa metodla mənimsəmək üçün səmərəli, 

necə

deyirlər,  senzitiv



dövrdür.  Lakin

ikinci


dilin

öyrənilməsinə uşaqlarda ana dili faktlarına ixtiyari  olaraq isti-

                                                

1

Бах, Леонтйев А.А. Нитг вя üнсиййят //Üмуми психолоэийа. – Бакы, 



1982, сящ. 232-234.

113

nad etmək bacarığı yarandıqdan sonra başlamaq daha səciyyəvi       

haldır.  Xarici dilin və ümumiyyətlə ikinci dilin öyrənilməsi

məhz həmin bacarıqların əsasında baş verir.  Əgər ana dili  

«aşağıdan yuxarıya»  doğru mənimsənilirsə, daha doğrusu, bu-

rada əvvəlcə ən sadə mexanizm, bir növ heca düzəltmək mex-

anizmi yaranırsa,  sonra dilin ali səviyyələri mənimsənilirsə, 

daha sonra nitqin ixtiyariliyi meydana gəlirsə, bununla belə dil

vahidləri ilə şüurlu əməliyyat ən axırda təşəkkül tapırsa, ikinci

dil «yuxarıdan aşağıya» - dil  vasitələrini tam ixtiyari seçməklə, 

dil

üzərində


şüurlu

əməliyyat

aparmaqdan    nitqin

avtomatlaşmasına doğru mənimsənilir. Bu cəhət istər- istəməz

xarici  dildə nitqi qavramaq və anlamaqda öz təsirini göstərir.

Xarici ölkə psixoloqlarının əsərlərində

1

qeyd edildiyi ki-



mi, insanın nitq  aparatı yüzlərcə müxtəlif nitq səsləri yaratmaq

imkanına malikdir. Lakin heç bir dildə bu səslərin hamısından

istifadə olunmur.  İngilis dilində qırxa qədər müxtəlif

fonemlərdən istifadə  olunur. Başqa dillər də özünün xüsusi fo-

nem qrupunu seçir.  Məsələn,  alman dilində bəzi xirtlək

səslərindən istifadə    olunur    ki,  bu cür səslərə ingilis dilində

təsadüf olunmur.  Fransız dilində istifadə olunan bəzi sait

səslərə də ingilis dilində rast gəlmirik. 

Uşaqlar ana dilində istifadə olunan səsləri tələffüz etməyə

öyrəndikdən sonra onlar öz fonemikalarına həddindən artıq

rigidliklə yanaşırlar.  Onlar öz ana dillərində ifadə olunmayan

səsləri tələffüz etməkdə,  həmin yad səsləri bir- birindən

fərqləndirməkdə çətinlik çəkirlər (J.Verker).  Məhz bu hal çox

vaxt xarici nitqin qavranılması və anlaşılmasını çətinləşdirir. 

Bu səbəbdən çox vaxt xarici    nitq bizim üçün aydın olmur, 

ayrı-ayrı səslərin ardıcıl deyil,  qarışıq,  anlaşılmaz toplusu

təsirini bağışlayır. 

Xarici dildə nitqi qavramaq və anlamaqda özünü göstərən

                                                

1


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin