Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Özünü yoxlamaq üçün sual və tapşırıqlar



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   2   3   4   5   6   7   8   9   ...   49

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Psixikanın filogenezdə inkişafı ilə bağlı materialist və

idealist yanaşmanın fərqi nədir?

2. İnsan psixikasının inkişafında sosial-iqtisadi amillərin

rolu barədə fikirlərinizi şərh edin.

3. Tropizm nədir və onun hansı növləri vardır?

4. İnstinktiv davranışla vərdişlərin fərqini göstərin.

5. İntellektual davranış nədir?

6. İnstinktiv davranışla intellektual davranış arasındakı

oxşar və fərqli cəhətləri izah edin. 



Ədəbiyyat

Bayramov Ə.S., Əlizadə Ə.Ə.. Psixologiya. Ali

əktəblər üçün dərslik. Bakı, 2002.



Ümumi psixologiya. A.V.Petrovskinin redaktorluğu lə

ruscadan tərcümə. Bakı: Maarif, 

1982.

Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, 

                               s.70-87.      



Tix N.A. Predistoriə obhestva. İzd. LQU, 1970.

Şoven R. Ot pçelı do qorillı. M.: Mir, 1965.

64

İKİNCİ HİSSƏ

FƏALİYYƏT VƏ ÜNSİYYƏT

3 - c ü F Ə S İ L

FƏALİYYƏT

Q ı s a   x ü l a s ə

Fəaliyyət haqqında anlayış.  Fəaliyyət insanın dərk olunmuş

məqsədi ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığı kimi  

Fəaliyyət və şüurun dialektik vəhdət təşkil etməsi.

Fəaliyyət və fəallıq. Tələbatlar fəallığın mənbəi kimi.

Tələbatlar İnsanın dərk olunmuş ehtiyacıdır.  Tələbatların insanın

konkret həyat şəraitindən asılılığı. Tələbat və fəaliyyətin motivləri.

Fəaliyyətin quruluşu. Fəaliyyətin quruluşu haqqında anlayış. 

İş və hərəkatlar. İşin idarə olunması və ona nəzarət.

         Fəaliyyətin mənimsənilməsi. Vərdişlər və onların mahiyyəti. 

Vərdişlər və mümarisələr.  Vərdişlərin qarşılıqlı təsiri:  keçirilmə və

interferensiya. Dillərin mənimsənilməsində dildaxili və dillərarası in-

terferensiya. Bacarıqlar və adətlər.



Fəaliyyətin əsas növləri: oyun, təlim, əmək. Onların psixoloji

xüsusiyyətləri və psixi inkişafda rolu.



II.3.1.   Fəaliyyət  haqqında anlayış    

İnsan fəal varlıqdır.  O,  ətraf aləmə,  təbiətə fəal təsir

göstərir,  onu dəyişdirməklə özü də dəyişir.  İnsanla təbiət

arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət

adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə

məqsədəyönəlmiş

şəkildə

təsir


göstərməklə

özünün


tələbatlarını ödəyir.  Məhz buna görə də fəaliyyət həmişə

insanın şüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim

olunaraq həyata keçir.  Bu cəhəti nəzərə alaraq psixoloji


65

ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk



olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici

(fiziki) fəallığıdır.

Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm

psixi, həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində

insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş

məqsədləri ilə tənzim edilir.

Fəaliyyət və şüur qarşılıqlı dialektik vəhdət təşkil edirlər. 

Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və

hadisələri ilə bələd olur,  onlara qarşı insanda müəyyən

münasibətlər sistemi formalaşır. Fəaliyyət prosesində subyektin

bilik çərçivəsi genişlənir, psixikası inkişaf edir və beləliklə də

şüurluluq səviyyəsi güclənir. Şüurun inkişafı isə öz növbəsində

fəaliyyətin məqsədəuyğunluq səviyyəsini,  onun dəqiqlik

dərəcəsini inkişaf etdirir.

   

II.3.2.  Fəaliyyət və fəallıq

Fəaliyyət insanın    onu əhatə edən əşyavi aləmlə,  onun

özünə və başqalarına fəal münasibətini əks etdirən,  onun

tələbatlarını ödəməyə yönəldilmiş prosesdir.  Fəaliyyət sistem-

dir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub,  özü-

nəməxsus inkişaf yolu vardır.  Hər hansı bir fəaliyyətin

başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud

tələbatlar şəbəkəsi durur.  Başqa sözlə,  insan fəallığının

əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təşkil edir. 

Tələbatlar orqanizmin mühüm daxili gücünü təşkil etməklə onu

fərdin və nəslin yaşaması və inkişafı üçün zəruri olan

keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti)  həyata

keçirməyə təhrik edir.

Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin

ondan kənarda olan,  həyat və fəaliyyəti üçün zəruri olan nəyə

isə hiss etdiyi ehtiyac kimi meydana çıxır.  Lakin ehtiyacı

tələbatlarla eyniləşdirmək düzgün olmazdı.  Tələbatlar insanın


66

dərk olunmuş ehtiyacları olmaqla daha geniş anlayış kimi

qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz

ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan

tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə

edən və onun bu şəraitdə fəallıgını şərtləndirən özünəməxsus

psixi halətdir.  Tələbatlar və onların növləri barədə kitabın 5-ci

fəslində ətraflı bəhs olunduğuna görə burada deyilənlərlə

kifayətlənməli olduq.         

       Fəaliyyətin motivləriİnsanı əhatə edən cisim və hadisələr

heç də daima deyil,  onun həyatının müxtəlif vaxtlarında

tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik

edir.  Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını

ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. 

Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək

insanı fəaliyyətə təhrik edə bilir.  Tələbatların ödənilməsi ilə

əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, 

fəaliyyətə təhrik edən amillərəsəbəblərə motiv deyilirİnsan

fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə

olunur.

Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların



növlərinə görə fərqlənirlər.  Bununla yanaşı olaraq motivlər

tələbatların kəsb etdiyi formalara,  onların genişliyinə və ya

məhdudluğuna,  reallaşdıqları fəaliyyətin konkret məzmununa

və s.  görə fərqlənirlər.  Təcrübə göstərir ki,  fəaliyyətin

mərəkkəb növləri,  adətən,  bir motivə deyil,  eyni vaxtda təsir

göstərən bir neçə motivə cavab verir ki,  bu da motivləşmə

adlanır.  Motivləşmə elə motivlər birliyidir ki,  şəxsiyyətin

yönəlişliyini

müəyyən

etməklə


onun

fəaliyyətinin

səmərəliliyini də şərtləndirir.

Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və

mənəvi) ola bilir. Bundan başqa A.N.Leontyevə görə motiv ob-

raz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilir.

Qeyd edilənlərlə yanaşı olaraq özünün xarakteri və


67

fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı

növlərini qeyd etmək olar:  1) situativ və geniş motivlər;  2) 

fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər; 

3) eqoistik və ictimai əhəmiyyətli motivlər.

Motivləri

təzahür

xüsusiyyətlərinə



görə

psixoloji

ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq müm-

kündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri.

Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk

edilməyən olmaqla daha iki qrupda birləşdirirlər.

Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, 

fəaliyyətə təhrik etməsini anlamagımız,  dərk etməyimizlə

fərqlənir.  Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər

nəzərdə tutulur ki,  həmin təhriklərin mahiyyətini biz tam

aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, 



ustanovkanı aid etmək mümkündür.

Motivlər özlərinin növləri ilə yanaşı davamlılıqları, emo-

sional çalarları və ya modallıqları,  qüvvələri və ifadə

xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər.



II.3.3.  Fəaliyyətin  quruluşu

Fəaliyyətin

quruluşu

haqqında

anlayış.  İnsan

fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluşu

diqqəti cəlb edir. İnsanın hər cür fəaliyyəti eyni quruluşda, eyni

sistem və ardıcıllıqda həyata keçir. Başqa sözlə, bütün fəaliyyət

növlərində eyni ümumi struktur komponentlər özünü göstərir. 

İnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluşunu

təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşagıdakı

əsas elementləri,  komponentləri aşkara çıxarmaq mümkün

olur:  fəaliyyətin motivləri,  fəaliyyətin məqsədi və fəaliyyətin

vasitələri.

Motivləhaqqında yuxarıda qeyd etdiklərimizdən aydın

olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, 

yönəldən səbəblərdir.  Hər cür fəaliyyət zamanı müvafiq

tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə girişməyə və



68

bu yolla öz tələbatımızı ödəməyə yönəldir.



Məqsədə gəldikdə o,  insanın fəaliyyət zamanı hansı

nəticəyə nail olmağa yönəlməsidir.  Son nəticə daima

fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan

fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir.

İnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi

qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olu-

nur.

Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də



çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-

birlərindən fərqlənirlər.  Məsələn,  tələbədə olmayan hər hansı

bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv

həm də məqsəd rolunu oynaya bilər.  Lakin «psixologiya»

dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, 

həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün

getməsi isə motivi ola bilər.

Fəaliyyətin vasitələrinə gəldikdə o,  həmin fəaliyyətin

həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət

zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur. 

Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin

səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.

Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin

quruluşunda motiv,  məqsəd,  müvafiq işlər,  onların icrası, 

qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər

özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş ol-

saq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, 



icra  və qiymətləndirilməFəaliyyətin icra mərhələsində insan

müvafiq işləri və hərəkətləri həyata keçirir ki,  bu da həmin

fəaliyyətin məzmununu,  ən mühüm komponentini təşkil edir. 

Onlara qısa nəzər salaq.



İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz

müvafiq cari məsələləri həll etməli olur.  Fəaliyyətin sadə bir



cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş

69

və ya əməl adlanır. Məsələn,  cümlədə mübtədanı tapmaq,  11 

metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və

s. müvafiq fəaliyyətin nisbətən bitmiş elementi olan işlərdir. Bu

cür işlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. 

Bu işlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya

xassəsinin dəyişməsinə yönəlmiş olur. Hər cür maddi iş və ya

əməl məkan və zamanla bağlı olan müəyyən hərəkətlərdən

əmələ gəlir.  Məsələn futbol zamanı 11  metrlik cərimə topunu

vurmaq işini yerinə yetirmək üçün idmançı topu 11  metrlik

nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaşır, bir

ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu

hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baş

verir.  Belə ki,  idmançı topu başqa yerə deyil cərimə olunmuş

komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin

işarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu başqa

yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz.

Hər cür maddi işlər hərəkətlərin müəyyən sistem üzrə

yerinə yetirilməsindən ibarətdir.  O,  işin məqsədindən,  həmin

işin yönəldiyi əşyanın xassəsindən və iş şəraitindən asılıdır. 

Belə ki,  məsələn,11  metrlik cərimə topunu vurmaq üçün

hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün

lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, ümu-

mi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq üçün

hərəkətlər «t»  hərfini yazmaq üçün lazım olan hərəkətlərdən

fərqlənəcəkdir.

Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus



idarəolunma və nəzarət tələb edir.  Fəaliyyət prosesində

hərəkətlərin özünün icrası onun nəticəsinin işin son məqsədi ilə

müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım

gəldikdə təshih olunur.  Təcrübə göstərir ki,  iş və hərəkətlərin

icrası zamanı nəzarəti və təshih etməni yerinə yetirə bilməyən

adamlar ən sadə işi də yerinə yetirmək imkanına malik olmur-

lar.  Məsələn,  bu cür uşaqlar sətir boyu xətt çəkməyi belə

bacarmır, sətrləri bir-birinə qarışdırırlar.



70

Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir işi

müvəffəqiyyətlə yerinə yetirməsi üçün iş və ya hərəkətləri

idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir. 

İşləri təşkil edən hərəkətlər sistemi isə nəticə etibarilə həmin

işlərin məqsədilə idarə və tənzim olunur. Yerinə yetirilən

işlərin nəticələri həmin işin məqsədi nöqteyi-nəzərdən

qiymətləndirilir və təshih olunur.  Başqa sözlə,  məhz işin

məqsədi şeylərin hansı xassə və vəziyyətlərinin onun icrası, 

nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir.

         

II.3.4. Fəaliyyətin  mənimsənilməsi

İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini,  iş və

hərəkətləri icra etməli olur.  Lakin bu iş və hərəkətlərin icrası

həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə

yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz

olaraq yerinə yetirir,  onun icrasına artıq vaxt sərf    etmir.  Bu

onu göstərir ki,  insan həmin fəaliyyəti mənimsəmişdir. 

Məsələn, şagird latın və ya kiril qrafiki ilə sərbəst şəkildə

yazmağı və oxumağı bacarırsa onun həmin fəaliyyəti

mənimsədiyini söyləyirik. Əksinə, şagird latın və ya kiril qrafi-

ki ilə yazılmış mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə

yol verirsə deməli o, bu işi mənimsəməmişdir.

Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda müvafiq

vərdişlər və bacarıqlayaranır və onun həmin fəaliyyəti

məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir.



Vərdişlər



onların

mahiyyəti.

Əvvəl


qeyd

etdiklərimizdən aydın olduğu kimi,  fəaliyyət insanın şüurlu

məqsədləri ilə tənzim olunan fəallığıdır. Bu o deməkdir ki, in-

san fəaliyyəti üçün şüurluluq əsas, fərqləndirici amildir.  İnsan

hər hansı bir fəaliyyətin icrasına ilk dəfə başlayarkən işin

müəyyən cəhətlərini əvvəlcə müfəssəl şəkildə və şüurlu  tənzim

etməli olur. Həmin işin dəfələrlə icrası, təkrarı nəticəsində get-

gedə həmin işi şüurun daha az iştirakı ilə yerinə yetirməyə



71

başlayır,  başqa sözlə həmin işin icrası bir növ    avtomatlaşır. 



Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və

tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri

vərdiş adlanır.  Fəaliyyətin mənimsənilməsi,  vərdişlərin

yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və

hərəkətlər

olaraq


qalır,  yalnız

onların


icra

tərzləri


avtomatlaşmış olur.

Aparılmış tədqiqatlar göstərmişdir ki, vərdişin yaranması

nəticəsində hərəkətlərin getdikcə avtomatlaşması həmin

hərəkətlərin daxil olduğu işin şüurlu tənzim olunmasının daha

çox genişlənməsinə səbəb ola bilir.

Vərdişlər yaranarkən qismən avtomatlaşmadan asılı ola-

raq, işin strukturunda bir sıra dəyişikliklər özünü göstərir. Bun-

lara aşağıdakıları aid etmək olar:    

1.Vərdiş yaranarkən birinci növbədə hərəkətlərin icra

üsulları dəyişir. Hələ vərdiş yaranmamışdan qabaq ayrı-

ayrılıqda icra etdiyimiz bir sıra hərəkətlər vahid, mürəkkəb bir

hərəkətdə birləşir. Biz həmin hərəkətləri ardıcıl olaraq fasiləsiz

şəkildə, sürətlə yerinə yetirə bilirik. Məsələn, hər hansı bir mu-

siqi parçasını çalmağı ilk dəfə öyrənən adam əvvəlcə müvafiq

notları ayrı-ayrılıqda icra edir. Vərdiş yarandıqdan sonra həmin

musiqi parçasını rəvan və sürətlə ifa edir.

2.  Vərdiş yaranarkən artıq,  lazımsız hərəkətlər aradan

çıxır.  Məsələn,  xarici dili yenicə öyrənməyə başlayan adam

danışarkən tez-tez dayanır, fikirləşir, artıq sözlər işlədir, ana di-

linin strukturundan uzaqlaşa bilmir.  Lakin vərdiş yarandıqdan

sonra bu kimi artıq hərəkətlərə yol verilmir.

3. İş üzərində sensor nəzarət üsulları dəyişirgörmə

nəzarəti hərəki nəzarətlə əvəz olunur.  Məsələn,  kompyüterdə

işləməyə təzəcə başlayan adam daima gözü ilə əlini nə -

yin üzərinə aparacağını,  nəyə toxunacağını izləyir.  Lakin bu

sahədə vərdişə yiyələnmiş təcrübəli adam nəyi edəcəyini gözü

ilə axtarmadan sanki barmaqları lazımi nöqtəyə yönəlir. Musiqi

vərdişlərinə,  müəyyən

cihazlarda,  maşınlarda

işləmək


72

vərdişlərinə yiyələnmiş adamlarda da görmə nəzarətinin hərəki

nəzarətlə əvəz olunması özünü aydın şəkildə göstərir.

4.  Vərdiş yarandıqda işin mərkəzi tənzimetmə üsulları

dəyişilir. Nəticədə insanın diqqəti iş üsullarını qavramaqdan

azad olur və ən çox şəraitin və işin nəticəsinin üzərinə keçirilir. 

Məsələn, enməyə başlayan təyyarəçi təyyarəni mövcud şəraitdə

yerə oturtmaq tipindən irəli gələn bütün standart priyomlar

seriyasına daxilən hazır olur. Ona görə də mövcud priyomdan

sonrakına keçmək üçün təyyarəçi xüsusi planlaşdırma aparmır. 

Bu zaman o,  yalnız təyyarəni hansı üsulla yerə endirməyi

planlaşdırır.  İstifadə edilməli olan



bütöv

priyomlar

silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu

cür xəbər verilməsi psixologiyada antisipasisiya adlanır.

Vərdişlər və mümarisələr.  Yuxarıda qeyd edilənlərdən

göründüyü kimi,  fəaliyyətin mənimsənilməsi bacarıq və

vərdişlərlə nəticələnir.  Bunun üçün biz fəaliyyət zamanı icra

etdiyimiz iş və hərəkətləri (o cümlədən təlim materiallarını) 

təkrar etməli oluruq.  Lakin hər cür təkrar fəaliyyətin

mənimsənilməsinin səmərəliliyini təmin edə bilməz.  Bunun

üçün həmin təkrarlar mümarisə səviyyəsinə yüksəlməlidir. 

Mümarisə şüurlu,  məqsədəyönəlmiş təkrar olub yerinə

yetiriləcək işin,  fəaliyyətin təkmilləşdirilməsinə,  müvafiq

bacarıq və vərdişlərin yaranmasına,  başqa sözlə iş və

fəaliyyətin mənimsənilməsinə gətirib çıxarır.

Fəaliyyətin mənimsənilməsi,  vərdişlərin yaranmasının

səmərəliliyi üçün mümarisələrə bir sıra tələblər verilir.  Onlar-

dan bəzilərini nəzərdən keçirək.  Bunun üçün    təlim

fəaliyyətinin mənimsənilməsi ilə bağlı mümarisələrə diqqət

yetirək.


Məktəb təcrübəsi və aparılmış tədqiqatlar göstərir ki, 

təlim mümarisələri düzgün təşkil edildikdə şagirdlərin yol

verdikləri və yol verə biləcəkləri səhvlərin qarşısını almağa və

düzgün bacarıq və vərdişlərə yiyələnmələrinə səbəb olur.



73

Təlim mümarisələrinin məhsuldarlığı, səmərəliliyi birinci

növbədə həmin mümarisələrin icrası zamanı    şagirdlərin

qarşısında duran fikri məqsəddən asılıdır. Şagirdlərin şüurluluq

və fəallığını təmin etmək üçün yerinə yetirilən mümarisələrin

məqsədi onlara aydın olmalıdır.  Mümarisənin məqsədi aydın

olduqda və şagirdlər həmin mümarisələri nə üçün və necə icra

edəcəklərini anladıqda,  daha dogrusu,  icra ediləcək işlə

əlaqədar onların qarşısında konkret fikri məqsəd qoyulduqda

daha çox fəal olur,  icra edəcəkləri işin mahiyyətini anlayır, 

müvafiq bacarıq və vərdişlərə yiyələnmək işi asanlaşır.

Mümarisənin nəticəsi onun müxtəlifliyindən də asılıdır.

Məktəb təcrübəsi göstərir ki,  ayrı-ayrı dərslərdə (istər dil, 

istərsə də riyaziyyat dərslərində)  çox vaxt müəllimlər

şagirdlərə həmişə eyni tipli çalışma və mümarisələri    icra

etməyi tapşırırlar.  Bu cür çalışma və mümarisələr onların

tezliklə yorulmalarına, diqqətlərinin kütləşməsinə səbəb olur.

Tətbiq olunan mümarisələrin miqdarı da bacarıq və

vərdişlərin formalaşmasında mühüm rol oynayır. Adətən, tətbiq

olunan


mümarisələrin

miqdarı


öyrənilən

materialın

xarakterindən və şagirdlərin idrak imkanlarından asılı olur. Ona

görə də lazımi bacarıq və vərdişlərin yaranması üçün bir halda

az, başqa halda isə çox mümarisədən istifadə etmək lazım gəlir.

Aparılmış psixoloji tədqiqatlardan aydın olmuşdur ki, 

vərdişin yaranmasının mühüm şərtlərindən biri yerinə yetirilən

işin nəticəsini bilmək və öz səhvini anlamaqdan ibarətdir. Bu

tələbi birbaşa tətbiq olunan mümarisələrə də aid etmək olar.

Təcrübə göstərir ki, şagird icra etdiyi mümarisənin nəticəsi ilə

tanış olmadıqda,  bu zaman nə kimi səhvə yol verdiyini

anlamadıqda mümarisə də öz əhəmiyyətini itirir,  düzgün

bacarıq və vərdişlərin yaranmasını təmin etmir. Öz işinin

nəticəsi ilə tanış olmayan,  səhv edib-etmədiyini,  əgər səhv

etmişsə, bunun nədən ibarət olduğunu anlamayan şagird (eləcə

də digər fəaliyyət sahəsinə yiyələnən adam)  bəzən dəfələrlə

eyni səhvi təkrar edir,  nəticədə səhv vərdişlərə yiyələnir. 



74

Əksinə, şagird icra etdiyi mümarisələrin nəticəsi ilə tanış old-

duqda, səhvinin nədən ibarət olduğunu anladıqda  sonradan bu

cür səhvlərə yol verməməyə çalışır,  deməli,  öz fiziki işinin

gedişini dərk etmək və izləmək imkanı əldə edir.

Faktlara müraciət edək.  Psixoloqların apardıqları təc-

rübələrdən birində

1

yoxlananlara gözüyumulu müəyyən uzun-



luqda (75 mm) xətt çəkmək tapşırığı verilmişdir. Bu zaman üç

qrupun hər birində o birilərindən fərqli şəraitdə iş aparılmışdır. 

Birinci qrupda olan yoxlananlara yerinə yetirdikləri işin

düzgün və ya səhv olması barədə məlumat verilməmişdir. 

İkinci qrupda yoxlananlara hər xətti çəkdikcə ümumi şəkildə

«düzdür»  və ya «səhvdir»  xəbərdarlığı edilmişdir.  Üçüncü

qrupda yoxlananlara çəkdiyi xəttin verilmiş tapşırıqdan nə

qədər fərqləndiyi bildirilmişdir.  Hər üç qrupda yoxlanandar

100  cəhd etmişlər. Nəticədə qruplarda düzgün uzunluqdan

fərqlənmə aşagıdakı şəkildə olmuşdur (millimetrlə).

Variantlar

İlk 30 


xəttdə

Sonrakı 40 

xəttdə

Axırıncı 30 



xəttdə

Məlumat


verilmədikdə

19

22



20

«Düzdür»  və

ya

«səhvdir» xəbərdar-



lığı zamanı

23

16



12

Yayınma


halının

böyüklüyü

bildi-

rildikdə


6

4

3



Cədvəldəki rəqəmlərdən göründüyu kimi,  yoxlananları

xəttin tapşırıqdan nə qədər fərqləndiyi bildirilmiş üçüncü

qrupda çəkilmiş xəttlər tapşırıga daha yaxın olmuşdur.

                                                

1

Психология. / под ред. А.А. Смирнова и др. – М. 1962.



75

Məktəbdə şagirdlərlə aparılmış iş də mümarisələrin

nəticələri ilə tanışlıgın fəaliyyətin mənimsənilməsindəki rolunu

bir daha təsdiq edir.

Hər birində 10  nəfər olmaqla iki qrup İV sinif

şagirdlərinə eyni orfoqrafik və durgu işarəsi qaydalarını əhatə

edən çalışma verilmişdir. Bu işi maksimum sürətlə və düzgün

yerinə


yetirməli

olduqlarını

bildirilmişdir.  Bu

zaman


qruplardan birində (A)  hər bir mümarisədən sonra buraxılmış

səhvlər təhlil olunmuş, digər qrupda (B)  isə    bu cür iş

aparılmamışdır.

10  mümarisədən sonra A qrupunda bu cür təhlil

aparılması dayandırılmış və şagirdlərə mümarisəni düz və ya

səhv yerinə yetirmələri barədə heç bir məlumat verilməmişdir. 

B qrupunda isə əksinə,  buraxılmış səhvlər təhlil olunmuşdur. 

Nəticədə A qrupu şagirdləri B qrupuna nisbətən yaxşı nəticə

verdiyi halda, sonrakı 10 mümarisədə A qrupunun şagirdlərinin

nəticələri pisləşməyə, B qrupunda olan şagirdlərin nəticələri isə

yaxşılaşmağa başlamışdır.  Bunu aşagıdakı diaqramdan aydın

görürük. 

Bütün qeyd olunanlar mümarisələrin nəticələri ilə

tanışlığın fəaliyyətin mənimsənilməsindəki rolunu bir daha

təsdiq edir.                                                                            

Vərdişlərin yaranması zamanı tətbiq olunan mümarisələrin

məvəffəqiyyəti müsbət nəticələrin artmasında, səhvlərin azalmasında

özünü göstərir.  Lakin müsbət nəticələrin yüksəlməsi heç də bütün

hallarda rəvan,  yüksələn xətlə getmir.  Eyni vəziyyətdə,  səviyyədə

qala bilir,  yüksələ və aşağı düşə bilir.    Hər bir    təkrardan sonra

səhvlərin azalması da eyni səviyyədə,  rəvan getmir.  Bu baxımdan

vərdişlərin yaranması prosesinin qrafik ifadəsini,  necə deyərlər

mümarisə əyrisini vermək olar. Sınaqların miqdarı üfiqi xətt (absis), 

işin yoxlanan əlaməti isə şaquli xətt (ordinat)  üzrə qeyd olunur. 

Qrafikdə alınmış nöqtələri birləşdirən xətt mümarisə əyrisi və ya

öyrənmə əyrisi adlanır.  O,  formalaşan vərdişin inkişaf yolunu

səciyyələndirir. Bunu aşağıdakı sxemdən aydın görürük.


76


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin